Məhkəmə qərarları › İş №1(106)-764/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-764/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-764/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, onun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3 maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(099)-235/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(099)-235/2024 saylı hökmü ilə (sədrlik edən hakim Cavid Səfərli) xx xxxxxx 1990-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan, barəsində "həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1, 234.4.3, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2023-cü il tarixdən hesablanmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona cinayətlərin məcmusu qaydasında 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 məhkum edilmişdir ona görə ki, o, külli miqdarda narkotik vasitəni, güclü təsir edən maddələri və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma və saxlama, eləcə də, bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal edilməsinə dair Təqsirləndirilən şəxs2, İran İslam Respublikası vətəndaşı Fardın Nourollahı və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Fardın Nourollahı tərəfindən qanunsuz olaraq əldə edilən təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 360 qram təşkil edən hər birində 10 həb olan 900 konvalyutda ümumilikdə 9000 həb "Methadone 40” əmtəə göstəricili metadon narkotik vasitəsi, təsiredici maddəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla cəmi 1,8 qram təşkil edən hər birində l0 tablet olan 18 konvalyutda ümumilikdə 180 tablet "Clozam 10” əmtəə göstəricili klobazam psixotrop maddəsi, təsiredici maddəsinin miqdarı cəmi 0,34 qram olmaqla hər birində 10 tablet olan 171 konvalyutda ümumilikdə 1710 tablet "Vazonidin 0,2” əmtəə göstəricili klonidin, təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 90 qram təşkil edən hər birində 1 flakon olmaqla 30 qutuda 30 flakon "Equipoise 300” əmtəə göstəricili boldenon, təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 40 qram təşkil edən hər birində 1 flakon olmaqla 20 qutuda 20 flakon "Parabolan 200” əmtəə göstəricili trenbolon və təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 10 qram təşkil edən hər birində 1 flakon olmaqla 10 qutuda 10 flakon "Masteron 100” əmtəə göstəricili drostanalon güclü təsir edən maddələrini, cinayətkar qrupun üzvləri arasındakı rol bölgüsü və razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs2 tərəfindən realizəsinin təşkil edilməsi məqsədilə sonuncuya çatdırılması üçün 2023-cü ilin iyun ayının 10-dək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində Fardın Nourollahıdan təhvil almış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi "Renault” markalı, 42CX024/42ZA599 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəltdirdiyi gizli saxlanc yerində yerləşdirib gömrük nəzarətindən gizlətməklə saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasınadək daşımış, həmin narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri, o cümlədən qrupun İran İslam Respublikasındakı üzvü Fardın Nourollahıdan Azərbaycan Respublikasında realizəsini təşkil etməsi məqsədilə Təqsirləndirilən şəxs2 çatdırmaq üçün əldə etdiyi və idxal edərək satış məqsədilə saxladığı dərman vasitələrinin qanunsuz dövriyyəsi cinayətinə münasibətdə dəyəri külli miqdarda olmaqla cəmi 57219 manat təşkil edən 1 ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə 7374 manat dəyərində 1229 ədəd "Xyla-P 30g” adlı, 1 ədədinin qiyməti 80 manat olmaqla ümumilikdə 10320 manat dəyərində 129 qutu "Ferinjekt 500 mg/10ml” adlı və 1 ədədinin qiyməti 85 manat olmaqla ümumilikdə 39525 manat dəyərində 465 qutu "Zoladeks 3,6mg” adlı qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini, eləcə də, həmin dərman vasitələrinin də qiyməti nəzərə alınaraq qaçaqmalçılıq cinayətinə münasibətdə ümumi dəyəri xeyli miqdarda olmaqla cəmi 75769 manat təşkil edən 1 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 3 konvalyut "ProstaFit” adlı və 1 ədədinin qiyməti 40 manat olmaqla ümumilikdə 18520 manat dəyərində 463 şpris "Orgalutran 0,25 mg/0,5ml” adlı dərman vasitələrini idarə etdiyi nəqliyyat vasitəsinin müvafiq gizli saxlanc yerində yerləşdirib gömrük nəzarətindən gizlətməklə 10 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1 -ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddələr, eləcə də, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələri ilə digər dərman vasitələri nəqliyyat vasitəsinə 11 iyun 2023-cü il tarixdə, saat 10 radələrində Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində keçirilmiş rentgen və gömrük yoxlaması nəticəsində gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 vəkili apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(099)-235/2024 saylı hökmü ilə razılaşmır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 əməli sübuta yetirilmədiyinə görə ona CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməli olmasını, ona Azərbaycan Respublikası CM-nin 206.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edir. Hesab edir ki, bu maddələrlə onun barəsində ən aşağı həddə cəza təyin edilməlidir. Bundan əlavə hesab edir ki, iş üzrə maddi sübut tanınmış-DGK-nin Astara Gömrük postunda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqda saxlanılan Təqsirləndirilən şəxs1 mülkiyyətində olmuş ümumilikdə 40000 manat təşkil edən “Renault” markalı, “Premium” modelli, 2007- ci il buraxılışlı, 42CX024 qeydiyyat nişanlı dartıcı yük avtomobili və həmin dartıcıya bitişik olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqu xüsusi müsadirənin təsiri altına düşmür. Belə ki, məhkəmə Renault” markalı, “Premium” modelli, 2007-ci il buraxılışlı, 42CX024 qeydiyyat nişanlı dartıcı yük avtomobilinin necə alınması barədə hər hansı araşdırma aparmamışdır. Həmin dartıcıya bitişik olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli qoşqu isə X5 mülkiyyətindədir. Müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs1 məhkəmədə ifadə verərkən CM-in 206.2, 234.4.1, 234.4.3-cü 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri özünü təqsirli bilməyərək gösətmişdir ki, özünə məxsus “Renault” markalı 42CX024 yük avtomobili, qardaşına məxsus yük qoşqusu ilə beynəlxalq yükdaşımalarla məşğuldur. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərindən “pambıq çiyidi” yükü yükləyib İran İslam Respublikasına yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə Azərbaycan-İran sərhəddini keçib İranın Astara şəhərinə daxil olmuş, bir neçə gündən sonra, yükü İranın Astara şəhərində boşaltmışdı. Bundan sonra, nəqliyyat vasitəsinin mühərrikində nasazlıq yarandığı üçün maşını təmirə vermişdir. Bir müddət keçəndən sonra, maşını ustadan götürmüş və Azərbaycana aparmaq üçün yük sifarişi gözləməyə başlamışdır. Bir-iki gün gözlədikdən sonra, Bakıya şüşə qab-qacaq yükünü daşımaq sifarişi almışdır. Bu yükün hazırlanması bir neçə gün çəkmişdir. İranda olduğu müddət ərzində tanışı İran vətəndaşı olan Fərdin ona zəng edərək “botoks” dərmanlarını Bakıya apara bilib-bilməyəcəyini ondan soruşmuş, dərmanları gömrükdən gizli keçirməyi təklif edib sayının 150 ədəd olduğunu deyərək bunun qarşılığında 600 manat təklif etmişdir. O isə apara bilməyəcəyini demiş, Fərdin növbəti gün yenidən ona zəng edərək başqa dərmanları aparmaq müqabilində ona daha çox pul verəcəyini demiş, bunu deyib onu şirnikləndirmişdir. Bundan sonra Fərdinlə görüşmüş, sonuncuda dərmanların hansı dərmanlardan olduğunu, nə qədər olduğunu, kimə çatacağını soruşmuş, Fərdin isə dərmanların müxtəlif tərkibli dərmanlar olduğunu, arasında xərçəng xəstələrinin müalicəsində istifadə etdikləri güclü dərmanlar, idmançıların istifadə etdikləri əzələ gücləndirici dərmanlar və başqa cür dərmanlar olduğunu deyərək bu dərmanların tapılan və aptekdə satılan dərmanlar olmadığını bildirib bunlara görə çox pul verəcəyini demişdir. Dərmanların bir qisminin güclü təsirli dərmanlar olduğunu eşidəndə narahat olmuş və bu işi görə bilməyəcəyini demişdir. Amma, Fərdin bu dərmanların daşınması üçün ona 2000 ABŞ dolları verəcəyini deyib dərmanları gizlətsələr aşkar edilməyəcəyinə onu inandırmışdır. Dərmanları harada gizlətmək olar deyə bir qədər düşündükdən sonra qoşquda döşəmənin altında yer düzəldib oraya yığmaq barədə razılığa gəlmişdlər. Bunun üçün İranın Astara şəhərində qaynaq işi ilə məşğul olan ustalardan birinin yanına gedərək maşının qoşqusunun döşəməsinin altında dəmirdən yer düzəltdirmişdir. Bundan sonra İranın Astara şəhərində Fərdinlə görüşmüş, dərmanları kimə təhvil verməli olduğunu soruşmuş, Fərdin isə, bütün dərmanların əvvəllər də dərman aparıb təhvil verdiyi Davuda çatacağını demişdir. xx.xx.2023-cü il tarixdə İranın Astara şəhərində Fərdinlə görüşən zaman Fərdin ona içərisində maşında gizlədəcəyi dərmanlar olan 12 qutu və 2 bağlamanı vermiş, o isə, həmin dərmanları təhvil alıb maşınına qoymuşdur. 11,06.2023-ci il tarixdə, səhər saat 10 radələrində idarə etdiyi nəqliyyat vasitəsi “Astara” Gömrük İdarəsinin inzibati ərazisində rentgen qurğusundan keçirilmiş, rentgenin nəticəsində gömrükçü nəqliyyat vasitəsinin qoşqusunun döşəməsində şübhəli cizgilər müşahidə edildiyini deyib nəqliyyat vasitəsinin qoşqusuna yoxlama keçirəcəyini bildirmişdir. Lakin o, yalnız dərman preparatlarının olduğunu düşünmüş, belə ki, narkotik vasitə və güclü təsir edən maddələr barədə Fərdin ona heç bir söz deməmişdir. Dərmanların arasında narkotik vasitələrin olduğunu bilməmiş, əməlindən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə tərəfindən təyin edilmiş cəza ağır olmaqla məhkumun şəxsiyyətinə uyğun deyildir. DİN-dən verilmiş arayış-tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətə azadlıqdan məhrum edilməsi onun ailəsinə əlavə məhrumiyyətlər gətirmişdir ki, bu da cəzanın məqsədinə müvafiq deyildir. Yuxarıda göstərilənlərə əsaslanaraq apellyasiya baxışı zamanı məhkəmə istintaqının tam şəkildə aparılması təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 235/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü əsasız və qanunsuz olduğu üçün Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 234.4.1 və 234.4.3, 240.3.2, ilə subuta yetmədiyindən bəraət verilməsini, AR CM-nin 206.2 və 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə aşağı həddə cəza verilməsi barədə höküm çıxarılmasını və iş üzrə maddi sübut kimi tanınmış-DGK-nin Astara Gömrük postunda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqda saxlanılan Təqsirləndirilən şəxs1 mülkiyyətində olmuş ümumilikdə 40000 manat təşkil edən “Renault” markalı, “Prernium” modelli, 2007-ci il buraxılışlı, 42CX024 qeydiyyat nişanlı dartıcı yük avtomobili və həmin dartıcıya bitişik olan X5 mülkiyyətində olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqunun dövlət nəfinə xüsusi müsadirə olunması hissəsinin də ləğv edilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin tövsifinin və onlara təyin edilmiş cəzanın işin hallarına uyğun olduğunu, onlara maddənin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edildiyini göstərərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1, 234.4.3, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayətləri törətməsi onun və Təqsirləndirilən şəxs2 istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istitaqı zamanı qismən etiraf edici ifadələri, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid1, Şahid2, Şahid3 Höcətulla oğlunun, Şahid4 ifadələri, və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 iyun 2023-cü il tarixli 6/3311 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində "Methadone 40...Faran” əmtəə göstəriciləri olan 900 (doqquz yüz) blisterdə hər birində 10 ədəd olmaqla ümumilikdə 9000 (doqquz min) ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 360 qram olan narkotik vasitə - metadon müəyyən edilmişdir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir. (Siyahı İİ). (Qeyd: Metadon tabletləri 9000 tablet, tədqiqata sərf edildi - 10 tablet, qalıq - 8990 tablet). Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2023-cü il tarixli 9/4515 №-li rəyindən görünür ki, aşkar edilmiş dərman preparatlarının arasından tərkibində trenbolon güclü təsir edən maddəsi olan 20 qutu "Parabolan 200” əmtəə göstəricili dərman vasitəsinin bir qutusunun qiyməti 150 manat olmaqla ümumilikdə dəyəri 3000 manat, tərkibində boldenon güclü təsir edən maddəsi olan 30 qutu "Equipoise 300” əmtəə göstəricili dərman vasitəsinin bir qutusunun qiyməti 85 manat olmaqla ümumilikdə dəyəri 2550 manat, tərkibində drostanalon güclü təsir edən maddəsi olan 10 qutu "Masteron 100” əmtəə göstəricili dərman vasitəsinin bir qutusunun qiyməti 95 manat olmaqla ümumilikdə dəyəri 950 manat, 1229 ədəd "Xyla-P 30g” əmtəə göstəricili dərman vasitəsinin 1 ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə dəyəri 7374 manat, 3 konvalyut "ProstaFit” əmtəə göstəricili dərman vasitəsinin 1 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə dəyəri 30 manat, 129 qutu "Ferinjekt 500 mg/10ml” əmtəə göstəricili dərman vasitəsinin 1 ədədinin qiyməti 80 manat olmaqla ümumilikdə dəyəri 10320 manat, 463 şpris "Orgalutran 0,25 mg/0,5ml” əmtəə göstəricili dərman vasitəsinin 1 ədədinin qiyməti 40 manat olmaqla ümumilikdə dəyəri 18520 manat, 465 qutu "Zoladeks 3,6mg” əmtəə göstəricili dərman vasitəsinin 1 ədədinin qiyməti 85 manat olmaqla ümumilikdə dəyəri 39525 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş dərmanlar arasında 8 adda dərman preparatlarının 2023-cü ilin iyun ayına olan orta bazar qiymətilə ümumi dəyəri, cəmi 82269 manat müəyyən edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 avqust 2023-cü il tarixli 9/5851 №-li rəyindən görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 cinayətin icrası zamanı alət və vasitə qismində istifadə etdiyi "Renault” markalı, "Premium” modelli, 42CX024 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının və "Maz” markalı, "9766” modelli 42ZA599 qeydiyyat nişanlı qoşqusu ilə birlikdə 40000 manat təşkil edir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 iyun 2023-cü il tarixli 3/3309 №-li rəyindən görünür ki, hər birində 10 tablet olmaqla, 18 konvalyutda ümumilikdə 180 tablet "Clozam 10” əmtəə göstəricili dərman vasitəsi klobazam psixotrop maddəsidir və tərkibindəki təsiredici maddəsinin miqdarı cəmi 1,8 qram təşkil edir, hər birində 10 tablet olmaqla, 171 konvalyutda ümumilikdə 1710 tablet "Vazonidin 0,2” əmtəə göstəricili dərman vasitəsi klonidin güclü təsir edən maddəsidir və tərkibindəki təsiredici maddəsinin miqdarı cəmi 0,34 qram təşkil edir, hər birində 1 flakon olmaqla, 30 qutuda 30 flakon "Equipoise 300” əmtəə göstəricili dərman vasitəsi boldenon güclü təsir edən maddəsidir və tərkibindəki təsiredici maddəsinin miqdarı cəmi 90 qram təşkil edir, hər birində 1 flakon olmaqla, 20 qutuda 20 flakon "Parabolan 200” əmtəə göstəricili dərman vasitəsi trenbolon güclü təsir edən maddəsidir və tərkibindəki təsiredici maddəsinin miqdarı cəmi 40 qram təşkil edir, hər birində 1 flakon olmaqla, 10 qutuda 10 flakon "Masteron 100” əmtəə göstəricili dərman vasitəsi drostanalon güclü təsir edən maddəsidir tərkibindəki təsiredici maddəsinin miqdarı cəmi 10 qram təşkil edir. Klobazam (Clozam) Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına, Klonidin (Vazonidin), Boldenon (Equipoise), Trenbolon (Parabolan), Drostanolon (Masteron) 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”-na daxildir. Tədqiqata təqdim edilmiş digər dərman preparatlarının tərkibində narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələrə aid elementlər aşkar edilmədi. (Qeyd: “Clozam 10” - ilkin sayı 18 konvalyut, istifadə edildi-2 konvalyut, qalıq-16 konvalyut, “Vazonidin 0,2” - ilkin sayı 171 konvalyut, istifadə edildi-2 konvalyut, qalıq-169 konvalyut, “Equipoise 300” - ilkin sayı 30 flakon, istifadə edildi-1 flakon, qalıq-29 flakon, “Parabolan 200” - ilkin sayı 20 flakon, istifadə edildi-1 flakon, qalıq-19 flakon, “Masteron 100” - ilkin sayı 10 flakon, istifadə edildi-1 flakon, qalıq-9 flakon, digər dərman vasitələrindən istifadə edilmiş miqdarlar müvafiq ekspertiza rəyində göstərilmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 13 iyun 2023-cü il tarixli 7/850 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi 34/012/003739 yazıları olan bir ədəd DGK-ya məxsus polietilen paketdə bir ədəd dəmir qabda təmiz çəkisi 0,036 qram bitki hissəsikləri çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5620 nömrəli rəylərindən görünür ki, aşkar edilmiş bütün dərman vasitələri üzərilərindəki tarix göstəricilərinə əsasən istifadəyə yararlıdırlar. Tegretol CR400 adlı dərman vasitəsinin üzərilərindəki tarix göstəricisinə əsasən son istifadə müddəti 2023cü ilin iyun ayına qeyd edilsə də, hazırki cinayət əməli üzrə qeyd edilən predmetin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və AR gömrük sərhədindən keçirilməsi zamanı istifadə müddətinin bitməmiş olması və cinayət əməllərinin icrası zamanı yararlı olmuş olması nəzərə alınmalıdır. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023- cü il tarixli 4114 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub, lakin, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 5967 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 11 iyun 2023-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 “Renault” markalı 42CX024/42ZA599 nömrə nişanlı nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilmiş, bu zaman nəqliyyat vasitəsinin qoşqusunun döşəməsində şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi yoxlama qrupuna göndərilmiş və keçirilmiş yoxlama nəticəsində qeyd edilən nəqliyyat vasitəsinin qoşqusunun döşəməsinin altında qabaqcadan xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerində gömrük nəzarətindən gizlədilmiş 12 ədəd qutu və 2 ədəd bağlama aşkar edilmişdir. Həmin qutu və bağlamalara baxış keçirilən zaman üzərində Metodon 40 yazısı olan hər birində 10 həb olmaqla 900 konvolut, üzərində Clozam Clobazam yazısı olan hər birində 10 həb olmaqla 18 konvolut, üzərində Vazonidin Clonidin yazısı olan hər birində 10 həb olmaqla 171 konvolut, üzərində Equipoise 300 Boldenon yazısı olan hər birində 1 flakon olmaqla 30 qutu, üzərində Parabolan 200 yazısı olan hər birində 1 flakon olmaqla 20 qutu, üzərində Masteron 100 yazısı olan hər birində 1 flakon olmaqla 10 qutu, üzərində Amantadin yazısı olan hər birində 10 həb olmaqla 9 konvolut, üzərində Tetrabenazin yazısı olan hər birində 10 həb olmaqla 56 konvolut, üzərində Levoksin yazısı olan hər birində 10 həb olmaqla 15 konvolut, üzərində X9 yazısı olan hər birində 10 həb olmaqla 30 konvolut, üzərində Ketokanazol yazısı olan hər birində 10 həb olmaqla 4 konvolut, üzərində X8 440 mg yazısı olan hər birində 2 flakon olmaqla 115 qutu, üzərində Variopeptyl 3.75 yazısı olan hər birində 1 məhlul 1 şpris olmaqla 3 qutu, üzərində Masport 500 yazısı olan hər birində 2 flakon olmaqla 104 qutu, üzərində Hyalic yazısı olan hər birində 1 şpris olmaqla 10 qutu, üzərində Viribit yazısı olan hər birində 10 həb olmaqla 119 konvolut, üzərində Orqalutran yazısı olan 463 şpris, üzərində Barij yazısı olan hər birində 60 kapsul olmaqla 4 ədəd, üzərində Zoladeks yazısı olan hər birində 1 şpris olmaqla 465 qutu, üzərində ProstaFit yazısı olan hər birində 20 həb olmaqla 3 konvolut, üzərində Tearlose yazısı olan 5 qutu, üzərində Topiramate Arya yazısı olan hər birində 10 həb olmaqla 20 konvolut, üzərində Lamogin yazısı olan hər birində 10 həb olmaqla 10 konvolut, üzərində Gelofen 400 yazısı olan hər birində 10 həb olmaqla 5 konvolut, üzərində Norstor 250 yazısı olan hər birində 10 həb olmaqla 5 qutu, üzərində Tegretol CR 400 yazısı olan hər birində 10 həb olmaqla 5 konvolutda 1 qutu, üzərində Ferinjekt yazısı olan hər birində 1 flakon olmaqla 129 qutu, üzərində Xyla-P yazısı olan 1229 ədəd, üzərində Diklotan 50 yazısı olan hər birində 10 həb olmaqla 10 konvolut 2 qutu, üzərində Citaxa 40 yazısı olan hər birində 10 həb olmaqla 3 qutuda 3 konvolut, üzərində Livergol 140 yazısı olan 10 həb olmaqla 3 konvolut 2 qutu, üzərində Piroxicam 0,5 % yazısı olan hər birində 1 gel olmaqla 3 qutu, üzərində İmmunohobs 334 İU/ml yazısı olan 35 qutu dərman vasitələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məxsus dəyəri ümumilikdə 40000 manat təşkil edən “Renault” markalı, “Premium” modelli, 42CX024 qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, dartıcı yük avtomobili və həmin dartıcıya bitişik olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqusu maddi sübut kimi tanınmış DGK-nin Astara Gömrük postunda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqda saxlanılır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(004)-1035/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 məxsus dəyəri ümumilikdə 40000 manat təşkil edən “Renault” markalı, “Premium” modelli, 42CX024 qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, şassi nömrəsi VF624GPA000009223 olan dartıcı yük nəqliyyat vasitəsinin və həmin dartıcıya bitişik olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı, tentli furqon tipli qoşqusu üzərinə həbs qoyulmuş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin 22 may 2009cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsinə və CM-nin 70-cm maddəsinə əsasən 3 il müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən olunmaqla, 3 il şərti sınaq müddəti müəyyən olunmuş, məhkumluğu ödənilmişdir. Birinci instansiya məhkəməsinin istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ki, özünə məxsus “Renault” markalı 42CX024 yük avtomobili, qardaşına məxsus yük qoşqusu ilə beynəlxalq yükdaşımalarla məşğuldur. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərindən “pambıq çiyidi” yükü yükləyib İran İslam Respublikasına yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə Azərbaycan-İran sərhəddini keçib İranın Astara şəhərinə daxil olmuş, bir neçə gündən sonra, yükü İranın Astara şəhərində boşaltmış, bundan sonra, nəqliyyat vasitəsinin mühərrikində nasazlıq yarandığı üçün maşını təmirə vermişdir. Bir müddət keçəndən sonra, maşını ustadan götürmüş və Azərbaycana aparmaq üçün yük sifarişi gözləməyə başlamışdır. Bir-iki gün gözlədikdən sonra, Bakıya şüşə qab-qacaq yükünü daşımaq sifarişi almışdır, bu yükün hazırlanması bir neçə gün çəkmişdir. İranda olduğu müddət ərzində tanışı İran vətəndaşı olan Fərdin ona zəng edərək “botoks” dərmanlarını Bakıya apara bilib-bilməyəcəyini ondan soruşmuş, dərmanları gömrükdən gizli keçirməyi təklif edib sayının 150 ədəd olduğunu deyərək bunun qarşılığında 600 manat təklif etmişdir. O isə apara bilməyəcəyini demişdir. Fərdın növbəti gün yenidən ona zəng edərək başqa dərmanları aparmaq müqabilində ona daha çox pul verəcəyini demiş, bunu deyib onu şirnikləndirmişdir. Bundan sonra Fərdinlə görüşmüş, sonuncuda dərmanların hansı dərmanlardan olduğunu, nə qədər olduğunu, kimə çatacağını soruşmuş, Fərdin isə dərmanların müxtəlif tərkibli dərmanlar olduğunu, arasında xərçəng xəstələrinin müalicəsində istifadə etdikləri güclü dərmanlar, idmançıların istifadə etdikləri əzələ gücləndirici dərmanlar və başqa cür dərmanlar olduğunu deyərək bu dərmanların tapılan və aptekdə satılan dərmanlar olmadığını bildirib bunlara görə çox pul verəcəyini demişdir. Dərmanların bir qisminin güclü təsirli dərmanlar olduğunu eşidəndə narahat olmuş və bu işi görə bilməyəcəyini demişdir. Amma, Fərdin bu dərmanların daşınması üçün ona 2000 ABŞ dolları verəcəyini deyib dərmanları gizlətsələr aşkar edilməyəcəyinə onu inandırmışdır. Dərmanları harada gizlətmək olar deyə bir qədər düşündükdən sonra qoşquda döşəmənin altında yer düzəldib oraya yığmaq barədə razılığa gəlmişdlər. Bunun üçün İranın Astara şəhərində qaynaq işi ilə məşğul olan ustalardan birinin yanına gedərək maşının qoşqusunun döşəməsinin altında dəmirdən yer düzəltdirmişdir. Bundan sonra İranın Astara şəhərində Fərdinlə görüşmüş, dərmanları kimə təhvil verməli olduğunu soruşmuş, Fərdin isə, bütün dərmanların əvvəllər də dərman aparıb təhvil verdiyi Davuda çatacağını demişdir. Davudu 4-5 ay olar ki, elə Fərdinə görə tanımış, Davuda əvvəllər iki dəfə adi botoks dərmanları deyilən şüşə flakonlar aparmışdır. xx.xx.2023-cü il tarixdə İranın Astara şəhərində Fərdinlə görüşən zaman Fərdin ona içərisində maşında gizlədəcəyi dərmanlar olan 12 qutu və 2 bağlamanı vermiş, o isə, həmin dərmanları təhvil alıb maşınına qoymuşdur. Daha sonra, həmin dərmanları bir-bir maşınının qoşqusunun döşəməsində düzəltdirdiyi gizli saxlanc yerinə yerləşdirmişdir. Fərdin həmin dərmanları Davuda çatdırmağı tapşırmış, Davudun özü ilə bu barədə söhbət etməmiş, lakin əvvəllərdə Davuda dərman apardığı üçün Fərdinin Davudla razılaşdığını düşünmüşdür. Bundan bir neçə gün sonra, idarə etdiyi maşına "şüşə qablar” yükünü yüklətdirərək Azərbaycana doğru yola düşmüşdür. l0.06.2023-cü il tarixdə saat 23 radələrində İran-Azərbaycan sərhədini keçib Astara Gömrük İdarəsinin ərazisinə daxil olmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsinin kabinasına gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı kabinadan qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, gömrük əməkdaşı onun üzərində də şəxsi yoxlama aparacağını demiş, bu zaman, o, şalvarının sağ cibində olan narkotik vasitə çəkərkən marixuananı doğramaq üçün istifadə etdiyi dəmir qabı çıxarıb gömrük əməkdaşına vermişdir. Gömrük əməkdaşı ona verdiyi qaba baxış keçirən zaman qabın içində sarımtıl rəngli naməlum maddə olduğunu görmüşdür. Gömrük əməkdaşı ona idarə etdiyi yük nəqliyyat vasitəsinə səhəri gün rentgen yoxlaması tətbiq ediləcəyini demişdir. Bundan sonra, xx.xx.2023-ci il tarixdə, səhər saat 10 radələrində idarə etdiyi nəqliyyat vasitəsi "Astara” Gömrük İdarəsinin inzibati ərazisində rentgen qurğusundan keçirilmiş, rentgenin nəticəsində gömrükçü nəqliyyat vasitəsinin qoşqusunun döşəməsində şübhəli cizgilər müşahidə edildiyini deyib nəqliyyat vasitəsinin qoşqusuna yoxlama keçirəcəyini bildirmişdir. Bunun üçün iki nəfər şəxsi çağırıb hal şahidi kimi çağırıldıqlarını deyib yoxlamaya başlamış, nəticədə, qoşqunun döşəməsinin altındakı xüsusi gizli saxlanc yerində gizlətdiyi Fərdinin ona verdiyi bütün dərmanlar aşkar olunmuşdur. Eskpertizadan sonra müəyyən olunmuşdur ki, dərmanların arasında narkotik vasitələr və güclü təsir edən maddələr də olmuşdur. Lakin o, yalnız dərman preparatlarının olduğunu düşünmüş, belə ki, narkotik vasitə və güclü təsir edən maddələr barədə Fərdin ona heç bir söz deməmişdir. Dərmanların arasında narkotik vasitələrin olduğunu bilməmiş, əməlindən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1, 234.4.3, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməklə hökm çıxararkən səhv etməmişdir və ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, apellyasiya şikayətində müdafiəçi Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirliliyinin birinci instansiya məhkəməsində sübuta yetirilmədiyini hesab etdiyini göstərsə də şikayətdə onun barəsində bu maddələrlə ittiham hökmü çıxarılarkən məhkəmənin istinad etdiyi sübutlardan hər hansını mübahisələndirməmiş, hər hansı sübutun ittihamdan xaric edilməsinə dair vəsatət verməmişdir. Belə bir vəziyyətdə işdə olan sübutlar Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın düzgün olması, əməlin sübuta yetrilmiş olmasını hesab etməyə əsas verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cinayətin predmeti olmuş, kabinası Təqsirləndirilən şəxs1 və yedəyi qardaşına məxsus olan “Renault” markalı, “Premium” modelli, 2007- ci il buraxılışlı, 42CX024 qeydiyyat nişanlı dartıcı yük avtomobili və həmin dartıcıya bitişik olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqu xüsusi müsadirənin təsiri altına düşməməsi barədə dəlilini də əsassız hesab edir. Belə ki, işdən görünür ki, “Renault” markalı, “Premium” modelli, 2007- ci il buraxılışlı, 42CX024 qeydiyyat nişanlı dartıcı yük avtomobili Təqsirləndirilən şəxs1 mülkiyyətində olmaqla onun cinayətin predmeti kimi xüsusi müsadirə edilməsinə heç bir maneə yoxdur. Həmin dartıcıya bitişik olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqu Təqsirləndirilən şəxs1 qardaşının mülkiyyətində olsa da narkotik vasitə və dərman vasitələrinin qaçqmalıçılıq yolu ilə sərhəddən keçirilməsi üçün nəzərdə tutulan gizli saxlanc yeri qoşqu İranda olarkən məhz avtomobilin bu hissəsində qəmir təbəqələrin qaynaq edilməsi yolu lə quraşdırıldığından Məhkəmə kollegiyası avtomobilin qoşqusu ilə birlikdə xüsusi müsadirə tədbiq edilməsini düzgün hesab edir. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyd edilən avtomobil üzərindən xüsusi müsadirənin götürülməsi tələbi də əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi də işin hallarına, əməlin xarakterinə və ictima təhlükəliliyinə, onun şəxsiyyətinə, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin qoşqusundan aşkar edilmiş narkotik vasitələrin və dərman vasitələrinin növünə və miqdarına uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(099)- 235/2024 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanı ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddə çəkməsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinin əldə edilməsinin mümkün olacağını hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin olunmaması barədə rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(099)-235/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3 maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(099)-235/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar