Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-77/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X1 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 1(057)-5/2024 saylı hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 1(057)-5/2024 nömrəli hökmü (hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi) ilə xx xxxxxxxx 1999-cu il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(032)-59/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş və cəzasının çəkilməmiş bir il müddətə islah işləri cəzası CM-in 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının cəzasının bir gününə bərabər hesablanmaqla üç ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə üzrə ona təyin edimiş cəzaya qismən birləşdirilərək qəti olaraq iki il bir ay müddətə azadlıqdan məhrum etmə cəzası təiyn olunmuş, Salyan rayonu, Qarabağlı kəndində pasport qeydiyyatında olan və tutulanadək Salyan rayonu, Kərimbəyli kəndində yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(032)- 59/2024 saylı hökmü ilə ona təyin olunmuş 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplamaqla üzərində 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətinə hesablanması, üzərində 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(032)-59/2024 saylı hökmü ilə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 14 noyabr 2023-cü ildən hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qəsdən tamah niyyəti ilə özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə binaya qanunsuz olaraq daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 20 iyun 2023-cü il tarixdə saat 04 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus olan Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində yerləşən “playstation” oyun klubuna qapının cəftəsini sındırmaq üsulu ilə qanunsuz olaraq daxil olub həmin oyun klubundan zərərçəkmiş şəxsə məxsus hər birinin ayrı-ayrılıqda dəyəri 200 manat olan 2 ədəd “sony” markalı playstation oyun aparatı və hər birinin ayrı-ayrılıqda dəyəri 20 manat olan 25 ədəd “sony” markalı playstation oyun aparatı pultunu götürüb aparmaqla Zərərçəkmiş şəxs cəmi 900 manat məbləğində maddi ziyan vurub özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq olunaraq dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib dörd ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş iki il bir ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs iki il iki ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsində hazırkı işə baxılarkən mübahisələndirilən hökmlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli hökmü ilə təyin olunmuş cəza deyil, yanlış olaraq CM-in 66.5-ci maddəsinə əsasən Şirvan şəhər məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə təyin olunmuş cəza qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə baxışı iclasında: Dövlət ittihamçısı2 apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış etdi və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq olunaraq dəyişdirilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək, onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxsun müdafiəçisi Müdafiəçi3 apellyasiya protestinin dəlillərinə etiraz edərək apellyasiya protestinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protestinin, ittiham tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq ilk növbədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin olunmalı və Salyan Rayon Məhkəməsinin 27 avqust 2024-cü il il tarixli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ibitdai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-5491/2023 nömrəli rəyi və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 27 avqust 2024-cü il il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Salyan Rayon Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya məhkəməsi zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində ibitdai istintaq zamanı ona polis əməkdaşkarı tərəfindən təzyiq və təsirlər olduğunu, onun polis şöbəsində döyüldüyünu və çənə sümüyünün sındırldığını, məhz bu səbəbə görə ibtidai istintaq zamanı etiraf edici ifadələr veridiyini, döyüldüyü zaman aldığı xəsarətlərin istintaq təcridxanasında qeydə aındığını bildirmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin sözügedən ifadəsinə qiymət verərək, qeyd olunan halların mövcudluğunu araşdırmaq üçün qismən məhkəmə istintaqına keçmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsinə müracət edərək, Təqsirləndirilən şəxs istinaq təcridxanasına qəbul olunarkən tibbi müayinədən keçməsinə dair sənədələrin məhkəməyə göndərilməsin xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsinin 10 yanvar 2024-cü il tarixli məktubu və həmin məktuba əlavə edilmiş10344/2023 nömrəli məhkumun tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs istinaq təcridxanasına qəbul olunarkən onun çənə sümüyündə xəsarətlərin olması ilə bağlı hər hansı hal qeyd olunmamışdır. Bundan əlavə Tibb kitabçasında 13 sentyabr 2024-cü il tarixində 2 gün öncə məhkumun eptleptin tutulmasının olması və yıxılması qeyd olunmuş sol əlin arxa səthində şişginliklər olması göstərilmişdir. Məhkum tibb kitabçasında qeyd olnanlardan başqa xəsarətlə bağlı hər hansı bir məlumat yazılmamışdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs və müdafiəçinin apellyasiya məhkəmə baxışında çıxışlarının ibtidia istintaq zamanı məhkum olunmuş şəxsə təzyiq və təsirlər edildiliyindən, həmçinin fiziki zor tətbiq edildiyindən təqsirli olduğunu etiraf etməsi və həmin əsaslarla da etirafedici ifadələr verməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Cinayət işinin materiallarından, məhkəmə iclas protokollarından və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və müharibə iştirakçısı olmasını cəzasını yüngülləşdirən hal kimi və əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə törədilmiş cinayət əməlinə görə birinci instansiya məhkəməsi tərəfindən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli saysa da, hesab edir ki, cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə bağlı apellyasiya protestinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 200/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki 1(009)-200/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmlə təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası Şirvan Şəhər Məhkəməsinin 1(032)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3- cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Lakin Salyan Rayon Məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin yuxarıda qeyd olunan hökmünü nəzərə almadan, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilib, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(032)-59/2024 saylı hökmü ilə ona təyin olunmuş 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplamaqla üzərində 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli hökmünü nəzərə almayaraq yalnışlığa yol vermiş və cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, Salyan Rayon Məhkəməsinin 27 avqust 2024-cü il il tarixli, 1(057)-5/2024 hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilməli, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 1(057)-5/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-200/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla üzərində 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun hazırkı cinayət işi üzrə 07 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-200/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü üzrə 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət, cəmi 4 gün müddət təyin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətinə hesablanması və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmalı, hökm qalan hissədə dəyişdirilməməlidir. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 1(057)-5/2024 hökmü həmin apellyasiya protestinə əsasən dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 1(057)-5/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-200/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 07 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-200/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü üzrə 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət olmaqla cəmi 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(106)-77/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-77/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver