Məhkəmə qərarları › İş №1(106)-816/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-816/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-816/2024 14.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmü (sədrlik edən X7,hakimlər X6 və X1 ibarət tərkibdə) ilə, Təqsirləndirilən şəxs, xx xxx 1994-cü ildə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan şəhəri, SMD-42 qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2023-cü ildən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadonun, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddə olan tramadol hidroxloridin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan sözü gedən maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadonun, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddə olan tramadol hidroxloridin Beyləqan rayonu, Əhmədli kəndi ərazisindəki qəbiristanlıqdakı ağacın altında gizlədilməsi barədə 23 may 2023-cü il tarixdə onun istifadəsində olan “Realme” markalı mobil telefonda +**********93 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” tətbiqinə İran İslam Respublikasının operatoruna məxsus olan +**********22 saylı mobil nömrə vasitəsilə mesajlar göndərərək məlumat verdikdən sonra o, həmin maddələri əldə etmək məqsədilə idarə etdiyi “Mercedes-Benz” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 23 may 2023-cü il tarixdə, saat 22:50 radələrində Beyləqan rayonu, Əhmədli kəndinin ərazisindəki qəbiristanlığın yaxınlığına gəlib, avtomobili orada saxlayıb qəbiristanlığa daxil olaraq qəbiristanlıqdakı ağacın altında gizlədilmiş içərisində külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadon, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə tramadol hidroxlorid olan bir ədəd narıncı rəngli kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək əlində saxlamaqla daşıyarkən yaxınlıqda polis əməkdaşlarının olmasını görüb məsuliyyətdən yayınmaq üçün əlindəki həmin kisəni yerə ataraq qaçarkən həmin gün saat 22:55-də Beyləqan rayonu, Əhmədli kəndi ərazisində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilib həmin əraziyə daşınaraq gətirilmiş içərisində külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadon, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə tramadol hidroxlorid olan narıncı rəngli bir ədəd kisə ondan götürülüb, içərisinə baxış keçirilərkən həmin kisəni içərisindəki bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada üç ədəd üzəriləri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1466,0 qram, 1309,2 qram, 1647,3 qram, ümumi təmiz çəkisi 4422,5 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada üç ədəd üzəriləri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 692,5 qram, 1671,0 qram, 1776,2 qram, ümumi təmiz çəkisi 4139,7 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, üzərində “Methadone 40” markalanma göstəricisi olan hər konvalyutda 10 ədəd olmaqla 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni olan üzərilərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 2 qram külli miqdarda narkotik vasitə metadon, üzərində “Tee- Doll 225 (Tramadol Hydrochloride)” markalanma göstərici olan hər konvalyutda 10 ədəd olmaqla 10ədəd konvalyutda ümumilikdə 100 ədəd, üzərilərində “225” yazısı həkk olunmuş tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni olan 100 ədəd tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 22,5 qram külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxlorid aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmünün ləğv edilməsini, X4 barəsində bəraət hökmünün çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Müdafiə tərəfi olaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmü ilə razı deyilik. Hökm çıxarılarkən təqsirləndirilən şəxsin xeyrinə olan heç bir xüsusat nəzərə alınmamış, hər hansı bir mötəbər sübutla təsdiq olunmayan hallara əsasən hüquqlarını müdafiə etdiyi şəxs barəsində ittiham hökmü çıxarılmışdır. Hətta hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs ifadəsi məhkəmə hökmündə təhrif olunmuş şəkildə əks olunmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxsə AR CM-nin 234.4.1. və 234.4.3-cü maddələrinə əsasən elan edilmiş ittihamla bağlı nəzərinizə çatdırmaq istəyirəm ki, Təqsirləndirilən şəxs ifadəsindən də göründüyü kimi o, şəxsi istifadəsi üçün təxminən 10 qram narkotik vasitə əldə etmək niyyətində olmuşdur. Yəni qəbiristanlıqdakı bağlamalardan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət törətməmişdir. Çünki onun narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən mötəbər sübutlar istintaq orqanı tərəfindən toplanmamış və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefonunda, mobil nömrəsində narkotik vasitələrin satışını təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. İstintaq orqanı tərəfindən və məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs, yəni istehlakçı müəyyən edilməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması, onunla əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə əldə etmiş və satmış şəxslər də aşkar edilməmişdir. Şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə olan SMS yazışmalarından da göründüyü kimi o, öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə yazışmışdır. Qeyd edilən hallar Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmək niyyətinin olmadığını bir daha təsdiqləyir. Yəni Təqsirləndirilən şəxs yalnız ehtimallara əsasən, Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı və məhkəmə tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin və psixotrop maddənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdır. Məhkəmə isə qeyd edilənləri nəzərə almadan hüquqlarını müdafiə etdiyim şəxs barəsində ittiham hökmü çıxarmışdır. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət işi materiallarında isə bu halların heç biri mövcud deyil. Hətta Təqsirləndirilən şəxs ifadəsindən göründüyü kimi o qəbiristanlığa girib, 1-2 addım atdıqdan sonra qorxub geri qayıdarkən qaranlıqda nəsə gəldiyini hiss eləyib qaçmışdır. Yəni o oradakı narkotik vasitəyə ümumiyyətlə toxunmamışdır. Onun üzərində də narkotik vasitə olmamışdır. Bundan başqa qeyd etmək istəyirəm ki, məhkəmə hökm çıxararkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra 23:01-dən başlayaraq şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən ona göndərilən səs yazılarına da mötəbər sübut kimi istinad etmişdir. Lakin bununla bağlı bildirmək istəyirik ki, Təqsirləndirilən şəxs 8 kq narkotik vasitəni qəbul edəcəyinə dair SMS yazmamışdır. Buna görə də şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən göndərilən səs yazıları mötəbər sübut kimi nəzərə alınmamalıdır. Çünki Təqsirləndirilən şəxs 8 kq narkotik vasitə götürmək üçün oraya gedəcəyini təsdiq etməmişdir. Ümumiyyətlə İİR vətəndaşı da ona 8 kq narkotik vasitə göndərəcəyini saxlanılmazdan öncə yazmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə +**********22 saylı İran İslam Respublikasının domen kodu ilə olan mobil nömrədən saat 22:02-də “Qaqa 20 dənə daşdı, 10 dənə otdu, otu prob elə mənə de, yaxşıdı ya yavadı, qadasını alım” məzmunlu səs yazısı göndərilmişdir. Yəni səs yazısının məzmunundan da göründüyü kimi İİR vətəndaşı olan şəxs Kanan Muradlıya narıncı rəngli kissədə külli miqdarda narkotik vasitə göndərəcəyini bildirməmişdir. Hətta Təqsirləndirilən şəxs “prob” etdikdən sonra yaxşı yoxsa, pis olmağı haqqında rəy bildirməyi də tapşırır. Lakin hüquqlarını müdafiə etdiyim şəxs saat 22:55-də saxlanıldıqdan sonra İİR vətəndaşı ona gah 4 kq, gah 4-5 kq, gah da 8 kq narkotik vasitə göndərdiyini, niyə bir xəbər etmədiyini yazır. Bu da bir daha təsdiqləyir ki, hüquqlarını müdafiə etdiyim şəxsin narıncı rəngli kissədə külli miqdarda narkotik vasitə göndəriləcəyindən xəbəri olmamışdır. O, yalnız şəxsi istifadəsi üçün narkotik vasitə götürməyə getmişdir. Həmçinin göndərilən səs yazılarının məzmunundan da göründüyü kimi İİR vətəndaşı həqiqətən də Təqsirləndirilən şəxs aldatmağa cəhd etmişdir. Bu zaman sual yaranır ki, heç bir mötəbər sübut olmadığı, əksinə təkzib edici subutlar olduğu halda məhkəmə hansı əsasla Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etdiyi qənaətinə gəlmişdir? Əgər həqiqətən Təqsirləndirilən şəxs narıncı kisədəki narkotik vasitələrdən məlumatı olsaydı İİR vətəndaşı öncədən ona bu haqda ona məlumat verər, hətta “prob” etdikdən sonra yaxşı yoxsa, pis olmağı haqqında rəy bildirməyini tapşırmazdı. Bundan başqa “şəxsi axtarış, baxış və götürmə haqqənda” xx.xx.2023-cü il tarixli protokoldan da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən ertirafedici ifadə verməmişdir. O, narıncı kisənin içindəkilərdən xəbərinin olmadığını, yalnız öz şəxsi istifadəsi üçün 10 qram narkotik vasitə götürməyə gəldiyini, İİR vətəndaşının onu aldatdığını, bu qədər kütləyə görə riskə getməyəcəyini bildirmişdir. Hətta buna dair telefonunda yazışma olduğunu, yalnız 10 qram narkotik vasitə üçün gəldiyini təkrar-təkrar bildirmişdir. Həmçinin etiraz əlaməti olaraq qablaşdırılmış narkotik vasitə olan kisənin üzərini imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs telefonu polis əməkdaşlarına könüllü təhvil verməsi, mesajlara baxılmasını xahiş etməsi belə bir daha təsdiqləyir ki, o səmimi şəkildə ifadə verir. Nəzərinizə çatdırmaq istəyirəm ki, qeyd edilən xüsusatların hər biri Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1. və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətmədiyini təsdiq etdiyi kimi, AR CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli də törətdiyini təkzib edir. Çünki bu xüsusatlardan göründüyü kimi təqsirləndirilən şəxs narkotik vasitələr ilə yanaşı güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz satışı ilə məşğul olmamışdır. Yəni Təqsirləndirilən şəxs ümumiyyətlə qanunsuz satış məqsədilə narkotik vasitə, psixotrop maddə və ya narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri əldə etməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsə AR CM-nin 32.5. və 206.2-ci maddəsinə əsasən elan edilmiş ittihamla bağlı isə nəzərinizə çatdırmaq istəyirəm ki, Təqsirləndirilən şəxs nəinki qaçaqmalçılıq cinayəti törətmək, ümumiyyətlə bu cinayətin törədilməsinə kömək belə etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs niyyəti İran İslam Respublikası vətəndaşından öz istifadəsi üçün narkotik vasitə almaq olmuşdur. Təqsirləndirilən şəxs isə öz istifadəsi üçün almaq niyyətində olduğu narkotik vasitəni götürmək üçün Beyləqan rayonu, Əhmədli kəndinin ərazisindəki qəbiristanlığa getmişdir. İş materiallarında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirildiyin, yəni dövlət sərhəddindən keçirilərək Beyləqan rayonu ərazisinə yerləşdirilməsindən Təqsirləndirilən şəxs məlumatı olduğunu təsdiqləyən heç bir sübut yoxdur. Onlar arasında baş tutmuş danışıqda belə narkotik vasitənin dövlət sərhəddindən keçirilməsinə dair heç bir sms, səs yazısı yoxdur. Yəni Təqsirləndirilən şəxs İİR vətəndaşına məxsus mobil nömrə vasitəsi ilə əlaqə saxlaması narkotik vasitənin məhz İran İslam Respublikası ərazisindən keçirilərək Beyləqan rayonu ərazisində yerləşdirməyi mənasına gəlmir. Yəni Təqsirləndirilən şəxs barəsində yalnız ehtimallar əsasında AR CM-nin 32.5 206.2-ci maddələrinə əsasən ittiham hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olduğunu fərz etsək belə, onun əməli məhkəmə tərəfindən yalnış tövsif olunmuşdur. Belə ki, onun əməli AR CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2 maddələrindən AR CM-nin 29 və 234.1-1-ci maddələrinə tövsif olunmalı idi. Belə ki, AR CM-nin 234.1-1-ci maddəsinin dispozisyasına nəzər yetirsək, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. AR CM-nin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Yəni hüquqlarını müdafiə etdiyim şəxs şəxsi istifadəsi məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməyə cəhd etmiş, lakin bunu başa çatdıra bilməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçsinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətin təmin olunması, onun barəsində bəraət hökmünün çıxarılması barədə qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X5 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol,telefon danışıqlarına baxış protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmünün ləğv edilməsini, X4 barəsində bəraət hökmünün çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxırılması üçün əsas vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol,telefon danışıqlarına baxış protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin iş matariallarından görünür ki, təqsirləndirilən şəxs İran vətəndaşı ilə narkotik vasitənin göndərilməsi barədə çoxsaylı telefon danışıqları aparmış,23 may 2023-cü il tarixdə narkotik vasitəni götürmək üçün qəbiristanlığa gedib narkotik vasitəni götürüb daşıyarkən polis əməkdaşları tərəfindən yaxalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər- yəni Təqsirləndirilən şəxs ümumiyyətlə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçim qismində iştirakının olmaması, Təqsirləndirilən şəxs iranlı ilə yalnız 10 qram qurudulmuş marixuana əldə etmək üçün həmin yerə getməsi, külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin Təqsirləndirilən şəxs aidiyyatının olmaması, əməlində cinayət tərkibinin olması fərz edisə belə Təqsirləndirilən şəxs əməlinin CM-nin 29,234.1-1-ci maddəsi ilə tövsif edilməli olması barədə dəlilləri əsassız olduğundan, cinayət işinin materialları ilə təzkib edildiyindən təmin edilməməlidir. Belə ki, iş materillarından, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, iran vətəndaşı 22 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edərək Beyləqan rayonu ərazisinə marixuana atacağını, marixuananı atdıqdan sonra ona məlumat verəcəyini bildirərək 80 manat pul atmasını demiş,Təqsirləndirilən şəxs həmin şəxslə razılaşaraq malı götürdükdən sonra pulu atmaq barədə razılaşmışdır. Başqa sözlə əvvəlcədən İran vətəndaşı ilə qaçaqmalçılıq yolu ilə göndəriləcək narkotik vasitəni götürməyi və pulu sonra göndərməsi barədə vəd vermişdir. Həmçinin cinayət işinin materiallarından, əməliyyat tədbirində iştirak edən polis əməkdaşlarının ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə Beyləqan Rayonu Əhmədbəyli kəndində yerləşən qəbiristanlıqda ağacın dibindən bir ədəd kisəni götürmüş, Təqsirləndirilən şəxs saxlamaq istəyərkən sonuncu kisəni yerə atıb məhəccərin üstündən atlayıb qaçmaq istəyərkən ilişib yerə yıxılmış, bundan sonra Kənanı saxlamışlar. Başqa sözlə şahid ifadələrindən də göründüyü kimi Təqsirləndirilən şəxs Beyləqən rayonu Əhmədbəyli kəndində yerləhən qəbiristanlıqda iran vətəndaşı tərəfindən göndərilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddə və güclü təsir edən maddələri əldə etmiş, daşıyıb hadisə yerindən qaçmaq istərkən polis əməkdaşları tərəfindən yaxalanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2024 saylı, 17 iyul 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar