Məhkəmə qərarları › İş №1(106)-87/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-87/2025

28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-87/2025 28.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X6 şöbəsinin prokuroru X2, bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi- vəkil X8 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 1(071)-11/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 1(071)-11/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli hökmü (sədrlik edən X10) ilə, Təqsirləndirilən şəxs, xx.xx.1957-ci il tarixdə Sabirabad rayonu Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Hacıqabul sürücülük məktəbində təlim ustası işləmiş, Sabirabad rayonu Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə saat 12 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü təhlükə yaranan andan tədbir görməklə avtomobili toqquşma yerinə çatmadan dayandırmalı olmasına dair tələblərini pozaraq ayıq vəziyyətdə xx.xx.2019-cu il tarixli AC-913557 saylı “ABCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə HV və MHM-nin Hacıqabul filialının mülkiyyətində olan “X22 miniktəlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Şirvan avtomobil yolu ilə Hacıqabul şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən yuxarıda göstərilən qaydalara əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib yol hərəkəti qaydalarını pozaraq onunla əks hərəkət yolunda Şirvan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixli AE-129250 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə X5 mülkiyyətində olan “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin sürücünün avtomobili öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olmasına dair tələblərini pozaraq idarəetməni itirib onun hərəkət zolağına qayıtması nəticəsində hər iki avtomobil toqquşmuş, nəticədə onun ehtiyatsızlığından “VAZ 21154” markalı 90-ND926 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 başın küt travması nəticəsində baş beyinə subdural qansızma ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək onun ölümünə və özünün idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sol dirsək nahiyyəsinin sınığı, hər iki mil-bilək oynaqlarının qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA PROTESTİNİN və APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Hacıqabul Rayon Məhkəməsinin 1(071)-11/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X13 tərəfindən apellyasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində Hacıqabul Rayon Məhkəməsinin 1(071)-11/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, Məhkəmə bəraət hökmünü bununla əsaslandırmışdır ki, “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozulması, yəni avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətinin təmin edilməməsi və idarəetmənin itirilməsi səbəbindən baş vermiş, təhlükənin yaranma anından toqquşma anına kimi 2 saniyə vaxtın keçməsi nəzərə alınmaqla, X22 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələlərinə uyğunsuzluq olmamışdır. Məhkəmə bunu onunla əsalandırmışdır ki, “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozulması, yəni avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətinin təmin edilməməsi və idarəetmənin itirilməsi səbəbindən baş vermiş, təhlükənin yaranma anından toqquşma anına kimi 2 saniyə vaxtın keçməsi nəzərə alınmaqla, X22 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələlərinə uyğunsuzluq olmamışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, Hacıqabul rayon Məhkəməsinin 07 oktyabr 2024ci il tarixli hökmü əsassız olduğundan ləğv edilməklə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə CM-in 263.2-cü maddəsi ilə cəza təyin olunmaqla yeni ittiham hökmü çıxarılmalıdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 16 iyun 2023-cü il tarixdə saat 12:15 radələrində baş vermişdir. Hadisə Hacıqabul-Şirvan yolunun 03-cü kilometrliyində baş vermişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri istiqamətində olarkən idarəetməni itirərək yolun sağ hissəsinə çıxmış, yolun əks istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “X22 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı təlim avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən ölmüşdür. Həmin yol quru və düz olmaqla asfalt örtüklüdür. Yolun hərəkət hissəsinin eni 9 metr, Hacıqabul-Şirvan yolunun Şirvan şəhəri istiqamətində sağ ehtiyyat hissəsinin eni 3 metr, sol ehtiyyat hissəsinin eni isə 2,4 metrdir. Hadisə baş verən yerdə hərəkət sürətinin 90 km/saat olması barədə yol nişanı var və hadisə baş verən yer həmin yol nişanının təsiri altına düşür. Toqquşma nöqtəsi yolun asfalt hissəsinə axmış maye və avtomobillərdən qopmuş hissələrə, habelə sürtünmə izlərinə əsasən müəyyən edilmişdir. Toqquşma nöqtəsi Hacıqabul-Şirvan yolunun sol tərəfində olmaqla toqquşma nöqtəsindən asfalt yolun sağ kənarına qədər olan məsafə 5,4 metr, sol kənarına kimi olan məsafə isə 3,6 metrdir. “Vaz 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ hərəkət hissəsindən sağ ehtiyat hissəyə çıxaraq 15 metr məsafə, yolun sağ ehtiyat hissəsindən hərəkət hissəsinə çıxdığı yerdən toqquşma yerinə kimi 10,7 metr məsafə qət etmişdir. Toqquşmadan sonra hər iki avtomobil Hacıqabul istiqamətində olan yolun sağ ehtiyat hissəsində dayanmışdır. Toqquşma nöqtəsindən “X22 minik-təlim” markalı **-AA- *** dövlət qeydiyyat nişanlı təlim avtomobilə kimi olan məsafə 5 metr, “Vaz 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə kimi olan məsafə 8 metrdir.(cild 01 - i/v 6-15) “Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2046 nömrəli rəyindən” görünür ki, istintaq tərəfindən qərarda sürücü Təqsirləndirilən şəxs ifadəsinə əsasən göstərilən təhlükə yaranan anda avtomobillər arasında 1-2 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyil və təhlükə yaranan anda avtomobillər arasında 1-2 metrdən xeyli böyük məsafə olmuşdur. Təhlükə yaranan anda avtomobillər arasında 1-2 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığından “X22” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, (cild 01 - i/v 73-76) İbtidai istintaq zamanı «X22» markalı ** AA *** dövlət qeydiyyat nişanlı təlim avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılma istintaq hərəkətləri keçirilmişdir. İfadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir kii, xx.xx.2023- cü il tarixdə Hacıqabul-Şirvan yolunun 3-cü kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi «X22» markalı (təlim) ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hacıqabul şəhər istiqamətində hərəkətdə olarkən, yolun əks istiqamətindən yəni, Hacıqabul şəhər istiqamətindən Şirvan şəhər istiqamətinə tərəf hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Vaz 21154» markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ ehtiyyat hissəsinə çıxdığı yeri göstərdiyi yer tərəfmizdən ölçüldü. Ölçü aparılarkən avtomobilin «Vaz 21154» markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ hərəkət hissəsinə çıxıb yolun hərəkət hissəsinə qayıtdığı yerə kimi olan məsafə 8 metr, Şirvan istiqamətində olan yolun sağ ehtiyyat hissəsindən toqquşma yerinə kimi isə 6,80 metr məsafə qət etməsi aşkar olunmuşdur, (cild 01 - i/v 79-81) “Əlavə Məhkəmə yol-nəqliyyat ekspertizasının təyin edilməsi haqqında” 01,09.2023-cü il tarixli qərardan görünür ki, “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkət istiqamətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola istiqamətləndiyi andan yaranmış və həmin andan toqquşmaya kimi 3 saniyə vaxt keçmişdir. “Əlavə Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının” xx.xx.2023-cü il tarixli, 8/2681 nömrəli rəyindən görünür ki, “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkət istiqamətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola istiqamətləndiyi andan yaranması və həmin andan toqquşmaya kimi 3 saniyə vaxtın keçməsi nəzərə alınmaqla, X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, (cild 01 - i/v 88-91) Hadisənin real görüntülərini əks etdirən Təhlükəsiz Şəhər Xidməti kameraları vasitəsilə qeydə alınmış 02 dəqiqə 59 saniyəlik diskdə olan video görüntüyə baxış zamanı müəyyən edilir ki, həmin video görüntünün 01-ci dəqiqəsinin 41-ci saniyəsində VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil yolun sağ tərəfinə istiqamətlənir. Video görüntünün 01-ci dəqiqənin 42-ci saniyəsində VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil ani bir anda yolun sol istiqamətinə tərəf, yəni X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağı tərəfə istiqamətlənir. Video görüntünün 01-cı dəqiqənin 44-cü saniyəsində “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin sağ yan hissəsindən dəyərək toqquşmuşdur. Hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ibtidai istintaq dövründə alınmış 11 avqust 2023-cü il tarixli 8/2046 saylı və xx.xx.2023-cü il tarixli 8/2681 saylı ekspert rəylərini sübut növü qismində qəbul etməməkdə səhvə yol vermişdir. Qeyd etmək lazımdır ki, ibtidai istintaq zamanı “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkət istiqamətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola istiqamətləndiyi andan yaranmış və həmin andan toqquşmaya kimi 3 saniyə vaxt keçməsi müəyyən edilmişdir. Lakin məhkəmə nədənsə “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkət istiqamətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola istiqamətləndiyi andan yaranmış və həmin andan toqquşmaya kimi 3 saniyə vaxt keçməsinə təndiqi yanaşmışdır. Məhkəmə hansı səbəbə görə X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 üçün təhlükənin yaranma anı yolun sağ ehtiyat hissəsinə çıxmış VAZ-21154 markalı avtomobilin öz hərəkət istiqamətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola istiqamətləndiyi andan yaranmış və həmin andan toqquşmaya kimi 2 saniyə vaxt keçməsi qənaətinə gəlməsini öz hökmündə kifayət qədər əsaslandırmamış, ibtidai istintaqın “ 3 saniyə” keçməsi barədə mövqeyinə şübhə ilə yanaşmış, ekspert qarşısında həmin ziddiyyətlərin araşdırılması üçün konkret suallar qoymamış, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə yalnız ekspert rəyinə əsaslanmış, işin digər hallarını, hadisənin baş vermə şəraitini kifayət qədər araşdırmamış, istintaq zamanı toplanmış sübutlara əhəmiyyət verməmişdir. Bundan başqa məhkəmə nədənsə istintaq və məhkəmə baxışı dövründə toplanmış iş üçün əhəmiyyət kəsb edən materiallara əhəmiyyət verməmiş, müvafiq ekspertiza rəyləri ilə nə üçün razılaşmamasının səbəbləri və sübutlara əsaslanmanın nə üçün mümkün olmamasını göstərməmiş, yalnız müdafiə tərəfinin məhkəmə istintaqı dövründə təqdim etdiyi ziddiyyətli sübütlara əsaslanmaqla, özünün 07 oktyabr 2024-ci il tarixli hökmünün mötəbərliliyini şübhə altında qoymuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X13 apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 1-(071)-11/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs AR CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinməməsi ilə bağlı əməlin tövsüf edilməsi hissəsində ədalətli deyil. Beləki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə saat 12 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü təhlükə yaranan andan tədbir görməklə avtomobili toqquşma yerinə çatmadan dayandırmalı olmasına dair tələblərini pozaraq texniki cəhətdən saz vəziyyətdə olan HV və MHM-nin Hacıqabul filialının mülkiyyətində olan X22 minik- təlim markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21154 markalı, 90-ND- 926 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində sürücü Zərərçəkmiş şəxs1 ölümünə səbəb olan cinayət əməlini törətmişdir.Bu hal ibtidai istintaq zamanı toplanmış sübutlarla, sənədlərlə, ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır.Cinayət işinin materiallarında olan hadisə yerinə baxış zamanı tərtib edilmiş sxemdən və işdə olan video görüntüdəndə görünür ki, hadisənin baş vermə anını təqsirləndirilən şəxs əvvəlcədən görür lakin bunun üçün heç bir tədbir görməyərək, nə tormuzlama etmədən, nə avtomobili kənarda kifayət qədər boş yerin olduğunu görə-görə maneənin aradan 'qaldırılması üçün heç bir tədbir görməmişdir.Hansı ki, təqsirləndirilən şəxs özü sürücülük məktəbində işləyərək digər şəxslərə avtomobilin sürülməsini, onun nəzəri əsaslarını o, cümlədən qəzadan yayınmaq və onun qarşısını almaq üçün təcrübü hallarını tədris edir. Məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən əsas olmadan təkrar ekspertiza təyin etdikdən sonra təqsirləndirilən şəxs müxtəlif vasitələrdən istifadə edərək əsassız ekspertiza rəyinin alınmasına nail olmuşdur.Məhkəmə istintaqı zamanə ittiham tərəfi olaraq zərərçəkmiş şəxsin vəkili olaraq təkrar komisyon ekspertiza keçirilməsi barədə vəsatət verilsədə məhkəmə tərəfindən əsassız olaraq ekspertiza keçirilməsindən imtina edilmişdir.Məhkəməyə verilən şifahi vəsatətlə əsaslandırılmışdır ki, iş materiallarınd olan və ibtidai istintaq zamanı təyin edilmiş ekspertin rəyi ilə hazır ki. rəy arasında ziddiyətlər vardır və ziddiyətin araşdırılması üçün təkrar kom> ekspertizanın keçirilməsi zəruridir. Beləki. işdə 1 saniyənin əhəmiyyətini görməyən məhkəmə təqsirləndirilən şəxsin görüntüdə olan hərəkətlərini və avtomobili idarə etməsi ilə bağlı halların araşdırılmasına əhəmiyyət verilmədiyi üçün təkrar komisyon ekspertizanın keçirilməsi zəruridir.Bu baxımdan apellyasiya şikayətinin arqumentinin əsasımda təkrar komisyon ekspertizanın keçirilməsini iş üzrə ədalətli hökmün çıxarılmasında əsaslı hesab edirik.Məhkəmənin 3 və ya 2 saniyənin müəyyən edilməsi üçün xüsusi biliyin olmamasını göstərsədə işin faktiki halından və video görüntüdəndə görünür ki, təqsirləndirilən şəxs yarancaq təhlükəni mərhum Zərərçəkmiş şəxs1 avtomobili idarə edərək hansı vəziyyətə düşməsini əvvəlcədən görməklə nə sürəti azaltmamış, nə tormuzlama etməmiş və nədəki, avtomobilin yolun sağ hissəsində kifayət qədər yerin olmasına baxmayaraq hadsənin qarşısını almaq və heç bir manevir etməyərək hadisə nəticəsində ölümün olmasına səbəb və zəmin yaratmışdır. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləməyin və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğunu müəyyən edən göstəriş Konstitusiyanın 71-ci maddəsinin 1 hissəsində nəzərdə tutulmuşdur. Bu, eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarının mühüm Konstitusiya təminatlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bununla da Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinin ayrılmaz tərkib hissəsi hesab olunan İnsan hüquqlarının və X4 X1 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) tələblərinin məhkəmə icraatında nəzərə alınması yalnız müsbət nəticə verə bilər. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında bəraət alimış şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinə və apellyasiya şikayətinə etiraz edərək protest və şikayətin təmin edilməməsini, barəsində olan bəraət hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Göstərdi ki, yayncaqdoldurma məntəqəsindən çıxıb 150 metr yol getməmiş zərərçəkmiş şəxsin idarə etdiyi avtomobil ildırım sürəti ilə onun üstünə gəlmiş və toqquşma baş vermişqdir. Həmin vəziyyətdə heç kim hadisənin qarşısını ala bilməzdi. Bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya protesti və apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-11/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədlə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında zərərçəkmiş şəxsin hüşuqi varisinin nümayəndəsi və vəkili X13 verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında zərərçəkmiş şəxsin hüşuqi varisi X11 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X9 apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək birinci instansiya məhkəməsində çıxış edən dövlət ittiahmçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ittiham hökmünün çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməsi, hökmün ləğv edilməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-11/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermiş əsaslı olaraq Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gələrkən onun barəsində bəraət hökmü çıxartmışdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsinin hökmündən görünür ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla bəraət almış şəxs Təqsirləndirilən şəxs ittihamda göstərilən CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış sübutlarla tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə ittiham verilmiş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla bəraət almış şəxs Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmır. Belə ki, Məhkəmə iclasında hadisənin görüntülərini əks etdirən Təhlükəsiz Şəhər Xidməti kameraları vasitəsilə qeydə alınmış 02 dəqiqə 59 saniyəlik diskdə olan video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin video görüntünün 01-ci dəqiqəsinin 41-ci saniyəsində VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil yolun sağ tərəfinə istiqamətlənir. Video görüntünün 01-ci dəqiqənin 42-ci saniyəsində VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil ani bir anda yolun sol istiqamətinə tərəf, yəni X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağı tərəfə istiqamətlənir. Video görüntünün 01-ci dəqiqənin 44-cü saniyəsində “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin sağ yan hissəsindən dəyərək toqquşmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 üçün təhlükənin yaranma anı yolun sağ ehtiyat hissəsinə çıxmış VAZ-21154 markalı avtomobilin öz hərəkət istiqamətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola istiqamətləndiyi andan yaranmış və həmin andan toqquşmaya kimi 2 saniyə vaxt keçmişdir. Məhkəmə iclasında Təhlükəsiz Şəhər Xidməti kameralarına baxış keçirilərək hadisənin yaranma anı ilə toqquşmanın baş verdiyi an arasında müddətin 2 saniyə olması müəyyən edilərkən məhkəmə hesab etmişdir ki, həmin müddətin müəyyən edilməsi elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi bilik tələb etmədiyindən həmin müddətin müəyyən edilməsini sadə müşahidə aparmaqla müəyyən etmək mümkündür. Qeyd edilənlərə əsasən müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/663 nömrəli rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən “X22” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Təqdim olunmuş məlumatlara əsasən VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə toplanmış sənədlərdən görünür ki, ibtidai istintaq dövrü zamanı 2 dəfə yol-nəqliyyat ekspertizası keçirilmişdir. 11 avqust 2023-cü il tarixli 8/2046 saylı ekspert rəyində avtomobillər arasında 1-2 metr məsafənin olmasının real hadisə mexanizminə uyğun olmadığından Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar tədqiqat aparılmamışdır. Həmin ekspert rəyində VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğun olması və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olması qeyd edilmişdir. Növbəti dəfə keçirilmiş əlavə yol-nəqliyyat ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2681 saylı ekspert rəyində isə X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olması qeyd edilmişdir. Ekspertin qeyd edilən qənaətə gəlməsinə səbəb əlavə məhkəmə yol-nəqliyyat ekspertizasının keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda Hacıqabul Rayon Polis X3 baş müstəntiqi Bəxtiyar Qurbanovun təhlükənin yaranma anından avtomobillərin toqquşması anına kimi keçən müddətin 2 saniyə deyil, 3 saniyə olması ilə əlaqədar yanlış qənaətə gəlməsi olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ibtidai istintaq dövründə alınmış 11 avqust 2023-cü il tarixli 8/2046 saylı və xx.xx.2023-cü il tarixli 8/2681 saylı ekspert rəyləri məhkəmə araşdırması zamanı keçirilmiş təkrar yol-nəqliyyat ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/663 nömrəli rəyilə, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla, eləcə də işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin toplanmış sübutlarla təsdiq edilmədiyindən və uyğunluq təşkil etmədiyindən həmin rəyləri sübut növü qismində qəbul etməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılmış və toplanmış sübutlarla müəyyən edilmişdir ki, 16 iyun 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə HV və MHM-nin Hacıqabul filialının mülkiyyətində olan “X22 miniktəlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə HacıqabulŞirvan avtomobil yolu ilə Hacıqabul şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən, əks hərəkət yolunda Şirvan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə X7 mülkiyyətində olan “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməyərək idarəetməni itirib əvvəlcə yolun sağ hərəkətsiz hissəsinə, sonra isə ani anda sol tərəfə, yəni “X22 miniktəlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxması nəticəsində hər iki avtomobil toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən ölmüş, “X22 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 isə az ağır xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozulması, yəni avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətinin təmin edilməməsi və idarəetmənin itirilməsi səbəbindən baş vermiş, təhlükənin yaranma anından toqquşma anına kimi 2 saniyə vaxtın keçməsi nəzərə alınmaqla, X22 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələlərinə uyğunsuzluq olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti yol hərəkəti və nəqliyyat vasitəsinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CPM-in 124.1ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermis bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin həmin qərarda göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilimişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyi əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da, yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə saat 12 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü təhlükə yaranan andan tədbir görməklə abtomobili toqquşma yerinə çatmadan dayandırmalı olmasına dair tələblərini pozaraq ayıq vəziyyətdə xx.xx.2019-cu il tarixli AC-913557 saylı “ABCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi il HV və MHM-nin Hacıqabul filialının mülkiyyətində olan “X22 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Şirvan avtomobil yolu ilə Hacıqabul şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən yuxarıda göstərilən qaydalara əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib yol hərəkəti qaydalarını pozaraq onunla əks hərəkət yolunda Şirvan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixli AE-129250 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə X7 mülkiyyətində olan “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin sürücünün avtomobili öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olmasına dair tələblərini pozaraq idarəetməni itirib onun hərəkət zolağına qayıtması nəticəsində hər iki avtomobil toqquşmuş, nəticədə onun ehtiyatsızlığından “VAZ 21154” markalı 90-ND926 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 başın küt travması nəticəsində baş beyinə subdural qansızma ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək onun ölümünə və özünün idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sol dirsək nahiyyəsinin sınığı, hər iki milbilək oynaqlarının qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. İbtidai istintaq zamanı Hacıqabul rayon polis şöbəsinin müstəntiqi Bəxtiyar Qurbanov təklükənin yaranma anından avtomobillərin toqquşması anına kimi 3 saniyə vaxtın keçməsini əsas götürmüş və bu müddət ekspert tərəfindən rəyin verilməsində həledici rol oynamışdır. Halbuki, məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən olunmuşdur ki, “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə yolun sağ hərəkət hissəsindən sol hissəyə meyilləndiyi andan “X22 minik-təlim” markalı 24-AA050 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs üçün təhlükənin yaranma anı olmuş və həmin andan avtomobillərin toqquşmasına kimi 2 saniyə vaxt keçmişdir. Belə olan halda isə sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olması az inandırıcı olduğundan müdafiə tərəfindən verilmiş vəsatət əsasında təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin olunmuş və alınmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/663 nömrəli ekspert rəyi ilə məhkəmə istintaqı zamanı müəyyən edilmiş mexanizm üzrə “X22 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmaması ilə yanaşı və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələlərinə uyğunsuzluğun olmaması müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, məhkəmədə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araşdırılmadan və hadisənin baş vermə səbəbləri düzgün müəyyən edilməklə iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış və yuxarıda sadalanan sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli 8/2046 saylı və xx.xx.2023-cü il tarixli 8/2681 saylı ekspert rəyləri sübut növü kimi qəbul etməmək qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuşşəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Hacıqabul Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 1(071)-11/2024 saylı hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsi ilə bəraət hökmü çıxararkən işin faktiki hallarını düzgün müəyyən etmiş, ibtidai istintan orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verərək haqlı olaraq Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən heç bir mötəbər sübütün olmadığı qənaətinə gələrək onun barəsində bəraət hökmü çıxarmışdır. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya protestini və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirli bilib ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi və vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə, bəraət almasına dair cinayət işi üzrə Hacıqabul Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli,1(071)-11/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi və vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Hacıqabul Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 1(071)-11/2024 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar