Məhkəmə qərarları › İş №1(106)-757/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-757/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-757/2023 29.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin, Apellyasiya instansiyası məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsi) 234.4.3 maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 1(099)-672/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 1(099)- 672/2023 nömrəli hökmü (hakimlər- X6 (sədrlik edən), X9 və X4 ibarət tərkibdə) ilə xx xxxxxx 1979-cu ildə Salyan rayonu Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Salyan rayonu Qarabağlı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 13 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, satış məqsədi ilə qanunsuz olaraq 10,245 qram, külli miqdarda narkotik vasitə heroini əldə edərək saxlamaqla üzərində daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 may 2023cü ildə saat 12:30 radələrində Salyan rayonu Qarabağlı kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmaqla üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir bükümdə 10,245 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 07 sentyabr 2023-cü il tarixli, 1 (099)-672/2023 saylı ittiham hökmünün ləğv edilməsini, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Müdafiəçi1 Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət Prosessual Məcəlləsi və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasınına istinad edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi istintaq orqanının gəldiyi nəticə ilə kifayətlənməklə hüquqlarını müdafiə etdiyi şəxsi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ədalətsiz hökm çıxarmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərilən narkotik vasitə ilə heç bir əlaqəsinin olmadığını, bu səbəbdən də həmin maddə ilə barəsində bəraət hökmünün çıxarılmasısını xahiş etmişdir. O, ifadəsində həmçinin heç vaxt narkotik vasitələrin hər hansı formada qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, piyada işə gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin vaxt üzərində hər hansı miqdarda və növdə narkotik tərkibli maddə olmadığını, polis əməkdaşları tərəfindən şöbəyə aparılaraq təzyiqlərə məruz qaldığından məcbur qalıb etirafedici ifadələr vermişdir. Məhkum edilmiş şəxsin qeyd etdiyi xüsusatlar məhkəmə iclasında tədqiq olunmuş hər hansı sübutla təkzib edilməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı X8 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmadığını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X7 apellyasiya instansiyasında məhkəmə baxışında apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmiş etdi və Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla hökm çıxarmaqla cinayət məhsuliyyətindən azad edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə baxışına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3 cıxışı ilə razı olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsininn 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddələrlə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edibetməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zaman verdiyi ifadələri, şahidlər X10, Şahid3, Şahid2 və Şahid4 ifadələrini, şəxsi axtarış və götürmə aparılması haqqında 13 may 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş, məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/506 saylı rəyi, məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 542 saylı rəyi, eləcə də iş materiallarına olan, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin apellyasiya şikayətində və məhkəmə baxışı zamanı çıxışında “Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın əsassız və şübhəli olması həmin halların məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunması, işə baxan məhkəmənin əsassız olaraq onu, işin hallarını hərtərəfli və obyektiv araşdırmadan əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsi buna görə də, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 1(099)-672/2023 saylı hökmünün ləğv edilərək ona bəraət verilməsi ilə” bağlı dəlillərə münasibətdə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 13 may 2023-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, onu bir gün əvvəl yaşadığı kənddə qəbristanlığın yaxınlığında taparaq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, 10,65 qram olmuşdur. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/506 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə aşkar olunmuş 10,245 qram çəkidə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 542 saylı rəyində rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsininn 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək azadlqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri, cəzanı yüngülləşdirən hallar, habelə cinayətin predmeti olan narkotik maddənin külli miqdarda olması və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 1(099)-672/2023 nömrəli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininn 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 1(099)- 672/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininn 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar