Məhkəmə qərarları › İş №1(106)-85/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-85/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-85/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X4 şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4,120.2.7, 120.2.9 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-620/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinəvideokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-620/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü (sədrlik edən X10, hakimlər X12 və X6) ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1981-ci il tarixdə Kürdəmir rayonu, Şıxımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşamış, 09 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cü maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmişqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş həbsxanada çəkməsi müəyyən edilmiş, ona təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 09 fevral 2024-cü il tarixdən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Əliyev X13 rayonu Şıxımlı kəndində qonşuluğunda yaşayan, xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızı Şahid3 sevdiyi üçün həmin qıza elçi düşməsi barədə tələblərinə anası–xx.xx.1949-cu il təvəllüdlü X3 məhəl qoymamasından hiddətlənib sonuncunu, qızının onunla evlənməsini istəməyən Zərərçəkmiş şəxs, həmçinin həmkəndlisi – xx.xx.1980-ci il təvəllüdlü X7 əvvəllər ona qarşı nalayiq ifadələrlə zarafat etməsi səbəbindən Famil Şükürovu, yəni 3 şəxsi vahid niyyətlə qəsdən öldürmək qərarına gəlmiş və bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü 09 fevral 2024-cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində yaşadığı evdə olarkən həmin evdən götürdüyü, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qoca anası X5 xüsusi amansızlıqla, yəni xüsusi əzab və ağrılar verməsini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə qəsdən öldürmək məqsədilə sonuncunun boğaz nahiyəsinə 4 dəfə qəsdən zərbə vuraraq ona boynun 4 ədəd deşilmiş-kəsilmiş açıq yaraları, kəskin və massiv xaricə qanitirmə ilə müşayiət olunmaqla ölümünə səbəb olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Nəsibə Əliyevanı qəsdən öldürmüş, bundan sonra mobil telefonu ilə Zərərçəkmiş şəxs zəng edərək sonuncunu öz həyətlərinə çağırdıqdan sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı anası Nəsibə Əliyevanı öldürdükdən sonra köynəyinin altında gizlətdiyi cinayətin aləti olan bıçağı çıxararaq Zərərçəkmiş şəxs həyatı üçün mühüm orqanların yerləşdiyi qarın boşluğuna qəsdən öldürmək məqsədilə bir dəfə qəsdən zərbə vuraraq ona sol qabırğaaltı nahiyədə qarın boşluğuna keçərək böyük piyliyi və köndələn-çənbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs onun həyətindən çıxaraq öz həyətinə gedərək yaxınlarını köməyə çağırması, vaxtında xəstəxanaya çatdırılması, həkimlərin göstərdiyi zəruri tibbi yardımlar nəticəsində həyatı xilas edildiyinə görə öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş və Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş, bundan sonra ümumi cinayətkar niyyətini tam icra etmək üçün hərəkətlərini davam etdirib X11 qəsdən öldürmək məqsədilə Kürdəmir rayonu “köhnə bazar” adlanan əraziyə gedib Famil Şükürovla qarşılaşdıqdan sonra onunla söhbət edərək birlikdə Kürdəmir rayonu, Şıxımlı kəndinə qayıdaraq kənd arası yolda Famil Şükürovla arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı şalvarının belinə qoyduğu cinayətin aləti olan bıçağı çıxarıb sonuncunu xüsusi amansızlıqla, yəni Famil Şükürova xüsusi əzab və ağrılar verməsini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə qəsdən öldürmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə 8 dəfə qəsdən bıçaq zərbələri vuraraq gövdənin 8 ədəd deşilmiş-kəsilmiş yaraları, ürəyin sol mədəciyinin və sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə, alın nahiyəsində sıyrıqlar, kəskin və massiv qanitirmə ilə müşayiət olunmaqla ölümünə səbəb olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Famil Şükürovu qəsdən öldürmüş, bununla da vahid niyyətlə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan anası Nəsibə Əliyevanı və həmkəndlisi Famil Şükürovu xüsusi amansızlıqla qəsdən öldürməklə iki şəxsi qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönələn cinayət əməlini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək iki və ya daha çox şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-620/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan hökmdən narazıdır. Ona görə də işinə düzgün baxılmasını xazhiş edir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında verdiyi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Göstərdi ki, anası əxlaqsızlıq etdiyi üçün onu öldürmüşdür. Famil Şükürov həmişə ona ilişmiş, onu təhqir etdiyi üçün onu öldürmüşdür. Lakin, Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Məhkəmə ona ağır cəza təyin etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi X8 müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X9 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-620/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-620/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4,120.2.7, 120.2.9 və 29,120.2.7-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun özünün ibtidai araşdırma və birinci instansi məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri,zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, baxış protokolu, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlinin törətməsi haqqında işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4,120.2.7, 120.2.9 və 29,120.2.7-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-620/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4,120.2.7, 120.2.9 və 29,120.2.7-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün ibtidai araşdırma və birinci instansi məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, baxış protokolu, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-620/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-620/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4,120.2.7,120.2.9 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-620/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar