Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-89/2024 17.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X23 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(099)-48/2023 nömrəli hökmündən ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X13 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə verilmiş əlavəyə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(099)-48/2023 nömrəli hökmü (hakimlər X14 (sədrlik edən), X16 və X6 ibarət tərkibdə) ilə ölmüş Təqsirləndirilən şəxs: xx xxxxxx 1975-ci ildə Yardımlı rayonu Bilnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət törətdikdən sonra öldüyü üçün ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə ölmüş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 381,369 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Yardımlı Rayon Polis Şöbəsi və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Yardımlı şəhəri ərazisində saxlanılaraq, rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında olarkən səhhəti qəflətən pisləşərək ölmüş, polis şöbəsinin inzibati binasında sonuncunun meyitinə baxış keçirilən zaman meyitin əynindəki şalvarın sağ yan, sol yan və gödəkçənin sol iç ciblərindən 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,538 qram, 1,458 qram, 377,373 qram, ümumi təmiz çəkisi 381,369 qram külli miqdarda kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şalvarın sağ yan cibindən təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və şalvarın sol yan cibindən 1 ədəd bükümdə 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi Nazim Əliyevin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(099)-48/2023 saylı hökmünün ləğv edilməsini, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs heç bir əsas olmadan xx.xx.2022-ci il tarixində Yardımlı RPŞ-yə aparıldıqdan sonra, orada ölmüş, bədənindəki çoxsaylı xəsarətlərdən görünür ki, ona fiziki işgəncə verilmiş, ölüm baş verdikdən təxminən 4 saat sonra Təqsirləndirilən şəxs qarşı edilmiş qanunazidd əməllərin ört-basdır edilməsi üçün meyitin üzərinə baxış keçirilmiş və guya onun üzərindən narkotik vasitələr və psixotrop maddə aşkar edilmişdir. Meyit üzərində səhnələşdirilmiş videoçəkilişdən görünür ki, videoçəkilişlə tərtib edilmiş protokol arasında kəskin ziddiyyət vardır. Videoçəkilişdə Təqsirləndirilən şəxs üzərindən qeyd edilən narkotik vasitələrdən başqa, digər əşyalar da çıxarıldığı görünür, lakin protokolda həmin əşyalar əksini tapmamışdır. Belə ki, videoçəkiliş birinci instansiya məhkəməsində nümayiş etdirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində digər əşyalarla yanaşı bir ədəd mobil telefon aşkar edilir. Lakin iş materialı ilə sübut olunur ki, Təqsirləndirilən şəxs üzərindən iki ədəd mobil telefon aşkar olunmuş və həmin mobil telefonlar sonradan istintaq orqanı tərəfindən ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinə qaytarılmışdır. Məhkəmədə qeyd edilən ziddiyyətlərin araşdırılması barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən mühüm əhəmiyyət kəsb edən həmin hallar araşdırılmamışdır. Qeyd edilənlərdən göründüyü kimi, protokol Cinayət Prosessual Məcəlləsinin 236 və 247-ci maddələrinin tələbinin kobud surətdə pozulması ilə aparılmışdır. Cinayət Prosessual Məcəlləsi 9.2-ci maddəsinin tələbinə görə qeyd edilən protokol etibarsızdır və sübut kimi qəbul edilə bilməz. Bundan başqa, iş materialından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22-30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs Yardımlı RPŞ-də ölməsi barədə rəsmi məlumat yayılmışdır. DİN-nin məlumatında bildirilmişdir ki, “Təqsirləndirilən şəxs üzərindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə aşkar olunub. İlkin xaici müayinə zamanı, meyit üzərində hər hansı xəsarət aşkar olunmayıbdır”. Daxili İşlər Nazirliyinin rəsmi məlumatı dəfələrlə istintaq, eləcə də məhkəməyə təqdim edilmiş, lakin məhkəmə həmin məlumatı məhkəmə iclasında araşdırmamışdır. Bundan əlavə, iş materialı ilə sübut olunur ki, Təqsirləndirilən şəxs heç bir əsas olmadan, qanunsuz və əsassız olaraq, polis əməkdaşlarının uzun müddətli şiddətinə məruz qalmışdır. Belə ki, 31 avqust 2021-ci il trixdə polis əməkdaşları gecə saat 02 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə heç bir qanuni əsas olmadan basqın etmişlər, onun evinin qapı və pəncərəsini sındıraraq evlərinə daxil olub, 76 yaşlı anasını və arvadını döymüşlər. Polis əməkdaşlarının qanunazidd hərəkətləri barədə rayon prokurorluğuna şikayət verilməsinə baxmayaraq, həmin şəxslər məsuliyyətdən yayındırılmışlar. Cinayət məsuliyyətindən yayındırılmalarından ruhlanaraq, həmin polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik satışı ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Yardımlı rayon polis X1 və X8 barəsində istintaqı aparılan cinayət işində qanunsuz yolla Təqsirləndirilən şəxs əleyhinə saxta sübutlar əldə etmişlər. Lakin istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs əməlində cinayət tərkibin olmadığı sübuta yetirildiyinə görə, istintaqda onun barəsində hər iki araşdırma üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin birinci instansiya məhkəməsi eyni qaydada, həmin sübutlara da qiymət verməmişdir. Bundan başqa, ibtidai istintaqda, eləcə də məhkəmə istintaqında müəyyən edilmişdir ki, Yardımlı RPŞ-nin rəis müavinləri Şahid2 və Vüqar Bəhmənaov Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edildikdən sonra, mütəmadi olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq izləyərək, təhqiramiz formada onun üzərində müxtəlif vaxtlarda və müxtəlif yerlərdə baxış və axtarış keçirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı qeyd edilən qanunsuz hərəkətlərlə kifayətlənməmiş, əlavə olaraq onu narkotiklə yükləyib tutacaqları ilə dəfələrlə hədələmişlər. Qeyd edilənlərdən görünür ki, polis əməkdaşları açıq-aşkar Təqsirləndirilən şəxs qarşı qərəzli olublar və mütəmadi olaraq onu hədələyiblər. Belə olan halda, Təqsirləndirilən şəxs işdə göstərilən narkotik vasitələr və psixotrop maddə ilə şəhərdə sərbəst gəzməsi mümkün deyildir. Daha sonra, Təqsirləndirilən şəxs sağlığında, yəni hadisədən bir müddət əvvəl özünün yazdığı videomüraciətdə bildirmişdir ki, polislər onu daimi alçaldır və hədələyirlər. Polislərin qanunsuz əməlindən bezdiyini və rayondan çıxıb getmək istədiyini bildirilir. Həmin videoyazı birinci instansiya məhkəməsində araşdırılmış, lakin digər sübutlar kimi həmin görüntüyə də hökmdə qiymət verilməmişdir. Bundan başqa, o, həm ibtidai istintaqda, həm də məhkəmədə dəfələrlə vəsatət verərək, xx.xx.2022-ci il tarixdə R.X21 gətirilməsi zamanı Yardımlı RPŞ-də aparılmış videoyazının tələb edilərək işə əlavə edilməsini xahiş etmiş, vəsatəti təmin edilərək bununla bağlı Yardımlı RPŞ-yə sorğu göndərilmişdir. Lakin Yardımlı RPŞ videoyazını qəsdən təqdim etməmişdir. DİN-nin texniki təminat idarəsinin məhkəmənin sorğusuna verdiyi cavabda isə videoçəkilişlərin aparıldığı, lakin zaman keçdiyinə görə həmin videogörüntüləri təqdim edə bilmədikləri göstərilmişdir. Göründüyü kimi, iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntülər qəsdən gizlədilərək cinayət işinin açılmasına qəsdən maneə yaratmaqla yanaşı, iş materialı saxtalaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur: “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunsuz yolla əldə edilmiş sübutdan istifadə oluna bilməz”. Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən ... məhkəmə vasitəsi ilə .... işinin ədalətli ... araşdırılması hüququna malikdir. Avropa İnsan hüquqları Məhkəməsi (Avropa Məhkəməsi) qərarlarında aşağıdakı presedent yanaşmaları formalaşdırıb: Konvensiyanın 19-cu maddəsinə görə, məhkəmənin vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən üzərilərinə götürdükləri öhdəliklərinə əməl etmələrini təmin etməkdir. Xüsusilə, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakta və ya hüquqa aid səhvlə məşğul olmaq, əgər bu səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmasına səbəb olmamışdırsa, Məhkəmənin funksiyası deyil (bax: “Şenk İsveçrəyə qarşı” (Schenk v. Switzerland, 12 July 1988, § 45, Series A no. 140)) Buna görə də, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (Layıcov Azərbaycana qarşı, “X17rşı” və “X9rşı”). Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)) Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)). Beləliklə, Avropa Məhkəməsinin yanaşmasını ümumiləşdirdikdə belə ittiham tərəfindən istifadə olunan sübutun qanunsuzluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusu təşkil etmək üçün 3 əsas şərtin olması lazımdır.
1. İttiham hökmünün təşkil edən sübut iş üçün həlledici sübut olmalıdır, həmin sübutun olmaması şəxs barədə ittiham hökmünün çıxarılmasına imkan verməməlidir. Yalnız belə sübutun qanunsuzluğu bütünlüklə ədalət mühakiməsini ədalətsiz edə bilər.
2. Həmin sübutun şübhəli və qanunsuzluğu barədə faktlar olmalıdır.
3. Şikayətçiyə sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır, yəni şəxsi sübutu effektiv mübahisələndirmək imkanı olmalıdır. Bu şərtlər hazırki işə tətbiq edildikdə görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış qanunsuz olmuşdur. Hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış kifayət qədər şübhəli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20:00 radələrində saxlanılmış və 20.30 radələrində onun artıq ölməsi faktı Təcili Tibbi yardım stansiyasının həkimləri tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış, polis şöbəsinə gətirildikdən və ya heç olmasa öldükdən dərhal sonra keçirilməmiş, yalnız üç saatdan artıq vaxt keçdikdən sonra, hadisə yerinə gələn prokurorluq əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs meyiti üzərində saat 23:30-23:45 radələrində keçirilmişdir. Hesab edir ki, bu şəkildə baxış və götürmənin keçirilməsində bir sıra şübhəli məqamlar vardır. Belə ki, Təqsirləndirilən şəxs “saxlanması və daha sonra ölümü ilə axtarış arasındakı təxminən 3 saat vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs meyiti tamamilə polisin nəzarəti altında idi. (müqayisə üçün bax Layicov Azərbaycana qarşı iş üzrə qərarda bənd 69) Bundan əlavə, Təqsirləndirilən şəxs polis idarəsində vəfat etmiş və onun üzərində ekspert rəyinə əsasən 19 xəsarət izi aşkar edilmişdir. Bu hal polislərin bu ölümə reaksiyanın ağır ola biləcəyindən çəkinərək Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoya biləcəkləri ehtimalını da gücləndirirdi. Narkotik vasitə və psixotrop maddənin polislər tərəfindən qoyulmasına dair şübhəni təsdiq edən daha bir hal isə Daxili İşlər Nazirliyinin həmin gün saat 22.38-də və 23.12-də, yəni prokurorluq əməkdaşı Təqsirləndirilən şəxs üzərinə baxış keçirib narkotik vasitə aşkar etməmişdən öncə, mətbuata Təqsirləndirilən şəxs ölümü ilə bağlı verdiyi açıqlama olmuşdur. Həmin açıqlamada Təqsirləndirilən şəxs üzərindən satış məqsədi ilə küllü miqdarda narkotik vasitə aşkar olunduğu bildirilmişdi. Bu fakt, həmin narkotik maddənin polis tərəfindən Təqsirləndirilən şəxs cibinə qoyulmasını göstərirdi. Əks halda baxış keçirilmədən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddənin olmasını müəyyən etmək mümkün olmazdı. Bu məsələlər ibtidai istintaq və məhkəmə baxışı zamanı qaldırılsa da, məhkəmə bu hallara münasibət bildirməmişdir.
PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ:
Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı3 apellyasiya şikayəti və həmin şikayətə edilmiş əlavəyə etiraz edərək, şikayətin dəlillərinin əsassız olduğunu, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, ölmüş təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsasların olmamasını bildirib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X13 müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etdi və Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraətverici əsaslarla yeni hökm çıxarılmasını məhkəmə kollegiyasndan xahiş etdi. Ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi Nazim Əliyev müdafiəçisi Müdafiəçi çıxışı ilə razı olduğunu bildirib, mərhum qardaşının təqsirsiz olduğunu qeyd edərək, onun barəsində bəraətverici əsasla hökm çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Hazırki vəziyyətdə müdafiəçi tərəfindən ölmüş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış hər bir sübut, birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla müqayisəli şəkildə təhlil edilməli və bundan sonra onlara ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayəti və həmin şikayətə verilmiş əlavənin dəlillərini, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin olunmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 1(099)-48/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, ölmüş Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 381,369 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Yardımlı Rayon Polis Şöbəsi və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Yardımlı şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında olarkən səhhəti qəflətən pisləşərək ölmüş, polis şöbəsinin inzibati binasında sonuncunun meyitinə baxış keçirilən zaman meyitin əynindəki şalvarın sağ yan, sol yan və gödəkçənin sol iç ciblərindən 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,538 qram, 1,458 qram, 377,373 qram, ümumi təmiz çəkisi 381,369 qram külli miqdarda kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şalvarın sağ yan cibindən təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və şalvarın sol yan cibindən 1 ədəd bükümdə 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, məhkəmə tədqiq etdiyi sübutların bir qrupunun qəbul, digər qrupunun isə rədd edilməsini, habelə Təqsirləndirilən şəxs təqsirsizsliyinə dair kifayət qədər mötəbər sübutlar olduğu halda məhz ittiham tərəfinin təqdim etdiyi sübutlara üstünlük verdiyini hökmdə əsaslandıra bilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünə əsaslı şübhələr olduğuna görə məhkəmə kollegiyası işdə olan sübutları təkrar tədqiq etməyi zəruri hesab etmişdir. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli raportdan görünür ki, xx xxxxxx 1975ci il təvəllüdlü, Yardımlı şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qəbulunda, üzərində saxlamaqda və satışı ilə məşğul olması barədə Yardımlı RPŞ-yə əməliyyat məlumatı daxil olunmuşdur. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli raportdan görünür ki, Yardımlı şəhər sakini Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Yardımlı Rayon Polis Şöbəsi və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Yardımlı şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. İş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, Yardımlı rayon polis şöbəsinin 211 nömrəli xidməti otağında Təqsirləndirilən şəxs halı pisləşdiyindən saat 20:30-da təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım stansiyasının növbətçi həkimləri saat 20:40-da Yardımlı rayon Polis Şöbəsinə gəlib Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərmək istəyən zaman onun artıq öldüyünü müəyyən etmişlər. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:56-da qanunsuz olaraq narkotik vasitələr əldə etmə və üzərində saxlamaqda şübhəli olduğu üçün Əliyev X10 rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında otaqların birində halı pisləşərək ölmüşdür. Təqsirləndirilən şəxs meyitinə Yardımlı rayon prokurorunun böyük köməkçisi X2 tərəfindən videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 401, 79 qram olan narkotki vasitə heroin, 1,47 qram psixotrop maddə metamfetamin, 1 ədəd üzərində “methadone 40” yazısı olan konvalyutda 8 ədəd həblər aşkar edilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə fizikikimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli, 19/658 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ İştirakçılar: Şahid6, Şahid13, Fariz Mahmudov, Ramil Adışov, Sulduz Məmmədov...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -377,373 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Tədqiqata təqdim edilmiş üzərində “ İştirakçılar: Şahid6, Şahid13, Fariz Mahmudov, Ramil Adışov, Sulduz Məmmədov...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -2,538 qr: -1,458 qram ; ümumi təmiz çəkisi: - 3,996 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər və 1 ədəd bükümdə təmiz çəkisi: -1,277 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “ İştirakçılar: Şahid6, Şahid13, Fariz Mahmudov, Ramil Adışov, Sulduz Məmmədov...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd konvalyutda ümumi sayı 8 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı: -0,32 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus iki ədəd zərfdəki ümumi sayı 3 büküm və ümumi təmiz çəkisi: -381,369 qram olan heroinlər kimyəvi tərkiblərinə görə birbirləri ilə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X22-Təcrübə və X12 rayon MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli 03 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olundu: başın sağ yan tərəfinin alın-gicgah, başın önündə burun kökünün sol tərəfinin və sol burun qanadı, sol çənəaltı, gövdənin önündə döş qəfəsinin sol körpücük, sol bazu oynağı üstü, gövdənin sol yan tərəfinin yuxarı və aşağı şöbələri, gövdənin arxasında belin sağ paravertebral hissəsi, boynun önündə qalxanvari vəzi qığırdağının yuxarı hissəsi səviyyəsi, sol baldırın iç-arxa tərəfinin aşağı 1/3-i səviyyəsi, sağ yuxarı ətrafın bazu hissəsinin ön səthinin yuxarı və aşağı 1/3-i səviyyəsi, başın önündə üst dodağın iç səthinin sağ tərəfi, sol aşağı ətrafın diz hissəsinin önü, sağ aşağı ətrafın bud hissəsinin tış tərəfinin yuxarı 1/3-i və ayaq hissəsinin önü, sağ yuxarı ətrafın bazu hissəsinin yuxarı 1/3-i, başın önündə alt dodağın sağ tərəfi və başın önündə sol üst göz qapağı-sağ qaş nahiyələrinin qançırları. Göstərilən xəsarətlər küt əşyanın/əşyaların/ təsiri nəticəsində onun ölümündən bir qədər əvvəl törənmişdir, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. - Təqsirləndirilən şəxs meyitində aşkar olunmuş xəsarətlər müxtəlif şəraitdə əmələ gələ bilərdilər. Məhkəmə-tibbi yolla onların dəqiq olaraq hansı şəraitdə yaranmasını müəyyən etmək mümkün deyildir. Bu məsələ istintaq yolu ilə bütün sübut növləri qiymətləndirilməklə həll edilə bilər. - Təqsirləndirilən şəxs bilavasitə ölümünə səbəb Amfetamin, Heroin, Kannabinoid adlı narkotik və psixotrop maddələrlə kombinə olunmuş kəskin zəhərlənmə olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Yardımlı RPŞ-nın sabiq rəis müavini Şahid2 ifadəsində bildirmişdir ki, 01 iyun 2022- ci il tarixdə Yardımlı rayon polis şöbəsinə rayon sakini Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələr əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Baş Narkotiklərlə Mübarizə idarəsinin X15 Şöbəsinin və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Əməliyyata şöbənin cinayət axtarış bölməsinin əməkdaşları da cəlb edilmişlər. Həmin günü sat 20 radələrində Təqsirləndirilən şəxs rayonda çayxananın girişində saxlanılmış və onu şöbəyə aparmaq istəyərkən o, şöbəyə getməkdən imtina etmiş, bundan sonra onun qollarından yapışıb gəldikləri maşına mindirmişlər və şöbə istiqamətinə hərəktə etmişlər. Yolda maşında olarkən Rövşən onlara müqavimmət göstərməyə başlamış, əl-qol ataraq özünü maşında ora-bura vurmuşdur.Rövşən bir qədər cussəli olduğu üçün onu sakitləşdirməkdə çətinlik çəkmişlər. Əməliyyat planına əsasən Rövşəni onlar 2 №-li məktəbin yaxınlığında gözləyən X26 əməkdaşlarına təhvil vermişlər. Regional şöbənin əməkdaşları ilə Rövşəni öz maşınları ilə Yardımlı rayon polis şöbəsinə aparmışlar. Bundan sonra onlar, Təqsirləndirilən şəxs saxladıqları zaman qaçan digər şəxsləri axtarmaq üçün Təqsirləndirilən şəxs saxladıqları "Halal" marketin yaxınlığına qayıtmışlar və orada Rövşənin qardaşı Vüqar adlı şəxs polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüyü üçün onu Yardımlı rayon polis şöbəsinə gətirmişlər, protokol tərtib edilmiş və o, cərimə edilmişdir. Yardımlı Rayon Polis Şöbəsində 211 №-li xidməti otaqda olduğu zaman Təqsirləndirilən şəxs halının pisləşdiyini eşitmişdir. Şahid1 göstərişi ilə təcili-tibbi yardımın həkimləri gəlmiş və Təqsirləndirilən şəxs baxıb onun öldüyünü demişlər. Sonra prokurorluğun əməkdaşları gəlib meyiti müayinə etmişlər. Təqsirləndirilən şəxs öldükdən sonra şalvarının cibindən narkotik vasitə aşkar edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Yardımlı RPŞ-nın əməliyyat işləri üzrə rəis müavini Şahid1 və Yardımlı RPŞ-nın PPXT-nın polis əməkdaşı Şahid4 Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 şöbənin baş əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə Yardımlı rayon polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələr əldə etməsi və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Bundan sonra Baş Narkotiklərlə Mübarizə idarəsinin X15 Şöbəsinin və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat planına əsasən Təqsirləndirilən şəxs həmin gün saat 20 radələrində rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və 2 saylı məktəbin qarşısında onlara- X26 əməkdaşlarına təhvil verilmişdir. Rövşən avtomobilin arxa oturacağında oturmuşdur, onu maşından düşürtmək istəyərkən o, maşından düşmək istəməyərək müqavimət göstərmiş, salonun tutacaqlarından bərk yapışmış, özünü ora bura çırpırmışdır. Əməliyyatda iştirak edən polis əməkdaşları Xəyal, Mehti, Zülfüqar Rövşənin qollarından tutub maşından düşürtmüş, lakin Rövşən əməkdaşların əlindən çıxmaq istəmişdir. Rövşəni gəldikləri "Niva" markalı maşınına mindirmək istəyərkən Rövşən başını maşının sağ qapısının tininə vurmuşdur. Rövşən bədənində olan xəsarətləri müqavimət göstərərkən almışdır. Rövşəni Yardımlı RPŞ-yə aparmışlar və şöbənin binasının 211 №-li otağında onun halı pisləşmiş, ona dərhal su vermiş və təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım əməkdaşları gəldikdən sonra Təqsirləndirilən şəxs baxıb onun öldüyünü demişlər. Sonra Təqsirləndirilən şəxs meyitinə rayon prokurorunun, polis rəisinin və digər şəxslərin iştirakları ilə baxış keçirilmiş, onun əynindəki cins şalvarının cibindən heroin, metamfetamin, metadon həbləri, çoxsaylı pul əskinazları, müharibə veteranının vəsiqəsi və bank kartları aşkar edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 şöbənin əməkdaşları X20, Şahid9, Şahid10, Şahid11 və Şahid7 Şahid6 ifadəsinə uyğun ifadələr vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Yardımlı RPŞ-nın əməkdaşları Şahid15 və Şahid16 ifadələrində rayon sakini Təqsirləndirilən şəxs saxlanıldığını, onu maşına mindirmək istədikdə Rövşənin müqavimət göstərərk maşına minmək istəmədiyini, onu birtəhər maşına mindirdiklərini, Rövşən maşında arxada özünü ora-bura çırparaq onlarla getmək istəmədiyini, onu gətirib Regional şöbənin əməkdaşlarına təhvil vermək istəyərkən maşına minmək istəmədiyini, yenidən müqavimət göstərdiyini, qaçmaq istədiyini, bundan sonra rayon polis şöbəsinə getdiyini, bir müddətdən sonra Rövşənin şöbədə öldüyünü göstərmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Yardımlı rayon Polis Şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin X15 Şöbəsinin əməkdaşları ifadələrində 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs rayon mərkəzində olan çayxananın qarşısında saxladıqlarını və şöbəyə aparmaq istəyərkən Təqsirləndirilən şəxs onlarla getməkdən imtina etdiyini, bu səbəbdən onun qollarından yapışıb gəldikləri maşına mindirərkən və yolda avtomobildə olarkən Rövşənin onlara müqavimət göstərdiyi, əl-qol ataraq özünü maşında ora-bura vurduğunu qeyd etsələr də, iş materiallarına əlavə edilmiş videogörüntülərlə müəyyən edilir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs qeyd edilən çayxananın qarşısında saxlayan zaman o, saxlanmasına və avtomobilə əyləşməsinə etiraz etsə də, həmin vaxt özünü avtomobilə və ya digər yerlərə vurması müşahidə edilmir. Əksinə, görünən odur ki, Təqsirləndirilən şəxs polis əməkdaşların idarə etdikləri xidməti avtomobilə zorla əyləşdirildikdən sonra onun sağ və sol tərəfində polis əməkdaşları əyləşərək yola davam edirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Yardımlı RMX-nın həkimi Şahid18 ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə Yardımlı TTYŞ-də növbətçi həkim olarkən saat 20:30-da Yardımlı RPŞ-dan zəng olunaraq rayon polis şöbəsinin inzibati binasında müayinə olunmalı şəxsə tibbi yardım göstərilməsi ilə əlaqədar şöbəyə getməli olduqları bildirilmişdir. Polis şöbəsinin inzibatı binasının ikinci mərtəbəsində otağa daxil olarkən stolun üzərində bir nəfər kişi cinsli şəxsin hərəkətsiz vəziyyətdə oturmasını görmüşdür. Otağa daxil olarkən vizual olaraq həmin şəxsin öldüyünü yəqin etmiş, şəxsə ilkin tibbi yardım göstərməyə çalışmış və nəbzini yoxladıqdan sonra həmin şəxsin öldüyü ona dəqiq məlum olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi X23 mərhum kiçik qardaşı Təqsirləndirilən şəxs təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Rövşən saxlanılmamışdan əvvəl 1 il ərzində polis əməkdaşları tərəfindən təqib olunmuş və incidilmişdir. Şahid2 2022-ci il may ayında Yardımlı rayon polis şöbəsində rəis müavini olduqdan sonra onlara hədə qorxu gələrək Rövşəni şərləyib tutacağını bildirmişdir. 01 iyun 2022-ci il tarixdə qardaşı Rövşənlə Yardımlı şəhərində çayxananın yanında olarkən polis əməkdaşları gəlmiş və əməliyyat üzrə rəis müavini Şahid1 göstərişi ilə Rövşənin qolundan tutaraq Rövşəni döyərək zorla avtomobilə salmış və heç bir səbəb göstərmədən onu aparmışlar. Polis əməkdaşları Rövşəni 2 saylı məktəbin yanında yerləşən Regional şöbənin əməkdaşlarına təhvil vermişlər, sonuncular da onu rayon polis şöbəsinə aparmışlar. Polislər getdikdən sonra qardaşı Şahid19 zəng vurmuş və Rövşənin döyülərək səbəbsiz yerə rayon polis şöbəsinə aparılması barədə prokurora məlumat verməsini demişdir. Təxminən 3-4 dəqiqə sonra Vüqar və Zülfüqar ayrı-ayrı avtomobillərdə yenidən həmin yerə qayıtmışlar. Zülfüqar dükan sahibi Namikə kamera görüntülərini silməsini bildirmiş, Namik Vüqara niyə silməsini bildirdikdə Vüqar polisin işinə mane olmamasını ona demişdir. Bundan sonra polis əməkdaşları qardaşı Vüqarı da zorla maşına salaraq aparmışlar. Həmin vaxt qardaşı Şahid19 də ora gəlmiş, polis əməkdaşı Zülfüqardan qardaşlarının tutulma səbəbini soruşmuş, Zülfüqar ona “ged işinlə məşqul ol, elə etmə ki səni də aparaq” sözlərini demişdir. Polislər getdikdən sonra qardaşı Rasim rayon prokurorluğunun qarşısına getmiş, həmin vaxt prokuror həyətdə olmuş, polislərin qardaşlarını döymələri barədə ona məlumat verərək, qardaşlarının döyülməsinin qarşısını almasını prokurordan xahiş etmişdir. Prokuror gülərək polislərin işinə qarışmadığını bildirmişdir. Qardaşlarının tutulma səbəbini öyrənmək üçün şöbəyə yollanmış, yolda olarkən Rövşənin şöbədə polis əməkdaşları tərəfindən döyülərək öldürüldüyünü öyrənmişdir. X23 verilən suallara cavab olaraq bildirmişdir ki, Rövşən heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, onun üzərinə narkotik vasitə polis şöbəsində öldürüldükdən sonra qoyulmuşdur. Polis əməkdaşları tərəfindən 2021-ci ildə Rövşənin evinə basqın olmuş, bu barədə araşdırma aparılmamışdır. Mərhum qardaşı Rövşən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün barəsində şöbədə araşdırma aparılmış və fakt təsdiqini tapmadığı üçün o, sərbəst buraxılmışdır. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Yardımlı rayonu Şəfəqli kənd sakini Şahid17 ifadəsində göstərmişdir ki, mərhum Təqsirləndirilən şəxs yaxın dostudur. Hadisədən bir neçə gün əvvəl Şəfəqli kəndində Muxtarın çayxanasında olanda polis əməkdaşı Zifüqar, digər polis əməkdaşları Şahid1, Ramil Adışov və Aqil orada onların üstünü axtarmışlar. Onların üstündə heç nə aşkar olunmamışdır. Zülfüqar orada Rövşənə “səni yükləyib tutuduracağam” demiş və çıxıb getmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Yardımlı rayonu, Şəfəqli kənd sakini Şahid21 ifadəsində bildirmişdir ki, Yardımlı rayonu Şəfəqli kəndində çayxana işlədir. 01 iyun 2022-ci il tarixdə polis əməkdaşları Şahid2, Şahid1 və Ramil Adışov çayxananın qarşısında Təqsirləndirilən şəxs üzərini axtardıqdan sonra öz maşınlarına salaraq aparmışlar. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs hədə qorxu gəlmələrini ona qarşı zor tətbiq etmələrini görməmişdir. Şahid21 verilən suallara cavab olaraq bildirmişdir ki, axtarış zamanı Rövşənin üzərindən 2 manat pul çıxmış, Rövşənin telefonu polis əməkdaşları tərəfindən alınmışdır. Zülfüqar ona, “əgər sənin çayxanana narkoman gəlsə çayxanadan narkotik çıxacaq” demişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və birinci instansiya məhkəməsində tədqiq edilmiş videomüraciətdən görünür ki, ölmüş təqsirləndirilən Təqsirləndirilən şəxs 22 may 2022-ci ildə, yəni bu iş üzrə saxlanıldığı vaxdan 9 gün əvvəl Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə videoçəkiliş vasitəsi ilə müraciət hazırlayaraq, Yardımlı rayon Polis İdarəsinin rəis müavinləri Şahid2 və Şahid1 ondan əsassız olaraq pul tələb etməsi, heç bir səbəb olmadan polis əməkdaşları tərəfindən təqib olunması, Yardımlı rayon ərazisində olan və narkotik vasitələrin qanunsuz dövriyəsinə görə şübhəli bilinərək tutulmuş bir neçə nəfər şəxsdən aşkar edilmiş narkotik vasitənin guya ondan alınması barədə ifadə verməyə məcbur edilmələri, polis tərəfindən şərlənərək tutulacağı barədə dəfələrlə özünə xəbərdarlıq edilməsini bildirmiş və qeyd olunan polis əməkdaşları barədə tədbir görülməsini xahiş etmişdir. Müdafiə tərəfinin birinci instansiya məhkəməyə təqdim etdiyi qərarların surətlərindən görünür ki, Yardımlı rayon Polis X1 və X3 barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə Təqsirləndirilən şəxs əleyhinə ilkin sübutlar əldə edilməsinə, yəni Rauf Ataşov və Əlican Hüseynov həmin şöbənin İstintaq Qpupunun müstəntiqinə verdikləri ilkin ifadələrində onlardan aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs almaları barədə izahat və ifadə versələr də, sonrakı ifadələrində ilkin ifadələrini təkzib edərək narkotik vasitəni Təqsirləndirilən şəxs almaları barədə həqiqəti əks etdirməyən ifadələr verdiklərini bildirmişlər. Bu səbəbdən də, Yardımlı rayon Polis Şöbəsində istintaqı aparılan ********* və ********* nömrəli cinayət işləri üzrə qəbul edilmiş xx.xx.2021 və xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarlarla Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yardımlı RPŞ-nin inzibati binasında ölməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq və zorakılıq halların olması təsdiq olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Yardımlı RPŞ-yə Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələr əldə etməsi, üzərində daşıması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs saxlanılmasından ötrü, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 şöbəsinin və Yardımlı RPŞ-nin əməkdaşlarından ibarət birgə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 19:56 radələrində Təqsirləndirilən şəxs Yardımlı rayonu ərazisində saxlanılaraq Yardımlı RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir polis əməkdaşı tərəfindən fiziki zor tətbiq edilməmişdir. Əvvəlcədən qurulmuş əməliyyat planına əsasən Təqsirləndirilən şəxs Yardımlı şəhərində 2 saylı tam orta məktəbin yanında Yardımlı rayon polis əməkdaşları tərəfindən BNMİ-nin CBRŞ-nin əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs Yardımlı RPŞ-əməkdaşları tərəfindən avtomobildə regional şöbənin əməkdaşları olduğu yerə gətirilib sonunculara təhvil verilərkən, eləcə də regional şöbənin əməkdaşlarının idarə etdiyi avtomobildə müqavimət göstərmiş, özünü avtomobildə müxtəlif yerlərə çırparaq qaçmağa çalışmış, buna görə də polis əməkdaşları onun qollarından və gövdəsindən bərk yapışaraq onun qaçmasının qarşısını almağa çalışmışlar. Birinci instansiya məhkəməsi ittiham tərəfin təqdim etdiyi sübutları, xüsusən şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini inandırıcı hesab etməklə ittihamı təsdiq etmiş, lakin müdafiə tərəfin təqdim etdiyi və hadisənin əhəmiyyətli halları ilə bağlı yuxarıda qeyd edilən sübutları inandırıcı hesab etməmiş və iş üzrə mühüm əhəmiyyət kəsb edən bu dəlilləri qəbul etməməsinin səbəblərini izah edə bilməmişdir. Halbuki, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisinin ifadəsi, şahid qismində dindirilmiş Şahid21 və Şahid17 ifadələri, Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixli videomüraciəti, Yardımlı rayon Polis X1 və X3 barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi barədə mövcud qərarlar onun hazırki iş üzrə təqsirli bilindiyi ittihamla bağlı məsələnin həllində mühüm əhəmiyyətə malikdir və eyni zamanda işin digər faktiki halları ilə ziddiyyət təşkil etmir. Bundan əlavə iş materialından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:38-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs Yardımlı RPŞ-də ölməsi barədə rəsmi məlumat yaymışdır. Həmin məlumatda aşağıdakılar qeyd edilmişdir: - Bu gün daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilib. DİNdən APA-ya verilən məlumata görə, onun üzərindən satış məqsədi ilə külli miqarda narkotik vasitə aşkar olunub. Narkotik aludəçisi Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, Təqsirləndirilən şəxs ölüb. Ölüm faktı ilə əlaqədar məhkəmə-tibbi ekspertiza təyin edilmiş, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib. Məhkəmə kolegiyası xüsusi olaraq qeyd edir ki, iş materiallarında olan “baxış və götürmə” haqqında protokola əsasən, Təqsirləndirilən şəxs meyitinin üzərinə xx.xx.2022-ci il tarixdə saat 23:45-dən 23:50-dək olan vaxt ərzində baxış keçirilmiş və onun üzərindən narkotik vasitə heroin, metadon və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən yuxarıda qeyd edilən məlumatın xx.xx.2022-ci il tarixdə, saat 22:38-də, yəni Təqsirləndirilən şəxs meyitinin üzərinə baxış keçirilməzdən əvvəl yayılması həmin protokolun mötəbərliliyi və Təqsirləndirilən şəxs meyitinin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə ittiham tərəfin dəlillərinin inandırıcılığını əsaslı şübhə altına alır. Bundan başqa, işin təkzibedilməz halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Yardımlı Rayon Polis Şöbəsi və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 Şöbənin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Yardımlı şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, saat 20:30 radələrində polis şöbəsinin inzibati binasında səhhəti qəflətən pisləşərək ölmüşdür. Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində saxlanılması və 20:30 radələrində Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasında ölməsi faktı işin mübahisəsiz halıdır, iş materialları ilə təsdiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərinə baxış, polis şöbəsinə gətirildikdən və ya öldükdən dərhal sonra keçirilməmiş, yalnız üç saatdan artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 23:45-dən 23:50-dək olan vaxt ərzində keçirilmişdir. “Layicov Azərbaycana qarşı” iş üzrə X28 Hüquqları Məhkəməsi qeyd etmişdir ki, "ərizəçinin əvvəldən təqsirləndirildiyi üç cinayətdən ikisi üzrə ittiham sonradan bir çox maddi və prosessual hüquq normalarının pozulması ilə əlaqədar yerli məhkəmələr tərəfindən rədd edilmiş və ərizəçi sonda qanunsuz narkotik saxlamağa görə məhkum edilmişdir. Onun barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni polis tərəfindən 2005ci il 17 martda həyata keçirilmiş axtarış nəticəsində onun üzərində və avtomobilində tapılmış narkotik maddəyə əsasən çıxarılmışdır. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdıracaq. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi". Hazırki iş üzrə də, Təqsirləndirilən şəxs meyiti üzərinə 3 saatdan artıq vaxt keçəndən sonra baxış keçirilməsi və 381,369 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetaminin götürülməsi barədə 01 iyun 2022-ci il tarixli protokola birinci instansiya məhkəməsi tərəfindən verilən qiymətə şübhə salır. (məhkəmə bu protokolu narkotik vasitənin ölmüş Təqsirləndirilən şəxs aidiyyətinin olmaması barədə müdafiə tərəfinin dəlillərini təkzib edən, eyni zamanda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirmişdir). Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə nəticənin əsasına qoyulmuş sübutlar kifayət qədər yoxlanılmamış, məhkəmə faktiki olaraq müdafiə tərəfinin yuxarıda qeyd edilən və irəli sürdüyü digər dəlilləri (sübutların mümkünsüzlüyü barədə iddialarını) kifayət qədər araşdırmadan onların özünümüdafiə xarakterli olduğunu qeyd edib rədd etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Barbera, Messegue və Cabardo İspaniyaya qarşı" şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmin X28 Hüquqları Məhkəməsi daha sonra qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyinə yönəlmiş sübutlar həm inandırıcılıq həm də yetərlilik dərəcəsinə cavab verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Layicov Azərbaycana qarşı” iş üzrə Qərarında isə qeyd etmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iş üzrə qəti olaraq gəldiyi nəticə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlar əsaslı şübhələrdən kənar olmamışdır. İttihamın əsasını təşkil edən və Təqsirləndirilən şəxs təqsirli olmasına dəlalət edə biləcək yeganə sübut olan 01 iyun 2022-ci il tarixli "meyitə baxış keçirilməsi və götürmə aparılması" haqqında protokol Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi ilə qadağan olunmuş şəkildə əldə edildiyindən kifayət qədər ziddiyyətli sübutdur. Bundan başqa, ən diqqətçəkən məsələlərdən biri də Təqsirləndirilən şəxs bədən səthində çoxsaylı xəsarətlərlə bağlıdır. Bu xəsarətlərin olması işin mübahisəsiz halıdır və ittiham tərəfi həmin xəsarətlərin yaranma səbəbini Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməsi və özünü avtomobilin müxtəlif yerlərinə vurmaqla aldığını əsaslandırmışdır (Təqsirləndirilən şəxs meyitinin fotoşəkilləri çəkilmiş və müdafiə tərəfi həmin fotoşəkilləri birinci instansiya məhkəməsinə təqdim etməklə cinayət işinin materiallarına əlavə olunmuşdur). Belə ki, ittiham tərəfin qənaətinə görə Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərlə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılmış və bu xəsarətlərin Təqsirləndirilən şəxs tutularkən yarana biləcəyi qeyd edilmişdir. Prokurorluğun gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs olan xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi sübuta yetməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs işgəncəyə və ya zorakılığa məruz qalması və bununla bağlı müdafiə tərəfin mövqeyi əsaslı deyil. İş materiallarında olan Təqsirləndirilən şəxs saxlanma anını özündə əks etdirən videogörüntü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Yardımlı rayon mərkəzində olan çayxanaya gəlməzdən əvvəl təxminən 10 nəfərdən ibarət polis əməkdaşları ayrı-ayrı iki xidməti avtomobillə həmin çayxananın qarşısına gələrərək, avtomobildən düşüb çayxanaya daxil olurlar. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobillə həmin əraziyə gəlib avtomobildən düşür və sərbəst şəkildə hərəkət edərək orada olan qardaşı və digər şəxslərlə söhbət edir, bundan sonra polis əməkdaşları onu zorla xidməti avtomobilə mindirib oradan uzaqlaşırlar. İş üzrə şahid qismində dindirilmiş Yardımlı rayon Polis Şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin X15 Şöbəsinin əməkdaşları ifadələrində 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs rayon mərkəzində olan çayxananın qarşısında saxladıqlarını və şöbəyə aparmaq istəyərkən Təqsirləndirilən şəxs onlarla getməkdən imtina etdiyini, bu səbəbdən onun qollarından yapışıb gəldikləri avtomobilə mindirərkən və avtomobillə hərəkət edərkən Rövşənin onlara müqavimət göstərdiyi, əl-qol ataraq özünü ora-bura vurduğunu qeyd etsələr də, iş materiallarına əlavə edilmiş videogörüntülərlə müəyyən edilir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs qeyd edilən çayxananın qarşısında saxlayan zaman o, saxlanmasına və avtomobilə əyləşməsinə etiraz etsə də, həmin vaxt özünü avtomobilə və ya digər yerlərə vurması müşahidə edilmir. Əksinə, görünən odur ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının idarə etdikləri xidməti avtomobilə zorla əyləşdirildikdən sonra onun sağ və sol tərəfində polis əməkdaşları əyləşərək yola davam edirlər. Lənkəran Rayon Prokurorluğunun müstəntiqinin 15 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, müstəntiq ölmüş Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərin yaranma səbəbini, hərəkətlərindən şikayət edilən polis əməkdaşlarının özlərinin izahatlarına əsaslanmaqla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, birinci instansiya məhkəməsi isə müstəntiqin tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanmayan qərarını qənaətbəxş hesab edib Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması barədə müdafiə tərəfinin irəli sürdüyü dəlillərini rədd etmişdir. Məhkəmə kollegiyası ittiham tərəfin qeyd olunan dəlilləri ilə razılaşmağı mümkün hesab etmir və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent əhəmiyyətli hüquqi mövqeyinə uyğun olaraq aşağıdakıları qeyd edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsində göstərilmişdir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Boyuid Belçikaya qarşı iş üzrə 28 sentyabr 2015-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini qoruyur. Həqiqətən də işgəncə və qeyriinsani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın qadağan olunması sivilizasiyanın dəyəridir və insan ləyaqətinə hörmətlə sıx əlaqədardır. Konvensiya ilə qorunan bir çox digər hüquq və azadlıqlardan fərqli olaraq 3-cü Maddə istisnanı qadağan edir və 15-ci maddənin 2-ci bəndinə müvafiq olaraq xalqın həyatına təhlükə yaradan fövqəladə hallarda belə bu maddədən istisnaya yol verilmir. Hətta ən çətin şəraitdə belə, məsələn, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı, Konvensiya işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan davranışı və ya cəzanı bu davranış və ya cəzaya məruz qalan şəxsin əməllərindən asılı olmayaraq, mütləq şəkildə qadağan edir. 3-cü maddəyə zidd pis rəftarın törədilməsi iddiaları müvafiq sübutlarla təsdiq olunmalıdır. Bu sübutları yoxlamaq üçün məhkəmə “ağlabatan şübhələrdən kənar” sübut standartları qəbul edir, lakin həmçinin əlavə edir ki, bu cür sübut kifayət qədər ciddi, aydın və uyğun nəticələr və ya faktların oxşar və etiraz edilməyən prezumpsiyalarından doğa bilər. Avropa Məhkəməsi həmin Qərarında daha sonra qeyd etmişdir ki, təcrid olunmuş şəxslər hakimiyyət orqanlarının nəzarətindədirsə və həmin orqanlar bundan açıq-aşkar xəbərdardırlarsa, bu saxlama müddətində şəxsin aldığı xəsarətlərlə bağlı ciddi faktiki prezumpsiyalar yaranacaq. Bu zaman sübutetmə yükü Hökumətin üzərinə düşür və Hökumət faktlardan ibarət sübutlar təqdim etməklə qurbanın hadisələrlə bağlı fikirlərini şübhə altına alan yetərli və inandırıcı izahatlar verməlidir. Bu, onunla əsaslandırılır ki, həbsdə olan şəxslər həssas durumdadırlar və hakimiyyət orqanları onları müdafiə etmək vəzifəsi daşıyır. Avropa Məhkəməsi xüsusilə vurğulamışdır ki, azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Avropa Məhkəməsinin qənaətinə görə Dövlətin Konvensiyanın 1-ci maddəsi ilə nəzərdə tutulan “onların yurisdiksiyasında olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” vəzifəsinə istinad edərək qeyd olunmalıdır ki, 3-cü maddənin tələbinə görə, şəxs polis əməkdaşlarının və ya digər oxşar hakimiyyət orqanlarının nəzarətində olarkən 3-cü maddənin pozuntusu hesab olunan davranışdan əziyyət çəkdiyinə dair inandırıcı əsasları olan iddia irəli sürərkən bu iddia ilə bağlı səmərəli rəsmi istintaq həyata keçirilməlidir. Bu cür istintaqın əsas məqsədi Dövlətin vəzifəli şəxslərinin və ya qurumlarının cəlb olunduğu işlərdə işgəncə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar və cəzanı qadağan edən yerli qanunların səmərəli şəkildə icrasını təmin etməkdir. Bundan başqa qeyd edilməlidir ki, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə müvafiq xəsarətlərin yetirilməsi barədə şikayətin rədd edilməsinə dair cinayət prosesini həyata keçirən orqanın qanuni qüvvədə olan qərarının mövcud olması bununla bağlı məsələlərin məhkəmə baxışı zamanı araşdırılmasının qarşısını almır. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Lənkəran rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilən xəsarətlərin cinayət hesab edilməməsi barədə qərarı həmin məsələnin məhkəmə baxışında təkrar araşdırılmasını (cinayət təqibi halları istisna olmaqla) və nəzərə alınmasını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsinə dair təqdim etdiyi sübutlar mahiyyət etibarı ilə əsaslı şübhələrdən kənar sübut standartlarına malik olan sübutlar deyil və bu sübutların mənbəyi mötəbər sayıla bilən sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, cinayət-prosessual qanunvericiliyinin normaları və hazırki işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, ittiaham orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla ölmüş Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 381,369 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşıması sübuta yetirilməmiş hesab edilməlidir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 399.1, 399.1.2-399.1.4-cü maddələrinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İş üzrə maddi sübut kimi tanınaraq, Masallı Rayon Polis Şöbəsinə saxlanca verilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 381,219 qram narkotik vasitə heroin,1,227 qram qalmış psixotrop maddə metamfetamin, 7 ədəd narkotik vasitə olan metadon həbi həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Lənkəran Şəhər Rayon Polis Şöbəsinə saxlanılmalıdır. Həmçinin, iş üzrə müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs meyitinin fotoşəkilləri, onun 22 may 2022-ci ildə videoçəkiliş vasitəsi ilə müraciətini özündə əks etdirən 01 (bir) ədəd DVD disk, Yardımlı rayon Polis Şöbəsininin ********* və ********* nömrəli cinayət işləri üzrə qəbul edilmiş xx.xx.2021 və xx.xx.2021-ci iltarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarları Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən hazırki iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, yuxarıda qeyd edilənlər nəzərə alındıqda, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli, 19/658 saylı rəyində göstərilən narkotik vasitələr və psixotrop maddənin məhz Təqsirləndirilən şəxs aid edilməsinin qəbul edilməsini də istisna edir. Həmin rəy yalnız rəydə göstərilən narkotik vasitə və psixotrop maddəni qanunsuz əldə etməklə saxlayan və daşıyan şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi nəzərə alına bilər. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən cinayət işi üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat miqdarında ekspertiza tədqiqatının dəyəri Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən dövlət büdcəsinə aid edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 399.1 və 399.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Cinayət Prosessual Məcəlləsinin 401.1-ci madddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız aşağıdakılara təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir: 401.1.1. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə. Həmin Məcəllənin 401.2-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir: 401.2.1. məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə; 401.2.2. birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda; 401.2.3. birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda; 401.2.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetmədiyinə görə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350, 353, 356, 357, 397, 398, 399 və 407-410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ:
Ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X13 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(099)-48/2023 nömrəli hökmü həmin apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə əsasən ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verildiyindən, onun üzərindən aşkar olunmuş 381,369 qram narkotik vasitə heroin,1,277 qram qalmış psixotrop maddə metamfetamin və 0,32 qram olan 8 ədəd narkotik vasitə olan metadon həbinin mənbəyinin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı rayon prokuroruna göndərilsin. İş üzrə maddi sübut olan, müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 381,219 qram narkotik vasitə heroin,1,227 qram qalmış psixotrop maddə metamfetamin və 7 ədəd narkotik vasitə olan metadon həbi Masallı Rayon Polis Şöbəsində saxlanılsın. İş üzrə müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs meyitinin fotoşəkilləri, onun 22 may 2022-ci ildə videoçəkiliş vasitəsi ilə müraciətini özündə əks etdirən 01 (bir) ədəd DVD disk, Yardımlı rayon Polis Şöbəsininin ********* və ********* nömrəli cinayət işləri üzrə qəbul edilmiş xx.xx.2021 və xx.xx.2021-ci iltarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus mobil telefonların ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi olan qardaşı Nazim Əliyevə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev