Məhkəmə qərarları › İş №1(106)-79/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-79/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-79/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 Üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Füzuli Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(064)-54/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(064)-54/2022 nömrəli hökmü (hakim: Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi) ilə, xx xxxxxxxx 1994-cü il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə İmişli rayonu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ərazi gözətçisi işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla hazırda Füzuli rayonu, Qayıdış-9 qəsəbəsi, 8 nömrəli evdə məskunlaşıb yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək barədə vəzifələrin qoyulması, cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılması haqqında yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək məhkum olunmuşdur. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Beyləqan rayonu, Allahyarlı kəndi sakini X1 əmlakını qanunsuz və əvəzsiz olaraq tamah məqsədi ilə gizli talamaqla ələ keçirmək üçün Xocavənd rayonu, 500 Ailəlik qəsəbə, 208 nömrəli evdə məskunlaşıb yaşayan yeznəsi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 05 iyun 2022-ci il tarixdə, gecə saat 00:20 radələrində Füzuli rayonu, 9-cu Qayıdış qəsəbəsi ərazisində yerləşən X2 məxsus fermaya cinayətdən xəbərsiz olan, taksi fəaliyyəti ilə məşğul olan Füzuli rayonu, Mahmudlu-2 kənd sakini X3 etibarnamə əsasında idarə etdiyi “Vaz-2103” markalı ** BC *** dövlət nömrə nişanlı avtomaşınla gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən rolların bölgüsü üzrə birgə icraçı qismində hərəkət edərək özü saxlanc yeri hesab olunan qoyunların saxlandığı ağulun qapısının qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 isə saxlanc yeri hesab olunan qoyunların saxlandığı ağulun qapısından qanunsuz olaraq içəri daxil olaraq 3 illik, diri çəkisi təxminən 50 kiloqram, hər biri 275 manat dəyərində 4 (dörd) baş ana qoyunu tutub ona vermiş, o, həmin qoyunların ayaqlarını iplə bağlayıb avtomobilin yük yerinə qoymaqla Təqsirləndirilən şəxs1lə birlikdə həmin xırda buynuzlu heyvanları apararaq qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla gizli talayaraq oğurlayıb zərərçəkmiş şəxs X2 cəmi 1.100 manat məbləğində maddi ziyan vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Füzuli Rayon Məhkəməsinin 1(064)54/2022 saylı, 21 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək barəsində Azərbaycan Respublikası CM-in müvafiq maddələrini tətbiq etməklə daha az müddətə, üç ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının və ya cərimə cəzasının tətbiq edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hal-hazırda mühafizəçi kimi işləyir, ailənin yeganə qazanc gətirən şəxsidir. Azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi onun faktiki olaraq işdən çıxmasına səbəb olacaqdır. Bu da onun və ailəsinin maddi və sosial vəziyyətini həddindən artıq ağırlaşdıracaqdır. Hesab edir ki, birinci instansiyası məhkəməsi onun barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham hökmü çıxararkən ədalətsiz qərar qəbul etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 üzrə idarənin prokuroru Dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəmə baxışında məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etmiş və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının üç ay həddinə qədər endirilməsi və ya barəsində cərimə cəzasının təyin edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyasında məhkəmə baxışında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edib ona yüngül cəza verilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərini rəhbər tutarq hesab edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı, məhkum olunmuş şəxs və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 1(064)-54/2022 №-li, 21 noyabr 2022ci il tarixli dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs X1 ifadəsi, şahidlər X6, X7, X4 ifadələri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5978 №-li ekspert rəyi, habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 elan ittiham üzrə cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 21 noyabr 2022-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Füzuli Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs2 ittiham oldunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif etmişdir. Həmçinin, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58, 59 və 61-ci maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkün saymış və bununla da məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin aşağı endirilməsi və ya maddənin sanksiyasında nəzərədə tutulan digər yüngül cəza ilə əvəz edilməsi, məhkum olunduğu maddəyə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Azərbaycan Respublikası CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs2 cəzа təyini məsələsinin həlli zаmаnı sonuncunun törətdiyi cinаyətin хаrаktеrini və ictimаi təhlükəlilik dərəcəsini, şəхsiyyəti, cəzаnı yüngülləşdirən hаllаrı kifаyət qədər nəzərə аlmaqla əsаslı оlаrаq onun cəmiyyətdən tam təcrid olunmadan, nəzarət altında islah olunmasını mümükün saymış və azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzаnın ümumi məqsədinə хidmət edən qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 1(064)-54/2022 №-li, 21 noyabr 2022-ci il tarixli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar