Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-791/2022 07.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), X8 və X9 ibarət tərkibdə, Zeynalov Faiq Şəkixan oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının X11 prokuroru X12, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(041)-73/2022 nömrəli hökmündən dövlət ittihamçısı X10 tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxsin müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(041)-73/2022 nömrəli hökmü (sədrlik edən hakim X3) ilə, xx xxxxxx 1984-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəza çəkməsinin başlanğıcının həbsə alındığı gündən yəni 15 mart 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılamsı və onun Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməsi haqqında yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Kürdəmir Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmünə və 10 avqust 2022-ci il tarixli (hökmdəki yanlışlığın aradan qaldırılması barədə) qərarına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunan narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil edilmiş, külli miqdarda ümumi təmiz çəkisi - 2,99 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi - 5,214 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr siyahısı”na daxil olan 01 ədəd 0,40 qram çəkidə metadon həbini əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın qabaq sağ kiçik cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 0,515 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 03:30 radələrində onun razılıq ərizəsi əsasında yaşadığı evə keçirilən baxış zamanı, evin qonaq otağında mətbəxt stolunun altından, 01 ədəd siqaret qutusunun içərisindən 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 2,848 qram, - 2,366 qram, ümumi çəkisi - 5,214 qram olan kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin, 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 2,475 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd 0,040 qram metadon həbi aşkar edilərək götürülmüşdür. APELYASİYA PROTESTİ VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı X10 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Kürdəmir rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü dəyişdirilib, şəxsin təqsirləndirildiyi maddənin yuxarı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o, cümlədən cəzanı ve yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CPM-in) 353.3.3-cü maddəsinə əsasən məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar hökmdə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayet qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41 ci maddələrinin həyata keçirilməsinin sözsüz temin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tatbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs çəkisi 5,214 qram psixotrop maddə olan metamfetamin və çəkisi 2,99 qram narkotik vasitə olan heroin əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında" xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Onun külli miqdarı 2 qramdan başlanır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında" xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Onun külli miqdarı 2 qramdan başlanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində və yaşadığı evdə saxladığı narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 20 dəfə, psixotrop maddə olan metamfetaminin miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 35 dəfə çoxdur. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs əldə edərək üzərində və yaşadığı evdə saxladığı narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 20 dəfə, psixotrop maddə olan metamfetaminin miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 35 dəfə çox olmasını nəzərə almadan CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etmişdir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunan normaların tələblərini nəzərə almadan, işin konkret hallarına əsaslanmadan təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi X4 apellyasiya şikayəti verərək, Kürdəmir rayon Məhkəməsinin 1(041) 73/2022 saylı, 09 avqust 2022-ci il tarixli hökmünü dəyişdirilib, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın daha yüngül cəza ilə yəni azadlığın məhdudlaşdırılması ilə əvəz edilməsi haqqında yekun məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində üç azyaşlı uşağı vardır. Ona təyin edilmiş cəzanın ağırlığı ailə üzvlərinin də həyat şəraitinə mənfi təsir göstərir. Təqsirləndirilən şəxsin həyat yoldaşı X5 onkoloji xəstədi, azyaşlı qızı Zəhra Məmmədova isə skolioz İ dərəcəli (Lipmann-Cobb görə) xəstəlikdən əziyyət çəkir. Birinci instansiya məhkəməsi qeyd olunan hallara formal yanaşaraq Təqsirləndirilən şəxs 01 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza verməklə Azərbaycan Respublikası CM-in 41-ci maddəsində göstərilmiş məqsədlərə nail olması qənaətinə gəlmişdir. Halbuki, hazırki iş üzrə təyin edilmiş cəza nə sosial ədalətin bərpası, nə də məhkumun islah edilməsi üçün heç də tesirli vasitə hesab edilə bilməz. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi himayəsində üç azyaşlı uşağın olmasını, ilk dəfə cinayət törətməsini, cinayət əməlini etiraf etməsini və səmimi peşman olmasını nəzərə almış, həmin halları açmadan ötəri olaraq vurğulamışdır. Lakin birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halların məcmusuna, təyin edilmiş cəzanın Təqsirləndirilən şəxs və onun ailəsinin gələcək həyatına, psixoloji durumuna vura biləcək mənfi təsirlərini nəzərə almamışdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndine göre CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Sözügedən qərarın 8-ci bəndinə görə cinayətin ictimai təhlükəlilik derecesini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsində isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti,o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsii nəzərə alınır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən nədənsə cəzanın aşağı həddində yəni azdlıqdan məhrumetmə deyil, həmin cəzaya alternativ cəza kimi azadlığın məhdudlaşdırılmasını tətbiq etməməklə cinayət qanunun başlıca prinsiplərindən olan ədalət və humanizm prinsiplərini kobud surətdə pozmuşdur. Hesab edir ki, yuxarıda qeyd etdiyi yüngülləşdirici halların məcmusu Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərkən və təyin edilmiş cəzanı çəkərkən, həmin cəzanı şərti olaraq tətbiq etməklə islah olunmasını, eləcə də Azərbaycan Respublikası CM-in 41-ci maddəsində göstərilmiş, cəzanın digər məqsədlərinə nail olunmasını mümkün edir. Azərbaycan Respublikası CPM-in 381.1, 383.1 və 383.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi tərəfindən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X13 apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış etmiş, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə etiaz edərək onun dəlillərinin əsassız olduğunu qeyd etmiş, Kürdəmir rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü dəyişdirilib, şəxsin təqsirləndirildiyi maddənin yuxarı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X4 apellyasiya protestinə etiraz edərək, apellyasiya protestinin təmin olunmamasını, verilmiş apellyasiya şikayətinin isə təmin olunaraq, məhkum edilmiş şəxsə daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək, apellyasiya protestinin təmin olunmamasını, apellyasiya şikayətinin təmin olunaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ptotesti və apellyasiya şikayətinin həmçinin ittiham və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya ptotesti və apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı və müdafiə tərəfinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunanlara görə aepllyasiya şikayəti təmin olunmamalı, apellyasiya protesti isə qismən təmin olunaraq, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-73/2022 saylı, 09 avqust 2022-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər X15 və X6 ifadələri və məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/319 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/320 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/326 nömrəli rəyi, məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 770 saylı rəyi, habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 09 avqust 2022-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Kürdəmir Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham oldunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları təsdiq edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi və əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərində yalnız Kürdəmir Rayon Məhkəməsinin 1(041)-73/2022 saylı, 09 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi müəyyən olunarkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 8.1 və 41.2-ci maddələrinin tələblərinin nəzərə alınmadığı, həmçinin məhkum edilmiş şəxsə cəza tətbiq edilərkən onun cəzasını yünügülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterinin düzgün qiymətləndirilməməsi məsələsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasına dair nəticəyə gələrkən hər hansı bir qanun pozuntusuna yol verməmiş, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya protestinin dəlillərini müzakirə edib, həmin dəlilləri Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş cəzanın müddətinə münasibətdə əsaslı sayır. Belə ki, işin hallarından görünür ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş 2,99 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi - 5,214 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin külli miqdarda və 01 ədəd 0,40 qram çəkidə metadon həbi də daxil olmaqla müxtəlif çeşidlərdə olması onun əməlinin ictimai təhlükəliliyini artıran hallardır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CMin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Azərbaycan Respublikası CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, işin faktiki hallarını, təyin ediləcək cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azdığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini və ya təyin edilmiş cəzanın müddətinin aşağı endirilməsini, məhkum olunduğu maddəyə Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, apellyasiya protesti isə qismən təmin olunaraq Kürdəmir Rayon Məhkəməsinin 1(041)-73/2022 saylı, 09 avqust 2022-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlqdan məhrum etmə cəzası təyin edilməli, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.4, 399.1.5, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəməkollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxsin müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı X10 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 1(041)-73/2022 saylı, 09 avqust 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il azadlqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona 1 (bir) il 6 (altı) ay müddətə azadlqdan məhrum etmə cəzası təyin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 1(041)-73/2022 saylı, 09 avqust 2022-ci il tarixli hökmü apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-791/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-791/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver