Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-900/2024 21.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmü (sədrlik edən X7,hakimlər X8 və X3 ibarət tərkibdə) ilə, Təqsirləndirilən şəxs Cavapnşir oğlu, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2023-cü ildən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə digər şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 1500 manat gəlir əldə etməsi müqabilində digər şəxslərin sifarişi ilə içərisində narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bağlamaları Bakı şəhərinə gətirməsi və gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə digər şəxslər vasitəsi ilə Ələt-Astara yolunun 58-ci kilometrliyində yol kənarına qoyulmuş külli miqdarda 35,336 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib öz üzərində, qalan külli miqdarda 1030 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 940 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 15810 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə qanunsuz olaraq əldə edib yol vərəqəsi əsasında idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobildə saxlayaraq, Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci Yol Patrul Xidməti postunun yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saat 04:45-də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi avtomobil ilə birlikdə saxlanılmış, həmin gün saat 05:40-dan etibarən saxlanıldığı yerdə özünün könüllü razılığı və iştirakı ilə idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobilinə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yerindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobildə saxlamaqla daşıdığı 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 1030 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 700 qram və 240 qram olmaqla xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan külli miqdarda ümumi təmiz çəkisi 940 qram psixotrop maddə metamfetamin, 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3120 qram; 1950 qram; 3790 qram; 3150 qram və 3800 qram olmaqla xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə eyni olan külli miqdarda ümumilikdə təmiz çəkisi 15810 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs BNMİ-nin X5 Şöbəsinə gətirilmiş və orada 17 avqust 2023-cü il tarixdə saat 08:00-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki ağ rəngli şalvarın sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan külli miqdarda təmiz çəkisi 35,336 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi istintaq orqanının məhkəməyə təqdlim etdiyi ziddiyyətli sübutlara istinad edərək təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxartmışdır. Halbuki, həmin sübutların mötəbər olmaması və işin faktiki halları ilə üst-üstə düşməməsi məhkəmə iclasında verilmiş şahid ifadələrindən açıq-aydın görünür. Hesab edir ki, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, danışdığı Baba adlı şəxs ona 58 km olan lövhənin şəklini atmış, həmin yerdən öz istifadəsi üçün qurudulmuş marixuana götürüb öz çantasının içərisinə qoymuşdur. Lakin, avtomobilə baxış zamanı maşının yük yerindən başqa bir bağlama aşkar edilmişdir. Polis əməkdaşları onu döyməmiş, ailəsi ilə təhdid etdikləri üçün etirafedici ifadələr vermişdir.Danışdığı adam istifadəsi üçün ona 300 qram marixuana vermişdir. Ona məxsus olan 300 qram marixuanadır. Digər narkotik vasitələr ona məxsus deyildir. Həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən təqsirləndirimlən şəxsin müdafiə hüququ pozulmuş, təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçsinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətin təmin olunması, 300 qram qurudulmuş marixuananı əldə etməkdə özünü təqsirli bildiyi üçün ona 300 qram marixuana əldə etməyə görə cəza təyin ediloməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya məhkəməsində çıxışında verdiyi apellyasiya şikayətin dəyişiklik edərək Təqsirləndirilən şəxs özünü 300 qram marixuana əldə etməkdə təqsirli bilməsini nəzərə alaraq onun cinayət əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X4 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, telefon danışıqlarına baxış protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxırılması və ya onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsas vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol,telefon danışıqlarına baxış protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsində verdiyi ifadəsində də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək 300 qram qurudulmuş marixuana götürdüyünü etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması və ya onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-900/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-900/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver