Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-93/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Qalib qızının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs Qalib qızının qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü (sədrlik edən X4) ilə, Təqsirləndirilən şəxs, xx.xx.2000-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən QTəqsirləndirilən şəxs 20 noyabr 2023-cü ildən 20 fevral 2024-cü ilədək və 25 aprel 2024-cü ildən 25 sentyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 8 ay müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Belə ki, o, cinsi ehtirasını təmin etmək məqsədi ilə 27 iyun 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə 2023-cü ilin avqust ayında Lerik rayonuna gedərək, orada yerləşən günlük kirayə verilməsi üçün nəzərdə tutulmuş evdə Zərərçəkmiş şəxs gözü qarşısında çılpaq vəziyyətdə öz cinsi orqanını nümayiş etdirmiş və sonuncunun cinsiyyət orqanlarına toxunmaqla öz cinsi ehtirasını təmin etməklə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa o, cinsi ehtirasını təmin etmək məqsədi ilə 27 iyun 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə 2023-cü ilin sentyabr ayında Şirvan şəhərində yerləşən və ünvanı istintaqa məlum olmayan evə gedərək, orada Zərərçəkmiş şəxs gözü qarşısında çılpaq vəziyyətdə öz cinsi orqanını nümayiş etdirmiş və sonuncunun cinsiyyət orqanlarına toxunmaqla öz cinsi ehtirasını təmin etməklə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Şirvan Şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs Qalib qızının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs daha ağır ittiham verilməsini, Ləman adlı qadına ittiham verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmünə görə guya Təqsirləndirilən şəxs zor tətbiq etmədən qızı Şahanəyə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkət etmişdir. Əslində qızı yalan ifadə vermişdir. Qızı Şahanənin bakirəliyini Cavid pozmuşdur. Qızını polis əməkdaşları yalan ifadə verməyə məcbur etmişlər. X8 könüllü cinsi əlanqədə olmamışdır. Şahid onun Cavidlə cinsi əlaqədə olmasını təşkil etmişdir. Ona görə də işin qanuni araşdırılmasını xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirdi ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cavidin tutulmasını istəmir. Onun əsas tələbi Şahid cinayət məsuliyyətinə cəlb edilməsidir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi,birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Şirvan Şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs Qalib qızının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs daha ağır ittiham verilməsini, Ləman adlı qadına ittiham verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs təyin edilmiş cəzaneın daha da ağırlaşdırılması üçün əsas vermir.Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə apellyasiya şikayətində Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini xahiş etsə də, apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tələbinin olmadığını, onun cəzasının ağırlaşdırılmamasını, ona qarşı şikayət tələbinin olmadığını bildirdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Şirvan Şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha da ağırlaşdırılması üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-93/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-93/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver