Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-92/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru, X3, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Laçın Rayon Məhkəməsinin 1(047)-11/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : Laçın Rayon Məhkəməsinin 1(047)-11/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmü (hakim: X1) ilə, Təqsirləndirilən şəxs - xx.xx.1986-cı ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər Balakən rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm ləğv edilərək cinayət işi 1-ci instansiya məhkəməsinə qaytarılmış, sonra eyni iş üzrə Zaqatala rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Zaqatala rayon məhkəməsinin xx.xx.2015- ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, bundan sonra Şəki rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi tətbiq edilərək daha əvvəlki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq qəti olaraq 6 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 5 il 7 aya endirilməklə xx.xx.2018-ci il tarixdə cəzadan azad edilmiş, daha sonra Səbail rayon məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri təqsirli bilinsə də, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət işi üzrə icraata xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş, hazırda məhkumluğu olmayan, Salyan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 sentyabr 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Laçın rayonunda fəaliyyət göstərən N saylı hərbi hissədə minaatan batareyasının komandiri vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs ilə 2023-cü ilin iyul ayında tanış olduqdan bir müddət sonra sonuncunun xidməti fəaliyyəti ilə əlaqədar hərbi hissənin ayrı-ayrı hərbi postlarında və digər birləşmələrində təmir və tikinti işləri aparılması ilə əlaqədar müxtəlif tikinti materiallarına ehtiyacı olduğunu və ucuz qiymətə belə materialların satıldığı yer axtarmasını bildikdən sonra, aldatma, habelə etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs ilə söhbətləşərkən guya işlədiyi "xxxx" MMC-nin anbarından bazar qiymətindən daha ucuz qiymətə istənilən tikinti materiallarını təşkil etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, habelə bu mövzu ətrafında bir qədər danışaraq özü vasitəsi ilə tikinti materialları almasına dair istək yaratdıqdan sonra, sonuncu istintaqa məlum olmayan miqdarda taxta, şifer, panel, mismar, reyka və digər tikinti materiallarına ehtiyacı olduğunu bildirərkən həmin tikinti materiallarını guya 3.510 manata təşkil edə biləcəyini bir daha yalandan bildirib, özü barəsində mövcud bazar qiymətlərindən ucuz qiymətə tikinti materialları təşkil edə bilən şəxs obrazı yaradaraq Zərərçəkmiş şəxs həmin pulu öncədən ödəməsinə razılaşdırıb, əslində isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyək niyyəti ilə istifadəsində olan "xxxx" ASC tərəfindən adına verilmiş, 4169 7388 0080 3870 saylı bank kart hesabını internet üzərindən “WhatsApp” proqramı vasitəsi ilə öz istifadəsində olan ***-***-**-** nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəyə göndərərək Zərərçəkmiş şəxs xahişi əsasında sonuncunun tanşları tərəfindən Tovuz rayonu və Bakı şəhəri ərazilərində yerləşən ödəniş terminalları vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 1.010 manat, xx.xx.2023cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1.005 manat, daha sonra isə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Laçın rayonu ərazisində olarkən öz telefonundakı Azərbaycan Beynəlxalq Bankın mobil aplikasiyası vasitəsi ilə “card to card” əməliyyatı icra edib 995 manat məbləğlərində olmaqla ümumilikdə 3.510 (üç min beş yüz on) manat pul vəsaitinin vahid niyyətlə həmin bank kart hesabına köçürülməsinə nail olduqdan sonra həmin pul vəsaitini "xxxx" ASC-nin Salyan şəhəri ərazisində yerləşən müxtəlif bankomatlarından nağdlaşdıraraq, lakin bu sahədə Zərərçəkmiş şəxs xeyrinə heç bir hərəkət etməyərək, yəni heç bir miqdarda tikinti materialları göndərməyərək aldığı pul vəsaitlərini “topaz” mərc oyunlarına sərf edib şəxsi ehtiyaclarına xərcləməklə – Zərərçəkmiş şəxs məxsus 3.510 manat məbləğində pul vəsaitini aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Laçın Rayon Məhkəməsinin 1(047)-11/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi apelyasiya şikayətləri vermişdirlər. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Belə ki məhkəmənin hökmündə qeyd etdiyi bütün hallara münasibətdə bildirir ki, düzdür, o Zərərçəkmiş şəxs 3.500 manat məbləğində pul vəsaiti almış lakin mən həmin pul məbləğinin 500 manatının İzzət Balacayevə aid olmasından xəbərsiz olmuşdur və məhkəmə iclası zamanı bildirdiyi kimi də, özünü heç vaxt DTX əməkdaşı kimi təqdim etməmişdir. Özü ailəlidir, iki azyaşlı övladı var. Qızları- X5 xx.xx.2012-ci il təvəllüdlü və X6 xx.xx.2024-cü il təvəllüdlüdür. Balaca qızı Atayeva Günəş o məhkum edilməmişdən 14 gün əvvəl dünyaya gəlib, onun üzünü heç doğru-düzgün görməmişdir. Körpə uşaqdır onun zəruri tələbatlarını ödəmək üçün valdeyini olaraq mənə ehtiyacı var. Həyat yoldaşı X4 evdar qadındır və hazırda heç bir yerdə işləmir. Atası- Atayev Yaqub dünyasını dəyişib. X12 ürək xəstəsidir, bir neçə dəfə əməliyyat olunub hazırda ürəyindən müalicə alır. Ailənin yeganə qazanc gətirən şəxsi Bayramdır və onun azadlıqdan məhrum etmə cəzasına məhkum olunmağı ailəsinin dolanışığına mənfi təsir etməkdədir. Bundan əlavə, məlum olduğu kimi onun Zərərçəkmiş şəxs ogluna hazırda ödəniləcək heç bir borcu yoxdur, ona dəymiş ziyanı ödəmiş və onun barəsində heç bir şikayət və ya tələbi yoxdur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə notariat qaydada təsdiqlənmiş ərizə məhkəməyə təqdim edilmişdir. Eyni zamanda iş materillarına əlavə edilmiş xasiyyətnamədən də göründüyü kimi o yaşadığı ərazidə müsbət xarakterizə olunur. Heç bir pis vərdişi olmayıb, narkotik vasitə və ya psixotrop maddələrin hər hansısa birindən indiyə qədər istifadə etməmişdir. Bütün bu qeyd etdiyi faktlara əsasən hesab edir ki, Laçın Rayon Məhkəməsinin onun barəsində çıxarmış olduğu ittiham hökmünə əsasən ona əməlində heç bir yüngülləşdirici hal olmayan və CMin həmin maddəsində göstərilən cinayət əməlini törətmiş şəxslərlə eyni cəzanın verilməsi və bundan əlavə, CM-in 178.1-ci maddəsinin sanksiya hissəsində həbslə bağlı olmayan başqa alternativ cəzalar olduğu halda onun barəsidə azadlıqdan məhrumetİmə cəzasının verilməsi ədalətli deyil. Hökmdə bütün bunlar qeyd edilsə də işə baxan hakim tərəfindən onun barəsində düzgün hüquqi qiymətləndirilmə aparılmamışdır. Eyni zamanda onu da qeyd etmək istəyir ki, Laçın rayon Məhkəməsi həmin hökmündə onun öhdəliyində olan tək bir azyaşlı uşağının olduğunu qeyd etmişdir. Görünən odur ki, işə baxan hakim Bayramın qızı Günəşin xx.xx.2024-cü il tarixdə doğulmasından xəbərsiz olmuşdur. Odur ki, yuxarıda göstərilən halları nəzərə alaraq onun öhdəliyində 2 azyaşlı övladının olmasını, valdeyinlərindən atası Atayev Yaqubun dünyasını dəyişməsini, X12ın ürək xəstəsi olmasını, həyat yoldaşının heç bir yerdə işləməməsini, ailənin yeganə dolanışıq yerinin onun olmasını, zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmamasını, əməlində heç bir ağırlaşdırıcı halın olmamasını, həmin maddənin sanskiyasında daha aşağı cəzaların olmasını nəzərə alaraq xahiş edir ki, onun işinə mövcud olan qanunları rəhbər tutub yenidən baxaraq, barəsində olan Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(047)-11/2024 saylı hökmün dəyşdirilməsi və AR CM-nin 178.1-ci maddəsinin sanksiyasının ən aşağı həddində, həbslə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində çıxarılmış hökmü düzgün və ədalətli hesab etmir. Ona gərə də Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün dəyşdirilərək ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X8 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Laçın Rayon Məhkəməsinin 1(047)-11/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apelyasiya şikayətlərinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayətləri təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 1(047)-11/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun öz ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş, və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətlərində hökmün dəyşdirilməsini və AR CM-nin 178.1-ci maddəsinin sanksiyasının ən aşağı həddində, həbslə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətində həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bir deyil, iki azyaşlı uşağı vardır ki, birinci instansiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmamış və məhkəmə yüngülləşdirici hal olaraq daha yüngül cəza təyin edə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən bu hal və digər hallar da Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının AR CM-nin 178.1-ci maddəsinin sanksiyasının ən aşağı həddində, həbslə əlaqədar olmayan cəza təyin edilməsinə əsas vermir. Belə ki, qeyd edilən hökmdə nəzərə alınmayan digər azyaşlı uşağın olmasını da məhkəmə kollegiyası yüngülləşdirici hal kimi nəzərə alaraq hesab edir ki, cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Laçın Rayon Məhkəməsinin 1(047)-11/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və apelyasiya şikayətlərini təmin edib, Təqsirləndirilən şəxs hökmün dəyşdirilərək AR CM-nin 178.1-ci maddəsinin sanksiyasının ən aşağı həddində, həbslə əlaqədar olmayan cəza təyin edilməsi üçün əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Laçın Rayon Məhkəməsinin 1(047)-11/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Q ə r a r a a l d ı : Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Laçın Rayon Məhkəməsinin 1(047)-11/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmü məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-92/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-92/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver