Məhkəmə qərarları › İş №1(106)-987/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-987/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-987/2022 15.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apelyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru, X5, məhkum edilmiş şəxs X6 və onun müdafiəçisi X1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 1(099)-55/2020 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmamasına dair Lənkəran Ağır Cinayətdər məhkəməsinin 1(099)-55/2020 saylı, 26 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında videkonfrans əlaqə sistemindən istifadə etməklə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 1(099)-55/2020 saylı hökmü ilə (hakim:X2) Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinib, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2019-cu il tarixdən hesablanmışdır. Həmin hökmdən məhkum X10 apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum X10 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsi tərəfindən baxılmış və Lənkəran Ağır Cinayətdər məhkəməsinin 1(099)-55/2020 saylı, 26 avqust 2022-ci il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum edilmiş şəxs X10 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində məhkum edilmiş şəxs X10 göstərmişdir ki, apellyasiya şikayəti verilməsi üçün müddəti üzrlü səbəblərdən buraxmışdır. Belə ki, savadı olmadığından, həmçinin ilk dəfə məhkum olunduğundan apellyasiya şikayətini vaxtında verə bilməmiş və müddəti ötürmüşdür. Ona görə də, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkumun şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətdər məhkəməsinin 1(099)-55/2020 saylı, 26 avqust 2022-ci il tarixli müddətin bərpasından imtina barədə qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 1(099)-55/2020 saylı hökmü 29 yanvar 2020-ci il tarixdə qəbzə imza etdirməklə məhkum olunmuş şəxs X8 verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 1(099)-55/2020 saylı hökmü 19 fevral 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkum X10 apellyasiya şikayətini 20 gün müddətinə verməli olduğu halda həmin müddəti üzrsüz səbəbdən ötürmüş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 1(099)-55/2020 saylı hökmü qanuni qüvvəyə minəndən 2 il 7 aydan artıq vaxt keçdikdən sonra 12 avqust 2022-ci il tarixdə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatət vermişdir. Məhkum X10 şikayətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Apellyasiya şikayətində göstərilən hallar da müddətin bərpa edilməsinə əsas vermir. Beləliklə apellyasiya məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, məhkum X8 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 1(099)-55/2020 saylı hökmünün surəti vaxtında verilmiş, lakin məhkum X10 apellyasiya şikayətini müddət ötürülməklə vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasından imtina edərkən qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 1(099)-55/2020 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmamasına dair Lənkəran Ağır Cinayətdər Məhkəməsinin 1(099)- 55/2020 saylı, 26 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətdər məhkəməsinin 1(099)-55/2020 saylı, 26 avqust 2022-ci il tarixli müddətin bərpasından imtina barədə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 384-386, 391.3.3, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Ağır Cinayətdər məhkəməsinin 1(099)-55/2020 saylı, 26 avqust 2022-ci il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elşad Əliyev Hakimlər: Məhəmməd Bağırov İsmayıl Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar