Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-76/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi6, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmü (sədrlik edən X6, hakimlər X5 və X7) ilə, Təqsirləndirilən şəxs1, xx xxxx 1980-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində 07 may 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 05 may 2023-cü ildən hesablanmışdır. Təqsirləndirilən şəxs2, 07 yanvar 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3ə yaşamış, barəsində 07 may 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişqdir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 05 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs3, 08 oktyabr 1977-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 4 ünvanda yaşamış, barəsində 07 may 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3- cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CMin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) ay 03 (üç) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il, 6 (altı) ay, 6 (altı) gün müddətə azadıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 05 may 2023-cü ildən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 2023-cü ilin may ayının əvvəllərində qanunsuz yolla qazanc əldə etmək üçün Türkiyə Cümhuriyyəti ərazisində olarkən tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti məlum olmayan «Anar» adlı şəxs və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri Türkiyə Respublikası ərazisində əldə etmə, saxlama, daşıma, gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə Azərbaycan Respublikası ərazisində satışı ilə bağlı əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən məlum olmayan tarixdə, «Anar» adlı şəxsdən külli miqdarda 458,917 qram narkotik vasitə kokain, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3284 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini və külli miqdarda 17,323 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib idarə etdiyi «Mersedes» markalı **- BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabin hissəsində gizlədərək 04 may 2023-cü ildə, saat 12:15-də GürcüstanAzərbycan dövlət sərhədində yerləşən «Qırmızıkörpü» adlanan gömrük-sərhəd buraxılış məntəqəsindən gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq daşımış, həmin gün Qazax rayonunun Qazaxbəyli kəndinin ərazisində idarə etdiyi «Mersedes» markalı yük avtomobili ilə qəza törətdikdən sonra onların qaçaqmalçılıq cinayəti törətməsindən məlumatı olmayan qohumu Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayaraq onunla cinayət əlaqəsinə girib onu hadisə yerinə çağırmış, sonuncu taksi ilə Hacıqabul şəhərindən Qazax rayonunun Qazaxbəyli kəndinə gedərək ondan 458,917 qram narkotik vasitə kokaini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3284 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini qanunsuz əldə edərək yaşadığı Hacıqabul şəhəri, Şirvan küçəsi, ev 50 ünvanında yerləşən mənzilinə qanunsuz olaraq daşımış, Təqsirləndirilən şəxs3 əldə etdiyi kokainin külli miqdarda 3,189 qram hisəsini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 0,36 qram təşkil edən 02 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini üzərində saxlamış, ertəsi gün, yəni 05 may 2023-cü ildə Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyata Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Hacıqabul şəhərinə gedərək gunorta saatlarında Təqsirləndirilən şəxs3la sonuncunun yaşadığı evin yaxınlığında görüşüb külli miqdarda 458,917 qram narkotik vasitə kokaini, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3282 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini bir ədəd sellofan torbada qanunsuz olaraq əldə edib külli miqdarda kokainin 451,985 qram hissəsini, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 588,96 qram təşkil edən 3272 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini idarə etdiyi «Toyata Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə və külli miqdarda kokainin 3,743 qram hissəsini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 1,8 qram təşkil edən 10 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini üzərində yerləşdirib Bakı şəhəri istiqamətində qanunsuz olaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 13:45-də Bakı-Qazax magistral yolunun 10-cü kilometrliyində idarə etdiyi «Toyoto Pirius» markalı avtomobillə birlikdə saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılıb orada saat 15:00-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə, külli miqdarda 3,743 qram çəkidə narkotik vasitə kokain və külli miqdarda, tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 1,8 qram təşkil edən 10 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləri aşkar olunaraq götürülmüş, həmin gün saat 16:00-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 özünün razılığı və iştirakı ilə idarə etdiyi «Toyoto Pirius» markalı 77- CF-778 dövlət qeydiyyat nişanlı avtomobilə Hacıqabul Rayon Polis Şöbəsinin həyətində baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən bir ədəd politelin torbada külli miqdarda 451,985 qram narkotik vasitə kokain və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 588,96 qram təşkil edən 3272 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləri aşkar olunaraq götürülmüşdür. Həmin gün saat 15:40-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri davam etdirilərkən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Qazax rayonunun Qazaxbəyli kəndində, yolun kənarında saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə aparılıb orada saat 16:50-də üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 17,323 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, həmin gün saat 16:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən YDM-nin yaxınlığında saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılıb orada saat 18:00-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 3,189 qram narkotik vasitə kokain və külli miqdarda, tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 0,36 qram təşkil edən 02 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həblər aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri vermişlər. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı,26 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 loqistik şirkətdə sürücü kimi işləmiş, onun bu cinayət əməlindən xəbəri olmamışdır.Əgər qanunsuz bir hal olsaydı Türkiyədən və Gürcüstandan gömrük yoxlamasından sərbəst keçə bilməzdiİ iş nəzarətə götürələrdi. Həmçinin cinayət əməlində iştirak edən şəxsldər arasında qabaqcadan heç bir razılaşma olmamışdır. Belə ki, 17 fevral 2024-cü il tarixli İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq, yəni qabaqcadan əlbir olan bir qrup şıxs halında narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Bildiririk ki, Təqsirləndirilən şəxs1 barəsində dəlil gətirilərək, külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni gömrük nəzarətindən gizli keçirmədiyini, Anar adlı şəxsin tapşırığına əsasən Azərbaycan Respublikası ərazisində götürdüyünü, həmçinin üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, və həmin çantada narkotik vasitələrin olduğundan xəbərdar olmadığını, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Əgər qanunsuz bir hal olsa idi, onda Türkiyə və Gürcüstan gömrük idarəsindən onun yoxlanışında problemlər yaşanılardı və nəzarətə götürülərdi. Burdan görünür ki, qeyd edilən məlumatlar həqiqəti əks etdirmir. Məhkəmə zamanı dövlət ittihamını müdafiə edən prokuror onun barəsində 12 il azadlıqdan məhrumetmə cəzasını istəməyi qanunsuz və əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər heç bir cinayət hadisəsi törətməmiş, və eyni zamanda himayəsində azyaşlı uşaqlarının olmasını məhkəmə nəzərə almalı idi. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 logistik daşımalarda sürücü kimi fəaliyyət göstərmiş və onun bundan heç bir xəbəri olmamışdır. Buna sübut olaraq, cinayət əməlində iştirak etmiş şəxslər arasında qabaqcadan heç bir razılaşma olmamışdır. Bu hallarda dövlət ittihamını müdafiə edən prokurorun 12 il cəza istəməyi çox sərt və ədalətsizdir. Lakin, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2024-il tarixli, №l(009)- 397/2024 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs1 barəsində 11 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Həmin cəza tam olaraq əsassızdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almamış, cəzanı yüngülləşdirməmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandlırmışdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı yanıldılmış və iş üzrə ondan həqiqətə uyğun olmayan məlumatlar alınmışdır. Belə ki, həm şübhəli şəxs qismində həm də təqsirləndirilən şəxs qismində dindirildikdə ifadəsində bildirmişdir ki. guya narkotik maddə deyil, psixatrop maddələri gətirmişdir. Lakin o psixotrop maddələrin də əslində narkotik maddə olduğunu bilməmişdir. O ifadəsində bildirmidir ki, Türkiyədə Anar adlı şəxslə tanış olmuşdur. Anar ona müxtəlif vaxtlarda müxtəlif əşyaların aparılmasını xahiş etmşdir. Axırıncı dəfə Anar adlı şəxs Türkiyədən aparılması üçün ona müxtlif əşyalar vermişdir. Təqsirləndirilən şəxs1 ona verilmiş müxtlif avadanlıları götürmüş və yük maşının sürücü əyləşən yerinə qoymuşdur. Həmin əşyalata Gömrük orqanı əməkdaşalrı tərəfindən ciddi şəkildə yoxlanılmışdır. Lakin heç bir qadağan olunmamış əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 avto qəzaya düşmüşdür. Avtomobildən olan əşyaların çatdırılması üçün o xalası oğlu xəyyama zəng edərək onda olan əşyaların aparılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 heç kəslə cinayət əlaqəsinə girməmiş və narkotik maddələrin gətirilməsi və satışı ilə bağlı heç bir əlaqələri olmamaışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, o Türkiyyədən gəldikdə gömrükdən sərbəst keçmiş heç bir əşya gizlətmətmişdir. Anarın verdiyi əşyaların hamısı göz qabağında olmuşdur, narkotik maddələrin daşınması və satışı ilə bağlı qeyd edilən şəxslərin heç biri ilə əvvəlcədən hər hansı bir sövdələşmə aparmamışdır. Cinayət işinin materiallarında Yusivov Elmanın hazırki cinayətlə bağlı digər şəxslərlə hər hansı danşığının yaxud əlaqəsinin olduğu müəyyən edilməmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı və məhkəmə tərəfindən düzgün tövsif edilməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ona israr edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmləlininin heç birini törətməmişdir. Yuxarıda göstərilənlərlə yanaşı onu da qeyd edirik ki, Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etdikdə də qanun pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə onun himayəsində bir azyaşlı, bir yetkinlik yaşma çatmayan olmaqla 3 uşağının olmasını və onun ilk dəfə cinayət törətməsini heç nəzərə almamışdır. Hesab edirik ki, məhkəmə cinayət işinin halları üzrə səhv nəticəyə gəlməklə yanaşı cəza təyin edilməsində də ədalətli olmamışdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsində (Ədalət Prinsipi) qeyd edilir ki. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hiiquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət məcəlləsinin 58.1 -ci maddəsində qeyd edilir ki, Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 138.1 -ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədaləti iliyi prinsipinin təsbit edildiyi Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməl idirlər: cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq: cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq; cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək. Təqsirsizlik prezumpsiyasının təsbit edildiyi Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.-cü maddələrinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirsizlik prezumpsiyasının beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyan biri kimi 11 -ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik presumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. "Barbera, Messege və Habardo İspaniyaya qarşı" şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi: digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə tərkibi təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Konvensiyasının tərkib hissəsi olan Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırsınlar. Maddənin 2-ci bəndində deyilir ki. cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. 2-ci bənd cinayət prosesinin davam etdiyi bütün müddətə şamil olunur və proses bitdikdən sonra və ya təqsirləndirilən şəxsə bəraət verildikdən sonra hakim tərəfindən hər hansı şərhin verilməsi təqsirsizlik prezumpsiyasını pozmuş olacaqdır. Təkcə məhkəmələr deyil, digər dövlət orqanları da təqsirsizlik prezumsiyasına əməl etməyə borcludurlar. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq vaxtı onun müdafiə hüququ pozulmuşdur. Saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Məhkəmə istintaqı zamanı özü və vəkilləri vəsatət versə də bu məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı,26 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2 və 234.4.1-ci maddələrdə bəraət verilməsini, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona CM-in 234.4.3-cü maddəsinə ilə daha aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandlırmışdır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda özünü qismən yalnız AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs2 qarşı verilmiş ittiham (32.5, 206.2, 234.4.1) tamamilə qanunsuz, əsassız və heç bir mötəbər dəlilə dayanmayan, istintaq orqanının mülahizəsindən ibarət bir ittihamdır. Məhkəmə də həmçinin əsassız olaraq istintaq orqanının vermiş olduğu həmin hissədə ittihamı öz hökmü ilə təsdiq edərək Xalid İgəndərovu təqsirli bilərək ona ağır cəza təyin etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Anar adlı tanışı bir neçə dəfə Təqsirləndirilən şəxs1 vasitəsi ilə ona narkotik vasitə və psixotrop maddə göndərmiş, o da Elmanla Hacıqabulda görüşüb həmin malları götürmüş, lakin Elman ona bağlamanı verərkən içərisində narkotik vasitətin olub-olmaması barədə Elman ilə hər hansı danışığı olmamış və sonuncunun bağlamanın içərisində narkotik vasitə olması barədə məlumatı olmamışdır. 04 may 2023-cü ildə Anar onunla yenidən əlaqə saxlayıb Elmanın vasitəsilə narkotik vasitə göndərdiyini, onunla görüşüb içərisində narkotik vasitə olan bağlamanı ondan götürməsini tapşırmış, sonuncu dəfə 05 may 2023-cü ildə Anarın tanışı Elmanla göndərdiyi bağlamanı sonuncunun qohumu Xəyyam adlı şəxsdən Hacıqabul rayonunda götürdükdən sonra tutulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin AR CMnin 32.5, 206.2, və 234.4.1-ci maddəsi ilə təqsirliliyi heç bir mötəbər dəlillə sübuta yetirilməmişdir. İstintaq orqanı qeyd olunan ittihamla məhkəmə qarşısına Təqsirləndirilən şəxs2 təqsirli olmasını sübuta yetirə biləcək heç bir mötəbər sübut çıxara bilməmişdir. Məhkəməyə təqdim olunmuş sübutlar şübhələrlə doludur və həmçinin biri-birilə kəskin dərəcədə ziddiyyətli olmaqla işin faktiki hallarına, hadisənin baş vermə mexanizminə qətiyyən uyğun deyildir. Nəticədə verilmiş CM-nin 32.5, 206.2, və 234.4.1-ci maddəsi ilə ittiham istintaq orqanının fərziyyəsindən başqa bir şey deyildir. Hesab edirik ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadə sübut kimi qəbul edilməlidir və formal mülahizələrə əsaslanıb həmin ifadəni sübut kimi qəbul etməmək yol verilməzdir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya hallar istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən hökmdə onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini göstərərək himayəsində heç bir yerdə işləməyən arvadı, 1 nəfər azyaşlı, ali təhsilli olmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.6, 59.1.10 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi sadalasa da, təqsirləndirilən şəxs barəsində kifayət qədər ədalətli olmayan və həmin yüngülləşdirici hallara uyğun olmayan azadlıqdan məhrum etmə növündə sərt cəza təyin etmişdir. Müdafiə tərəfi olaraq hesab edirik ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi həm tövsif hissəsində həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın təyin edilməsinin ümumiəsaslarını təyin edən 58-cimaddəsinin tələblərinə lazımınca əməletməmiş,cəza təyin edərkən onun cəza çəkmədən islah olunmasının mümkünlüyünü və barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamışdır. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində heç bir yerdə işləməyən arvadı, 1 nəfər azyaşlı uşağı vardır,cinayətimaddi asılılıq nəticəsində törətmiş, törətdiyiəmələ görə peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur,ali təhsillidir. Cəzasınıağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Bunlarla yanaşı xüsusilə vurğulanmalıdır ki, Təqsirləndirilən şəxs2 cinayət törətməyə meyillişəxs olmamaqla hazırkicinayət əməlini də maddiasılılıq nəticəsində törətmişdir. Həbs edilənədək faydalıəməklə məşgul olmaqla ailəsinə dəstək olmuş. Himayəsində heç bir yerdə işləməyən həyat yoldaşı və 1 azyaşlı uşağı olmaqla ailənin yeganə qazanc gətirənidir. O, özü də artıq törətdiyiəməlin ictimai təhlükəliliyini və yaratdığı nəticələri dərk etmiş, bunun tərəfindən atılmış yanlış addım və səhv olduğunu anlamış, buna görə də əməlindən səmimi olaraq peşman olmuş,artıq islah yolundadır və bir daha hər hansı bir cinayət əməli törətməyəcəyinə dair söz verir. Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı,26 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə hüququ pozulmuş, istintaq hərəkətləri vəkilin iştimrakı olmadan aparılmışdır. Məhkəmə istintaqı zamanı verdiyi vəsatətə münasibət bildirilməmişdir. Hakim məhkəmə istintaqının bitdiyini bildirəndə buna etiraz etsə də hakim qanunun tələbini pozmuş, ona vaxt verməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs1 özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək apellyasiya şikayətlərinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini, onun barəsində həbsdə yatdığı müddət nəzərə alınmaqla həbsdən azad olunması barədə qərar çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi6 müdafiəçisi olduğu şəxs və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs2 CM-in 32.5,206.2 və 234.4.1-ci maddələrlə bəraət verilməsini, CM-in 234.4.3-cü maddəsi ilə ona təyin edilmiş cəzanın CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs3 özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X4 təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Bu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 özlərinin qismən etirafedici ifadələri, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, axtarış, şəxsi axtarış və götürmə aparılması haqqında protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1 cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 cinayət əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 digər müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı,26 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı,26 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılması üçün əsas vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Bu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 özlərinin qismən etirafedici ifadələri, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, axtarış, şəxsi axtarış və götürmə aparılması haqqında protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı,26 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2 və 234.4.1-ci maddələrdə bəraət verilməsini, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona CM-in 234.4.3-cü maddəsinə ilə daha aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs2 CM-in 32.5,206.2, 234.4.1-ci maddələri ilə bəraət verilməsi, barəsində CM-in 62-ci maddəsini tətbiq edərək ona təyin edilmiş cəzanın daha da azaldılması üçün əsas vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Bu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 özlərinin qismən etirafedici ifadələri, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, axtarış, şəxsi axtarış və götürmə aparılması haqqında protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Apellyasiya şikayətində göstərilən hallar da Təqsirləndirilən şəxs2 barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinə əsas vermir. Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı,26 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmünün çıxarılması üçün əsas vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 özlərinin qismən etirafedici ifadələri, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, axtarış, şəxsi axtarış və götürmə aparılması haqqında protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir.Apellyasiya şikayətində göstərilən hallar da Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmünün çıxarılması üçün əsas vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı,26 avqust 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1, X3 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barələrində təqsirli bilindikləri maddələrinin sanksiyası həddində məhkumların törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətlərini təmin edib, Təqsirləndirilən şəxs1 Yusi oğlunun, Təqsirləndirilən şəxs3 barələrində bəraət hökmünün çıxarılması, Təqsirləndirilən şəxs2 CM-in 32.5,206.2 və 234.4.1-ci maddələri ilə bəraət verilməsi, barəsində CM-in 62-ci maddəsini tətbiq edərək ona CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı,26 avqust 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 397/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-397/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-76/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-76/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver