Məhkəmə qərarları › İş №1(106)-96/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-96/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-96/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Bəxtiyar oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələri ilə məhkum edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 1(055)-40/2024 saylı hökmündən zərəçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Kamran Mikayılov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 1(055)-40/2024 nömrəli hökmü (hakim: Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi) ilə 12 avqust 1981-ci il tarixdə Göyçay rayonu, Mırtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X11 filialının müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə X1 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddsinə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməsi, təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin aylıq qazancından pul tutulmaların aparıldığı vaxtdan hesablanması, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təqsirləndirilən şəxs qarşı qaldırdığı mülki iddianın baxılmamış saxlanılması və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi barədə yekun qərar qəbul edilmiş iş üzrə maddi sübutların taleyi həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə informasiya resurslarına şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə 15 dekabr 2021-ci il tarixli 03-313 nömrəli əmrlə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktorunun müalicə işləri üzrə müavini – baş həkim vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən 18 yanvar 2022-ci il tarixli 84 nömrəli əmrə əsasən, 17 oktyabr 2022-ci il tarixədək “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının sədri funksiyasını yerinə yetirən zaman Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə qüvvədə olan “Tibb müəssisəsi rəhbərinin (baş direktor, direktor, baş həkim, rəis) müavininin nümunəvi vəzifə Təlimatı”na əsasən, qanunvericiliyə uyğun olaraq icrası məcburi olan sərəncamlar vermək, onların icrasına nəzarəti həyata keçirmək, müalicə-diaqnostika bölmələrinə, kabinetlərə və laboratoriyalara rəhbərlik etmək, müalicə-diaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin etmək, müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparmaq, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görmək, tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlamalarını həyata keçirmək, həkimlərin və orta tibb heyətinin ixtisaslarının artırılmasını, klinik araşdırılmaları, məsləhətləşmələri və konsiliumları təşkil etmək, profilaktika, diaqnostika və müalicənin səmərəli metod və vasitələrini, müalicə-profilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada tətbiq etmək, tibbi yardım göstərilməsinin ardıcıllığını təmin etmək, müəssisə üzrə struktur bölmələrinin növbətçilik cədvəlini tərtib etmək, daxili əmək rejimi, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X13 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”yə əsasən, şəxslərin sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq, tibbi və əmək realibitasiyası ilə bağlı məsələlərin həll edilməsini təmin etmək, müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərin düzgünlüyünə nəzarət etmək, əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK tərəfindən müəyyənləşdirilmiş əlillik müddətinin bitməsi iiə əlaqədar təkrar şəhadətləndirilrnəsi üçün müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinət müəyyən edilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi (əlillik dərəcəsini ləğv-etmək, əlillik dərəcəsini azaltmaq və ya artırmaq məqsədilə), əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin istehsalatda aldığı zədə və ya sağlamlığının pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə TSEK-ə göndərişlər vermək, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin verilməsinin əsaslılığına və müddətinə nəzarət etmək, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin müddətini qanunvericiliklə müəyyən olunmuş qaydada artırmaq, ehtiyac olduqda xəstələri əlavə müayinə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərmək və digər səlahiyyətlərin daşıyıcısı olan dövlət tibb müəssisəsinin işçisi kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə Saatlı rayonu, Xanlarkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü Şahid1 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2022-ci ilin mart ayında “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini Şahid10, sonuncunun “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının katibi Şahid11, Şahid11 isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Şahid1 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X14”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X15 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 15 mart 2022-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid14, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid13 və Şahid12 vasitəsi ilə daxil olaraq, Şahid11 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “B-hüceyrə tipli xroniki limfositar leykemiya, Xroniki limfoleykoz İV mərhələ”, “Dəmir defisitli anemiya, Hepatomeqaliya, Anemiya” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2022-ci il tarixli 0309003AAQ1M nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid14, Şahid13 və Şahid12 vasitəsilə daxil edib, Şahid11 köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-nevropatoloqu X6 ********* nömrəli, Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X2 ********* nömrəli, Terapiya şöbəsinin müdiri X3 ********* nömrəli və Uşaq (Pediatriya) şöbəsinin müdiri X9 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid11 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid1 2 oktyabr 2021-ci il tarixdən 2 oktyabr 2026-cı il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 2 oktyabr 2021-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid1 ümumilikdə 7.687,9 manat (yeddi min altı yüz səksən yeddi manat doxsan qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid11 köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid11 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü Şahid2 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2022-ci ilin aprel ayında “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini Şahid10, sonuncunun “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının katibi Şahid11, Şahid11 isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Şahid2 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X14”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X15 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 22 aprel 2022-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid14, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid13 və Şahid12 vasitəsi ilə daxil olaraq, Şahid11 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “B-hüceyrə tipli xroniki limfositar leykemiya, Xroniki limfoleykoz-İV mərhələ”, “Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, Hepatosplenomeqaliya”, “Dəmir defisitli anemiya, Anemiya” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2022- ci il tarixli 0309003AARCY nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid14, Şahid13 və Şahid12 vasitəsilə daxil edib, Şahid11 köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-nevropatoloqu X6 ********* nömrəli, Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X2 ********* nömrəli, Terapiya şöbəsinin müdiri X3 ********* nömrəli və Uşaq (Pediatriya) şöbəsinin müdiri X9 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid11 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid2 28 aprel 2022-ci il tarixdən müddətsiz İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 28 aprel 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid2 ümumilikdə 5.875,05 manat (beş min səkkiz yüz yetmiş beş manat beş qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid11 köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid11 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə Saatlı rayonu, Qıraqlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü X7 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2022-ci ilin may ayında “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin həkim-nevropatoloqu vəzifəsində işləmiş, öldüyünə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X10, sonuncunun “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının katibi Şahid11, Şahid11 isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Dilbər Həşimovanın əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X14”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X15 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 16 iyun 2022-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid14, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid13 və Şahid12 vasitəsi ilə daxil olaraq, Şahid11 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “B-hüceyrə tipli xroniki limfositar leykemiya. Xroniki limfoleykoz İV mərhələ”, “Dəmir defisitli anemiya, Anemiya”, “Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, Hepatosplenomeqaliya” və “Dəqiqləşdirilməmiş kəllədaxili travma, Keçirilmiş QKBT-nın davamlı qalığı. Postravmatik ensefalopatiya hipertenzion sindrom tez-tez qıcolmalarla. Veqetativ damar distrofiyası” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2022-ci il tarixli 0309003AARNJ nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid14, Şahid13 və Şahid12 vasitəsilə daxil edib, Şahid11 köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim- nevropatoloqu X6 ********* nömrəli, Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X2 ********* nömrəli, Terapiya şöbəsinin müdiri X3 ********* nömrəli və Uşaq (Pediatriya) şöbəsinin müdiri X9 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid11 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Dilbər Həşimovaya 22 iyun 2022-ci il tarixdən 22 iyun 2027-ci il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 22 iyun 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Dilbər Həşimovaya ümumilikdə 5.146,66 manat (beş min bir yüz qırx altı manat altmış altı qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid11 köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid11 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə Saatlı rayonu, Mollavazlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1973-cü il təvəllüdlü Şahid4 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2022-ci ilin iyun ayında “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin həkim-nevropatoloqu vəzifəsində işləmiş, öldüyünə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X10, sonuncunun “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının katibi Şahid11, Şahid11 isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Şahid4 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X14”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X15 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 17 iyun 2022-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid14, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid13 və Şahid12 vasitəsi ilə daxil olaraq, Şahid11 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “B-hüceyrə tipli xroniki limfositar leykemiya, Xroniki limfoleykoz-İV mərhələ”, “Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, Hepatosplenomeqaliya”, “Yenitörəmələr zamanı müşahidə olunan anemiya, Anemiya” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2022-ci il tarixli 0309003AARN6 nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid14, Şahid13 və Şahid12 vasitəsilə daxil edib, Şahid11 köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-nevropatoloqu X6 ********* nömrəli, Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X2 ********* nömrəli, Terapiya şöbəsinin müdiri X3 ********* nömrəli və Uşaq (Pediatriya) şöbəsinin müdiri X9 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid11 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid4 26 iyun 2022-ci il tarixdən 26 iyun 2027-ci il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 26 iyun 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid4 ümumilikdə 5.305,63 manat (beş min üç yüz beş manat altmış üç qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid11 köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs Şahid11 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü Şahid6 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2022-ci ilin iyun ayında “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini Şahid10, sonuncunun “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının katibi Şahid11, Şahid11 isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Şahid6 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X14”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X15 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 21 iyun 2022-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid14, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid13 və Şahid12 vasitəsi ilə daxil olaraq, Şahid11 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “B – hüceyrə tipli xroniki limfositar leykemiya, xroniki limfoleykoz İV mərhələ”, “Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, hepatosplenomeqaliya”, “Dəmir defisitli anemiya, Anemiya”, “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, parsial epilepsiya, mürəkkəb ikincili generalizə olunmuş tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2022-ci il tarixli 0309003AARQA nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid14, Şahid13 və Şahid12 vasitəsilə daxil edib, Şahid11 köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkimnevropatoloqu X6 ********* nömrəli, “Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X2 ********* nömrəli, Terapiya şöbəsinin müdiri X3 ********* nömrəli və Uşaq (Pediatriya) şöbəsinin müdiri X9 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid11 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid6 26 iyun 2022-ci il tarixdən 26 iyun 2027-ci il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 26 iyun 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid6 ümumilikdə 5.355,74 manat (beş min üç yüz əlli beş manat yetmiş dörd qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid11 köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid11 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü Şahid7 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2022-ci ilin sentyabr ayında “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini Şahid10, sonuncunun “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının katibi Şahid11, Şahid11 isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Şahid7 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X14”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X15 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 19 sentyabr 2022-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid14, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid13 və Şahid12 vasitəsi ilə daxil olaraq, Şahid11 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “B - hüceyrə tipli xroniki limfositar leykemiya, Təkhüceyrəli leykoz İV (dörd) mərhələ”, “Dəmir defisitli anemiya, Anemiya”, “Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, Hepatosplenomeqaliya” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2022- ci il tarixli L00023469ZSJ nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid14, Şahid13 və Şahid12 vasitəsilə daxil edib, Şahid11 köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim- nevropatoloqu X6 ********* nömrəli, Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X2 ********* nömrəli, Terapiya şöbəsinin müdiri X3 ********* nömrəli və Uşaq (Pediatriya) şöbəsinin müdiri X9 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid11 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid7 29 sentyabr 2022-ci il tarixdən müddətsiz orqanizmin funksiyalarının 65 % pozulması ilə əlaqədar əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 29 sentyabr 2022-ci il tarixdən 30 noyabr 2023cü il tarixədək olan müddətdə Şahid7 ümumilikdə 4.307,57 manat (dörd min üç yüz yeddi manat əlli yeddi qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid11 köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid11 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə- bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Şahid8 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2022-ci ilin sentyabr ayında “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin həkim- nevropatoloqu vəzifəsində işləmiş, öldüyünə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X10, sonuncunun “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının katibi Şahid11, Şahid11 isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Şahid8 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X14”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X15 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 28 sentyabr 2022-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid14, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid13 və Şahid12 vasitəsi ilə daxil olaraq, Şahid11 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “B-hüceyrə tipli xroniki limfositar leykemiya, Xroniki limfoleykoz İV mərhələ”, “Dəmir defisitli anemiya, Anemiya” və “Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya və hepatosplenomeqaliya” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2022-ci il tarixli H00027263JFF nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid14, Şahid13 və Şahid12 vasitəsilə daxil edib, Şahid11 köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkimnevropatoloqu X6 ********* nömrəli, Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X2 ********* nömrəli, Terapiya şöbəsinin müdiri X3 ********* nömrəli və Uşaq (Pediatriya) şöbəsinin müdiri X9 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid11 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid8 8 oktyabr 2022-ci il tarixdən müddətsiz orqanizmin funksiyalarının 70 % pozulması ilə əlaqədar əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 8 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid8 ümumilikdə 4.344,49 manat (dörd min üç yüz qırx dörd manat qırx doqquz qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid11 köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid11 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Kamran Mikayılov apellyasiya şikayəti verərək Saatlı Rayon Məhkəməsinin 09 okyabr 2024-cü il tarixli, 1(055)-40/2024 nömrəli hökmünün mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməsini və 38.023,04 manat (otuz səkkiz min iyirmi üç manat dörd qəpik) məbləğində dəymiş zərərin Təqsirləndirilən şəxs tutulub iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ümumilikdə 38.023,04 manat maddi zərər vurulmuşdur. Bununla bağlı olaraq Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 1(055)-40/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla bir il altı ay müddətə X1 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə on beş faiz pul tutulmaqla bir il altı ay müddətə islah işləri cəzası cəzası təyin edilməsi, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından pul tutulmaların aparıldığı vaxtdan hesablanması, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göyçay Rayon icra və Probasiya Şöbəsinə həvalə olunması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması,is üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təqsirləndirilən şəxs qarşı qaldırdığı mülki iddia baxılmamış saxlanılsın və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixli 0309003AAQ1M nömrəli, xx.xx.2022-ci il tarixli 0309003AARCY nömrəli, xx.xx.2022-ci il tarixli 0309003AARNJ nömrəli, xx.xx.2022-ci il tarixli 0309003AARN6 nömrəli, xx.xx.2022-ci il tarixli 0309003AARQA nömrəli, xx.xx.2022ci il tarixli L00023469ZSJ nömrəli və xx.xx.2022-ci il tarixli H00027263JFF nömrəli Forma 88 nümunəli əlillik göndərişlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınması hökm edilmişdir. İşə birinci instansiya məhkəməsi qismində baxan Saatlı Rayon Məhkəməsinin müvafiq hökmündə mülki iddia ilə bağlı məhkəmə qeyd edilmişdir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui- istifadə etməsi və vəzifə saxtakarlığı cinayətləri törətməsi öz təsdiqini tapsa da, aşağıdakı səbəblərə görə hazırkı cinayət işi çərçivəsində zərərçəkmiş şəxs tərəfindən qaldırılmış mülki iddianın təmin və ya rədd olunması haqqında qərar qəbul edilməsi mümkünsüzdür: Belə ki, məhkəmədə müəyyən edilmiş ittihamlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə əlaqədar 4 epizod üzrə (Şahid1, Şahid2, Şahid6 və Şahid7 münasibətdə) Şahid11 Azərbaycan Respublikası CM-in 32.5, 308.1, 32.5, 313, Şahid10 isə CM-in 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə hazırda Saatlı Rayon Məhkəməsinin icraatında baxılır. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin 3 epizodu üzrə (Dilbər Həşimova, Şahid4 və Şahid8 münasibətdə) X16 təqsirli olmuş, lakin istintaq orqanı tərəfindən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Belə olan halda isə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hansı təqsirləndirilən şəxsin əməli nəticəsində nə qədər ziyan vurulduğu məlum deyildir. Məhkəmədə təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qaldırılmış mülki iddianı birmənalı şəkildə qəbul etməmişdir. Belə şəraitdə mülki iddianın hazırki cinayət icraatında araşdırılması cinayət işinin baxılmasının həddən artıq uzanmasına səbəb ola bilər. Göründüyü kimi, hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı mülki iddiayla bağlı çoxsaylı ziddiyyətli məqamlar mövcud olmuş, məhkəmə prosesində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana münasibətdə Təqsirləndirilən şəxs və digər cinayət işləri üzrə təqsirləndirilən şəxslər Şahid10, X12 və mərhum X8 hansı həcmdə məsuliyyət daşımalarını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə məhkəmə hesab edir ki, həmin hallar, eləcə də qarşıya çıxa biləcək digər mülki hüquqi məsələlər həll edilmədən qaldırılmış mülki iddia üzrə obyektiv məhkəmə qərarı qəbul edilməsi mümkün deyildir. Ona görə də, hazırkı cinayət işi üzrə qaldırılmış mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il 1(055)-40/2024 nömrəli hökmünün mülki iddia ilə bağlı əsaslandırma hissəsinə münasibətdə qeyd edirik ki, Məhkəmə tərəfindən aparılan araşdırma zamanı zərərçəkmiş şəxsə hansı təqsirləndirilən şəxsin əməlinə münasibətdə nə qədər ziyan vurulduğunun məlum olmaması bildirilmişdir. Bildirir ki, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq zamanı icraat ayrılmış və ittiham aktında hər birinə münasibətdə vurulmuş maddi ziyanın məbləği konkret olaraq müəyyən edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin mülki iddianı qəbul etməməsi və zərərçəkmişə hər hansı maddi ziyan vurmadığını bildirməsi iş üzrə mülki iddianın baxılmamış saxlanılması üçün əsas hesab edilə bilməz. Əlavə olaraq qeyd edir ki, zərərçəkmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vurulmuş maddi ziyan birbaşa Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində vurulmuşdur. Eyni zamanda “Məhkəmə hökmü haqqında haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndinə əsasən Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirməməlidir. Müvafiq Qərara əsasən yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Göründüyü kimi mülki iddianın baxılmamış saxlanılması üçün yuxarıda qeyd olunan əlamətlərin heç biri hazırki iş üzrə mövcud deyildir. Belə ki, mülki iddia tələbi ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlıdır, mülki iddianın məbləği ittihamda göstərilən maddi ziyanla eynilik təşkil edir və mülki iddianın dəqiqləşdirilməsi üçün hər hansı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Qərarın 69. bəndinə əsasən, istirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Qərarın 70. bəndinə əsasən, birgə maddi ziyanın vurulması ilə əlaqədar olan cinayət islərində iştirakçılarından biri (bir neçəsi) haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa və yaxud bəzi iştirakçılar haqqında cinayət təqibinə bəraətverici sayılmayan əsaslarla xitam verilmişsə, məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət isinə baxılan təqsirləndirilən şəxsin üzərinə qovur və eyni zamanda təqsirkara barəsində cinayət təqibinə xitam verilmiş şəxsə qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququnu izah edir. Ayrılmış icraat üzrə təqsirləndirilən şəxsin (şəxslərin) barəsində cinayət işinə baxıldıqda məhkəmə verilmiş mülki iddia ilə əlaqədar onun (onların) üzərinə vurulmuş maddi ziyanı əvvəlki hökmə əsasən məhkum edilmiş (barəsində mülki iddia həll edilmiş) şəxslə müştərək qaydada ödəmək vəzifəsini qoya bilər. Qərarın 72. bəndinə əsasən, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının sözügedən bəndlərindən də göründüyü kimi, birgə iştirakçılıqla maddi ziyan vurulması ilə əlaqədar olan cinayət islərində iştirakçılardan biri (bir neçəsi) haqqında cinayət təqibi üzrə iş ayrılmışsa məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyur. Daha sonra isə təqsirkar şəxs digər şəxsə (şəxslərə) qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldıra bilər. Bundan başqa, ayrılmış icraat üzrə təqsirləndirilən şəxsin (şəxslərin) barəsində cinayət işinə baxıldıqda məhkəmə verilmiş mülki iddia ilə əlaqədar onun (onların) üzərinə vurulmuş maddi ziyanı əvvəlki hökmə əsasən məhkum edilmiş (barəsində mülki iddia həll edilmiş) şəxslə müştərək qaydada ödəmək vəzifəsini qova bilər. Qeyd olunan Qərardan da göründüyü kimi, təqsirləndirilən şəxs və cinayət təqibi üzrə icraatı ayrılmış şəxs (şəxslər) barəsində islərin ayrı-ayrılıqda araşdırılması hazırki iş üzrə zərərçəkmiş şəxsin mülki iddiasının baxılmamış saxlanılması üçün əsas sayıla bilməz. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində: Dövlət ittihamçısı2 zərəçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin ibtidai istintaq tərəfindən verilmiş ittihamın həcmində təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ə Ə S M N-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini Saatlı Rayon Məhkəməsinin 09 okyabr 2024-cü il tarixli 1(055)-40/2024 nömrəli hökmünün mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməsini və 38.023,04 manat məbləğində dəymiş zərərin Təqsirləndirilən şəxs tutulub iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Bəxtiyar oğlu verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərini rəhbər tutarq hesab edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2024cü il tarixli, 1(055)-40/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 ifadələri ilə yanaşı, şahidlər Şahid10, Şahid11, Şahid3, Şahid7, Şahid12, Şahid2, Şahid13 və Şahid14 ifadələri, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 255/KEŞ nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 248/KEŞ, xx.xx.2024-cü il tarixli 426/KEŞ nömrəli, xx.xx.2024-cü il tarixli 246/KEŞ nömrəli, xx.xx.2024-cü il tarixli 378/KEŞ nömrəli, xx.xx.2024-cü il tarixli 256/KEŞ nömrəli, xx.xx.2024-cü il tarixli 257/KEŞ nömrəli rəyləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 23 fevral 2024-cü il və 22 may 2024-cü il tarixli müşayiət məktubu, “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-dən daxil olmuş 8 fevral 2024-cü il tarixli məktubu, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-dən daxil olmuş 12 fevral 2024-cü il tarixli məktubu, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-dən daxil olmuş 12 fevral 2024-cü il tarixli məktubu, “Saatlı rayon mərkəzi xəstəxanası” PHŞ-dən daxil olmuş 15 may 2024-cü il tarixli məktubu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə 15 dekabr 2021-ci il tarixli 03-313 nömrəli əmri, olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə 18 yanvar 2022-ci il tarixli 84 nömrəli əmri, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X13 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı və habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə sonuncunun həmin maddələr ilə təqsirili bilinib Cinayət Məcəlləsinin 308.1 maddəsi ilə cəzalandırılmalı olmasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin maddə ilə cəza təyin edilməməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 09 oktyabr 2024-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Saatlı Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham oldunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə tövsif etmiş, Cinayət Məcəlləsinin 313cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin maddə ilə cəza təyin etməmişdir. Həmçinin, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Kamran Mikayılov apellyasiya şikayətinin dəlillərində hökmün mülki iddianın baxılmamış hissəsini mübahisələndirməklə 38.023,04 manat məbləğində cinayət nəticəsində dəymiş zərərin Təqsirləndirilən şəxs tutulub iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sözügedən dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmə əsasən, vəzifəli şəxs Təqsirləndirilən şəxs “Saatlı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun müalicə işləri üzrə müavini – baş həkim vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə informasiya resurslarına şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs bu qanunsuz əməlləri nəticəsində: Şahid1 2 oktyabr 2021-ci il tarixdən 2 oktyabr 2026-cı il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, eləcə də, 2 oktyabr 2021-ci il tarixdən 30 noyabr 2023cü il tarixədək olan müddətdə Şahid1 ümumilikdə 7.687,9 manat məbləğində pensiya ödənilmiş və həmin pul vəsaiti sonuncu tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilmişdir. Həmçinin Şahid2 28 aprel 2022-ci il tarixdən müddətsiz İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, eləcə də, 28 aprel 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid2 ümumilikdə 5.875,05 manat məbləğində pensiya ödənilmişdir. Dilbər Həşimovaya 22 iyun 2022-ci il tarixdən 22 iyun 2027-ci il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, eləcə də, 22 iyun 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə D.Həşimovaya ümumilikdə 5.146,66 manat məbləğində pensiya ödənilmişdir. Şahid4 26 iyun 2022-ci il tarixdən 26 iyun 2027-ci il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, eləcə də, 26 iyun 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid4 ümumilikdə 5.305,63 manat məbləğində pensiya ödənilmişdir. Şahid6 26 iyun 2022-ci il tarixdən 26 iyun 2027-ci il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, eləcə də, 26 iyun 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid6 ümumilikdə 5.355,74 manat məbləğində pensiya ödənilmişdir. Şahid7 29 sentyabr 2022-ci il tarixdən müddətsiz orqanizmin funksiyalarının 65 % pozulması ilə əlaqədar əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 29 sentyabr 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid7 ümumilikdə 4.307,57 manat məbləğində pensiya ödənilmişdir. Şahid8 8 oktyabr 2022-ci il tarixdən müddətsiz orqanizmin funksiyalarının 70 % pozulması ilə əlaqədar əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 8 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid8 ümumilikdə 4.344,49 manat məbləğində pensiya ödənilmişdir. İş üzrə iddiaçı yuxarıda adları sadalanan vətəndaşlara ödənilmiş cəmi 38.023,04 manat vəsaitin təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə mülki iddiaçının təqsirləndirilən şəxsə (şəxslərə) qarşı müki məhkəmə qaydasında qaldırdığı bu iddia tələbi ilə razılşmayaraq aşağıdakıların qeyd olunmasını zərurui hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilir. 30.1-2. Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar X5 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X5 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsində qeyd edilir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İş materialları ilə müəyyən olunur ki, əlillik TSEK tərəfindən qəbul edilmiş müvafiq inzibati akta əsasən müəyyən edilmiş və sonradan həmin həmin akta əsasən müvafiq mərkəzi icra hakimiyyəti orqanı olan DSMF tərəfindən əlillik nəzər alınmaqla müvafiq qərar (inzibati akt) qəbul edilmiş və vətəndaşlara pensiya ödənişləri həyata keçirilmişdir. Hazrkı halda inzibati orqan sayılan TSEK və DSMF tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsi ilə bağlı iş materiallarında rəsmi sübutlara rast gəlinmir. İş materialları ilə həmçinin müəyyənləşir ki, müxtəlif məbləğlərdə pensiya ödənişlərini hökmdə adları sadalanan və şahid qismində dindirilmiş şəxslər almaqla ondan faydalanmışlar. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, qeyd olunan inzibati aktlar hüquqi qüvvədə olduğundan və bu aktlar əsasında faydalanan şəxslər vəsaitlərı aldıqlarından bu qərarlar ləğv edilmədən, yəni qanunsuzluğu müəyyən olunmadan həmin vəsaitlərin faydalanan şəxslərdən və ya təqsirləndirilən şəxsdən (şəxslərdən) tələb olunmaqla tutulması mümkün deyildir. Gələcəkdə həmin inzibati aktlar ləğv olunduğu halda pul vəsaitlərinin hansı şəxslərin qanunsuz sahibliyində olması müəyyən olunacaq və vəsaitin də məhz bu şəxslərdən tutulması və ya geri qaytarılması əsasları mövcud olacaqdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin vəsaitlərin tutulması mülki məhkəmə icraatı qaydasında deyil, məhz inzibati icraat qaydasında öz həllini tapmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi 38.023,04 manat məbləğində dəymiş zərərin Təqsirləndirilən şəxs tutulması tələbinə dair mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olsa da qeyd olunan vəsaitdən Təqsirləndirilən şəxs deyil, məhz vətəndaşlar faydalandığından və bu vəsaitin tutulması və ya qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş yuxarıda sadalanan hüquqi prosedurlar həyata keçirilməli olduğundan və bunun üçün əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola biləcəyindən hazırkı cinayət işi üzrə mülki iddianın baxılmamış saxlanılması məqsədəmüvafiqdir. Təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58, 59 və 61-ci maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, onun himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İİ Qarabağ müharibəsi zamanı yaralı hərbi qulluqçulara tibbi yardım göstərilməsində fəal iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə X1 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkün saymış və bununla da məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulan islah işləri cəzasını və Cinayət Məcəllənin 46.2-ci maddəsini tətbiq etməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasını təyin etmişdir. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Kamran Mikayılov tərəfində verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Kamran Mikayılov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 1(055)-40/2024 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar