Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-90/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X6 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(018)-87/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 Bolu oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında videkonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(018)-87/2024 nömrəli hökmü (hakim X12 oğlunun sədrliyi) ilə xx xxxxxxxx 1991-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti oaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmənin əvvəlinin 16 sentyabr 2024-cü il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi ərazi narkoloji dispanserdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 09 aprel 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satiş məqsədi olmadan qanunsuz olaraq tərkibindəki metadon narkotik maddəsinin təsiredici maddəsinin miqdarı xeyli miqdarda, 0,28 qram təşkil edən 1 konvalyutda 7 ədəd “methadone” yazılı həbləri, habelə tərkibindəki preqabalin güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 8,55 qram təşkil edən 6 konvalyutda 57 ədəd “pregabalin 150 mg” yazılı həbləri əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə ona məxsus qara rəngli bel çantasının içərisində şəxsi geyim əşyalarının arasında gizlədərək saxlamış, idarə etdiyi “Mercedes Benz” markalı, 47ac376/47za052 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində İran İslam Respublikasında Azərbaycan Respublikasına daşımış və 09 aprel 2024-cü il tarixdə saat 06 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində qeyd olunan xeyli miqdarda, 0,28 qram təşkil edən 1 konvalyutda 7 ədəd “methadone” yazılı həbləri və güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 8,55 qram təşkil edən 6 konvalyutda 57 ədəd “pregabalin 150 mg” yazılı həbləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi1 Bolu oğlu apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(018)- 87/2024 nömrəli hökmünü ləğv edərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində qeyd etdiyi dəlillərə qiymət verilməmişdir. Hökmdə verilmiş ifadə məhkum Təqsirləndirilən şəxs məxsus deyil, ifadənin ittihamda aktında verilmiş ifadəyə uyğun hökmdə verilməsi hökmün qanuni və əsaslı olduğunu təsdiq etmir Bunlarda Təqsirləndirilən şəxs Astara rayon məhkəməsində cinayət işinə məhkəmə iclasında sərbəst qaydada verdiyi ifadələri üzrə heç bir araşdırma aparmadığını təsdiq olunur, Təqsirləndirilən şəxs ittiham aktında olan ifadəsi olduğu kimi hökmə köçürülmüşdür. Halbuki ətraflı araşdırma aparmaq məhkəmənin vəzifəsidir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində qeyd etmişdir ki, istər hal şahidlərin iştirakı, istərsə də kinoloji itlə maşına baxış keçirilməsi narkotik maddə Təqsirləndirilən şəxs tərəfindən bəyan ediləndən sonra həyata keçirilmişdir. X1 kamera video görüntüləri təsdiq edə bildiyi halda, bu barədə məhkəməyə şifahi vəsatət verilsə də, məhkəmə həmin vəsatətin təmin edilməsini əsassız olaraq rədd etməklə bu barədə əsaslandırılmış mövqeyini bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, idarə etdiyi yük maşını ilə gömrük nəzarəti xəttinə daxil olandan sonra gömrük inspektoru onunla sorğu aparmış, maşında olan nə yükü olduğunu, maşında yəni kabinədə qadağan olunmuş predmetlərin olduğunu soruşanda, həmin vaxt yük maşının kabinasında olan çantadakı narkotik metadon həbləri olduğunu bildirmiş, ondan sonra həmin həbləri gömrük nəzarəti həyata keçirən gömrük inspektoruna təqdim edilmişdir. Ondan sonra hal şahidləri və kinoloji it gömrük nəzarəti xətinə kinoloji it gömrük nəzarəti xəttinə gətirilmişdir. Hal şahidləri də məhkəmə iclasında bunları təsdiq etmiş, müdafiəçinin sualına əsasən yəni gömrük inspektoru Təqsirləndirilən şəxsla sorğu aparanda orada olduğunu soruşmuş, onlar maşında nə aşkar edildiyindən məlumatsız olduğunu və bunlarla bağlı ziddiyyətli cavablar vermişlər. Gömrük inspektoru Şahid1 istər ibtidai istintaqda, istərsə də məhkəmədə verdiyi ifadəsi nöqtə-vergülə kimi eynidir və həmin ifadələrin eyni olması ifadələrin mötəbərliyinə şübhələr yaradır. Gömrük inspektoru Şahid1 ifadəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə yük maşının gömrük baxışından əvvəl sorğu - sual edilmişdir. Soğu-sual zamanı Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə doğurmuş Şahid1 ifadəsində qeyd edilmişdir. Şübhə doğurduğu halda həmin vaxt Şahid1 tərəfindən Təqsirləndirilən şəxs sərnişin gömrük bəyannaməsinin doldurulmaması əsasları məlum deyildir. Təqsirləndirilən şəxs gömrük bəyannaməsi doldurulsaydı, Təqsirləndirilən şəxs tərəfindən metadon həblərin bəyan edilib - edilməməsi mübahisə predmeti olmazdı. X5 görə belə hallarda gömrük bəyannaməsinin doldurulması mütləq olmaqla, gömrük inspektorunun dəlillərinin yəni Təqsirləndirilən şəxs metadon həblərinin bəyan edilməməsini təsdiq edə bilərdi. Məhkum Təqsirləndirilən şəxs metadon həblərinin bəyan edilməsini ittiham tərəfindən qəbul edilməməsi əsaslar məlum deyil. Həmin əsasları təkzib edən sübutlarda istisna təşkil edir. Həmin halın yəni metadon həblərinin Təqsirləndirilən şəxs tərəfindən bəyan edilibedilməməsini sübut edilməsi müdafiə tərəfinin deyil, ittiham tərəfinin vəzifəsidir. Gömrük inspektoru Təqsirləndirilən şəxs şifahi sorğu edəndə, onların yanında başqa heç kim olmamış, məhkum Təqsirləndirilən şəxs metadon həbləri bəyan edəndən sonra gömrük inspektoru metadon həblərinin aşkar edilməsinə dair özünün ssenarisini işə salmışdır. Gömrük Bəyannaməsinin doldurulmaması faktı gömrük inspektorunun, o cümlədən cinayət işi üzrə digər şahidlərinin ifadələrinə mötəbər sübutlar kimi qiymət verilə bilməsini istisna edir. Hal şahidləri Astara gömrük buraxılış məntəqəsində işləyən şəxslər olduğundan, onlar gömrük inspektorundan asılı olan, yəni maraqlı şəxslər hesab edilir, gömrük inspektorunun istəyinə uyğun ifadə veriblər. Astara rayon Məhkəməsində şahidlər ifadə verəndə bunlar bir daha təsdiq olunmuşdur. Belə ki, müdafiəçinin suallarını cavablandıra bilməmiş, ziddiyyətli ifadələr vermişlər. Hökmdə həmin ifadələrə qiymət verilməmişdir. Bunlar məhkəmənin kamera görüntülərində təsdiq edilə bilər. Yuxarıda qeyd olunanlar bir daha təsdiq edir ki, Astara rayon məhkəməsi hökmdə ittiham tərəfındinin dəlillərini nəzərə almış, müdafiə tərəfinin dəlillərinə hüquqi qiymət verməmişdir. Belə ki, gömrük inspektoru Şahid1 ifadəsinə görə Təqsirləndirilən şəxs idarə etdiyi yük maşının kabinəsinə kinoloji it reaksiya verdiyi üçün kinoloji xidmət iti tətbiq etməkləı baxış keçirilmişdir. Kinoloji itin yerdən yük maşının kabinəsində, çantada olan narkotik vasitəyə reaksiya verməsidə mümkün olan hal hesab edilə bilməz. Yerdən kabinənin içərisində olan narkotik vasitənin kinoloji it tərəfindən reaksiya verməsi mümkünsüzdür. Bunları istintaq eksperiment yolu ilə də müəyyən etmək olar (AR CPM-nin 262-ci maddəsi). Bu barədə məhkəmədə şifahi vəsatət verilsədə, məhkəmə heç bir əsas təqdim etmədən vəsatəti təmin etməmişdir. Bunlarda AR CPM-nin 121-ci maddəsinin tələblərinə əməl edilməməsi deməkdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(018)-87/2024 nömrəli ittiham hökmünü dəyişərək, barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 62-ci maddasini tətbiq olunmaması məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edərən bütün faktiki halların araşdırılmaması, məhkəminin gəldiyi nəticələrin işin faktiki halları ilə uyğunlu təşkil etməməsi və təyin edilmiş cəzanın törədilmiş cinayətlərin xarakaterinə, eyni zamandan şəxsiyyətinə uğun olmaması ilə çıxarılmış və göstərilən əsasalarla hökm təyin olunmuş cəzaya münasibətdə qeyri hümanist hesab edilərək çıxarılmışdır. Asatara Rayon Məhkəməsinin hökmündə iki azyaşlı övlad sahibi olması, yaşayış yeri üzrə müsbət xarakerizə olunması və törətdiyi əməllərdən peşman olması ona təyin edilən cəzanı yüngülləşdirən hal qisimində nəzərə alınsa da sözügedən hallar eyni zaman ailənin gəlir əldə edən yeganə üzvü olması, həmçinin himayəsində xərçəng xəstəliyindən yaşlı anasının həmin cəzanın təyin edilməsində rəhbət tutlan prinsiplərinə üzlaşdırılmamış, həmçinin yükun nəticəyə cinayətin məqsədi və motivi, cinayətin törədilməsi zaman və bundan sonraki davranışları ilə bağlı faktiki hallar araşdırılmadan gəlinmişdir. Belə ki, üzərində aşkarlanan narkotik vasitə və güclü təsid edən maddələrdə istifadə ilə əlaqədar motivasiyası keçirdiyi nəqliyyat hadisəsi nəticəsində başından aldığı tramvadan qalma ağrıların kəsilməsi ilə əlqədar olmuş, beləkiklə əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə şərtləndirilən hallar kriminal xaraketrli olmamışdır. Beləliklə məhkəmənin gəldiyi nəticələr yuxarıda qeyd olunan faktiki hallara uyğun olmamışdır. Hazırkı iş üzrə hər iki cinayət əməlinə münasibətdə Cinayət Məcəlləsinin 62.1-ci maddəsində nəzərdə tutulan hallar bilavasitə mövcud olmuş, lakin bununla bağlı güzəşt imkanları tətbiq edilə biləcəyi halda tətbiq edilməmişdir. Bundan əlavə təqsirli bilndiyi cinayət əməllərinin qeyri kriminal motivasiya ilə törədilməsi eyni zamanda sözügedən əməllərin törədilməsindən sonra özünü tənqidi davranışları əməyə münasibəti və digər hallar iş üzrə onun şəxsiyyətini bilavsitə xarakterizə etsədə cəza təyini zamanı bütün bunlar nəzərə alınmamışdır. Məlumdur ki, təqsirli bilndiyi hər iki cinayət ağırlıq dərəcəsinə görə az ağır cinayətlər katiqoriyasına aiddir. Yuxarda qeyd olunan hallar Cinayət Məcəlləsinin 62.1-ci maddəsində nəzərdə tutulan normativ situasiyanı bilavasirə şərtləndirir. Belə olduğu təqdirdə barəsində təyin edilən cəzasının tətbiqi zərurəti onun cəmiyyət içində islah olunma ehtimallarının mövcudluğu nəzərə alınmadan eyni zamanda ailə üzvlərinin iqtisadi və tərbiyyəvi təminatı ilə bağlı mühüm mənafeylərinə uyğun olmadan müəyyən edilmişdir. Nəticədə təyin edilən cəza qanunla müəyyən edilən məqsədlərinə nail olunmasına deyil təqsirləndirilən şəxsdən bir növ qisas alınmasına yönəlmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərini müdafiə edib, Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(018)-87/2024 nömrəli hökmünün Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə ləğv edilməsini və ona həmin maddə ilə bəraət verilməsini və ya hökmün dəyişdirilərək, Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum olunduğu Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə həmin Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə ona azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etdi. Videkonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini dəqiqləşdirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsinə dair müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında isə məhkum edilmiş təyin edilmiş cəzanın ağırlığına dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxsin məhkəmə istintaq zamanı etirafedici ifadəsi, şahidlər Şahid1 və X7 ifadələri, Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/1961 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respulika Narkoloji X11 Şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 2845 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyi və işdə olan istintaq hərəkətlərinə dair protokol və maddi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində “Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə haqsız olaraq məhkum edilməsi” barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər cinayət işinin materiallarında olan və birinci instansiya məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1 və 206.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 11 ildir sürücü işləyir, 3 il isə olar ki, beynəlxalq yük daşımalar ilə məşğul olur. İdarə etdiyi “Mercedes Benz” markalı “47AC376/47ZA052” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi isə Bakı şəhərində yerləşən “Mİ logistics” şirkətinə məxsusdur. Həmin şirkətin rəhbəri Mürvət adlı şəxsdir. Mürvət həmçinin onun həmyerlisidir. O, müqavilə əsasında həmin şirkətə məxsus yük avtonəqliyyat vasitələrini idarə edərək İran İslam Respublikasından meyvə-tərəvəz yüklərini götürüb Azərbaycana gətirir, daha sonra isə həmin yüklər Azərbaycan ərazisindən tranzit qaydada Rusiya Federasiyasına aparılır. 2024-cü ilin aprel ayının əvvəllərində Mürvət onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq Bakı şəhərinə gəlməsini, şirkətə məxsus “Mercedes Benz” markalı “47AC376/47ZA052” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini qarajdan götürüb İran İslam Respublikasının Astara şəhərinə getməsini və orada “Payanə” terminalında “kələm” yükünü yükləyərək Rusiya Federasiyasına aparılması məqsədilə Azərbaycan ərazisinə gətirməsini tapşırmışdır. Onun işi sözügedən yükü götürüb nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirməkdən ibarət olmuşdur. Daha sonra şirkətin digər bir sürücüsü, Əziz adlı şəxs isə həmin nəqliyyat vasitəsini idarə edərək yükü Rusiya Fedrasiyası ərazisinə aparmalı imiş. Buna uyğun olaraq, o, 2024-cü ilin aprel ayının əvvəllərində Bakı şəhərinə gəlmiş və “Mercedes Benz” markalı 47AC376/47ZA052 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edərək Astara rayonu ərazisində gömrük sərhəd buraxılış məntəqəsindən keçməklə İİR-in Astara şəhərinə getmiş və maşını “Payanə” terminalına sürmüşdür. Orada idarə etdiyi yük nəqliyyat vasitəsinə “kələm” yükü yükləndikdən sonra Azərbaycan Respublikası ərazisinə geri qayıtmaq üçün İranın Astara gömrüyünə gəlmişdir. Lakin, uzun növbə olduğundan nəqliyyat vasitəsini növbədə saxlamış və bir neçə gün gömrükdə gözləməli olmuşdur. O, 2014-cü il tarixdə ağır avtoqəza törətmiş və həmin hadisədə baş nahiyəsindən travma almışdır. Ona görə də bir neçə ildir ki, əsəb xəstəliyindən və ağrılardan əziyyət çəkir və ona görə də bir neçə dəfə metadon həblərindən istifadə etmişdir. O, İİR-in Astara gömrüyündə maşını növbədə saxladıqdan sonra ona məxsus “Samand” markalı nəqliyyat vasitəsi üçün ehtiyyat hissəsi almaq məqsədilə gömrüyün qarşısında dayanmış, taksi sürücüsü kimi tanıdığı İİR vətəndaşı “Rahim” adlı şəxslə İİR-in Astara şəhərində mağazaya getmişdir. Yolda sonuncuyla söhbət zamanı yaranmış ağrıları ilə əlaqədar o, ağrıkəsici almaq istədiyini, lakin yuxu verməyən ağrıkəsici qəbul etmək istədiyini bildirmişdir. Rahim isə ona apteklərdə “Preqabalin” adlı dərman preparatının satıldığını və ağrıların kəsilməsinə və əsəblərin sakitləşdirilməsinə kömək etdiyini bildirmişdir. Bundan sonra o, Rahimə onun üçün həmin dərmandan almasını xahiş etmişdir. Həmçinin əlavə etmişdir ki, əgər aptekdə metadon həbləri olsa ondan da alarsan. Rahim isə özündə metadon həblərindən olduğunu və almağa ehtiyac olmadığını, “pregabalin” dərmanını isə onun üçün alacağını bildirmişdir. Bundan sonra o, sonuncuyla razılaşmış və yolüstü Rahim Astara şəhərində hansısa aptekin qarşısında dayanıb aptekə getmiş, bir neçə dəqiqə sonra geri qayıtmış və əlində hər birində 10 ədəd olmaqla 6 konvalyutda ümumilikdə 60 həb üzərində “pregabalin 150 mg” yazılan dərmanlarla birgə gəlmişdir. Daha sonra sonuncu həmin dərmanları və həmçinin maşınında olan üzərində “Methadone 40” yazılı 1 ədəd konvalyut kəsiyində olan ümumilikdə 8 ədəd həbi ona vermişdir. O, bu dərmanların müqabilində Rahimə nə qədər pul verəcəyini soruşmuş, sonuncu da Azərbaycan puluyla təxminən 5 manat pul verəcəyini ona bildirmiş, o da, bu pulu elə maşındaca çıxarıb Rahimə vermişdir. Həmçinin, onun üçün aldığı üzərində “pregabalin 150 mg” yazılan dərmanlardan 2 ədədini Rahim özü üçün götürmüşdür. Yolda gedərkən o, 1 ədəd pregabalin dərmanından qəbul etmişdir. Daha sonra Rahimlə birgə maşını üçün ehtiyyat hissəsi almaq üçün getmiş, oradan isə Rahim onu gömrüyün qarşısına gətirib orada düşürmüşdür. Maşından endikdən sonra da 1 ədəd metadon həbindən qəbul etmişdir. Qalan hissəsini isə, yəni üzərində “Pregabalin 150 mg” yazılı 6 ədəd konvalyutda olan ümumilikdə 57 ədəd və üzərində “Methadone 40” yazılı 1 ədəd konvalyut kəsiyində olan ümumilikdə 7 ədəd həbi o, özünə məxsus bel çantasında olan şəxsi geyim əşyalarının arasında yerləşdirmişdir. Həmin çantanı isə idarə etdiyi nəqliyyat vasitəsində kabinəyə qoymuşdur. 09 aprel 2024cü il tarixdə saat 06 radələrində idarə etdiyi “Mercedes Benz” markalı 47AC376/47ZA052 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran-Azərbaycan sərhədini keçmiş və Astara gömrüyünə daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış və o, nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq, onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o, isə öz növbəsində onda qadağan olunmuş, gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra gömrük işçiləri tərəfindən kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan ona məxsus yüklərə ətraflı yoxlama keçiriləcəyi bildirilmişdir. Daha sonra isə oradan iki nəfər şəxs dəvət edib həmin şəxslərin də iştirakları ilə gömrük əməkdaşları tərəfindən yoxlama keçirilmişdir. Yoxlama zamanı gömrük işçisi nəqliyyat vasitəsinin kabinəsində ötürücü qutunun önündə olan xırda əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda spesifik iyli naməlum məhlul aşkar etmişdir. Həmin məhlulun nə olmasını ondan soruşduqda o, qeyd olunan məhlulun idarə etdiyi nəqliyyat vasitəsinin digər sürücüsü Əziz adlı şəxsə məxsus olmasını bildirmişdir. Daha sonra kabinədə olan ona məxsus yüklərə tətbiq edilmiş gömrük yoxlaması zamanı ona məxsus qara rəngli bel çantasının içərisində, şəxsi geyim əşyalarının arasında əvvəlcədən ora yerləşdirdiyi 6 ədəd konvalyutda ümumilikə 57 ədəd ağ rəngli “Pregabalin 150 mg” həbləri və 1 konvalyut kəsiyində ümumilikə 7 ədəd qəhvəyi rəngli, bir xətli “Methadone 40” həbləri aşkar edilmişdir. İlkin sorğu-sual zamanı həmin həblərin ona məxsus olduğunu və ağrıkəsici və sakitləşdirici kimi qəbul etdiyini bildirmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə onun üzərində də şəxsi yoxlama aparılmış, həmçinin idarə etdiyi nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmetləri aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra onun idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda olan spesifik iyli naməlum məhlul və bel çantasından aşkar olunmuş 6 konvalyutda ümumilikə 57 ədəd ağ rəngli “Pregabalin 150 mg” həbləri və 1 konvalyut kəsiyində ümumilikə 7 ədəd qəhvəyi rəngli, bir xətli “Methadone 40” həbləri, ona məxsus passport, yükə və nəqliyyat vasitəsinə aid sənədlərin surətləri gömrük işçiləri tərəfindən onun və hal şahidlərin iştirakı ilə götürülmüş, xidməti otağa gətirilərək araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. O, bununla bağlı tərtib edilmiş protokollarla tanış olub imza etmişdir. Həmçinin təhqiqat orqanında ona məxsus 1 ədəd qara rəngli, “Redmi 12” markalı mobil telefonu da araşdırmaya təqdim etmiş və bununla bağlı tərtib edilmiş protokolu imzalamışdır. Sözügedən həbləri onda olan ağrıları aradan qaldırmaq və əsəblərini sakitləşdirmək məqsədilə şəxsi istifadəsi üçün İran İslam Respublikasının Astara şəhərində Rahim adlı iranlıdan almışdır. Sonuncu preqabalin həblərini aptekdən, metadonu isə özündə olduğundan ona vermiş, bunların müqabilində o, Rahimə təxminən 5 azn pul vermişdir. Sözügedən həbləri o, özü üçün istifadə edəcəyini Rahimə bildirmişdir. O, Azərbaycan Respublikasının ərazisində metadon həblərinin dövriyyəsi qadağan olduğunu və gömrükdən buraxmayacaqlarını bilirmiş, preqabalin dərmanlarının isə qadağan olduğundan məlumatsız imiş. Lakin, metadon həbləri preqabalin kapsulaları ilə bir yerdə olduğundan, hamısını birlikdə görünməmələri üçün gömrük orqanına qabaqcadan bəyan etməmiş və şəxsi geyim əşyalarının arasında yerləşdirmişdir. Daha əvvəllər metadon həblərindən istifadə etmişdir. Həmin həbləri də İranda elə gömrüyün qarşısında tanımadığı şəxslərdən 1-2 manat pul verib əldə etmiş və istifadə etmişdir. Çünki, İranda metadon həblərinin 1 ədədi təxminən 30 qəpikdir. Daha əvvəllər ölkə ərazisinə bu kimi həblərdən gətirməmiş, İrandan əvvəllər 1-2 ədəd metadon alıb elə İranda da olarkən istifadə etmişdir. Preqabalini isə ilk dəfədir alıb istifadə etmiş və onları ölkəyə gətirmişdir. Əsəb xəstəliyi ilə əlaqədar hər hansı dispanserdə qeydiyyatı yoxdur. Həkim tövsiyəsi ilə təxminən 2014-2017-ci illər ərzində hazırda adını xatırlamadığı dərman vasitələri atmışdır. Lakin, hər hansı bir xeyri olmadığından daha istifadə etmir. Aşkar edilərək götürülmüş narkotik vasitə və güclü təsir edən tərkibli həblərin Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə İran İslam Respublikası yaxud Azərbaycan Respublikası ərazisində hər hansı şəxs yaxud şəxslərlə qabaqcadan razılaşma və ya sövdələşməsi olmamışdır.Həmin dərmanların ölkə ərazisinə gətirilməsindən heç kimin məlumatı olmamışdır. Hətta belə dərmanları istifadə etməyi barədə heç kimə deməmişdir, sadəcə iranlı Rahimə bu barədə bildirmiş və orada istifadə edəcəyini sonuncuya demişdir. Nəqliyyat vasitəsinin kabinəsindən aşkar olunmuş üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda olan spesifik iyli naməlum məhlul Əzizə məxsusdur. Çünki, həmin maşını Əziz və o idarə edir. Lakin o, həmin məhlulun nə olduğunu bilmirmiş, ehtimal edir ki, qanunsuz yaxud qadağan olunmuş bir məhlul deyildir. İran gömrüyündə çox ləngimələr olur deyə, həmçinin Əziz başqa bir yükdən gəldiyinə görə çox yorulmasın deyə yükü İİR-dən Azərbaycana gətirmək ona, buradan RF-ə aparılması isə Əzizə həvalə olunmuşdur. Bundan başqa, Əziz Rusiyada malın hara aparılmasını, necə və kimlərə paylanmasını daha yaxşı bildiyindən və təcrübəli sürücü olduğundan malın təyinat nöqtəsinə çatdırılması sonuncuya həvalə olunmuşdur. Lakin, o arada özü də Rusiya Federasiyası ərasizinə yük aparmışdır. Əziz 50-52 yaşlarındadır, əslən Neftçala rayonundandır. Sonuncu da onun kimi, “Mİ logistics” şirkətinə məxsus yüklərin daşınmasını həyata keçirir. Lakin, Əziz ondan da qabaq bu fəaliyyətlə məşğul olur. Sonuncunun telefon nömrəsi ***-***-**-**-dir. Mürvət “Mİ logistics” şirkətinin sahibidir. Sonuncu da əslən Neftçala rayonundandır və 45-50 yaşlarındadır. Həmyerli kimi Mürvət onu da həmin şirkətdə işə düzəltmişdir, müqavilə əsasında o, həmin şirkətin sürücüsü kimi işləyir. Mürvətin mobil telefon nömrəsi ona məxsus mobil telefonun yaddaşında mövcuddur. Ölkə ərazisinə gətirdiyi narkotik və güclü təsir edən tərkibli həblər barədə Əziz yaxud Mürvətə qabaqcadan məlumat verməmişdir, hətta belə dərmanları istifadə etməyindən belə Əziz və Mürvətin məlumatı olmamışdır, əks halda ona idarə etməyi üçün nəqliyyat vasitəsi verməzmişlər. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkumluğu olmamışdır. Saxlanan zaman ona qarşı hər hansı bir zorakılıq, fiziki təzyiq halları yaxud təhqir olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, anasının xərcəng xəstəliyindən əziyyət çəkdiyini bildirib bunları nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən gömrük orqanlarında xidmət edir, hazırda xidmətini Astara Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci Bölmənin inspektoru vəzifəsində davam etdirir. Təhqiqat orqanında verdiyi izahatını təsdiq edərək bir daha göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirirmiş. Həmin gün, saat təxminən 06 radələrində şəxsiyyəti ona sonradan məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı 47AC376/47ZA052 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə idxal yoxlama xəttinə daxil olmuşdur. Təqdim edilmiş mal-müşayiət sənədlərindən, 000117 saylı CMR və 14 nömrəli İnvoysa əsasən sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən şirkətin ünvanına “kələm” yükü aparıldığı məlum olmuşdur. Mal-müşayiət sənədləri ilə ilkin tanışlıqdan sonra o, sürücü Təqsirləndirilən şəxs ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparmışdır. Sorğu-sual zamanı Seyfullanın üzərində, sonuncuya məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, Seyfulla isə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə doğurduğu üçün o, sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə müvafiq şöbənin instruktor-kinoloqu X4 iştiraki ilə və sonuncu tərəfindən kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirmişdir. Baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün o, həmin nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan Təqsirləndirilən şəxs məxsus əl yüklərinə hal şahidləri də dəvət edilməklə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində - ötürücü qutunun önündə olan xırda əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda spesifik iyli naməlum məhlul aşkar etmişdir. Daha sonra yoxlama davam etdirilmiş və Təqsirləndirilən şəxs məxsus qara rəngli bel çantasının içərisində, şəxsi geyim əşyalarının arasında üzərində “Pregabalin 150 mg” yazısı olan 6 ədəd konvalyut və üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyut kəsiyini aşkar etmişdir. Həmin konvalyutlara və konvalyut kəsiyinə baxış zamanı 6 ədəd konvalyutda ümumilikə 57 ədəd ağ rəngli həblər və 1 ədəd konvalyut kəsiyində ümumilikə 7 ədəd qəhvəyi rəngli, bir xətli həblərin olduğu məlum olmuşdur. Daha sonra zərurət yarandığından hal şahidlərinin iştirakı ilə Seyfullanın üzərində də şəxsi yoxlama aparmış, həmçinin idarə etdiyi nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmetləri aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində- ötürücü qutunun önündə olan xırda əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda spesifik iyli naməlum məhlul, həmçinin ona məxsus qara rəngli bel çantasının içərisində, şəxsi geyim əşyalarının arasından aşkar edilmiş üzərində “Pregabalin 150 mg” yazısı olan 6 ədəd konvalyutda ümumilikə 57 ədəd və üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyut kəsiyində ümumilikə 7 ədəd həblər onun tərəfindən Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakları ilə götürülmüş, qablaşdırılaraq möhürlənmişdir. Yekunda müvafiq sənədləşmə aparılaraq protokollar tərtib edilmiş və o və iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid X8 bildirdi ki, müvəqqəti olaraq Astara gömrüyündə yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. Təhqiqat orqanında verdiyi izahatını təsdiq edərək bir daha göstərmişdir ki, 09 aprel 2024cü il tarixdə təxminən saat 06 radələrində Astara gömrük idarəsinin Nüsrət adlı əməkdaşı onun və onunla birlikdə fəhləlik edən Famili Astara gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə dəvət edərək şəxsiyyəti ona sonradan məlum olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı 47AC376/47ZA052 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və ona məxsus əl yüklərinin yoxlanılacağını, onların da həmin yoxlamada hal şahidi kimi iştirak etməklərini bildirmişdir. O və Famil gömrük əməkdaşı razılaşmış və yoxlamada iştirak etmişdirlər. Yoxlamadan öncə gömrük əməkdaşı yoxlama prosesində orada olmaqlarını, gedən prosesi və hərəkətləri izləməklərini, yekunda bununla bağlı protokol tərtib ediləcəyini və onlarında tanış olaraq imza edəcəklərini bildirmiş və ona və digər hal şahidinə hüquq və vəzifələrimizi izah etmişdir. Yoxlama zamanı gömrük əməkdaşı nəqliyyat vasitəsinin kabinəsində - ötürücü qutunun önündə olan xırda əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda spesifik iyli naməlum məhlul aşkar etmişdir. Daha sonra yoxlama davam etdirilmiş və Təqsirləndirilən şəxs məxsus qara rəngli bel çantasının içərisində, şəxsi geyim əşyalarının arasında üzərində “Pregabalin 150 mg” yazısı olan 6 ədəd konvalyut və üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyut kəsiyi aşkar edilmişdir. Həmin konvalyutlara və konvalyut kəsiyinə baxış zamanı 6 ədəd konvalyutda ümumilikə 57 ədəd ağ rəngli həblər və 1 ədəd konvalyut kəsiyində ümumilikə 7 ədəd qəhvəyi rəngli, bir xətli həblərin olduğu məlum olmuşdur. Daha sonra sonuncunun üzərində də şəxsi yoxlama aparılmış, həmçinin idarə etdiyi nəqliyyat vasitəsi ərazidəki stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa predmetlər aşkar edilməmişdir. Yoxlamalar başa çatdıqdan sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində - ötürücü qutunun önündə olan xırda əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə olan plastik qabda spesifik iyli naməlum məhlul, həmçinin sonuncuya məxsus qara rəngli bel çantasının içərisində, şəxsi geyim əşyalarının arasından aşkar edilmiş üzərində “Pregabalin 150 mg” yazısı olan 6 ədəd konvalyutda ümumilikə 57 ədəd və üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyut kəsiyində ümumilikə 7 ədəd həblər Təqsirləndirilən şəxs və digər iştirakçıların, eləcə də onun iştirakı ilə götürülmüş, qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə sənədləşmə aparrılmışdır, o da sənədlərlə tanış olub imza etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1961 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “..A.R. vətəndaşı S. Həsənov..” yazıları olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 203677 №li bir ədəd sellofan paketin içərisində üzərində “..Pregabalin 150 mg..” göstəriciləri olan 6 (altı) ədəd konvalyutda ümumilikdə 57 (əlli yeddi) ədəd ağ rəngli kapsulanın tərkibində ümumilikdə 8,55 qram preqabalin təsiredici maddəsi müəyyən edildi; üzərilərində “Methadone 40” göstəriciləri olan bir ədəd blister kəsiyində ümumilikdə 7 (yeddi) ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş bozumtul rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 0,28 qram metadon təsiredici maddəsi müəyyən edildi; üzərində “водный раствор.. 100 мл” yazılmış 2 plastik qabda spesifik qoxulu şəffaf məhlulun tərkibində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazsinində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü Təsir edən maddələr və onların külli miqadarının, habelə zəhərli maddələrin siyahıları”na daxil olan komponentlər müəyyən edilmədi.Qeyd: Metadon tabletlərinin sayı - 7 ədəd, tədqiqata sərf edildi - 1 ədəd, qalıq - 6 ədəd. Preqabalin kapsullarının sayı - 57 ədəd, tədqiqata sərf edildi - 2 ədəd, qalıq - 55 ədəd.Məhlul üm. - 150 ml, tədqiqata sərf edildi - 10 ml, qalıq - 140 ml. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respulika Narkoloji X11 Şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 2845 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs sintetik Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs isnad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs qeyd edilən əməli Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və ya digər əşyaların gömrük sərhədindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxun bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - qaçaqmalçılıq cinayətinin ictimai təhlükəliliyi cinayət tərkibinin obyektiv cəhətinə daxil olan əməllərin törədilməsi nəticəsində malların ölkəmizin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından ibarətdir. Qaçaqmalçılıq cinayəti formal tərkibli cinayət əməlidir. Qaçaqmalçılıq faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış hesab edilir. Göründüyü kimi təqsirkarın törətdiyi əməlin qaçaqmalçılıq cinayət əməli kimi tövsif edilməsi üçün yeganə əsas - təqsirkar tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş hərəkətin və ya hərəkətlərin icra edilməsidir. Başqa sözlə, şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətdiyi halda Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilə bilər. Qeyd edilən hüquqi mövqe, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair 06 yanvar 2021-ci il tarixli qərarında da nəzərdə tutulmuşdur. Belə ki, həmin qərarda göstərilmişdir ki, şəxs tərəfindən malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti kimi tövsif edilir ki, cinayət əməlini törətmiş şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasındakı cinayətin obyektiv cəhətini təşkil edən və Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Həmçinin qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, idarə etdiyi yük maşını ilə gömrük nəzarəti xəttinə daxil olandan sonra gömrük inspektoru onunla sorğu aparmış, maşında olan nə yükü olduğunu, maşında yəni kabinədə qadağan olunmuş predmetlərin olduğunu soruşanda, həmin vaxt yük maşının kabinasında olan çantadakı narkotik metadon həbləri olduğunu bildirmiş, ondan sonra həmin həbləri gömrük nəzarəti həyata keçirən gömrük inspektoruna təqdim edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 0,28 qram təşkil edən 1 konvalyutda 7 ədəd “methadone” yazılı həbləri, habelə tərkibindəki preqabalin güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 8,55 qram təşkil edən 6 konvalyutda 57 ədəd “pregabalin 150 mg” yazılı həblərini Azərbaycan Respublikasında istifadəsinin qadağan olduğunu bildiyi halda bəyan etmədən gömrük sərhədindən kənar qaçaqmalçılıq yolu ilə keçirmişdir. Onun törətdiyi bu əməl CM-in 206.2-ci maddəsinin cinayət tərkibini yaradır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, onun himayəsində iki nəfər azyaşlı övladının olmasını, törətmiş olduğu əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə, 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə, təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti oaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayəti və məhkəmə baxışı zamanı müdafiə tərəfinin çıxışlarının dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58, 59 və 61-ci maddələrini rəhbər tutmuş, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddini təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün saymış və bununla da məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda da məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya maddənin sanksiyasında nəzərədə tutulan digər yüngül cəza ilə əvəz edilməsi, məhkum olunduğu Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsinin həlli zamanı sonuncunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almaqla əsaslı olaraq onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasını mümükün saymış və Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutlmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin etməklə cəzanın ümumi məqsədinə xidmət edən qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 Bolu oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(018)-87/2024 nömrəli hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(106)-90/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-90/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver