Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-978/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X8 Müdafiəsi Üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X14, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Mehdi Eisa (X6) oğlunun və onun vəkili Müdafiəçi2, tərcüməçi X4 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(022)-146/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Mehdi Eisa tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(022)-146/2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim X13) Təqsirləndirilən şəxs Mehdi Eisanın (X2), 21 noyabr 1987-ci il tarixdə İran İslam Respublikasının Prasabad şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, sürücü işləyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Ərdəbil şəhəri, Darvaza Meşkin küçəsi, ev 32 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən 11 nömrəli evin 4 saylı mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbiri seçilmiş, Təqsirləndirilən şəxs Mehdi Eisa (X6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 3.000 (üç min) manat məbləğində cərimə növündə cəza təyin edilmişdir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs Mehdi Eisa (X6) barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılan 376 qutu «Wisdom Silver» markalı və 470 qutu «Wisdom Superslims» markalı siqaretlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2023-cü il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması” Qaydalarına uyğun olaraq aksiz markası ilə markalandıqdan və müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra Təqsirləndirilən şəxs Mehdi Eisaya (X3) qaytarılması hökm edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Mehdi Eisa (X6) 26 aprel 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən 1 qutusunun qiyməti 2 manat təşkil edən, 800 manat dəyərində 400 qutu “Wisdom Silver” markalı və 1 qutusunun qiyməti 2 manat təşkil edən 1.000 manat dəyərində 500 qutu “Wisdom Superslims” markalı olmaqla, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan, ümumilikdə xeyli miqdarda, cəmi 1.800 manat dəyərində 900 qutu tütün məmulatlarını əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək idarə etdiyi “Howo” markalı, 98AA523/98AA524 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusundakı ehtiyat təkərin içərisində gizlədib, qəsdən tamah niyyəti, o cümlədən satış məqsədilə saxlamış, Bakı şəhərinə gətirərək satmaq məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daşımış, 26 aprel 2024- cü il tarixdə, saat 09 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsindən keçib, Azərbaycan Respublikası ərazisinə daxil olduğu vaxt nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması nəticəsində həmin tütün məmulatları gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN və APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Biləsuvar Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(022)-146/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Mehdi Eisa tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində Biləsuvar Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(022)-146/2024-cü il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, barəsində CM-nin 52-ci maddəsini tətbiq etməklə əsas cəzanı çəkdimkdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını və cinayət işi üzrə maddi sübutla bağlı qanunvericiliyin tələbinə uyğun qərar qəbul etməklə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon məhkəməsinin Təqsirləndirilən şəxs Mehdi Eisanın barəsindəki 24 sentyabr 2024-cü il tarixli hökmü ona həmin maddə ilə daha ağır - azadlıqdan məhrum etmə növündə əsas cəza, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması növündə əlavə cəza təyin edilməklə və maddi subutla bağlı qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilməlidir. * Belə ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırkı iş üzrə məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs Mehdi Eisanın təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədilə saxlama həmin məhsulların (malların) qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Mehdi Eisanın Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1 qutusunun qiyməti 2 manat təşkil edən, 800 manat dəyərində 400 qutu “Wisdom Silvermarkalı və 1 qutusunun qiyməti 2 manat təşkil edən 1.000 manat dəyərində 500 qutu “Wisdom Superslims” markalı, xeyli miqdarda, ümumilikdə 1800 manat dəyərində siqaretləri Azərbaycan Respublikasında satmaq məqsədilə aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Azərbaycan Respublikasına daşımağa çalışmışdır. Hesab edirəm ki, hazırkı iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, təqsirləndirilən şəxsin cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakterini, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs Mehdi Eisaya məhz daha ağır - azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə ona saksiyada nəzərdə tutulmuş ən yüngül cəzanı 3000 manat məbləğində cərimə cəzasını təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Azərbaycan Respublikası CPM-nin 346.1.11-ci maddəsinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Həmin Məcəllənin 353.2.7-ci maddəsinə görə bu Məcəllənin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 353.2.3-cü maddəsinə görə təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Hazırkı cinayət işi üzrə məhkəmə Təqsirləndirilən şəxs Mehdi Eisaya cəza təyin edərkən törətdiyi əməldən səmimi peşman olmasını, 2 uşağının olmasını, hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəsini dolandıran yeganə şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş, bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin mənasına görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir. Bu kontekstdə məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs Mehdi Eisanın törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Eyni zamanda, CMnin 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmçinin məhkəmə öz hökmündə Təqsirləndirilən şəxs Mehdi Eisanın hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəsini dolandıran yeganə şəxs olmasını onun cəzasını yüngülləşdirilən hallar kimi göstərsə də, qeyd olunanlarla bağlı hökmdə hər hansı əsaslandırma aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi üçün tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsini sanksiyasında ikimin manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Eləcə də, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Qeyd olunması mütləqdir ki, mübahisələndirilən hökmdə məhkəmə yuxarıda göstərilən CM-nin 52.1-ci maddəsinin tələblərinə istinad etsə də, ardınca Təqsirləndirilən şəxs Mehdi Eisanıya təyin ediləcək cəzanın növünü və onun sürücülüklə məşğul olmasını əsas kimi nəzərə alaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin olunmaması qənaətinə gəlmişdir. Hesab edirəm ki, məhkəmə tərəfindən əlavə cəzanın təyin olunmamasına dair hökmündə qeyd etdiyi hüquqi mövqe tam qanunsuz və əsassızdır. İşin bütün halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxslərə qanunvericiliyin tələblərinə müvafiq cəzaların (həm əsas, həm əlavə) təyin edilməsini tələb edir. Məhkəmə həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs Mehdi Eisaya törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan cərimə növündə yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.2ci maddəsinə əsasən məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırki vaxta qədər mövcud məhkəmə təcrübəsi formalaşmışdır ki, bu katiqoriyadan olan cinayət işləri üzrə məhkəmə hökmləri ilə maddi subut olan tütün məmulatları bir qayda olaraq müsadirə olunaraq dövlət nəfinə keçirilmişdir. Yeni məhkəmə təcrübəsinin formalaşması üçün qanunvericilikdə heç bir dəyişikliyin olmadığı halda və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hər hansı bir qərarında göstəriş və ya tövsiyyə, eləcə də Azərbaycan Respublikas Konistitusiya Məhkəməsinin bu barədə hər hansı şərhi olmadığı halda, məhkəmə tərəfindən mübahisələndirilən hökmlə yeni və yanlış, həmçinin qanunsuz və əsassız məhkəmə təcrübəsi formalaşdırmaq istəmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Mehdi Eisa apellyasiya şikayəti verərək barəsində olan hökmün dəyişdirilməsini, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində 2000 manat cərimə czası təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan pulu ilə 300 manat dəyərində siqaret alıb Azərbaycana gətirmişdir. Bunun qanunsuz olmasını bilməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Ahıl anasıda onun himayəsindədir. Ailəsinə ondan başqa baxan qazanc gətirən yoxdur. Azərbaycanda olduğu müddətdə uşaqlarından biri xəstələnmişdir. Ona görə də ona təyin edilmiş 3000 manat cərimə cəzasının 2000 manat cərimə cəzası ilə əvəz edilməsini Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs Mehdi Eisa verdiyi apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, onun tezliklə İrana ailəsinin yanına qayıtmasına köməklik göstərilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs Mehdi Eisanın müdafiəçisi Müdafiəçi2 müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı Ramin Almazov dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi,apellyasiya protestinin təmin edilməsi, hökmün dəyişdirilməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, apellysaya protesti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-146/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Mehdi Eisa Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun özünün etirafedici ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, axtarış və götürmə aparılması haqqında protokol, baxış protokolu, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla təqsirləndirilən şəxs Shams X5 Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Mehdi Eisa apellyasiya şikayəti verərək barəsində olan hökmün dəyişdirilməsini, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində 2000 manat cərimə czası təyin edilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da təqsirləndirilən şəxsə təyin edilmiş cərimə cəzasının daha da azaldılması üçün əsas vermir. İş materiallarından görünür ki, məhkəmə məhkum edilmiş şəxs Shams X7 cəza təyin edərkən apellyasiya şikayətində göstərdiyi yüngülləşdirici hallarınəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə cəzası təyin etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində Biləsuvar Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(022)-146/2024-cü il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, barəsində CM-nin 52-ci maddəsini tətbiq etməklə əsas cəzanı çəkdimkdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını və cinayət işi üzrə maddi sübutla bağlı qanunvericiliyin tələbinə uyğun qərar qəbul etməklə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyamsı hesab edir ki, dövlət ittihamçısının apellyasiya protesti qismən əsaslı olduğundan təmin edilməli, təqsirləndirilən şəxs CM-nin 52-ci maddəsinə əsasən əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarındane kənara məcburi çıxarılmalı, maddi sübutilar dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Birinci instansiya məhkəməsi, mübahisələndirilən hökmdə məhkəmə yuxarıda göstərilən CM-nin 52.1-ci maddəsinin tələblərinə istinad etsə də, ardınca Təqsirləndirilən şəxs Mehdi Eisanınya təyin ediləcək cəzanın növünü və onun sürücülüklə məşğul olmasını əsas kimi nəzərə alaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs Mehdi Eisaya törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan cərimə növündə yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Həmçinin məhkəmə maddi subutun təqsirləndirilən şəxsə qaytarılması qənaətinə gələrkən hər hansı qanun normasına əsaslanmadan hesab etmişdir ki, maddi sübut olan və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılan 376 qutu «Wisdom Silver» markalı və 470 qutu «Wisdom Superslims» markalı siqaretlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2023-cü il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması” Qaydalarına uyğun olaraq aksiz markası ilə markalandıqdan və müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra Shams X10ytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.2ci maddəsinə əsasən məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.2-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(022)-146/2024 saylı hökmü dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Təqsiirləndirilən şəxs Təqsirləndirilən şəxs Mehdi Eisa tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Mehdi Eisa (X20 İsa) oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(022)-146/2024 saylı hökmü dövlət ittihamçıs tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı-cərimə cəzasını icra etdikdən sonra Təqsirləndirilən şəxs Mehdi Eisa Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın.CM-nin 52.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mehdi Eisa-nın Azərbaycana gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılan 376 qutu «Wisdom Silver» markalı və 470 qutu «Wisdom Superslims» markalı siqaretlər dövlət nəfinə xüsusi müsadirə olunsun. Biləsuvar Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(022)-146/2024 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-978/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-978/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver