Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-75/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov ismayıl Cəbrayıl oğlu, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(064)- 51/2023 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(064)-51/2023 nömrəli hökmü (hakim: Musayev Aqil Əlisa oğlunun sədrliyi) ilə xx xxxxxxx 1958-ci il tarixdə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 11 iyun 2023-cü il tarixdə saat 09 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobili AC 853733 nömrəli sürücülük vəsiqəsi əsasında Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Fin qəsəbəsi ərazisindən keçən 143-cü kilometrliyində Hacıqabul istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək, həmin yolu soldan sağa keçmək istəmiş piyada X3 avtomobili idarə etdiyi zolaqda avtomobilin sol qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun sol diz nahiyəsinin əzilmiş yarası, üzün sol yarısının sıyrılmış yarası, sol çiyin nahiyəsinin sıyrılmış yaraları, sol əlin arxa səthi, sol diz nahiyəsinin sıyrılmış yaraları, sol qalça darağından başlayıb sol baldırın orta 1/3-nə qədər uzanan, sağ qalça nahiyəsində, sağ əlin arxa səthində qançırlar, sağ saidin yuxarı 1/3-nin ön və arxa səthinin yaralarından ibarət, sağlamlığa zərər vurmadığı üçün sağlamlığa zərər vurmayan xəsarətlər, sol dizüstü nahiyənin üzəri cərrahi tikişli yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, Koma İİ, alın nahiyəsinin hematoması, əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, ağciyərlərin kontuziyasından ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb, avtoqəza nəticəsində bədənin müxtəlif nahiyələrinin küt travması hesabına ağciyərlərin kontuziyası, beyin qişaları arasına qansızma və koma İİ ilə müşayiət olunan, ənsə sümüyünün kəllə əsasına keçən sınığı və baş beyin əzilməsi səbəbindən ölməsi ilə nəticələnən yol hərəkəti qaydasını pozmuşdur. APELLYASİYA PROTESTİ VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiy protesti verərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Füzuli rayon məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli hökmünün ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib, birinci instansiya məhkəməsində təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs iş üzrə ehtiyatsızlıqdan cinayət əməlini törətdikdən dərhal sonra zərərçəkmiş şəxs X2 təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün hadisə yerindən Füzuli Rayon Mərkəzi Xəstəxanasına göndərilməsində iştirak etməsini, bundan sonra özünün zərərçəkmiş şəxsin səhhətinə diqqət göstərməsi ilə əlaqədar həmin tibb müəssisəsinə getməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, bir neçə dəfə, eləcə də məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, 65 yaşlı və İİ qrup əlil olmasını, əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, Təqsirləndirilən şəxs davranışlarından onun törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş Y.İmanovanın ölməsindən qətiyyən peşmanlıq hissi keçirmədiyi müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs bunu sıradan, adi bir hadisə kimi dəyərləndirir, sözdə peşman olması barədə bildirdikləri isə cinayət məsuliyyətindən yayınmaq və məhkəmə baxışındakı ifadəsində də göstərdiyi kimi “barəsində daha az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini” istədiyi üçündür. Bu hal onunla təsdiq edilir ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi 11 iyun 2023-cü il tarixdən, barəsində hazırki müvafiq hökmün çıxarıldığı 23 oktyabr 2023-cü il tarixədək zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə barışıq əldə etməmiş, bir neçə dəfə barışıq əldə etmək üçün hansısa sözlər desə də, həmin sözlər və davranışlar zərərçəkmiş şəxsin hüquqi varisində və onun ailə üzvlərində ikrah doğuraraq, bu hərəkətlərin qeyri-səmimi qaydada edilməsini düşünməsinə, Təqsirləndirilən şəxs bağışlamamasına və sonuncu ilə barışmamasına səbəb olmuşdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətdən səmimi peşman olması faktı cinayət nəticəsimlə dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməli olduğu halda, bunların heç biri onun hərəkətlərində müşahidə edilmir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin həmin halın konkret nədə ifadə edilməsini öz hökmündə göstərməmiş və əsaslandırmamışdır. Bundan başqa, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs 65 yaşlı və İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin yüngülləşdirən halların aid olduğu təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin olduqca yüksək olmasını və insan ölümü ilə nəticələnməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını unutmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(064)-51/2023 saylı hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs barəsində onun daha yüngül rejimdə-məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsini şərtləndirən həddə cəza təyin etsə də əslində bunun üçün gətirilən əsasların bir hissəsi reallıqdan uzaq, bir hissəsi isə mübahisəli, ziddiyyətli olmuşdur. Belə ki, hadisə baş verdiyi andan etibarən Təqsirləndirilən şəxs öz törətdiyi əməlinə münasibətinin kökündə onların ağrı-acısını düşünmək, bir insanı, qadını, ananı həyatdan məhrum etməyinin peşmançılığını çəkmək yox, cəzadan və sərt mərhumiyyətlərdən yaxa qurtarmaq olmuşdur. Onların arasında barışığın baş tutmamasının səbəbi də onun öz əməlinə münasibətdə sərgilədiyi qeyri-səmimiliyi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs cinayətininehtiyatsızlığının, səriştəsizliyinin qurbanı olmuş mərhum anası hələ dəfn edilməmiş Təqsirləndirilən şəxs gəlib üzr istəmək, hüzür götürmək, onlara başsağlığı vermək əvəzinə şikayət edib etməyəcəkləri ilə maraqlanmışdır. Yəni səmimi peşmançılıq yüngülləşdirici hallardan biri kimi nəzərdə tutulsa da zərərçəkmiş olaraq təqsirləndirilən şəxsdə səmimiyət, peşmançılıq hisslərini göməmişlər. Bu kifayət qədər zərərli tendensiyadır. Axı cəzanın məqsədi yalnız cinayət törədən şəxsi islah eləmək deyil, eyni zamanda başqa şəxsləri də cinayət törətməkdən çəkindirməkdir. Təqsirləndirilən şəxs hökm elan edilənədək nümayiş etdirdiyi qeyi-səmimilik, hökm elan edildikdən sonra özündən razı, heç nə olmayıbmış kimi özünü arxayın aparması ilə davam etmişdir. Təqsirləndirilən şəxs özünün belə davranışı ilə cəmiyyətə zərərli bir mesaj ötürür ki, cinayət törədib, adam öldürüb (ehtiyatsızlıqla olsa belə) çox asanlıqla sərt cəzadan və yaxud cəza şərtlərindən yan keçmək olar. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(064)-51/2023 nömrəli hökmünün dəyişdirilərək ona təyin olunmuş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının 3 il müəyyən edilməsini və ya Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə törənən ünvanda piyada keçidi zolağı olmamışdır və yalnız hadisə törəndikdən sonra orada keçid zolağı salınmışdır. Nə ibtidai istintaq materiallarında, nə də həmin hökümdə bu barədə heç nə qeyd olunmamışdır və bu Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinin tələbi ilə yüngülləşdirici hal kimi qeydə alınmalı hal olsa da, bu əlamət cəza təyin edərkən, nəzərə alınmamışdır. Bununla bərabər nə istintaq materiallarında, nə də hökmdə onun zərərçəkmişi xəstəxanaya göndərdikdən sonra xəstəxanaya gedərək baş həkimin müavininə, təcili yardımda işləyən Tariyel həkimin ostifadəsində olan telefonla zəng etdirərək kömək istəməsi də, qeyd olunmamışdır. Bundan başqa zərərçəkən sərnişini gətirən “Qazel” sürücüsünün sərnişindaşıma lisenziyasının olubolmaması, hansıki 70-80 metr qarşıda avtodayanacaq olduğu halda qanunsuz olaraq “Qazel”i yolun kənarında saxlamışdır və həmin gün keçiriləcək velosiped yarışı üçün yola çıxarılmış nəzarətçi polisin piyadanın həmin vaxt keçməsinə mane ola bildiyi halda, mane olmaması ibtidai istintaq materiallarında və hökmdə qeyd olunmamışdır. Bütün bunlar ibtidai istintaq materiallarında hərtərəfli, tam və obyektiv araşdırılmadığından, məhkəmə istintaqında da öz əksini tapmamış, nəticədə barəsində olan cəzanı yüngülləşdirici hallar sadalanan hissədə öz əksini tapmamışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz verərək, Təqsirləndirilən şəxs münasibətdə çıxarılmış Fizuli rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(064)-51/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materialları və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ 21074 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 09 radələrində ehtiyatsızlıqdan Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən dərhal sonra zərərçəkmiş şəxs X3 təcili tibbi yardım göstərilməsi üçün hadisə yerindən Fizuli rayon mərkəzi xəstəxanasına göndərilməsində iştrak etmiş, daha sonra zərərçəkmiş şəxsin səhhətinə diqqət göstərməsi üçün tibbi müəssisəsinə getmiş, törətdiyi əməldən peşman olmuş,bir nəcə dəfə zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə etməyə cəhd göstərmiş, lakin zərərçəkmiş şəxsin hüquqi varisi onunla barışmaq istəməmişdir. Məhkəmə tamamilə əsaslı olaraq cinayət işinin qeyd edilmiş hallarını əsas götürməklə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun 65 yaşlı 2-ci qrup əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd göstərməsini, lakin zərərçəkmiş şəxs tərəf bunu qəbul etməməsini və müsbət xarakterizə olunmasını əsas götürməklə ona təyin edilmiş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəmüvafiq hesab etməkdə haqlı olmuşdur. Belə ki, cinayət işin materialları ilə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi hadisəyədək tanımamış, onunla və ya ailə üzvləri ilə hər hansı bir düzmənçiliyi olmamış, hadisə baş verən ilk andan zərərçəkmiş şəxsə təcili tibbi yardım göstərilməsi və həyatını qurtarmaq məqsədi əlindən gələni əsirgəməmiş, zərərçəkmiş şəxs vəfat etdikdən sonra dəfələrlə yaxın qohumları və ağsaqqallarla birlikdə mərhumun yas məclislərində iştrak etmiş, vurulmuş zərəri qarşılamaq üçün dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varislərinə və yaxın qohumlarına müraciətlər etmiş, lakin onlar bunu qəbul etməmişlər. Bütün bunlara baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi vurulmuş zərərin ödənilməsini qəbul etməsə də, Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs poçt vasitəsi ilə 5000 (beş min) manat vəsaiti zərərin əvəzi olaraq göndərmişdir. Göründüyü kimi ittiham tərəfinin təqsirləşdirilən şəxsin zərərçəkmiş Yaqut İmanovanın ölməsindən qətiyən peşmançılıq hissi keçirməməsi, bunu adi, sıradan bir hadisə kimi dəyərləndirməsi, zərərçəmişin ailəsi ilə barışıq eldə etməməsinə dair dəlilləri əsassızdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı3 apellyasiya protestinin dəlillərini müdafiə edərək, apellyasiya protestinini dəlillərinə uyğun çıxış etmiş və birinci instansiya məhkəməsi tərəfinən əsassız olaraq təqsirləndirilən şəxsin barəsində 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyini bildirmişdir. Odur ki, apellyasiya protestinin təmin olunaraq Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(064)- 51/2023 nömrəli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(064)-51/2023 nömrəli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında daha ağır cəza təyin edilməsini, apellyasiya protestinin təmin edilməsini, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin dəlillərinə uyğun çıxış etdi, apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyib, Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(064)-51/2023 nömrəli hökmünün dəyişdirilərək, məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirərək, özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, dövlət ittihamçsının apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsivinə, daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, prosses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, şahidlər X6, X1, Şahid4,Şahid1 ifadəsi, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11 iyun 2023-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllər, məhkəmə-tibbi eskpertizasının 21 avqust 2022-ci tarixli, 11 nömrəli rəyi,məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 01 avqust 2023-cü il tarixli 8/2097 nömrəli rəyi və işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 23 oktyabr 2023-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Füzuli Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham oldunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və birinci instansiya məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası dövlət itiihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs daha ağır cəza təyini ilə bağlı dəlillərini müzakirə edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur, iş materiallarında məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılması üçün hər hansı bir əsas yoxdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs iş üzrə ehtiyatsızlıqdan cinayət əməlini törətdikdən dərhal sonra zərərçəkmiş şəxs X2 təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün hadisə yerindən Füzuli Rayon Mərkəzi Xəstəxanasına göndərilməsində iştirak etməsi, bundan sonra özünün zərərçəkmiş şəxsin səhhətinə diqqət göstərməsi ilə əlaqədar həmin tibb müəssisəsinə getməsi, törətdiyi cinayət əməlindən səmimi peşman olması, bir neçə dəfə, eləcə də məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi, 65 yaşlı və İİ qrup əlil olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi əməlində cəzanı ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddələsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yekun nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə kollegiyası dövlət ittihamçısı apellyasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətində Təqsirləndirilən şəxs tərəfinən zərərçəkmiş şəxsin ailəsinə dəymiş ziyanın qarşlığında barışıq üçün heç bir cəhd göstərməməsi və özünü qeyri səmimi aparması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya protestinə və apellyasiya şikayətinə verilmiş etiraza əlavə edilmiş ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxsin ailəsinə dəymiş maddi ziyana görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs adına poçt vasitəsi ilə 5000 manat pul köçürülmuşdür. Həmçinin iş materiallarından da görünür ki, məhkum edilmiş şəxs yol nəqliyyat hadisəsi baş verəndən sonra zərərçəkmiş şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün hadisə yerindən Füzuli Rayon Mərkəzi Xəstəxanasına göndərilməsində iştirak etmiş və zərərçəkmişin səhhətinin yaxşılaşması üçün cəhd göstərmişdir. Məhkum edilmiş şəxs də məhkəmə kollegiyasının iclasında bildirdi ki, hadisə baş verəndən sonra zərərçəkmiş şəxs X3 təcili tibbi yardım göstərilməsi üçün hadisə yerindən Fizuli rayon mərkəzi xəstəxanasına göndərilməsində iştrak etmiş, daha sonra zərərçəkmiş şəxsin səhhətinə diqqət göstərməsi üçün tibb müəssisəsinə getmiş, lakin onun sağalmasına nail ola bilməmişdir. Zərərçəkmiş şəxs vəfat etdikdən sonra isə mərhumun yas məclislərində iştrak etmiş, vurulmuş maddi zərəri ödəmək üçün dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisinə və yaxın qohumlarına müraciətlər etmiş, lakin onlar bunu qəbul etməmişlər. Bütün bunlara baxmayaraq zərərçəkmiş şəxs tərəfə dəymiş maddi ziyanı qarşılamaq üçün zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs adına poçt vasitəsi ilə 5000 (beş min) manat vəsait göndərmiş, onlar bunu da qəbul etməmişlər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən xüsusatları təsdiq etsə də, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bu hərəkətlərini qeyri səmimi, eləcə də onun bu etdiklərini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün etdiyini başa düşdüyündən qəbul etməmişdir. Göründüyü kimi dövlət ittihamçı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin “Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmaması, bu halın birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması və onun tərəfindən zərərçəkmiş şəxsin ailəsinə dəymiş ziyanın qarşlığında barışıq üçün heç bir cəhd göstərməməsi” barədə dəlilləri yuxarıda qeyd edilənlərlə təkzib edilir və bu dəlillər birinci instansiya məhkəmsi tərəfindən məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın daha da sərt cəza ilə əvəz olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin məhkum olunmuş şəxsin apelyasiya şikayəti və apelyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarını məhkum olunmuş şəxsə cəza təyin olunarkən iş üzrə müəyyən olunnmuş cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması və həmin əsaslarla da təyin olunmuş cəzanın ədalətsiz olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər konkret hüquqi əsası olmayan formal mülahizə xarakterli dəlillərdir, iş materiallarında Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud yüngülləşdirilməsi üçün əsas yaradan hallar yoxdur və birinci instansiya məhkəməsi ona cəza təyin edərkən törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdiriən halları və şəxsiyyətini nəzərə almaqla ona qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsiri, cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti və apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərin təmin edilmədən, Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(064)-51/2023 nömrəli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(064)-51/2023 nömrəli hökmü həmin apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-75/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-75/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver