Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-941/2024 03.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu, Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 X5 prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 1(099)-552/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 1(099)-552/2024 saylı hökmü ilə (sədrlik edən hakim Neymət Məmmədov), xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli,işsiz, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 22-ci məhəllədə yerləşən 69 nömrəli fərdi yaşayış ünvanında qeydiyyatda olmaqla yaşamış, 06 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin07 fevral 2024-cü il tarixli, 4(032)-34/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 06 fevral 2024cü il tarixdən hesablanmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr heroin və qurudulmuş marixuananı əldə etmək üçün şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan Hadi adlı şəxslə qabaqcadanəlbir olan bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan razılaşmaya əsasən 05 fevral 2024-cü il tarixdə axşam saatlarında Hadi adlı şəxs tərəfindən naməlum şəraitdə Şirvan şəhəri ərazisində gizlədilmiş 01 (bir) ədəd selofan bağlamanın içərisində 01 (bir) polietilen torba bağlamada külli miqdarda-720,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) polietilen torba bağlamada külli miqdarda-1505,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Şirvan şəhəri ərazisində özünə məlum olan həmin yerdən götürməklə əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 23:50 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən «X4»nın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilərək 06 fevral 2024-cü il tarixdə saat 00:50- dən 01:30-dək müddətdə üzərində keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları obyektiv araşdırmamış, düzgün qiymətləndirməmiş, məhkəmə bir-birinə uyğun gəlməyən sübutlar əsasında onu əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. Şəxsiyyəti və kimliyi istintaqa və məhkəməyə məlum olmayan Hadi adlı şəxsin onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında tanınması qanunvericiliyə uyğundur? Ona görə hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilməsi Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə zidd olmuşdur. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi də ehtimallara əsaslanır. Ona görə də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 1(099)-552/2024 saylı hökmünün ləğv edilməsini, onun əməlinin tövsifinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə dəyişdirilməsini və ona həmin maddə ilə cəza təyin edilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edildiyini, təqsirliliyinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini, ona təyin edilmiş cəzanın işin hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olduğunu göstərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı əməli törətməsi etiraf etdiyini göstərərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili Rəsul Mənsimov Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək çıxışında apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs cəzasıının yüngülləşdirilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bildiyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan və birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi Təqsirləndirilən şəxs özünün istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici ifadəsi, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid1 və Şahid2 ifadələri, ekspert rəyləri, istintaq hərəkətləri protokolları, maddi sübut əsasında sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüşittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, «whatsapp» proqramı vasitəsi iləiranlı ilə tanış olmuşdur. İranlı ilə danışan zaman həmin şəxs ona narkotik vasitə göndərəcəyini, göndərdiyinarkotik vasitəni götürüb dediyi yerə qoyacağı təqdirdə ona da narkotik vasitə verəcəyinibildirmişdir. Ona narkotik vasitə lazım olduğundan iranlı ilə razılaşmışdır. 05 fevral 2024-cüil tarixdə saat 19 radələrində yaşadığı Xırdalan şəhərindən çıxıb Şirvan şəhəriHacıqəhrəmanlı qəsəbəsinə getmişdir. Hacıqəhrəmanlı qəsəbəsində polislər tərəfindəntutulub şöbəyə aparılmışdır. Onda 700 qram narkotik vasitə heroin olmamışdır. Polisəməkdaşları onu döyməmişlər və ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, iranlı «whatsapp» proqramında özü ona yazmışdır. Birinci dəfə idi Hacıqəhrəmanlı qəsəbəsinə getmişdir.İranlı ilə 9-10 gün «whatsapp» proqramında yazışmışdır. İranlı ona orada adam tutulub,orada metamfetamin var onu götürərsən demişdir. Oradan narkotik vasitə götürməmiş,əgər narkotik vasitə görsəydi istifadə etmək üçün götürərdi. İranlı ona narkotik vasitənigötürməsini, şəhərə çatanda deməsini, bir yer deyəcəyini, narkotik vasitəni onun deyəcəyiyerə qoymasını bildirmişdir. Xırdalan şəhərindən Hacıqəhrəmanlı qəsəbəsinə gedənə kimi2-3 taksi dəyişmişdir. İranlı ona həmin ünvana getmək üçün məkan (konum) atmışdır.Hacıqəhrəmanlı qəsəbəsində yolda daşdan tikilmə avtodayanacaq var idi. Narkotik vasitəhəmin dayanacağın arxasına qoyulmuşdur. Saat 04-ə kimi avtodayanacaqda oturubgözləmişdir ki, səhər açılsın və çıxıb getsin. Narkotik vasitəni götürməmişdir. Telefonununzaryadkası qurtardığı üçün sönmüşdür. Orada olduğu müddətdə narkotik vasitə qoyulanyerə baxmamışdır. Polis əməkdaşları onu avtodayanacaqda tutmuşlar. Bunun oyunolduğunu hiss etdiyi üçün narkotik vasitəni götürməmişdir. İranlının ona atdığı məkanda (konumda) narkotik vasitənin şəkili olmamışdır. Saat 21 radələrində artıq Şirvan şəhərininərazisində olmuşdur. Saat 00-a kimi iranlı onu çox yerə göndərmişdir. Yanacaq doldurmaməntəqəsinin də yanına göndərmişdir. Saat 01 radələrində iranlı onu Hacıqəhrəmanlıqəsəbəsinə göndərmişdir. Polis əməkdaşları onu saat 2-3 radələrində tutmuşlar. Saat 00-dan saat 03-ə kimi yolun kənarında oturub havanın açılmasını gözləmişdir. İki nəfər polisəməkdaşı, bir nəfər mülki formada olan şəxs onu saxlayıb şöbəyə aparmışlar. Narkotikvasitə olan bağlama mülki formada olan şəxsin əlində olmuşdur. Mülki formada olan şəxsonlarla birlikdə polis şöbəsinə gəlmiş, lakin şöbəyə daxil olmamışdır. Narkotik vasitəistifadəçisidir. İranlı onunla iran nömrəsi ilə yazışmışdır. Şirvan şəhərinə gedəndəmetamfetamin istifadə etmişdir. İranlı qoyulacaq narkotik vasitənin əvvəl qramını onademəmiş, sonra isə 40-50 qram metamfetamin qoyulacağını demişdir. İranlı ona 40-50qram metamfetamindən bir az ona verəcəyini demiş, metamfetaminin qalanını yolüstüharasa qoyacağını demişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu İfadəsində demişdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Tutulmazdan 10 gün əvvəl internet vasitəsilə İran İslam Respublikası vətəndaşı kimi ona özünü təqdim edən Hadi adlı şəxslə tanış olmuş, «whatsapp» sosial şəbəkəsi vasitəsilə danışan zaman Hadi ona narkotik vasitəolan heroin və psixotrop maddə olan metamfetamin göndərəcəyini əgər həmin heroini və metamfetamini onun dediyi yerdən götürüb onun dediyi yerə qoyarsa göndərmiş olduğu heroinin və metamfetaminin hər birindən 10 qram olmaqla ona verə biləcəyini demiş, o, Hadi ilə razılaşdıqdan sonra 05 fevral 2024-cü il tarixdə saat 20 radələrində Hadinin ona əvvəlcədən dediyi kimi Şirvan şəhərinə gəlmiş, Şirvan şəhərində olan zaman Hadini inandırmaq üçün Şirvan şəhərində yerləşən «Çıraq» YDM-in fotoşəkilini çəkərək Hadiyə göndərmiş, bundan sonra Hadi də ona narkotik vasitəni atdığı yerin konumunu atmış, o, Hadinin ona göndərdiyi konum əsasında həmin yerə getmiş və yerdə ağ selofan bağlamanı görüb onu yerdən götürmüş, selofan bağlamanı yerdən götürüb uzaqlaşmaq istəyən zaman 05 fevral 2024-cü il tarixdə saat 23 radələrində sonradan ona məlum olan Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən «X4»nın yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsi-axtarış zamanı o, əlində olan ağ rəngli selofan bağlamanı təqdim etmiş, selofan bağlama onun iştirakı ilə polis əməkdaşları tərəfindən açılmış və selofan bağlamanın içərisində 02 ədəd ayrı-ayrılıqda qara rəngli selofana bükülmüş bağlamalar aşkar olunmuş, bağlamaların içərisi açılıb baxıldıqda içərilərində narkotik vasitə olan heroin və narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitələri özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hadi adlı şəxsin dediyi yerdən götürdüyünü etiraf etmiş, bundan sonra polis əməkdaşları vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə heroin və qurudulmuş marixuana olan bağlamaları zərfə qoyaraq möhürləmişdir. Polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o, da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində ilk olaraq göstərmişdir ki, Hadi ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin göndərəcəyini söz versə də sonradan Hadi, narkotik vasitə olan heroin və qurudulmuş marixuana göndərəcəyini bildirmiş, o, Hadinin məkan (konum) atdığı yerə gedən zaman Hadinin ona narkotik vasitə olan heroin və qurudulmuş marixuana göndərdiyini bilmişdir. İşi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərəktədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; «cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, 06 fevral 2024-cü il tarixdə saat 00:50-dən 01:30-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi-axtarış zamanı 01 (bir) ədəd selofan bağlamanın içərisində 01 (bir) ədəd polietilen torba bağlamada külli miqdarda- 720,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd polietilen torba bağlamada külli miqdarda-1505,0 qram bitki mənşəli kütlələr tərkibində narkotikmaddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktı ilə bağlı toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. İş materialında olan şübhəli şəxsin tutulması haqqında» 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materialında olan şşəxsi axtarış və götürmə aparılması haqqında» 06 fevral 2024cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan bir ədəd selofan bağlamanı, üzərində 01 (bir) ədəd «Samsung» markalı mobil telefonu, 01 (bir) ədəd eynəyi, 01 (bir) ədəd cib dəsmalını, 01 (bir) ədəd metro kartını və 01 (bir) ədəd telefon kabelini təqdim etmişdir. Təqdim edilmiş01 (bir) ədəd bağlama açılmış, içərisindən 02 (iki) ədəd rezin yapışqanla bağlanmış qara selofan bağlama aşkar edilmişdir. Həmin 02 (iki) ədəd selofan bağlama kəsici alətlə orta hissəsindən kəsilib içərisinə baxıldıqda, 01 (bir) ədədinin içərisindən qəhvəyimtil rənglikütlə və digər bağlamanın içərisindən isə bitki tərkibli kütlə aşkar edilmişdir. Bağlamalar elektron tərəzi vasitəsi ilə ayrı-ayrılıqda çəkilmişdir. Bağlamanın içərisində bitki tərkiblikütlənin çəkisinin 1,580 qram və 01 (bir) ədəd içərisində qəhvəyimtil rəngli kütlənin çəkisinin isə 785 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, selofan bağlamanın içərisində olan kütlələr narkotik vasitə heroin və narkotik vasitə qurudulmuş marixuanadır. İran vətəndaşı Hadi adlı şəxslə aralarında olan danışıq əsasında sonuncunun həmin bağlamanı qoyduğu yerdən götürmək və oradan deyəcəyi yerə aparmaq üçün Şirvan şəhərinə gəlmişdir. Hadi adlı şəxslə danışıqlarına əsasən bağlamada olan kütlələrin hərəsindən 10 qramı ona veriləcəkdir. Bundan sonra 02 (iki) ədəd bağlama və 01 (bir) ədəd «Samsung» markalı mobil telefon ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materialında olan məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası»nın 06 fevral 2024-cü il tarixli, 3-16-16/2-18/150-151 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi- 720,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...»sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi-1505,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materialında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Şirvan Şəhər Məhkəməsinin 07 fevral 2024cü il tarixli, 4(032)- 34/2024 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında, özünü təqsirli bildiyini, narkotik vasitəni İran vətəndaşından aldığını və onun dediyi yerə qoyacağı qarşılığındaona narkotik verəcəyini, özünün 2 azyaşlı uşağının olduğunu, anasının xəstə olduğunu bildirərək, həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsini xahişetmişdir. İş materialında olan maddi sübut qismində tanımaq haqqında» 07 fevral 2024-cü il tarixli qərardangörünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatındansonra qalıq qalan 719,9 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonraqalıq qalan 1504,9 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün ŞPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış istintaq hərəkəti aparılanzaman çəkilmiş videoçəkilişi özündə əks etdirən 01 (bir) ədəd kompakt disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materialında olan baxış keçirilməsi barədə» 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Hadi» adlı şəxsin «whatsapp» əlaqəsinin göstərilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs «Hadi» adlı şəxsin adının «Pp» kimi yazıldığını bildirmişdir. Bundan sonra «Pp» yazılmış ad üzrə «whatsapp» yazşmalarına baxış keçirilmiş və «Pp» kimi yazılmış adın «whatsapp» sosial şəbəkəsində +**********71 mobil nömrə altında istifadəçi olduğu görünmüşdür. Həmin mobil nömrədən Təqsirləndirilən şəxs mobil nömrəsinə sonuncu saxlanılmazdan əvvəl «whatsapp» sosail şəbəkəsi vasitəsilə aşağıdakı məzmunda səslər göndərilmişdir. «Qardaşım biraz tez elə məni Bakıda güdürlər. Mən də burda ailəlikcə səni güdürəm. Ay qardaş mənə bir cavab verdə sənin bir mal götürməyin nə qədər çəkir. Vallah biz burda ailəlikcə öldük dirildik. Mənə bir səs verdə qadanı alım. Qardaşım mənə bir səs ver canı qadasını alım. Salam qardaş mənə bir səs verdə. Ay qardaş başına dönüm setin açıq olsun. Mənə bir səsverdə. Bu nə işdi. Mənim ürəyim partladı axı burda. Qardaş mənə bir səs verdə. Bəs bu nəolsun. Adam setdən çıxmaz ki. Salam qardaş. Necəsən. Bəs bu setə gəlirsən mənə cavab verdə. Bəs mən səni bayaqdan güdürəm. Mən Bakıda uşaqlar məni güdür. Neynədin. O əmanəti çatdır Bakıya. Kilo yarım, yeddi yüz qrama mən o boyda pul vermişəm. Mənə bir cavab ver başına dönüm. Ay qardaşım. Mən evdəyəm. Məni görüntülü yığ. Malı götürdün ya neynədin mənə bir hə yox de. Ay qardaş mənə bir səs ver. Mənim orda kilo yarım, yeddi yüz qram malım. Mənə bir cavab verdə». İş materialında olan baxış keçirilməsi barədə» 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 04 mart 2024-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən Şirvan ŞPŞ-yə daxil olmuş 07 may 2024-cü il tarixli məktuba əlavə edilmiş kompakt diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs öz adınadır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 25, ev 12,-də qeydiyyatda olan Aytəkin Cəbiyevanın adınadır. 28 dekabr 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «qaqaş ağrıdayamda nə olar görüşsəydin mənimlə pul tapa bilmirəm bayaqdan səndən başqada adam yoxdu ağız açım qalmışam ağrıda» mesajı, 30 dekabr 2023-cü il tarixdə 070-600- 34-74 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan***-***-**-**saylı mobil nömrəyə «iki dənə 5-dik kola bir dənədə 5-dik patı» mesajı, 31 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «qaqaş pulu at tez elə camaata pul verməliyəm ammagedəndə belə danışmırdın» mesajı, 14 yanvar 2024-cü il tarixdə * * * - * * * - * * - * * saylımobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «mənə deyirki gətir qoy şotçikin içinə yumurtası soydu qartalın nə deyim bəs mən» mesajı, 14 yanvar 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «heçnə deməmişəma 1 karopka uquruşka gətirib verərək sənə doyunca şelləndirərsən uşaqları» mesajı, 20 yanvar 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «ürəyim partdıyır 1 dənə xırda daş verərsiz mösüm 1 həftədi daş deyə deyə qalmışam» mesajı, 20 yanvar 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «mövsüm 5m pul düzəltmişəmnauşnik qalıb bizdə» mesajı göndərilmişdir. İş materialında olan ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 19 aprel 2024-cü il tarixli, 2520 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materialında olan sübutların qiymətləndirilməsi haqqında» 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həminMəcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. İş materialında olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 20 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə əldə etmə mənbəyinin müəyyən edilməsinə görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materialında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməsi düzgün olmuşdur. Məhkəmə kollegiyası aşağıda sadalananlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Məhkəməsinin xx.xx.2024-cü il-tarixli 1(099)- 552/2024 saylı hökmü dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində onun əməlinin tövsifinin CM-in 234.1-1-ci maddəsinə dəyişdirərərk ona bu maddə ilə cəza təyin edilməsini, apellyasiya baxışı zamanı çıxışında ona təyin edilmiş cəzanın ağır olmasından şikayət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan sübutlar Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edildiyini göstərir. Cəzanın yüngülləşdirilməsi tələbinə gəldikdə isə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona yeddi il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə olduğu halda, ondan aşkar edilmiş narkotik vasitələrin növü və miqdarı da nəzərə alınmaqla Təqsirləndirilən şəxs onun cəzasının yüngülləşdirilməsi xahişi də təmin edilməməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Beləliklə qeyd edilənlər nəzərə alınmaqla apelyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Məhkəməsinin xx.xx.2024-cü il-tarixli 1(099)-552/2024 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 1(099)-552/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-941/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-941/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver