Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-781/2024 06.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X7, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və onun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 1(099)-210/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 1(099)-210/2024 saylı hökmü ilə (sədrlik edən hakim Xamməd Nuriyev) xx xxxxxx 1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, mənzil 55-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1982-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Yağlıvənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2023-cü tarixdən hesablansınmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2023-cü tarixdən hesablanmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum edilmişlər ona görə ki, onlar öz aralarında və digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə olunması, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunmuş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri tərəfindən 21511,5 qram, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edilərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin Biləsuvar-Cəlilabad avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsindəki 6cı sərhəd zastavasının 21-22 sahəsinin arxa tərəfində gizlədilməklə bu barədə cinayətkar qrupun digər üzvünün vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumatlandırılmasından sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə ödəniləcək 500 manat pul müqabilində qurudlumş marixuananı həmin yerdən götürməklə Sumqayıt şəhərinə aparıb cinayətkar qrupun üzvünə çatdırmaq məqsədi ilə 08 aprel 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı, **-EX-*** qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərindən Biləsuvar rayonu istiqamətində hərəkət etməklə cinayətkar qrupun digər üzvünün Təqsirləndirilən şəxs1 mobil telefonunun “VhatsApp” ani mesajlaşma tədbiqinə göndərdiyi mesajlardan, kordinatlardan və fotoşəkillərdən istifadə etməklə 09 aprel 2023-cü il tarixdə gecə saat N radələrində “N” salı hərbi hissənin Biləsuvar- Cəlilabad avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsindəki 6-cı sərhəd zastavasının 21-22 sahəsinin arxa hissəsinə gəlmişlər. Coşqun Əsgərxanov avtomaşını saxlamış Təqsirləndirilən şəxs1 avtomaşından düşərək orada gəzlədilmiş külli miqdarda narkotik vasitəni götürməklə ümumi cinayətkar niyyətlə qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus iki ədəd bağlamada külli miqdarda-21511,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Goşqun Əsgərxanov isə idarə etdiyi “Toyota Prius” markalı, **-EX-*** qeydiyyat nişanlı avtomobil ilə hadisə yerindən uzaqlaşsa da, keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində az sonra saxlanılmışdır. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 vəkili apellyasiya şikayətində göstərmişdir ki, müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətlə heç bir əlaqəsi yoxdur. İşin halları birinci instansiya məhkəməsi tərəfindən ədalətlə araşdırılmamışdır. Çıxarılmış hökmdə yalnız istintaqın hazırkı iş üzrə gəldiyi qərəzli nəticə bir daha təstiq olunmuşdur. Hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirliliyinə dair kifayət qədər əsaslı şübhələr vardır. İstintaq orqanı tərəfindən sübut hesab olunaraq məhkəməyə təqdim edilmiş iş materiallarında olan sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 münasibətdə mötəbər sübutlar hesab oluna bilməz. Təqsirləndirilən şəxs1 məhkəmədə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməmişdir. O Cöşqunla birlikdə rayona süd məhsulları gətirmək üçün getmişdir. O həmçinin Turaılın təklifi ilə razılaşaraq 500 manat müqabilində onun qohumları tərəfindən göndəriləcək payı gətirməyə də razılaşmışdır. Ona hədə qorxu gələrək tərtib edilmiş sənədlərə imza etdirmişlər. Hesab edir ki, ittiham tərəfindən toplanmış sübutlar hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə tamamilə şübhəlidir və ittihamın əsaslı hesab edilməsinə kifayət etmir. Ona görə də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 1(099)-210/2024 saylı hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini, onun əməlinin sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 vəkili apellyasiya şikayətində göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 1(099)-210/2024 saylı hökmü ədalətsiz və qərəzlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə tövsif edilməklə ona cəza təyin edilməlidir. O məhkəmədə ifadə verərkən göstərmişdir ki, 07 aprel 20234-cü il tarixdə Tural ona zəng edərək Sumqayıt şəhərində dəniz sahilinə gəlməsini demişdir. O, həmin gün dəniz sahilinə gedəndə tanışı Muradın da orada olduğunu görmüşdür. Onlar görüşərək birlikdə çayxanada çay içmişlər. Sonra Tural demişdir ki, Muradı Masallıya aparacaqsan. Tural ona 80 manat pul verəcəyini, həmin pulun 50 manatını indi, qalanını Masallıdan qayıtdıqdan sonra verəcəyini bildirmişdir. O da Turalın təklifi ilə razılaşmışdır. Onlar Masallıya gedərkən yol boyu Murad Turalla danışmışdır. Cəlilabada çatanda Murad qaranlıq ərazidə düşmək istəmiş, o nə üçün burada düşməsini soruşarkən aralarında mübahisə yaranmışdır. Murad düşüb getmiş, o isə şübhələndiyi üçün maşınını sürüb getmişdir. Məqsədi Bakıya gedən müştəri tapıb Bakıya getmək olmuşdur. Orada onu polis əməkdaşları saxlamnışlar. Saxlanılarkən polis əməkdaşına şübhələnməsi barədə bir söz deməmişdir. Muradla Tural arasında narkotiklə bağlı söhbət olmasından məlumatı olmamışdır. Hökmdə onun ifadəsi təhrif edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərinə istinad edərək Təqsirləndirilən şəxs2 əməlinin tövsifinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-in 307-ci maddəsinə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini göstərərək apellyasiya şikayətlərinin təmin edilməməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 vəkili çıxışlarında apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 vəkili apellyasiya şikayətində əməlin tövsifinin dəyişdirilməsini xahiş etsə də Şahid5 ifadəsindən sonra müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı və məhkəmənin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmələri düzgün olmuşdur. Onların qeyd edilən cinayətləri törətmələri istintaq zamanı özlərinin verdiyi ifadələri, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid3, X3 ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ifadə verərkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. O, Sumqayıt şəhərində ailəsi ilə yaşayır. Özü əslən Masallı rayonundan olmaqla Masallı rayonundan süd məhsullarını aparıb Sumqayıt şəhərində satmaqla məşğul olur. Şahid5 ilə aralarında tanışlıq münasibətləri olmuşdur. Müxtəlif vaxtlarda Şahid5 pendir, yağ və başqa süd məhsulları satmışdır. Təqsirləndirilən şəxs2la da aralarında tanışlıq münasibətləri olmuşdur. 07 aprel 2023-cü il tarixdə Sumqayıtda çayxanada Coşqun və Tural ilə görüşərkən Tural ona Masallıda yaşayan qohumlarının pay gəndərəcəklərini, əgər həmin payı Masallıdan götürüb gətirsə, ona 500 manat pul verəcəyini demişdir. O, Turalın təklifi ilə razılaşmışdır. Sonra Tural və Coşqunla parkda görüşəndə yenə də Tural ona gedib Msallıdan payı götürüb ona gətirəcəyi təqdirdə ona 500 manat pulu verəcəyini bildirmiş və bir daha razılaşmışlar. Turalın deməsinə görə ona göndərilən pay 2-3 kiloqram olmalı idi. Bundan sonra 08 aprel 2023-cü il tarixdə saat 19-20 radələrində Tural ona zəng edərək Coşqunla birlikdə rayona yola çıxmalı olduqlarını, Coşqunun onu avtomaşınla aparıb gətirəcəyini demişdir. Bundan bir qədər sonra Coşqun Əsgərxanov idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə onun yaşadığı ünvana, yəni Sumqayıt şəhəri, 12-ci mikrorayona gələrək onu avtomobilə götürmüş və saat 20 radələrində ikilikdə yola çıxmışlar. Yolda olduqları müddətdə Tural ilə mütəmadi olaraq əlaqə saxlamışlar. Cəlilabad rayonuna çatdıqda Tural onunla əlaqə saxlamış, qohumlarının yolun kənarında olan kafedə yeyib-içib, sonra da payı yolun kənarında qoyduqlarını bildirmiş və payın olduğu yerin kordinantlarını telefon vasitəsi ilə ona göndərmişdir. Həmin məkan istiqamətində hərəkət etmişlər. Məkana saat 23:30 radələrində çatdıqda Tural ona “Cəlilabad” sözü yazılan lövhənin qarşısında kafe olduğunu, payın orada plakatdan qabaqda, sağda qoylduğunu bildirmişdir. Həmin yerə çatdıqda o, avtomobildən düşərək payın qoyulduğu yerə yaxınlaşmış, Coşqun isə avtomobildə gözləmişdir. O, payın qoyulduğu yerə yaxınlaşdıqda, 8-10 metr qalmış orada 2-3 kiloqram yox, meşokda böyük həcmdə, çox miqdarda əşya olmasını görsmüşdür. Bu səbəbdən onda şübhə yaranmış və meşoku götürmədən geri qayıdarkən polis işçilçəri onu tutmuşlar. Bu anda Coşqun avtomobili sürüb oradan getmişdir. Polis işçiləri ona orada olan külli miqdarda narkotik vasitəni götürmək üçün gəldiyini demişlər. Onun gözlərini bağlamış və oradan aparmışlar. Gözünü açanda otaqda olduğunu, bir nəfər şəxsin isə kompüterdə yazdığını görmüşdür. Ona hədə- qorxu gələrək tərtib edilmiş sənədlərə imza etdirmişlər. Coşqunu da məcbur edib sənədlərə imza etdirmişlər. Polis işçiləri tərəfindən döyülməmiş, ona işgəncə verilməmişdir. Lakin hədə-qorxu gəlinmişdir. O, bağlamanı götürdükdən sonra Masallıya getməli, oradan yağ, pendir, südü götürüb Bakıya getməli, bağlamını isə Turala verməli olmuşdur. Yolda olduğu zaman Turala göndərdiyi sms-də meşoğun cırığının olub-olmamasını soruşması onunla bağlı olmuşdur ki, düşünmüşdür ki, meşoğun cırığı ola bilər, pendirin suyu maşına tökülə bilər. Əgər bağlamanı götürüb Bakı şəhərinə versə idilər, Tural ona və Coşquna, hər birinə 500 manat pul verməli olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə çayxanada Coşğun və Tural ilə görüşmüş, Tural onlara cənub rayonlarının birində 3-4 kq narkotik vasitə qurudulmuş marixuananı götürmək lazım olduğunu demiş, marixuananı götürmələri müqabilində hər birinə 500 manat pul təklif etmiş, 08 aprel 2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün Turala zəng edib onun təklifini qəbul edərək, onunla razılaşmış, Tural ondan zəng gözləməsini demişdir. 08 aprel 2023-cü il tarixdə saat 19-20 radələrində Tural ona zəng edərək Coşğunla birlikdə Qazax rayonu istiqamətdə yola çıxmalarını demiş, Coşğun onun yaşadığı ünvana yəni Sumqayıt şəhəri, 12-ci mikrorayona gələrək birlikdə yola çıxmışlar, yolda olarkən Tural ilə mütəmadi olaraq əlaqə saxlamış, Qobustan şəhərini keçdikdən sonra «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanından Turala zəng etmiş, Tural ona Salyan rayonu istiqamətdə hərəkət etmələrini demişdir. Yollarına davam etmiş, «Hacıoğlu» restoranının yanında yenidən Tural ilə əlaqə saxlamış, Tural onlara Cəlilabad rayonu istiqamətdə hərəkət etmələrini bildirmişdir. Cəlilabad rayonuna çatdıqda Tural Vhatsaap tətbiqi vasitəsilə onun ***-***-**-** mobil telefonuna narkotik vasitənin olduğu məkanı göndərmiş, daha sonra həmin məkan istiqamətdə hərəkət etmişlər. Məkana çatdıqda Coşğundan avtomobili saxlamasını, nə vaxt zəng etsə, gəlib onu hadisə yerindən götürməsini demişdir. Coşqun avtomaşını saxlamış, o, avtomobildən düşmüş, Coşğun isə Cəlilabad rayonun Alar kəndi istiqamətdə avtomobili idarə etmişdir. Aavtomobildən düşdükdən sonra «172» km yazısı olan dəmir lövhədən 10-15 metr yoldan kənara çıxmış, orada olan 02 ədəd bağlamanı görmüş, bağlamaları əldə etdikdən sonra ona “dayan” çağırışı verilmişdir. O da çağırışa tabe olmuş, təxminən 10-15 dəqiqə sonra Coşğun da həmin hadisə yerinə gətirilmiş, daha sonra Coşğun və onun iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və 02 ədəd bağlama hadisə yerindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi sonrakı ifadəsində göstərmişdir ki, Tural onun Masallı rayonuna süd məhsulları, kənd təsərrüfatı məhsulları gətirib Sumqayıt şəhərində satmağından məlumatlı olduğundan ondan Masallı rayonuna gedibgetməməyini soruşmuş, o da bu yaxınlarda getmək fikri olduğunu demişdir. Tural ondan Cəlilabad rayonunda 2-3 kq-lıq bağlama olacağını, onu gətirə biləcəyini soruşmuşdur. Tural həmin bağlamanı bu gün gətirməsi müqabilində ona 500 mant pul təklif etmiş, o da Turala maşını olmadığı üçün gedə bilməyəcəyini demişdir. Daha sonra Turala bağlamanı gətirməyi müqabilində 500 manat pulu verməyən kişi deyil demiş, Tural ona Coşğuna deyərəm səni aparıb-gətirər demişdir. Turalla razılaşmış, Tural ona Cəlilabad rayonunda «Cəlilabad» yazısı olan lövhənin yaxınlığında qohumlarının onu gözləyəcəyini, bağlamanı həmin şəxsdən götürəcəyini demişdir. 08 aprel 2023-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhərindən Masallı rayonu istiqamətdə Coşğunun idarə etdiyi avtomobil ilə hərəkət etmiş, saat 23 radələrində həmin əraziyə çatmışlar. Turala zəng edərək burada heç kimin olmadığını demişdir. Tural da ona həmin adamın işi olduğu üçün getdiyini, bağlamanı «Cəlilabad» yazısından 20-30 metr keçdikdən sonra yolun 5 metr sağına qoyduğunu demişdir. O da həmin istiqamətə getmiş, həmin yerdə Turalın dediyi formada olmayan 02 ədəd bağlama olduğunu görmüşdür. Bağlamaları götürmədən geri qayıdarkən, hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Sərhədçilər ondan bağlamanın harada olduğunu soruşmuşlar. O da hansı bağlama olduğunu, Turalın dediyi bağlamanı dediklərini soruşmuş, daha sonra hərbi qulluqçular tərəfindən saxlanılmış, bağlamanı da, sərhədçilər qoyulduğu yerdən götürmüşlər. Bir müddət sonra Coşğun hadisə yerinə gətirilmiş, onu naməlum istiqamətdə aparmışlar. Daha sonra sərhəd zastavasına gətirildiyi ona məlum olmuşdur. Həmin yerdə gözləri və əlləri bağlanılmış, qapalı otaqda gözlərini açmışlar. Gözü açıldıqdan sonra kompüterdə bir nəfər onun izahatını almış, müəyyən sənədlərə imza çəkdirilmiş, lakin hansı sənədlərə imza çəkməyindən məlumatı olmamışdır. Onları Göytəpədə hərbi hissəyə aparmışlar. Bir gün saxlanıldıqdan sonra Bakı şəhərinə gətirilmişdir. Təqsirinin yalnız Turala inanaraq Cəlilabad rayonuna getmək olduğunu bildirir. Cəlilabad rayonuna gedərkən həmin bağlamanın içərisində nə olmasından məlumatı olmamışdır. Hərbçilər tərəfindən saxlanılan zaman bağlamanın harada olduğunu soruşmuş, lakin bağlamanın içərisində nə olduğunu ondan soruşmamışlar. Bağlamanı ona verəcək şəxslərin orada olmadığını, bağlamaların lövhədən 20 metr Masallı rayonu istiqamətdə 5 metr yolun kənarında olduğunu, həmin bağlamaların Turalın dediyi həcmdə olmadığını görmüşdür. Bağlamalar fərqli olduğundan bağlamaları götürməkdən imtina etmişdir. Məhkəmə istintaqında təqsirləndiriəln şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Şahid5la bir orta məktəbdə oxumuşlar. Tural ondan 1-2 sinif yuxarı oxumuş, onunla münasibətləri yaxşı olmuşdur. Tural 06 aprel 2023-cü il tarixdə ona zəng edərək aprelin 7-8-də bir nəfər adamı idarə etdiyi avtomobil ilə Masallıya aparmasını demişdir. Tural həmin şəxsi Masallıya aparıb gətirməyə görə ona 80 manat pul verəcəyini bildirmişdir. O, Turalın bu təklifi ilə razılaşmışdır. Tural ona 50 manat pul vermiş, qalan 30 manatı isə Masallıdan qayıtdıqdan sonra verəcəyini demişdir. 07 aprel 20234-cü il tarixdə Tural ona zəng edərək Sumqayıt şəhərində dəniz sahilinə gəlməsini demişdir. O, həmin gün dəniz sahilinə gedəndə tanışı Muradın da orada olduğunu görmüşdür. Onlar görüşərək birlikdə çayxanada çay içmişlər. 08 aprel 2023-cü il tarixdə saat 19-20 radələrində Tural ona zəng edərək Muradla birlikdə rayona yola düşmələrini demişdir. O, idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə Sumqayıt şəhəri 12-ci mikrorayona gedərək Təqsirləndirilən şəxs1 yaşadığı evdən avtomobilə götürmüş və onlar ikilikdə Masallı istiqamətində yola düşmüşlər. Yol boyu Murad Tural ilə telefon əlaqəsi saxlamışdır. Cəlilabada çatanda Turalın Muradın telefonuna atdığı məkan üzrə hərəkət edərək saat 23:30 radələrində narkotikin olduğu yerə gəlib çatmışlar. Lakin orada narkotik olmasını sonradan bilmişdir. Həmin yerə çatdıqda Murad ona avtomaşını saxlamasını demiş və avtomaşını saxlamışdır. Ora ağaclıq sahə olmuş və həm də qaranlıq şəraitdə onda şübhə yarandığına görə Murada avtomobildən düşməməsini demişdir. Lakin Murad ayaqyoluna getmək istədiyini deyərək avtomobildən düşmüş və uzaqlaşmışdır. O isə qorxaraq qaranlıq hava şəraitində Muradı orada qoymaqla avtomaşını sürüb getmişdir. Lakin polis işçiləri onun avtomobili saxladaraq həmin yerə qaytarmışlar. Həmin yerə qayıtdıqda orada meşokda çox miqdarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğunu və Muradın tutulduğunu görmüşdür. Həmin meşokda olan maddə götürülmüş və bu barədə protokol yazılmışdır. Onların hər ikisini həbs etmişlər. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə tanışı Tural adlı şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrəsi ilə zəng etmiş, onu Sumqayıt şəhərinin dəniz sahilinə dəvət etmişdir. Onun dəvətini qəbul edib, Sumqayıt şəhərində dəniz sahilinə gemiş, orada Tural və Muradla görüşmüşlər. Daha sonra dəniz sahilində yerləşən çayxanaların birində əyləşmiş, Tural Murada və ona rayonların birində 3 kq narkotik vasitə qurudulmuş marixuananı götürmək lazım olduğunu demiş, marixuananı götürmələri müqabilində hər birinə 500 manat pul təklif etmişdir. İlk əvvəl onun təklifi ilə razılaşmamış, lakin pula ehtiyacı olduğu üçün 08 aprel 2023-cü il tarixdə Turala zəng edib onun təklifini qəbul etmiş, onunla razılaşmışdır. Tural onun zəngini gözləməsini bildirmişdir. 08 aprel 2023-cü il saat 19-20 radələrində Tural ona zəng edərək Muradla birlikdə Qazax istiqamətdə yola çıxmalarını bildirmiş, o da Sumqayıt şəhəri, 12-ci mikrorayona gedərək Muradı götürmüş, birlikdə yola çıxmış, yolda olarkən Murad mütəmadi olaraq Tural ilə telefon vasitəsilə əlaqə saxlamışdər. X8 şəhərini keçdikdən sonra «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanından ona zəng etmələrini bildirmişdir. «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanında Murad Tural ilə əlaqə saxladıqdan sonra onlara Salyan rayonu istiqamətdə hərəkət etmələrini, «Hacıoğlu» restoranının yanında yenidən onunla əlaqə saxlamalarını demişdir. «Hacıoğlu» restoranının yanından yenidən Turalla əlaqə saxlamışlar. Tural onlara Cəlilabad rayonu istiqamətdə hərəkət etmələrini bildirmişdir. Cəlilabad rayonunun dairəsinə çatmamış Tural whatsaap tətbiqi vasitəsi ilə Muradın mobil telefonuna narkotik vasitənin olduğu məkanı göndərmiş, daha sonra həmin məkan istiqamətdə hərəkət etmiş, məkana çatdıqda Murad ondan avtomobili saxlamağını, nə vaxt zəng etsə, gəlib onu hadisə yerindən götürməsini deyərək avtomobildən düşmüşdür. O isə Cəlilabad rayonunun Alar kəndi istiqamətdə avtomobili idarə etmiş, təxminən 4-5 km hərəkət etdikdən sonra dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılmış, daha sonra həmin əraziyə Dövlət Sərhəd Xidmətinin əməkdaşları gəlmiş, onu hadisə yerinə aparmışlar. Onun və Muradın iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən Muradın götürdüyü içərisində narkotik vasitələr olan 02 ədəd bağlama götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı 09 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin Biləsuvar rayonu ərazisində yerləşən 6-cı sərhəd zastavasının 21-22-ci sahəsinin arxa hüdududur. Ərazi düzənlik relyefə malikdir, xırda kollar və ağaclar mövcuddur. Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitələr olan 02 ədəd bağlamanı əldə etdiyi ərazi Biləsuvar-Cəlilabad avtomobil yolundan 10 metr məsafədədir. Azərbaycan Respublikası vətmndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə yerinə içərisində narkotik vasitələr olan bağlamaları götürmək üçün gəldiklərini bildirmişlər. İşdə olan, 09 aprel 2023-cü il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «N» saylı hərbi hissənin Biləsuvar rayonu ərazisində yerləşən 6-cı sərhəd zastavasının 21-22-ci sahəsinin arxa hüdudundan Təqsirləndirilən şəxs1 tərəfindən götürülmüş iki ədəd qara və narıncı rəngli bağlamalara baxış keçirilmiş, bağlamalardan ümumi çəkisi bükümlərlə birlikdə 22570 qram qurudulmuş marixuanaya oxşar maddələr aşkar olunmuşdur. İşdə olan, məhkəmə bioloji ekspertizasının 9 aprel 2023-cü il tarixli, 7/505 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş qara rəngli polietilen torbada üzərləri skoçla bağlanmış 12 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-989,8qram; 987,7 qram; 989,0 qram; 1004,3 qram; 985,6 qram; 983,9 qram; 982,2 qram; 981,7 qram; 1005,6 qram; 984,4 qram; 1110,9 qram; 1129,2 qram-ümumi çəkisi-12134,3 qram və narıncı rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 8 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 1254,3 qram; 1236,7 qram; 1084,6 qram; 1061,5ram; 1124,6 qram; 1405,5 qram; 1111,6 qram; 1098,4 qram-ümumi çəkisi -9377,2 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Təqdim olunmuş qara rəngli polietilen və narıncı rəngli sintetik torbalarda ümumi sayı 20 ədəd bağlamalarda olan marixuanaların ümumi çəkisi - 21511,5 qramdır. İşdə olan, 09 aprel 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 məxsus «REDMİ» markalı mobil telefonuna baxış keçirilərkən həmin mobil telefonun whatsaap ani mesajlaşma mobil tətbiqində «Oba» adı ilə qeyd olunmuş Rusiya Federasiyasının mobil telefon operatoruna məxsus +7900 ***-**-** nömrəsi ilə Şahid5la 08 aprel 2023-cü il tarixdə 01:47-də 17 saniyə, 22:07-də 23 saniyə, 22:12-də 34 saniyə, 09 aprel 2023-cü il tarixdə 00:07-də 41 saniyə müddətinə səsli və 09 aprel 2023-cü il tarixdə 00:14-də 2 halda 31 və 11 saniyə müddətinə video görüntülü danışıqlar olmuşdur. Bundan başqa 08 aprel 2023-cü il tarixdən saat 22:31-dən 09 aprel 2023-cü il tarixədək Şahid5la Təqsirləndirilən şəxs1 mobil telefonun whatsaap ani mesajlaşma tətbiqində aşağıdakı məzmunlu yazışmalar olmuşdur: Təqsirləndirilən şəxs1- Giririk Cəlilabada (22:31), uje (22:32), haydaa (22:34) -Şahid5: 22:36-da göndərilmiş 3 mesaj silinmişdir. Təqsirləndirilən şəxs1: Əla (22:38), Tmm (22:38) -Şahid5: İki dənə bağlamadı (22:39) -Təqsirləndirilən şəxs1: İki dənə bağlamadı, crığı zadı yoxduda yəqin (22:39) -Şahid5: Yo (22:40) -Təqsirləndirilən şəxs1: Tmm (22:40), Xəbər edəcəm (22:40) - Şahid5: 22:46-da göndərilmiş 1 mesaj silinmişdir. Təqsirləndirilən şəxs1: 30 dq (22:46) Şahid5: Ok (22:46) -Şahid5: 23:02-də göndərilmiş 1 mesaj silinmişdir. Təqsirləndirilən şəxs1: 15 dq (23:02) Təqsirləndirilən şəxs1: Mənim telefonumu niyə açmırsan? (00:09) xx.xx.2023-cü il tarixli şəxsin fotoşəkil üzrə tanınması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa “Tural” adı ilə məlum olan şəxsi tanıyaraq həmin şəxsin Şahid5 olmasını bildirmişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsin fotoşəkil üzrə tanınması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa “Tural” adı ilə məlum olan şəxsi tanıyaraq həmin şəxsin Şahid5 olmasını bildirmişdir. İşdə olan, 5 oktyabr 2023-cü il tarixli məktubla "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə 06 aprel 2023-cü il tarixdə saat 15:55-də 134 saniyə danışıq olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə 04 aprel 2023- cü il tarixdə saat 19:18-də 17 saniyə, 19:46 20 saniyə və 20:26-da 19 saniyə danışıq olmuşdur. İşdə olan, Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4062 nömrəli və xx.xx.2023 cü il tarixli, xx.xx.2023-cü il tarixli, 4303 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları aşkar olmuş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, onlar narkomaniya xəstəliyindən əzab çəkmirlər, narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsi qeyd edlən sübutalara əsasən düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə Masalldan Sumqayıta süd, qatıq, pendir aparmaq məqsədi ilə gəlmələri, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 ilə saxlanıldıqları əraziyə taksi sürücüsü kimi gətirməsi, onların aralarında narkotik vasitə ilə bağlı söhbətlərin olmaması barədə məhkəmədə verdikləri ifadələri özlərini müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirilməli və və sübut kimi qəbul edilməməlidir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusna, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələrinə əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən əməlləri törətmişlər. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələrində onları Biləsuvar rayonunda olan narkotik vasitələrin götürülməsi üçün hər birinə 500 manat məbləğində pul müqabilində getməyə razı salan şəxs kimi göstərdikləri Şahid5 adlı şəxs müdafiə tərəfinin vəsatəti əsasında çağırılaraq şahid qismində dindirilmiş, şahid ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıdığını bildirsə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasından bir gün əvvəl birlikdə çayxanada çay içdiklərini etiraf etsə də, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitə götürmələri ilə bağlı heç bir sövdələşmələrinin olmamasını, onun barəsində olan və hazirkı cinayət işindən ayrılmış Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 24.4.3-cü maddələri ilə olan cinayət təqibinə xitam verilmiş olmasını göstərmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da qeyd edilən məhkəmə iclasında hazırda şahid kimi ifadə verən Şahid5 onları narkotik vasitənin götrülməsi üçün Biləsuvar rayonuna hər birinə 500 manat pul vermək müqabilində göndərmiş Tural adlı şəxs olmadığını, bəzi hallarda isə onlara bu tapşırığı verən şəxsin Tural adlı başqa bir şəxs olmasını göstərmişlər. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-birini tamamlayan ilkin izahat və ifadələrindən, işin digər ibtidai istintaq və məhkəmə istintaqı materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları gün onları apellyasiya baxışı zamanı şahid kimi ifadə verən Şahid5 fotoşəkili digər 3 nəfər şəxsin şəkili ilə tanınmaya təqdim edilərkən onların hər biri apellyasiya baxışı zamanı ifadə verən Şahid5 şəkilini onları Biləsuvar rayonuna göndərən Tural adlı şəxsin şəkili olmasını göstərmişlər. Beləliklə Şahid5 cinayətin iştirakçısı və təşkilatçısı olduğu halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apellyasiya baxışı zaman Şahid5 ilə narkotik vasitənin daşınması barədə heç bir danışıq aparmadıqları barədə ifadə vermişlər. Apellyasiya baxışı zamanı DSX-nin Baş İstintaq və təhqiqat idarəsinə göndərilmiş sorğuya cavab olaraq məhkəməyə göndərilmiş “cinayət işinə hissəvi xitam verilməsi” haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, bu qərarla Şahid5 barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 24.4.3-cü maddələri ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilmişdir. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin istintaqın əvvəlki mərhələsində verdikləri ifadələrlə (Təqsirləndirilən şəxs2 isə həmçinin 27 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs kimi əlavə didndirilərkən verdiyi ifadəsi ilə) məhkəmədə verdikləri fərqli ifadələrinin müqayisəsi zamanı onların istintaq zamanı verdikləri ifadələrinə üstünlük verməsi düzgün olmuşdur. Məhkəmənin istintaq zamanı verilmiş ifadələr əsasında hökm çıxarması “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının tövsiyyələrinə də uyğun olmuşdur. Qeyd edilən Plenum qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələri əsasında ittiham hökmünün çıxarılması qeyd edilən Plenum qərarının tövsiyyəsinə uyğun olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələri işdə olan digər sübutlarla, o cümlədən Tural adlı şəxslə Murad arasındakı sms danışıqları, müddi sübut, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilkin izahat və ifadələrinin, Təqsirləndirilən şəxs2 27 iyul 2023-cü il tarixdə verdikləri ifadələrinin Turalla bağlı hissəsinin eyni olaraq bir birini tamamlaması ilə, hal şahidlərinin ifadələri ilə, şəxsin fotoşəkil üzrə tanınması barədə 09 aprel 2023-cü il tarixli protokollarla tamamlandığından və onlara uyğun gəldiyindən məhkəmənin onların istintaqın ilkin mərhələsində verdikləri ifadələrinə üstünlük verməsi düzgün olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirliliyi sübuta yetirilmiş, məhkəmə düzgün olaraq onları satış məqsədi ilə küllü miqdarda narkotik vasitələri əldə etməkdə təqsirli bilmişdir. Qeyd edilən halı da nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Belə ki, müdafiəçilər apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrə istinad etməklə onlara bəraət verilməsini xahiş edirlər. Lakin artıq qeyd edildiyi kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı əməli törətmələrinin təfsilatı barədə verdikləri etirafedici ifadələri işdə olan bütün digər sübutlarla üst-üstə düşür və təstiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, DSX-nin İstintaq və Təhqiqat idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Cəfər Zülfüqarovun Şahid5 barəsində “cinayət işinə hissəvi xitam verilməsi” haqqında 23 oktyabr 2024-cü il tarixli qərarı da bu vəziyyəti dəyişmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi istintaq tərəfindən əldə edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətmiş olmaları barədə düzgün qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilmiş cəza da işin hallarına, onların şəxsiyyətinə, əməlin ictimai təhlükəliliyinə, xarakterinə, narkotik vasitənin növünə və miqdarına uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 vəkili Müdafiəçi3 apellyasiya şikayətlərində göstərilənlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan hökmün dəyişdirilməsinə, yaxud ləğvinə əsas vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxslərin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçilərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 1(099)-210/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 1(099)-210/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-781/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-781/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver