Məhkəmə qərarları › İş №1(106)-86/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-86/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-86/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X1 şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3cü və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmü (sədrlik edən X7, hakimlər X5 və X3 ibarət tərkibdə) ilə, Təqsirləndirilən şəxs, xx xxxx 2003-cü ildə Lənkəran rayonunun Tükəvilə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonun Tükəvilə kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.3-cüi maddəsi ilə təqsirli bilinib ona 09 (doqquz) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndi ərazisində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fermanın otlaq sahəsini pul müqabilində kol-kosdan təmizləmə işlərini görməsi ilə əlaqədar sonuncu ilə tanışlıq münasibətləri yarandığına görə 17 aprel 2022-ci il tarixdə, saat 13 radələrində əvvəlcədən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə razılaşdıqları kimi Valeh Məmməzadəyə məxsus həmin fermaya gedib, orada söhbətləşib, aralarında heç bir narazılıq və münaqişə olmadan mehriban şəkildə ayrıldıqdan sonra Zərərçəkmiş şəxs1 həmin gün saat 14 radələrindən etibarən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona fermadan oğurluq etməsi, pulunu götürməsi, buna görə onu danlaması və oğurladığı pulu geri ala biləcəyi məzmununda səsli mesajlar göndərib, onu oğurluqda ittiham etməsini və aralarında olmuş telefon danışığı zamanı günün sonunadək oğurladığı pulu qaytarmadığı təqdirdə, vəfat etmiş anasının ünvanına nalayiq ifadələr işlətməsini özünə təhqir kimi qəbul edib, Zərərçəkmiş şəxs1 dediyi həmin sözlərə görə cəzalandırmaq üçün ondan qisas almaq məqsədi ilə həmin tarixdə saat 23 radələrində piyada Zərərçəkmiş şəxs1 məxsus olub, Lənkəran rayonun Separadi kəndinin ərazisində yerləşən fermaya gedərək, fermanın həyətində yerləşən yaşayış evinə yaxınlaşmış, Zərərçəkmiş şəxs1 anasının da evdə olduğunu görüb, həyətdə olan sanitar qovşaqda gizlənərək, sonuncunun anasının evdən getməsini gözləmiş, saat 23:30 radələrində sanitar qovşağa kiminsə gəldiyini hiss edib, gizlənmək üçün divara sığınmış, qapını açan şəxsin Zərərçəkmiş şəxs1 olduğunu güman edib sonuncunun, qaranlıq hava şəraitində sanitar qovşağa daxil olmaq istəyən anası Zərərçəkmiş şəxs2 qəsdən sifət nahiyəsinə həmin vaxt üzərində olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı ülgüclə bir dəfə zərbə vurub, Zərərçəkmiş şəxs2 sanitar qovşaqdan çıxmaq istədikdə səs-küy salmasının qarşısını almaq üçün əlləri ilə sifət nahiyəsindən qəsdən tutub sıxaraq və sonuncu əlləri ilə onu itələdiyinə görə əlindəki ülgüc yerə düşdükdən sonra cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, məişət təyinatlı qatlanan səyahət bıçağı ilə Zərərçəkmiş şəxs2 kürək nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid-döş qəfəsi və vaxt keçdikdə öz gedişi boyu və qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən olduğu üçün silinən hesab edilən sol yanaq (ord) nahiyələrində kəsilmiş yaralar, burun, sol üst göz qapağı nahiyələrində sıyrıqlar və sağ alt çənə, hər iki əl nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirib Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, bu vaxt qışqırıq səslərinə evdən həyətə çıxmış Zərərçəkmiş şəxs1 həyətdə Təqsirləndirilən şəxs üzərinə hücum edib, əlindəki bıçağı almaq istəyərkən sonuncu özü və ölmüş anası barədə dediyi sözlərə görə Zərərçəkmiş şəxs1 cəzalandırmaq məqsədi ilə yaxını olan anası Zərərçəkmiş şəxs2 gözləri qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla əlində tutduğu eyni bıçaqla Zərərçəkmiş şəxs1 qarın boşluğuna qəsdən bir dəfə zərbə endirib, əlbəyaxa olarkən isə əlindəki bıçaqla sol bazu, sol əl və baş nahiyələrinə hərəsinə bir dəfə qəsdən zərbə endirərək Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edib, mədəni zədələyən, daxili və xarici qanaxma ilə müşaiyət olunan qarının bir ədəd kəsilmiş-deşilmiş yarası və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sol bazu, sol əl və başın təpə nahiyəsində kəsilmiş yaralardan ibarət xəsarətlər yetirməklə, qəsdən Zərərçəkmiş şəxs1 sağlamlığına xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, ona daha az cəza təyin edilməsini xahiş etmişqdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əməlindən səmimi peşimandır. Böyrək xəstəliyindən əziyyət çəkir, böyrəyinin biri yoxdur. Bu cinayət əmələnin törədilməsini zərərçəkmiş şəxs tərəfindən təhrik edilmişdir.Hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi göstərdiyi yüngülləşdirici halları nəzərə alaraq ona daha aşağı həddə cəza təyin edə bilərdi. Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzpası təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti onu öldürmək olmuşdur. Lakin, birinci instansiya məhkəməsində işə baxılarkən onun vəsatəti ilə iş təqsirləndirilən şəxsə daha ağır CM-in 29,120.1-ci maddəsi ilə ittiham verilməsi üçün ibtidai araşdırmaya rəhbərlik edlən prokurora qaytarılsa da, yenədə təqsirləndirilən şəxsə CM-in 29,120.1-ci maddəsi ilə ittiham verilməmişdir. Həmçinin hesab edir ki, CM-in 128-ci maddəsinin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdlir. Məhkəmə təqsirləndirilən şəxsə CM-in 128-ci maddəsi ilə müddətin keçməsinə görə cəzha təyin etməməkdə haqlı olmamışdır.təqsirləndirilən şəxsin niyyəti onu öldürmək olmuşdur. Təqsirləndirilən şəxs onun gözləri qarşısında anasını, anasının gözləri qarşısında onu öldürməyə cəhd etmişdir. Məhkəmə işin hallarını düzgün araşdırmamış, təqsirləndirilən şəxsə əsassız olaraq yüngül cəza təyin etmişdir.Həmçinin zərərçəkmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə qarşı mülki iddia verərək Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyana görə 25000 manat, mənəvi ziyana görə 5000 manat, ümumilikdə 30 000 manat pulun alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs müdafiəçisi X6 apellyasiya məhkəməsində çıxışında müdafiəçisi olduğu şəxsin verdiyi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətin təmin olunması, onun barəsində daha yüngül cəza təyin edilməsini, Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsə 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, mülki iddiasının tam şəkildi təmin edilməsini xahiş etdi. Göstərdi ki, işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən həbsdə oloduğundan mülki iddia verə bilməmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X8 təqsirləndirilən şəxsin apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsini, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində çıxış edən dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının təqsirləndirilən şəxsin apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin qismən təmin edilməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun özünün ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 128 və 126.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayət verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, ona daha az cəza təyin edilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün əsas vermir.Belə ki, iş materiallarındaqn görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə olunmamış, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayətçidir, apellyasiya şikayəti verərək ona təyin edilmiş cəzanıqn daha da ağırlaşdırılması xahiş etmişdir. Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzpası təyin edilməsini, təqsirləndirilən şəxsə qarşı mülki iddia verərək Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyana görə 25000 manat, mənəvi ziyana görə 5000 manat, ümumilikdə 30 000 manat pulun alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha da ağırldaşdırılması əsas vermir. Belə ki, iş materiallarındaqn görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 126.2.3-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzapsı nəzərdə tutulduğu halda, zərərçəkmiş şəxsin apellyasiya şikayətində gömstərdiyi halları, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmamasını, ondan şikayətçi olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs 9 il müddətə azadlıqdlan məhrumetmə cəzası təyin edilmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Lakin, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 nə ibtidai istintaq zamanı, nə də Lənkəran Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən ümumiyyətlə mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi, həmçinin zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini təmin edib təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın daha da ağırlaşdırılması, ona qarşı verilmiş mülki iddianın təmin edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın, zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 126.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə və zərərçəkmiş şəxsin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar