Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-8/2025 15.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, bəraət almış şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə. 31 avqust 1955-ci ildə Salyan rayonunun, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Astara Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 1(018)-5/2023 saylı hökmündən (hakim:X3) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə verilmiş ittihama görə, Təqsirləndirilən şəxs Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, ünvan 3 ünvanda yaşayan fərdi sahibkar Şahid4 (VÖEN:**********) eyniləşdirilmə nömrəsindən istifadə edib, sonuncunun maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini faktiki olaraq öz üzərinə götürmüş, həmin şəxsin adından sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi özü məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 95, 96, 153-cü maddələrinin tələblərini pozaraq, fiziki şəxsin qeydiyyatda olduğu vergi orqanına onun adından təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, xeyli miqdar təşkil edən 229907,96 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs, fərdi sahibkar Şahid4 eyniləşdirmə nömrəsindən istifadə edib, onun sahibkarlıq fəaliyyətinə faktiki olaraq rəhbərliyi həyata keçirərək, sonuncunun adından İran İslam Respublikası, X10, Almaniya, Bolqarıstan və Polşa respublikalarından Azərbaycan Respublikası ərazisinə müxtəlif çeşidli ərzaq və qeyri-ərzaq məhsullarını idxal edib, sataraq, həmin əməliyyatların həyata keçirilməsi nəticəsində 2016-cı il üzrə gəliri 865482,71 manat, xərci 641486,22 manat, əldə etdiyi xalis gəliri 223996,49 manat və ödəməli gəlir vergisi 44799,30 manat olduğu halda, həmin il üzrə fərdi sahibkarın adından vergi orqanına təqdim etdiyi gəlir vergisinin bəyannaməsində gəliri 659270,18 manat, xərci 656015,18 manat, əldə etdiyi xalis gəliri 3255,0 manat və ödəməli olduğu gəlir vergisini 651,0 manat bəyan edib, ödəməklə 44148,30 manat; 2017-ci il üzrə gəliri 1780737,0 manat, xərci 1387714,71 manat, əldə etdiyi xalis gəliri 393022,29 manat və ödəməli gəlir vergisi 78604,46 manat olduğu halda, həmin il üzrə fərdi sahibkarın adından vergi orqanına təqdim etdiyi gəlir vergisinin bəyannaməsində gəliri 1395915,62 manat, xərci 1391770,64 manat, əldə etdiyi xalis gəliri 4144,98 manat və ödəməli olduğu gəlir vergisini 829,0 manat bəyan edib, ödəməklə 77775,46 manat; 2016-cı ilin may ayı üzrə 1860,98 manat, iyun ayı üzrə 1991,85 manat, iyul ayı üzrə 1512,92 manat, avqust ayı üzrə 3526,49 manat, sentyabr ayı üzrə 9553,0 manat, oktyabr ayı üzrə 13540,32 manat, noyabr ayı üzrə 4401,94 manat, dekabr ayı üzrə ƏDVni 730,74 manat; 2017-ci ilin yanvar ayı üzrə 1518,49 manat, fevral ayı üzrə 4924,41 manat, mart ayı üzrə 6447,29 manat, aprel ayı üzrə 2034,55 manat, may ayı üzrə 14259,80 manat, iyun ayı üzrə 11189,76 manat, iyul ayı üzrə 6909,98 manat, avqust ayı üzrə 3380,62 manat, sentyabr ayı üzrə 4021,02 manat, oktyabr ayı üzrə 11382,55 manat, noyabr ayı üzrə 1549,41 manat, dekabr ayı üzrə ƏDV-ni 1649,99 manat; 2018-ci ilin aprel ayı üzrə ƏDV-ni 1593,89 manat; 2018-ci ilin 1-ci rübü üzrə ödənilən icarə haqqını 30,0 manat və ödəməli olduğu ödəmə mənbəyindən tutulan vergini 4,20 manat bəyan etməli olduğu halda, bəyan etməyib, 4,20 manat az olmaqla, ümumilikdə 229907,96 manat məbləğində vergiləri dövlət büdcəsinə ödənməkdən yayındırdığı müəyyən edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs, ümumilikdə külli miqdar təşkil edən 229907,96 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Astara Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 1(018)-5/2023 saylı hökmü ilə Cinayət Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilmişdir. İİ.APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protesti: Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verərkən öz qərarını onunla əsaslandırmışdır ki, işin ibtidai istintaqı zamanı Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar Şahid4 (VÖEN:**********) eyniləşdirilmə nömrəsindən istifadə edib fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Təqsirləndirilən şəxs 01 yanvar 2016cı il tarixdən 31 aprel 2018-ci il tarixə kimi olan dövr ərzində xeyli miqdar təşkil edən 229.907.96 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına dair mötəbər sübut əldə edilmədən, heç bir qanuni əsas olmadan, ehtimallara əsaslanan ittiham verilmişdir. Cinayət işi materiallarından görünür ki, məhkəmənin gəldiyi yekun nəticə işin obyektiv hallarını əks etdirməmiş və yalnız təqsirləndirilən şəxsin ifadələri, eləcə də, işin məhkəmə istintaqı zamanı toplanmış və işin obyektiv halları ilə təsdiq olunmayan dəlillərə əsaslanmışdır. məhkəmə Təqsirləndirilən şəxs istər məhkəmə baxışındakı, istərsə də ibtidai istinaqda verdiyi ifadəsini cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədilə uydurulmuş ifadə kimi əsassız və qanunsuz olmaqla, eləcə də işin obyektiv halları və cinayət işinin materiallar ilə təsdiq olunmadığı üçün sübut kimi qəbul etməyərək rədd etməli olduğu halda, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə barəsində bəraət hökmü çıxarmışdır. Bəraət almış Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, oğlu Şahid4 adına ********** nömrəli VÖEN onun göstərişi ilə açılıb və verilmiş etibarnamə əsasında fəaliyyəti yalnız özü həyata keçirib, ölkə ərazisinə İran İslam Respublikasından müxtəlif mallar, əsasən də tikinti materialları idxal edərək, həmin malları nağd şəkildə nəzarət kassa aparatına mədaxil edərək satmışdır. Bundan başqa, o, Almaniya, Polşa və Bolqarıstandan işlənmiş təkərlər idxal etmiş, həmin mal satanları tanışları vasitəsilə müəyyən etmiş, əsasən Bakı və Astara şəhərlərində yerləşən gömrük idarələrində rəsmiləşdirmə aparmış, idxal etdiyi malları gömrük orqanlarında rəsmiləşdirildikdən sonra, alıcıları gömrük postunda tapıb, az miqdarda ticarət əlavəsi tətbiq edərək satmış və yoxlama ilə tətbiq edilmiş ticarət əlavəsinə əsasən hesablanmış ümumilikdə 229907,96 manat vergilərlə razı deyildir. Şahid4 bununla bağlı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 iyun 2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olunmaqla qalan hissədə ləğv edilməsi” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-2/2022 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 iyun 2019-cu il tarixli, **********185380 nömrəli qərarı ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyasıvə 40 manat maliyyə sanksiyası hissəsi istisna olunmaqla qalan hissədə ləğv edilmişdir. Həmin inzibati iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərindən məlum olur ki, onun əməllərində 01 yanvar 2016-cı il tarixdə 31 aprel 2018-ci il tarixə kimi olan dövr ərzində xeyli miqdarda vergidən yayınma halları baş verməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfındən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-2/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə 03 aprel 2023-cii il tarixli, 2-1(106)- 78/2023 nömrəli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(106)-78/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizalarının 13 iyul 2023-cü il tarixli 9/2482- 9/2572 nömrəli rəyindən də məlum olur ki, onun əməllərində 01 yanvar 2016-cı il tarixdən 31 aprel 2018-ci il tarixə kimi olan dövr ərzində xeyli miqdarda vergidən yayınma halları baş verməmişdir. Heç bir cinayət əməli törətməmişdir, özünü təqsirli bilmir, ona görə də barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində nəyə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü öz adına VÖEN açdırmadığını, hansı əsasa görə ölkəyə idxal etdiyi mal- materialların satıldığı aylar üzrə qiymətləri Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” xx.xx.1998-ci il tarixli 510-İQ saylı qanununa uyğun müəyyən etməməsini izah edə bilməmişdir. Bundan əlavə, hakim məhkəmə iclasında əlavə şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 şöbəsinin eksperti Şahid3 ifadəsində Astara Rayon Məhkəməsinin 1(018)-05/2023 nömrəli cinayət işi üzrə təyin edilmiş kompleks, təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının, təkrar məhkəmə-əmtəəştinaslıq ekspertizasının keçirilməsində iştirakı zamanı fiziki şəxs X17 tərəfindən xx.xx.2016-xx.xx.2018-ci illərdə idxal edilən mallarin həmin illər üzrə satış qiymətlərini müxtəlif mənbələrdən alınan məlumatlar, o, cümlədən bazarlarda aparılan şifahi monitoriqlər əsasında müəyyən etməsi, qiymətləri müəyyən etdiyi konkret mənbəni göstərə bilməyəcəyinə dair hissəsinə də hüquqi qiymət verməmişdir. Məhkəmə hökmündə şahid qismində dindirilən ekspert Şahid1 Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bu cinayət işi üzrə 22 may 2020-ci il tarixli, 29622 saylı ekspert rəyi ilə Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11-lqtisadi Məhkəməsinin 2-1(086)- 2002/2019 sayli is üzrə 21 iyul 2020-ci il tarixli, 23699 sayli, 2-1-(120)-41/2020 saylı iş üzrə, 23 fevral 2021-ci il tarixli, 9/33 saylı məhkəmə-mühasibatliq ekspertizasının və 2-1(120)- 22/2021 saylı iş üzrə, 13 dekabr 2021-ci il tarixli, 9/4582 saytı təkrar, məhkəmə-mühasibatlıq ekspertizası rəyləri arasında fərqliliyin səbəbi kimi “ekspert qarşısında qoyulan suallar olması” ilə bağlı heç bir məntiqi və qanuni əsası olmayan ifadəsinə də həmçinin müvafiq hüquqi qiymət verilməmişdir. Şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 şöbəsində aparıcı ekspert vəzifəsində işləyən Şahid2 Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin həmin cinayət işi üzrə özünün tərtib edib Təqsirləndirilən şəxs külli miqdar təşkil edən 229907,96 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığını təsdiq etdiyi 22 may 2019-cu il tarixli 29622 saylı ekspert rəyi ilə Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11-lqtisadi Məhkəməsinin 2-1 (086)-2002/2019 sayli is üzrə, 21 iyul 2020-ci il tarixli, 23699 sayli, 2-1 (120)-41/2020 saylı iş üzrə, 23 fevral 2019-cu il tarixli, 9/33 saylı məhkəmə-mühasibatliq ekspertizasının və 2-1(120)-22/2021 saylı iş üzrə 13 dekabr 2021-ci il tarixli, 9/4582 saytı təkrar, məhkəmə-mühasibatlıq ekspertizası rəyləri, eləcə də fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən cəmi 3716,97 manat məbləğində mənfəət vergisinin (2016-cı il üzrə 2905,79 manat, 2017-ci il üzrə 811,18 manat), 39,63 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı göstərilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, kompleks, təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyul 2023-cü il tarixli. 9/2484-9/2572 nömrəli rəylər arasındakı fərqliliyin səbəbi kimi "ekspert qarşısında qoyulan suallar olması” haqda göstərdiklərinə qiymət verilməmişdir. Həmçinin onun bir-birini təkzib edən hər iki ekspertiza rəyinin tərtibi və təsdiqində iştirak etməklə ekspert Şahid2 bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-in 297.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib- edilməməsi məsələsinə də qiymət verilməmişdir. Məhkəmə hökmündə cinayət işinin ibtidai istintaqında şahid qismində dindirilmiş Şahid5 məhkəmə baxışında elan edilməklə araşdırılan ifadəsinə istinad edilməsi ilə kifayətlənilmiş, lakin həmin ifadədə “yoxlanılan dövrdə fiziki şəxs Şahid4 idxal etdiyi malların faktiki bazar qiymətinin müəyyənləşdirilməsi sualı üzrə aparılmış qiymətləndirmə işinin Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” xx.xx.1998-ci il tarixli, 510-İQ saylı Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinə və peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq aparılması” ilə bağlı göstərilənlərin üstündən sükutla keçirilmiş, həmin xıisusatlara da hər hansı qiymət verilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutların qiymətləndirilməsinə birtərəfli yanaşmış, ittihamı təsdiq edən sübutları və işin obyektiv hallarını nəzərə almamış, Təqsirləndirilən şəxs bəraət verərkən yalnız onun özünümüdafiə məqsədi ilə məhkəmədə verdiyi ifadəsi və həmin ifadədə göstərilənləri "təsdiq edən dəlillərə əsaslanmış, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin təqsirini sübut edən çoxsaylı ifadələri, ekspertiza rəylərini və digər sübutların heç birini faktiki olaraq nəzərə almamışdır. Məhkəmə isə Təqsirləndirilən şəxs ifşa edən, yuxarıda sadalanan hallara qiymət verməmiş, işdə olan sübutlara obyektiv qiymət verməmiş, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar, onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri və bunun əsasları hökmdə öz əksini tapmamış, nəticədə CPM-in 353.2-ci maddəsinin də tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən Astara Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli bəraət hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib barəsində yeni ittiham hökmü çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti: Belə ki, mülki iddianın əsaslılığı və qanuniliyi ilə bağlı vergi borcunun hesablanma əsasları ilə əlaqədar qeyd edirik ki, ləğv edilmiş 6 saylı Ərazi Vergilər İdarəsinin (halhazırda 6 saylı Ərazi Vergilər Baş İdarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********154003 nömrəli Qərarına əsasən fərdi sahibkar Şahid4 sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 22 iyun 2018-ci il tarixdə başlanmış və 23 aprel 2019-cu il tarixdə başa çatdırılaraq, nəticəsi 26 aprel 2019-cu il tarixli **********172791 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi idxal edilmiş malların satışını təsdiq edən sənədləri yoxlamaya təqdim edə bilmədiyindən idxal edilmiş malların satışı üzrə gəlirini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 44-cü maddəsinin tələblərinə uyğun olaraq (ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir) Şahid4 idxal etdiyi malların real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertin dəvət edilməsi haqqında xx.xx.2018-ci il tarixli **********165009 nömrəli qərar əsasında ekspert dəvət edilmiş, fərdi sahibkardan götürülmüş beynəlxalq qaimələr ekspertə təqdim edilmişdir. Ekspert tərəfindən xx.xx.2019-cu il tarixli **********428200 nömrəli məktubla rəy təqdim edildikdən sonra ekspert rəyindən istifadə edilməklə hesablamalar aparılmış və yoxlama başa çatdırılmışdır. Belə ki, fərdi sahibkar tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi üzrə hesabatların düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Vergi ödəyicisi tərəfindən verilmiş izahatda, idxal olunmuş malların idxal edildiyi ayda satıldığı, idxal edilmiş kartofun üzərinə 4% və digər malların üzərinə 1.4-2 % ticarət əlavəsi gələrək satıldığı qeyd edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim etdilmiş əlavə dəyər vergisi hesabatları üzrə dövriyyəsi cəmi 2.395.943,79 manat olmuşdur. Aşağıda adları qeyd olunan malların satış dəyəri ekspertin verdiyi satış qiymətindən 30 faizdən aşağı olduğu üçün ekspertin verdiyi qiymət tətbiq edilməklə hesablama aparılmışdır. Yoxlama ilə aylar üzrə dövriyyə, ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən malların satış qiyməti 30%-dən artıq fərqlənən qiymətə görə ekspertin qiymətləndirməsi, 30 %-dən artıq fərqlənməyən qiymətlər isə vergi ödəyicisinin təqdim etdiyi qiymətlə götürülərək, cəmi dövriyyəsi 2.995.832,85 manat olmuşdur. Aparılmış yoxlama ilə 2016-ci il üzrə ƏDV-nin 37.118,24 manat azaldılması; 2017-ci il üzrə ƏDV-nin 69.267,87 manat azaldılması; 2018-ci il üzrə ƏDV-nin 1.593,89 manat azaldılması, ümumilikdə əlavə dəyər vergisinin 107.980 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il üçün gəlir vergisi bəyannaməsində ümumi gəliri 659.270,18 manat, ümumi gəlirdən çıxılan xərclər 656.015,18 manat (Xərclərin tərkibində 1.050,0 manat əmək haqqı, 231,0 manat DSMF xərci, 640.925,25 manat malın dəyəri, 13.808,93 manat biləvasitə malların təqdim ilə bağlı sair xərclər) gəlir vergisi 651,0 manat olmuşdur. Yoxlama ilə vergi ödəyicisinin 2016-cı il üzrə ümumi gəliri 865.482,71 manat, ümumi gəlirdən çıxılan xərclər 641.486.22 manat (xərclərin tərkibində 1.050 manat əmək haqqı, 231 manat DSMF xərci, 640.205.22 manat malın dəyəri) gəlir vergisi 44.799,30 manat müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il üçün gəlir vergisi bəyannaməsində ümumi gəlir 1.395.915,62 manat, ümumi gəlirdən çıxılan xərclər 1.391.770,64 manat (Xərclərin tərkibində 1.800 manat əmək haqqı, 396 manat DSMF xərci, 1 380 814.98 manat malın dəyəri, 120,0 manat icarə haqqı xərci, 4.583,66 manat bank xidməti üzrə xərclər, 4.056 manat biləvasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər) gəlir vergisi 829,0 manat olmuşdur. Yoxlama ilə vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəliri 1.780.737,0 manat, ümumi gəlirdən çıxılan xərclər 1.387.714,71 manat (xərclərin tərkibində 1.800,0 manat əmək haqqı, 396,0 manat DSMF xərci, 1.380.815,05 manat malın dəyəri, 120,0 manat icarə haqqı xərcləri, 4.583,66 manat bank xidmətləri üzrə xərclər) olduğu müəyyən edilərək gəlir vergisi 78.604,46 manat müəyyən olunmuşdur. Yoxlama ilə ümumilikdə gəlir vergisinin 2016-cı il üzrə (44.799,30 - 651,0 ) 44.148,30 manat, 2017-ci il üzrə 77.775,46 manat (78.604,46 - 829,0), cəmi 121.923,76 (44.148,30+77.775,46) manat azaldılması müəyyən edilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 229.907,96 manat (121.923,76 manat gəlir vergisi, 107.980,0 manat ƏDV, 4,20 manat ÖMV) azaldıldığı müəyyən olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı təsdiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fərdi sahibkar Şahid4 eyniləşdirmə nömrəsindən istifadə edərək, onun sahibkarlıq fəaliyyətinə faktiki olaraq rəhbərliyi həyata keçirərək 6 saylı Ərazi Vergilər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxs Şahid4 tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilməklə, 2016- 2017-ci illər üzrə 121.923,76 manat gəlir vergisi, 2018-ci ilin 1-ci rübü üzrə 4,20 manat ödəmə mənbəyində tutulan vergi və 2016-cı ilin may - 2017-ci ilin dekabr, 2018-ci ilin aprel ayları üzrə 107.980,0 manat əlavə dəyər vergisi az olmaqla, ümumilikdə külli miqdar təşkil edən 229.907,96 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Ekspertin ƏDV üzrə gəldiyi nəticənin əsaslandırmasını rəyində əks etdirməməsi, qeyd olunan rəqəmlərin yaranma mənbəyi və faktiki əsasları barədə məlumat verməməsi iş üzrə heç bir tədqiqatın aparılmamasına dəlalət edir. Heç bir əsaslandırma aparmadan birbaşa nəticənin elanı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa ziddir və mötəbər sayıla bilməz. Məhkəmə aktı ekspert rəyinin əsas etibarı ilə köçürülməsindən ibarət olmuşdur ki, bu da bundan başqa, məhkəmə Şahid4 barəsində keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələri üzrə 6 saylı Əazi vergilər Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarının ləğv edilməsi barədə Ali Məhkəmənin İnzibati Kollegiyası 02 avqust 2023-cü il tarixli qərarına istinad etmiş, həmin qərarın preyudisial əhəmiyyətini vurğulamışdır. Qeyd olunanlara əsasən Astara Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli,1(018)-5/2023 nömrəli hökmünü ləğv edərək 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 229.907,96 manat məbləğdə mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ.PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya protestinin dəlillərini müdafiə edib, Astara Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli bəraət hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib barəsində yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya protestinin dəlillərini və apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, bəarət hökmündə göstərilmiş ifadəyə uyğun apellyasiya protestinə və apellyasiya şikayətinə etirazını bildirmiş, o və müdafiəçisi Astara Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 1(018)-5/2023 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya protestində və apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən hökmün ləğv olunması qeyd olunmuşdur. Apellyasiya protestinin və apellyasiya şikayətinin ümumi dəyərləndirilməsinə görə, cinayət işində olan sübutların tam və hərtərəfli araşdırılmaması, onların düzgün qiymətləndirilməməsi, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, Təqsirləndirilən şəxs təqsirinin olması kimi məsələlər mübahisələndirildiyi üçün, məhkəmə kollegiyası hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparmağı zəruri hesab edir. Bununla əlaqədar olaraq əvvəlcə birinci instansiya məhkəməsinin əsaslandığı ibtidai araşdırma orqanın topladığı sübutlar, sonra müdafiə tərəfinin sübutları yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə uyğun hüquqi qiymət verilməlidir. İttiham tərəfinin sübutları: -Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs alınmış ifadələrdən görünür ki, o, ibtidai istintaq tərəfindən verilmiş ittihamın mahiyyətinə uyğun ifadələr verməklə özünü CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilməmişdir. Cinayət işinin ibtidai istintaqı müddətində təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 25 may 2020-ci il tarixli, 29622 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, qərarın təsviri hissəsində göstərilən hallar və səyyar vergi yoxlaması aktında göstərilənlər nəzərə alındıqda iş materiallarında olan sənədlərə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində Şahid4 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 107980,0 manat məbləğində ƏDV-nin, 121923,76 manat məbləğində gəlir vergisinin və 4,20 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur. -Şahid qismində dindirilmiş X8 məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, o, “Azərterminalkompleks” X14 və Texniki xidmətin göstərilməsi üzrə Astara şöbəsinin operatoru vəzifəsində işləyir, əməkdaşı olduğu qurumun fəaliyyət istiqamətindən biri də ölkə ərazisinə mal idxal edən şəxslərin yük gömrük bəyannamələrinin tərtibatı olduğundan, Təqsirləndirilən şəxs etibarnamə ilə onlara müraciət edərək, oğlu Şahid4 adına ölkə ərazisinə idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin aparılmasını xahiş etmişdir. Bu səbəbdən, Arif Şərbərov tərəfindən Şahid4 adına ölkə ərazisinə idxal edilmiş malların yük gömrük bəyannamələrin birlik tərəfindən tərtib edilmişdir. Həmin rəsmiləşdirmədə etibarnamə əsasında yalnız Təqsirləndirilən şəxs iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, 2010cu il tarixdən "xxxx" ASC-nin Problemli Kreditlər Departametinin Yığım şöbəsinin eksperti vəzifəsini tutaraq, ştat bölgüsü üzrə bankın Lənkəran filialında işləyir. Fiziki şəxs Şahid4 bankda olan hesablaşma-hesabına 2016-2018-ci illər ərzində pul vəsaitləri həqiqətən onun tərəfindən hesaba mədaxil edilmişdir. Mədaxil qəbzlərindəki imzalar ona məxsusdur, lakin Şahid4 şəxsən tanımır. Belə ki, Şahid4 "xxxx" ASC-nin “Bakı” filialından kredit götürmüş, krediti ödəmədiyindən borc tələbi ilə məhkəməyə müraciət olunmuş, həmin şəxsin qeydiyyat ünvanı ünvan 4ası işlərinin ərazi üzrə ona həvalə edilmişdir və məhkəmə mübahisəsi zamanı yalnız Şahid4 etibarnamə əsasında nümayəndəsi olan atası Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin kredit üzrə ödənişi Şahid4 adından yalnız Təqsirləndirilən şəxs həyata keçirtmiş, Təqsirləndirilən şəxs Astara rayonunda yaşadığından və orada kredit ödənişi üçün filial və ya terminal olmadığından, çox hallarda pulu ona taksi vasitəsilə göndərmiş, o, isə onun əvəzindən borcu ödəyib qəbzi ona təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşıdır, fiziki şəxs X1 faəliyyəti üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması onun tərəfindən həyata keçirilmiş və xx.xx.2019-cu il tarixli **********172791 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Fərdi sahibkar tərəfindən ölkə ərazisinə idxal edilmiş malların real bazar qiymətinin müəyyən edilməsi üçün müvafiq qərarla "xxxx" MMC-nin nümayəndəsi Şahid5 ekspert qismində dəvət edilmiş, ekspertin təqdim etdiyi rəyə əsasən üzləşmə aparılmış, satış qiyməti 30%-dən artıq fərqlənən malların qiyməti ekspertin qiymətləndirməsinə əsasən götürülməklə, nəticədə səyyar vergi yoxlaması ilə 2016-2017-ci illər üzrə 121923,76 manat gəlir vergisi, 2018-ci ilin 1-ci rübü üzrə 4,20 manat ödəmə mənbəyində tutulan vergi və 2016-cı ilin may-2017- ci ilin dekabr, 2018-ci ilin aprel ayları üzrə 107980,0 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə 229907,96 manat məbləğində vergilərin hesablanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Təqsirləndirilən şəxs təklifi əsasında öz adına 6 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyata duraraq, xx.xx.2011-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi alıb, etibarnamə əsasında onun adından bütün əməliyyatları atası aparmış, atasının onun adından apardığı heç bir əməliyyatda iştirak etməmişdir. Atası onun adına xarici ölkələrdən müxtəlif adda malları respublikaya idxal edərək, topdansatış fəaliyyəti ilə məşğul olmuş, lakin özü bu əməliyyatlarda iştirak etməmiş, bununla bağlı heç bir bank əməliyyatı aparmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 şöbəsində aparıcı ekspert vəzifəsində işləyir, 2-ci dərəcəli ədliyyə qulluqçusudur. O, Astara Rayon Məhkəməsinin 1(018)- 05/2023 nömrəli cinayət işi üzrə təyin edilmiş kompleks, təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının, təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi hissəsində iştirak etmişdir. Belə ki, o, X17 tərəfindən xx.xx.2016-xx.xx.2018-ci illərdə idxal edilən mallarin həmin illər üzrə satış qiymətlərini müəyyən etmişdir. O, həmin malların satış qiymətlərini müxtəlif mənbələrdən alınan məlumatlar, o, cümlədən internet resurslarında olan məlumatlar, bazarlarda aparılan monitorinqlər əsasında formalaşmışdır. Müdafiə tərəfinin sübutları: Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır. Oğlu Şahid4 adına ********** nömrəli VÖEN onun göstərişi ilə açılıb və verilmiş etibarnamə əsasında fəaliyyəti yalnız özü həyata keçirib, ölkə ərazisinə İran İslam Respublikasından müxtəlif mallar, əsasən də tikinti materialları idxal edərək, həmin malları nağd şəkildə nəzarət kassa aparatına mədaxil edərək satmışdır. Bundan başqa, o, Almaniya, Polşa və Bolqarıstandan işlənmiş təkərlər idxal etmiş, həmin mal satanları tanışları vasitəsilə müəyyən etmiş, əsasən Bakı və Astara şəhərlərində yerləşən gömrük idarələrində rəsmiləşdirmə aparmış, idxal etdiyi malları gömrük orqanlarında rəsmiləşdirildikdən sonra alıcıları gömrük postunda tapıb, az miqdarda ticarət əlavəsi tətbiq edərək satmış və yoxlama ilə tətbiq edilmiş ticarət əlavəsinə əsasən hesablanmış ümumilikdə 229907,96 manat vergilərlə razı deyildir. Oğlu Şahid4 bununla bağlı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 iyun 2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyasıvə 40 manat maliyyə sanksiyası hissəsi istisna olunmaqla qalan hissədə ləğv edilməsi” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-2/2022 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 iyun 2019-cu il tarixli, **********185380 nömrəli qərarı ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olunmaqla qalan hissədə ləğv edilmişdir. Həmin inzibati iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizalarının rəylərindən məlum olur ki, onun əməllərində 01 yanvar 2016-cı il tarixdə 31 aprel 2018-ci il tarixə kimi olan dövr ərzində xeyli miqdarda vergidən yayınma halları baş verməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərrəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2- 1(120)-2/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə 03 aprel 2023-cü il tarixli, 2-1(106)-78/2023 nömrəli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsin 03 aprel 2023-cü il tarixli, 2-1(106)-78/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı cinayət işi üzrə təyin edilmiş kompleks məhkəməəmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının 13 iyul 2023-cü il tarixli, 9/2482-9/2572 nömrəli rəyindən də məlum olur ki, onun əməllərində 01 yanvar 2016-cı il tarixdən 31 aprel 2018-ci il tarixə kimi olan dövr ərzində xeyli miqdarda vergidən yayınma halları baş verməmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilən Şahid1 istifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 şöbəsində aparıcı ekspert vəzifəsində işləyir. O, Astara Rayon Məhkəməsinin 1(018)- 05/2023 nömrəli cinayət işi üzrə təyin edilmiş kompleks, təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi hissəsində iştirak etmişdir. 1(018)-05/2023 nömrəli cinayət işinə əlavə edilmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi) sonradan təqdim etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs, fiziki şəxs Şahid4 01 yanvar 2016-ci il tarixdən, 30 aprel 2018-ci il tarixə kimi olan müddət ərzində apardıqları əməliyyatlara görə 3716,97 manat məbləğində mənfəət vergisinin (2016-cı il üzrə 2905,79 manat, 2017-ci il üzrə 811,18manat), 39,63 manat məbləğində ƏDV-nin və 4,2 manat məbləğinda ÖMV-nin az hesablanmasi müəyyən olunmuşdur. Buna görə də o, özü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, kompleks, təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyul 2023-cü il tarixli, 9/2484-9/2572 nömrəli rəyinin məhkəmə-mühasibatlıq ekspertizası hissəsini tərtib edərək imzalamışdır. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bu cinayət işi üzrə 22 may 2020-ci il tarixli,29622 saylı ekspert rəyi ilə Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12-lqtisadi Məhkəməsinin 2-1(086)-2002/2019 sayli is üzrə, 21 iyul 2020-ci il tarixli, 23699 sayli, 2-1(120)-41/2020 saylı iş üzrə, 23 fevral 2021-ci il tarixli, 9/33 saylı məhkəmə-mühasibatliq ekspertizasının və 2-1(120)-22/2021 saylı iş üzrə, 13 dekabr 2021-ci il tarixli, 9/4582 saytı təkrar, məhkəmə-mühasibatlıq ekspertizası rəyləri arasında fərqliliyin səbəbi ekspert qarşısında qoyulan suallar olmusdur. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 şöbəsində aparıcı ekspert vəzifəsində işləyən Şahid2, əlavə Şahid1 ilə eyni məzmunda ifadə verərək bildirmişdir ki, rəylər arasında fərqliliyin səbəbi ekspert qarsısında qoyulan suallar, həmçinin cinayət işinin ibtidai istintaqı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə lazımı maliyyə sənədlərini verməməsi olmuşdur. Astara Rayon Məhkəməsi tərəfindən təyin edilmiş kompleks təkrar məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyul 2023-cü il tarixli, 9/2484- 9/2572 nömrəli rəyindən məlum olur ki, rəyin təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs, fiziki şəxs Şahid4 01 yanvar 2016-ci il tarixdən, 30 aprel 2018-ci il tarixə kimi olan müddət ərzində apardıqları əməliyyatlara görə 3716,97 manat məbləğində mənfəət vergisinin (2016-cı il üzrə 2905,79 manat, 2017-ci il üzrə 811,18manat), 39,63 manat məbləğində ƏDV-nin və 4,2 manat məbləğinda OMV-nin az hesablanmasi müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, hazırkı hesablamalar rəyin məhkəməəmtəəşünaslıq ekspertizasına dair hissəsində müəyyən olunan satış dəyəri və təqdim edilmiş iş materiallarında olan sənədlər nəzərə alınmaqla aparılmışdır. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bu cinayət işi üzrə 22 may 2020-ci il tarixli, 29622 saylı ekspert rəyi ilə Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12-İqtisadi Məhkəməsinin 2-1(086)-2002/2019 sayli is üzrə, 21 iyul 2020-ci il tarixli, 23699 sayli, 2- 1(120)-41/2020 saylı iş üzrə, 23 fevral 2021-ci il tarixli, 9/33 saylı məhkəmə-mühasibatliq ekspertizasının və 2-1(120)-22/2021 saylı iş üzrə, 13 dekabr 2021-ci il tarixli, 9/4582 saytı təkrar, məhkəmə-mühasibatlıq ekspertizası rəyləri arasında fərqliliyin səbəbi ekspert qarsısında qoyulan suallar olmusdur. İş materiallarında olan aktlara əsasən aparılmiş tədqiqat nəticəsində X17 tərəfindən xx.xx.2016-xx.xx.2018-ci illərdə idxal edilən mallarin həmin illər üzrə satış qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Həmçinin qeyd edilir ki, fiziki şəxs Şahid4 tərəfindən 01 yanvar 2016-cl il tarixdən, 30 aprel 2018-ci il tarixə kimi olan müddət ərzində idxal etdiyi malların satış qiymətinin həmin illər üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən aşağı və ya yuxan fərglənməsi müəyyən olunmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2002/2019 nömrəli inzibati iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli, 23699 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Şahid4 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən fiziki şəxs Şahid4 təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Şahid4 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(120)-41/2020 nömrəli inzibati iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 23 fevral 2021-ci il tarixli, 9/33 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Şahid4 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən fiziki şəxs Şahid4 təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Şahid4 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur. Bundan başqa qeyd edilir ki, iş materiallarından göründüyü kimi yoxlama ilə fiziki şəxsin digər bütün digər xərcləri, o cümlədən 2016-cı il üzrə 641486,22 manat xərci, 2017-ci il üzrə1391770,64 manat xərci nəzərə alınmışdır. Qeyd edilən bəyannamədə göstərilən sair xərclərin yoxlama ilə müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-8/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarından məlum olur ki, iddiaçı Şahid4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi) qarşı “vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 iyun 2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası istisna olunmaqla qalan hissədə ləğv edilməsi” tələbi ilə bağlı iddiasına dair inzibati iş üzrə iddia təmin edilmiş, vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 iyun 2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası istisna olunmaqla qalan hissədə ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-78/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qərarından məlum olur ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi) Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-8/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-8/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)- 1815/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərarından məlum olur ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)- 78/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qərarından verdiyi kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-78/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin qeyd edilən qərarda göstərilir ki, hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyətlər əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2024-cü il tarixli qərarı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 9/4075 saylı rəyində verilmiş suallara cavab olaraq qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980,00 manat ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Belə olan halda Vergi Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinə əsasən vergi ödəyicisinin təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur. Göstərilənlərlə yanaşı qeyd edilir ki, tədqiqi hissədə göstərilən səbəblərdən hazırkı tədqiqatla vergi ödəyicisinin xərcləri (ƏDV və mənfətə vergisinə dair) üzrə hesablama aparılmadı. Bundan əlavə bildirilir ki, iş materiallarından göründüyü kimi, yoxlama ilə fiziki şəxsin digər bütün xərcləri, o cümlədən 2016-cı ildə 641486,22 manat xərci, 2017-ci il üzrə 1391770,64 manat xərci nəzərə alınmışdır. Həmçinin qeyd edilir ki, 2016-cı il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində xərc kimi qeyd olunan 13808,93 manat və 2017-ci il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində xərc kimi qeyd olunan 4056 manat sair xərclərin yoxlama ilə müəyyən edilməməsi az hesablanmış verginin məbləğinə əsaslı təsir etmir. Yuxarıda qeyd olunanlardan başqa bildirılir ki, iş materiallarında olan şəxsi hesab vərəqəsinin sonuna (yəni xx.xx.2019-cu il tarixə) borc müəyyən edilməmişdir. Cinayət işində olan xx.xx.2020-ci il tarixli, 29622 saylı və xx.xx.2023-cü il tarixli 9/2484-9/2572 saylı rəylərin arasındakı fəqlilik vardır. Həmin fərqliliyin səbəbi ekspert qarşısında qoyulan suallar olmuşdur. Həmçinin qeyd edilir ki, xx.xx.2023-cü il tarixli, 9/2484-9/2572 saylı rəydə ekspertlərin gəldiyi nəticə məhkəmə əmtəəşünaslıq və məhkəmə-mühasibat ekspertizalarının tədqiqinə əsasən, xx.xx.2020-ci il tarixli, 29622 saylı rəydə gəlinən nəticə isə məhkəmə-mühasibat ekspertizası tədqiqatına əsasən müəyyən olunmuşdur. Beləliklə apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərinə əsasən ittihamla əlaqəli sübutlar müdafiə tərəfinin etirazının əsasları üzrə sübutlarla qarşılıqlı təhlil edərək cinayət kollegiyası qeyd edir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Apellyasiya protestinin dəlillərində həm cinayət hadisəsinin baş vermə faktı və halları, həmçinin təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqələrinin sübuta yetirilməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, protestin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139 və 346-cı madələrində təsbit olunmuş halların müəyyən edilməsi baxımından cinayət təqibi üzrə toplanmış sübutların həcminin kifayət edib-etməməsi araşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Müdafiə tərəfinin qeyd etdiyi dəlillər üzrə araşdırılan hallar ittiham tərəfinin Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsinə, habelə həmin cinayət hadisəsi ilə onun əlaqəsinə dair təqdim etdiyi sübutların həqiqliyini əsaslı şübhə altına alır. Bununla bağlı kollegiyanın tədqiq etdiyi sübutlar aşağıdakı halların həqiqət olmasına əsas verir: -İbtidai istintaq müddətində təyin olunmuş ekspertiza rəyinin nəticəsi, eləcə də səyyar vergi yoxlamasının nəticəsi ilə bağlı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında 18 iyun 2019-cu il tarixli qərarın qanuniliyi, cinayət təqibinin sonrakı mərhələsində öz təsdiqini tapmamışdır. Belə ki, həm birinci və apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə səyyar vergi yoxlamasının nəticəsinin düzgünlüyü öz təsdiqini tapmamış, eləcə də Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-8/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarına əsasən, vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 iyun 2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası istisna olunmaqla qalan hissədə ləğv edilmişdir. Qeyd olunan qərar apellyasiya və kassasiya qaydasında baxılaraq qanuni qüvvəsini almışdır. -Ekspertiza rəyləri ilə müəyyən olunmuş ziddiyətli məqamlar birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş şahid ifadələri ilə araşdırılmış və müəyyən olunmuşdur ki, rəylər arasında fərqliliyin səbəbi ekspert qarsısında qoyulan suallar, həmçinin cinayət işinin ibtidai istintaqı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə lazımı maliyyə sənədlərini verməməsi olmuşdur. -Yuxarıda qeyd olunmuş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-8/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarına əsasən, vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 iyun 2019-cu il tarixli, **********185380 nömrəli qərarının bu cinayət işi üzrə cinayət işinin başlanmasına əsas olan hallar və məlumatlar öz təsdiqini tapmadığı üçün, Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə görə, həmin qüvvədə olan məhkəmə qərarının preyudisial əhəmiyyəti sahibkarlıq faəliyyəti üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlamasının nəticələrini təkzib edən hal kimi qiymətləndirilməlidir. Belə ki, qərarda qeyd olunan mübahisədə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə, konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. CPM-in 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə sübutlardan istifadə etməklə əsaslandırsın. Birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi məsələsində müdafiə tərəfinin dəlillərinə görə mövqeyini əsaslandırarkən Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan normalarının tələblərini nəzərə almış, faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərələliliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət vermişdir. Beləliklə apellyasiya baxışında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə görə birinci intsansiya məhkəməsində CPM-in 351.3.1-351.3.4-cü maddələrində və 346.1.1-346.1.6-cı maddələrində təsbit edilən tələblər düzgün müzakirə edilmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-ci maddələrinin tələblərinə uyğun təhlil edilmişdir. Yuxarıda təhlil edilən məlumatların real olmasını təsdiq edən hallar bu qənaətə əsas verir ki, birinci instansiya məhkəməsinin istintaq orqanının mövqeyi ilə razılaşmayaraq Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət hökmü verməsi, cinayət-prosessual qanunun yuxarıda qeyd edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. CPM-in 350.1 və 350.2-ci maddələrinə görə məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət-Prosessual Məcəlləsinin CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutub, işin məhkəmə baxışı zamanı müəyyən edilmiş hallarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi halı sübuta yetirilməmişdir. Qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəllənin 401 və 399.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Kollegiya bəraət hökmünün dəyişdirilmədən saxlanılması barədə qərara gəlmiş olsa da, hökmdə mülki iddiaya münasibət bildirilməməsi nəzərdən qaçırılmamalıdır. Belə ki, CPM-in 353.5. və 353.5.4-cü maddələrinə əsasən bəraət hökmünün nəticə hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) kimi məsələlər göstərilməlidir. Cinayət işində 6 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı kimi tanınaraq 229.907,96 manat məbləğdə mülki iddianın tam təmin edilməsini xahiş etmiş, lakin həmin hala hüquqi qiymət verilməmişdir. Hazırkı apellyasiya şikayətinin də mahiyyəti məhz mülki iddia ilə əlaqədardır. Mahiyyət olaraq bəraət hökmü qanuni olunduğu üçün, kollegiya həmin hala görə hökmün dəyişidirləmədən saxlanılması qənaətinə gəlməklə, mülki iddianın həll olunması ilə bağlı hökmə müddəa əlavə olunmasını məqsədəuyğun hesab edir. CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: -354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; -354.1.2. iddianın rədd edilməsi; -354.1.3. iddianın baxılmamış saxlanması. Əvvəli ekspertizalar, eləcə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 9/4075 saylı rəyində səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur. Bundan başqa Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-8/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qüvvədə olan qərarından məlum olur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 iyun 2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası istisna olunmaqla qalan hissədə ləğv edilmişdir. Göründüyü kimi, qeyd olunan məbləğləri tələb etmək mülki iddianın predmetini təşkil edir. Lakin hökm bəraətverici əsaslarla qəbul edildiyinə görə, mülki iddia baxılmamış saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməkdə haqlıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti və apellyasiya şikayəti üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmamalı, Astara Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 1(018)-5/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalı, mülki iddianın baxılmamış saxlanılması haqqında müddəa əlavə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 401, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Astara Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 1(018)-5/2023 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Təqsirləndirilən şəxs qarşı 229.907,96 manat vergi borcu tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-8/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-8/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver