Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-78/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Şirvan Regional Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Biləsuvar Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 1(022)-11/2024 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 1(022)-11/2024 nömrəli hökmü (hakim Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi) ilə xx xxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 3 uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, İİ dərəcəli əlil, Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, H.Əliyev prospekti, ev 43, mənzil 1-də qeydiyyatda olan, faktiki olaraq Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, K.Seyidov küçəsi ev 20-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilməsi, cəzanın əvvəlinin qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, xx xxx 1955-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qarahəsənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, İİ dərəcəli əlil, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilməsi, cəzanın əvvəlinin qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, külli miqdarda siqaretləri satış məqsədilə saxlamaq cinayətini törətmək məqsədilə 24 iyun 2023-cü il tarixədək olan müddət ərzində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda atası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onlar birlikdə 24 iyun 2023-cü il tarixdə “Naxçıvan-Bakı” marşrutu üzrə hərəkət edən avtobusda səfər edərək, 25 iyun 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Culfa şəhərində istintaqa məlum olmayan mənbədən birlikdə satış məqsədilə qəsdən əldə etdikləri 1 qutusunun qiyməti 7 manat olmaqla, ümumilikdə 290 qutu, külli miqdarda 2.030 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış «Marlboro Touch» əmtəə nişanlı siqaretləri öz aralarında bölmüş, o, müşayiət etdiyi əl çantasının içərisində, ərzaq məhsullarının altında 110 qutu və həmin çantanın içərisində olan, üzərində “Pitals” yazılmış 2 ədəd və üzərində “Cleanup” yazılmış 1 ədəd salfet qutusunun hər birinin içərisində 20 qutu, cəmi 60 qutu olmaqla, həmin siqaretlərin 170 qutusunu satış məqsədilə saxlamış, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə müşayiət etdiyi əl çantasının içərisində, ərzaq məhsullarının altında 80 qutu və həmin çantanın içərisində olan, üzərində “Pitals” yazılmış 2 ədəd salfet qutusunun hər birinin içərisində 20 qutu, cəmi 40 qutu olmaqla, həmin siqaretlərin 120 qutusunu satış məqsədilə saxlamış, birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, 25 iyun 2023-cü il tarixdə, saat 09-10 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı həmin tütün məmulatları onlardan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, külli miqdarda siqaretləri satış məqsədilə saxlamaq cinayətini törətmək məqsədilə 24 iyun 2023-cü il tarixədək olan müddət ərzində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onlar birlikdə 24 iyun 2023-cü il tarixdə “Naxçıvan-Bakı” marşrutu üzrə hərəkət edən avtobusda səfər edərək, 25 iyun 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Culfa şəhərində istintaqa məlum olmayan mənbədən birlikdə satış məqsədilə qəsdən əldə etdikləri 1 qutusunun qiyməti 7 manat olmaqla, ümumilikdə 290 qutu, külli miqdarda 2.030 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış «Marlboro Touch» əmtəə nişanlı siqaretləri öz aralarında bölmüş, o, müşayiət etdiyi əl çantasının içərisində, ərzaq məhsullarının altında 80 qutu və həmin çantanın içərisində olan, üzərində “Pitals” yazılmış 2 ədəd salfet qutusunun hər birinin içərisində 20 qutu, cəmi 40 qutu olmaqla, həmin siqaretlərin 120 qutusunu satış məqsədilə saxlamış, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə müşayiət etdiyi əl çantasının içərisində, ərzaq məhsullarının altında 110 qutu və həmin çantanın içərisində olan, üzərində “Pitals” yazılmış 2 ədəd və üzərində “Cleanup” yazılmış 1 ədəd salfet qutusunun hər birinin içərisində 20 qutu, cəmi 60 qutu olmaqla, həmin siqaretlərin 170 qutusunu satış məqsədilə saxlamış, birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, 25 iyun 2023-cü il tarixdə, saat 09-10 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı həmin tütün məmulatları onlardan aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protesti verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində olan Biləsuvar Rayon Məhkəməsinin 26 sentyabr 2024cü il tarixli hökmünün ləğv edilməsi, barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamlar üzrə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə maddi sübut kimi tanınmış siqaretləri birlikdə eyni mağazadan satış məqsədilə əldə etmişlər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası CM-in 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə onlara elan edilmiş ittihamla özlərini təqsirli bilmişlər və ifadələrində İran İslam Respublikasından siqaret alıb Bakı şəhərində satmaqla qazanc əldə etmək məqsədlərinin olmasını göstərmişlər. Hətta bu məqsədlə Təqsirləndirilən şəxs1 tanışlarından 2.000 manat, Təqsirləndirilən şəxs2 isə evdən 1.500 manat pul götürdüklərini və İran İslam Respublikasında eyni mağazadan siqaret almışlar. Cinayət işinin materiallarında olan Şərur rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-28/2-601/2023 №-li məktuba əlavə edilmiş arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də ünvan 2 ünvanında qeydiyyatda durub, həmin ünvanda birlikdə yaşayırlar. Həmin arayışla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 eyni ev təsərrüfatına malik olmaları müəyyən olunur. Biləsuvar Gömrük İdarəsindən daxil olmuş 31 avqust 2023-cü il tarixli, 3-33/1 - 038680/2023 nömrəli məktubda da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Naxçıvan Muxtar Respublikasından avtobusla Bakı şəhərinə getmələri, İran İslam Respublikasının Culfa şəhərində eyni mənbədən «Marlboro Touch» markalı, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretləri satış məqsədilə birlikdə əldə etmələri və həmin siqaretləri Bakı şəhərində birlikdə sataraq, qazanc əldə edəcəkləri barədə məlumat əldə edilmişdir. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Şərur rayon İcra Hakimiyyətinin 01 sentyabr 2023-cü il tarixli arayışında Təqsirləndirilən şəxs1 və F.M.X1 Respublikası, ünvan 2 ünvanında birlikdə yaşamaları qeyd edilən arayışı qəbul etməyib, dövlət orqanının aldığı arayışın mötəbərliyinə şübhə ilə yanaşıb, təqsirləndirilən şəxslərin sonradan məhkəməyə təqdim etdikləri arayışda Təqsirləndirilən şəxs1 ayrı ünvanda yaşamasını əsas götürməklə düzgün olmayaraq onların bir təsərrüfatda olmamaları qənaətinə gəlmişdir. Beləliklə, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 iyun 2023-cü il tarixdə İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən qabaqcadan əlbir olan bir qrup şəxs halında ümemi dəyəri külli miqdarda 2030 manat təşkil edən cəmi 290 qutu Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış «Marlboro Touch» markalı, siqaretləri satış məqsədilə qəsdən əldə etmələri tam subuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31-ci maddəsinə görə iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət-Prosessual Məcəllənin 145.2-ci maddəsində göstərilir ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 353.2.2-ci maddəsinə görə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Cinayət-Prosessual Məcəllənin 124.1 -ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar), Cinayət- Prosessual Məcəllənin 124.2.1 -ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, Cinayət-Prosessual Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2009-cu il tarixli qərarına əsasən, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Təsadüfi deyildir ki, Konstitusiyamıza edilmiş son mühüm dəyişikliklərdən biri məhkəmə icraatından həqiqətin müəyyən olunmasının təmin edilməsini tələb edir (125-ci maddənin Vİİ hissəsi). Lakin vəziyyətin pisləşməyə doğru çevrilməsinin yolverilməzliyi prinsipi məhkəməni həqiqətin təqsirləndirilən şəxs üçün əlverişli olub-olmamasından asılı olaraq müəyyənləşdirilməsi ilə məhdudlaşdırmır. Bu nöqteyi- nəzərdən məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamışdır. Qeyd etmək lazımdır ki, məhkəmə sübutların məcmusuna düzgün hüquqi qiymət verməmiş, bu da işin faktiki hallarına uyğun olmayan məhkəmə hökmünün çıxarılmasına səbəb olmuşdur. Həmçinin məhkəmə ittiham tərəfinin sübutlarını əsassız qiymətləndirməklə, onları “təkzib edərək” sübutların mötəbərliyinə şübhə ilə yanaşmışdır. Cinayət-Prosessul Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunmalı, bir-biri ilə müqayisə edilməli və əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Cinayət-Prosessul Məcəllənin 145.1 -ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri iş üzrə ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Beləliklə də hesab edir ki, məhkəmə tərəfindən iş üzrə toplanmış sübutlar tərəfsizlik nöqteyi-nəzərdən təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zamanı yalnız bir tərəfin maraqları prioritet götürülmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. İnsan Hüquqları üzrə Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur («Van de Huk Niderlanda qarşı”» iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə tövsif olunmuş və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanılmış bütün sübutlar və işin qeyd edilən digər halları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 213-1.2.1 və 213- 1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələrini təsdiq etsə də, bu sübutlar məhkəmə tərəfindən işin obyektiv hallarına uyğun olmayan səmtdə qiymətləndirilərək cinayət qanunu normasının düzgün şərh edilməməsinə, eləcə də hər bir vəchlə təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın CM-in 213-1.1-ci maddəsinə tövsif edilməsi istiqamətinə yönəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini tövsif etməklə ittiham hökmü çıxararkən cinayət və cinayət prosessual qanunvericiliklərinin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarının, o cümlədən İnsan Hüquqları üzrə Konvensiyanın tələblərinə riayət etməmiş, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməmiş, məhkəmənin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, məhkəmə onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış və yekunda işin faktiki hallarına uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsi iclasında: Dövlət ittihamçısı2 apellyasiya protestini müdafiə edib, apellasiya protestinin təmin olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya protestini qəbul etməyib, apellyasiya protestinin əsassız olduğunu, buna görə də apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya protestinin təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya protestini qəbul etməyib, apellyasiya protestinin əsassız olduğunu, buna görə də apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya protestinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərində məhkum olunmuş şəxslərin əməllərinin Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsindən həmin Məcəllənin 213-1.2.1 və 213-1.2.3-cü maddələrinə tövsif edilməsinə dair məsələlər mübahisələndildiyindən, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, apellyasiya protestinin dəlillərinə uyğun olaraq ilk növbədə məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin hüquqi tövsifinə və daha sonra isə onlara təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə ona görə ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, külli miqdarda siqaretləri satış məqsədilə saxlamaq cinayətini törətmək məqsədilə 24 iyun 2023-cü il tarixədək olan müddət ərzində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onlar birlikdə 24 iyun 2023-cü il tarixdə “Naxçıvan- Bakı” marşrutu üzrə hərəkət edən avtobusda səfər edərək, 25 iyun 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Culfa şəhərində istintaqa məlum olmayan mənbədən birlikdə satış məqsədilə qəsdən əldə etdikləri 1 qutusunun qiyməti 7 manat olmaqla, ümumilikdə 290 qutu, külli miqdarda 2.030 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış «Marlboro Touch» əmtəə nişanlı siqaretləri öz aralarında bölmüş, o, müşayiət etdiyi əl çantasının içərisində, ərzaq məhsullarının altında 80 qutu və həmin çantanın içərisində olan, üzərində “Pitals” yazılmış 2 ədəd salfet qutusunun hər birinin içərisində 20 qutu, cəmi 40 qutu olmaqla, həmin siqaretlərin 120 qutusunu satış məqsədilə saxlamış, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə müşayiət etdiyi əl çantasının içərisində, ərzaq məhsullarının altında 110 qutu və həmin çantanın içərisində olan, üzərində “Pitals” yazılmış 2 ədəd və üzərində “Cleanup” yazılmış 1 ədəd salfet qutusunun hər birinin içərisində 20 qutu, cəmi 60 qutu olmaqla, həmin siqaretlərin 170 qutusunu satış məqsədilə saxlamış, birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, 25 iyun 2023-cü il tarixdə, saat 09-10 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı həmin tütün məmulatları onlardan aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri ilə yanaşı, şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələri, “malların yoxlanılması haqqında 25 iyun 2023-cü il tarixli protokollar və həmin protokola əlavə edilmiş videogörüntülər, məhkəməbioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/962- 9/5076-2023 saylı rəyi, Azərbaycan Respubliaksı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokollar və protokola əlavə edilmiş videogörüntülər, baxış keçirilməsi haqqında 25 avqust 2023-cü il tarixli protokol, Biləsuvar Gömrük İdarəsindən daxil olmuş 31 avqust 2023-cü il tarixli, 3-33/1-038680/2023 nömrəli məktub, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Şərur rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 02 aprel 2022-ci il tarixli arayışının surəti, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Muxtar Respublikası Şərur rayon şöbəsi tərəfindən verilmiş 340214 saylı vəsiqənin surəti, Azərbaycan Respublikası Naxşıvan Muxtar Respublikası Şərur rayon İcra Hakimiyyəti Şərur şəhər Mənzil İstismar sahəsinin 19 yanvar 2024-cü il tarixli, 92 nömrəli arayışə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 avqust 2024-cü il tarixli, 9/3369 saylı rəyi və işdə olan digər sənədlərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə deyil, həmin Məcəllənin 213-1.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməllərinə aidiyyətləri və təqsirlililərinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərin ittiham olunduğu əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncuların Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı araşdırılıb qiymətləndirilən sübutlara düzgün isnad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif olunmadığını, onların 25 iyun 2023-cü il tarixdə İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən qabaqcadan əlbir olan bir qrup şəxs halında ümümi dəyəri külli miqdarda 2.030 manat təşkil edən cəmi 290 qutu Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış «Marlboro Touch» markalı siqaretləri satış məqsədilə qəsdən əldə etmələrini qeyd etmiş, məhz bu səbəbdən də mövcud cinayət əməllərinin ibitidai istintaq orqanı tərəfinən CM-in 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə düzgün tövsif olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlillərinə münasibətdə aşağıdakıları sübutları bi daha nəzərdən keçirməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, H.Əliyev prospektində yerləşən 43 nömrəli evin 01 nömrəli mənzilində qeydiyyatda olsa da, Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, K.Seyidov küçəsində kirayələdiyi 20 saylı evdə ailəsi ilə birlikdə yaşayır. O, yanıq xəsarətləri ilə bağlı 2 yaşından İİ dərəcəli əlil olmuşdur. O, himayəsində 3 uşağı olduğuna və heç yerdə işləmədiyinə görə aldığı pensiya ilə yanaşı parakəndə ticarətlə məşğul olmaqla – özünün istehsal etdiyi və ya yaxın tanışlarından aldığı pendir məhsullarını Bakı şəhərində satmaqla ailəsinin dolanışığını təmin edir. Onun maddi vəziyyəti aşağıdır və ailə üzvləri də müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Buna görə də o, 2023-cü ilin əvvəllərindən başlayaraq, Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələrkən, İran İslam Respublikasında olan mağazalardan müəyyən mallar gətirib, Bakı şəhərindəki mağazalarda bir qədər bahasına satmaqla, gəlir əldə etməyə çalışmışdır. Sonuncu dəfə o, İran İslam Respublikasından ucuz qiymətə mal-məhsul alıb, Bakı şəhərində satmaq qərarına gəlmiş və bu məqsədlə hətta dostundan xeyli borc almışdır. O, 24 iyun 2023-cü il tarixdə, saat 19 radələrində, atası Təqsirləndirilən şəxs2 ilə birlikdə avtobus vasitəsilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə yola düşmüşdür. Atası Təqsirləndirilən şəxs2 parakəndə ticarətlə məşğul olmasa da, onunla Bakı şəhərinə gəlməkdə məqsədi həm özünün müalicəsi məqsədilə Bakı şəhərində xəstəxanaya getmək, həm də nəvəsinin başına su yığılması ilə əlaqədar həmin xəstə nəvəsinə baş çəkmək olmuşdur. 24 iyun 2023-cü il tarixdə o, atası ilə birlikdə, saat 22 radələrində Naxçıvan Muxtar Respublikasında avtobusa əyləşərək Bakı şəhərinə yola düşmüşlər. Onlar Culfa gömrüyünə çatdıqdan sonra avtobusdan düşüb piyada yolla gömrüyü keçib, gömrüyün qarşısında avtobusun gəlməsini gözləmişlər. O, gözlədiyi müddətdə Culfa şəhərində bir neçə mağazanı gəzmiş, Bakı şəhərində satması üçün ərzaq və qeyri-ərzaq məhsulları almışdır. Onun atası da ondan ayrılıqda, müxtəlif dükanlarda Bakı şəhərində yaşayan övladları və nəvələri üçün bazarlıq etmişdir. Həmin vaxt o, İran İslam Respublikasının Culfa şəhərində yerləşən dükanların birində işləyən, əslən şimali azərbaycanlı olan bir şəxslə tanış olmuşdur. Həmin şəxs Bakı şəhərində satması üçün ona siqaret almasını təklif etmiş, həmin gün gömrükdə növbədə olan inspektorların mülayim xarakterli şəxslər olduğunu demiş, onun çantalarını dərindən yoxlamayacaqlarına və Bakı şəhərində avtovağzalda həmin siqaretləri dəfələrlə baha qiymətə sata biləcəyinə onu əmin etmişdir. Buna görə də o, ərzaq məhsulları almaq üçün tanışlarından borc aldığı pul vəsaiti hesabına hər 1 qutusunun qiyməti 14 Azərbaycan manatı olmaqla, cəmi 170 qutu «Marlboro Touch» əmtəə nişanlı siqaret almışdır. Atası Təqsirləndirilən şəxs2 həmin vaxt yanında olduğu üçün bu söhbəti eşidib, özü də həmin mağazadan siqaret almaq qərarına gəlmiş və bu məqsədlə özünün pulu hesabına eyni əmtəə nişanlı tütün məmulatlarından 120 qutu almışdır. Həmin vaxt qeyd edilən siqaretləri onlara satan şəxs onlara həmin siqaretlərin Bakı şəhərində çox baha qiymətə satıldığını deyərək, Azərbaycan Respublikasında 1 qutusunun satış qiyməti cəmi 7 manat olan siqaretlərin hər qutusuna görə ondan və atasından 14 manat almaqla, əslində onları aldatmışdır. Siqaretləri ona satan həmin şəxs onun aldığı siqaretlərin 60 qutusunu 3 ədəd salfet qutusunun içərisində yerləşdirib ona vermişdir. O, əvvəlcə həmin salfet qutularına yığılmış siqaretləri götürmək istəməmiş və bağlı qutular olduğu üçün içərisində başqa şey olmasından qorxmuşdur. Lakin satıcı həmin qutuları açıb göstərdikdən və siqaretləri gömrük yoxlanışından gizlətmək üçün salfet qutularına yığdığını izah etdikdən sonra o, siqaretləri almışdır. Bundan sonra, o, aldığı siqaret qutularını əl çantasının içərisində olan qarışıq yüklərin arasına yığmışdır. Onun atası Təqsirləndirilən şəxs2 isə aldığı siqaretləri özünə məxsus olan əl çantasının içərisinə yerləşdirmişdir. Bundan sonra onların hər ikisi aldıqları ərzaq və qeyri-ərzaq məhsulları olan yüklərini avtobusa yükləmişlər və avtobus yola düşmüşdür. 25 iyun 2023-cü il tarixdə, səhər saatlarında, onların olduğu avtobus Biləsuvar gömrüyünə çatmışdır. Onlar birlikdə gömrük nəzarət zonasına daxil olmuş, ilk olaraq o, daha sonra isə atası F.M.Ələkbərzadə əl yüklərini sərnişin keçid xəttində olan rentgen yük yoxlama qurğusuna qoymuşlar. Əl yüklərini rentgen yük yoxlama qurğusuna qoyarkən, o və atası F.M.Ələskərzadə öz çantalarını ayırmış və gömrük əməkdaşına hər biri öz əl yüklərini gömrük nəzarətinə ayrıca təqdim etmişlər. Bundan sonra gömrük əməkdaşları onunla şifahi sorğu-sual apararaq, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olub-olmaması barədə sual vermişlər. O, gömrük əməkdaşlarına əl yüklərində qarışıq ərzaq məhsulları olduğunu və əlavə heç bir şeyin olmadığını bildirmişdir. Bundan sonra onun əl yükləri yoxlanılmış və nəticədə onun əl çantasının içərisində olan salfet qutularının içərisindən və qarışıq yüklərin arasından 170 qutu «Marlboro Touch» əmtəə nişanlı siqaretlər aşkar edilərək, götürülmüşdür. Daha sonra isə atası F.M.Ələskərzadə əl yüklərini sərnişin keçid xəttində olan rentgen yük yoxlama qurğusuna qoymuşdur. Gömrük əməkdaşları atası ilə şifahi sorğu-sual aparmış, sonra əl yüklərini yoxlamış və nəticədə atasının əl yüklərinə daxil olan əl çantasının içərisində olan salfetka qutularının içərisindən və qarışıq yüklərin arasından 120 qutu «Marlboro Touch» əmtəə nişanlı siqaretlər aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin tütün məmulatları götürülərək, qablaşdırılmış və həmin fakt barədə protokol tərtib olunmuş, həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 bildirdi ki, aldığı siqaretləri kimə və ya harada satacağını dəqiq planlamamış və həmin tütün məmulatlarını Bakı şəhərində olan kiosklara sata biləcəyini fikirləşmişdir. O, sonradan bilmişdir ki, İran İslam Respublikasında siqaret aldığı satıcının onları siqaret almağa şirnikləndirməklə, əslində onları aldatmışdır. O, əvvəllər də dəfələrlə İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına gəlmiş, hər dəfə ayda cəmi bir blok siqaretə icazə verildiyinə görə yalnız bir blok siqareti özü ilə gətirə bilmişdir. Atası Təqsirləndirilən şəxs2 əvvəlcədən siqaret alıb, Bakı şəhərində satmaq niyyəti olmamış, yalnız müalicə məqsədi ilə Bakı şəhərinə getmişdir, lakin mağazada satıcı ilə söhbətləşdikdən sonra sonuncu da onun kimi siqaret alıb, Bakı şəhərində satmağa qərara vermişdir. Onların hər birinin pulu ayrı olmuş və ayrı-ayrılıqda həmin tütün məmulatlarını almışlar. Onun aldığı siqaretlər özünə məxsus olmuş, siqaretləri o, borc aldığı pulla almışdır və siqaret satışından əldə edəcəyi qazanc yalnız ona çatacaqdı. Nə o, atasına hər hansı miqdarda pul verməmiş, nə də atası ona pul verməmiş, cinayətin predmeti olan siqaretlərin satışından əldə edəcəkləri qazancı böləcəkləri barədə aralarında hər hansı sövdələşmə və ya razılıq olmamışdır. Buna görə də onların hər biri aldıqları tütün məmulatlarını özlərinə məxsus olan çantaya ayrıca yığmışlar və siqaretləri harada, nə vaxt və kimə satacaqları barədə də onlar arasında heç bir razılıq olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin bildirdi ki, o, faktiki olaraq Naxçıvandan Bakı şəhərinə müxtəlif ərzaq və qeyri-ərzaq məhsulları gətirib onların parakəndə satışı ilə məşğul olsa da, ona məlum olmuşdur ki, güya o, “Qələbə 195” məhdud məsuliyyətli cəmiyyətində sürücü işləyir. O, bu barədə müvafiq dövlət orqanlarına şikayətlər etmiş və ona deyilmişdir ki, “Qələbə 195” məhdud məsuliyyətli cəmiyyəti faktiki olaraq fəaliyyət göstərmir və onun adı naməlum şəraitdə işçi kimi reyestrə daxil edilmişdir. Hətta həmin müəssisənin direktoru kimi qeyd edilən şəxsin də müəssisədən və mənim orada işləməyimdən məlumatı yoxdur. O, heç yerdə işləmir və hazırda yalnız əlil kimi aldığı pensiya hesabına ailəsini dolandırır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, H.Əliyev prospektində yerləşən 43 nömrəli evin 1 nömrəli mənzilində arvadı ilə birlikdə yaşayır və təqaüdçüdür. Təqsirləndirilən şəxs1 onun oğludur. Oğlu Təqsirləndirilən şəxs1 parakəndə ticarətlə məşğul olaraq, özünün istehsal etdiyi və ya yaxın tanışlarından aldığı pendir məhsullarını Bakı şəhərində satmaqla ailəsinin dolanışığını təmin edir. 2023-cü ilin iyun ayının sonunda o, oğlu Təqsirləndirilən şəxs1 növbəti dəfə Bakı şəhərinə gedəcəyini eşidib, həmin şəxslə birlikdə Bakı şəhərinə getmək qərarına gəlmişdir. O, Bakı şəhərinə səfər etməkdə məqsədi həm özünün oynaq ağrıları ilə əlaqədar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna müalicə almaq, həm də başına su yığılmış nəvəsinə baş çəkmək olmuşdur. O, öz müalicəsi üçün təqaüdündən təxminən 1.500 manat pul yığaraq, bu məqsəd üçün saxlamışdır. O, oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə, 24 iyun 2023-cü il tarixdə, saat 19 radələrində avtobus vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə yola düşmüşdür. Onlar həmin gün saat 22 radələrində Culfa gömrüyünə çatmış, avtobusdan düşüb piyada şəkildə gömrüyü keçib, gömrüyün qarşısında avtobusun gəlməsini gözləmişlər. Onlar avtobus gözlədikləri müddətdə, İran İslam Respublikasının Culfa şəhərində, gömrük məntəqəsinin yaxınlığında yerləşən mağazaları gəzmişlər. Həmin mağazaların birində satıcı işləyən, Azərbaycan Respublikasının cənub rayonlarının sakinlərinin ləhcəsində danışan bir şəxs, onun oğlunun Bakı şəhərində satmaq üçün ərzaq məhsulları aldığını görüb, həmin dükanda satışda olan «Marlboro Touch» əmtəə nişanlı siqaretlərin 1 qutusunu İran İslam Respublikasından 14 manata alıb, Bakı şəhərində isə 20 manat bahasına sata biləcəklərini Təqsirləndirilən şəxs1 demişdir. Həmin şəxs həmin gün gömrükdə növbədə olan inspektorların mülayim xarakterli şəxslər olduğunu söyləyərək, çantaları dərindən yoxlamadığqlarına və Bakı şəhərində avtovağzalda həmin siqaretləri dəfələrlə baha qiymətə sata biləcəyinə Təqsirləndirilən şəxs1 əmin etmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 ərzaq məhsulları almaq üçün tanışlarından aldığı pul vəsaiti hesabına 1 qutusunun qiyməti 14 manat məbləğinə olmaqla, cəmi 17 blok «Marlboro Touch» əmtəə nişanlı siqaret almışdır. O, ticarət sahəsində savadsız olduğuna görə satıcının söhbətlərindən şirniklənmiş və pul qazanmaq niyyətinə düşərək, müalicə məqsədilə özü ilə götürdüyü pul vəsaiti hesabına 12 blok, yəni 120 qutu, eyni əmtəə nişanlı siqaretlər məmulatları almışdır. Həmin siqarətlərə görə o, iranlı satıcıya təxminən 1.200 manat məbləğində pul vəsaiti ödəmiş, təxminən 300-400 manat da borclu qalmışdır. Satıcı həmin siqaretlərin 40 qutusunu iki ədəd salfet qutusuna yerləşdirərək, ona vermiş və o, həmin siqaretlərin hamısını əlində olan yük çantasının içərisinə qoymuşdur. Onlar hər ikisi yük çantalarını avtobusa yerləşdirdikdən sonra yola düşmüşlər. 25 iyun 2023-cü il tarixdə səhər saatlarında avtobus Biləsuvar gömrüyünə çatmış, onlar gömrük nəzarət zonasına daxil olub əl yüklərini sərnişin keçid xəttində olan rentgen yük yoxlama qurğusuna qoymuşlar. Gömrük əməkdaşları onunla şifahi sorğu-sual apararaq, ondan gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olub-olmamasını soruşmuşdur. O, gömrük əməkdaşına yüklərində təkcə qarışıq ərzaq malları olduğunu və əlavə heç bir məhsulun olmadığını bildirmişdir. Bundan sonra onun əl yükləri yoxlanılmış və nəticədə əl yüklərinə daxil olan əl çantasının içərisində olan salfet qutularından və qarışıq yüklərin arasından 120 qutu «Marlboro Touch» əmtəə nişanlı siqaretlər aşkar edilərək, götürülmüşdür. Həmçinin ondan qabaqda hərəkət edən oğlu Təqsirləndirilən şəxs1 da əl yüklərinin yoxlanılması nəticədə əl çantasından 170 qutu həmin markalı siqaretlər aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 bildirdi ki, onun Bakı şəhərinə getməkdə məqsədi müalicə almaq olmuş, lakin İran İslam Respublikasının Culfa şəhərində yerləşən mağazadakı satıcı ona, siqaretlərin ucuz qiymətə satıldığını, alıb Bakı şəhərində satacağı təqdirdə qazanc əldə edə biləcəyini bildirdikdən sonra o da siqaret almağa qərara vermiş və müalicə məqsədilə özü ilə götürdüyü pul hesabına tütün məmulatları almışdır. Gömrük əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona məlum olmuşdur ki, satıcı onu aldadaraq, siqaretləri ona baha qiymətə, bir qutusunu 14 manata satmışdir, əslində isə həmin tütün məmulatlarının bir qutusunun satış qiyməti Azərbaycan Respublikasında cəmi 7 manat təşkil edir. Həmçinin onun oğlu Təqsirləndirilən şəxs1 çantasında aşkar edilmiş siqaretlər həmin şəxsin özünə məxsus olmuş və sonuncu həmin siqaretləri öz pulu ilə almışdır. Onun aldığı tütün məmulatları isə təkcə onun özünə məxsus olmuş və öz müalicəsi üçün yığdığı pulla həmin siqaretləri almışdır. Onların həmin tütün məmulatlarını birlikdə satıb birgə qazanc əldə etmək niyyətləri olmamışdır, əksinə hər biri öz aldığı siqaretləri fərdi şəkildə satıb, qazanc əldə edəcəkmişlər, həmçinin onlar arasında həmin tütün məmulatlarını harda və kimə satacaqları barədə razılaşma olmamışlar. O, ilk dəfədir ki, İran İslam Respublikasından Bakı şəhərində satmaq məqsədi ilə siqaret alaraq gətirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1- ci bölməsində inspektor vəzifəsində çalışır. 25 iyun 2023-cü il tarixdə iş bölgüsünə əsasən o, piyada idxal xəttində X8 Respublikası ərazisindən keçməklə, Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn sərnişin avtobuslarının sərnişinlərinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 09 radələrində qeyd olunan marşrut üzrə hərəkət edən avtobusun sərnişinləri, şəxsiyyətləri sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-birinin ardınca hərəkət edərək, gömrük nəzarəti həyata keçirilən salona daxil olmuşlar. Əvvəlcə Təqsirləndirilən şəxs1 əl yüklərini rentgen qurğusuna daxil etmiş, lakin həmin vaxt digər əməkdaşlar ona əşyalarının içərisində siqaret təsvirlərinə oxşar predmetlərin olmasının qurğunun müşahidə monitorunda əks olunması barədə məlumat vermişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1 ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu- sual apararaq, əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı məhsul olub-olmadığını soruşmuş, elə bir məhsul olduğu halda isə təqdim etməsini təklif etmişdir, lakin sonuncu əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və bəyan edilməli olan hər hansı predmet olmadığını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 əl yüklərinə baxış keçiriləcəyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 rentgen yük qurğusuna daxil etdiyi əl yüklərində də siqaret təsvirinə oxşar malların olmasının qurğunun müşahidə monitorunda əks olunması barədə ona məlumat verilmişdir. O, Təqsirləndirilən şəxs2 ilə şifahi sorğu-sual apararaq, əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı məhsul olub-olmadığını soruşmuş, elə bir məhsul olduğu halda isə təqdim etməsini təklif etmişdir, lakin sonuncu əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və bəyan edilməli olan hər hansı predmet olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 də əl yüklərinə baxış keçiriləcəyini bildirmişdir. Bundan sonra 2 nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl yüklərinə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 əl yükləri yoxlanılmış və həmin çantaların içərisində olan ərzaq məhsullarının altından Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 110 qutu və orada olan 2 ədəd üzərində “Pitals” və 1 ədəd üzərində “Cleanup” yazısı olan boş salfet qutularının içərisində, hər bir salfet qutusunun içərisindən hər birində 20 qutu olmaqla, 60 qutu, ümumilikdə isə 170 qutu «Marlboro Touch» əmtəə nişanlı siqaretlər aşkar edilmişdir. Daha sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 əl yüklərini yoxlamağa başlamış, yoxlama zamanı əşyaların qoyulması üçün nəzərdə tutulmuş əl çantasının içərisində olan ərzaqların altından Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 80 qutu və həmin əl çantasının içərisində olan 2 ədəd üzərində “Pitals” yazısı olan boş salfet qutularının içərisində hər birində 20 qutu olmaqla, 40 qutu, ümumilikdə isə 120 qutu «Marlboro Touch» əmtəə nişanlı siqaretlər aşkar edilmişdir. Sonda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl yüklərindən aşkar edilən həmin tütün məmulatları Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək qablaşdırılmış və həmin fakt barədə protokollar tərtib olunmuş, həmin protokollara bütün iştirakçılar imza etmişdir. Bundan başqa, o qeyd etdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 eyni anda çantalarını yoxlama panelinə qoymuşlar, lakin hər bir şəxs ayrı-ayrılıqda qeydiyyatdan keçməli və mallar yoxlanılmamlı olduğuna görə o, həmin şəxsləri ardıcıl qaydada ayrı-ayrı qəbul etmişdir. Həmçinin çantaların sayı 4 ədəd olmuş və həmin çantalardan tütün məmulatları aşkar edildikdən sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çantaların kimə məxsus olmasını soruşduqda Təqsirləndirilən şəxs1 çantaların ikisinin ona, digər ikisinin isə atası Təqsirləndirilən şəxs2 məxsus olmasını bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Biləsuvar gömrük postunda yükləmə və boşaltma işləri üzrə fəhlə kimi çalışır. 24 iyun 2023-cü il tarixdə, saat 9 radələrində tanışı Şahid3 ilə Biləsuvar gömrük postunun qarşısında olduqları zaman bir nəfər gömrük işçisi onlara yaxınlaşmışdır. Həmin şəxs özünü təqdim edikdən sonra Naxçıvan və Bakı şəhərləri arasında hərəkət edən avtobusda sərnişin qismində gələn iki nəfərin əl yüklərinin yoxlanılmalı olmasını bildirərək, onlardan həmin yoxlanış prosesində hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. Onlar gömrük əməkdaşının təklifi ilə razılaşmış və həmin işçi ilə birlikdə Biləsuvar gömrük postunun piyada xəttinə daxil olmuşlar. Barəsində yoxlanış aparılacaq şəxslərə bütün hüquq və vəzifələrini izah edildikdən sonra gömrük əməkdaşları sonuncuya yükləri arasında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı predmetin olub-olmaması barədə suallar vermişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə yüklərinin içərisində gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olmadığını bildirmişlər. Bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus əl yükləri yoxlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs1 məxsus əl çantası yoxlanmış və həmin çantanın içərisində olan ərzaq məhsullarının altından Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 110 qutu və orada olan 2 ədəd üzərində “Pitals” və 1 ədəd üzərində “Cleanup” yazısı olan boş salfet qutularının içərisində, hər bir salfet qutusunun içərisindən hər birində 20 qutu olmaqla, 60 qutu, ümumilikdə isə 170 qutu «Marlboro Touch» əmtəə nişanlı siqaretlər aşkar edilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs2 məxsus əl çantası yoxlanmış və həmin çantanın içərisində olan ərzaqların altından Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 80 qutu və həmin əl çantasının içərisində olan 2 ədəd üzərində “Pitals” yazısı olan boş salfet qutularının içərisində hər birində 20 qutu olmaqla, 40 qutu, ümumilikdə isə 120 qutu «Marlboro Touch» əmtəə nişanlı siqaretlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilən həmin tütün məmulatları götürülərək qablaşdırılmış, yoxlama keçirilməsi barədə protokollar tərtib olunmuş və həmin protokollar o və digər baxış iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək 25 iyun 2023-cü il tarixdə saat 09-10 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus əl çantasının içərisində olan ərzaq məhsullarının altından 110 qutu və orada olan 2 ədəd üzərində “Pitals” və 1 ədəd üzərində “Cleanup” yazısı olan boş salfet qutularının içərisində, hər bir salfet qutusunun içərisindən hər birində 20 qutu olmaqla, 60 qutu, ümumilikdə isə 170 qutu və Təqsirləndirilən şəxs2 məxsus əl çantasının içərisində olan içərisində ərzaqların altından 80 qutu və həmin əl çantasının içərisində olan 2 ədəd üzərində “Pitals” yazısı olan boş salfet qutularının içərisində hər birində 20 qutu olmaqla, 40 qutu, ümumilikdə isə 120 qutu Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış «Marlboro Touch» əmtəə nişanlı siqaretlərin aşkar edildiyini təsdiq etdi. İş materiallarında olan: Malların yoxlanılması haqqında 25 iyun 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 hüquq, vəzifələri və məsuliyyəti izah edilməklə, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanlarına bəyan edilməmiş malları könüllü olaraq təqdim etməsi təklif olunmuş, sonuncu isə əl yüklərinin içərisində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan edilməli olan hər hansı predmet olmadığını göstərmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus əl yükünə daxil olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş əl çantasının içərisində, ərzaqların altında Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan, gömrük nəzarətindən gizlədilmiş 110 qutu üzərində «Marlboro Touch» markalanma yazısı olan siqaretlər aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş, həmin əl çantasının içərisində olan 2 ədəd üzərində “Pitals” və 1 ədəd üzərində “Cleanup” yazısı olan salfet qutularının içərisində (hər birində 20 qutu olmaqla) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan, gömrük nəzarətindən gizlədilmiş, cəmi 60 qutu üzərində «Marlboro Touch» markalanma yazısı olan siqaretlər aşkar edilmişdir. Yoxlama nəticəsində Təqsirləndirilən şəxs1 əl yükünə daxil olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş əl çantasından aşkar edilmiş Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan, gömrük nəzarətindən gizlədilmiş cəmi 170 qutu üzərində «Marlboro Touch» markalanma yazısı olan siqaretlər ondan götürülmüşdür. Cinayət işində olan malların yoxlanılması haqqında 25 iyun 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 hüquq, vəzifələri və məsuliyyəti izah edilməklə, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanlarına bəyan edilməmiş malları könüllü olaraq təqdim etməsi təklif olunmuş, sonuncu isə əl yüklərinin içərisində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan edilməli olan hər hansı predmet olmadığını göstərmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs2 məxsus əşyaların qoyulması üçün nəzərdə tutulmuş əl çantasının içərisində ərzaqların altında Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan, gömrük nəzarətindən gizlədilmiş 80 qutu üzərində «Marlboro Touch» markalanma yazısı olan siqaretlər aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş, həmin əl çantasının içərisində olan 2 ədəd üzərində “Pitals” yazısı olan boş salfet qutularının içərisində (hər birində 20 qutu olmaqla) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan, gömrük nəzarətindən gizlədilmiş 40 qutu üzərində «Marlboro Touch» markalanma yazısı olan siqaretlər aşkar edilmişdir. Yoxlama nəticəsində Təqsirləndirilən şəxs2 əl yükünə daxil olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş əl çantasından aşkar edilmiş Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan, gömrük nəzarətindən gizlədilmiş cəmi 120 qutu üzərində «Marlboro Touch» markalanma yazısı olan siqaretlər ondan götürülmüşdür. Məhkəmə-bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/962-9/5076-2023 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 əl yüklərindən aşkar edilən aksiz markası olmayan «Marlboro touch gray less smell» markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan siqaretin 1 qutusunun qiyməti 7 manat olmaqla, 170 qutu, cəmi 1.190 manat dəyərində müəyyən edilmişdir. Həmin tütün məmulatlarından 10 qutu tədqiqata sərf edilmişdir. Təqsirləndirilən şəxs2 əl yüklərindən aşkar edilən aksiz markası olmayan «Marlboro touch gray less smell» markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan siqaretin 1 qutusunun qiyməti 7 manat olmaqla, 120 qutu, cəmi 840 manat dəyərində müəyyən edilmişdir. Həmin tütün məmulatlarından 9 qutu tədqiqata sərf edilmişdir. Tədqiqata təqdim edilmiş cəmi 290 qutu tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdır. Ekspertizaya təqdim edilmiş Azərbaycan Respubliaksına məxsus aksiz markası olmayan siqaretlərin 25 iyun 2023-cü il tarixə olan ümumilikdə orta bazar qiyməti təxminən 2.030 (1190+840) manat müəyyən edilmişdir. Azərbaycan Respubliaksı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq, Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən avtobuslarda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 sonuncu dəfə 24 iyun 2023-cü il tarixdə, saat 20:51-də Culfa dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə, İran İslam Respublikasına daxil olmuş və 25 iyun 2023-cü il tarixdə saat 09:06-da Biləsuvar dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə, Azərbaycan Respublikasına daxil olmuşdur. Azərbaycan Respubliaksı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs2 mütəmadi olaraq, Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən avtobuslarda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 sonuncu dəfə 24 iyun 2023-cü il tarixdə, saat 20:51-də Culfa dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə, İran İslam Respublikasına daxil olmuş və 25 iyun 2023-cü il tarixdə saat 09:06-da Biləsuvar dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə, Azərbaycan Respublikasına daxil olmuşdur. Baxış keçirilməsi haqqında 25 avqust 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş fotolardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl yüklərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatında sonra saxlanılması üçün “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş siqaretlərə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs2 əl yükündən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq sayı 111 qutu təşkil edən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış «Marlboro Touch» əmtəə nişanlı siqaretlərin və Təqsirləndirilən şəxs1 əl yükündən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq sayı 160 qutu təşkil edən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış «Marlboro Touch» əmtəə nişanlı siqaretlərin seriya nömrələrinin ardıcıllıq təşkil etməsi müəyyən edilmişdir. Biləsuvar Gömrük İdarəsindən daxil olmuş 31 avqust 2023-cü il tarixli, 3-33/1- 038680/2023 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Naxçıvan Muxtar Respublikasından avtobusla Bakı şəhərinə getmələri, İran İslam Respublikasının Culfa şəhərində eyni mənbədən «Marlboro Touch» markalı, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretləri satış məqsədilə birlikdə əldə etmələri və həmin siqaretləri Bakı şəhərində birlikdə sataraq, qazanc əldə edəcəkləri barədə məlumat əldə edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Şərur rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 02 aprel 2022-ci il tarixli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 bel lordozunun düzləşməsi, sümük sistemində degerativ dəyişikliklər, fəqərə cismində osteofit çıxıntılar, L4-L5 fəqərələri arasında məsafənin az daralması, fəqərələr arasında fibroz həlqənin qabarması fonunda 5 millimetr ölçüdə yırtıq, L5-S1 fəqərələri arasında məsafənin az daralması, fəqərələr arasında anterior spondilolistezis, D=6 millimetr fəqərə arasında fibroz həlqənin qabarması fonunda 5 millimetr yırtıq və vakum fenomeni aşkar olunur. Sol böyrək atipik yerləşimlidir və paravertebral sahədə patologiya izlənmir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Muxtar Respublikası Şərur rayon şöbəsi tərəfindən verilmiş 340214 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə uyğun olaraq, İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Naxşıvan Muxtar Respublikası Şərur rayon İcra Hakimiyyəti Şərur şəhər Mənzil İstismar sahəsinin 19 yanvar 2024-cü il tarixli, 92 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, H.Əliyev prospektində yerləşən 43 nömrəli evin 01 nömrəli mənzilində qeydiyyatdadır, həmin şəxs faktiki olaraq Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən 20 nömrəli evdə yaşayır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 avqust 2024- cü il tarixli, 9/3369 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respubliaksına məxsus aksiz markası olmayan «Marlboro touch gray less smell» markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının Azərbaycan Respubliaksı ərazisində yerləşən ticarət şəbəkələrində, mağazalarda, yerli internet saytlarında satışına və qiymətinə dair 25 iyun 2023-cü il tarixə və hal-hazırda hər hansı məlumatın mövcud olmadığı müəyyən edilmişdir. 10 iyul 2023-cü il tarixli, 9/5076 nömrəli ekspert rəyində Azərbaycan Respubliaksına məxsus aksiz markası olmayan «Marlboro touch gray less smell» markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının 1 ədədinin (qutusunun) ilkin ekspertiza tədqiqatı zamanı dəyəri 7 manat müəyyən edilmişdir. Həmin xüsusatlara məhkəmə tərəfindən qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmaqla qiymətləndirilmiş sübutları bir daha araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və atası F.M.X6 Respublikası ərazisində eyni mağazadan ayrıayrılıqda tütün məmulatlarını almaları, həmin tütün məmulatlarının qanunsuz olaraq Azərbaycan Respublikasına ayrı-ayrılıqda idxal etmələri, təqsirləndirilən şəxslərin sözügedən hərəkətlərə yol verərəkən hər birinin fərdi qaydada hərəkət etmələri, yəni onların Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri və həmin əməllərə görə təqsirli olmaları onların özlərinin etirafedici ifadələri, iş materiallarında olan şahid ifadələri, baxış aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübut və digər sənədlər və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin birinci instansiya məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə aid olan hissədə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və bu səbəbdən də, məhkum olunmuş şəxslərin əməllərinin Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələrindən həmin Məcəllənin 213-1.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olması barədə dəlillərinə (qeyd olunan dəlillər qərarın “Apellyasiya şikayətinin dəlilləri” hissəsində ətraflı göstərildiyindən məhkəmə kollegiyası həmin dəlilləri təkrar sadalamağa zərurət görmür) məcmu halında qiymət verərək, aşağıda qeyd olunanlara görə həmin dəlilləri konkret hüquqi əsasa söykənməyən, mülahizə xarakterli dəlillər kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələrinin dispozisiyasına görə qabaqcan əlbir olan bir qrup şəxs halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə cinayət məsuliyyəti yaradır. Şəxslərin həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onların mövcud əməlləri qabaqcan əlbir olan bir qrup şəxs halında törətsinlər və aşkar olunmuş tütün məlumatlarının dəyəri iki min manatdan yuxarı olsun. Yəni, şəxslərin Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onların qabaqcan əlbir olan bir qrup şəxs halında külli miqdarda tütün məmulatlarının idxal etmələri satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya protestinin dəlillərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında qeydiyyatda olub, onların həmin ünvanda birlikdə yaşadıqlarını qeyd etsə də təqsirləndirilən şəxslərin sonradan məhkəməyə təqdim etdikləri arayışla müəyyən edilir ki, onları hər biri ayrı-ayrı ünvanlarda, yəni F.X5 Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən 20 nömrəli evdə yaşayır. (Azərbaycan Respublikası Naxşıvan Muxtar Respublikası Şərur rayon İcra Hakimiyyəti Şərur şəhər Mənzil İstismar sahəsinin 19 yanvar 2024-cü il tarixli, 92 nömrəli arayışı). Təqsirləndirilən şəxs1 apellyasiya instansiya məhkəməsində hazırda Abşeron rayonunda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Xırdalan şəhəri, Ə.Hacıyev küçəsi 54, ev 2, mənzil 47-də yaşadığını bildirmişdir. Göründüyü kimi, ata-oğul təqsirləndirilən şəxslər hadisə baş verən vaxtdan hal-hazıra kimi eyni ünvanda yaşamamaqla birgə təsərrüfat aparmırlar. Bundan əlavə, Təqsirləndirilən şəxs1 iş üzrə verdiyi ifadələrində Bakı şəhərində satmaq məqsədi ilə ərzaq və qeyri-ərzaq məhsulları sataraq, qazanc əldə etmək məqsədi ilə ticarət ilə məşğul olduğunu açıq etiraf etmişdir, lakin Təqsirləndirilən şəxs2 eyni fəaliyyətlə məşğul olduğu təqsirləndirilən şəxslərin ifadələri və ya ibitidai istintaq orqanı tərəfindən əldə edilmiş və birinci instansiya məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmir. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ifadələrindən belə anlaşılır ki, o, konkret olaraq Naxçıvandan Bakı şəhərinə pendir aparıb satmaqla qazandığı pulla ailəsini dilandırır. Bundan başqa, təqsirləndirilən şəxslərin həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törətməkdə məqsədləri qazanc əldə etmək olsa da, onların həmin tütün məmulatlarını almaq üçün pulları ortaq olmamış, Təqsirləndirilən şəxs2 siqaretləri öz müalicəsi məqsədi ilə təqaüdündən topladığı pulla, oğlu Təqsirləndirilən şəxs1 isə tanışlarından borca aldığı pulla almışdır. Təqsirləndirilən şəxs2 iş üzrə verdiyi ifadələrində oğlu Təqsirləndirilən şəxs1la səfərə birgə çıxsalar da, özünün Bakı şəhərinə müalicə almaq və nəvəsinə baş çəkmək məqsədi ilə getdiyini, onun oğlu A.F.X7 Respublikasında müxtəlif ərzaq və qeyri-ərzaq məhsulları alaraq ticarətlə məşğul olmasından xəbəri olsa da, özünün belə bir niyyəti olmadığını, onda belə bir niyyətin yalnız İran İslam Respublikası ərazisində yerləşən mağazalardan birində satıcı ona təklif etdikdən sonra formalaşdığını, siqaret satılan mağazanın satıcısının şirnikləndirici təklifindən sonra öz müalicəsi üçün yığdığı pul hesabına həmin tütün məmulatlarını aldığını göstərmişdir. Gömrük yoxlamasını həyəta keçirmiş və birinci instansiya məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Gömrük İdarəsinin inspektoru Şahid1 da öz ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl yüklərinə ayrı-ayrılıqda, əvvəlcə Təqsirləndirilən şəxs1, daha sonra isə F.M.Ələsgərovun əl yüklərinə baxış keçirildiyini, təqsirləndirilən şəxslərə məxsus çantaların sayının 4 ədəd olduğunu, həmin çantalardan tütün məmulatları aşkar edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çantaların kimə məxsus olması soruşulduqda Təqsirləndirilən şəxs1 çantaların ikisinin ona, digər ikisinin isə atası Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirdiyini göstərmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tütün məmulatlarının İran İslam Respublikası ərazisindən qabaqcadan əlbir olan bir qrup şəxs şəklində deyil, hər birinin özünə münasibətdə özlərinə məxsus pulla şəxsi qazanc əldə etmək məqsədi ilə almaları barədə ifadələrini işin faktiki hallarına uyğun olan və digər sübutlarla təsdiqini tapan mötəbər sübut kimi qəbul etmişdir. Tədqiq olunmuş sübutlarla yuxarıda qeyd olunanlarla yanaşı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və atası Təqsirləndirilən şəxs2 tərəfindən istər birlikdə, istərsə də ayrı-ayrılıqda tütün məmulatlarının İran İslam Respublikası ərazisindən əldə edilərək Azərbaycana gətirilməsi halı ilk dəfədir ki, müşahidə olunur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda sadalanan halları yekunlaşdıraraq belə hesab edir ki, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmələri, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq hazırkı cinayət əməllərini törətməmələri barədə göstərdikləri ifadələri ittiham tərəfindən təqdim olunmuş hər hansı bir tutarlı dəlillərlə təkzib olunmadığından birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu ifadələrini iş üzrə mötəbər sübut kimi qəbul etməsi cinayət prosessual qanuvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin aşağıda qeyd olunanları da apellyasiya protestinin dəlillərinin əsassız olmasını təsdiq edən hallar kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31-ci maddəsinə görə iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarixli qərarına əsasən iştirakçılığın keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Məhkəmə kollegiyası apellyasiya protestinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında “eyni mağazadan siqaret almaları, onların ata oğul olmaqla eyni ev təsərrüfatına malik olmaları və birlikdə yaşamaları, həmçinin onların arasında razılığın olması və cinayətin bundan sonra baş tutması barədə” dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya protestinin qeyd olunan dəlillərindən də göründüyü kimi həmin dəlillər mülahizələrdən ibarət olmaqla ittiham tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəlıi sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmələri, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq hazırkı cinayət əməllərini törətmələri barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunan maddələrin mənasına görə şəxsin təqsirli olduğuna (ittihamın sübuta yetirilməsində) şübhələr olduqda məhkəmə ya bu sübutları aradan qaldırmalı, ya da onları təqsirləndirilən şəxsin xeyrinə həll etməlidir. Qanunun tələbinə görə belə əsaslı şübhələr digər şəkildə həll ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq apellyasiya protestinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Cinayət Məcəlləsinin 213-1.1ci maddəsindən həmin Məcəllənin 213-1.2.1 və 213-1.2.3-cü maddələrinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək məhkum olunmuş şəxsin Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinin sübuta yetilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Belə ki, AR Cinayət Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərini kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 349.5.1 və 349.5.3-cü maddələrində təsbit olunmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza məsələsini də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdiriən halları və şəxsiyyətini nəzərə almaqla ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, himayəsində 3 uşağının olmasını, ailəsini dolandıran yeganə şəxs olmasını və İİ dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hallar, həmçinin Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını, İİ dərəcəli əlil olmasını və ahıl yaşda olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, onların heç birinin əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb onların hər birinə ayrı-ayrlıqda qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qənaətə gələrkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, təyin olunmuş cəzanın şəxlərin islah olunmasına təsirini kifayət qədər nəzərə almış və məhkum olunmuş şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini müzakirə edərək cəzanın məqsədinə, cəza təyin etmənin ümumi əsaslarına, iş materialları ilə müəyyən olunmuş faktiki və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun qərar qəbul etmişdir. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni hökm çıxarılması üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya protesti təmin olunmamalı, Biləsuvar Rayon Məhkəməsinin 26 sentyabr 2024cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Biləsuvar Rayon Məhkəməsinin 26 sentyabr 2024cü il tarixli, 1(022)-11/2024 nömrəli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(106)-78/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-78/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver