Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-891/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X12, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 1(099)-474/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Bəhram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 1(099)-474/2024 saylı hökmü ilə (sədrlik edən hakim Cavid Səfərli) xx.xx.1991-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, əvvələr məhkum olunmamış, İmişli şəhəri H.Əliyev prospekti 230-da qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2024-cü il tarixdən hesablanmaqla 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 4,005 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində və müvəqqəti yaşadığı İmişli şəhəri, 20 Yanvar küçəsi bina 2, mənzil 19 ünvanında yerləşən evdə saxlamış, 19 yanvar 2024-cü il tarixdə saat 18:20-də İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı evə baxış zamanı, həmin qonaq otağındakı stolun üzərindən 20 ədəd polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0, 364 qram, 0,377 qram, 0,236 qram, 0,143 qram, 0,189 qram, 0,104 qram, 0,158 qram, 0,177 qram, 0, 130 qram, 0,162 qram, 0,132qram, 0,143 qram, 0, 168 qram, 0,116 qram, 0,103 qram, 0,138 qram, 0,122 qram, 0,155 qram, 0,107 qram, 0,104 qram olmaqla ümumi təmiz çəkisi 3,328 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, üzərində narkotik vasitə olan heroinin izləri olan iki ədəd elektron tərəzi, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd şüşə kolba və üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd “bir manatlıq” əskinaslardan hazırlanmış borucuqlar aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 19:55-də İmişli şəhəri H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasında, Cinayət Axtarış Bölməsinə məxsus xidməti otaqların birində onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli qollu dəri gödəkçənin sağ yan cibindəki bir ədəd qara rəngli açar qabının içərisindən üç ədəd polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram, 0,276 qram, 0,143 qram və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,090 qram olmaqla ümumi təmiz çəkisi 0,677 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun vəkili apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm ədalətsiz omuşdur. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-474/2024 saylı hökmü məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsinə görə qanunsuz və əsassız olduğundan dəyişdirilməlidir. Törədilmiş cinayət hadisəsinə hüquqi qiymət verilməsi cinayətin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı obyektiv, hərtərəfli və qərəzsiz araşdırılmasından asılıdır. Cinayət əməlinin düzgün tövsif edilməsi, habelə təqsirləndirilən şəxsin niyyətinin və məqsədinin müəyyən edilməsi törədilmiş cinayətin obyektiv, hərtərəfli və qərəzsiz araşdırılması üçün vacib şərtdir. Hazırkı cinayət işi üzrə obyektiv araşdırılma aparılmamış və təqsirləndirilən şəxsin əməli həm ibtidai istintaq, həm də məhkəmə tərəfindən düzgün tövsif edilməmiş və məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında vermiş olduğu ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildir ki, psixotrop maddə metamfetamin qəbul edir. Yaşadığı evdən və üzərindən aşkar edilən heroin narkotik vasitəni 10 yanvar 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhərində Sabunçu rayonu ərazisində tanımadığı ünvanda ağacın altından gedib götürmüşdür. Belə ki, sosial şəbəkələrdə Əli adlı iranlı ilə tanış olmuş və ondan beş qram çəkidə metafetamin sifariş etmiş və bunun üçün ona 150 manat pul göndərmişdir. Lakin Əli ona səhvən metafetamin yerinə narkotik vasitə heroin göndərmişdir. Heroin təxminən 20 xırda bükümdə olmuşdur. Özü metamfetamin qəbul etdiyinə görə heroini metamfetaminlə dəyişmək istəmiş, lakin heroini, ümumiyyətlə hər hansı bir narkotik vasiə heç kimə satmamış, satmaq fikri olmamışdır. 19 yanvar 2024-cü il tarixdə saat 18 radələrində polis əməkdaşları yaşadığı evə gəlmişlər, həmin vaxt evdə tanışları Maqsud və Rühəngiz də olmuşdur.Evdə axtarış keçirilən zaman 20 ədəd bükümdə narkotik vasitə heroin, iki ədəd elektron tərəzi, bir ədəd narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulmuş şüşə kolba və iki ədəd bir manatlıq əskinaslardan ibarət borular aşkar edilib götürülmüşdür. Bundan sonra polis əməkdaşları bu barədə protokol tərtib etmiş və İmişli rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman o, özü əynində olan qara rəngli qollu dəri gödəkçənin sağ yan cibindəki bir ədəd qara rəngli açar qabının içərisindən üç ədəd polietilen kəsiyi bükümlərində və bir ədəd kağız bükümdə narkotik vasitə heroini çıxarb təqdim etmişdir. Heroin ona səhvən metafetamin yerinə göndərilmişdir. O isə narkotiki aldığı şəxsdən dəyişdirməsini tələb etmiş və ya başqa şəxslə dəyişdirmək fikrində olmuşdur. Əgər satmaq məqsədi olsaydı, bu müddət ərzində fikrini reallaşdırardı. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildir ki, psixotrop maddə metamfetamin qəbul edir. Yaşadığı evdən və üzərindən aşkar edilən heroin narkotik vasitəni 10 yanvar 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhərində Sabunçu rayonu ərazisində tanımadığı ünvanda ağacın altından gedib götürmüşdür. Belə ki, sosial şəbəkələrdə Əli adlı iranlı ilə tanış olmuş və ondan beş qram çəkidə metafetamin sifariş etmiş və bunun üçün ona 150 manat pul göndərmişdir. Lakin Əli isə ona metafetamin yerinə səhvən narkotik vasitə heroin göndərmişdir. Heroin təxminən 20 xırda bükümdə olmuşdur. Özü metamfetamin qəbul etdiyinə görə “Watsap” vasitəsilə əlaqə saxlayıb Əlidən heroini dəyişməsini tələb etmişdir. Əli isə dəyişəcəyini desə də, dəyişməmişdir. On gün müddət gözləmiş, bundan sonra başqa şəxslə dəyişmək qərarına gəlmişdir. O, heroini, ümumiyyətlə hər hansı bir narkotik vasiəni heç kimə satmamış, satmaq fikri də olmamışdır. 19 yanvar 2024-cü il tarixdə saat 18 radələrində polis əməkdaşları yaşadığı evə gəlmişlər. Həmin vaxt evdə tanışları Maqsud və Rühəngiz də olmuşdur. Evdə axtarış keçirilən zaman 20 ədəd bükümdə narkotik vasitə heroin, iki ədəd elektron tərəzi, bir ədəd narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulmuş şüşə kolba və iki ədəd bir manatlıq əskinaslardan ibarət borular aşkar edilib götürülmüşdür. Bundan sonra polis əməkdaşları bu barədə protokol tərtib etmiş və İmişli rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman o, özü əynində olan qara rəngli qollu dəri gödəkçənin sağ yan cibindəki bir ədəd qara rəngli açar qabının içərisindən üç ədəd polietilen kəsiyi bükümlərində və bir ədəd kağız bükümdə narkotik vasitə heroini çıxarb təqdim etmişdir. Heroini şəxsi istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədən onun əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza verilməsinin xahiş etmişdir. Şikayət müəllifi apellyasiya şikayətinin təmin olunmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(099)- 474/2024 saylı hökmünün dəyişdirilməsi, onun əməlinin tövsifinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə dəyişdirilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza verilməsi barədə hökm çıxarasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində düzgün tövsif edildiyini və əməlinin sübuta yetirildiyini göstərərək apellyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək çıxışında apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin əməlində satışı təsdiq edən heç bir fakt olmadığənı Ona görə də Təqsirləndirilən şəxs əməlin CM-in 234- 1.1-ci maddəsinə tövsüf edilməklə cəza təyin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və məhkəmənin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmələri düzgün olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs vəkilinin əməlinin tövsifinoin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Belə ki, müdafiəçi tələbini işdə Təqsirləndirilən şəxs narkotik vasitəni satmasını təstiq edən hər hansı sübutun olmamasına istinad edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə etmiş olmasını həmin narkotik vasitənin birdəfəlik istifadəyə yetərli olmaqla 20 kiçik hissəyə bölünməsi, Təqsirləndirilən şəxs evində narkotik vasitələrin kiçik hissələrdə çəkilməsi üçün iki ədəd elektron tərəzinin olması, Təqsirləndirilən şəxs özünün istintaq zamanı verdiyi ifadəsi, telefon danışıqları ilə təstiq olunur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü narkotik vasitəni satış məqsədi ilə saxlamaqda təqsirli bilməsə də, istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Əli adlı şəxsdən beş qram çəkidə metafetamin sifariş etmiş və bunun üçün ona 150 manat pul göndərmişdir. Lakin Əli isə ona metafetamin yerinə narkotik vasitə olan heroin göndərmişdir. Bu barədə Əliyə “Watsap” vasitəsilə əlaqə saxlayıb bildirmiş, sonuncu isə dəyişəcəyini desə də dəyişməmişdir. Təxmini olaraq on gün müddət gözləmiş, gözlədiyi müddət ərzində isə əldə etdiyi heroin narkotik vasitəsini satmaq qərarına gəlmişdir. Niyyəti heroin narkotik vasitəsini satıb pul əldə edib, həmin pul ilə də metafetamin almaq olmuşdur. Ona bütöv şəkildə 5 qram narkotik vasitə heroin verilmişdir. O, həmin heroinin metafetaminə dəyişdirilməsini gözləsə də, lakin bu olmadığından həmin beş qram heroini özü hazır bükümlərə çəkib yığmışdır. Heroini isə 19 yanvar 2024-cü il tarixdə günorta saatlarında kirayə yaşadığı ünvanda özü bükümlərə bölmüşdür. Bunun üçün elektron tərəzidən istifadə etmişdir. 25 büküm hazırlamışdır. Həmin bükümlərdən 20 ədədi yaşadığı evdə baxış zamanı, 3 ədədi üzərində şəxsi axtarış zamanı götürülmüş, bir büküm üzərindən aşkar edilən kağız bükülünün arasında olmuşdur. Sonuncu bükümü isə 19 yanvar 2024-cü il tarixdə saat 15 radələrində İmişli şəhər sakini və adını Mehdi kimi bildiyi şəxsə 15 manata satmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri 20 Yanvar küçəsi bina 2, mənzil 19 ünvanındakı evdə narkotik vasitə heroini istifadə etmək, satmaq və daşımaq məqsədilə saxlamasi barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18 radələrində əməkdaşlarla birlikdə İmişli şəhər 20 Yanvar küçəsi bina 2, mənzil 19 ünvanında yerləşən evə gedərək Təqsirləndirilən şəxs razılığı ilə evə baxış keçirmişlər. Otaqda stolun üzərində 20 ədəd xırda bükümlərdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Həmin heroinləri çəkib xırda bükümlərə yığmaq üçün istifadə edilən iki ədəd elektron tərəzi, habelə narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulmuş bir ədəd şüşə kolba və iki ədəd bir manatlıq əskinaslardan hazırlanmış turbuçka aşkar edilmişdir. Təqsirləndirilən şəxs stolun üzərində aşkar edilən bütün əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra 20 ədəd sellofan büküm, iki ədəd elektron tərəzi, bir ədəd şüşə kolba və iki ədəd bir manatlıq əskinaslardan hazırlanmış turbuçkalar qablaşdırılmışdır. Sonra birlikdə İmişli rayon polis şöbəsinə getmişlər, orada Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə, videogörüntü altında şəxsi axtarış hərəkətləri aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmetin olması əgər varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli, dəri açar qabını açıb həmin açar qabından üç ədəd sellofan bükümdə olan bir ədəd də kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitə heroinə bənzər maddələri çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri satış üçün gəzdirdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 yanvar 2024-cü il tarixli 18/87 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş olunmuş üzərində “tutulan şəxs:... Təqsirləndirilən şəxs... “ sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,090 qram, 3 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri- 0,168 qram, 0,276 qram, 0,143qram, ümumi çəkisi-0,677 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdiqata təqdim edilmiş üzərində”...Təqsirləndirilən şəxs, X16 və X2 yaşadıqları evdən... “ sözləri yazılmış və imzalar olan kağız paketdəki: -20 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri -0,364 qram, 0,377 qram, 0,236 qram, 0,143 qram, 0,189 qram, 0,104 qram, 0,158 qram, 0,177 qram, 0,130 qram, 0,162 qram, 0,132 qram, 0,143 qram, 0,168 qram, ,116 qram, 0,103 qram, 0,138 qram, 0,122 qram, 0,155 qram, 0,107 qram, 0,104 qram, ümumi təmiz çəkisi-3,328 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -2 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən(elektron tərəzinin ölçmə həddindən xaricmikriçəki) onun miqdarını və digər maddələrlə eyiniliyini müəyyən etmək mümkün deyildir. -2 ədəd “1 manat”lıq pul əskinasından düzəldilmiş borucuqlarda və 1 ədəd şüşə kolbada psixotrop maddə-metafetaminin izləri vardır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 4 bükümdə və onun yaşadığı evdən götürülmüş 20 bükümdə, cəmi 24 ədəd bükümdə ümumi təmiz çəkisi 4,005 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqatdan sonrakı qalıq 3,245 qram narkotik vasitə heroin təşkil edir. İş materiallarında olan 10 fevral 2024-cü il tarixli 837 saylı ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri 20 Yanvar küçəsi, bina 2, mənzil 19 ünvanıdır. Evin girs qapısı dəmirdəndir. Evə daxil olduqda sol tərəfdə sanitar qovşağı, üzbəüz isə həm qonaq otağı, həm də yataq otağı vardır. Həmin otağa daxil olduqda sol tərəfdə divan, onun qarşısında qabaq stolu yerləşir. Həmin stolun üzərinə baxış keçirilən zaman orada müxtəlif növ ərzaq məhsulları, boşqabın üzərinə yığılmış, içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olan 20 ədəd sellofan büküm, 2 ədəd elektron tərəzi, müxtəlif növ bank kartları, iki ədəd, üzərində narkotik vasitə heroinin bənər hissəciklərolan bir manatlıq əskinası, bir ədəd baş tərəfi deşilmiş, şüşə kolba olması müəyyən edilmişdir. Baxış davam etdirilmiş, həmin taqda yataq dəstləri, mətbəx, mətbəx mebelləri, paltar paltar dolabları yoxlanılmış, lakin hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər kütlələrin, elektron tərəzilərin, pul əskinaslarının, şüşə kolbanın ona məxsus olduğunu bildirmişdir. Aşkar olunaraq götürülmüş, iyirmi ədəd büküm, iki ədəd elektron tərəzi, iki ədəd bir manatlıq əskinas,bir ədəd kolba zərfə qoyularaq, Azərbaycan Respublikası DİNin İmişli RPŞ-nin 179 nömrəli möhürü ilə möhürlənərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Baxış süni işıqlandırılmış şəraitdə keçirilmiş, video kamera vasitəsilə çəkiliş aparılmışdır. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli «şəxsi axtarış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan “kakos” olmasını bildirmiş, əynində olan qara rəngli qollu dəri gödəkçənin sağ cibindən bir ədəd qara rəngdə olan açar qabını həmin açar qabının içərisində olan üç ədəd sellofan bükümdə və bir ədəd kağız kəsiyi bükümdə içərisində qəhvəyi rəngli, narkotik maddə olan heroinə bənzər kütləni təöqdim edərək stolun üzərinə qoymuşdur. Daha sonra üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış hərəkətləri davam etdirilmiş, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret, bir ədəd “Sobranie” markalı siqaret, şalvarının sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret, bir ədəd “Birbank” sözü yazılan qara rəngli hesab kartı, bir ədəd 10 manatlıq, dörd ədəd bir manatlıq pul əskinasları aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlələr dəqiq çəkisi və tərkibi müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılmaqla CD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli «təqdim etmə və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı İmişli şəhəri 20 Yanvar küçəsi bina 2, mənzil 19 ünvanında olan bir ədəd “Samsung A12” markalı, bir ədəd “Redmi” markalı, bir ədəd “Redmi Not 12” markalı və bir ədəd sadə tipli mobil telefonları könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış keçirilən mobil telefon qara rənglidir, “Redmi” markalı, smartfon tipli mobil telefondur. Telefonun ön şüşəsində və arxa tərəfində zədə izləri olmuşdur. Mobil telefon açılmış və “Watsap” ani mesajlaşma tətbiqinə daxil olan zaman +98 903 *** **** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan 051- ***-**-** saylı mobil nömrə arasında olan sms mətnləri aşkar edilmişdir. 10 yanvar 2024- cü il tarixdə, saat 00:44-də +98 903 *** **** saylı mobil nömrədən göndərilən 5 saniyə uzunluqda olan səs formalı ismarıcda “Qaqa get Maştağaya tərəf, indi oğlan gəlir” qeyd edilmişdir. Təqsirləndirilən şəxs gələn 3 saniyə uzunluqda səs ismarıcında isə “yaxşı qaqa, yaxşı” bildirilmişdir. +98 903 *** **** saylı mobil nömrədən gələn 3 saniyə uzunluqda səs ismarıcında “noldu canım qurban, sən çıx harda olsa gələr” bildirilir. Təqsirləndirilən şəxs gələn 3 saniyə uzunluqda səs ismarıcında “Yaxşı qaqa, yaxşı, dururam indi” bildirilmişdir. +98 903 *** **** saylı mobil nömrədən gələn 3 saniyə uzunluqda səs ismarıcında “ qaqa ora nə qədər yolun var, çox qalıb” bildirilmiş, Təqsirləndirilən şəxs gələn 7saniyə uzunluqda olan səs ismarıcında isə “qaqa hardasa 40 dəqiqə, bir saat qalıb” bildirilmişdir. +98 903 *** **** saylı mobil nömrədən gələn səs ismarıcında” konum gəlib sənə oraya yetişəndə mənə xəbər et” bildirilmişdir. Həmin gün saat 01:00-da isə “Google” vasitəsilə Bakı şəhəri Maştağa qəsəbəsinə konum göndərilmişdir. Həmin gün saat 01:01-də +98 903 *** **** saylı mobil nömrədən gələn 4 saniyə uzunluqda səs ismarıcında “deyirəm ora deyile, rahat yerdi, get götür, mənə xəbər ver”, saat 01:03-də göndərilmiş 10 saniyə uzunluqda olan səs ismarıcında isə “deyirəm elə bir yerə gəlmişəm ki, set yoxdur, danışa bilmirəm, gərək ancaq səs atasan” bildirilmiş, Təqsirləndirilən şəxs gələn 18 saniyə uzunluqda səs ismarıcında isə “heç nə qaqa gedim götürüm sənə xəbər eliyirəm, sən deyirsən set yoxdur, ona görə indidən mənə kart şəkli at, mən gedib götürən kimi sənə pulu göndərim” bildirilmişdir. +98 903 *** **** saylı mobil nömrədən həmin gün saat 01:10da göndərilmiş ismarıcda “million aparatından m10 seç və pulu yüklə” qeyd edilmişdir. Həmin gün +98 903 *** **** saylı mobil nömrədən saat 01:46-də göndərilmiş 08 saniyə uzunluqda səs ismarıcında “olduğun yerdən şəkil at canım qurban, ataq qardaşı desin də” bildirilmiş, Təqsirləndirilən şəxs isə mobil telefonda göstərilən konuma uyğun olaraq olduğu avtomobilin ön sərnişin oturacağından fotoşəkil çəkib göndərmişdir. Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş 11 saniyə uzunluqda səs ismarıcında “ qaqa konumu da atdım, istəyirsən bunu da göndər baxsın, bötüv adamdır, salamat adamdır?” bildirilmişdir. +98 903 *** **** saylı mobil nömrədən göndərilmiş 6 saniyə uzunluqda səs ismarıcında “hə ee bütöv adamdır, dayıoğlunun adamıdır, oturmuşuq bir yerdə çay içirik” bildirilmişdir. Təqsirləndirilən şəxs 6 saniyə uzunluqda səs ismarıcı göndərib “ hə heçnə olduğum yerin konumunu atdım” bildirmişdir. +98 903 *** **** saylı mobil nömrədən göndərilən ismarıcda “ordan sola baxa baxa getsin, qəbristanlıq var atdığımız şəkli görəcək” bildirilmişdir. RAğayev “yaxşı qaqa yaxşı” bildirmişdir. +98 903 *** **** saylı mobil nömrədən göndərilən 3 saniyə uzuznluqda səs ismarıcında “neynədin qaqa tapa bildin o yeri”, 6 saniyəlik səs ismarıcında isə “o yeri tapsan biləcəksən, şəkildə də göstərir, biləcəksən”, 3 saniyə uzunluqda səs ismarıcında “qaqa indi hardasan ordan bir şəkil at”, 2 saniyəlik səs ismarıcında “nə iş gördün tapa bildin o yeri” bildirilmiş, həmin gün saat 02:22-də Təqsirləndirilən şəxs gələn 3 saniyəlik səs ismarıcında “qaqa götürdüm, götürdüm” bildirilmişdir. Saat 02:34-də +98 903 *** **** saylı mobil nömrədən ələn 6 saniyəlik səs ismarıcında “ qaqa canım qurban səni gözlüyürəm ha mən, gedirəm yatam” bildirilmişdir. Həmin gün saat 18:31-də +98 903 *** **** saylı mobil nömrədən gələn 9 saniyəlik səs ismarıcında “salam qaqa necəsən nə var nə yox, səs açıram götürmürsən, nəsə salamtçılıqdı, hayandasan”, 41 saniyəlik səs ismarıcında isə “qaqa beş altı yer var idi soraqlaşdım, məsləhət bilmirəm də yəni, istəmirəm sən götürəsən o amanatdan məsləhətli deyil, yaxşısı vardı, ola bilər səhər ya da birisi gün olacaq, ancaq olanların hamısı xarabdı, donanlardı, yəni dozası aşağıdı, çox soraqlaşdım,sənə verməlisi yoxdur” bildirilmişdir. 11 yanvar 2024-cü il tarixdə saat 21:25-də Təqsirləndirilən şəxs gələn 9 saniyəlik səs ismarıcında” axşamın xeyir qaqa, nətərsən zəng eləmisən, yığdım sənə açmadın” bildirilmişdir. 17 yanvar 2024-cü il tarixdə, saat 19:52-də +98 903 *** **** saylı mobil nömrədən gələn 15 saniyəlik səs ismarıcında” qaqa salam nətərsən canım qurban, nəsə sağ salamtçılıqdı, zən açıram adboy verirsən götürmürsən, nəsə Allah eləmin başqa probel zad yoxdu” bildirilmişdir. 19 yanvar 2024-cü il tarixdə saat 18:07-də +98 903 *** **** saylı mobil nömrədən sellofan üzərində qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər kütlənin şəkli göndərilmişdir. Həmin gün saat 21:20-də +98 903 *** **** saylı mobil nömrədən göndərilmiş 21 saniyəlik səs ismarıcında “qaqa canım qurban, mən o qardaşa dedim bizimkin götürməsin, saxlasın, hələ də çölə çıxmıyıb, çıxanda mənə də deyərsən hə yox, mən də ona deyərəm çıxsın çölə, canım qurban” bildirilmişdir. Bundan sonra telefonun “Galareya” bölməsinə baxış keçirilmiş və “Watsap” ani mesajlaşma şəbəkəsi vasitəsilə “Maqsud” adlı kontaktla olan yazışmanın 17 yanvar 2024- cü il tarixdə, saat 14:54-də çəkilmiş fotoşəkli aşkar olunmuşdur. Həmin mesajlaşmada “Raminin balaca qardaşın götürüb bayaq 4 manat aldı 3 tüstü çəkdirdi deyirəm ki ayə 4 manata görə uşaqdı o helə şey eləmə qaqa ee onsuzda deyir çəkirdə o dedim heçnə”, “ayə deyir kökünü cibinə qoyubmuş”, “ guya itirib sonra desin bu itdi birde götürsün gördü bizde bunnan birkə axtarırıq onuncun tapılmış kimi qələmə verdi” qeyd edilmişdir. Baxış zamanı əlavə iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Digər üç ədəd mobil telefonda da iş üçün əhəmiyyətli hal aşkar edilməmişdir. İş materiallarında olan 22 mart 2024-cü il tarixli «Azercell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 010- 724- 30-30, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr, X2 adına ***-***-**-**, ***-***-**- **, ***-***-**-** saylı mobil nömrələrin, X10 adına isə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan sms mətnlərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 18 mart 2023-cü il tarixdə, saat 22:43:20-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa evdeyem danişa bilmirem acmir telfonun tezden ya onu alib verecem yada pulu qaytaracam narahat olma” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri Təbriz küçəsi 8 ünvanında yaşayan X8 adına qeydiyyata alınmışdır. 28 may 2023-cü il tarixdə, saat 10:43:32-də ***-***-**-** saylı nömrədən 051- ***-**-** saylı nömrəyə “X27 telfonum sonub.bidene gelde ekanoma teref iwim var senle” məzmununda sms göndərilmişdir. ***- ***-**-** saylı nömrə İmişli şəhəri İmamverdi Əliyev küçəsi 18 ünvanında yaşayan X4 adına qeydiyyata alınmışdır. 17 iyun 2023-cü il tarixdə, saat 14:32:20-də ***-***-**-** saylı nömrədən 050- ***-**-** saylı nömrəyə “Qaqa bize heden yoxdan de biley alinmirsa gedey eve gunun altda qoruldug” məzmununda sms göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri Ə.Qurbanov küçəsi 21 ünvanında yaşayan X13 adına qeydiyyata alınmışdır. 12 oktyabr 2023-cü il tarixdə, saat 18:33:48-də ***-***-**-** saylı nömrədən 010- ***-**-** saylı nömrəyə “Meni dolamisan zen eleyirem AC da ya he de ya you de send denim axi qonagim var vezziyyeti pisdir neyse goruweruk iwallah” məzmununda sms göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri Q.Qarayev küçəsi 53 ünvanında yaşayan , X11 adına qeydiyyata alınmışdır. 24 noyabr 2023-cü il tarixdə saat 12:37:59-da ***-***-**-** saylı nömrədən 010- ***-**-** saylı nömrəyə “Qaqa mene zeng ele vacib”, “Qaqa hardasansa men gelim gorusum allahaqqi qanqaraciliqdi alinmirsa basima care qilim mene bi soz de”, “İnnen bele se zeng eliyenin agzina soxum oz payına” məzmununda sms mətnləri göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri Araz küçəsi 26 ünvanında yaşayan X6 adına qeydiyyata alınmışdır. 08 dekabr 2023-cü il tarixdə saat 14:59:22-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “qaqa.mende.bidne.neomre.var.kel.onu.sene.verim. İş materialından görünür ki, ***-***-**-** saylı nömrə İmişli şəhəri H.Əliyev prospekti 230 ünvanında qeydiyyatda olan X14 adına qeydiyyata alınmışdır. İş materialında olan 16 aprel 2022-ci il tarixdə saat 23:18:11-də ***-***-**-** saylı nömrədən 051-716- 80-98 saylı nömrəyə “Celal basim xarab olub nastrenada yoxdu isdende cixiram birinci gun erizemi yazacam mecbur firlatmada meni bidene yari ver men basimi qatim bunaki gucun catir ama xais edirem narmalni yari verde ozun bildin”, məzmunuda sms, 18 aprel 2022-ci il tarixdə saat 22:31:42-də “Qaqa qardasina yari duzelt bidene onsuzda nastrena yoxdu gelib birazdan goturecem ele bil ozune verirsen o yarini qardasin evezin cixacaq narahat olma”, “Qaqa men seni gozleyireme sarimada meni tun tulune acda bu teli” məzmununda sms mətnləri göndərilmişdir. ***-***-**-** saylı nömrə MKT İstehsalat Kommersiya təşkilatına məxsusdur. X7 adına qeydiyyata alınmış ***-***-**- ** saylı nömrəyə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən mətn aşkar edilməmişdir. X7 adına qeydiyyata alınmış ***-***-**-** və 051-716- 27-25 saylı nömrələrlə bağlı isə ümumiyyətlə heç bir sms mətni təqdim edilməmişdir. X10 adına qeydiyyata alınmış 050- 99784-74 saylı nömrələrlə bağlı isə ümumiyyətlə heç bir sms mətni təqdim edilməmişdir. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İmişli rayon məhkəməsinin 21 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli İmişli RMX X22 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində dispanser qeydiyyatında durmur. İş materiallarında olan İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Əliyev prospekti ev 230da qeydiyyatda olmaqla yahşayır, ailə tərkibi atasa, anası və qardaşından ibarətdir, yaşadığı müddətdə nümayəndəliyə barəsində şikayət daxil olmamış, yaşyayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 05 aprel 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı 3,045 qram təmiz çəkisi, iki ədəd elektron tərəzi, iki ədəd “bir” manatlıq pul əskinaslarından hazırlanmış borucuqlar və bir ədəd şüşə kolba, həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan 05 aprel 2024-cü il tarixli «cinayət işinin materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin əldə edilmə mənbəyi ilə bağlı cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılmışdır Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsini təstiq edən kifayət qədər sübut vardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cdinə əsasən Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilmədiyini göstərsə də onun istintaq zamanı verdiyi ifadəsi işdə olan bütün digər sübutlarla uzlaşdığından məhkəmənin onun istintaq zamanı verdiyi ifadəsini əsas götürməsi düzgün olmuş və istintaq zamanı verilmiş ifadəyə üstünlük verilməsinin əsaslandırılması qeyd edilən Plenum qərarının tövsiyyəlkərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi də işn hallarına, onun şəxsiyyətinə, əməln ictimai təhlükəliliyinə, xarakterinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 1(099)-474/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 1(099)-474/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Bəhram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-891/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-891/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver