Məhkəmə qərarları › İş №1(106)-99/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-99/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-99/2025 20.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru, X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şirvan Regional Vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.2.4-cü maddələri,Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin 1(049)-115/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestnə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 1(049)-115/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü (hakim: X8) ilə Təqsirləndirilən şəxs1, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2023cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2, xx xxxx 1981-ci il tarixdə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, ona 02 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 , 2023-cü ilin may ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Lənkəran rayonu ərazisində tikinti materiallarının satışı və təmir-tikinti işləri ilə məşğul olan şəxs kimi tanıdığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs ilə 13 may 2023-cü il tarixdə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb danışaraq özünü ona guya tikinti materiallarının ucuz qiymətlə topdan satışını həyata keçirən və Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək, tikinti materiallarının ümumi görüntülərinin əks olunduğu fotoşəkilləri “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona göndərib, onları dəyərindən 50 faiz aşağı qiymətlə satdığını əminliklə bildirərək, qiymətini razılaşdıqları halda sifariş verdiyi istənilən tikinti materialını ona aşağı qiymətlə sata biləcəyinə dair yalan vəd verib, Zərərçəkmiş şəxs aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs ona olan inam və etibarından suiistifadə edərək sonuncunun sifariş verdiyi dəmir dirəklərin məbləğini hissə-hissə ödəmək və ilkin ödənişdən sonra dəmir dirəkləri ünvana çatdırmaq barədə onunla razılığa gəlib, üzərinə götürdüyü həmin öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan guya işlədiyi şirkətin bank hesabları olaraq mobil telefon vasitəsi ilə ona göndərdiyi, əslində özünün faktiki istifadəsində olan plastik kartların hesablarına 13 may 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək olan dövr ərzində vahid niyyətlə Zərərçəkmiş şəxs 13 may 2023-cü il tarixdə saat 16:21-də yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən adına olan "xxxx" ASC-yə aid **********321176 hesab nömrəli plastik kartdan onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid **********974392 hesab nömrəli plastik kartın hesabına 100 manat, onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid digər **********182651 hesab nömrəli plastik kartın hesabına 14 may 2023-cü il tarixdə saat 11:31-də Lənkəran şəhəri, H.Aslanov Xiyabanı küçəsində yerləşən “Vağzal” ərazisində Zərərçəkmiş şəxs tanışı Şahid vasitəsi ilə sonuncuya məxsus "xxxx" ASC-yə aid **********911222 hesab nömrəli plastik kartdan 210 manat, 14 may 2023-cü il tarixdə saat 12:43-də Lənkəran şəhəri, Kürə dairəsində yerləşən “Refem 24/7 market”-də quraşdırılmış “eManat” elektron ödəmə sistemindən 200 manat, 14 may 2023-cü il tarixdə saat 15:06-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Səlyan şosesinin 66-cı km-də yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində quraşdırılmış “eManat” elektron ödəmə sistemindən 170 manat, 14 may 2023-cü il tarixdə saat 19:38-də Lənkəran şəhəri, M.Füzuli küçəsində yerləşən “Refem Express” mağazasında quraşdırılmış “eManat” elektron ödəmə sistemindən 500 manat, 16 may 2023-cü il tarixdə saat 14:24-də Lənkəran şəhəri, H.Nəsirli küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 330 manat, 16 may 2023-cü il tarixdə saat 18:17-də Lənkəran şəhəri, H.Nəsirli küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 120 manat, 17 may 2023-cü il tarixdə saat 14:54-də Lənkəran şəhəri, H.Nəsirli küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 175 manat, 17 may 2023-cü il tarixdə saat 21:17-də Lənkəran şəhəri, M.Füzuli küçəsində yerləşən “Refem Express” mağazasında quraşdırılmış “eManat” elektron ödəmə sistemindən 460 manat, "xxxx" ASCyə aid **********321176 hesab nömrəli plastik kartdan 18 may 2023-cü il tarixdə saat 12:23- də yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid **********775354 hesab nömrəli plastik kartın hesabına 200 manat və 19 may 2023-cü il tarixdə saat 08:14-də yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən onun faktiki istifadəsində olan "xxxx" ASCyə aid digər **********182651 hesab nömrəli plastik kartın hesabına 250 manat, sonuncu kart hesabına 22 may 2023-cü il tarixdə saat 10:11-də Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Refem” marketdə quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 400 manat, 22 may 2023-cü il tarixdə saat 13:33-də Lənkəran şəhəri, H.Aslanov Xiyabanı küçəsində yerləşən “Vağzal” ərazisində Şahid adına olan "xxxx" ASC-yə aid **********911222 hesab nömrəli plastik kartdan 180 manat, 23 may 2023-cü il tarixdə saat 08:35-də Lənkəran şəhəri, H.Nəsirli küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 300 manat, 23 may 2023-cü il tarixdə saat 11:02-də Lənkəran şəhəri, H.Nəsirli küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 210 manat, 24 may 2023-cü il tarixdə saat 11:10-da Lənkəran şəhəri, H.Aslanov küçəsi 27-də yerləşən “Foto şərq” studiyasının yanında quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 370 manat, yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən adına olan "xxxx" ASC-yə aid **********321176 hesab nömrəli plastik kartdan 25 may 2023-cü il tarixdə saat 12:46- da 200 manat və saat 17:46-da 410 manat, 25 may 2023-cü il tarixdə saat 20:54-də Lənkəran şəhəri, M.Füzuli küçəsində yerləşən “Refem Express” mağazasında quraşdırılmış “eManat” elektron ödəmə sistemindən 410 manat, 26 may 2023-cü il tarixdə saat 09:47-də Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 600 manat, 27 may 2023-cü il tarixdə saat 13:23-də Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 400manat, 27 may 2023-cü il tarixdə saat 13:24-də Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 20 manat, 28 may 2023-cü il tarixdə saat 10:54-də yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən adına olan"xxxx" ASC-yə aid **********321176 hesab nömrəli plastik kartdan 430 manat, 29 may 2023-cü il tarixdə saat 09:14-də Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 400 manat, 30 may 2023-cü il tarixdə saat 10:32-də Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 430 manat və 30 may 2023-cü il tarixdə saat 19:55-də Lənkəran şəhəri, M.Füzuli küçəsində yerləşən “Refem Express” mağazasında quraşdırılmış “eManat” elektron ödəmə sistemindən 110 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 7585 (yeddi min beş yüz səksən beş) manat məbləğində pul vəsaitini özünün həmin plastik kart hesablarına köçürülməsinə nail olmaqla ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 31 may 2023-cü il tarixdən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən aralarında olmuş razılığa və ümumi niyyətə uyğun olaraq əvvəlcə özü, daha sonra qrup üzvü Təqsirləndirilən şəxs2 31 may 2023- cü il tarixdə Zərərçəkmiş şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, sonuncunu ona guya tikinti materiallarının ucuz qiymətlə topdan satışını həyata keçirən və Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsərrüfat müdiri “Vüqar” kimi təqdim edərək, tikinti materiallarının ümumi görüntülərinin əks olunduğu fotoşəkilləri “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona göndərib, onları dəyərindən 50 faiz aşağı qiymətlə satdıqlarını əminliklə bildirərək, qiymətini razılaşdıqları halda sifariş verdiyi istənilən tikinti materialını ona aşağı qiymətlə sata biləcəklərinə və əvvəl sifariş verdiyi materialla birlikdə ünvanına çatdıracağına dair yalan vədlər və materialın sonuncunun adına anbardan çıxmasına dair yalan məlumat verib Zərərçəkmiş şəxs aldadaraq özlərinə inandırıb, etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs onlara olan inam və etibarından sui-istifadə edərək sonuncunun hissəhissə sifariş verdiyi dəmir və taxta qapılar, dəmir armatur, plastik qapı və pəncərələr, diklər (fanarka), kondisoner, laminant, şifer, su çəni, polad mismarlar və mətbəx mebelinin məbləğini hissə-hissə ödəmək və ilkin ödənişdən sonra həmin materialları ünvana çatdırmaq barədə onunla razılığa gəlib, üzərlərinə götürdükləri həmin öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan guya işlədikləri şirkətin bank hesabları olaraq mobil telefon vasitəsi ilə ona göndərdikləri, əslində özlərinin faktiki istifadələrində olan plastik kartların hesablarına 31 may 2023-cü il tarixdən 09 iyul 2023-cü il tarixədək olan dövr ərzində vahid niyyətlə Zərərçəkmiş şəxs onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid **********182651 hesab nömrəli plastik kartın hesabına 31 may 2023-cü il tarixdə saat 11:38-də Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Əli market”də quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 500 manat, 01 iyun 2023- cü il tarixdə saat 10:29-da Lənkəran şəhəri, H.Aslanov Xiyabanı küçəsində yerləşən “Vağzal” ərazisində Şahid adına olan "xxxx" ASCyə aid **********911222 hesab nömrəli plastik kartdan 640 manat, "xxxx" ASC-yə aid **********321176 hesab nömrəli plastik kartdan yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən 02 iyun 2023-cü il tarixdə saat 11:48-də 430 manat və saat 14:21-də onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid **********537442 hesab nömrəli plastik kartın hesabına 210 manat, onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid **********182651 hesab nömrəli plastik kartın hesabına Lənkəran şəhəri, H.Aslanov Xiyabanı küçəsində yerləşən “Vağzal” ərazisində Şahid adına olan "xxxx" ASC-yə aid **********911222 hesab nömrəli plastik kartdan 03 iyun 2023-cü il tarixdə saat 11:03- də 1200 manat və 06 iyun 2023-cü il tarixdə saat 12:09-da 400 manat, "xxxx" ASC-yə aid **********321176 hesab nömrəli plastik kartdan yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən 07 iyun 2023-cü il tarixdə saat 06:03-də onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid **********314544 hesab nömrəli plastik kartın hesabına 540 manat və 09 iyun 2023-cü il tarixdə saat 10:32-də onun əsl niyyətindən xəbərsiz olan tanıdığı X6 adına olan "xxxx" ASC-yə aid **********432729 hesab nömrəli plastik kartın hesabına 821 manat, onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid **********182651 hesab nömrəli plastik kartın hesabına 12 iyun 2023-cü il tarixdə saat 10:46-da Masallı rayonu, Qəriblər kəndində yerləşən “Cavad market”də quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 900 manat, "xxxx" ASC-yə aid **********321176 hesab nömrəli plastik kartdan 14 iyun 2023-cü il tarixdə saat 10:19-da yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən 530 manat, 14 iyun 2023-cü il tarixdə saat 14:34-də Lənkəran şəhəri, Kürə dairəsində yerləşən “Refem 24/7 market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 400 manat, "xxxx" ASC-yə aid **********321176 hesab nömrəli plastik kartdan yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən 15 iyun 2023-cü il tarixdə saat 17:43-də 500 manat və saat 17:44-də 100 manat,16 iyun 2023- cü il tarixdə saat 11:27-də Lənkəran şəhəri, H.Nəsirli küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 350 manat, qrup üzvü Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə aid **********466783 hesab nömrəli plastik kartın hesabına 16 iyun 2023-cü il tarixdə saat 16:11-də Lənkəran şəhəri, Nizami küçəsi 17-də yerləşən “Ayaz market”də quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 500 manat, Lənkəran şəhəri, H.Aslanov Xiyabanı küçəsində yerləşən “Vağzal” ərazisində Şahid adına olan "xxxx" ASC-yə aid **********911222 hesab nömrəli plastik kartdan 17 iyun 2023-cü il tarixdə saat 16:35-də 1300 manat, 17 iyun 2023-cü il tarixdə saat 17:02-də Lənkəran şəhəri, H.Nəsirli küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 200 manat, 19 iyun 2023-cü il tarixdə saat 17:44-də Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Refem market”də quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 500 manat, 19 iyun 2023-cü il tarixdə saat 18:14-də Lənkəran rayonu, Bakı-Astara yolunda yerləşən “Panda market”də quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 100 manat, 19 iyun 2023-cü il tarixdə saat 16:07-də Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 1655 manat, 20 iyun 2023-cü il tarixdə saat 15:32-də Lənkəran şəhəri, H.Nəsirli küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 20 manat, 20 iyun 2023-cü il tarixdə saat 15:33-də Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “MPAY” elektron ödəmə sistemindən 600 manat, "xxxx" ASC-yə aid **********321176 hesab nömrəli plastik kartdan 21 iyun 2023-cü il tarixdə saat 13:43- də yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid **********576525 hesab nömrəli plastik kartın hesabına 117 manat, qrup üzvü Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə aid **********466783 hesab nömrəli plastik kartın hesabına 21 iyun 2023-cü il tarixdə saat 16:53-də 1500 manat, Lənkəran şəhəri, H.Aslanov Xiyabanı küçəsində yerləşən “Vağzal” ərazisində Şahid adına olan "xxxx" ASCyə aid **********911222 hesab nömrəli plastik kartdan 21 iyun 2023-cü il tarixdə saat 22:40-da 600 manat, "xxxx" ASC-yə aid **********321176 hesab nömrəli plastik kartdan yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən 22 iyun 2023-cü il tarixdə saat 21:40-da 1200 manat və saat 23:49-da 300 manat, 23 iyun 2023-cü il tarixdə saat 20:59-da yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən 1000 manat, 26 iyun 2023-cü il tarixdə saat 11:55-də yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid **********576525 hesab nömrəli plastik kartın hesabına 149 manat, qrup üzvü Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə aid **********466783 hesab nömrəli plastik kartın hesabına yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən 26 iyun 2023-cü il tarixdə saat 15:55-də 1630 manat, saat 15:56-da 250 manat və saat 18:11-də 180 manat, 27 iyun 2023-cü il tarixdə saat 21:56- da 400 manat, 28 iyun 2023-cü il tarixdə saat 15:59-da Lənkəran şəhəri, H.Aslanov küçəsi 27-də yerləşən “Foto şərq” studiyasının yanında quraşdırılmış “Milliön” elektron ödəmə sistemindən 1000 manat, "xxxx" ASC-yə aid **********321176 hesab nömrəli plastik kartdan yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində olarkən 01 iyul 2023-cü il tarixdə saat 00:01-də 800 manat, 04 iyul 2023-cü il tarixdə saat 15:25-də 100 manat, saat 15:25-də 1600 manat və saat 20:50-də 148 manat və 09 iyul 2023-cü il tarixdə saat 23:38-də onun faktiki istifadəsində olan "xxxx" ASC-yə aid **********917576 hesab nömrəli plastik kartın hesabına 70 manat olmaqla, qeyd olunan dövr ərzində özü faktiki istifadəsində olan plastik kart hesablarına 7857 manat və qrup üzvü Təqsirləndirilən şəxs2 adına olan plastik kart hesabına 15583 manat köçürülməsinə nail olaraq, hər ikisi qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumilikdə Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 23440 (iyirmi üç min dörd yüz qırx) manat məbləğində pul vəsaitini ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Lənkəran Rayon Məhkəməsinin 1(049)-115/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri və Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 1(049)- 115/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Məhkəməsinin onun barəsində olan hökmü ilə razı deyildir. Ona görə də onun barəsində olan hökmün ləğv edilməsini, cinayətin törədilməsinə aidliyyatı olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs X9 apellyasiyüa şikayətində barəsində olan hökmün dəyişdirilməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb cəzasının yüngülləşdirilməsini, ona həbslə bağlı olmayan cəza təyin edilməsini, şərti cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov apellyasiya protestində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Lənkəran rayon məhkəməsimn 25 sentyabr 2024-cü il tarixli hökmü, Təqsirləndirilən şəxs2 aid hissədə cinayət qanunvericiliyinin müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökmə əsasən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edil nişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 barəsində Lənkəran rayon məhkəməsində hazırkı işə baxılarkən Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli hökmü qüvvədə olmuş, lakin məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələbləri nəzərə alınmamışdır. Beləliklə də, tətbiq edilməli olan cinayət qanunu norması məhkəmə tərəfindən tətbiq edilməmişdir Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq olunmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxsə göstərilən qaydada cəza təyin edilməsini təklif etdiyindən dövlət ittihamçısının mövqeyi ilə razılaşmıram. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini, ona azadlıqdan məhrəm etmə ilə bağlı olmayan cəza təyin edioməsini xahiş etdi. Göstərdi ki, Zərərçəkmiş şəxs ilə aralırında mülki münasibətlər olmuş, lakin sonradan işləri yaxşı getmədiyində vəd etdiyi tikinti materiallarını Vasifə göndərə bilməmişdir. Hesab edir ki, bu mülki mübahisədir. Həmçinin hesab edir ki, Vasifdən ittihamida göstərilən məbləğdə pul almamışdır. Heç bir mal göndərməyidi halda zərərçəkmiş şəxsin ona ittihamda göstərilən məbləğdə pul göndərməsi inandırıcı deyildir. Himayəsində iki azyaşlı uşağı vardlır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs1 müdafiəçisi X10 müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Təqsirləndirilən şəxs1 cəzasının yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Göstərdi ki, onun heç bir təqsiri yoxdur. Təqsirləndirilən şəxs1 xahişi ilə zərərçəkmiş şəxs Vasifin göndərdiyi pulları çıxardıb Nahidə vermişdir. Zərərçəkmiş şəxs Vasif ona 3000 manat borc vermişdir. Ona görə də hesab edir ki, onun bu işə heç bir aidiyyatı yoxdur. Apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X7 təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, Təqsirləndirilən şəxs2 münasibətdə apellyasiya protestinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinin təmin edilməməsi, hökmün dəyişdirilməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməli, təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 1(049)-115/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü qismən dəyişdirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü, X11 CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər.. Bu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin ibtidai araşdırma zamanı verdikləri etğirafedici ifadələri, Zərərçəkmiş şəxs ifadəsi, şahidlərin ifadələri, bank məlutatlarına baxış protokolları, telefon danışıqlarına bazış protokolları və digjər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elimar oğluna ittiham olunan cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, Təqsirləndirilən şəxs1 cinayət əməlini Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü, Təqsirləndirilən şəxs2 cinayət əməlini CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Təqsirləndirilən şəxs1 apellyasiyüa şikayətində barəsində olan hökmün dəyişdirilməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb cəzasının yüngülləşdirilməsini, ona həbslə bağlı olmayan cəza təyin edimlməsini, şərti cəza təyin edilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs1 cəzasının yüenngülləşdirilməsinə vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin ibtidai araşdırma zamanı verdikləri etğirafedici ifadələri, Zərərçəkmiş şəxs ifadəsi, şahidlərin ifadələri, bank məlutatlarına baxış protokolları, telefon danışıqlarına bazış protokolları və digjər istintaq materialları ilə tam sübuta yetirilmişdir.İş materiallarından görünür ki, təqsirləndirimlən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilməmişqdir. Məhkəmə təqsirləndirilən şəxsin apellyasiya şimkayətində göstərdiyi yüngülləşdirici halları nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 1(049)- 115/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün əsas vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin ibtidai araşdırma zamanı verdikləri etğirafedici ifadələri, Zərərçəkmiş şəxs ifadəsi, şahidlərin ifadələri, bank məlutatlarına baxış protokolları, telefon danışıqlarına bazış protokolları və digjər istintaq materialları ilə tam sübuta yetirilmişdir.İş materiallarından görünür ki, təqsirləndirimlən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilməmişqdir. Məhkəmə təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi yüngülləşdirici halları nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov apellyasiya protestində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Lənkəran rayon məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü, Təqsirləndirilən şəxs2 aid hissədə cinayət qanunvericiliyinin müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədovun apellyasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməli, üzrə Lənkəran rayon məhkəməsimn 25 sentyabr 2024cü il tarixli hökmü, Təqsirləndirilən şəxs2 aid hissədə cinayət qanunvericiliyinin müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməlidir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökmə əsasən Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edil nişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 barəsində Lənkəran rayon məhkəməsində hazırkı işə baxılarkən Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli hökmü qüvvədə olmuş, lakin məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələbləri nəzərə alınmamışdır. Beləliklə də, tətbiq edilməli olan cinayət qanunu norması məhkəmə tərəfindən tətbiq edilməmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası belə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-115/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri təmin edilməməli, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs2 aid hissədə Lənkəran Rayon Məhkəməsinin 1(049)-115/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü cinayət qanunverciliyinin müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməldidir. Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq olunmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4-cü, 399.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin 1(049)-115/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya protestinə əsasən Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il müddətin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 1 il müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lənkəran Rayon Məhkəməsinin 1(049)-115/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü qalan hissədə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar