Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-875/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Biləsuvar Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 1(022)-124/2024 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 1(022)-124/2024 saylı hökmü ilə (sədrlik edən hakim Mədinə Rəsulova) xx xxxxxx 1964-cü ildə İran İslam Respublikasının Azərşəhr şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, evli, orta təhsilli, yük avtomobili sürücüsü, İran İslam Respublikası, Təbriz şəhəri, Xiyaban Xəyyam, Hesar küçəsi, ev 15dəqeydiyyatda olmaqla müvəqqəti olaraq Biləsuvar rayonunda yaşayan, məhkumluğu olmayan, 21 may 2024-cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin213-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmşdir ona görə ki, o, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan xeyli miqdarda satış məqsədi ilə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədilə qəsdən əldə etdiyi Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, 1 qutusunun qiyməti 2,50 manat olan, cəmi 440 qutu, xeyli miqdarda, ümumilikdə 1100 manat dəyərində “X8” markalı siqaretləri idarə etdiyi “Daf XF” markalı, İU128İU/GG856S dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinində yataq yerinin altında yerləşən saxlanc yerində 300 qutu, kabində alın şüşəsinin altında tavana bitişik olan, əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə isə 140 qutu olmaqla gömrük nəzarətindən gizlədərək satış məqsədilə saxlamış, 06 aprel 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzi, 1-ci bölmədən keçməklə Azərbaycan Respublikasına daşımış, həmin gün saat 00:30 radələrində gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama nəticəsində qeyd edilən siqaretlər saxlanıldığı yerlərdənaşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLLƏRİ: Dövlət ittihamçısı protestdə göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 1(022)-124/2024 saylı hökmünü Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növdə cəza nəzərdə tutulduğu halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinin halları ona azadlıqdan məhrum etmə növdə cəza təyin edilməsinə əsas verdiyi halda məhkəmə ona əsassız olaraq cərimə cəzası təyin etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əcnəbi vətəndaş olmaqla ona əsas cəza ilə yanaşı əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma əlavə cəzası təyin edilməsi məqsədəuyğun olduğu halda məhkəmə ona belə bir əlavə cəza təyin etməmişdir. Məhkəmə əməlin xarakterini, ictimai təhlükəliliyini nəzərə almamışdır. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Məhkəməyə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən daxil olmuş 13 noyabr 2024-cü il tarixli 2-xx-xx/24133/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə ona tətbiq edilmiş cəriməni ödəyərək İran İslam Respublikasına getmişdir. Məhkəmə kollegiyası hesab edir ki, protestə onun iştirakı olmadan, vəkilinin iştirakı ilə baxıla bilər. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə tövsif edilməsi düzgün olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs öz ifadəsi, şahidlər Şahid1 və Şahid3 ifadələri və işdə olan digər sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsona elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən 35ildir ki, yük avtomobili sürücüsü kimi çalışır, əsasən İran İslam Respublikasından Türkiyə Respublikasına və İraq Respublikasına yük daşımaqla məşğuldur. Özünə məxsus olanyük avtomobili yoxdur. İşlədiyi şirkətlərə məxsus olan yük avtomobillərini idarə edir. Sonuncu dəfə təxminən 12 mart 2024-cü il tarixdə İraq Respublikasından GürcüstanRespublikasına “Bitum” yükü aparmaq sifarişi almış və İraq Respublikası istiqamətində yola düşmüş, 13 mart 2024-cü il tarixdə İraq Respublikasına daxil olmuş, İraqRespublikasının Süleymaniyə şəhərində yükü qəbul etdikdən sonra İran İslam Respublikası istiqamətində yola düşmüşdür. 16 mart 2024-cü il tarixdə İran İslam Respublikasına daxil olmuş və Təbriz şəhərinə yaşadığı ünvana gəlmişdir. Onlayn şəkildə İran İslam Respublikasının Biləsuvar gömrüyündə növbə götürmüş və növbəsinin 02 aprel 2024-cü il tarixdə olduğu məlum olmuşdur. 02 aprel 2024-cü il tarixdə səhər saatlarında Biləsuvar gömrüyü istiqamətində yola düşməmişdən öncə əvvəlcədən alıb evdə saxladığı 440 qutu “X8” markalı siqaretləri satıb qazanc əldə etmək məqsədi ilə götürərək 300 qutusunu idarə etdiyi “Daf XF” markalı, İU128İU/GG856S dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinində yerləşən yataq yerinin altında, qalan 144 qutusunu isə alın şüşəsinin tavana bitişik hissəsində əşyaların qoyulması üçün nəzərdə tutulan yerdə gizlətmiş və yola düşmüşdür, həmin gün saat 23:00 radələrində İran İslam Respublikasının Biləsuvar gömrüyünə çatmışdır. Təxminən 4 gün sonra yəni 06 aprel 2024-cü il tarixdə saat 1 radələrində idarə etdiyi “Daf XF” markalı, İU128İU/GG856S qeydiyyat nömrəli yük avtomobilini xəttə daxil etmişdir. Pasport nəzarətindən keçdikdən sonra avtomobilini gömrük yoxlama yerinə sürmüşdür. Həmin zaman gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apararaq avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan malların olub-olmamasını soruşmuş, o, avtomobilində 10 qutu “X8” markalı siqaretinin olduğunu, bundan əlavə gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan mallarınolmadığını bildirmişdir. Daha sonra idarə etdiyi yük avtomobilinə xidməti itin tətbiqi ilə axtarış keçirilmiş, baxış zamanı xidməti it avtomobilin kabininə reaksiya vermiş, sonra avtomobil əsaslı yoxlanılmışdır. Yoxlama zamanı idarə etdiyi “DAF XF” markalı, İ128İU/GG856S dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinində yerləşən yataq yerinin altında olan saxlanc yerindən gömrük nəzarətindən gizlətdiyi 300 qutu üzərində “X8” markalı, avtomobilin kabinində alın şüşəsinin tavana bitişik ssəsində əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdən də gömrük nəzarətindən gizləditdiyi 140 qutu üzərində “X8” markalı siqaretlər aşkar edilmişdir, onda onun idarə etdiyi “DAF XF” markalı, İU128İU/GG856S dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilən ümumilikdə 440 qutu “X8" markalı siqaretlər protokol əsasında götürülmüşdür. Sənədlər tərtib edilmiş, tərcüməçi tərəfindən ona oxunmuş, o da imzalamışdır. İlk dəfə bundan təxminən 3-4 ay əvvəl İran İslam Respublikasının Biləsuvar şəhərindən Gürcüstana yük aparmışdır, bu ikinci dəfədir, həmişə Türkiyə və İraq Respublikalarına yük aparmışdır. Həmin siqaretləri İrandan altı milyon beş yüz min tümən pul verib almışdır, bu siqaretləri satıb bir qədər qazanc əldə edəçəyini düşünmüşdür. Yaxın günlərdə bacısı qızının toyu olacaqdı, xərclərinə sərf etmək istəyirmişdir. Siqaretləri yolda, gömrüyün qarşısında, tır parklardakı sürücülərə,istəyən şəxslərə təklif edəcəkdi, kim istəsə ona satacaqdı. Təxminən 100-150 ABŞ dolları qazanc qalacağını zənn edirdi. Ona heç kəs kömək etməyi vəd etməmişdir. Sonda, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, ailəsinin yeganə qazanc gətirəni olduğundan ailəsini dolandırmaq üçün bu əmələ yol verdiyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinin yoxlanılması haqqında" 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Daf XF" markalı, J128İU/GG856S dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Biləsuvar Gömrük İdarəsinin “Mono” ləqəbli tütün məlumatlarının axtrarışı üzrə təlim keçmiş xidməti itinin ləqəbi ilə baxış keçirildi. Baxış zamanı xidməti it avtomobilin kabininə reaksiya verdi, daha sonra xidməti itin reaksiyasına əsasən avtomobil əsaslı yoxlanıldı. Yoxlama zamanı “Daf XF” markalı, JU128İU/GG856S dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinində yerləşən yataq yeriin altında olan saxlanc yerindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası markalanmayan 300 qutu üzərində “X8” markalanma yazısı olan, avtomobilin kabinində alın şüşəsinin tavan bitişik yerində əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası ilə markalanmayan 140 qutu üzərində “X8” markalanma yazısı olan siqaretlər aşkar edildi. Yoxlama qurtardıqdan sonra İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “Daf XF” markalı, İU128İU/GG856S dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən ümumilikdə 440 qutu olmaqla, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanlarına bəyan edilməyən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış “X8” markalanma yazısı olan siqaretlərprotokol əsasında götürüldü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/573-9/2830 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası aksiz markası olmayan, “X8” markalı ştrix koduna görə (ilk üç rəqəmi 626) İran İstehaslı olan filterli siqaretlərin 06 aprel 2024-cü il tarixə 1 qutusunun qiyməti 2,50 manat, 440 qutusu numilikdə 1100 manat təşkil etməklə istifadəyə yararlıdırlar. (22 qutu tədqiqata sərf edilmişdir) “Aidiyyəti üzrə göndərmə barədə” 02 may 2024-cü il tarixli qərardan görünür ki, aparılmış tədqiqatdan sonra qalıq 418 qutu “X8” markalı siqaretlər Biləsuvar Gömrük İdarəsinin saxlanc anbarında saxlanılır. “Baxış keçirilməsi haqqında” 15 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə saat 00:07-da “Daf XF” markalı, İU128İU/GG856S dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Biləsuvar” DSMB-dən keçməklə Azərbaycan Respublikasına daxil olmuşdur. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 21 may 2023-cü il tarixli qərarla 06 aprel 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzi, 1-ci bölmədə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Daf XF” markalı, İU128İU/GG856S dövlət qeydiyyat nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 440 qutu “X8" markalı, xeyli miqdarda, 1100 manat dəyərində siqaretlər maddi sübut kimi tanınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, iş üzrə tərtib olunmuş nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokol, ekspert rəyi, baxış protokolları, Təqsirləndirilən şəxs etirafedici ifadsəi, şahid ifadələri, həmçinin işdə olan digər sənədlər sübut növü kimi qəbul olunaraq cinayət işinə əlavə edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 10 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin qismən təmin edilməli olduğunu hesab edir. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aksiz markası ilə markalanmalı olan belə marka olmadan saxladığı məhsulun (malın) təyinatını və miqdarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinin sanksiyasında cərimə cəzasının da nəzərdə tutulduğu halda ona sanksiyada nəzərdə tutulan daha ağır növdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə heç bir əsas olmamışdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, protestin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma əlavə cəzası təyin edilməsi tələbi əsaslı hesab edilməlidir. AR CM-in 52.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cərimə əsas cəzası təyin edilməklə yanaşı ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma əlavə cəzasının təyin edilməsi Plenum qərarının tövsiyyələrinə uyğun olar. Ona görə də apellyasiya protesti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 1(022)-124/2024 saylı hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin vəkilinin çıxışını, dövlət ittihamçısının rəyini dinləyərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 1(022)-124/2024 saylı hökmü dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə məhkum edilməsi barədə Biləsuvar Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 1(022)-124/2024 saylı hökmü, həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti ilə əlaqədar dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cərimə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Biləsuvar Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 1(022)-124/2024 saylı hökmü apellyasiya protesti ilə əlaqədar qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-875/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-875/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver