Məhkəmə qərarları › İş №1(106)-81/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-81/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-81/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X9 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şirvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 1(032)-129/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 1(032)-129/2024 nömrəli hökmü (hakim X15 oğlunun sədrliyi) ilə xx xxxxxx 1989-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 03 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 34.2, 204.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 07 yanvar 2024-cü il tarixdən hesablanması, xx xxxxxx 1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 34.2, 204.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 07 yanvar 2024-cü il tarixdən hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 34.2, 204.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək satış məqsədi ilə qanunsuz olaraq saxta xarici valyuta əldə etmədən ibarət cinayət əməlini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq 37 (otuz yeddi) ədəd KK seriyalı 12491292 C, KL seryalı 91531951 B, KB seriyalı 23841122 seriyalı H, KB seriyalı 23841305 C, KL seriyalı 91537828 B, KB seriyalı 53284170 K, KK seriyalı 12494094 C, KK seriyalı 12493980 C, KL seriyalı 90737624 D, KK seriyalı 12494945 C, KB seriyalı 53284257 K, KL seriyalı 91537255 B, KB seriyalı 23841583 H, KL seriyalı 90737878 D, KL seriyalı 90736423 D, KL seriyalı 90736873 D, KB seriyalı 18801915 L, KL seriyalı 90736421 D, KB seriyalı 18806627 L, KB seriaylı 18806870 L, KK seriyalı 12497963 C, KB seriyalı 18801912 L, KL seriyalı 91531932 B, KC seriyalı 16374078 A, KB seriyalı 53284258 K, KB seriyalı 53284168 K, KK seriyalı 12494493 C, KK seriyalı 15265055 C, KK seriyalı 12491225 C, KB seriyalı 53286434 K, KK seriyalı 12495742 C, KK seriyalı 12494110 C, KB seriyalı 18807034 L, KB seriyalı 18801973 L, KB seriyalı 23841307 H, KC seriyalı 16374488 A, KB seriyalı 18801988 L nömrəli 100 nominallı fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmamış, X12 X19 (X20) tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən, eyni ofset çap üsulu ilə hazırlanmış, fraqmentləri və rekvizitləri dəyişdirilməmiş X12 dolları pul əskinasına oxşar və eyni nominallı həqiqi pul əskinasından açıq-aşkar formada fərqlənməyən saxta xarici valyuta olan dollar əskinaslarının satışını həyata keçirməklə əldə edilən gəliri özlərinə məlum olan formada bölüşdürmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək bu məqsədi reallaşdırmaq üçün qeyd edilən saxta xarici valyuta olan dollar əskinaslarını 07 yanvar 2024-cü il tarixdə saat 15:30 radələrində Şirvan şəhəri, L.İbrahimov küçəsində qrup üzvü Şahid5 vasitəsi ilə Təqsirləndirilən şəxs2 əldə etmiş, 07 yanvar 2024-cü il tarixdə saat 15:50 radələrində Təqsirləndirilən şəxs1 qanunsuz saxta pul dövriyyəsində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək həmin tarixdə saat 16:50-dən 17:20-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan şalvarının sağ yan cibindən həmin 37 (otuz yeddi) ədəd KK seriyalı 12491292 C, KL seryalı 91531951 B, KB seriyalı 23841122 seriyalı H, KB seriyalı 23841305 C, KL seriyalı 91537828 B, KB seriyalı 53284170 K, KK seriyalı 12494094 C, KK seriyalı 12493980 C, KL seriyalı 90737624 D, KK seriyalı 12494945 C, KB seriyalı 53284257 K, KL seriyalı 91537255 B, KB seriyalı 23841583 H, KL seriyalı 90737878 D, KL seriyalı 90736423 D, KL seriyalı 90736873 D, KB seriyalı 18801915 L, KL seriyalı 90736421 D, KB seriyalı 18806627 L, KB seriaylı 18806870 L, KK seriyalı 12497963 C, KB seriyalı 18801912 L, KL seriyalı 91531932 B, KC seriyalı 16374078 A, KB seriyalı 53284258 K, KB seriyalı 53284168 K, KK seriyalı 12494493 C, KK seriyalı 15265055 C, KK seriyalı 12491225 C, KB seriyalı 53286434 K, KK seriyalı 12495742 C, KK seriyalı 12494110 C, KB seriyalı 18807034 L, KB seriyalı 18801973 L, KB seriyalı 23841307 H, KC seriyalı 16374488 A, KB seriyalı 18801988 L nömrəli 100 nominallı fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmamış, X12 X19 (X20) tərəfindən tədavülə buraxılmış (xx.xx.2024-cü il tarixə azərbaycan məzənnəsi ilə 1 ABŞ dolları 1 manat 70 qəpik olmaqla ümumilikdə 6290 manat olan) eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən, eyni ofset çap üsulu ilə hazırlanmış, fraqmentləri və rekvizitləri dəyişdirilməmiş X12 dolları pul əskinasına oxşar və eyni nominallı həqiqi pul əskinasından açıq-aşkar formada fərqlənməyən saxta xarici valyuta olan dollar əskinasları aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq 37 (otuz yeddi) ədəd KK seriyalı 12491292 C, KL seryalı 91531951 B, KB seriyalı 23841122 seriyalı H, KB seriyalı 23841305 C, KL seriyalı 91537828 B, KB seriyalı 53284170 K, KK seriyalı 12494094 C, KK seriyalı 12493980 C, KL seriyalı 90737624 D, KK seriyalı 12494945 C, KB seriyalı 53284257 K, KL seriyalı 91537255 B, KB seriyalı 23841583 H, KL seriyalı 90737878 D, KL seriyalı 90736423 D, KL seriyalı 90736873 D, KB seriyalı 18801915 L, KL seriyalı 90736421 D, KB seriyalı 18806627 L, KB seriaylı 18806870 L, KK seriyalı 12497963 C, KB seriyalı 18801912 L, KL seriyalı 91531932 B, KC seriyalı 16374078 A, KB seriyalı 53284258 K, KB seriyalı 53284168 K, KK seriyalı 12494493 C, KK seriyalı 15265055 C, KK seriyalı 12491225 C, KB seriyalı 53286434 K, KK seriyalı 12495742 C, KK seriyalı 12494110 C, KB seriyalı 18807034 L, KB seriyalı 18801973 L, KB seriyalı 23841307 H, KC seriyalı 16374488 A, KB seriyalı 18801988 L nömrəli 100 nominallı fizikikimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmamış, X12 X19 (X20) tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən, eyni ofset çap üsulu ilə hazırlanmış, fraqmentləri və rekvizitləri dəyişdirilməmiş X12 dolları pul əskinasına oxşar və eyni nominallı həqiqi pul əskinasından açıq-aşkar formada fərqlənməyən saxta xarici valyuta olan dollar əskinaslarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək satışını həyata keçirməklə əldə edilən gəliri özlərinə məlum olan formada bölüşdürmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək bu məqsədi reallaşdırmaq üçün qeyd edilən saxta xarici valyuta olan dollar əskinaslarını 07 yanvar 2024-cü il tarixdə saat 15:30 radələrində Şirvan şəhəri, L.İbrahimov küçəsində qrup üzvü Şahid5 vasitəsi ilə Təqsirləndirilən şəxs1 vermiş, 07 yanvar 2024-cü il tarixdə saat 15:50 radələrində Şirvan şəhər Polis şöbəsinin Cinayət Axtarışı bölməsinin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində qanunsuz olaraq saxta pul dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək həmin tarixdə saat 16:50-dən 17:20-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi- axtarış nəticəsində əynində olan şalvarının sağ yan cibindən həmin 37 (otuz yeddi) ədəd KK seriyalı 12491292 C, KL seryalı 91531951 B, KB seriyalı 23841122 seriyalı H, KB seriyalı 23841305 C, KL seriyalı 91537828 B, KB seriyalı 53284170 K, KK seriyalı 12494094 C, KK seriyalı 12493980 C, KL seriyalı 90737624 D, KK seriyalı 12494945 C, KB seriyalı 53284257 K, KL seriyalı 91537255 B, KB seriyalı 23841583 H, KL seriyalı 90737878 D, KL seriyalı 90736423 D, KL seriyalı 90736873 D, KB seriyalı 18801915 L, KL seriyalı 90736421 D, KB seriyalı 18806627 L, KB seriaylı 18806870 L, KK seriyalı 12497963 C, KB seriyalı 18801912 L, KL seriyalı 91531932 B, KC seriyalı 16374078 A, KB seriyalı 53284258 K, KB seriyalı 53284168 K, KK seriyalı 12494493 C, KK seriyalı 15265055 C, KK seriyalı 12491225 C, KB seriyalı 53286434 K, KK seriyalı 12495742 C, KK seriyalı 12494110 C, KB seriyalı 18807034 L, KB seriyalı 18801973 L, KB seriyalı 23841307 H, KC seriyalı 16374488 A, KB seriyalı 18801988 L nömrəli 100 nominallı fiziki- kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmamış, X12 X19 (X20) tərəfindən tədavülə buraxılmış (xx.xx.2024-cü il tarixə azərbaycan məzənnəsi ilə 1 ABŞ dolları 1 manat 70 qəpik olmaqla ümumilikdə 6290 manat olan) eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən, eyni ofset çapı üsulu ilə hazırlanmış, fraqmentləri və rekvizitləri dəyişdirilməmiş X12 dolları pul əskinasına oxşar və eyni nominallı həqiqi pul əskinasından açıq-aşkar formada fərqlənməyən saxta xarici valyuta olan dollar əskinasları aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Şirvan şəhər məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 1(032)-129/2024 saylı ittiham hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 göstərilən cinayətdə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilənlər həqiqəti əks etdirmir. Çünki həmin pul məbləği Elyanur istifadəsində olmamaqla, Pərvinlə bu barədə heç vaxt danışıqları olmamışdır və heç bir sövdələşmə olmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs2 tutulduğu anda şok vəziyyətində olmuşdur. Bunun səbəbi isə Polis İdarəsində daim orada işləyən əməkdaşların kompyuterlərin təmirində, digər işlərində daim yardım və kömək etməsi olmuşdur. O hesab etmişdir ki, ona qarşı hər hansı bir qanunsuzluq ola bilməz. Buna görə də, ona təqdim olunmuş bütün sənədləri etibar edərək ilk hamısını imzalamışdır. Belə ki, dayısı oğlu Elmir Mizəyev onun sürücüsü və yaxm dostu olduğundan gedəcəyi bütün yerlərə onunla birlikdə getmiş, daim etibar etmişdir. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərində olmuş, Elmirin təkidi ilə Şirvan şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə Pərvin zəng vurmuş, Elmir telefonda onunla danışmış, Pərvin borc pul istəmişdir. O da "problem deyil verərəm" demişdir. Şirvan şəhərində Rövşən şadlıq sarayının yaxınlığında olarkən Pərvinlə dayısı oğlu Elvin gəlmiş, Elmir maşından pulu götürüb, Pərvinə vermişdir. O da onları görüb yaxınlaşmış, hal-əhval tutmaq istəmişdir, Elvin Pərvini tələsdirərək avtomobilə „ əyləşmiş və onlar getmişlər. O da dayısı oğlu Elmir ilə evə gedərkən Anar adlı şəxsin tez-tez Elmirə zəng vurub onu soruşduğunu görmüşdür. Şirvan şəhəri, H.Əliyev prospekti ilə Hərəkətdə olan zaman işıqforu keçdikdən sonra YPX əməkdaşları onların avtomobilini saxla əmri verərək dayandırmış və onu Şirvan şəhər Polis Şöbəsinə gətirmişlər. Onda o həmin pullarm saxta olması barədə məlumatı olmuşdur. İş materiallarmda olan sənədlərdə, məhkəmədə dindirilmiş heç bir şahid həmin saxta dolların Elyanur məxsus olmasını və yaxud həmin puldan istifadəsini, kiməsə verməsini, ən əsası onun üzrəmdə çıxması barədə ifadə verməmişlər. Bu barədə heç bir sübut yoxdur.Häzırki, ittiham Təqsirləndirilən şəxs2 əsassız və heç bir sübuta, dəlilə əsaslanmayan sübutlar əsasmda verilmişdir Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X7 vardır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 fevral 2024-cü il tarixdə verilmiş 1194 saylı arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında qeydiyyatdadır və verilmiş xasiyyətnamədən göründüyü kimi Təqsirləndirilən şəxs2 barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. X2 da onun himayəsindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Birinci instansiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları üə təkzib olunur. Təqsirləndirilən şəxs2 heç kimə saxta dollar təqdim etməmiş və verməmişdir. Həmin pullar Elmir tərəfindən Pərvinə təqdim edilmişdir. Halbuki Azərbaycan Respublikası CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün hallan ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutlarm məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bütün bu sadalanan hallar Şirvan şəhər Məhkəmsinin 24 sentyabr 2024-cü il tarixli, l(032)-129/2024 saylı ittiham hökmünün maddi və prosessual hüquq normalarım pozmaqla qəbul edildiyini və Təqsirləndirilən şəxs2 təqsirsizliyini sübut edir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsi ilə təqsirli bilinə bilməz və barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, barəsində ədalətli (bəraət hökmünün çıxarılmasını) qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, heç bir saxta pul dövriyyəsi ilə məşğul olmadığı və bundan qazanc əldə etmədiyi halda ona Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə ittiham verilmişdir. Onun avtomobildə tutulmağı ilə bağlı sübutları olsa da, onu yolda tutulması kimi qeyd edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmiş və Təqsirləndirilən şəxs2 barəsində olan Şirvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməklə, barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edib müdafiəçisi Müdafiəçi1 cıxışı ilə razı olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya instansiyasında məhkəmə baxışında apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Şirvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli hökmünün ləğv etməklə,hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmün çıxarılmasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə edib müdafiəçisi Müdafiəçi4 cıxışı ilə razı olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslərin təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətlərinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası CM-in 34.2, 204.1-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxslərə həmin maddələrlə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadələri, şahidlər Şahid2, Şahid5, Şahid1 və Şahid3 ifadələri, 07 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və 1 ədəd DVD diskdə olan videogörüntü, 09 yanvar 2024-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan və 1 ədəd DVD diskdə olan videogörüntü, 01 fevral 2024-cü il tarixli sənədlərin məhkəmə texniki ekspertizasının 5/47 nömrəli rəyi, 30 aprel 2024-cü il tarixli əlavə sənədlərin məhkəmə texniki ekspertizasının 5/364 nömrəli rəyi, iş materiallarına olan, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər halları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 34.2, 204.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri, həmin cinayət əməllərinə aidiyyatları və təqsirliliklərinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onların həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmələri və təqsirlilikəri tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarında olan: 07 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər ərazisində saxlanaraq polis şöbəsinə gətirilərək, üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 37 ədəd 100 nominallı kağız materiallarından olan dollar əskinasları aşkar edilmişdir. 09 yanvar 2024-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan və 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs1 də ifadəsini təsdiq etmişdir. 01 fevral 2024-cü il tarixli sənədlərin məhkəmə texniki ekspertizasının 5/47 nömrəli rəyindən görünür ki, 37 (otuz yeddi) ədəd KK seriyalı 12491292 C, KL seryalı 91531951 B, KB seriyalı 23841122 seriyalı H, KB seriyalı 23841305 C, KL seriyalı 91537828 B, KB seriyalı 53284170 K, KK seriyalı 12494094 C, KK seriyalı 12493980 C, KL seriyalı 90737624 D, KK seriyalı 12494945 C, KB seriyalı 53284257 K, KL seriyalı 91537255 B, KB seriyalı 23841583 H, KL seriyalı 90737878 D, KL seriyalı 90736423 D, KL seriyalı 90736873 D, KB seriyalı 18801915 L, KL seriyalı 90736421 D, KB seriyalı 18806627 L, KB seriaylı 18806870 L, KK seriyalı 12497963 C, KB seriyalı 18801912 L, KL seriyalı 91531932 B, KC seriyalı 16374078 A, KB seriyalı 53284258 K, KB seriyalı 53284168 K, KK seriyalı 12494493 C, KK seriyalı 15265055 C, KK seriyalı 12491225 C, KB seriyalı 53286434 K, KK seriyalı 12495742 C, KK seriyalı 12494110 C, KB seriyalı 18807034 L, KB seriyalı 18801973 L, KB seriyalı 23841307 H, KC seriyalı 16374488 A, KB seriyalı 18801988 L nömrəli 100 nominal X12 dolları pul əskinasına oxşar tədqiqat obyektləri fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmamış, ABŞ X19 (X20) tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinası ilə eynilik təşkil etmir. Həmin tədqiqat obyektləri eyni ofsüt çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş obyektlərin fraqmentləri və rekvizitləri dəyişdirilməmişdir. 30 aprel 2024-cü il tarixli əlavə sənədlərin məhkəmə texniki ekspertizasının 5/364 nömrəli rəyindən görünür ki, rəyin təsviri hissəsində göstərilmiş əlamətlərə görə 37 (otuz yeddi) ədəd KK seriyalı 12491292 C, KL seryalı 91531951 B, KB seriyalı 23841122 seriyalı H, KB seriyalı 23841305 C, KL seriyalı 91537828 B, KB seriyalı 53284170 K, KK seriyalı 12494094 C, KK seriyalı 12493980 C, KL seriyalı 90737624 D, KK seriyalı 12494945 C, KB seriyalı 53284257 K, KL seriyalı 91537255 B, KB seriyalı 23841583 H, KL seriyalı 90737878 D, KL seriyalı 90736423 D, KL seriyalı 90736873 D, KB seriyalı 18801915 L, KL seriyalı 90736421 D, KB seriyalı 18806627 L, KB seriaylı 18806870 L, KK seriyalı 12497963 C, KB seriyalı 18801912 L, KL seriyalı 91531932 B, KC seriyalı 16374078 A, KB seriyalı 53284258 K, KB seriyalı 53284168 K, KK seriyalı 12494493 C, KK seriyalı 15265055 C, KK seriyalı 12491225 C, KB seriyalı 53286434 K, KK seriyalı 12495742 C, KK seriyalı 12494110 C, KB seriyalı 18807034 L, KB seriyalı 18801973 L, KB seriyalı 23841307 H, KC seriyalı 16374488 A, KB seriyalı 18801988 L nömrəli 100 nominal X12 dolları pul əskinasına oxşar tədqiqat obyektləri eyni nominalllı həqiqi pul əskinaslarından açıq aşkar formada fərqlənmirlər. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və onun dayısı oğlu Elmirlə Şirvan şəhərində “Rövşən” şadlıq sarayının qarşısında görüşərək maşın almaq üçün Elyanurdan borc pul istədiyini, həmin vaxt Elmirin də Elyanurun yanında olduğunu və kağızın arasında olan pulu ona verdiyini, o da pulu avtomobilə qoyub Elmirin qardaşı Elvinlə birlikdə avtomobilə əyləşərək çıxıb getdiyini, təxminən 4-5 dəqiqə sonra Şirvan şəhərində Elit Ticarət Mərkəzinin qarşısında olan zaman polislər gəlib onu Şirvan şəhər polis şöbəsinə apardıqlarını, məhz polis şöbəsində olarkən pulların saxta olduğunu bildiyini göstərsə də, daha sonra verilmiş sualları cavablandırarkən ifadəsini dəyişərək göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Onunla münasibəti normaldır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3-4 ay əvvəl Təqsirləndirilən şəxs2lə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında görüşən zaman Elyanur ona özündə saxta pul-dollar olduğunu və onun həmin saxta pulları-dollarları saxlamağını ondan xahiş etmiş, o da Elyanurla münasibətləri yaxşı olduğu üçün ondan 49 ədəd 100 nominallı, 2 ədəd 50 nominallı olmaqla ümumilikdə saxta 5000 (beş min) dollar pulu Elyanurdan götürmüş, Elyanurdan götürmüş olduğu 49 ədəd 100 nominallı, 2 ədəd 50 nominallı olmaqla ümumilikdə saxta 5000 (beş min) dollar pul həqiqi dollarlarla demək olar ki eyni olmuş və həqiqi dollarlardan fərqlənməmişdir. Təxminən 10 gün sonra Elyanur ona zəng edərək Bakı şəhərində olduğunu və ona vermiş olduğu 49 ədəd 100 nominallı, 2 ədəd 50 nominallı olmaqla ümumilikdə saxta 5000 (beş min) dollar pulu götürmək istədiyini bildirmişdir. O da Elyanurun dediyi kimi onunla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında görüşmüş və 49 ədəd 100 nominallı, 2 ədəd 50 nominallı olmaqla ümumilikdə saxta 5000 (beş min) dollar pulu Elyanura qaytarmışdır. Həmin vaxt onun yanında dostu Sabirabad rayon sakini Dövlət də olmuş, Elyanura saxta pulları qaytaran zaman o həmin saxta puldan ona 1 ədəd saxta 100 nominallı dollar pul vermiş, 2 ədəd saxta 100 nominallı dolları da özündə saxlamışdır. Beləliklə Təqsirləndirilən şəxs2 ondan 47 ədəd 100 nominallı, yəni 4700 (dörd min yeddi yüz) saxta dolları götürmüş, bundan sonra o, Elyanurun yanından uzaqlaşıb evə getmişdir. xx.xx.2024-cü il tarixdə o, Elyanura zəng edərək pul lazım olduğunu və onunla görüşməli olduqlarını bildirmişdir. Elyanur ona Bakı şəhərində olduğunu və xx.xx.2024-cü il tarixdə onunla görüşə biləcəyini demişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə əvvəlcədən razılaşmalarına əsasən o, günorta saatlarında Elyanurla Şirvan şəhəri, L.İbrahimov küçəsində yerləşən “Neptun” supermarketin yanında görüşmüşdür. Elyanurun yanında qohumu Şahid5 də olmuş, o, Elyanurla görüşən zaman Elmir saxta dollar pulları kağızın arasında ona vermiş, o da pulu götürüb avtomobilə qoymuşdur. Həmin vaxt dostu Şahid4 də onun yanında olmuşdur. O, pulu götürdükdən sonra Elvinlə birlikdə çıxıb getmişlər. Bir qədər sonra M.Ə.Rəsulzadə küçəsində Elvinlə birlikdə dayandıqları zaman polis əməkdaşları ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər. O, onlarla birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə onun üzərinə şəxsiaxtarış keçirilmiş, şəxsi-axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 37 ədəd 100 nominallı olmaqla ümumilikdə saxta 3700 (üç min yeddi yüz) dollar aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş 37 ədəd 100 nominallı olmaqla ümumilikdə saxta 3700 (üç min yeddi yüz) dolları zərfə qoyaraq möhürləmişlər, sonra isə polis əməkdaşları bu barədə protokol tərtib etmişlər. Bundan başqa o bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 saxta dollar əskinaslarını xx.xx.2024-cü il tarixdə baş tutacaq yığıncaqda dostlarının yanında onun da dolları olduğunu göstərmək məqsədilə şəkil çəkdirmək üçün götürmüş, Təqsirləndirilən şəxs2 əldə etmiş olduğu saxta dollar əskinaslarından hər-hansı bir şəxsə verməmiş və ya vermək üçün razılaşmamışdır. O, özünü ona elan olunmuş ittihamın saxta pulların satışı ilə məşğul olmaq hissəsində təqsirli bilmir. Polis əməkdaşları polis şöbəsinə gətirərkən və polis şöbəsində olarkən ona qarşı zor tətbiq etməmişlər. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadə verərək bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmir, həmin vaxt şok vəziyyətində olduğundan və müstəntiqlərlə münasibəti yaxşı olduğundan sənədlərə baxmadan imzalamışdır. Dayısı oğlu Elmir Mizəyev onun sürücüsü olduğundan gedəcəyi bütün yerlərə onunla birlikdə gedir. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərində olmuş, Elmirin təkidi ilə Şirvan şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə Pərvin zəng vurmuş, Elmir telefonda onunla danışmış, Pərvin borc pul istəmişdir. O da “problem deyil verərəm” demişdir. Şirvan şəhərində Rövşən şadlıq sarayının yaxınlığında olarkən Pərvinlə dayısı oğlu Elvin gəlmiş, Elmir maşından pulu götürüb, Pərvinə vermişdir. O da onları görüb yaxınlaşmış, hal-əhval tutmaq istəmişdir, Elvin Pərvini tələsdirərək avtomobilə əyləşmiş və onlar getmişlər. O da dayısı oğlu Elmir ilə evə gedərkən Anar adlı şəxsin tez-tez Elmirə zəng vurub onu soruşduğunu görmüşdür. Şirvan şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman işıqforu keçdikdən sonra YPX əməkdaşları onların avtomobilini saxla əmri verərək dayandırmış və onu Şirvan şəhər Polis Şöbəsinə gətirmişlər. Bundan başqa, o bildirmişdir ki, həmin saxta pullar onun olmuş, pulları Rövşən şadlıq sarayının yanından tapmışdır. Pulları taparkən onların saxta olduğunu bilmişdir, lakin saxta pulları kiməsə vermək, satmaq fikri olmamışdır. Saxta pul saxlamağın cinayət məsuliyyətinə səbəb olduğunu bilməmişdir. Pulu Pərvinə o verməmiş, dayısı oğlu Elmir vermişdir. Bundan qabaq Elmirin Pərvinə pul verməyini bilmiş, məcbur etmişdir ki, o pulu geri alsın. Pərvin Dövlət adlı şəxsə pul verəndə də, alanda da o orada iştirak etməmişdir. Hal-hazırda düzgün ifadə verdiyini bildirib, qərar qəbul edərkən nəzərə alınmasını xahiş etdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 üzrərində qanunsuz olaraq saxta pul saxlamaqla və satışı ilə məşğul olur. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 07 yanvar 2024-cü il tarixdə saat 15 radələrində o, ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və Şirvan ŞPŞ-nin PPXB-nin sahə polis nəfəri Şahid3 ilə birlikdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs1 görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər PŞ-nə gəlmişdir. Şirvan şəhər PŞ-nin TB-də Təqsirləndirilən şəxs1 vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Kənan Əbdürəhmanov gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 də əynində şalvarın sağ yan cibindən 37 ədəd 100 nominallı kağız materialdan olan dollar əskinazlarını təqdim etmiş, şifahi suallara cavab olaraq təqdim etdiyi dollar əskinazlarının saxta olmasını, həmin 37 ədəd saxta dollar əskinazlarını ona Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 37 ədəd saxta dollar əskinazları qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs1, müdafiəçi və tərəflərindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahidlər Şahid1 və Şahid3 şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsində Şahid5 ifadə verib göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs2 onun bibisi oğludur. Elyanur və Pərvinin tutulmasından təxminən 3-4 ay əvvəl o, Elyanurla birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında Pərvinlə görüşən zaman Elyanur idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin qabaq sağ tərəfində olan saxlanc yerindən saxta pul əskinaslarını-dollarları götürüb Pərvinə verməyini xahiş etmiş, o da Elyanurun dediyi kimi həmin pulları götürüb Pərvinə vermişdir. Bir müddət sonra Elyanur ona Pərvinə zəng etməsini və həmin pulları geri istəməsini demişdir. O da Pərvinə zəng vuraraq Elyanurun pulları geri istədiyini bildirmişdir. Pərvin ona işdə olduğunu, pulların Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında sexdə olduğunu demişdir. Bundan sonra o, Elyanura birlikdə sexə getmiş, sexdə adını bilmədiyi şəxs ona həmin pulları vermiş, o da pulları götürüb Elyanura vermişdir. xx.xx.2024-cü il tarixdə Pərvin Elyanura zəng edərək ona pul lazım olduğunu bildirmişdir. Elyanur da ona pul verə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, Elyanurla birlikdə Şirvan şəhərində yerləşən “Banıçiçək” adlı restoranda olduqları zaman Pərvin Elyanura zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. X21 şəhəri, L.İbrahimov küçəsində yerləşən “Neptun” adlı supermarketin yanına gəlməsini demişdir. Bundan sonra o, Elyanurun avtomobili ilə Elyanurla birlikdə həmin yerə getmişdir. Bir qədər sonra Pərvinin idarə etdiyi avtomobillə qardaşı Elvin və Pərvin də həmin yerə gəlmişdir. Elvin avtomobildə gözləmiş, Pərvin isə avtomobildən düşüb onların yanına gəlmişdir. O, Pərvinlə birlikdə “Neptun” supermarketin qarşısında olan zaman Elyanur həmin ərazidə işlətdiyi kompyuter təmir etmə mağazasına daxil olmuş, oradan saxta pul əskinaslarını-dollarları götürüb onların yanına gəlmiş, Elyanur ona pulu verib Pərvinə verməyini demişdir. O da Elyanurun dediyi kimi pulu Pərvinə vermişdir. Bundan sonra Elyanur Pərvinə “tutulub eləsən deyərsən ki, Rusiyadan dostlarım göndərib” sözlərini demişdir. Pərvin pulları götürdükdən sonra çıxıb getmiş, o da Elyanurun avtomobilinə əyləşmiş, Elyanurla birlikdə Şirvan şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman polis əməkdaşları onları saxlayıb Şirvan ŞPŞ-yə gətirmişlər. Bundan başqa o bildirmişdir ki, Elyanurla birlikdə Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayan bibisi Xurma Mailovanın evinə getmişlər. Bibisi Xurma ilə görüşən zaman o, həmin ağ kağıza bükülmüş saxta dollar əskinaslarını Elyanura vermişdir. İbtidai istintaqda Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, Elyanur onun bibisi oğludur. Onların hər ikisi ilə münasibəti normaldır. xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində o, yaşadığı olmuş, həmin vaxt Pərvin istifadəsində olan mobil nömrə ilə onunla əlaqə saxlayaraq Şirvan şəhərində “001” adlı restoranda olduğunu bildirmiş və onun da onun yanına gəlməiyini xahiş etmiş, o da Pərvinin xahişindən sonra “001” adlı restorana getmişdir. Pərvinlə görüşüb onunla bir yerdə oturmuş, Pərvin ona spirtli içki qəbul etdiyini və onun avtomobilini idarə edərək onu evə aparmağını xahiş etmişdir. O da onu evlərinə aparmış, sabahısı gün, yəni xx.xx.2024cü il tarixdə saat təxminən 12 radələrində o, Pərvinin avrtomobili ilə Pərvini yaşadığı evdən götürmüş və onlar birlikdə avtomobillə Şirvan şəhərində gəzməyə başlamışlar. Həmin tarixdə saat təxminən 15 radələrində Pərvin onun yanından öz mobil telefonu ilə Elyanura zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Elyanur da onu Şirvan şəhəri, L.İbrahimov küçəsində yerləşən “Rövşən” şadlıq sarayının qarşısına gəlməsini bildirmişdir. Bundan sonra o, Pərvinin ona deməsi ilə avtomobili həmin yerə sürmüş, Elyanur və qardaşı Elmir də Elyanurun avtomobili ilə həmin yerə gəlmiş, o, Pərvinin avtomobilindən düşməmiş, Pərvin avtomobildən düşüb Elyanur və qardaşı Elmirlə görüşmüş, bir neçə dəqiqə sonra isə Pərvin geri qayıtmış və avtomobilə əyləşmişdir. O, avtomobili işə salıb bir qədər irəlilədikdən sonra yenidən avtomobili saxlamış, həmin vaxt Şirvan ŞPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq onları Şirvan ŞPŞ-yə dəvət etmişlər. Bundan sonra Pərvin və o, polis əməkdaşları ilə birlikdə Şirvan ŞPŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində heç kimə saxta dollar təqdim etməmələri, heç bir saxta pul dövriyyəsi ilə məşğul olmadıqları və bundan qazanc əldə etmədikləri barədə dəlilləri yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsində tədqiq olunmaqla araşdırılmış sübutlarla tam təkzib olunur. Cinayət hüququ nəzəriyyəsinə görə satış məqsədi ilə saxta pulu əldə etmə dedikdə, qeyd olunan saxta pulun satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnmə və sair hərəkətlər başa düşülür. Bu cinayət əməlinin subyektiv cəhətinin zəruri əlaməti satış məqsədinin olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxslərin əldə etdikləri saxta 100 ABŞ dolları əskinaslarının miqdarının 37 ədəd olması bu saxta pulların məhz satış məqsədi ilə əldə olunmasına dəlalət edən hallardır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri onlar tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxslərin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirlilikləri kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 34.2, 204.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumların ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 34.2, 204.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ğlunun müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı da ədalətli sayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sabirabad rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün azadlıqdan məhrum etmə, 01 il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2019-cu ildə Şirvan şəhər məhkəməsinin qərarı ilə şərti cəzası ləğv edilmiş, 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Şirvan şəhər məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 03 ay 07 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət işləri üzrə Cinayət Məcəlləsinin 83.3-cü maddəsində göstərilən məhkumluğun ödənilmə müddətləri keçdiyindən və sonuncu, yəni Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş törətdiyi əməli Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət olduğunundan hazırkı vəziyyətdə onun əməlində cinayətin resdivi olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsinin sanksiyasında beş ildən yeddi ilədək ilədək azadlqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq onların hər birinə Azərbaycan Respublikası CM-in 34.2, 204.1-ci maddəsi ilə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin olunarkən onların törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, təyin olunmuş cəzanın onların islah olunmalarına təsiri, cəzanı yüngülləşdirən hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni, ədalətli və aşağı həddə cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxslərə aşağı həddə cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Şirvan Şəhər Məhkəməsinin 1(032)-129/2024 №-li, 24 sentyabr 2024-cü il tarixli hökmü isə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 1(032)-129/2024 №-li, 24 sentyabr 2024-cü il tarixli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara münasibətdə isə qərar onlara verildiyi) gündən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar