Məhkəmə qərarları › İş №1(106)-80/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-80/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-80/2025 03.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X2 və Əliyev Qasım Vəli oğlunun ibarət tərkibdə Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(036)-35/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 1(036)-35/2024 nömrəli hökmü ilə (hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi) xx.xx.1981-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki şəhər F.X.Xoyski küçəsi 24 nömrəli evdə qeydiyyatda olan və yaşayan, İmişli Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 29 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddətin ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 09 iyun 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs maddi ziyana görə 8500 (səkkiz min beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 (bir yüz beş) manat, ümumilikdə 8605 (səkkiz min altı yüz beş) manat pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, tanışı Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən istintaqa məlum olmayan «Seymur» adlı tanışının vasitəsilə, 2000 manat pul müqabilində İİİ qrup əlilliyini İİ qrup əlilliyə dəyişdirəcəyini və aldığı 120 manat pensiyanı 280 manat yüksəldəcəyi barədə yalan vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs 30 avqust 2022-ci il tarixdə 200 (iki yüz) manat, 05 sentyabr 2022-ci il tarixdə 200 (iki yüz) manat, 10 sentyabr 2022-ci il tarixdə 100 (bir yüz) manat, 11 sentyabr 2022-ci il tarixdə 500 (beş yüz) manat, 13 sentyabr 2022-ci il tarixdə 300 (üç yüz) manat, 24 sentyabr 2022-ci il tarixdə 100 (bir yüz) manat, 02 oktyabr 2022-ci il tarixdə 100 (bir yüz) manat, 05 oktyabr 2022-ci il tarixdə 200 manat (iki yüz) manat, 07 oktyabr 2022-ci il tarixdə 300 (üç yüz) manat olmaqla cəmi 2000 (iki min) manat pulu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə vahid niyyətlə əhatə olunan qəsdlə, etibarından sui-istifadə etmə və aldatma yolu ələ keçirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir Bundan sonra, o, tanışı Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən istintaqa məlum olmayan «Seymur» adlı tanışının vasitəsi ilə məşğulluq proqramı çərçivəsində mal-qara alıb verəcəyini vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin oktyabr ayının əvvəlində 400 ( dörd yüz) manat, 13 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 200 ( iki yüz) manat, 15 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 200 (iki yüz) manat olmaqla, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu cəmi 800 (səkkiz yüz) manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra o, 2022-ci ilin oktyabr ayının əvvəlində tanışı Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən istintaqa məlum olmayan «Seymur» adlı tanışının vasitəsilə 2700 (iki min yeddi yüz) manat pulun müqabilində Bakı şəhərində tikilmiş sosial evlərdən birini alıb verəcəyini yalan vəd verib aldadaraq, bu məqsədlə 30 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə sonuncunun atası Şahid1 2700 (iki min yeddi yüz) manat pulu təhvil alaraq, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu cəmi 2700 (iki min yeddi yüz) manat pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra, o, 2022-ci ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs X7 işləyən istintaqa məlum olmayan «Rəşad» adlı tanışının vasitəsilə «KAMAZ» markalı avtomobil alıb verəcəyini yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 17 noyabr 2022-ci il tarixdə 300 (üç yüz) manat, 22 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» plastik bank kartına onlayın üsulla 1000 (bir min) manat, sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 25 noyabr 2022-ci il tarixdə 1000 (bir min) manat, 27 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» kartı vasitəsi ilə onlayın üsulla 500 (beş yüz) manat, əlavə olaraq həmin gün sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 500 (beş yüz) manat, 28 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» kartı vasitəsi ilə onlayın üsulla 1000 (bir min) manat, 13 dekabr 2022-ci il tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 300 (üç yüz) manat, 22 dekabr 2022-ci il tarixədə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx"a məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» kartı vasitəsi ilə onlayın yolla 100 (bir yüz) manat, 31 dekabr 2022-ci il tarixdə 100 (bir yüz) manat pulu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə və sonuncunun əvəzindən atası Şahid1 yaşadığı İmişli rayonu, Şahverdili kəndində yerləşən «Supermarket»də quraşdırılmış «eManat» ödəmə terminalından göndərdiyi 400 (dörd yüz) manat pulu Zərərçəkmiş şəxs adına etibarnamə əsasında aldığı 4169 7385 4972 1862 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kart hesabına köçürtdürməsinə nail olub, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda, yəni 5200 (beş min iki yüz) manat məbləğində pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İmişli Rayon Məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ilk məhkumluğunun, onkoloji xəstəliyinin, ailə üzvlərinin itkisinin nəzərə alınaraq barəsində təyin olunmuş cəzanın minimum həddə endirilməsini xahiş etmişdir. Hökmdən, həmçinin məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 da apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlilkəlilik dərəcəsinə uyğun olmayan ağır cəzadır. Belə ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, iş üzrə vurulmuş ziyanın qismən ödəməsini, vurulmuş ziyanın ödənilməsi və ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərinin edilməsini, onkoloji xəstə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, cəzanın məqsədinə çatdırılması baxımından məhkəmənin gəldiyi nəticə yetərli olmamış, bu baxımdan Azərbaycan Respublikası CM-nin 8.1, 9 və 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmiş, ona görə də məhkəmənin təyin etdiyi 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası sərt cəza olmuşdur. Halbuki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hökm çıxararkən cəza təyini zamanı Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ və İİ hissələrinin, İnsan hüquqları üzrə Ümumi Bəyannaməsinin 3-cü maddəsinin, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsinin, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə riayət etməməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəza təyini ilə bağlı normalarının tələblərini gözləməmiş, Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə, azadlığın məhdudlaşdırılması cəzası təyin etmək əvəzinə həmin maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza-azadlıqdan məhrum etmə cəzasını təyin etməkdə haqlı olmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X5 apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdilər. Müdafiəçi X5 əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxsə elan olunmuş üç epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir, bu səbəbdən həmin epizodlar üzrə cinayət təqibinə xitam verilməsini, ona elan olunmuş ittihamdan və hökmdən CM-in 178.2.2-ci maddəsinin xaric edilməsini, CM-in 178.2.4-cü maddəsi ilə isə təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X9 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və məhkim edilmiş şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, məhkəmənin hökmü cəza hissəsində dəyişdirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya müraciətlərində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün məhkum edilmiş şəxsə cəza təyin edilməsi hissəsini mübahisələndirmişlər. Həmçinin apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsə elan olunmuş üç epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini göstərib, həmin epizodlar üzrə cinayət təqibinə xitam verilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası, hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli özünün etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əməl düzgün olaraq CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya baxışı zamanı irəli sürdüyü cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, müdafiə tərəfinin həmin dəlili əsassızdır. Belə ki, apellyasiya məhkəmə iclasında müdafiəçi Bəxtiyar Babayev çıxışında törədilmiş cinayət hadisəsi üzrə ilk 3 epizoda münasibətdə (həmin epizodlar İşin hallarında ətraflı şərh edildiyi üçün məhkəmə hazırki vəziyyətdə onları təkrarlamağa zərurət görmür) cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini mübahisləndirmiş və həmin hallara görə də sözügedən hallara münasbitədə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət işinin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ilk hüquqazidd əməli 07 oktyabr 2022-ci il tarixdə törətmiş və Cinayət Məcəlləsinin 178.1-ci maddənin dispoziyasında nəzərdə tutulmuş cinayət təkibi məhz həmin vaxtdan yaranmışdır. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, sözügedən cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi birinci əmələ münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti 07 oktyabr 2024-cü il tarixdə bitməli idi. Lakin iş materiallarından görünür ki, cinayət işi üzrə icraat bir neçə dəfə dayandırılmış və həmin dövr ərzində cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı da dayandırılmışdır. Belə ki, iş materiallarında olan “ittiham elan edilməsi üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və cinayət işinin icraatının dayandırılması” haqqında 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və tutulduqdan İmişli RPŞ-nin MSY-nə təhvil verilməsi və cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulduğu vaxta kimi dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən əməliayyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində saxlanaraq İmişli RPŞ-nin MSYnə təhvil verilmişdir. Həmçinin iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 1(036)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və olduğu yerin müəyyən edilərək tutulması üçün haqqında axtarış elan edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə İmişli RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İmişli Rayon Məhkəməsinin 1(036)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Göründüyü kimi, cinayət işi üzrə icraat 15 noyabr 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, o cümlədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, ümumilikdə 04 ay müddətə dayandırılmışdır. Belə olan halda, kollegiya qeyd edir ki, cinayət işi üzrə icraatın dayandırıldığı 04 ay müddət ərzində cinayət məsuliyyətinə cəlb etmə müddətinin də dayandırılması nəzərə alınaraq, Təqsirləndirilən şəxs birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti 07 oktyabr 2024-cü il tarixdə deyil, 07 fevral 2025-ci il tarixdə başa çatmış hesab olunmalıdır. Məhkəmə kollegiyası, eyni zamanda onu da vurğulayır ki, birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi öz-özlüyündə digər epizodlar üzrə də cəlb etmə müddətinin keçməsini istisna edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, müdafiəçinin apellyasiya məhkəməsi baxışı iclasında göstərdiyi hallar hazırki cinayət işi üzrə hər hansı epizod üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». İş materiallarında olan xx.xx.2024-cü il tarixli tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi zamanı hər iki ağ ciyərin yuxarı payında zəif fibroz kölgəliklər, bronx-damar şəkli güclənməyi müşahidə olunmuşdur. xx.xx.2024-cü il tarixdə USM-müayinəsindən keçmiş və onda “uşaqlıqda 7x9 sm ölçüdə strukturu hetrogen törəmə” aşkar edilmişdir. İlkin tibbi müayinənin nəticəsi olaraq ona “Uşaqlığın leiomiomatozu” diaqnozu qoyulmuşdur. İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 2000 manat məbləğində pul vəsaitini dəymiş ziyan kimi xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxs ödəmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini (2000 manat məbləğində pul vəsaitini) CM-in 59.1.14-cü maddəsinə, onkoloji xəstə olmasını, ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, habelə cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Hökmdən o da görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları araşdırsa da, cəza təyini zamanı həmin halları kifayət qədər nəzərə almamış və ona nisbətən ağır həddə azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompleks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə, alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə, qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə, şərti məhkum etmə institutunu tətbiq etməyə və təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, təyin olunmuş cəza – onkoloji xəstəliyi olan, zərərəçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəmiş Təqsirləndirilən şəxs üçün ağırdır və həmin cəza nisbətən yüngülləşdirilə bilər. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsinin də CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddini azaltmaqla cəzanın məqsədinə nail olunacağı qərarına gəlir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 1(036)-35/2024 nömrəli hökmü cəza hissəsində dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılaraq 02 (iki) il həddində müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar