Məhkəmə qərarları › İş №1(106)-83/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-83/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-83/2025 06.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X3 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, X12, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X8 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X13, Təqsirləndirilən şəxs1 ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 145.2.4, 145.2.5, 145.2.6, 186.2.1 və 186.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilinmələrinə dair Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(056)-64/2024 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(056)-64/2024 nömrəli hökmü (hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi) ilə xx.xx.1979-cu il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu, Çığırğan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi üzrə təqsirli bilinib cinayət məsuliyətinə cəlb etmə müddəti keçdiyi üçün CPM 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə, CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla, ona qəti olaraq 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmlə, həmçinin Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ Təqsirləndirilən şəxs1 irəli sürülən ittihama görə o, Sabirabad rayonu, Çığırğan kənd sakini, qonşusu Zərərçəkmiş şəxs2 qardaşı oğlu X16 ilə arvadı X4 intim münasibətdə olmasından şübhələnib, buna görə Zərərçəkmiş şəxs2 və onunla birlikdə yaşayan qardaşı arvadı Zərərçəkmiş şəxs1 qisas almaq, onları yaşadıqları həmin mənzildən köçürmək məqsədilə əmlaklarını qəsdən məhv etmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün 20 mart 2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus həmin kənddə 0,4 hektar torpaq sahəsində 07 mişar daşı üzərində tikilmiş, 01 mərtəbəli, 07 otaqlı, yan və arxa hissəsi dəmir şiferlərdən tikilmiş çardaqdan ibarət olan fərdi yaşayış evində heç kəsin olmadığına əmin olduqdan sonra, evin pəncərəsinin şüşəsini sındırmaqla, özü ilə əvvəlcədən gətirdiyi əski topasını yandırıb, evin dəhlizinə girişdən üzbəüz yerləşən yaşayış otağının sağ tərəfində qoyulmuş divan olan zonaya atmış, kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən yanğın baş vermiş, nəticədə 8000 (səkkiz min) manat nağd pulu, dəyəri 1440 (bir min dörd yüz qırx) manat olan 01 ədəd dairəvi formalı, üzərində 03 ədəd qiymətli qaş olan 18 qram çəkidə 583 əyarlı qızıl üzüyü, dəyəri 560 (beş yüz altmış) manat olan 02 ədəd dairəvi formalı, qırmızı qaşlı 07 qram çəkidə 583 əyarlı qızıl sırğaları, dəyəri 300 (üç yüz) manat olan 01 ədəd 2017-ci il istehsalı Beko markalı 07 kiloqramlıq paltaryuyan maşını, dəyəri 100 (bir yüz) manat olan 01 ədəd 2019-cu il istehsalı Samsung markalı tozsoranı, dəyəri 60 (altmış) manat olan 01 ədəd 2020-ci il istehsalı elektriklə işləyən Eurolux markalı ətçəkən maşını, dəyəri 35 (otuz beş) manat olan 01 ədəd Luxell markalı ev qızdırıcısını, ümumi dəyəri 60 (altmış) manat olan 01 ədəd buxarla işləyən və 01 ədəd elektriklə işləyən Philips markalı ütüləri, dəyəri 15 (on beş) manat olan 01 ədəd Car Fan markalı sərinkeşi, dəyəri 120 (bir yüz iyirmi) manat olan 01 ədəd Rnest markalı sobanı, dəyəri 60 (altmış) manat olan 01 ədəd Arzum markalı elektrikli samovarı, dəyəri 450 (dörd yüz əlli) manat olan 01 ədəd Sony markalı fotoaparatı, dəyəri 900 (doqquz yüz) manat olan 01 ədəd Sony markalı videokameranı, dəyəri 70 (yetmiş) manat olan 01 ədəd kompyuter stolunu, dəyəri 30 (otuz) manat olan 01 ədəd Philips markalı ev telefonunu, ümumi dəyəri 2500 (iki min beş yüz) manat olan 20 ədəd yataq dəstini, ümumi dəyəri 200 (iki yüz) manat olan 05 ədəd yorğanı, ümumi dəyəri 400 (dörd yüz) manat olan 20 ədəd yastığı, ümumi dəyəri 150 (bir yüz əlli) manat olan 06 ədəd ədyalı, ümumi dəyəri 700 (yeddi yüz) manat olan 14 ədəd çexol dəstini, ümumi dəyəri 500 (beş yüz) manat olan 20 ədəd nalçanı, ümumi dəyəri 100 (bir yüz) manat olan 07 ədəd hamam dəstini, ümumi dəyəri 450 (dörd yüz əlli) manat olan müxtəlif növlü parçaları, ümumi dəyəri 60 (altmış) manat olan 06 ədəd süfrəni, ümumi dəyəri 300 (üç yüz) manat olan 06 ədəd taxt üçün örtüyü, ümumi dəyəri 110 (bir yüz on) manat olan 04 ədəd süfrəni, 15 ədəd stəkan və əl-üz dəsmalını, ümumi dəyəri 500 (beş yüz) manat olan 100 kiloqram yunu, ümumi dəyəri 2400 (iki min dörd yüz) manat olan daxilində geyim əşyaları ilə birlikdə 02 ədəd dolabı, ümumi dəyəri 1000 (min) manat olan daxilində geyim əşyaları və qab-qacaq ilə birlikdə 04 ədəd sandığı, dəyəri 100 (bir yüz) manat olan 01 ədəd güzgülü dolabı, ümumi dəyəri 300 (üç yüz) manat olan 02 ədəd jurnal masası və 02 ədəd kreslonu, ümumi dəyəri 280 (iki yüz səksən) manat olan 02 ədəd yatağı, ümumi dəyəri 400 (dörd yüz) manat olan 02 ədəd divanı, dəyəri 200 (iki yüz) manat olan 01 ədəd taxtı, dəyəri 140 (bir yüz qırx) manat olan 01 ədəd mətbəx stolunu, ümumi dəyəri 1800 (bir min səkkiz yüz) manat olan 04 ədəd masa və 24 ədəd stulu, ümumi dəyəri 160 (bir yüz altmış) manat olan 04 ədəd çamadanı, ümumi dəyəri 2500 (iki min beş yüz) manat olan 10 ədəd karniz, pərdə və çilçırağı, ümumi dəyəri 4000 (dörd min) manat olan 15 ədəd xovlu və 08 ədəd xovsuz xalçaları, 04 ədəd kilim, 06 ədəd palaz xalçaları, ümumi dəyəri 2410 (iki min dörd yüz on) manat olan 05 ədəd qəhvədan, 04 ədəd çaynik, 09 ədəd podnos, 05 ədəd ləyən, 06 ədəd meyvə qabı, çəngəl, bıçaq, qaşıq dəsti, 250 ədəd stəkan, 02 ədəd qazan dəsti, 39 ədəd qənd qabı, 20 ədəd duz qabı, 05 ədəd güldan, 02 ədəd çay servisi, 02 ədəd dolça dəsti, 450 ədəd boşqab, 70 ədəd kasa, 200 ədəd nəlbəkini, ümumi dəyəri 2600 (iki min altı yüz) manat olan 07 ədəd gödəkcəni, 15 ədəd jaket, 03 ədəd palto, 01 ədəd xəz dərili paltonu, ümumi dəyəri 680 (altı yüz səksən) manat olan ayaqqabı və geyimləri, ümumi dəyəri 500 (beş yüz) manat olan suvenir, bəzək əşyası və ətirləri, ümumi dəyəri 172 (bir yüz yetmiş iki) manat olan ərzaq məhsullarını, ümumi dəyəri 150 (bir yüz əlli) manat olan 02 ədəd su nasosunu və 3 metr uzunluğunda rezin boruları, ümumi dəyəri 1500 (bir min beş yüz) manat olan kompot, şoraba və mürəbbədən ibarət olan ərzaq məhsullarını yandırmaqla 39462 manat, fərdi yaşayış evini yandırmaqla isə 12689 (on iki min altı yüz səksən doqquz) manat olmaqla cəmi zərərçəkmiş Zərərçəkmiş şəxs1 52151 (əlli iki min yüz əlli bir) manat məbləğində, habelə həmin mənzildə saxlanılan, Zərərçəkmiş şəxs2 məxsus dəyəri 560 (beş yüz altmış) manat olan 01 ədəd paxlava formalı, üzərində 05 ədəd qiymətli qaş olan 07 qram çəkidə 583 əyarlı qızıl üzüyü, dəyəri 640 (altı yüz qırx) manat olan 02 ədəd paxlava formalı, 08 qram çəkidə 583 əyarlı qızıl sırğaları yandırmaqla sonuncuya 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vurmuş, bundan əlavə 19 may 2022-ci il tarixdə gecə saat 03 radələrində eyni niyyətlə Sabirabad rayonu Çığırğan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yandırılmış fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən 02 otaqlı, 28 kv metr ölçüdə yardımçı tikilini və orada yerləşən, ot tayalarının saxlanması üçün istifadə olunan talvarı istintaqa məlum olmayan üsulla, kənardan gətirdiyi od mənbəyi ilə yandırmış, nəticədə ümumi dəyəri 1500 (bir min beş yüz) manat olan 300 ədəd yonca ot tayasını, dəyəri 350 (üç yüz əlli) manat olan “Dnepr” markalı soyuducunu, dəyəri 190 (bir yüz doxsan) manat olan tikiş maşınını, dəyəri 80 (səksən) manat olan “AR” markalı çörəkbişirən sobanı, ümumi dəyəri 300 (üç yüz) manat olan 3 dəst yorğan döşək dəstini, dəyəri 200 (iki yüz) manat olan 01 ədəd xalçanı, dəyəri 200 (iki yüz) manat olan mətbəx dolab dəstini, ümumi dəyəri 150 (bir yüz əlli) manat olan daxilində qab-qacaq olan komodu, dəyəri 300 (üç yüz) manat olan 2022-ci il istehsalı olan “Shivaki” markalı televizoru, ümumi dəyəri 500 (beş yüz) manat olan iki ədəd divan dəstini, ümumi dəyəri 300 (üç yüz) manat olan 01 ədəd stol və 6 ədəd stul dəsti, dəyəri 150 (bir yüz əlli) manat olan qaz sobasını, dəyəri 80 (səksən) manat olan mətbəx stolunu, dəyəri 30 (otuz) manat olan maqnitofonu, ümumi dəyəri 200 (iki yüz) manat olan 02 ədəd qəhvədan, 02 ədəd çaynik, 06 ədəd qazan, 03 ədəd ləyən, çəngəl, bıçaq, qaşıq dəsti, 40 ədəd stəkan, 05 ədəd qənd qabı, 03 ədəd duz qabı, 03 ədəd güldan, 50 ədəd boşqab, 50 ədəd kasa, 50 ədəd nəlbəkini, ümumi dəyəri 40 (qırx) manat olan hər biri 3 metr uzunluğunda 2 ədəd pərdəni, ümumi dəyəri 60 (altmış) manat olan 03 ədəd yun ədyalı, ümumi dəyəri 200 (iki yüz) manat olan 02 ədəd gödəkcə, 05 ədəd jaket, 03 dəst ayaqqabını, dəyəri 80 (səksən) manat olan 3 gözlü qaz plitəsini, dəyəri 20 (iyirmi) manat olan 01 ədəd elektrikli çayniki yandırmaqla 4930 (dörd min doqquz yüz otuz) manat, yardımçı tikilini yandırmaqla 3252 (üç min iki yüz əlli iki) manat, ot tayalarının saxlanıldığı talvarı yandırmaqla isə 1596 (bir min beş yüz doxsan altı) manat olmaqla, cəmi Zərərçəkmiş şəxs1 9778 (doqquz min yeddi yüz yetmiş səkkiz) manat məbləğində, ümumilikdə isə vahid cinayət niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birlikdə 61929 (altmış bir min doqquz yüz iyirmi doqquz) manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını yandırmaqla qəsdən məhv etmişdir. Bundan başqa o, dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2021-ci ilin iyun ayında saat 21 radələrində Sabirabad rayonu Çığırğan kənd sakini X9 aldadaraq həmin kənddəki qəbiristanlığın yanına gətirmiş, orada sonuncunun təxminən 15 il əvvəl arvadı X1 bəhanə edib ondan qisas almaq niyyəti ilə ayağından zərbə endirməklə yerə yıxmış, daha sonra Təqsirləndirilən şəxs2 köməkliyi ilə üzərində gəzdirdiyi iplə Afər Əliyevin əl və ayaqlarını, əsgi parçası ilə isə ağzını bağlayaraq, qəbiristanlığın kənarı ilə axan su arxına atmış, istifadəsində olan mobil telefonu Təqsirləndirilən şəxs2 verərək baş verənləri videoya çəkilməsini təmin etməklə, orada təxminən 40 dəqiqə müddətində Afər Əliyevin üzərinə çıxmaqla arvadı ilə yaxın münasibətinin olmasını etiraf etməsini tələb edərək, baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən təpik, yumruq zərbələri ilə vurub fiziki ağrılar yetirməklə, bu hərəkətləri sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bundan əlavə o, təkrarən dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 aprel 2022-ci il tarixdə saat 20 radələrində Sabirabad rayonu Çığırğan kənd sakini Zərərçəkmiş şəxs4 çay içməyə dəvət etmək adı ilə aldadıb həmin kənddə yerləşən özünə məxsus fərdi yaşayış evinə çağırmış, orada, hərbi xidmətdə olduğu dövrdə sonuncuya etibar etdiyi ailəsinə lazımınca nəzarət etməməsi səbəbindən keçmiş arvadı X4 ona xəyanət edərək əxlaqsız həyat tərzi keçirməsini, habelə anası Şahid1 ilə intim münasibətlərinin olmasını bəhanə edərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs4 baş nahiyəsinə bir dəfə zərbə endirib yerə yıxmış, daha sonra Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs4 ayağını sintetik iplə bağlayıb hərəkətini məhdudlaşdırmış, istifadəsində olan mobil telefonu Təqsirləndirilən şəxs2 verərək baş verənləri videoya çəkilməsini təmin etməklə, hərəkətlərini dayandırması üçün Zərərçəkmiş şəxs4 yalvarışlarına məhəl qoymadan, sonuncuya yumruq, təpik, habelə silah qismində istifadə olunan oxlovla və Təqsirləndirilən şəxs2 gətirdiyi yun çubuğu ilə qəsdən çoxsaylı zərbələr endirməklə, hücumun xarakterinə görə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə Zərərçəkmiş şəxs4 sağ təpə nahiyəsində, sağ bazunun orta 1/3-də arxa səthdə, sol mil bilək oynağının bayır səthində səthi çapıqlar ilə müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarətlər yetirib, cinsiyyət orqanını çıxararaq Zərərçəkmiş şəxs4 üzərinə sidik ifraz edərək, sonuncunu təxminən 1 saat ərzində adam oğurluğu ilə bağlı olmayan qanunsuz olaraq azadlıqdan məhrum etmiş, sonradan Zərərçəkmiş şəxs4 evdən çıxıb getmək istəyərkən, onun qarşısını kəsərək, istintaqa məlum olmayan məişət təsərrüfat təyinatlı mətbəx bıçağını nümayiş etdirməklə, törətdiyi cinayət əməli barədə hüquq mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə onu və övladını öldürəcəyi barədə real əsaslara söykənən hədələr səsləndirərək, faktiki olaraq zərərçəkmiş şəxsin uzun müddət baş vermiş hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməsinin qarşısını almaqla sonuncunu və övladını öldürməklə hədələmişdir. Bundan başqa o, 21 iyun 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Sabirabad rayonu Çığırğan kəndində yerləşən fərdi yaşayış evində keçmiş arvadı X6, ona xəyanət etməsindən şübhələnməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı üz nahiyəsinə şillə ilə vurub döymüş, daha sonra Zərərçəkmiş şəxs3 arxasınca təqib edərək, qonşuluqda yaşayan kürəkəni Şahid4 məxsus evin həyətyanı sahəsində saçlarından tutub dartaraq yerə yıxmış, orada baş və bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqları ilə, həmçinin əlinə götürdüyü daş parçası ilə vuraraq, sonuncuya alın nahiyəsində yara, sol təpə-alın nahiyəsində, sağ çiyin qurşağı proyeksiyasında qançırlar, sağ və sol diz oynağının ön səthində sıyrıqlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, barəsində olan hökmün ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, ona istinad edilən maddələr ilə özünü təqsirli bilmir və təyin edilmiş cəza ilə razı deyil. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X17 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-nin 134, 145.2.4, 145.2.5, 145.2.6, 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Sabirabad Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlk növbədə qeyd olunmalıdır ki, məhkum edilmiş şəxs apellyasiya şikayətində həm təqsirlilik məsələsini, həm də ona cəza təyin edilməsi məsələsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-nin 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinə əsasən hədənin icra ediləcəyi üçün real əsaslar olduqda öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. CM-nin 145.2.4-cü maddəsində adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmənin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi; CM-nin 145.2.5-ci maddəsində eyni əməlin zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilməsi; CM-nin 145.2.6-cı maddəsində isə həmin əməlin silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədilməsi cinayət məsuliyyətinə səbəb olan əməllər kimi təsbit edilmişdir. CM-nin 186.2.1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmənin zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilməsi, CM-nin 186.2.2-ci maddəsində isə həmin əməlin yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsi və ya ağır nəticələrə səbəb olması cinayət məsuliyyətinə səbəb olan əməllər kimi təsbit edilmişdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Beləliklə, təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs1 istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 Əbdülhəsən oğlunun, X7, şahidlər Şahid5, Şahid4 ifadələri, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi, X20 Xidmətinin Muğan Regional X20 İdarəsinin 27 may 2022-ci il tarixli məktubu, yanğın-texniki ekspertizasının 18 iyul 2022-ci il tarixli 10/2903 nömrəli və 23 yanvar 2023-cü il tarixli 10/8392- 9/9186 nömrəli rəyləri, kompleks məhkəmə-psixiatrik, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3296 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 385 nömrəli və xx.xx.2022-ci il tarixli 390 nömrəli rəyləri, "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış aparılması haqqında 30 dekabr 2022-ci il tarixli və 19 yanvar 2023-cü il tarixli protokollar, habelə digər iş materialları ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 134, 145.2.4, 145.2.5, 145.2.6, 186.2.1 və 186.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs1 qeyd olunan maddələr ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına (CM-nin 134-cü maddəsi ilə cəza təyin edilməməsinə) dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 134, 145.2.4, 145.2.5, 145.2.6, 186.2.1 və 186.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 134, 145.2.4, 145.2.5, 145.2.6-cı maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs olunana kimi Sabirabad rayonu Çığırğan kəndində yaşamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmkəndliləri kimi tanımış, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Gülgəz yaşadığı evdə baldızı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamış, özü də həmin kənddə yaşasa da, ara-sıra Bakı şəhərində yaşamışdır. 19 mart 2022-ci il tarixdə Bakıdan kəndlərinə Novruz bayramını keçirmək üçün gəlmiş, həmin günü saat təxminən 16 radələrində kəndə çatmışdır. Evlərində həmin vaxtı heç kim olmamış, daha sonra çölə gedib əkin sahəsinə baxış keçirdikdən sonra saat 20 radələrində evə qayıtmışdır. Təxmini 22 radələrində xalası nəvəsi İrza və onun qaynı Qədirağa onun evinə qonaq gəlmiş, saat təxmini gecə 12 radələrində isə getmişdir. 20 mart tarixində saat 02 radələrində çay içməyə mətbəxə gedəndə Gülgəzgilin həyətindən evinə işıq düşdüyünü görmüş və çölə çıxdıqda evin yandığını görmüşdür. Dərhal telefonlarını götürüb dayısı Tarverdinin evinə getmiş, onu və arvadını oyadaraq məlumat vermişdir. Dayısı “sən yandırmamısan ki? onlar tərəfə getmə, səndən şübhələnəcəklər” deyə bildirmiş, o da geri qayıdaraq kanalın üzərində durub evin yanmasına baxmışdır. Sonra yenə dayısıgilə qayıtmış və həmin günü onun evində yatmışdır. Növbəti gün səhər saatlarında atası qəbrini ziyarət etdikdən sonra axşam 21 radələrində Bakıya qayıtmışdır. Xatırlamadığı təxminən aprel və ya may aylarında ot biçdirmək üçün yenidən kəndə gəlmiş və həmin günü təxmini 20 radələrində evə çatmışdır. Həmin vaxtı anası Gülnaz da evdə olmuş, sonuncu yatarkən birdən partlayış səsi kimi bir səs eşitmişdir. Həyətə düşdükdə Gülgəzin çiy kərpicdən hörülmüş evinin və evin yaxınlığındakı olan ot tayasının yandığını görmüş, hirslənərək bunun ona qarşı qurulmuş bir oyun olduğunu düşünmüşdür. Həmin günü keçmiş yoldaşı səhər saatlarında ona zəng edərək harda olduğunu soruşmuş, Bakıda olduğunu bildirdikdə, “səni izlətdirirəm, kənddəsən” deyə bildirmişdir. Daha sonra anası ilə mübahisə etmiş və sonuncuya, ona tələ qurmaq məqsədilə Gülgəzin evini yandırdıqlarını bildirmişdir. Həmin vaxt anası evdən çıxaraq harasa getmiş, özü isə qızının həyətinə getmişdir. Bir müddət sonra isə yaşadığı evə gəlmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 həmkəndlisi kimi tanımış, bir zamanlar yaxın dostu olmuşdur. Əsgərliyə gedən zaman öz ailəsini Rövşənə tapşırmış, 2022-ci ilin mart ayında arvadı ilə boşandıqdan sonra yoldaşı Minurə ona Rövşənin onun anası ilə cinsi əlaqəyə girdiyini bildirmişdir. Üstündən bir neçə gün keçdikdən sonra anası ilə söhbət zamanı sonuncu bunu etiraf etmişdir. Bir neçə gün keçdikdən sonra evdə oturarkən, axşam saat 20 radələrində Rövşənə zəng edib “boş olanda bizə gələrsən səninlə işim var” deyə bildirmiş, bir saat sonra Rövşən onun evinə gəlmişdir. Həmin vaxtı artıq sərxoş olmuş və bu zaman Rövşəndən, nə üçün anası barəsində pis fikirlər səsləndirdiyini soruşmuşdur. Rövşən isə bunu təkzib etmiş və bu zaman mübahisə düşmüşdür. Sonuncu ona “gijdıllaxsan sən nəsən” deyə bildirmiş, o da bundan əsəbiləşərək Rövşənin yaxasından tutaraq onu döymüşdür. Birinci növbədə boğazını sıxmış, daha sonra Samit evə gəlmiş və Rövşəni döydüyünü görmüşdür. Sonra Rövşəni tutmuş və Samit Rövşənin ayaqlarını bağlamışdır. Samit Rövşənin əllərini də bağlamaq istəsə də, Rövşən müqavimət göstərmiş, buna görə də Samit bağlaya bilməmişdir. Sonra Rövşəni həm yumruq, həm təpik, həm də sonradan Samitin gətirdiyi yun çubuğu ilə döymüşdür. Sonra hadisəni çəkməsi üçün telefonu Samitə vermişdir. Rövşəni təxminən bir saat döydükdən sonra əsəbi sakitləşməmiş və cinsiyyət orqanını çıxarıb onun üzərinə sidik ifraz etmişdir. Sonra əl ayaqlarını açıb getməsini bildirmiş, bu hadisə təxminən 1 saat davam etmişdir. Afəri isə həmkəndlisi kimi tanımış, onunla ədavəti olmamışdır. Təxminən bir ildən əvvəl axşam saatlarında Samit ilə birlikdə mağazaya gedərkən Afərin evlərinin yanında keçəndə sonuncunun səsini eşitmiş, Afərin onun barəsində kişi olmaması ilə bağlı ifadələr səsləndirdiyini xatırlamışdır. Sonra Samitə “get qəbiristanlığın yanında gözlə, Afəri gətirib ora gəlirəm” deyə bildirmiş, bir müddət sonra Afər evlərindən çıxmış və onunla söhbəti olduğunu bildirərək çağırmışdır. Qəbiristanlığın yanına gələndə, Afərdən niyə 15 ilə bundan əvvəl yoldaşına kənd ərazisində sataşdığını soruşmuş, sonuncu isə bunu təkzib etmişdir. Daha sonra Samitin yanında Afəri yumruq və təpiklərlə bərk şəkildə döymüş, sonra telefonu yenidən Samitə verərək, olanları videoya çəkməsini istəmişdir. Sonra Afərə getməsini bildirmişdir. Minurə isə həyat yoldaşı olmuş və onunla 1999-cu ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladları vardır və övladlarının ikisi evlənmişdir. 2008-ci ildə oğurluq cinayəti törətdiyi üçün 2 il müddətində azadlıqdan məhrum etmə cəzası almış və 2010-cu ildə həbsxanadan çıxaraq yenidən evinə gəlmişdir. Həmin ərəfələrdə Minurənin ona xəyanət etdiyini hiss etmiş, lakin bunu sübut edə bilməmişdir. Sonra təxminən 2 il müddətində Minurə ilə ayrı yaşamış, Bakıda yaşamağa başladıqdan sonra ayda 1-2 dəfə gəlib uşaqlarını görərək geri qayıtmışdır. Təxminən 2 il bundan əvvəl qızı Sevdanın qayınatasının hüzr mərasimində, qızı ona baldızı Vüsalənin, qardaşının pozğunun qızını aldığını dediyini bildirmişdir. Ondan niyə belə ifadə işlətdiklərini soruşduqda, mütəmadi olaraq anasının pozğun olduğunu bildirdiklərini demiş, sonradan Vüsalədən niyə belə danışdığını soruşduqda, sonuncu ona cavab verməmişdir. Sonra Vüsalə ilə Minurənin mübahisə etdiyini, Vüsalənin Minurəyə pozğun dediyini eşitmişdir. Minurədən Vüsalənin niyə belə sözlər işlətdiyini soruşduqda, sonuncunun ara vurmaq istədiyini bildirmiş, sonra isə onu yox, anası Gülnazı nəzərdə tutduğunu demişdir. Sonra Minurə ata evinə getmiş və o da xəyanət ilə bağlı araşdırma aparmışdır. 2022-ci ilin mart ayının 17-sində isə Minurə ilə boşanmışdır. Sonradan Minurəni çağırıb onun evində yaşamasını bildirmiş, o da razılaşaraq evə gəldikdən sonra özü Bakıya getmişdir. 21 iyun 2022-ci il tarixdə saat 15 radələrində Minurə ilə söhbət etmək üçün kəndə gəlmiş və onu yanına çağırmışdır. Ondan evin yanmasının nə məsələ olduğunu, onunla münasibətdə olan bir şəxsin adını verməsini istəmiş, lakin Minurə söhbəti uzatmamağı bildirmişdir. Bu zaman Minurənin saçından tutub sifətinə şillə ilə vurmuş, daha sonra Minurə evdən qaçaraq evin qapısını çöl tərəfdən bağlamışdır. Onun bu hərəkətinə əsəbiləşib evin pəncərəsindən düşərək arxası ilə getmiş və bu zaman qızı Sevinc də arxası ilə pəncərədən düşərək gəlmişdir. Minurənin qonşuluqda yaşayan kürəkəni Xəzər ilə sonuncunun həyətində söhbət etdiyini görmüş və ona evə gəlməsini bildirmişdir. Əsəbiləşib onun qolundan tutmuş və sonra saçından tutub yerə yıxmışdır. Sonrada onu təpik və yumruq ilə vurmağa başlamışdır. Minurənin başından təpik ilə vurduqdan sonra başı partlamış, sonradan onları qızları ayırmışdır. Daha sonra Minurə qaçıb qızı Sevdanın evinə getmiş, o da onun arxası ilə gedib evə girəndə Minurənin bıçaq götürdüyünü görmüş, sonuncu yaxın gələcəyi halda özünü və onu bıçaqlayacağını bildirmişdir. Əvvəl onun üzərinə gedib onu bıçaqlamasını bildirsə də, sonradan fikrini dəyişmiş və evə tərəf getmişdir. Bir müddət sonra isə onu polislər aparmışdır. Minurəni ona kiminlə xəyanət etdiyini bildirmədiyi üçün döymüş, həmçinin Gülgəzin evin kinin yandırdığını öyrənmək istəmişdir. Qeyd etmişdir ki, Minurəni daşla vurmamış, izahatında Minurəni öldürmək üçün gətirməyi, öldürmək üçün döyməsi ilə bağlı qeyd etdiklərinin həqiqət olmadığını, elə ifadələr səsləndirmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs1 məxsus evi yandırmamış, kimin yandırması barədə məlumatı olmamış, həm həmin hadisə günü, həm də Gülgəzin yardımçı tikilisinin və ot tayasının yandığı vaxtı kənddə evində olmuşdur. Təhqiqat araşdırması dövründə verdiyini izahatını yazarkən heç bir təzyiqə və zorakılığa məruz qalmadığını, həmin izahatı yazarkən, mənasını başa düşmədiyini qeyd etmiş, Gülgəzin evini yandıracağı ilə bağlı fikirlər səsləndirmədiyini göstərmişdir. Afər Əliyevi təxminən 1 il bundan əvvəl döymüş, hadisənin təxminən aprel ya may aylarında olduğunu qeyd etmişdir. Rövşəni təxminən 1 saat müddətində əlləri və qolları bağlı şəkildə evində zorla saxlamış, həmin vaxtı Samitin rolu hadisəni videoya çəkməkdən və Rövşənin əllərini bağlamaqdan ibarət olmuşdur. Afər Əliyevi döyərkən isə Samiti rolu hadisəni videoya çəkmək olmuş, sonuncunun ifadəsində Afərin döyülməsinə ona kömək etməsi ilə bağlı bildirdiklərinin, Afərin əllərini və qollarını bağlamasının, eyni zamanda onun üzərinə sidik ifraz etməsinin həqiqəti əks etdirmədiyini göstərmişdir. Həmin hadisə vaxtı əlində bıçaq olmamış, sadəcə Afərin sinəsinin üzərinə çıxaraq onu döymüş, lakin onu su kanalına atmamışdır. Şahid1 RPŞ-ya verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 02 otaqlı kərpic evi və ot tayası yandırıldıqdan sonra, “gördün camaatı necə bədbəxt edirlər” bildirməsi, həmin evi yandırmasını etiraf etməsi ilə bağlı göstərdiklərinin yalan olduğunu qeyd etmiş, həmin xüsusat ilə bağlı qızı Sevinc Səfərovanın da yalan danışdığını, Minurəni döydüyü zaman “gördün Firuzənin evini necə yandırıb başlarına oyun açdım, sənin də başına oyun açacam” deyə bildirmədiyini qeyd etmiş, Rövşəni döydüyü günü Samitin sonradan gəldiyini, Rövşəni döydüyü alətin evdə olan yun çubuğu olduğunu, onu başqa bir alətlə döymədiyini, Samitə Rövşəni döyəcəyi barədə əvvəlcədən məlumat vermədiyini göstərmişdir. Eyni zamanda, nə Rövşəni, nə də ki sonuncunun ailə üzvlərini öldürməklə hədələməmiş, anasını döyməmiş, 19 may 2022-ci il tarixdə yanğın söndürən avtomobillərin səsinə oyanaraq həyətə düşdükdən sonra anasını oyatdığını, daha sonra anasının evdən çıxıb getdiyini, dayısı gilə gedərək, həm dayısını və həm də onun arvadını oyatdığını, onlardan siqaret istədiyini, daha sonra isə evə gəldiyini qeyd etmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs4 yerə yıxıldıqdan sonra isə onun əl və ayaqlarını ip gətirərək bağladığını, sonradan Təqsirləndirilən şəxs2 evə gəldiyini, daha sonra Rövşəni döyən zaman sonuncunun əlləri açıldığından Samitə Rövşənin əllərini bağlamasını bildirdiyini, Samitin də ona köməklik edərək, Rövşənin əllərini yenidən bağladığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş digər Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 145.2.6-cı maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun bibisi oğludur. Təhmasibin Afərlə mübahisəsi olduğunu bilir, lakin həmin vaxtı o, orda olmamışdır. Belə ki, o, Təhmasiblə Afərin mübahisəsində orda olmamış, video çəklişi onun tərəfindən icra olunmamışdır. Təhmasiblə Rövşən isə uşaqlıq dostu olmuş, sonuncu əsgərliyə gedən zaman öz ailəsini Rövşənə tapşırmış, onlara nəzarət etmələrini istəmişdir. Təhmasib əsgərlikdən gəldikdən sonra onların dostluğu yenə də davam etmişdir. 2022-ci ilin aprel ayının 11- də saat təxminən 19 radələrində Təhmasib ona zəng edərək onunla işinin olduğunu, heç yerə getməməsini, ondan xəbər gözləməsini bildirmiş, təxminən 1 saat sonra zəng edib təcili olaraq onlara gəlməsini istəmişdir. Onun evinə getdikdə evdə heç kimin olmadığını, Təhmasibin yemək süfrəsi açdığını görmüş, sonuncu ona birlikdə yeyib içməyi təklif etmişdir. Daha sonra Təhmasib Rövşənə zəng edərək evə çağırmış və sonuncu evə çatdıqda o da orada olmuşdur. Daha sonra Təhmasib əsgər getdiyi zaman Rövşənin onun ailəsinə baxmadığı üçün arvadının pis yola düşməsi ilə bağlı, ona nəzarət etməməyi ilə ifadələr səsləndirmiş və Rövşənin arxa tərəfinə keçərək qolları ilə boğazından tutub başına bir neçə dəfə yumruqla vurmuşdur. Daha sonra ona ip gətirməsini bildirmiş, o da digər otaqdan bir neçə ədəd ağ rəngli ip gətirərək Rövşənin ayaqlarını iplə bağlamışdır. Rövşənin əllərini də bağlamaq istəsə də, Rövşən buna imkan verməmiş, sonra Rövşəni sürüyərək digər boş bir otağa aparmışlar. Həmin otağa keçəndən sonra Təhmasib telefonu ona verərək baş verənləri videoya çəkməsini bildirmiş, videoya çəkərkən Rövşən Təhmasibə yalvarsa da, Təhmasib onun bədəninin müxtəlif nahiyələrindən yumruq təpik və evdə olan oxlov ilə dəfələrə zərbələr endirmişdir. Sonra əsgərlikdə olan zaman anası ilə yaxın münasibətdə olması səbəbindən Rövşəni cəzalandıracağını bildirmişdir. Rövşən isə bunları təkzib etmiş, belə bir şeyin olmadığını qeyd etmişdir. Daha sonra oxlov sındığı üçün Təhmasib ona çubuq gətirməsini bildirmiş, o da həyətə düşüb yun çubuğunu gətirmişdir. Təhmasib həmin çubuqla Rövşəni döyməyə davam etmiş, daha sonra Təhmasib öz cinsiyyət orqanını çıxarıb Rövşənin üzərinə sidik ifraz etməyə başlamışdır. Sonra da ayağındakı ipi evdə olan bıçaqla kəsib getməsini bildirmiş və polisə şikayət edəcəyi halda onu və övladını öldürməklə hədələmişdir. Daha sonra orada bir müddət qaldıqdan sonra çıxıb getmişdir. Qeyd etmişdir ki, Təhmasib Rövşəni döyməsinə səbəb kimi əsgərlikdə olduğu zamanlarda Rövşənin onun anası ilə yaxın münasibətdə olduğunu əsas gətirmiş, həmin hadisə 2022-ci ilin aprel ayının 11-də saat təxminən 23 radələrində olmuşdur. Təhmasib Rövşəni təxminən 1 saat bağlı şəkildə saxlayıb döymüş, Təhmasibdən qorxduğu, həmçinin Təhmasib Afərin və Rövşənin onun namusuna sataşdığı əsas göstərib döydüyü üçün onları ayırmamış və hüquq mühafizə orqanlarına məlumat verməmişdir. X19 döyməsi zamanı isə olanları videoya çəkmiş və Təhmasibin köməkliyi ilə Afərin əl və ayaqlarını bağlamışdır. Gülgəzin evinin yandığı vaxt, təxminən Novruz bayramı ərəfəsində, gecə xatırlamadığı saatlarda Təhmasib gələrək Firuzəgilin evlərinin yandığını bildirmiş, o da qorxduğu üçün gedə bilməyəcəyini bildirmişdir. Daha sonra isə Təhmasib “mən də getməyim, deyəcəklər mən yandırmışam” deyə bildirib, çay içmiş, daha sonra isə siqaret çəkdikdən sonra getmişdir. Afər Əliyevi qanunsuz olaraq azadlıqdan məhrum etdikləri vaxt Təhmasibin əlində bıçaq olmamış və həmin hadisənin təxminən 40-45 dəqiqə davam etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təxminən 1980-ci illərdə Sabirabad rayonu, Çığırğan kəndində 40 sot torpağın içərisində 01 mərtəbəli 07 mişar daşı üzərində tikilmiş 05 otaqlı yan və arxa hissəsi dəmir şiferli çardaqdan, damı şiferdən, döşəməsi taxtadan, tavanı fanerka materialdan, 10 ədəd taxta materialdan pəncərələri olan, otaqlarından birinin divarları “oboy”, digərləri suvaqlı və boyalı olan, daxili qapıları taxta materialdan, giriş qapısı dəmir materialdan olan kürsülü, təmirli daşdan tikilmiş yaşayış evində ailə üzvlərilə birlikdə yaşamış, təxminən 12-13 il əvvəl qış aylarında hava temperaturu soyuq olduğu üçün, həmin 05 otaqlı daş evin yanında çiy kərpicdən ibarət 01 mərtəbəli 02 otaqlı ev tikmişdir. Yay aylarında ailə üzvləri ilə birlikdə 05 otaqlı daşdan hörülmüş, qış aylarında isə həmin evə bitişik çiy kərpicdən tikilmiş evdə yaşamışlar. 05 otaqlı mişar daşından hörülmüş evin həyətində hamam və tualet, evin içərisində 01 zal və 05 yataq otağı olmuş, həmin evdə baldızı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamışdır. 19 mart 2022-ci il tarixdə qaynı Sulduz dünyasını dəyişdiyi üçün baldızı Məlikova X10 qaynıgilin evində qalmalı olmuş, həmin tarixdə çiy kərpicdən hörülmüş evdə qalmışdır. Həmin gecə tək qalmamağı üçün yeznəsi Üzeyir Əhmədov ona qonaq gəlmiş, mart ayının 19-dan 20-nə keçən gecə saat 02 radələrində taqqıltı səsinə yuxudan oyanaraq evin həyətinə düşmüşdür. Evin həyətinə düşdükdən sonra yan tərəfinə keçmiş və daşdan hörülmüş 05 otaqlı evin qabaq tərəfinə keçmişdir. Həmin vaxt əvvəlcə yanğın hadisəsinin olduğunu bilməmiş, Novruz bayramı olduğu üçün uşaqların müxtəlif partlayıcı maddələrdən istifadə etdiyini zənn etmişdir. Bir müddət keçdikdən sonra evin qarşısından tüstünün qalxdığını görmüş və cəld şəkildə evin yan tərəfinə keçmişdir. Bu zaman evin yan tərəfində yerləşən pəncərənin sındığını və içərisindən alov qalxdığını görmüş, sonra alovun təsiri daha da şiddətlənmiş və nəticədə ev yanmağa başlamışdır. Cəld şəkildə digər evə tərəf qaçmış və Üzeyiri yuxudan oyatmış, sonuncu dərhal DİN-in “102” Zəng Xidmətinə və FHN-nin “112” Zəng Xidmətinə zəng edərək, məlumat vermişdir. Üzeyir eyni zamanda qudası İlham Əhmədova da məlumat vermiş, sonradan Salyan və Sabirabad rayonlarından Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən şəxsləri və polis əməkdaşları hadisə yerinə gələrək söndürməyə başlamışdır. Təxminən yaşayış evi 01 saat ərzində güclü küləyin təsiri ilə tamamilə yanmış, saat 06 radələrində yanğın artıq söndürülmüşdür. Nəticədə yanğın kərpicdən hörülmüş 02 otaqlı evə keçməmiş, lakin 05 otaqlı daşdan hörülmüş ev isə tamamilə yararsız hala düşmüşdür. Həmin evin yanması nəticəsində evdə olan müxtəlif əşyalar məhv olmuş, evin içərisində 02 ədəd “Qurani-Kərim” dini kitabları, ona və baldızı Firuzəyə məxsus 02 ədəd şəxsiyyət vəsiqələri və 02 ədəd doğum haqqında şəhadətnamə, 03 ədəd qayınanası, qayınatası və həyat yoldaşının ölüm şəhadətnamələri, 05 ədəd özəlləşdirmə çekləri, 1992-ci ilədək olan əmanət kitabçası, müxtəlif order və medalları, 02 ədəd torpaq aktı, 01 ədəd evin çıxarış sənədi, 8000 manat nağd pul, Firuzəyə məxsus ümumi dəyəri 1500 manat olan 01 ədəd paxlava formalı, üzərində 05 ədəd qiymətli qaş olan 07 qram çəkidə 583 əyarlı qızıl üzük, 02 ədəd paxlava formalı, 08 qram çəkidə 583 əyarlı qızıl sırğalar, özünə məxsus dəyəri 1500 manat olan 01 ədəd dairəvi formalı, üzərində 03 ədəd qiymətli qaş olan 18 qram çəkidə 583 əyarlı qızıl üzük, mənə məxsus dəyəri 700 manat olan 02 ədəd dairəvi formalı, qırmızı qaşlı 07 qram çəkidə 583 əyarlı qızıl sırğalar, 01 ədəd 500 manat dəyərində 2017-ci il istehsalı olan Beko markalı 07 kiloqramlıq paltaryuyan maşın, 01 ədəd 150 manat dəyərində 2019-cu il istehsalı olan Samsung markalı tozsoran, 01 ədəd 250 manat dəyərində 2020-ci il istehsalı olan elektriklə işləyən Eurolux markalı ətçəkən maşın, 01 ədəd 20 manat dəyərində Luxell markalı ev qızdırıcısı, ümumi dəyəri 250 manat olan 01 ədəd buxarla işləyən və 01 ədəd elektriklə işləyən Philips markalı ütülər, 01 ədəd 50 manat dəyərində Car Fan markalı sərinkeş, 01 ədəd 300 manat dəyərində Rnest markalı soba, 01 ədəd 200 manat dəyərinə Arzum markalı elektrik somavarı, 01 ədəd 500 manat dəyərində Sony markalı fotoaparat, 01 ədəd 1500 manat dəyərinə Sony markalı videokamera, 01 ədəd 100 manat dəyərində kompyuter stolu, 01 ədəd 70 manat dəyərində Philips markalı ev telefonu, ümumi dəyəri 2500 manat olan 20 dəst yataq dəsti, 05 ədəd ümumi dəyəri 200 manat olan yorğanlar, 20 ədəd ümumi dəyəri 500 manat olan yastıqlar, 06 ədəd ümumi dəyəri 600 manat olan ədyallar, 14 ədəd ümumi dəyəri 700 manat olan çexol dəstləri, 20 ədəd ümumi dəyəri 500 manat olan nalçalar, 07 ədəd ümumi dəyəri 100 manat olan hamam dəstləri, 450 manat dəyərində müxtəlif parçalar, 06 ədəd ümumi dəyəri 50 manat olan süfrələr, 06 ədəd ümumi dəyəri 480 manat olan taxt üçün örtüklər, ümumi dəyəri 110 manat olan 04 ədəd süfrə, 15 ədəd stəkan və əl-üz dəsmalları, ümumi dəyəri 500 manat olan 100 kiloqram yun, 02 ədəd ümumi dəyəri 2400 manat dəyərində içərisində paltarlar olan dolablar, 04 ədəd ümumi dəyəri 1000 manat olan içərisində paltarlar və qab-qacaqlar olan sandıqlar, 01 ədəd 100 manat dəyərində güzgülü dolab, ümumi dəyəri 300 manat olan 02 ədəd jurnal masası və 02 ədəd kreslolar, 02 ədəd ümumi dəyəri 140 manat olan yataqlar, 02 ədəd ümumi dəyəri 400 manat olan divanlar, 01 ədəd 190 manat dəyərində taxt, 01 ədəd 140 manat dəyərində mətbəx stolu, ümumi dəyəri 1800 manat olan 04 ədəd masa və 24 ədəd stullar, 04 ədəd ümumi dəyəri 400 manat olan içərisi paltarla dolu olan çamadanlar, 10 ədəd ümumi dəyəri 2500 manat olan karnizlər, pərdələr və çilçıraqlar, ümumi dəyəri 4000 manat olan 15 ədəd xovlu və 08 ədəd xovsuz xalçalar, 04 ədəd kilim, 06 ədəd palaz xalçalar, ümumi dəyəri 2410 manat olan 05 ədəd qəhvədanlar, 04 ədəd çayniklər, 09 ədəd podnoslar, 05 ədəd ləyənlər, 06 ədəd meyvə qabı, çəngəl, bıçaq, qaşıq dəstləri, 250 ədəd stəkanlar, 02 ədəd qazan dəsti, 39 ədəd qənd qabları, 20 ədəd duz qabı, 05 ədəd güldanlar, 02 ədəd çay servisi, 02 ədəd dolça dəsti, 450 ədəd boşqablar, 70 ədəd kasa, 200 ədəd nəlbəkilər, ümumi dəyəri 2600 manat olan 07 ədəd gödəkcə, 15 ədəd jaketlər, 03 ədəd palto, 01 ədəd xəz dərili palto, ümumi dəyəri 680 manat olan ayaqqabılar və geyimlər, ümumi dəyəri 500 manat olan suvenirlər, bəzək əşyaları və ətirlər, ümumi dəyəri 172 manat olan ərzaq məhsulları, ümumi dəyəri 250 manat olan 02 ədəd su nasosları və şlanqlar, ümumi dəyəri 1500 manat olan kompotlar, şorabalar və mürəbbələr yanmış və hamısı məhv olmuşdur. Nəticədə evin içərisində olan əmlakların yanaraq məhv olunmasına görə, ona ümumilikdə 39.352 (otuz doqquz min üç yüz əlli iki) manat, eyni zamanda evin şiferlərinin, qapı pəncərələrinin, tavan və döşəməsinin, bir sözlə təzə təmir elədiyim fərdi yaşayış evinin yandırılması nəticəsində ona 50000 (əlli min) manatdan artıq maddi ziyan dəymişdir. Toplam 89352 (səksən doqquz min üç yüz əlli iki) manat maddi ziyan dəymiş, sonradan qudası İlham Əhmədovun evinə gedərək onlarda yaşamağa başlamışdır. 19 may 2022-ci il tarixdə qudası gilin evində olan zaman sonuncu saat 02 radələrində onu yuxudan oyatmış və çiy kərpicdən hörülmüş 02 otaqlı evin həmçinin, evin həyətinin çöl hissəsində yerləşən və ona məxsus olan 300 bağdan ibarət olan yonca ot tayasının da, özünün çardağı ilə birlikdə yandırdıldığını bildirmişdir. Çiy kərpicdən hörülmüş 02 otaqlı evin və 300 bağdan ibarət olan yonca ot tayasının çardağı ilə birlikdə yandırılması nəticəsində ona ümumilikdə 5000 (beş min) manat maddi ziyan dəymişdir. Həmin hadisələrin qonşusu Təqsirləndirilən şəxs1 tərəfindən edildiyini düşünmüş, hadisədən 1 gün qabaq Təhmasib evlərinin qarşısına gəlmiş və onu hədələyərək, 24 saat vaxt verdiyini, “dağıdacam buranı, xaraba qoyacam, külünü sovuracam” deyə bildirmişdir. 20 mart tarixində ev yanan vaxtı çöldə olanda, qamış çəpərdən səs gəldiyini eşitmiş, sonradan Təhmasibin qızı Sevdanın digər qonşularla birlikdə gələrək “atam burdan qaçdı, evi o yandırıb” deyə bildirdiyini qeyd etmişdir. Sevdanın özü də, bir gün qabaq da Təhmasib həyətlərində evi yandıracağı ilə bağlı fikirlər səsləndirdiyini göstərmiş, istintaq vaxtı isə Sabirabad RPŞ İB-də müstəntiqin yanında ifadə verərkən, anası Gülnazın evi Təhmasibin yandırdığını etiraf etdiyini, bunu Təhmasibin özünün ona dediyini eşitmişdir. Qeyd etmişdir ki, Təhmasib dəfələrlə onu sözlə hədələmiş, yaşadığı evdən çıxıb getməyini tələb edərək, əks təqdirdə evi yandıracağını və onu buralardan sürgün edəcəyini bildirdiyini qeyd etmiş, baldızı Firuzə də bu barədə Qaragüney polis bölməsinə məlumat vermişdir. Təhmasib hadisədən 1 gün qabaq da evlərinin qarşısına gəlmiş və onu hədələyərək 24 saat vaxt verdiyini bildirmişdir. Evdə olan 8 min pul vəsaitini özlərinə sonradan ayaqyolu düzəltmək üçün özünə məxsus evin həyətyanı sahəsində yerləşən nar ağaclarından yetişən meyvələri satmaqla, daha sonra özlərinə məxsus mal-heyvəni satmaqla, həmçinin təxminən 100-dən artıq toyuq cücəni satmaqla yığmışdır. Bundan əlavə, 19 may tarixində evin və ot tayalarının yanması nəticəsində ona məxsus 600 manat dəyəri olan yeni “Dnepr” markalı soyuducu, 700 manat dəyəri olan antik tikiş maşını, 300 manat dəyəri olan “AR” markalı çörəkbişirən soba, ümumi dəyəri 300 manat olan 3 dəst yorğan döşək dəsti, 200 manat dəyəri olan 01 ədəd xalça, 400 manat dəyəri olan mətbəx dolab dəsti, ümumi dəyəri 500 manat olan içəri qab-qacaqla dolu komod, 300 manat dəyəri olan “shivaki” markalı televizor, ümumi dəyəri 300 manat olan iki ədəd divan dəsti, ümumi dəyəri 450 manat olan 01 ədəd stol və 6 ədəd stul dəsti, 200 manat dəyəri olan qaz sobası, 100 manat dəyəri olan mətbəx stolu, 50 manat dəyəri olan “maqnitofon”, ümumi dəyəri 200 manat olan 02 ədəd qəhvədan, 02 ədəd çaynik, 06 ədəd qazan, 03 ədəd ləyən, çəngəl, bıçaq, qaşıq dəsti, 40 ədəd stəkanlar, 05 ədəd qənd qabları, 03 ədəd duz qabı, 03 ədəd güldanlar, 50 ədəd boşqablar, 50 ədəd kasa, 50 ədəd nəlbəkilər, ümumi dəyəri 60 manat olan hər biri 3 metr uzunluğunda 2 ədəd pərdələr, ümumi dəyəri 60 manat olan 03 ədəd yun ədyallar, ümumi dəyəri 200 manat olan 02 ədəd gödəkcə, 05 ədəd jaket, 03 dəst ayaqqabı, dəyəri 200 manat olan 3 gözlü qaz plitəsi, 20 manat dəyəri olan 01 ədəd elektrikli çaynik məhv olmuş, evin şiferlərinin, qapı pəncərələrinin, tavan və döşəməsinin, 01 otaq, 01 mətbəx otağından ibarət olan fərdi yaşayış evinin yandırılması nəticəsində 5000 manat, ümumi dəyəri 1500 manat olan 300 ədəd yonca ot tayasının, dəyəri 2000 manat olan ot tayalarının saxlanıldığı talvarın yanması nəticəsində ona, ümumilikdə 13820 manat ziyan dəymişdir. Fərdi yaşayış evi 2009-cu il tarixdə çiy kərpicdən tikilmiş, 01 otaq, 01 mətbəx otağından ibarət olmuş, giriş, daxili qapısı, döşəməsi taxta materialdan, tavanı fanerka materialdan olmuş orta təmirli olmuşdur. İlkin ifadəsində həmin evin yanması nəticəsində ona 5 min manat ziyan dəydiyini qeyd etməsi ilə bağlı verilən suala cavab olaraq, ilk ifadəsində təkcə evin yandırılması nəticəsində ona 5 min manat ziyan dəydiyini, içərisindəki əşyalarla və ot talvarı ilə birlikdə qiymətini bildirmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs, həmçinin Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirərək ona sərt cəza verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Əbdülhəsən oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təhmasiblə qonşu olmuş və yoldaşının ona qohumluq əlaqəsi çatdığı üçün daimi olaraq onlara çoxlu köməklik etmişdir. Təqsirləndirilən şəxs2 isə Təhmasibin dayısı oğlu və kənd sakini kimi tanımışdır. 2022-ci ilin aprel ayının 11-də saat təxminən 20 radələrində yaşadığı evdə yemək yeyən zaman Təhmasib ona zəng edərək çay içmək üçün ev’ çağırmış və vacib işinin olduğunu bildirmişdir. Bundan sonra şirniyyat alaraq Təhmasibin evinə getmiş, evə daxil olduqda Samitin də orada olduğunu görmüşdür. Həmin vaxtı Təhmasib masanın üzərində olan araqdan təxminən 100 qram içib onunla söhbət etməyə başlamış və əsgər getdiyi zaman öz ailəsini ona tapşırdığını, lakin ailəsinə baxa bilmədiyini, yoldaşının pis yola düşdüyünü, nə üçün buna icazə verdiyini soruşmuşdur. O isə bunları təkzib edərək, daimi olaraq onlara nəzarət etdiyimi bildirmiş, daha sonra Təhmasib masadan qalxaraq onun arxa tərəfinə keçərək qolları ilə boğazından tutub başına bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. Həmin zaman Təhmasib dayısı oğlu Samitə digər otaqdan ip gətirməsini tapşırmış, Samit də digər otaqdan bir neçə ədəd ağ rəngli ip gətirmişdir. Daha sonra Təhmasib onu oturduğu stoldan yerə yıxmış və baş nahiyəsinə yenə də yumruqları ilə zərbələr endirmişdir. Samit isə onun üzərinə gəlib ayaqlarını iplə bağlamış, əllərini bağlamaq istəsə də, müqavimət göstərərək, buna imkan verməmişdir. Sonra onlar onu yerdə sürüyərək digər boş bir otağa aparmışlar və həmin otağa keçəndən sonra Təhmasib özünə məxsus mobil telefonu dayısı oğlu Samitə verib onu videoya çəkməsini bildirmişdir. Samit onu videoya çəkməyə başlamış, Təhmasibə yalvarıb ona heç bir şey etməməsini xahiş etsə, ailəsinə daimi olaraq nəzarət etdiyini bildirsə də, sonuncu onun sözlərinə məhəl qoymayaraq bədəninin müxtəlif nahiyələrindən yumruq təpik və evdə olan oxlov ilə dəfələrə zərbələr endirmişdir. Təhmasib onu döyən zaman oxlov sınmış və bu zaman Samitə ağac gətirməsini tapşırmışdır. Samit həyətə düşüb ağac gətirmiş, daha sonra həmin ağacla onun baş nahiyəsinə də vurmuşdur. Bu zaman başından qan açılmış və Təhmasib onu vurmaqdan əl çəkmişdir. Ondan nə üçün belə etdiyini soruşduqda, anası ilə münasibətdə olduğumu bildirib, namusuna sataşdığını demişdir. O isə bunları təkzib etmiş, lakin Təhmasib onu döyüb nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Bundan sonra Təhmasib ona yaxınlaşıb öz cinsi orqanını çıxarıb üzərinə sidik ifraz etməyə başlamış, o isə yalvararaq bu hərəkəti etməməsini bildirdikdə, sonuncu buna davam etmişdir. Daha sonra ayağındakı ipi bıçaqla kəsib getməsini bildirmiş, evdən çıxan zaman isə bu hadisə barəsində polisə şikayət edəcəyi halda, övladını, həmçinin onu öldürəcəyi ilə hədələmişdir. O da qorxduğu üçün onun barəsində şikayət etməmiş, olanlar barəsində isə heç kimə məlumat verməmişdir. Evə gedən zaman anası və yoldaşı üst başının qan içində olduğunu görüb nə baş verdiyini soruşmuş, o da Təhmasibin onu döydüyünü bildirmişdir. Daha sonra anası və yoldaşı Təhmasibin evinə gedib irad bildirdikdə, sonuncu onları da öldürməklə hədələyib həyətdən qovmuşdur. Qeyd etmişdir ki, Şahid1 ilə hər hansı münasibəti olmamış və hadisə vaxtı Samit onu vurmamışdır. Sabirabad RPŞ-yə verdiyi ifadəsində texniki yanlışlıq olaraq, Samitin onun əl və ayağını bağladığını bildirmiş, əslində isə Samit onun əllərini bağlamaq istəsə də, müqavimət göstərməsi səbəbindən bağlaya bilməmişdir. Təhmasib və Samit onu təxminən 1 saat ərzində saxlamış və sonradan xəstəxanaya müraciət etməmişdir. Niyə hüquq mühafizə orqanlarına müraciət etməməsi barədə verilən suala cavab olaraq, Təhmasibin evdən çıxarkən hüquq mühafizə orqanlarına müraciət edəcəyi halda onu və övladını öldürəcəyi ilə hədələdiyi üçün qorxub şikayət etmədiyini qeyd etmiş, ona qarşı bu hərəkətləri edən şəxs, bütün hərəkətləri edə bilər deyə düşünmüşdür. Təqsirləndirilən şəxs2 dediklərini təkzib edərək, Təhmasib evinə gedəndə Samitin artıq orada olduğunu və masada əyləşdiyini, həmin vaxtı saat 23 yox, 20 radələri olduğunu, onun ayaqlarını Təhmasibin yox, Samitin bağladığını, sonuncunun əllərini bağlamağa nail ola bilmədiyini, daha sonra oxlov qırılandan sonra gedib çöldən ağac gətirərək Təhmasibə verdiyini, evdən çıxarkən isə Təhmasibin onu videonu yayacağı hədəsi ilə yox, onu və övladını öldürməklə hədələdiyini, ayağındakı ipi bıçaq ilə kəsdiyi üçün, onun dediklərindən, ona qarşı belə hərəkət edən şəxsin hər bir hərəkəti edə biləcəyindən qorxaraq şikayət etmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs, həmçinin təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirərək onlara qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təxminən 1 il bundan əvvəl yəni, 2021-ci ilin iyun ayında axşam saat 21 radələrində yaşadığı evdə olan zaman Təhmasib onu evindən səsləyərək çağırmış, küçəyə çıxdıqda Təhmasib onunla işi olduğunu bildirib, onun kiməsə, Təhmasibin həyətindən göyərçin oğurladığını bildirdiyini demişdir. Lakin, o bunu təkzib etmiş, bu zaman Təhmasib ona kənara çəkilmələrini bildirmişdir. Onunla bu formada söhbət edə-edə kəndin qəbiristanlığına tərəf etmiş, oraya çatdıqda Təhmasib ona ailəsini dağıtdığını, arvadı ilə yaxın münasibətdə olduğunu bildirmişdir. O isə bunu yenə təkzib etmiş, daha sonra Təhmasib cibindən bıçaq çıxarıb onun boğazına dirəyərək eyni sözləri təkrar edərək, etiraf etməsini tələb etmişdir. O yenidən arvadı ilə heç bir münasibətinin olmadığını bildirmiş, bu zaman Təhmasib onun ayağından təpiklə vuraraq yerə yıxmışdır. Həmin vaxtı hava biraz yağışlı, yer isə palçıqlı olmuşdur. Təhmasib kənardan bir nəfəri də yanlarına çağırmış, həmin vaxt hava qaranlıq olduğu üçün şəxsin üzünü tam görməsə də, sonradan istintaq zamanı həmin şəxsin həmkəndlisi, Təhmasibin qohumu Təqsirləndirilən şəxs2 olduğunu anlamış, həmin şəxsin əlamətləri ona tam uyğun gəlmişdir. Həmin vaxt Təhmasib Samitə onun əl-ayağını bağlamalarını bildirmişdir. Təhmasib onun ağzını dəsmal kimi bir şey ilə, əllərini isə pres ipi ilə, Samit isə ayaqlarını pres ipi ilə bağlamış və birlikdə onu ətrafda olan su kanalına atmışlar. Həmin zaman su kanalında su olmamış, lakin yer palçıq olmuşdur. Daha sonra Təhmasib onun yanına gəlib bədəninin müxtəlif nahiyələrindən dəfələrlə təpik və yumruqla vuraraq döyməyə başlamış, bu zaman Samitə bütün bu hadisələri telefon ilə videoya çəkməsini bildirmişdir. Samit də hadisəni videoya çəkmiş, təxminən 30 dəqiqə Təhmasib onu döymüşdür. Daha sonra sinəsi üstümdə oturaraq onu əlləri ilə boğmağa çalışmış, həmin ərəfələrdə artıq özündən getmişdir. Özünə gəldikdə yenidən Təhmasib onu yumruqları ilə vurmağa davam etmiş, arvadı ilə münasibətdə olmağını etiraf etməsini istəmişdir. Daha sonra əlindəki bıçağı göstərib başını kəsəcəyini də demiş, lakin Təhmasibə başını kəssə belə, yalan danışmadığını bildirmişdir. Daha sonra Təhmasib onun əl və ayağında olan ipləri əlində olan bıçaqla kəsmiş və Samitlə birlikdə getmişlər. Təhmasib gedərkən ona, bu barədə hüquq mühafizə orqanlarına müraciət edəcəyi halda həmin videonu yayacağı ilə bağlı hədələmiş, o da sonradan evinə qayıtmışdır. Bugünə qədər isə Təhmasibin ona qarşı etdiklərini özünə yaşatmaq üçün onun barəsində şikayət etməmiş, məsələni onunla özü həll etmək istəmişdir. Qeyd etmişdir ki, həmin ipin kimə məxsus olduğunu və ya kimin cibindən çıxarıldığını dəqiq xatırlamasa da, pres ipi olmuş, hadisənin kimin telefonu ilə çəkildiyini dəqiq xatırlamamışdır. Təhmasibin əlindəki bıçağın ona məxsus olduğunu düşünmüş, lakin bıçağın xarici əlamətlərini qeyd edə bilməmişdir. Təhmasib onu həmin vaxtı təhqiramiz söyüşlərlə təhqir etmiş, lakin hər hansı alçaldıcı bir hərəkət etməmiş, Samit Təhmasib ilə əlbir olaraq onun ayaqlarını bağlamış, daha sonra onu su kanalına atmışlar. Samit həmin vaxtı onu döyməmiş, vurmamış və Təhmasibin arvadı ilə heç bir münasibətinin olmadığını göstərmişdir. Həmin hadisə təxminən 30 dəqiqə çəkmiş, döyülməsi barədə xəstəxanaya müraciət etməmiş və tibbi yardım almamışdır. Təhmasib onun başından, bədəninin müxtəlif nahiyyələrindən vurub xəsarət yetirmiş, hadisənin üzərindən bir ildən çox müddət keçdiyi üçün xəsarətlərinin izləri qalmamışdır. Təqsirləndirilən şəxs2 hadisə vaxtı kolluqlardan çıxmış və Təhmasib onu səsləyərək əli ilə çağırmışdır. Həmin vaxtı Təhmasib heç kimə zəng edib çağırmamış, Samit elə əvvəldən kənarda durmuşdur. Təqsirləndirilən şəxs2 dediklərini təkzib etmiş, Təhmasibin əlində bıçaq olduğunu, yumruq və təpiklərlə onu dəfələrlə döydüyünü və boğmağa çalışdığını qeyd etmişdir. Zərərçəkmiş şəxs, həmçinin təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirərək onlara qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, göstərmişdir ki, Təhmasibin keçmiş arvadı Minurə və qızı Sevinc ilə birlikdə yaşayır. Təhmasib doğma oğludur, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Firuzə və Gülgəzi qonşuları kimi tanımış, onlarla da heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Sonuncular ilə evləri arası çox yaxındır və sadəcə qamışdan bir çəpər vardır. Həyətləri çox rahat görünür. Sonradan 2022-ci ilin mart ayının 19-dan 20-nə keçən gecə Gülgəzə məxsus böyük evin yandırıldığını öyrənmiş, həmin ərəfədə Bakıda nəvəsi Natiqin yanında olmuşdur. Təhmasib də bildiyi qədər Bakıda olmuş, lakin onlarla yaşamamışdır. Evin yandığını ona növbəti gün gəlini Minurə zəng edib məlumat vermiş, həmin hadisədən iki gün sonra müdirdən icazə alaraq Sabirabad rayonuna yaşadığı evə gəlmişdir. Gülgəzgilin evlərinə baxış keçirmiş və evin tamamilə yanıb, yararsız hala düşdüyünü görmüşdür. Evə baxdıqdan sonra heç kimlə söhbət etməmiş və birbaşa Bakıya getmişdir. Həmin hadisədən təxminən 2 ay sonra isə Gülgəzin 02 otaqlı kərpic evi və ot tayası yandırılmış, həmin tarixdə evdə oğlu Təhmasib ilə birlikdə olmuşdur. Həmin tarixdə gecə saat 03 radələrində yatan zaman Təhmasib anidən qışqırmağa başlamış, o da sonuncunun yuxuda qorxduğunu düşünüb ona su vermişdir. Lakin, Təhmasib anidən onun yanından qaçaraq küçəyə çıxmış, təxminən üzərindən 15 dəqiqə keçmiş geri qayıtmışdır. Nə olduğunu soruşduqda heç bir şey deməmiş, lakin vəziyyəti yaxşı olmamış, sonra isə su içib yatmışdır. Səhər saatlarında isə, təxminən saat 11 radələrində Təhmasibin saxladığı göyərçinləri yemlədiyini görmüş, ona tərəf gələn zaman söhbət etməyə başlamışdır. Təhmasib “gördün camaatı necə bədbəxt edirlər” deyə bildirmiş, o da niyə belə dediyini soruşduqda, Gülgəzə məxsus evi və ot tayasını yandırdığını, həmin evdə zina olduğunu və evin xaraba qalmalı olduğunu bildirmişdir. O da sonradan ona heç bir şey deməmiş və sonra yenidən şəhərə qayıtmışdır. Qeyd etmişdir ki, Təhmasib dəfələrlə ona Gülgəz və Firuzənin qonşuluqda yaşaya bilməyəcəyini, onların didərgin salınmalı olduqlarını bildirmiş, sonuncu arvadı Minurə ilə Firuzənin qardaşı oğlu Zaurun münasibətlərinin olmasından şübhələnərək, “ailəmi dağıtdılar” deyə bildirmiş, bu səbəbdən Firuzəyə əsəbi olmuşdur. Təhmasib bir neçə il əvvəl ona arvadı Minurə ilə Zaurun cinsi münasibətdə olduğuna dair şübhələrinin olduğunu, guya Zaurun Firuzənin evinə gəldiyini və orada Minurə ilə görüşdüklərini bildirmiş, həmin vaxtdan daima Firuzəni buralardan didərgin salacağını bildirmişdir. Təhmasibin Gülgəzə məxsus evi və ot tayasını yandırdığını vaxtın tarixini tam xatırlamamış, təxminən sonuncunun böyük evinin yanmasından 2 ay sonra baş verdiyini qeyd etmişdir. Təhmasib və Gülgəz arasında ədavət və düşmənçilik olmamış, təxminən hadisədən bir müddət əvvəl Zaurun Firuzəgilin evlərindən çıxdığını görmüş, sonrada Minurənin də o istiqamətdən gəldiyini görmüşdür. Daha sonra isə Minurədən haradan gəldiyini soruşduqda, Minurə Xəzərgildən gəldiyini demişdir. Həmin tarixdən sonra Təhmasib Minurə ilə Zaurun münasibətlərinin olması ilə bağlı fikirlər səsləndirmişdir. Sonradan dəfələrlə Minurədən boşanmaq istəsə də, ona icazə verməmiş, təxminən 1 ay əvvəl İstintaq Təcridxanasında olarkən ona “mənim evimi sən yıxdın, qoymadın boşanam” deyə irad bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təkzib edərək, Gülgəzə məxsus yardımçı tikilinin və ot tayasının yandırıldığı gecə aralarında mübahisə olmadığını, evin yanmasını növbəti gün Təhmasibdən özündən eşitdiyini göstərmişdir. Əlavə olaraq, Təhmasibin Rövşən və Afəri döyməsi barədə məlumatı olmadığını, Təhmasib onu döymədiyini, incitmədiyini, ola bilsin ki, xəstə olduğu üçün səhvliklə elə ifadələr səsləndirdiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Rövşən doğma oğludur və onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 isə həmkəndlisi, həm də qohumu kimi tanıyır. 2022-ci ilin aprel ayının 11-ində saat 20 radələrində Rövşən evdə yemək yeyən zaman Təhmasib ona zəng edərək, öz evinə çağırmış, Rövşən Təhmasibə yemək yediyini desə də, Təhmasib israrla onu çağırmışdır. Rövşən də Təhmasibin evinə getmiş, təxminən 1 saat sonra geri qayıtmışdır. Rövşən evə daxil olan zaman qan içində olmuş, nə baş verdiyini soruşduqda, Təhmasib və qohumu Samitin onu döydüyünü bildirmişdir. Bundan sonra evdən çıxıb gəlini Məhluqə ilə Təhmasibin evinə getmiş və bu zaman sonuncunun bel ilə həyətdə gəzişdiyini görmüşdür. Nə üçün Rövşəni döydüyünü soruşduqda, sonuncu əsəbi şəkildə onları həyətdən qovaraq, öldürməklə hədələmişdir. Onlar da qorxduqları üçün dərhal ordan evə qayıtmışlar. Qeyd etmişdir ki, Təhmasib Rövşəni çay içmək üçün evinə çağırmış, orada Samit ilə onun əl və ayağını bağlayıb döymüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Səfərova Minurə qayınanası, Təqsirləndirilən şəxs1 isə qayınatasıdır. Sonuncular son zamanlar yola gedə bilmədikləri üçün, yəni qayınatasının qayınanasını tez-tez və səbəbsiz yerə döyməsinə görə anası bacısı ilə birlikdə babasının evinə yerləşmiş və atası ilə 2022-ci ilin mart ayının 17-sində rəsmi olaraq boşanmışlar. Sonradan Təhmasib gələrək qayınanasına geri qayıtmasını, özünün yaşadığı evi onlara verəcəyini və özünün Bakı şəhərinə gedəcəyini bildirmiş, qayınanası da qayınatasının evində yaşamaq istəmədiyi üçün məcbur olub geri qayıtmışdır. Arvadının babasının evinə köçmələrindən təxminən 10 gün sonra baldızı Sevinc və qayınanası Minurə, qayınatası Təhmasibin evinə geri qayıtmışlar. 21 iyun 2022-ci il tarixdə saat 15 radələrində baldızı və qayınanası evdə olduqları vaxt Təhmasib içkili vəziyyətdə evə gəlmiş və qayınanasını döymüş, qayınanası da qorxduğu üçün qaçaraq onun evinə tərəf gəlmişdir. Qayınatası həmin vaxtı qayınanasını şillə, yumruq, alın nahiyəsinə isə daşla vurub xəsarət yetirmiş, bu vaxt qayınatasının qayınanasını vurduğunu görən kimi dərhal yoldaşı Sevda ilə birlikdə oraya tərəf qaçmışdır. Hadisə yerinə çatana kimi artıq baldızı Sevinc onları ayırmış, qayınatası onları görən kimi isə tamamilə aralanaraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həm qonşu, həm də qohumdurlar. Sonuncuların evi ilə aralarında qamışdan çəpər olmuşdur. Arvadı Şahid3 ifadəsini təsdiq etmişdir. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan X20 Xidmətinin Muğan Regional X20 İdarəsinin 27 may 2022-ci il tarixli məktubundan görünür ki, 19 may 2022-ci il tarixdə Sabirabad rayonu Çığırğan kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həyətyanı sahədə yardımçı tikili və talvar altına yığılmış ot tayasında baş vermiş yanğın hadisəsi, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi nəticəsində deyil, qəsdən törədildiyi üçün Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin əlamətləri vardır. İş materiallarında olan yanğın-texniki ekspertizasının 18 iyul 2022-ci il tarixli 10/2903 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, Sabirabad rayonu Çığırğan kəndində Zərərçəkmiş şəxs1 məxsus yaşayış evində yanğın izlərinin nisbi xarakterinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, evin dəhlizinə girişdən üzbəüz yerləşən yaşayış daxilində, otağa girişdən sağ tərəfdə divan yerləşən zonada olmuşdur. Müəyyən edilmiş mənbə zonasına yanğını şərtləndirə bilən hər hansı istilik ixrac edə bilən texniki qurğu və ya onların qalıqlarının aşkar edilmədiyini nəzərə aldıqda, yanğın kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş verməsi üçün xarakterikdir. İş materiallarında olan yanğın-texniki ekspertizasının 23 yanvar 2023-cü il tarixli 10/8392- 9/9186 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, Sabirabad rayonu Çığırğan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ot bağlamalarında baş vermiş yanğının mənbəyi, talvarın daxilində olmuşdur. Sabirabad rayonu Çığırğan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yardımçı tikilidə baş vermiş yanğının mənbəyi, tikilinin daxilində döşəmə səviyyəsində olmuşdur. İş materiallarında olan məlumatları, qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini mənbə zonasında hər hansı istilik ixrac edə bilən texniki qurğuların olmadığını nəzərə aldıqda, yanğın kənardan düşmüş alışdırma mənbəyinin təsirindən baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Sabirabad rayonu Çığırğan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 12689 manat, köməkçi tikiliyə tikinti üzrə dəymiş maddi ziyan 3252 manat, talvara tikinti üzrə dəymiş maddi ziyan 1596 manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə - ekspertiza təyini haqqında qərarda göstərilən malların zədələnməmişdən əvvəl, normal vəziyyətdə (istifadədə olmuş malların istifadədə olması nəzərə alınmaqla) 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur. 20 mart 2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi zamanı məhv olmuş 26 adda mallar - 6940 manat, 14 adda mallar barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı, 05 ədəd özəlləşdirmə çekləri satışda olmadığından qiymətləndirmə aparılmadı. 19 may 2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində məhv olmuş 17 adda mallar - 4230 manat təşkil edir. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3296 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, məhkəmə-psixiatrik ekspertizası üzrə - Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur və əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri alına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə - Təqsirləndirilən şəxs1 hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur və cinayət əməlini törədərkən psixi emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır və əqli və psixiki inkişafı normaya uyğundur. Yaş və fərdi psixi xüsusiyyətlərindən, intellektual inkişafından və emosional halından asılı olaraq onda yalan danışmağa, özündən uydurmağa meyllilik və hadisələri təhrif edilmiş formada bildirməsi kimi əlamətlər müşahidə edilmədi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 385 nömrəli rəyinin nəticə hissəsindən qeyd olunur ki, X4 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alın nahiyəsində yara, sol təpə-alın nahiyəsində, sağ çiyin qurşağı proyeksiyasında qançırlar, sağ və sol diz oynağının ön səthində sıyrıqlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmağa aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 390 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs4 Əbilhəsən oğlunun müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ təpə nahiyəsində, sağ bazunun orta 1/3də arxa səthdə, sol mil bilək oynağının bayır səthində səthi çapıqlar-sağalmış səthi yaraların izləri küt əşyanın/əşyaların/, ola bilsin yumruq, ağac parçasının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış aparılması haqqında 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, DVD diskin üzərində 25711 yazısı əks olunmuşdur. Diskin daxilindəki qovluqda “25711-xx.xx.2022” adlı fayl, həmin faylın daxilində isə 7 ədəd fayl mövcuddur. Baxış zamanı ***-***-**-** GSM nömrəsinin sahibinin Təqsirləndirilən şəxs1, ***-***-**-** GSM nömrəsinin sahibinin Sabirabad rayonu Çığırğan kənd sakini Simuzər Zeynalova olması, bundan əlavə ***-***-**-** GSM nömrəsinin sahibinin də Təqsirləndirilən şəxs1 olması və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə mütəmadi əlaqə saxlaması, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 saat 18:49 və 19:24-də zəng etməsi və müvafiq olaraq 6 və 13 saniyə əlaqə saxlaması, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** GSM nömrəsinə saat 19:48-də, 20:18-də zəng edib müvafiq olaraq 57 və 9 saniyə əlaqə saxlaması, daxil olmuş zəngin anten dairəsinin Salyan rayonu Cadırlı və Kərimbəyli kəndlərindən siqnal verməsi, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** GSM nömrəsinin 20 mart və 19 may 2022-ci il tarixlərdə işlədilməməsi, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** GSM nömrəsinin iyun 2021-ci il tarixdə anten dairəsinin Sabirabad və Salyan rayonu ərazilərindən siqnal verməsi müəyyən edilmişdir. Digər fayllarda iş üçün əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış aparılması haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, diskdə 319 adlı arxiv faylı, həmin faylda isə 5 ədəd fayl vardır. Baxış zamanı ***-***-**-** GSM nömrəsinin sahibinin Təqsirləndirilən şəxs1 olması, 2021-ci ilin iyun ayında anten dairəsinin əsasən Sabirabad rayonu Cəngən kəndi, Salyan rayonu Kərimbəyli və Qarabağlı kəndi ərazilərindən siqnal verməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi anten dairəsinin Sabirabad rayonu Cəngən kəndi, Salyan rayonu Kərimbəyli və Qarabağlı kəndi ərazilərindən siqnal verməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi anten dairəsinin Sabirabad rayonu Cəngən kəndi, Salyan rayonu Kərimbəyli və Qarabağlı kəndi ərazilərindən siqnal verməsi, xx.xx.2022-ci il tarixdə saat 03:29-da istifadəsində olan ***-***-**-** GSM nömrəsindən dayısı Tarverdi Zeynalovun istifadəsində olan ***-***-**-** GSM nömrəsinə zəng edib 27 saniyə əlaqə saxlaması və həmin zəngin anten dairəsinin də Sabirabad rayonu Cəngən kəndindən siqnal verməsi müəyyən edilmişdir. Faylların digər hissələrində iş üçün əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar edilməmişdir. İş materiallarında olan DVD diskə əlavə baxış aparılması haqqında protokoldan görünür ki, DVD diskin kompyuterin oxuyucusuna taxdıqdan sonra dərhal ekranda 4 ədəd fayl peyda olmuşdur. “Whatsapp Video 2022-11-28 at 16.20.21” adlı fayla daxil olduqda dərhal ekranda Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs1 görüntüləri peyda olmuşdur. İlk saniyədən etibarən Zərərçəkmiş şəxs4 qışqırıqları eşidilir. Eyni zamanda, Zərərçəkmiş şəxs4 ayaqlarının və sağ əlinin bilək nahiyəsinin sintetik iplə bağlı olması aydın şəkildə görünür. “Whatsapp Video 2022-11-28 at 16.20.31” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 zorla sağ ayağının altını öpdürməsi, onu təhqir etməsi, 00:22-ci saniyədə Zərərçəkmiş şəxs4 özünün baş nahiyəsini göstərməsi, həmin vaxtı başın sağ tərəfindəki divarda qana bənzər ləkələrin olması, ayaqlarının və sağ əlinin bilək nahiyəsinin sintetik iplə bağlı, sol əlinin isə sərbəst olması görünür. “Whatsapp Video 2022-11-28 at 16.20.47” adlı faylın 14-cü saniyəsində Zərərçəkmiş şəxs4 ayaqlarını göyə qaldırması və şalvarını aşağı çəkməyə çalışması, həmin saniyədən etibarən Təqsirləndirilən şəxs2 “əl ayağını bağla sonra” deyə bildirməsi, Zərərçəkmiş şəxs4 yalvararaq qışqırması, 28-ci saniyədə Təqsirləndirilən şəxs2 “dayan tüfəngi gətirim gözlə” deyə bildirməsi və digər otağa getməsi, lakin eyni qaydada geri qayıdaraq “əlini ayağını bağla sonra” deyə bildirməsi, 00:49-da “eləməyəydin də Rövşən, bizə qarşı qəhbəlik eləməyəydin, evimdə çörək yemisən” deyə bildirməsi, 01:06-da Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 təpik zərbəsi endirməsi, 01:26-da Zərərçəkmiş şəxs4 yalvarışlarına baxmayaraq Təqsirləndirilən şəxs1 onun üzərinə sidik ifraz etməsi görünür. “Whatsapp Video 2022-11-28 at 17.48.21” adlı faylın ilk saniyəsindən etibarən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 sağ biləyini burmağa çalışması, daha sonra sağ əlini tutaraq Təqsirləndirilən şəxs2 “bağla əlini” deyə bildirməsi, 00:13-cü saniyədə Təqsirləndirilən şəxs2 telefonu kənara qoyması, 00:23-də Təqsirləndirilən şəxs2 “Samit qəhbə deyil” deyə bildirməsi, 00:32-də Təqsirləndirilən şəxs1 “sizin var yoxunuzu sikəcəyik” deyə bildirməsi, 00:50-də Təqsirləndirilən şəxs2 görünməsi və sonradan əlləri ilə müəyyən hərəkətlər etməsi, bu zaman Zərərçəkmiş şəxs4 “ay Allah” deyə qışqırması, 01:05-də Təqsirləndirilən şəxs1 “əlini bağla” deyə bildirməsi, 02:00-cu dəqiqədə Zərərçəkmiş şəxs4 “barmağımı sındırma” deyə bildirməsi, Təqsirləndirilən şəxs1 onu təhqir etməsi, 02:14-də Təqsirləndirilən şəxs1 “qan tökəcəyik ey biz burda” deyə bildirməsi və “bağla” deyə göstəriş verməsi, 02:43-də Təqsirləndirilən şəxs1 “dayan bıçağı gətirim, buna soxacam” deyə bildirməsi, Təqsirləndirilən şəxs2 isə “açdı əllərini açdı, qoyma” deyə bildirməsi eşidilir. Həmçinin iş materaillarında olan Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2024cü il tarixli, 1(056)-64/2024 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs Minurə Səfərovanın Təqsirləndirilən şəxs1 qarşı maddi tələbi olmadığı üçün və onlar arasında barışı olduğundan CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində ittiham irəli sürülməsinə dair cinayət işinə CM-nin 128-ci maddəsi ilə olan hissəsində xitam verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını tam, hərtərəfli və obyektiv təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilinməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs1 təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş veribverməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ona istinad olunan cinayət əməllərini törətməməsi ilə bağlı dəlillərinə münasibətdə onu qeyd edir ki, sonuncunun əvvəlki mərhələlərdə özünü qismən təqsirli bilməsi, baş vermiş hadisə ilə bağlı etirafedici ifadələr verməsi kollegiyada onun hazırkı mərhələdə artıq cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməsi ilə bağlı qənaət formalaşdırır. Belə olan halda, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirinin olmaması ilə bağlı göstərdiyi xüsusatların işin məhkəmə baxışı zamanı təsdiqini tapmadığı müəyyən olunmuşdur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əvvəlki mərhələlərdə verdiyi izahat və ifadələrini daha tutarlı, işin faktiki hallarına və hadisələrin məntiqi ardıcıllığına uyun hesab edir və belə qənaətə gəlir ki, təqksirkar sonradan heç bir təqsiri olmadığını bildirməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Kollegiya həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində özünü CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, sonuncunun həmin əməllərin törədilməsində də təqsiri iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapır. Belə ki, kollegiyanın qənaətincə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsindən ibarət xüsusatlar iş materiallarında olan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq həəkəti protokolları, ekspert rəyləri və işin faktiki halları ilə təkzib olunan dəlillər olmaqla ona təqsirli bilindiyi maddələr ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hökmün birinci instansiya məhkəməsi tərəfindən CM-nin 134-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 cəza təyin edilməməsi ilə bağlı hissəinə münasibət bildirərək hesab edir ki, məhkəmə bu hissədə də cinayət və cinayət-prosessual qanunvericilik normalarını düzgün tətbiq etmiş, mahiyyəti üzrə əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-nin 134-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Buradan da görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 ona CM-nin 134-cü maddəsi ilə istinad olunan əməli 2022-ci ilin aprel ayında törətmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmü çıxarılanadək, yəni 12 sentyabr 2024-cü il tarixədək cinayətin törədildiyi vaxtdan artıq iki il müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1- ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Eyni zamanda, təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsindən məlum olur ki, o özünü CM-nin 134-cü maddəsi ilə təqsirli bilməmişdir. Yuxarıda qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirinin işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam təsdiq edildiyini və təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin olunmamaqla ittiham hökmü çıxarmışdır. Beləliklə, kollegiya yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 134, 145.2.4, 145.2.5, 145.2.6, 186.2.1 və 186.2.2-ci maddələri ilə istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirli olamsı işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi onun CM-nin 134-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməməsi, həmçinin CM-nin 145.2.4, 145.2.5, 145.2.6, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsi ilə bağlı gəldiyi nəticə qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halı nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2010-cu il tarixli qərarına əsasən, cəzası CM-nin 77-ci maddəsinə əsasən 01 il 09 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İş materiallarında olan Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 7(057)- 292/2011 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 500 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə amnistiya aktının təsiri altına düşərək cəzadan azad edilmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmçinin onun cəzasını ağırlaşdıran hallar müəyyən etməmiş, onu təqsirli bilindiyi maddələr ilə (CM-nin 134-cü maddəsi istisna olmaqla) qəti olaraq 05 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası CM-nin 145.2-ci maddəsinin sanksiyasında 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 186.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halı, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edən həddə və növdə qanuni, əsaslı və kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(056)-64/2024 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar