Məhkəmə qərarları › İş №1(106)-809/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-809/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-809/2024 09.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Sarxan qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə idarənin prokuroru X3 iştirakı ilə, Təqsirləndirilən şəxs İbarhim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(017)-59/2024 saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərba olunması barədə vəsatətin rədd edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 1(017)-59/2024 saylı qərarından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 1(017)-59/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs İbarhim oğlu 28 iyun 2024-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(017)-59/2024 saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatətini onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli hökmün surəti ona verilməmişdir. Ona görə apellyasiya şikayəti verə bilməmişdir. Bununla əlaqədar olaraq apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ona görə də şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilməsini xahiş etmişdir Məhkum Təqsirləndirilən şəxs İbarhim oğlunun Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(017)-59/2024 saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 1(017)-59/2024 saylı (hakim Sulduz Ləzimov) təmin edilməmişdir. Məhkum Aslanov X2 Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 1(017)-59/2024 saylı qərarından apellyasiya şikayəti vermişdir. Məhkum Təqsirləndirilən şəxs İbarhim oğlu apellyasiya şikayətində şikayətin verilməsi müddətinin ötürülməsinin səbəbi kimi Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli hökmünün surətinin ona təqdim edilməməsini, hökmü təhvil alması barədə qəbzdə olan imzanın ona məxsus olmadığını göstərmişdir. Ona görə də müddətin bərpasından imtina barədə Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 1(017)- 59/2024 saylı qərarının ləğv edilməsini, müddətin bərpa edilməsini və onun işinə apellyasiya qaydasında baxılması haqqında qərar çıxarılmasını xaһiş etmişdir. İşdən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(017)- 59/2021 saylı hökmü həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zərərçəkmiş şəxs1 iştirakı ilə elan edilmiş və hökmün surəti xx.xx.2024-ci il tarixli 1(017)- 59/2024 saylı göstərişlə saxlanıldığı ünvana göndərilmiş, qəbzin surəti 14 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Hökm xx.xx.2024-ci il tarixdə qanuni qüvvəsini almış və hökmün icra olunmasına dair Göstəriş verilmişdir. İşdə olan 14 may 2024-cü il tarixli məhkəmə qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli hökmün surətini almışdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə aldığı məhkəmə hökmündən xx.xx.2024-cü il tarixədək apellyasiya şikayətini verməli olduğu halda, 28 iyun 2024-cü il tarixdə verərək, barəsində olan hökmdən apellyasiya şikayəti verilməsi müddətini xeyli müddət ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(017)- 59/2024 saylı hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin üzrsüz səbəblərə görə buraxılmış olmasını hesab etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vəsatətində və Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 1(017)-59/2024 saylı qərarından vermiş olduğu apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(017)-59/2024 saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının hər hansı üzrlü səbəbini göstərə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 1(017)-59/2024 saylı qərarı əsaslıdır. Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilənləri nəzərə alıb Azərbaycan Respublikası CPM-in 384, 391.3.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs İbarhim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(017)-59/2024 saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərba olunması barədə Təqsirləndirilən şəxs vəsatətinin rədd edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 1(017)- 59/2024 saylı qərarından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar