Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-1/2020 10.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən - Əsədli Mahir Abdulla oğlu, Hаkimlər - Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akifoğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə Dövlət ittihаmçısı - Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X14, Mülki iddiaçı - Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X11 və Təqsirləndirilən şəxs müdafiəçi X2 iştirаkı ilə, Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarından dövlət ittihamçısı Əsədоv Vаqif Mehrаlı оğlu tərəfindən verilmiş apelyasiya protestinə və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X10 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) xx xxxx 2016-cı il tarixli qərarı ilə xx xxxx 1959-cu ildə Şamaxı rayonunun Dərəyurd kəndində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, ali təhsilli, аiləli, işləməyən, əvvəllər məhkum olunmuş, Qobustan şəhəri M.Balakişiyev küçəsi, 16 №-li evdə yaşayan Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 213.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinаyət məsuliyyətindən аzаd edilərək bаrəsində cinаyət təqibinə xitаm verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və оnun əməlində inzibаti xətа tərkibinin оlub-оlmаmаsınа hüquqi qiymət verilməsi üçün bаrəsində оlаn mаteriаllаrın ibtidаi аrаşdırmаyа prоsessuаl rəhbərliyi həyаtа keçirən prоkurоrа göndərilməsi qərаrа аlınmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı tarixli, 1(107)- 199/2016 saylı qərarı ilə dövlət ittihamçısı Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin Birinci instаnsiyа məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşаviri Vaqif Əsədоv tərəfindən verilmiş apelyasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X3 rəisi, vergi xidməti müşaviri Zaur Adilov tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun cinаyət məsuliyyətindən аzаd edilməsi və bаrəsində cinаyət təqibinə xitаm verilməsi haqqında Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı dəyişdirilmiş, mülki iddia qismən təmin edilmiş və Təqsirləndirilən şəxs оğlundan vurulmuş ziyanın (vergi borcunun) qalan hissəsi hesabına 1581,90 manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016cı il tarixli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan kassasiya şikayəti və kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2017-ci il tarixli, 1(102)-398/2017 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, barəsində cinayət təqibinə xitam verilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs haqqında Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilmiş, cinayət işinin baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 1(107)- 156/2017 saylı qərarı ilə dövlət ittihamçısı Əsədоv Vаqif Mehrаlı оğlu tərəfindən verilmiş apelyasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti və kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 1(102)-417/2018 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işinin baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs 11 saylı X4 vergi ödəyicisi kimi qeydiyyata alınmaqla hüquqi ünvanı Mingəçevir şəhəri Maqomayev küçəsi, ev 12 olan, Sumqayıt və Bakı şəhərlərində fəaliyyət göstərən “xxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC-nə) (VÖEN: **********) 2012-ci ilin iyul ayından faktiki rəhbərliyi həyata keçirərək MMC-nin Nizamnaməsində nəzədə tutulmuş funksiyaları özü tam yerinə yetirmiş, Cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunu aparmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparıb rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 104, 105.1, 130.1, 130.2, 150.1.7, 173, 174, 220.1, 221.1, 221.2, 221.3-cü maddələrinin tələblərini pozaraq, Cəmiyyətin vergi ödəyicisi kimi qeydiyyatda olduğu 11 saylı X5 bəyannamə təqdim etməyərək 2012-ci ilin 4-cü rübü üzrə 3753,13 manat məbləğində sadələşdirilmiş vergini, 2012-ci ilin dekabr ayı üzrə 7567,63 manat məbləğində əlavə dəyər vergisini, 2012-ci ilin iyul ayı üzrə 6,02 manat, avqust ayı üzrə 6,02 manat, sentyabr ayı üzrə 5,38 manat, oktyabr ayı üzrə 6,02 manat və dekabr ayı üzrə 6,02 manat olmaqla cəmi 29,46 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, 2012-ci il üzrə 1401,41 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini, 2012-ci ilin 3-cü və 4-cü rübləri üzrə 3812,62 manat məbləğində ödəmə mənbəyində tutulan vergini, habelə vergi orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil edərək 2012-ci ilin 3-cü rübü üzrə 5017,11 manat məbləğində sadələşdirilmiş vergini, ümumilikdə xeyli miqdar təşkil edən 21581,36 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs, faktiki rəhbəri olduğu “xxxxx” MMC-nin 2012-ci ilin 3-cü rübü üzrə Bakı şəhərində malların təqdim edilməsindən əldə edilmiş 121177,75 manat hasilatından 4 faiz dərəcə ilə 4847 manat, Sumqayıt şəhərində malların təqdim edilməsindən əldə edilmiş 8500,00 manat hasilatından 2 faiz dərəcə ilə 170 manat, cəmi 5017,11 manat məbləğində sadələşdirilmiş vergini bəyan edərək ödəməli olduğu halda, Cəmiyyətin qeydiyyatda olduğu 11 saylı X5 həmin dövr üzrə bəyannamə təqdim etməyərək 5017,11 manat; 2012-ci ilin 4-cü rübü üzrə Cəmiyyətin Bakı şəhərində malların təqdim edilməsindən əldə edilmiş 57006,34 manat hasilatından 4 faiz dərəcə ilə 2280,25 manat, Sumqayıt şəhərində malların təqdim edilməsindən əldə edilmiş 73644,00 manat hasilatından 2 faiz dərəcə ilə 1472,88 manat, cəmi 3753,13 manat məbləğində sadələşdirilmiş vergini bəyan edərək ödəməli olduğu halda, Cəmiyyətin qeydiyyatda olduğu 11 saylı X5 həmin dövr üzrə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergi tutulan dövriyyənin olmadığını göstərərək 3753,13 manat, ümumilikdə isə 8770,24 manat sadələşdirilmiş vergini; 2012-ci ilin iyul ayı üzrə işçilərə ödədiyi 230,00 manat əmək haqqından 6,02 manat, 2012cü ilin avqust ayı üzrə işçilərə ödədiyi 230,00 manat əmək haqqından 6,02 manat, 2012-ci ilin sentyabr ayı üzrə işçilərə ödədiyi 230,00 manat əmək haqqından 5,38 manat, 2012-ci ilin oktyabr ayı üzrə işçilərə ödədiyi 230,00 manat əmək haqqından 6,02 manat və 2012-ci ilin dekabr ayı üzrə işçilərə ödədiyi 230,00 manat əmək haqqından 6,02 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergiləri hesablayaraq ödəməli olduğu halda, bəyannamə təqdim etməyərək cəmi 29,46 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini; 2012-ci il üzrə 42042,37 manat dövriyyəsindən əldə etdiyi 7007,06 manat mənfəətdən 20 faiz dərəcə ilə 1401,41 manat məbləğində mənfəət vergisini hesablayaraq dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqanına həmin dövr üzrə bəyannamə təqdim etməyərək 1401,41 manat hüquqi şəxsin mənfəət vergisini; 2012-ci ilin dekabr ayı üzrə Cəmiyyətin əlavə dəyər vergisi tutulan dövriyyəsi 42042,40 manat, dövlət büdcəsinə ödənilməli ƏDV 7567,63 manat olduğu halda, həmin ay üzrə vergi orqanına ƏDV bəyannaməsi təqdim etməyərək 7567,63 manat ƏDV-ni; habelə, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, vergi ödəyicisinin eyniləşdirmə nömrəsini təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə, həmin fiziki şəxslərə 2012-ci ilin 3-cü rübü üzrə ödədiyi 17864,5 manat məbləğində haqdan 14 faiz dərəcə ilə 2501,03 manat, 2012-ci ilin 4-cü rübü üzrə ödədiyi 9368,5 manat məbləğində haqdan 14 faiz dərəcə ilə 1311,59 manat, cəmi 3812,62 manat ödəmə mənbəyində tutulan vergi hesablayaraq ödəməli olduğu halda, Cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 3812,62 manat məbləğində ödəmə mənbəyində tutulan vergini, beləliklə ümumilikdə xeyli miqdar təşkil edən 21581,36 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilərək məhkəməyə verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya protestinin və apelyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları Dövlət ittihаmçısı Əsədоv Vаqif Mehrаlı оğlu verdiyi аpellyаsiyа prоtestində birinci instаnsiyа məhkəməsinin qərarının ləğv оlunmаsını, Bаhəddin Qаrаkedəyevin Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 213.1-ci mаddəsi ilə irəli sürülmüş ittihаm həcmində təqsirli bilinərək, həmin mаddənin sаnksiyаsı həddində оnа əsаs və əlavə cəzа təyin edilməklə bаrəsində ittihаm hökmü çıxаrılmаsını xаhiş etmişdir. Mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X10 isə аpelyаsiyа şikаyətində birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsini və Bаhəddin Qаrаkedəyev bаrəsində ittihаm hökmü çıxаrılmаqlа mülki iddiаnın təmin оlunmаsını xаhiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı birinci dərəcəli hüquqşünas X14 təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasının mümkün olmadığını və təqsirləndirilən şəxsin həbsli axtarışının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X11 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçi X7 bildirdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında x xxx 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 213-cü maddəsinin “Qeyd” hissəsində “iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə” sözləri “əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki” sözləri ilə əvəz edilmişdir. Başqa sözlə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət tərkibinin yaranması üçün ödəməkdən yayındırılmış vergilərin (və ya məcburi dövlət sosial sığorta haqlarının) miqdarının 50 (əlli) min manatdan yuxarı məbləğdə olması tələb olunduğundan, Təqsirləndirilən şəxs 10784,10 manat məbləğində vergiləri ödəməkdən yayınması hazırda cinayət məsuliyyəti yaratmır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(051)-2/2016 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, həmçinin barəsində həbsli axtarış elan edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət tərkibinin yaranması üçün ödəməkdən yayındırılmış vergilərin (və ya məcburi dövlət sosial sığorta haqlarının) miqdarının 50 (əlli) min manatdan yuxarı məbləğdə olması tələb olunduğundan, Təqsirləndirilən şəxs 10784,10 manat məbləğində vergiləri ödəməkdən yayınması hazırda cinayət məsuliyyəti yaratmır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya protestinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpelyаsiyа protestininvə apelyasiya şikayətinin dəlillərini müzаkirə edib,dövlət ittihаmçısının təqsirləndirilən şəxsin müdafiəçisinin çıxışlarını dinləyərək və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 1(102)-417/2018 saylı qərarında göstərilənləri əsas tutaraq hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə dövlət ittiahamçısı Əsədоv Vаqif Mehrаlı оğlu tərəfindən verilmiş apelyasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs оğlunun Аzərbаycаn Respublikаsı CM-nin 213.1-ci mаddəsi ilə cinаyət məsuliyyətindən аzаd edilməsi və onun bаrəsində оlаn cinаyət təqibinə xitаm verilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(051)-2/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi və barəsində axtarış elan edilməsi haqqında Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 1(107)-126/2018 nömrəli qərarı ləğv edilməlidir. Cinayət işində olan səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlama zamanı “xxxxxxxxxxxxxx” Birliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli rəyinə əsasən MMC-nin 2012-ci ilin avqust-oktyabr aylarında yerinə yetirilmiş tikinti işlərində əmək tutumunun 7371,68 adam/saat təşkil etməsi nəzərə alınmaqla, vergi müfəttişi tərəfindən yoxlama dövrünün aylar üzrə əmək tutumunun adam/saatı müəyyən edilmişdir. Yoxlama aktında həmin aylıq adam/saatın miqdarı nəzərə alınmaqla Əmək Məcəlləsinə (yəni aylıq iş vaxtının 160 saat olması) və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məktubuna (yəni, tikinti sahəsi üzrə müzdlu işçilərə düşən orta aylıq nominal əmək haqqının məbləği haqqında) istinad etməkləaylıq adam/saat aylıq iş vaxtının saatlarına bölünməklə və muzdlu işçinin orta aylıq nominal əmək haqqının məbləğinə vurulmaqla, rüblər üzrə ödənilmiş əmək haqqı və bu məbləğdən ödəmə mənbəyində tutulan verginin həcmi hesablanmışdır. “xxxxxxxxxxxxxx” Birliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş rəyə əsasən MMC-nin 2012-ci ilin avqust-oktyabr ayılarında yerinə yetirilmiş tikinti işlərində əmək tutumu 7.3731,68 adam/saat, o cümlədən avqust ayı üzrə 2.457,23, sentyabr ayı üzrə 2.457,23, oktyabr ayı üzrə 2.457,23 adam/saat; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2012-ci il üzrə müvafiq tikinti sahəsində bir muzdlu işçiyə düşən orta nominal əmək haqqı 625 manat təşkil etmişdir. Vergi orqanı tərəfindən yuxarıda göstərilənlər və MMC tərəfindən bəyannamələrdə göstərilmiş 690 manat məbləğində əmək haqqı nəzərə alınmaqla “xxxxx” MMC-də 2012-ci ilin avqust-oktyabr aylarında görülmüş işlərə görə əmək tutumu üzrə 27.233,03 manat məbləğində əmək haqqı hesablandığı müəyyən edilmiş və həmin məbləğdən 14% dərəcəsi ilə dövlət büdcəsinə 3.812 manat (27.233,03x 14%) ödəmə mənbəyin vergi hesablanmışdır. Qeyd edir ki, ödəmə mənbəyində vergilərin tutulma qaydası öz əksini Vergi Məcəlləsinin 150-ci maddəsində tapmışdır. Vergi Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər ödəmə mənbəyində verğini tutmağa borcludurlar. Həmin Məcəllənin 10.1.7-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergi tutmağa borcludurlar. Qeyd olunduğu kimi, MMC tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətə (işlərə) görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat məlumat iş materiallarında yoxdur. Eyni zamanda, bildirir ki, Vergi Məcəlləsində ödəmə mənbəyində tutulan verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanması nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirir ki, xx.xx.2014-cü il tаrixdə keçirilən səyyаr vergi yоxlаmаsı düzgün hesаblаnmаyıb. Vergi ödəyicisinin şəxsi hesаb vərəqəsində və iş mаteriаllаrındа 2011-ci il üzrə heç bir məlumаt оlmаyıb. Əgər müəssisə 2012-ci ildə fəаliyyət göstəribsə, 2011-ci ilin nоyаbr аyındаn 2012-ci ilin nоyаbr аyınаdək müəssisənin 150000 mаnаtdаn аrtıq gəliri оlmаlı idi ki, ƏDV-yə cəlb оlunsun. Аrаşdırmа zаmаnı müəssisənin həmin il ərzində 150000 mаnаtdаn аrtıq gəlirinin оlmаsı təsdiq оlunmаyıb. Müəssisə sаdələşdirilmiş vergiyə düşüb və həmin məbləğ 2000 mаnаt оlub. Kаmerаl yоxlаmа zаmаnı 17000 mаnаt vergi hesаblаnıb iş mаteriаllаrı əsаsındа.xx.xx.2015-ci il tаrixdə vəsаtət vermiş, lаkin ekspertizа üçün sübut təqdim оlunmаdığındаn kаmerаl yоxlаmа üzrə vergi 10784 mаnаt müəyyən оlunmuşdur. Səyyаr vergi yоxlаmаsındа xаlis gəlirin əldə оlunmаsı tələb оlunur. Bu ekspertizа zаmаnı öz təsdiqini tаpmаyıb. Məhkəmə istintaqı zamanı keçirilmiş əlavə və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə görə Təqsirləndirilən şəxs оğlunun törətdiyi əməl nəticəsində dövlət büdcəsinə 21581,36 manat deyil, 10784 manat məbləğində ziyan vurulmuşdur. Qanunsuz sahibkarlıq fəaliyyəti isə vergiyə cəlb olunmur. Yəni, vergi qanunvericiliyinin tələbinə əsasən, xüsusi razılıq (lisenziya) olmadan göstərilən fəaliyyət üzrə xalis gəlir vergi hesab edilmir. Ona görə də səyyar vergi yoxlamasının xüsusi razılıq (lisenziya) olmadan göstərilən fəaliyyət üzrə xalis gəliri barədə gəldiy nəticə onun keçirdiyi ekspertiza zamanı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin iclаsındа şаhid qismində dindirilmiş 11 saylı X3 əməkdaşı X27 оğlu ifаdəsində göstərmişdir ki, “xxxxx” MMC-nə kameral vergi yoxlaması ilə 2012-ci ilin 4-cü rübü üzrə 3753,13 manat məbləğində sadələşdirilmiş vergini, 2012-ci ilin dekabr ayı üzrə 7567,63 manat məbləğində əlavə dəyər vergisini, 2012-ci ilin iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə 29,46 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, 2012-ci il üzrə 1401,41 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini, 2012-ci ilin 3-cü rübü üzrə 5017,11 manat məbləğində sadələşdirilmiş vergini, ümumilikdə 17768,74 manat məbləğində vergiləri hesablamışdır. Birinci instansiya məhkəməsinin iclаsındа şаhid qismində dindirilmiş 11 saylı X3 əməkdaşı İbrahimxəlilov Fərahim Möhlüd оğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2014-cü il tarixli vergi borclarının ödənilməməsinin araşdırılması nəticəsinə dair akta əsasən “xxxxx” MMC-də 2012-ci ilin 4-cü rübü üzrə 3753,13 manat məbləğində sadələşdirilmiş vergi, 2012-ci ilin dekabr ayı üzrə 7567,63 manat məbləğində əlavə dəyər vergisi, 2012-ci ilin iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə 29,46 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2012-ci il üzrə 1401,41 manat məbləğində hüquqi şəxsin mənfəət vergisi, 2012-ci ilin 3-cü rübü üzrə 5017,11 manat məbləğində sadələşdirilmiş vergi, ümumilikdə 17768,74 manat məbləğində vergi borcunun olduğunu müəyyən etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Təhsil Şöbəsi ilə ”xxxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən “xxxxx” MMC Sumqayıt şəhər Təhsil Şöbəsinə məişət və idman malları satmışdır. “xxxxx” MMC-nin rəhbəri kimi Təqsirləndirilən şəxs tanımış, bu işlərlə bağlı rəhbər kimi onunla danışıqlar aparılmışdır. “xxxxx” MMC tərəfindən Sumqayıt şəhər Təhsil Şöbəsinə satılmış məişət və idman mallarını ”xxxxx” MMC-nin rəhbəri Təqsirləndirilən şəxs Sumqayıt şəhər Təhsil Şöbəsinə təhvil vermiş, həmin malların dəyəri olan 106969 manat pul vəsaiti Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən ”xxxxx” MMC-nin “xxxxxxxxx” ASC-nin Şərq filialındakı hesablaşma hesabına köçürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, “xxxxxxx” Sığorta şirkəti ilə ”xxxxx” MMC arasında təmir-tikinti xidməti göstərilməsi barədə müqaviləyə əsasən “xxxxx” MMC tərəfindən “xxxxxxx” Sığorta şirkətinin ünvan 2 ünvanında yerləşən ofisi təmir edilmişdir. “xxxxx” MMC-nin rəhbəri kimi Təqsirləndirilən şəxs tanımış, bu işlərlə bağlı rəhbər kimi onunla danışıqlar aparmışdır. “xxxxxxx” Sığorta şirkətinin ünvan 3 ünvanında yerləşən ofisinin təmir işlərinin dəyəri olan 171019,00 manat pul vəsaiti “xxxxxxx” Sığorta şirkəti tərəfindən ”xxxxx” MMC-nin “xxxxxxxxxxxxxx” ASC-nin “Həyat” filialındakı hesablaşma hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2014-cü il tarixli 15375 saylı rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və işdə olan kameral vergi yoxlaması materialına, “Vergi borclarının ödənilməsinin araşdırılması nəticəsinə dair” xx xxxxxx 2014-cü il tarixli akta, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrə, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən müəssisə üzrə dövlət büdcəsinə ödənilməli olan vergi borcu 17768,74 manat məbləğində müəyyən olunur. O cümlədən: Sadələşdirilmiş vergi (SV) üzrə - 2012-ci ilin İİİ rübü 5017,11 manat, 2012-ci ilin İV rübü 3753,13 manat; Mənfəət vergisi üzrə - 2012-ci il 1401,41 manat; MÖMV üzrə - 2012-ci ilin iyul ayı 6,02 manat, 2012-ci ilin avqust ayı 6,02 manat, 2012-ci ilin sentyabr ayı 5,38 manat, 2012-ci ilin oktyabr ayı 6,02 manat, 2012-ci ilin dekabr ayı 6,02 manat olmaqla cəmi 29,46 manat; Əlavə dəyər vergisi (ƏDV) üzrə - 2012-ci ilin dekabr ayı 7567,63 manat. İş materiallarına əlavə edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2015ci il tarixli 6243 saylı rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hazırkı ekspertiza zamanı istintaq tərəfindən “xxxxxxxxxxxxxx” Birliyinin xx xxxxxx 2014cü il tarixli mütəxəsis rəyində göstərilənlər reallığı əks etdirdiyi və sübut növü kimi qəbul edildiyi, eləcə də hesablanmış əmək haqqının kimə ödənildiyi (şəxs) məlum olduğu halda, ödəmə mənbəyində tutulan verginin məbləği 3.812,62 manat məbləğində qəbul edilə bilər, o cümlədən: 2012-ci ilin 3-cü rübü üzrə - 2.501,03 manat; 2012-ci ilin 4-cü rübü üzrə - 1.311,59 manat... Səyyar vergi yoxlamasının xüsusi razılıq (lisenziya) olmadan göstərilən fəaliyyət üzrə xalis gəliri barədə gəldiyi nəticə hazırkı ekspertiza zamanı təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində xx xxxxxxxx 2015-ci il tarixdə Təqsirləndirilən şəxs vəsatətinə əsasən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir və ekspertin xx xxxxxx 2015-ci il tarixli 20982 saylı rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən “xxxxx” MMC-nin dövlət büdcəsinə ödəməli olan vergi borcu 10784,10 manat məbləğində müəyyən edilir, o cümlədən: Sadələşdirilmiş vergi üzrə - 2012-ci ilin 3-cü rübü üzrə 5017,11 manat, 2012-ci ilin 4-cü rübü üzrə 5737,53 manat; MÖMV üzrə - 2012-ci ilin iyul ayı 6,02 manat, 2012-ci ilin avqust ayı 6,02 manat, 2012-ci ilin sentyabr ayı 5,38 manat, 2012-ci ilin oktyabr ayı 6,02 manat, 2012-ci ilin dekabr ayı 6,02 manat (cəmi 29,46 manat)... Hazırkı rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə “xxxxx” MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 3812,62 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunmur... Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xx xxxxx 2015-ci il tarixli 6243 nömrəli rəydə müəyyən edilmiş “eyni zamanda bildiririk ki, səyyar vergi yoxlamasının xüsusi razılıq (lisenziya) olmadan göstərilən fəaliyyət üzrə xalis gəliri barədə gəldiyi nəticə hazırkı ekspertiza zamanı təsdiqini tapmadı” nəticəsi hesablanmış vergi borcunda nəzərə alınmamışdır (xüsusi razılıq (lisenziya) olmadan göstərilən fəaliyyət üzrə xalis gəlir vergi hesab edilmədiyindən). xx xxxxxx 2016-cı il tarixdə mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X3 etibarnamə üzrə nümayəndəsi X6 vəsatəti əsasında iş üzrə komisyon məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir və ekspertin xx xxxx 2016-cı il tarixli 3539 saylı rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən “xxxxx” MMC-nin dövlət büdcəsinə ödənilməli olan vergi borcu 10784,10 manat məbləğində müəyyən edilir, o cümlədən: Sadələşdirilmiş vergi üzrə - 2012-ci ilin 3-cü rübü 5017,11 manat, 2012-ci ilin 4-cü rübü 5737,53 manat; MÖMV üzrə - 2012-ci ilin iyul ayı 6,02 manat, 2012-ci ilin avqust ayı 6,02 manat, 2012-ci ilin sentyabr ayı 5,38 manat, 2012-ci ilin oktyabr ayı 6,02 manat, 2012-ci ilin dekabr ayı 6,02 manat (cəmi 29,46 manat)... Hazırkı rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə “xxxxx” MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 3812,62 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunmur... Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xx xxxxx 2015-ci il tarixli 6243 nömrəli rəydə müəyyən edilmiş “eyni zamanda bildiririk ki, səyyar vergi yoxlamasının xüsusi razılıq (lisenziya) olmadan göstərilən fəaliyyət üzrə xalis gəliri barədə gəldiyi nəticə hazırkı ekspertiza zamanı təsdiqini tapmadı” nəticəsi hesablanmış vergi borcunda nəzərə alınmamışdır (xüsusi razılıq (lisenziya) olmadan göstərilən fəaliyyət üzrə xalis gəlir vergi hesab edilmədiyindən). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tаrixdə tərtib оlunmuş “sənədlərin götürülməsi hаqqındа prоtоkоldаn görünür ki, X12 tərəfindən “xxxxx” MMC-də (VÖEN: **********) xx xxxxxx 2015-ci ildən xx xxxx 2013-cü ilədək olan dövr üzrə keçirilmiş növbəti səyyar vergi yoxlamasının nəticəsinə dair xx xxxxxx 2014-cü il tarixdə **********6900137 nömrəli səyyar vergi yoxlaması aktı və səyyar vergi yoxlamasının gedişində toplanmış 48 vərəqədə sənədlər təqdim edilmiş, cəmi 48 vərəqədə sənədlərin kserosurətləri götürülmüşdür. Götürülmə zamanı texniki vasitələrdən, audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlərdən istifadə olunmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxx 2015-ci il tarixli 6242 saylı rəyinin nəticə hissəsindən görünür ki: Ekspertizaya təqdim olunmuş xx xxxxxxx 2012-ci il tarixli “xxxxxxxxxxx” ASC-nin “Həyat” filialına aid “imza və möhür nümunələri” vərəqəsinin kserosurətində (c.1, səh 108) “İmza nümunələri” qrafasında əks olunmuş imza, xx xxxxxxx 2012-ci il tarixli TB seriyalı 453390 nömrəli çekin kserosurətində (c.1, səh 120) “İmzalar” və “İmza” qrafalarında əks olunmuş imzalar – X16 tərəfindən icra olunmuşdur; Tədqiqata təqdim edilmiş X8 “xxxxx” MMC-nə direktor təyin edilməsi barədə xx xxxx 2012-ci il tarixli 1 nömrəli əmrin, E 1255253, E1255251 nömrəli çeklərin, xx xxxx 2012-ci il tarixli “xxxxxxxxx” ASC-nin “Şərq” filialına bank hesablarının açılması üçün təqdim edilmiş 1 nömrəli əlavənin, xx xxxx 2012-ci il tarixli, 1652 H/12 saylı bank hesabı müqaviləsinin, xx xxxx 2012-ci il tarixli bank hesabı müqaviləsinə 1 saylı əlavənin “Müştəri tərəfindən” qrafasındakı, xx xxxx 2012ci il tarixli, xx xxxxxxxx 2012-ci il və xx xxxxxxx 2012-ci il tarixli “xxxxxxxxxxx” ASC-nin imza və möhür olan vərəqələrində “Möhür ottiskinin nümunəsi” qrafalarındakı, X9 “xxxxx” MMC-nə direktor təyin edilməsi barədə xx xxxxxxxx 2012-ci il tarixli 1 nömrəli əmrin, X13 “xxxxx” MMC-nə direktor təyin edilməsi barədə xx xxxxxxx 2012-ci il tarixli 1 nömrəli əmrin, TB-459783, TB-453390, TB- 490954 və TB-490951 nömrəli çeklərin üzərində olan möhür əksləri mətbəə şriftləri dəstindən istifadə edilməklə hazırlanmış relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdur; Tədqiqata təqdim edilmiş “xxxxx” MMC ilə “xxxxxxx” Sığorta şirkəti ASC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 389 nömrəli müqavilənin “direktor” və “Bakı şəhəri ofis təmiri qiymət cədvəli”nin “icraçı” qrafalarının kserosurətlərinin üzərlərində olan möhür əksləri kserosurət olub, surətçıxaran aparat vasitəsilə sənət üzərinə köçürülmüşdür; Tədqiqata təqdim edilmiş xx xxxx 2012-ci il tarixli “xxxxxxxxxxx” ASC-nin imza və möhürlərin vərəqəsinin “Möhür ottiskinin nümunəsi” qrafasında olan Azərbaycan Respublikası Mingəçevir şəhəri “xxxxx” MMC məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edir; Tədqiqata təqdim edilmiş “xxxxx” MMC ilə “xxxxxxx” Sığorta şirkəti ASC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 389 nömrəli müqavilənin “direktor” və “Bakı şəhəri ofis təmiri qiymət cədvəli”nin “icraçı” qrafalarının kserosurətlərində, X8 “xxxxx” MMC-nə direktor təyin edilməsi barədə xx xxxx 2012-ci il tarixli 1 nömrəli əmrin, E1 255253, E1 255251 nömrəli çeklərin, xx xxxx 2012-ci il tarixli “xxxxxxxxx” ASC-nin “Şərq” filialına bank hesablarının açılması üçün təqdim edilmiş 1 nömrəli əlavənin, xx xxxx 2012-ci il tarixli 1652 H/12 saylı bank hesabı müqaviləsinin, xx xxxx 2012-ci il tarixli bank hesabı müqaviləsinə 1 saylı əlavədə “Müştəri tərəfindən” qrafasındakı, X9 “xxxxx” MMC-nə direktor təyin edilməsi barədə xx xxxxxxxx 2012-ci il tarixli 1 nömrəli əmrin, X13 “xxxxx” MMC-nə direktor təyin edilməsi barədə xx xxxxxxx 2012-ci il tarixli 1 nömrəli əmrin, TB 459783, TB 453390, TB 490954, TB 490951 saylı çeklərin üzərində olan Azərbaycan Respublikası Mingəçevir şəhəri “xxxxx” MMC məzmunlu möhür əksləri ekspertizaya təqdim edilmiş eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər; Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ekspertin rəyi hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hazırkı iş üzrə ilkin və əlavə ekspert rəyləri arasında ziddiyyətlər olub-olmamasına və ya hansı rəyin mötəbər hesab edilməsi məsələsinə məhkəmə tərəfindən qiymət verilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə elan olunmuş ittihamdan görünür ki, onun törətdiyi əməl nəticəsində dövlət büdcəsinə 21581,36 manat manat məbləğində ziyan vurulmuşdur. İşin məhkəmə istintaqı zamanı keçirilmiş əlavə və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərindən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində dövlət büdcəsinə 21581,36 manat deyil, 10784,10 manat məbləğində ziyan vurulmuşdur. Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə görə xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. xx xxxx 2016-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2016-cı il tarixli Qanununa əsasən Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin Qeyd hissəsinə edilmiş dəyişikliyə görə “xeyli miqdar” dedikdə “iyirmi min manatdan yuxarı olan məbləğ” başa düşülür. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Birinci instansiya məhkəməsi, xx xxxx 2016-cı il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl, yəni onun 10784,10 manat məbləğində vergiləri ödəməkdən yayınması Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə məsuliyyət yaratmadığı üçün, onun barəsində başlanmış cinayət təqibinə xitаm vermişdir. Məhkəmənin qərarı ilə razılaşmayan dövlət ittihamçısının apelyasiya protesti və mülki iddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı təyin edilmiş əlavə və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının eyni nəticələri təsbit edən rəylərinə üstünlük verməkdə səhvə yol vermişdir, məhkəmənin həmin ekspertiza rəylərini daha mötəbər sübut kimi qəbul etməsi əsassızdır. Qeyd olunan ekspertiza rəylərinin nəyə görə daha obyektiv və mötəbər sübutlar kimi qiymətləndirilməsinin, ibtidai istintaq zamanı keçirilmiş ekspertizaların rəylərinin isə qeyri-mötəbər sayılmasının səbəbləri birinci instansiya məhkəməsinin qərarında şərh edilməmişdir. Halbuki, məhkəmə öz qərarını əsaslandırdığı sübutlarla yanaşı, işdə olan digər sübutları da tədqiq etməli və bu sübutları qəbul etməməsinin səbəblərini qərarında izah etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əsas elementini ödəməkdən yayındırılmış vergilərin və ya məcburi dövlət sosial sığorta haqlarının miqdarı təşkil edir. Bu vergilərin və ya məcburi dövlət sosial sığorta haqlarının CM-nin 213.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradan miqdarı xx xxxx 2016cı il tarixədək iki min manatdan yuxarı məbləğ olmuş, həmin tarixdən sonra isə iyirmi min manatdan yuxarı məbləğdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 2012-ci ildə 21581,36 manat məbləğində vergiləri ödəməkdən yayındığına görə ittiham verilmiş, məhkəmə istintaqı zamanı isə onun ödəməkdən yayındığı vergilərin miqdarı 10784,10 manat məbləğində müəyyən olunmuşdur. Həm ibtidai istintaq orqanının, həm də məhkəmənin istinad etdiyi məlumatlar (məbləğlər) ekspertiza rəylərinə əsaslanmışdır. Ona görə də məhkəmə kollegiyası ilk növbədə hesablanmış vergi məbləğlərindəki fərqin nədən ibarət olmasının, yəni ümumi məbləğin azalmasının hansı vergilərin çıxılması (qəbul edilməməsi) hesabına baş verməsinin aydınlaşdırılmasını zəruri sayır. Qeyd edildiyi kimi, ilkin olaraq (ibtidai istintaq zamanı) ödəməkdən yayındırılmış vergilərin ümumi məbləği 21581,36 manat müəyyən edilmişdir, o cümlədən: Sadələşdirilmiş vergi (SV) üzrə - 2012-ci ilin İİİ rübü 5017,11 manat, 2012-ci ilin İV rübü 3753,13 manat; Mənfəət vergisi üzrə - 2012-ci il 1401,41 manat; MÖMV üzrə - 2012-ci ilin iyul ayı 6,02 manat, 2012-ci ilin avqust ayı 6,02 manat, 2012-ci ilin sentyabr ayı 5,38 manat, 2012-ci ilin oktyabr ayı 6,02 manat, 2012-ci ilin dekabr ayı 6,02 manat olmaqla cəmi 29,46 manat; Əlavə dəyər vergisi (ƏDV) üzrə - 2012-ci ilin dekabr ayı 7567,63 manat; Ödəmə mənbəyində tutulan vergi üzrə - 2012-ci ilin 3-cü rübü 2.501,03 manat, 2012-ci ilin 4-cü rübü 1.311,59 manat olmaqla cəmi 3.812,62 manat. Sonra isə (məhkəmə istintaqı zamanı) ödəməkdən yayındırılmış vergilərin ümumi məbləği 10784,10 manat müəyyən olunmuşdur, o cümlədən: Sadələşdirilmiş vergi üzrə - 2012-ci ilin 3-cü rübü 5017,11 manat, 2012-ci ilin 4-cü rübü 5737,53 manat; MÖMV üzrə - 2012-ci ilin iyul ayı 6,02 manat, 2012-ci ilin avqust ayı 6,02 manat, 2012-ci ilin sentyabr ayı 5,38 manat, 2012-ci ilin oktyabr ayı 6,02 manat, 2012-ci ilin dekabr ayı 6,02 manat (cəmi 29,46 manat). Göründüyü kimi, ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərindən fərqli olaraq məhkəmə istintaqı zamanı təyin edilmiş əlavə və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərində 2012-ci ilin dekabr ayı üzrə 7567,63 manat məbləğində əlavə dəyər vergisinin (ƏDV-nin), 2012-ci ilin 3-cü və 4-cü rübləri üzrə cəmi 3.812,62 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 2012-ci il üzrə 1401,41 manat məbləğində mənfəət vergisinin hesablanması əsassız hesab edilmiş, eyni zamanda, 2012ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş verginin miqdarı 3753,13 manat əvəzinə 5737,53 manat məbləğində, yəni 1984,40 manat əlavə vergi hesablanmışdır. Vergi orqanı “xxxxx” MMC-nə 2012-ci ilin dekabr ayı üzrə 7567,63 manat məbləğində əlavə dəyər vergisinin (ƏDV-nin) hesablanmasını belə əsaslandırmışdır ki, “xxxxx” MMC-nin xx.xx.2011ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 150.000,00 manatdan artıq olmuşdur. Bu səbəbdən Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən vergi ödəyicisinin xx.xx.2012-ci il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaranmış və vergi orqanının təşəbbüsü ilə həmin tarixdən məcburi ƏDV qeydiyyatına götürülmüşdür. 2012-ci ilin dekabr ayı üzrə kameral yoxlama əsasında hesablanmış vergi üzrə kameral ƏDV bəyannaməsi tərtib olunmuş, digər aylar üzrə isə ƏDV öhdəliyinin yaranmaması barədə arayışlar təqdim olunmuşdur. Kameral vergi yoxlamaları zamanı müəyyən edilmişdir ki, “xxxxx” MMC-nin “xxxxxxxxxxx” ASC “Həyat” filialında olan bank hesabına “xxxxxxx” Sığorta Şirkəti ASC-dən xx.xx.2012-ci il tarixdə 100.000 manat, xx.xx.2012-ci il tarixdə 25.000 manat, xx.xx.2012-ci il tarixdə 46.019 manat olmaqla cəmi 171.019 manat vəsait daxil olmuş, tərəflər arasında bağlanmış “Təmir-quraşdırma işləri haqqında müqavilə”nin 2.1-ci bəndinə əsasən işlərin görülmə müddəti 3 (üç) ay nəzərdə tutulduğundan 2012-ci ilin avqust, sentyabr və oktyabr aylarında mütənasib bölgüyə əsasən MMC-nin müvafiq aylara həmin iş həcmindən düşən dövriyyəsi 57.006,34 manat (171.019 manat / 3 ay) təşkil etmişdir. Bundan başqa, xx.xx.2012-ci il tarixdə “xxxxx” MMC-nin “xxxxxxxxx” ASC-nin “Şərq” filialında olan bank hesabına 5195 manat, xx.xx.2012-ci il tarixdə “xxxxxxxxxxx” ASC “Həyat” filialında olan bank hesabına 8500 manat vəsait daxil olmuşdur. Beləliklə, “xxxxx” MMC-nin dövriyyəsi 2012-ci ilin avqust ayında 62.201,34 manat (57.006,34 manat + 5195 manat), sentyabr ayında 65.506,34 manat (57.006,34 manat + 8500 manat) olmuşdur. Həmin dövriyyəyə müvafiq olaraq 2012-ci ilin 3-cü rübü üzrə 5017,11 manat sadələşdirilmiş vergi (SV) hesablanmalı olduğu halda MMC tərəfindən bu barədə vergi bəyannaməsi təqdim edilməmişdir. Digər tərəfdən, “xxxxx” MMC ilə Sumqayıt şəhər Təhsil şöbəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək dövrü əhatə edən tendet müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə MMC-nin “xxxxxxxxx” ASC-nin “Şərq” filialında olan bank hesabına 106.969 manat qabaqcadan ödəniş, habelə xx.xx.2012-ci il tarixdə “xxxxxxxxxxx” ASC “Həyat” filialında olan bank hesabına 16.110 manat vəsait daxil olmuş, eləcə də xx.xx.2012ci il tarixdə MMC tərəfindən Sumqayıt şəhər Təhsil şöbəsinə 57.534 manatlıq qaimə-faktura təqdim edilmişdir. Beləliklə, MMC-nin 2012-ci ilin oktyabr ayında 130.650,34 manat (57.006,34 manat + 57.534 manat + 16.110 manat) həcmində dövriyyəsi olmuşdur. Bu dövriyyədən 3.753,13 manat sadələşdirilmiş vergi hesablanmalı olduğu halda MMC tərəfindən vergi orqanına müvafiq vergi bəyannaməsi təqdim edilməmişdir... Kameral vergi yoxlamalarının nəticələrinə görə “xxxxx” MMC-nin sadələşdirilmiş vergi dövriyyəsi 2012-ci ilin iyul ayında 1970 manat, avqust ayında 62.201,33 manat, sentyabr ayında 65.506,34 manat, oktyabr ayında 130.650,34 manat, beləliklə 2012-ci ilin iyul-oktyabr ayları ərzində cəmi 260.328 manat həcmində olmuşdur. Ona görə də vergi orqanı “xxxxx” MMC-ni xx.xx.2012-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmaq üçün ərizə verməyə borclu saymışdır. Bu səbəbdən isə vergi orqanı MMC tərəfindən xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər Təhsil şöbəsinə təqdim edilmiş 49.610 manatlıq qaimə-fakturaya görə 7567,63 manat ƏDV hesablamışdır. Məhkəmə kollegiyası onu da nəzərə çatdırır ki, “xxxxx” MMC ilə Sumqayıt şəhər Təhsil şöbəsi arasında bağlanmış tender müqaviləsi xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (2012-ci ilin sonunadək) olan dövrü əhatə etmiş, həmin müqaviləyə əsasən Sumqayıt şəhər Təhsil şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə MMC-nin “xxxxxxxxx” ASC-nin “Şərq” filialında olan bank hesabına 106.969 manat məbləğində qabaqcadan ödəniş edilmişdir. Sözügedən müqavilənin icrası ilə əlaqədar MMC tərəfindən Sumqayıt şəhər Təhsil şöbəsinə xx.xx.2012-ci il tarixdə 57.534 manatlıq və xx.xx.2012-ci il tarixdə 49.610 manatlıq qaimə-fakxxxxxar təqdim olunmuşdur. Göründüyü kimi, 2012-ci ilin dekabrında aparılmış 49.610 manatlıq əməliyyat xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək icra müddəti nəzərdə tutulmuş tender müqaviləsinə aid olmuş, yəni həmin əməliyyat müstəqil dövriyyə təşkil etməmişdir. İş materiallarında olan əlavə və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərində vergi orqanı tərəfindən “xxxxx” MMC-nə 2012-ci ilin dekabr ayı üzrə 7567,63 manat məbləğində ƏDV-nin hesablanması düzgün hesab edilməmişdir. Bu məsələ ilə bağlı həmin rəylərdə göstərilmişdir ki, müəssisə tərəfindən 2011-ci ildə sahibkarlıq fəaliyyətinin aparılması ilə əlaqədar əməliyyatları əks etdirən ilkin mühasibat sənədləri iş materiallarında olmadığından həmin ildə sahibkarlıq fəaliyyətinin aparılmasını müəyyən etmək mümkün olmadı. Bundan başqa, müəssisənin şəxsi hesab vərəqəsində 2011-ci il üzrə əməliyyatların aparılmasına dair hesablamalar öz əksini tapmamışdır. Lakin vergi orqanı tərəfindən müəssisə, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan 12 aylıq dövrü nəzərə alınmaqla, xx.xx.2012-ci il tarixdən məcburi ƏDV qeydiyyatına alınmışdır... Vergi Məcəlləsinin 155.1-ci maddəsinin (2011-2012-ci illərdə qüvvədə olmuş redaksiyasında) tələblərinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150.000,00 manatdan artıq olan hüquqi şəxslər həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur... Göstərilən səbəblərdən (yəni müəssisə tərəfindən 2011-ci ildə sahibkarlıq fəaliyyətinin aparılması ilə əlaqədar əməliyyatları əks etdirən ilkin mühasibat sənədləri iş materiallarında olmadığından, şəxsi hesab vərəqəsində 2011ci il üzrə əməliyyatların aparılmasına dair hesablamalar öz əksini tapmadığından) 2012-ci ilin dekabr ayı üzrə hesablanmış 7567,63 manat məbləğində ƏDV və 2012-ci il üzrə hesablanmış 1401,41 manat məbləğində mənfəət vergisi (sadələşdirilmiş vergi ödəyicisi mənfəət vergisi ödəyicisi olmadığından) Azərbaycan Respublikası Vergilər Məcəlləsinin tələblərinə zidd olaraq hesablanmışdır... Tədqiqatla müəssisənin xx.xx.2012-ci il tarixdən Vergi Məcəlləsinin 155.1, 157.3.1-ci maddələrinin (yoxlanılan dövrdə qüvvədə olmuş redaksiyasında) tələblərinə görə ƏDVnin məqsədləri üçün məcburi ƏDV qeydiyyatına alınmasının düzgün olmaması nəzərə alınmaqla “xxxxx” MMC-nin xx.xx.2012-ci il tarixdən ƏDV-nə və mənfəət vergisinə cəlb edilməli dövriyyəsi müəyyən olunmur... Bu səbəbdən də 2012-ci ilin dekabr ayı üzrə əldə edilmiş 49.610 manat məbləğində hasilata görə müəssisəyə 1984,40 manat məbləğində sadələşdirilmiş vergi hesablanır. İttiham tərəfi bu rəylə razılaşmayaraq hesab etmişdir ki, ekspert həmin nəticəyə gələrkən istinad etdiyi Vergi Məcəlləsinin 155.1-ci maddəsinin tələblərini düzgün şərh etməmişdir. Vergi Məcəllsinin 155.1-ci maddəsində zəruri şərt kimi ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcminin 150.000 manatdan artıq olması göstərilmişdir. Yəni, qanunda vergi tutulan əməliyyatlara başlanıldığı vaxtdan 12 aylıq dövr ərzində müvafiq dövriyyənin yaranması kimi şərt nəzərdə tutulmamışdır. Başqa sözlə, müəssisə 2011-ci ildə də sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxs kimi qeydiyyatda olmuşdur və onun 2011-ci ildə əməliyyat aparmaması həmin dövrün ƏDV məqsədləri üçün qeydiyyata alınmaqdan ötrü nəzərdə tutulmuş dövrə aid edilməsini istisna etmir. Belə olan halda xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan 12 aylıq dövrün ƏDV məqsədləri üçün nəzərə alınması tam qanunvericiliyin tələblərinə əsaslanmışdır. Məhkəmə kollegiyası mübahisənin aid olduğu dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin 154.1-154.2, 155.1 və 157.3.1-ci maddələrinin təfsiri əsasında belə qənaətə gəlir ki, vergi orqanı tərəfindən “xxxxx” MMC-nə 2012-ci ilin dekabr ayı üzrə 7567,63 manat məbləğində əlavə dəyər vergisinin (ƏDV-nin) hesablanmasının düzgün olmaması barədə ekspertin verdiyi rəy əsaslıdır. Belə ki, 2011-2012-ci illərdə qüvvədə olmuş Vergi Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir... Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150.000,00 manatdan artıq olan hüquqi şəxslər həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 157.3.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyat məcburi qeydiyyat zamanı qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündə qüvvəyə minir. İşin faktiki hallarına görə xx.xx.2012-ci il tarixə “xxxxx” MMC-nin ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan dövriyyəsi (əməliyyatlarının həcmi) 150.000 manatdan yuxarı olmuş və həmin tarixdən 10 gün ərzində MMC-nin rəhbəri Təqsirləndirilən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu olmuşdur. Lakin Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməmişdir. Belə olduğu halda, qanuna müvafiq olaraq o, 2012-ci ilin noyabr ayından sonrakı hesabat dövrünün birinci günündən ƏDV ödəyicisi kimi qeydiyyatda hesab olunur. “xxxxx” MMC sadələşdirilmiş vergi ödəyicisi olduğundan, Vergi Məcəlləsinin 221.2ci maddəsinə müvafiq olaraq, onun üçün hesabat dövrü rüb olmuşdur. Odur ki, “xxxxx” MMC 2012-ci ilin noyabr və dekabr aylarının da daxil olduğu 4-cü rübü ərzində sadələşdirilmiş vergi ödəyicisi olaraq qalmış, onun üçün ƏDV ödəyicisi kimi qeydiyyat xx.xx.2013-cü il tarixdən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 157.3.1-ci maddəsindəki “sonrakı hesabat dövrünün birinci günü” ifadəsi ƏDV qeydiyyatının qüvvəyə minməsi vaxtında anlaşılmazlıq yaratdığından, təsadüfi deyil ki, həmin Məcəlləyə sonrakı dəyişikliklər zamanı həmin ifadə “növbəti ayın birinci günü” ifadəsi ilə əvəz edilmişdir. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Ona görə də 2011-2012-ci illərdə qüvvədə olmuş Vergi Məcəlləsinin 155.1 və 157.3.1-ci maddələrinin nəzərdə tutduğu mənada “xxxxx” MMC üçün ƏDV ödəyicisi kimi qeydiyyat xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş, 2012-ci ilin 4-cü rübündə isə müəssisə sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Buna müvafiq olaraq MMC tərəfindən 2012-ci ilin dekabr ayı üzrə aparılmış 49.610 manat məbləğində əməliyyata görə müəssisəyə 7567,63 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) deyil, 1984,40 manat məbləğində sadələşdirilmiş vergi hesablanmalı idi. Eləcə də, Vergi Məcəlləsinin 219.3-cü maddəsinə görə sadələşdirilmiş vergi ödəyicisi mənfəət vergisi ödəyicisi olmadığından, qeyd edilən əməliyyata görə müəssisəyə 2012-ci il üzrə 1401,41 manat məbləğində mənfəət vergisinin hesablanması qeyri-qanuni olmuşdur. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs оğluna qarşı irəli sürülmüş ittihamda onun 2012-ci ilin dekabr ayı üzrə 7567,63 manat məbləğində əlavə dəyər vergisindən və 2012-ci il üzrə 1401,41 manat məbləğində mənfəət vergisindən yayınması hissəsi əsassız olmuşdur. Vergi orqanı “xxxxx” MMC-nə 2012-ci ilin 3-cü və 4-cü rübləri üzrə cəmi 3.812,62 manat məbləğində ödəmə mənbəyində tutulan verginin (ÖMV-nin) hesablanmasını belə əsaslandırmışdır ki, “xxxxx” MMC-nin “xxxxxxxxxxx” ASC “Həyat” filialında olan bank hesabına “xxxxxxx” Sığorta Şirkəti ASC-dən xx.xx.2012-ci il tarixdə 100.000 manat, xx.xx.2012-ci il tarixdə 25.000 manat, xx.xx.2012-ci il tarixdə 46.019 manat olmaqla cəmi 171.019 manat vəsait daxil olmuş, tərəflər arasında bağlanmış “Təmir-quraşdırma işləri haqqında müqavilə”nin 2.1-ci bəndinə əsasən işlərin görülmə müddəti 3 (üç) ay, yəni 2012-ci ilin avqust, sentyabr və oktyabr aylarında nəzərdə tutulmuşdur. Yoxlamaya cəlb edilmiş ekspert (mütəxəssis) tərəfindən aparılmış hesablamaya görə “xxxxxxx” Sığorta Şirkəti ASC-nin ofis binasının əsaslı təmir işlərinin həcmində əmək tutumu 2012-ci ilin avqust, sentyabr və oktyabr aylarında 7371,68 adam/saat, orta hesabla hər aya düşən əmək tutumu isə 2457,23 adam/saat təşkil etmişdir. Qeyd edilən hər ayda olan iş günləri və iş saatları (iş vaxtı norması), habelə hər işçiyə ödənilən 625,0 manat aylıq nominal əmək haqqı nəzərə alınmaqla 2012-ci ilin avqust ayı üzrə ÖMV-yə cəlb edilməmiş 8495,96 manat, sentyabr ayı üzrə ÖMV-yə cəlb edilməmiş 9368,55 manat, oktyabr ayı üzrə ÖMV-yə cəlb edilməmiş 9368,52 manat əmək haqqı fondu müəyyən olunmuşdur. MMC-nin sadələşdirilmiş vergi bəyannamələrində isə həmin aylar üzrə ÖMV-yə cəlb edilən əmək haqqı fondu 230 manat göstərilmişdir. Beləliklə MMC-nin 2012-ci ilin avqust, sentyabr, oktyabr ayları üzrə cəmi 3.812,62 manat (1189,43 manat + 1311,60 manat + 1311,59 manat) məbləğində ödəmə mənbəyində tutulan vergidən yayınması müəyyən edilmişdir. İş materiallarında olan əlavə və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərində vergi orqanı tərəfindən “xxxxx” MMC-nə 2012-ci ilin 3-cü və 4-cü rübləri üzrə cəmi 3.812,62 manat məbləğində ödəmə mənbəyində tutulan verginin (ÖMV-nin) hesablanması düzgün hesab edilməmişdir. Bu məsələ ilə bağlı həmin rəylərdə göstərilmişdir ki, ödəmə mənbəyində vergilərin tutulması qaydası öz əksini Vergi Məcəlləsinin 150-ci maddəsində tapmışdır. VM-nin 150.1.1-ci maddəsində göstərilir ki, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Həmin Məcəllənin 150.1.7-ci maddəsində göstərilir ki, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar... Lakin, müəssisə tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdikləri xidmətə (işlərə) görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat iş materiallarında mövcud deyil... Digər tərəfdən, Vergi Məcəlləsində ödəmə mənbəyində tutulan verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanması nəzərdə tutulmamışdır. İttiham tərəfi (xüsusən vergi orqanı) ekspertin bu mülahizələrinə qəti etirazını bildirərək hesab etmişdir ki, ekspertin Vergi Məcəlləsində ödəmə mənbəyində tutulan verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanmasının nəzərdə tutulmaması qənaətinə gəlməsi tam əsassızdır. Ekspertin bu hissədə rəyi dolayısı ilə “xxxxx” MMC tərəfindən “xxxxxxx” Sığorta Şirkəti ASC-nin ofis binasının əsaslı təmirinin aparılmadığı və ya təmiri bilavasitə həyata keçirən fərdi şəxslərə ödənişlərin verilmədiyi nəticəsinə gəlmişdir ki, ekspertin bu hal barədə qəti rəy verməsi onun səlahiyyətləri xaricindədir... Müəssisə tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdikləri xidmətə görə haqqın ödənilməsinin təsdiq olunub-olunmaması hüquqi məsələ olduğundan, ekspertin öz rəyində həmin məsələ üzrə şərh yazması qanunvericiliyə ziddir. Məhkəmə kollegiyası ödəmə mənbəyində tutulan vergi ilə bağlı ekspertiza rəyinə qarşı vergi orqanının etirazlarının dəlillərini Vergi Məcəlləsinin müvafiq müddəaları baxımından tədqiq edərək belə qənaətə gəlir ki, vergi orqanı tərəfindən “xxxxx” MMC-yə2012-ci ilin 3-cü və 4-cü rübləri üzrə cəmi 3.812,62 manat məbləğində ödəmə mənbəyində tutulan verginin (ÖMV) hesablanması əsaslı olmamışdır. Belə ki, cinayət işində olan səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlama zamanı “xxxxxxxxxxxxxx” Birliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli rəyinə əsasən MMC-nin 2012-ci ilin avqust-oktyabr aylarında yerinə yetirilmiş tikinti işlərində əmək tutumunun 7371,68 adam/saat təşkil etməsi nəzərə alınmaqla, vergi müfəttişi tərəfindən yoxlama dövrünün aylar üzrə əmək tutumunun adam/saatı müəyyən edilmişdir. Yoxlama aktında həmin aylıq adam/saatın miqdarı nəzərə alınmaqla Əmək Məcəlləsinə (yəni aylıq iş vaxtının 160 saat olması) və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məktubuna (yəni, tikinti sahəsi üzrə müzdlu işçilərə düşən orta aylıq nominal əmək haqqının məbləği haqqında) istinad etməklə aylıq adam/saat aylıq iş vaxtının saatlarına bölünməklə və muzdlu işçinin orta aylıq nominal əmək haqqının məbləğinə vurulmaqla, rüblər üzrə ödənilmiş əmək haqqı və bu məbləğdən ödəmə mənbəyində tutulan verginin həcmi hesablanmışdır. “xxxxxxxxxxxxxx” Birliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş rəyə əsasən MMC-nin 2012-ci ilin avqust-oktyabr ayılarında yerinə yetirilmiş tikinti işlərində əmək tutumu 7.3731,68 adam/saat, o cümlədən avqust ayı üzrə 2.457,23, sentyabr ayı üzrə 2.457,23, oktyabr ayı üzrə 2.457,23 adam/saat; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2012-ci il üzrə müvafiq tikinti sahəsində bir muzdlu işçiyə düşən orta nominal əmək haqqı 625 manat təşkil etmişdir. Vergi orqanı tərəfindən yuxarıda göstərilənlər və MMC tərəfindən bəyannamələrdə göstərilmiş 690 manat məbləğində əmək haqqı nəzərə alınmaqla “xxxxx” MMC-də 2012-ci ilin avqust-oktyabr aylarında görülmüş işlərə görə əmək tutumu üzrə 27.233,03 manat məbləğində əmək haqqı hesablandığı müəyyən edilmiş və həmin məbləğdən 14% dərəcəsi ilə dövlət büdcəsinə 3.812 manat (27.233,03x 14%) ödəmə mənbəyin vergi hesablanmışdır. Ödəmə mənbəyində vergilərin (ÖMV) tutulma qaydası öz əksini Vergi Məcəlləsinin 150-ci maddəsində tapmışdır. Vergi Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər ödəmə mənbəyində verğini tutmağa borcludurlar. Həmin Məcəllənin 10.1.7-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergi tutmağa borcludurlar. Qeyd olunduğu kimi, MMC tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətə (işlərə) görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat məlumat iş materiallarında yoxdur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsində ödəmə mənbəyində tutulan verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CPM-nin 33.3-cü maddəsinə əsasən, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Ekspert rəyi də sübut növlərindən biri olmaq etibarilə məhkəmə üçün məcburi qüvvəyə malik deyildir və məhkəmə tərəfindən ekspert rəyinə başqa sübutlarla müqayisəli təhlil əsasında qiymət verilməlidir. Məhkəmə kollegiyası şərh edilən dəlilləri məcmu halında qiymətləndirərək hesab edir ki, məhkəmə istintaqı zamanı ödəmə mənbəyində tutulan vergi ilə bağlı ekspertiza rəyinin nəticələri də kifayət qədər əsaslıdır. “xxxxx” MMC-nin 2012-ci ilin 3-cü və 4-cü rübləri üzrə cəmi 3.812,62 manat məbləğində ödəmə mənbəyində tutulan vergidən yayınması cinayət işində olan vergi sənədləri və digər sübutlarla təsdiq olunmur. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 2012-ci ildə 10784,10 manat məbləğində vergiləri ödəməkdən yayındığı barədə birinci instansiya məhkəməsi tərəfindən müəyyən və qəbul olunması qanuni və əsaslı olmuşdur. xx xxxx 2016-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2016-cı il tarixli Qanununa əsasən Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət tərkibinin yaranması üçün ödəməkdən yayındırılmış vergilərin (və ya məcburi dövlət sosial sığorta haqlarının) miqdarının 20 (iyirmi) min manatdan yuxarı məbləğdə olması tələb olunduğundan, Təqsirləndirilən şəxs 10784,10 manat məbləğində vergiləri ödəməkdən yayınması hazırda cinayət məsuliyyəti yaratmır. Məhkəmə kollegiyası bir daha dövlət ittihаmçısının verdiyi аpelyаsiyа prоtestinin ekspertiza rəylərinin mübahisələndirilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xx xxxxxxxx 2014-cü il tarixli və xx xxxxx 2015-ci il tarixli rəyləri ilə Təqsirləndirilən şəxs оğlunun ümumilikdə 21581,36 manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınması müəyyən edilmiş, məhkəmə istintaqı zamanı təyin edilmiş xx xxxxxx 2015-ci il tarixli və xx xxxx 2016-cı il tarixli ekspertiza rəyləri ilə isə Təqsirləndirilən şəxs оğlunun ümumilikdə 10784,1 manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınması müəyyən edilmişdir. Sadalanan ekspertiza rəylərini təhlil edərək məhkəmə kolllegiyası hesab edir ki, xx xxxxxx 2015-ci il tarixli və xx xxxx 2016-cı il tarixli ekspertiza rəyləri daha ağlabatandır. xx xxxx 2016-cı il tarixli əlavə məhkəmə komission ekspertizasının rəyi xüsusilə ağlabatandır və məhkəmə kollegiyası tərəfindən daha mötəbər sübut kimi qiymətləndirilir. Çünki həmin ekspertiza rəyi bir deyil, bir neçə ekspertin tədqiqatının nəticəsidir. Bundan əlavə ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xx xxxxxxxx 2014-cü il tarixli və xx xxxxx 2015-ci il tarixli rəyləri daha mötəbər sübut kimi qəbul edilsəydi belə həmin məbləğ (21581,36 manat) Təqsirləndirilən şəxs оğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında x xxx 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 213-cü maddənin “Qeyd” hissəsində “iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə” sözləri “əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki” sözləri ilə əvəz edilmişdir. Başqa sözlə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət tərkibinin yaranması üçün ödəməkdən yayındırılmış vergilərin (və ya məcburi dövlət sosial sığorta haqlarının) miqdarının 50 (əlli) min manatdan yuxarı məbləğdə olması tələb olunduğundan, Təqsirləndirilən şəxs 10784,10 manat məbləğində vergiləri ödəməkdən yayınması hazırda cinayət məsuliyyəti yaratmır. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallarda çıxarılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası dövlət ittiahamçısı tərəfindən verilmiş apelyasiya protestinin və mülki iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittiahamçısı Əsədоv Vаqif Mehrаlı оğlu tərəfindən verilmiş apelyasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs оğlunun Аzərbаycаn Respublikаsı CM-nin 213.1-ci mаddəsi ilə cinаyət məsuliyyətindən аzаd edilməsi və onun bаrəsində оlаn cinаyət təqibinə xitаm verilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(051)-2/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi və barəsində axtarış elan edilməsi haqqında Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 1(107)-126/2018 nömrəli qərarı ləğv edilməlidir. Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya protestini və ya apelyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Dövlət ittiahamçısı Əsədоv Vаqif Mehrаlı оğlu tərəfindən verilmiş apelyasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs оğlunun Аzərbаycаn Respublikаsı CM-nin 213.1-ci mаddəsi ilə cinаyət məsuliyyətindən аzаd edilməsi və onun bаrəsində оlаn cinаyət təqibinə xitаm verilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(051)-2/2016 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi və barəsində axtarış elan edilməsi haqqında Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 1(107)-126/2018 nömrəli qərarı ləğv edilsin. Qərаrdаn Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 410 və 412-ci mаddəsində müəyyən edilmiş müddətlərdə və qаydаdа Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Cinаyət Kollegiyаsınа kаssаsiyа şikаyəti və yа kаssаsiyа protesti verilə bilər. Qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №1(107)-1/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-1/2020
10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver