Məhkəmə qərarları › İş №1(106)-811/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-811/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-811/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmü (sədrlik edən X4 oğlu) ilə, Təqsirləndirilən şəxs, xx.xx.1990-cı ildə Masallı rayonu Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, hazırda barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-in 178.2.4 və 204.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilən, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olan, ə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib ona 05 (beş) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 31 mart 2024-cü ildən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə saxta xarici valyuta əldə etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə bir ədəd PH16048278B seriyalı, bir ədəd PH16049201B seriyalı, bir ədəd PH16046260B seriyalı, bir ədəd PH16046272B seriyalı, bir ədəd PH16049221B seriyalı, bir ədəd PH16048244B seriyalı, bir ədəd PH16047287B seriyalı, bir ədəd PH16048280B seriyalı, bir ədəd PH16046232B seriyalı, bir ədəd PH16048284B seriyalı, bir ədəd PH16048298B seriyalı,bir ədəd PH16047253B seriyalı, bir ədəd PH16047277B seriyalı, iki ədəd PH16049290B seriyalı, bir ədəd PH16046260B seriyalı, bir ədəd PH16048264B seriyalı, bir ədəd PH16046242B seriyalı, bir ədəd PH16049201B seriyalı, bir ədəd PH16047243B seriyalı,bir ədəd PH16046272B seriyalı, bir ədəd PH16048208B seriyalı, bir ədəd PH16049269B seriyalı, bir ədəd PH16049241B seriyalı, bir ədəd PH16049279B seriyalı, bir ədəd PH16047293B seriyalı, bir ədəd PH16049209B seriyalı, bir ədəd PH16049239B seriyalı, bir ədəd PH16048298B seriyalı, bir ədəd PH16046232B seriyalı, bir ədəd PH16048204B seriyalı, bir ədəd PH16048244B seriyalı, bir ədəd PH16046202B seriyalı, bir ədəd PH16048214B seriyalı, bir ədəd PH16049291B seriyalı, bir ədəd PH16048274B seriyalı, bir ədəd PH16048244B seriyalı, bir ədəd PH16047283B seriyalı, bir ədəd PH16048244B seriyalı, bir ədəd PH16048278B seriyalı olmaqla ümumilikdə 40 ədəd 100 ABŞ dollar nominallı pul əskinasına oxşar ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən obyektləri (saxta pul əskinası) qanunsuz olaraq əldə edib yaşadığı Masallı rayonu Şıxlar kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlədə saxlayaraq, xx.xx.2024-cü il tarixdə həmin obyektlərin (saxta pul əskinası) 15 ədədini satış məqsədilə dayısı oğlu Şahid1 vermiş, qalan 25 ədəd saxta pul əskinası isə xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində yaşadığı Masallı rayonu Şıxlar kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlədən aşkar edilərək, götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmünün ləğv edilməsini,cinayət işinin yenidən araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu cinayət işində digər şəxslərin iştirakı olması faktı müstəntiq tərəfindən tam araşdırılmamışdır. Yəni saxta dollrları ona verən Səbuhi Abbasov məsuliyyətə cəlb olunmamışdır.ona görə də hesab edir ki, istintaq tərəfindən işin halları tam araşdırılmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X3 apellyasiya şikayətinin təmin olunmamasını, Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmünün ləğv edilməsini, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da apellyasiya şikayətinin təmin edilməsinə, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasına əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi,zərərçəkmiş şəxsin ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir.İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində də onun barəsində bəraət hökmünün çıxarılmasını deyil, cinayətin digər iştirakçısının, saxta dolları ona verən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün işin ibtidai araşdırmaya prosessuao rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 1(050)-137/2024 saylı, 08 iyul 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar