Məhkəmə qərarları › İş №1(106)-771/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-771/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-771/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(050)-44/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(050)-44/2024 saylı hökmü ilə (sədrlik edən hakim Zeynal Zeynalov) xx.xx.1968-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ailəli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi ev 26-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 13 yanvar 2024-cü il tarixdən 15 yanvar 2024-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs həbsdə olan oğlu Əsgərov Amid Habil oğlunu 7500 manat pulun müqabilində həbs yerindən azad etdirəcəyinə və ona elan olunan ittihamı dəyişdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs aldadıb özünə inandırdıqdan sonra 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə tanışı Şahid2 vasitəsilə 400 manat, yenə 2022-ci ilin dekabr ayının əvvəllərində tanışı Şahid2 vasitəsilə plastik kart hesabına köçürmə üsulu ilə 1100 manat, xx.xx.2023-cü iltarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Bravo” super marketdəki “MilliÖn” ödəmə terminalından plastik kart hesabına köçürmə üsulu ilə 3000 manat, xx.xx.2023-cü il tarixdə Masallı rayonu Bədəlan kəndində yerləşən “Bizim market”dəki “MilliÖn” ödəmə terminalından yenə plastik kart hesabına köçürmə üsulu ilə 2000 manat və xx.xx.2023-cü il tarixdə yenə Masallı rayonu Bədəlan kəndində yerləşən “Bizim market”dəki “MilliÖn” ödəmə terminalından plastik kart hesabına köçürmə üsülü ilə 890 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 7390 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə prosesində işin hərtərəfli, tam və obyektiv araşdırılmamasını görərək dəfələrlə müraciət etməyinə baxmayaraq hakim məhkəmə istintaqını düzgün aparmamış və bir çox qanunvericilik normalarını qərəzli olaraq pozmuşdur. Məhz bu aspektdən çıxarılmış hökmü qanunsuz və əsassız sayır. Belə ki, 2022-ci ilin dekabr ayının əvvələrində tələbə yoldaşı (Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxumuşuq) Şahid2 onun hüquqi xidmət göstərdiyi əvvəlcədən bildiyi üçün (voen acılıb hüquqi xidmətlə bağlı) onunla görüşüb, özünün həmkəndlisi Əsgərovun psixi xəstə olan oğlunun Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulması barədə ona məlumat verdikdə və onlara köməklik göstərilməsini istədikdə, o bunun müqabilində onun həmkəndlisi olan Habilin özü ilə görüşməyi və işin hallarını bir başa ondan eşitməyi bildirmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, “Şamaxınka” deyilən ərazidə yerləşən kafedə , o tələbə yoldaşı Şahının dəvətlə Habil və onun yanında gələn qohumu ilə görüşmuşdür. Söhbət əsnasında Habil bildirmişdir ki, oğlu Amid və onunla birlikdə Orxan adlı şəxs Cəlilabad RPİ-nin əməkdaşları tərəfindən narkotiklə bağlı tutulmuş və hal-hazırda istintaq gedir. Bununla yanaşı Habil oğlu Amidin uzun müddətdir ki, psixi xəstə kimi qeydiyyatda olaması və ondan cinayətin edilməsində alət kimi istifadə edildiyini bildirmişdir. X6 RPİ-də ondan 20000 manat pul istədiklərini və bunun müqabilində oğlunu azad edəcəklərini də söylədi. Onu dinlədikdən sonra həqiqətən oğlunun psixi xəstə olması barədə sənədlərin ona təqdim edilməsini və hüquqi xidmət üçün 1500 manat verilməsini bildirmişdir. Bir müddətdən sonra ( aıtıq xeyli vaxt keçmişdi Habilnən görüşdən ), Habilin işilə bağlı Şahid2 soruşanda, o bildirdi ki, ona pul göndəriblər, lakin sənədi hələ gətirməyiblər. O, birinci növbədə sənədin verilməsini (yəni Habilin oğlunun psixi xəstə olması barədə sənədi) Şahindən istəmişdir. 2022-ci ilin dekabr ayının axırlarında Şahin ona sənədi təqdim etdikdən sonra, o Şahinə demişdir ki, Habili çağırsın, vəkillə müqavilə bağlanacaq, həm də onu dövlət orqanlarında təmsil eləmək üçün etibarnamə verməlidir. Habil gəlməmişdən öncə, yəni bir gün qabaq Şahindən pulu istədikdə, o pulu xərclədiyini demişdir. O, Şahinə demişdir ki, heç olmasa vəkilin pulunu, yəni 500 manatı düzəltsin ki, müqavilə bağlansın istintaqda iştirak edə bilsin. X7 rayonundan Bakıya gəldikdə Şahin artiq 500 manatı düzəltmişdi və o, Şahin, Habil vəkil Pəhləvanla görüşmüş və müqavilə bağlanmışdır. Bundan sonra o Habilnən notariusa gedərək ondan etibarnamə almışdır ki, onu dövlət orqanlarında təmsil edə bilsin. Vəkil Pəhləvan, ona və Şahin Cəlilabad RPİ-yə gedəndə onları orada Habil qarşılamışdır və o bir hüquqşünas kimi (cinayət hüququ üzrə mütəxəssis kimi, uzun müddət universitetlər cinayət hüququnu tədris edən bir müəllim kimi) ilk növbədə iş üzrə toplanmış materialların surətinin müstəntiqdən alınmasını vəkilə tapşırmışdır. Vəkil də bu sənədlərin surətini istintaqdan götürüb ona təqdim etmişdir. Bakıya qayitdıqdan sonra iş üzrə materiallarla tanış olarkən vəsatətlərin verilməsinin labüd olmasını aşkar etdikdə, o vəsatətləri hazırlamış, digər tərəfdən istintaq zamanı baş verən hüquqpozuntuları barədə prezidentə və digər dövlət orqanlarına müraciət etmişdir. Hətda o Habilnən birlikdə bininci vitse-prezident Mehriban xanımın qəbulunda, o cümlədən Baş Prokurorluqda olmuşdur. Bu əziyyətinin qarşısında Şahin Habildən aldığı 1500 manatdan 400 manat ona vermişdir. Yəni 1500 manatın 500-i vəkilə, 400 ona, qalanını isə ( 600 manat) Şahinə qalmışdır. Habilin oğlu Amidin istintaqı zamanı, yəni yazdığı vəsatətləri Cəlilabad RPİ-nin müstəntiqinə vermək ücün o, vəkil və Şahin Cəlilabad rayonunda olmuş, bu zamanda Habil onları qarşılamaq üçün Cəlilabad RPİ-n qarşısında gözləmişdir. Vəkil istintaqda olan zaman, Şahinlə Habil polisin inzibati binasının qabağında ayrıca söhbət etdikdən sonra, ona yaxınlaşıb məhkəmədə hüquq xidmətin miqdarı haqqında soruşduqda, o onlara demişdir ki, məhkəmə üç mərhələdən keçə bilər və ümumilkdə hüquqi xidmət 6000 manat ( lakin hissə-hissə) təşkil edəcək. Bu pulun müqabilində Habilin oğlu həqiqətən psixi xəstə olduğu üçün və məhkəmə ədalətinə inanaraq, ona demişdir ki, yüksək səviyyədə ona köməklik ediləcək. İşin istintaqı bitdikdən sonra Habil Şahinə ona verilməsi üçün 3000 manat göndərmiş, Habil bu pulu xeyli müddət sonra ona göndərmişdir. Bu hal məhkəmədə araşdırılmamışdır. O, istintaqda da, məhkəmədədə özünü təqsirli saymamışdır. Müstəntiq cinayət işinə xitam verə bilərdi, lakin öz əməllərinə hüquqi don geydirmək üçün ona təklif etmişdir ki, dövlətə ödəniş etsin və işə xitam versinlər. Onun barəsində çıxarılmış hökm ədalətsiz omuşdur. Belə ki, onun əməlində cinayət tərkibi olmamışdır. Məhkəmə işin faktiki hallarını araşdırmadan qeyri qanuni olaraq ona cəza təyin etmişdir. İttitam aktında göstərilir ki, guya o, əvvəlcədən 7390 manat pulu mənimsəmək üçün Habilin etibarından sui-istifadə etmiş və Habili aldatmışdır. Məhkəmə istintaqı zamanı aydın oldu ki, müstəntiqin mövqeyi qərəzli xarakter daşıyır və faktiki olaraq işin hallarına uyğun deyil. O, Şahin və Habillə ilk görüşəndə onun oğlu Amidə istintaq zamanı hüquqi xidmətdən danışmış və bunun üçün müvafiq hərəkətlər etmişdir. Ona gör də Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, l(050)-44/2024 saylı hökmü qanuni və əsaslı olmadığı üçün hökmün ləğv edilməsini, ona bəraət verilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini, onun təqsirli olmasının düzgün müəyyən edildiyini göstərərək Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və məhkəmənin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi birinci instansiya məhkəməsində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1, Şahid2 Şakir oğlunun ifadələri və mötəbər sübutlar əsasında öz təstiqini tapmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. 2022-ci ilin noyabr ayında oğlu tutulduqdan sonra qərara qəlmişdir ki, bir nəfər şəxs hüquqşunas, vəkil tapsın ki, oğluna köməklik etsin və oğlu ruhi xəstə olduğuna görə işini yüngülləşdirsin. Bununla bağlı Bakı şəhərində yaşayan həmkəndlisi, hüquqşunas olan Şahid2 zəng vuraraq əlaqə saxlamış və vəziyyəti ona danışmışdır. Şahin də ona bir nəfər şəxs tanıdığını hüquqşunas, vəkil olduğunu ona köməklik edə biləcəyini, Bakı şəhərinə gəlməsini bununla bağlı söhbət edəcəklərini demişdir. O da Bakı şəhərinə getmiş və Şamaxinka adlanan yerdə yerləşən çayxanada üç nəfər görüşmüşlər və söhbət etmişlər. Xəlil ona oğlunun psixiatriya xəstəxanasında müalicə olunması ilə bağlı sənədləri gətirməsini demişdir. O da həmin sənədləri gətirib vermişdir. Daha sonra ona demişlər ki, müqavilə bağlanılması ilə bağlı əvvəlcədən 1500 manat pul verməlidir, sonrakı məsələlərə isə sonra baxacaqlar. Oda həmin vaxt üzərində pul olmadığını və Şahinə verəcəyini Şahinində ona verəcəyini demişdir. Həmin gün 400 manat pulu Şahinə vermişdir. Daha sonra evinə getmişdir. Səhəri gün isə oğlu ona pul göndərmiş oda Şahinin kartına 1100 manat pul köçürmüşdür. Təxminən bir neçə ay sonra istintaq prosesi zamanı aralarında olan söhbət zamanı nə etmək olar, nə qədər pul lazım olar bu işi həll etmək üçün demişdir. Söhbət zamanı Xəlilə 3000 manat pul verəcəyini, məhkəməyə qədər də 3000 manat pul verəcəyini, ümumilikdə 6000 manat pul verəcəkdir ki, oğlunun işi yüngülləşəcək, ya işi şərti olacaq, ya da psixiatriyaya göndəriləcəkdir. Danışdıqları kimi 3000 manat pulu Xəlilin kartına atmışdır. 3-4 ay sonra məhkəmə prosesinə az qalmış qalan pulu da ödəmişdir. 2000 manat bir, 890 manat isə bir ödəmişdir. İş istintaqdan məhkəməyə verilmişdir və məhkəmə prosesinin nəticəsində oğluna 9 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan sonra o, Xəlilə zəng vurmuşdur. Xəlil də ona alınmadığını demişdir. Bir müddət sonra isə Xəlilə zəng vuraraq pulunu qaytarmasını demişdir. Xəlil də pulunu qaytamadığından oda polis şöbəsinə müraciət etmişdir. Sonda zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, Xəlillə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, qeyd edərək məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İbtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, 2012-ci ildən etibarən 11 saylı Vəkillər Kollegiyasının üzvüdür, Təqsirləndirilən şəxs onun tanışıdır, Təqsirləndirilən şəxsla münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs və Əsgərov Amid Habil oğlunu isə əvvəllər tanımamış, onlarla hər hansı münasibəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin dekabr ayında tanışı Təqsirləndirilən şəxs ilə işlədiyi 11 saylı Vəkil Bürosuna görüşmüş, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu və Amid Əsgərova hüquqi yardım göstərmək lazım olduğunu ona bildirmişdir. Daha sonra onlar 500 manat pul müqabilində müqavilə ilə həmin cinayət işi üzrə Amid Əsgərovun hüquqlarını müdafiə edəcəyi barədə razılaşmış və sonra Təqsirləndirilən şəxs 500 manat pulu ona vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə müqavilə bağlamış, daha sonra Bakı İstintaq Təcridxanasına getmiş və orada Amid Əsgərov ilə görüşmüşdür. Həmin gündən 2-3 gün sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə Cəlilabad şəhərinə gəlmiş, orada cinayət işinin istintaqını aparan müstəntiq Elton Ağayev ilə görüşmüş və lazım olan sənədlərin surətini götürmüşdür. Daha sonra Amid Əsgərovun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair toplanmış cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Amid Əsgərovun cinayət işi üzrə hüquqlarını müdafiə etmək üçün Təqsirləndirilən şəxs ona 500 manat pul vermişdir və həmin pulu da Zərərçəkmiş şəxs aldığını demişdir. O, Amid Əsgərovun cinayət işi üzrə hüquqlarını müdafiə etmək üçün Zərərçəkmiş şəxs hər hansı pul almamışdır. Birinci instansiya məhkəməsində ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Əsgərov Amid Habil oğlu onun həmkəndliləridir, Zərərçəkmiş şəxs və Amid Əsgərov ilə münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə onun tələbə yoldaşı olmuşdur, Təqsirləndirilən şəxs ilə 1990- cı ildən etibarən səmimi münasibəti vardır və hər hansı düşmənçiliyi olmamışdır. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər vətandaşlara hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı işi olmamışdır. 2022ci ilin əvvəllərində Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək oğlu Amid Əsgərovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə şübhəli bilinərək həbs olunduğunu və buna görə də Amid Əsgərova hüquqi yardım göstərilməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığını və Bakı şəhərinə gəməli olduğunu bildirmişdir. 2022-ci ilin dekabr ayının əvvəlində o, “Şamaxinka” deyilən ərazidə Zərərçəkmiş şəxs ilə görüşmüş və həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovu həbsdən azad etmək və elan olunan ittihamı dəyişdirmək istədiyini ona bildirmiş və o da vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs bu işdə köməklik edə biləcəyini ona demişdir. Zərərçəkmiş şəxs da onun bu təklifi ilə razılaşmış və sonra onlar birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovu həbs yerindən azad etmək və elan olunan ittihamı dəyişdirmək istədiyini Təqsirləndirilən şəxs bildirmiş, həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə söhbət əsnasında oğlu Amid Əsgərovun psixi xəstə kimi Lənkəran rayonunda yerləşən xəstəxanada qeydiyyatda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu işin müqabilində 7500 manat pul lazım olduğunu Zərərçəkmiş şəxs bildirmiş, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış və sonradan həmin pulu Xəlilə hissə-hissə göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Amid Əsgərovun psixi xəstə kimi qeydiyyatda olması barədə sənədləri gətirib verməyini və müqavilə bağlamaq üçün ilkin olaraq 1500 manat pulu verməli olduğunu Zərərçəkmiş şəxs bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs həmin gün 400 manat pulu Təqsirləndirilən şəxs verməsi üçün ona iş yerində vermiş və o da həmin pulu Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs qalan 1100 manat pulu ona məxsus plastik kart hesabına göndərmiş, o da həmin tarixdə 1100 manat pulu hesabından çıxarmış və Təqsirləndirilən şəxs vermişdir. Həmin gündən bir həftə sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə onun iş yerində görüşmüş və bundan sonra onlar 11 saylı Vəkil Bürosuna getmişdir. Zərərçəkmiş şəxs həmin Vəkil Bürosunda vəkil işləyən Pəhləvan Aslanov ilə müqavilə bağlamış və sonrakı müddətdə Pəhləvan Aslanov onun və Təqsirləndirilən şəxs iştirakı ilə bir neçə dəfə Cəlilabad RPŞ-nə getmişdir. Pəhləvan Aslanov orada istintaq olunan cinayət işində iştirak etmiş, həmin vaxt Zərərçəkmiş şəxs da orada olmuş, lakin sonradan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində DİN-nin rəhbərliyinə müraciət edərək şikayətçi olmuşdur. Həmçinin Şahid2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı dindirilərkən verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs Abazər oğlu və Əsgərov Amid Habil oğlu onun həmkəndlisdir. Zərərçəkmiş şəxs və Amid Əsgərov ilə münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə onun tələbə yoldaşı olmuşdur, onunla 1990-cı ildən etibarən səmimi münasibəti vardır və hər hansı düşmənçiliyi olmamışdır. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər vətandaşlara hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı işi olmamışdır. 2022- ci ilin əvvəllərində Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək oğlu Amid Əsgərovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə şübhəli bilinərək həbs olunduğunu və buna görə də ona hüquqi yardım göstərilməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığını və onun da Bakı şəhərinə gəlməli olduğunu bildirmişdir. 2022-ci ilin dekabr ayının əvvəlində o, “Şamaxinka” deyilən ərazidə Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovu həbsdən azad etmək və ona elan olunan ittihamı dəyişdirmək istədiyini ona bildirmişdir. Oda vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs ona bu işdə köməklik edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs da onun bu təklifi ilə razılaşmış və sonra onlar birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovu həbs yerindən azad etmək və ona elan olunan ittihamı dəyişdirmək istədiyini Təqsirləndirilən şəxs bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə söhbət əsnasında oğlu Amid Əsgərovun psixi xəstə kimi Lənkəran rayonunda yerləşən xəstəxanada qeydiyyatda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu işin müqabilində hüquqi xidmətə görə vəkillə müqavilə bağlanması üçün 1500 manat lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs Amid Əsgərovun psixi xəstə kimi qeydiyyatda olması barədə sənədləri gətirib ona verməsini və müqavilə bağlamaq üçün 1500 manat pulu verməli olduğunu ona bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs həmin gün 400 manat pulu Təqsirləndirilən şəxs verməsi üçün ona iş yerində vermişdir. Oda həmin pulu Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə isə qalan 1100 manat pulu ona məxsus plastik kart hesabına göndərmişdir. Oda həmin tarixdə 1100 manat pulu hesabından çıxarmış və Təqsirləndirilən şəxs vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs Habilin maddi imkanının aşağı səviyyədə olduğunu bildirib həmin 1500 manat puldan 500 manatını Habil geri qaytaracağını demiş və sonradan həmin pul ailə üzvləri tərəfindən Habilə geri qaytarılmışdır. Həmin gündən bir həftə sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə onun iş yerində görüşmüşdür. Bundan sonra onlar 11 saylı Vəkil Bürosuna getmişlər. Zərərçəkmiş şəxs həmin Vəkil Bürosunda vəkil işləyən Pəhləvan Aslanov ilə müqavilə bağlamışdır. Sonrakı müddətdə Pəhləvan Aslanov onun və Təqsirləndirilən şəxs iştirakı ilə bir neçə dəfə Cəlilabad RPŞ-nə getmişlər. Pəhləvan Aslanov orada istintaq olunan cinayət işində iştirak etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da orada olmuşdur. Xəlillə Habil arasında olan söhbətdən bilmişdir ki, Təqsirləndirilən şəxs bu işin müqabilində əlavə 6000 manat pul lazım olduğunu Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış və sonradan həmin pulu Xəlilə hissə- hissə göndərəcəyini bildirmişdir. Lakin onlar arasındakı sonrakı söhbətdə, həmçinin 6000 manat pulun nə vaxt və hansı şəkildə Təqsirləndirilən şəxs verilməsində o, iştirakçı olmamış, həmin vaxt Reabilitasita mərkəzində müalicədə olmuşdur. Hal-hazırda da müalicəsi davam edir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində DİN- nin rəhbərliyinə müraciət edərək ondan şikayətçi olmuşdur. Ona görə ki, oğlu Amid Əsgərov həbs edilmişdir. İstintaq zamanı müstəntiq tərəfindən müalicədə olduğu reabilitasiya Mərkəzində ifadəsi alınmış, həmin ifadənin altındakı imzalar ona məxsus olsa da, lakin orada yazılanlar tam yadında qalmamışdır, dərmanların təsiri altında ifadə vermişdir. Verdiyi ifadədə birinci dəfə görüş zamanı Xəlilin Habilə işlərin görülməsi üçün 7500 manat pul istəməsini deməmişdir. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011 -ci tarixli qərarı ilə Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2011-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011ci tarixli qərarı dəyişdirilmədən saxlanılmış, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materialında olan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Rəncbər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, Hacıqabul rayon Rəncbər kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qeydiyyatda olmasına baxmayaraq ərazidə yaşamır və hal-hazırda harada yaşaması barədə məlumat yoxdur. Onun barəsində məlumat olmadığı üçün barəsində xasiyyətnamə və ailə tərkibi haqqında arayışı təqdim etmək mümkün olmamışdır. İş materialında olan Elektron sistemdən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə verilən 80 manat müavinət alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə bu nəticəyə Təqsirləndirilən şəxs özünün ifadəsi, zərərçəkmiş şəxs Habil Xəlilovun, şahidlər Şahid1, Şahid2 ifadələri və işdə olan digər sübutlar əsasında gəlmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində 2022-ci ilil dekabr ayının əvvəlindən X3 məhkəmə işi ilə bağlı ondan xeyli miqdarda pulu almasının təfsilatını təsvir edərək əməlində bu cinayətin tərkibinin olmadığını hesab etmişdir. Lakin onun özünün şikayətdə göstərdiyindən aydın olur ki, o hələ Amid barəsində olan işiun istintaqı zamanı Amidə köməklik edilməsi üçün 6000 manat verməli olduğunu bildirmişdir. O apellyasiya şikayətində bu pulun hüquqi xidmət müqabilində verilmiş məbləğ kimi, və hissə hissə verilməli olan məbləğ kimi təqdim etsə də, bu hal əməlin mahiyyətini dəyişmir. İşdən və Şahid1 ifadəsindən görünür ki, o zərərçəkmiş şəxs Habil Xəlilovdan onun oğlu Amidin müdafiəsi üçün vəkil Şahid1 yalnız onunla müqavilə bağlanması üçün pul vermiş, bu pulun da məbləği 500 manat olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi də işin hallarına, əməlin xarakterinə və ictimai təhlükəliliyinə, Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(050)-44/2024 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini dinləyərək hesab edir ki, apellyasiya təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(050)-44/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(050)-44/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar