Məhkəmə qərarları › İş №1(107)-1/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-1/2021

08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-1/2021 08.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs müdafiəçisi X17 oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Şəki Ağir Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)-84/2018 saylı hökmündən dövlət itthamçısı Dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protesti və təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Ağir Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)-84/2018 saylı hökmü ilə (sədrlik edən Camal Ramazanov, hakimlər Rəşid Hüseynov və Xaqani Səmədov) xx.xx.1972-ci ildə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Adilxan Ziyadxanov küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 178.2.2 və 178.2.3-cü maddələri dörd min manat cərimə cəzasına, CM-in 32.4, 312-ci maddəsi ilə üç min manat cərimə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla, qəti olaraq beş min manat cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə olduğu bir ay on doqquz gün nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzasının yüngülləşdirilməsi və üzərində qəti olaraq dörd min manat cərimə cəzasının saxlanılması, cərimə cəzasının icrasının onun yaşadığı yer üzrə Gəncə şəhər icra və probasiya şöbəsinə tapşırılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilərək, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi tanınmış 18.01.2017-ci il tarixli Şahid3, 18.01.2017-ci il tarixli Şahid4 adından Şəki rayon prokurorluğuna ünvanlanmış ərizələr, eləcə də 18.01.2017-ci il tarixli Şahid2 adından Şəki rayon prokurorluğuna ünvanlanmış izahatın surətlərinin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, ekspertiza xərci olan yüz on iki manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 1(107)-167/2018 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti qismən təmin edilmiş, Şəki Ağir Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)- 84/2018 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın Şəki Ağir Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)-84/2018 saylı hökmü ilə ona təyin olunmuş dörd min manat cərimə cəzası ilə toplanması və onun qəti olaraq iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə dörd min manat cərimə cəzasına məhkum edilməsi, hökmün baxılmış apelyasiya şikayətinə və apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2019-cu il tarixli, 1(102)-542/2019 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 1(107)-167/2018 saylı qərarı ləğv edilmiş, cinayət işi apelyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmidir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 1(107)-187/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti qismən təmin edilmiş, Şəki Ağir Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)- 84/2018 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın Şəki Ağir Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)-84/2018 saylı hökmü ilə ona təyin olunmuş dörd min manat cərimə cəzası ilə toplanması və onun qəti olaraq iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə dörd min manat cərimə cəzasına məhkum edilməsi, hökmün baxılmış apelyasiya şikayətinə və apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2020-ci il tarixli, 1(102)-277/2020 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 1(107)-167/2018 saylı qərarı ləğv edilmiş, cinayət işi apelyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmidir. işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ona görə ki, o, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə digər şəxsləri təkrarən təhrik etmişdir. Belə ki, o, 26.01.2016-cıildən 15.08.2017-ci il tarixədək Bank olmayan Kredit Təşkilatı (BOKT) “xxxx” MMC-nin Problemli kreditlər üzrə departament müdiri vəzifəsində işləyərkən 01.02.2016-cı il tarixli vəzifə təlimatına əsasən Cəmiyyətin filiallarından kredit götürüb kredit ödənişlərini gecikdirən müştərilərlə ödəmələrin həyata keçirilməsi üçün profilaktiki söhbətlər aparmağa və gecikdirilmiş kreditlərin ödənilməsini təşkil etməyə məsul vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etmə yoluiləözgənin əmlakını ələ keçirməməqsədilə, Cəmiyyətin Şəki filialının problemli kreditlər üzrə mütəxəssisi Şahid1 müştərilərdən birinin sonuncu barəsində şikayət ərizəsi yazıb Qəbələ rayon prokurorluğuna göndərməsi haqqında yalan məlumat verərək inandırmaqla araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə hərəkətlərin edilməsi, yəni qərar qəbul olunması üçün 1000 ABŞ dolları maddi neməti rüşvət kimi verməklə həmin məsələni həll etdirəcəyini yalandan vəd verib Şahid1 ona olan inam və etimadından istifadə etməklə 28.12.2016-cı il tarixdə ondan 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1766 (bir min yeddi yüz altmış altı) manat pulu Qəbələ şəhərində alaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, bu əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə Şahid1 təhrik etmişdir. Bundan əlavə o, təkrarən 18.01.2017-ci il tarixdə Şahid1 barəsində Cəmiyyətin Şəki filialının müştəriləri Şahid3 və Şahid4 şikayət ərizələrini, eləcə də həmin filialın problemli kreditlər üzrə mütəxəssisi vəzifəsində işləmiş Şahid2 izahatını Şəki rayon prokurorluğuna göndərilməsi barədə yalan məlumat verərək inandırmaqla şikayət ərizələrini Şəki rayon prokurorluğundan Qəbələ rayon prokurorluğuna verdirəcəyini, araşdırmanı aparan rayon prokurorluqlarının vəzifəli şəxslərinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə hərəkətlərin edilməsi, yəni qərar qəbul olunması üçün maddi nemət vermək adı ilə əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətini həyata keçirərək 21.01.2017ci il tarixdə Qəbələ şəhərində 500 manat, həmin tarixdə Şəki şəhərində 500 manat, 02.02.2017-ci il tarixdə “xxxx" MMC-nin Şəki filialında Şahid1 xidməti iş otağında 1200 manat, həmin ayın sonuna kimi Şəki şəhərində müxtəlif ünvanlarda hər dəfə 100 manat olmaqla 200 manat, 2017-ci ilin mart ayının əvvələrində isə qeyd edilən Cəmiyyətin Şəki filialının müdiri Şahid5 vasitəsi ilə Şəki şəhərində 100 manat, ümumilikdə 2500 manat pulunu vahid qəsdlə alaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid1 qarşı təkrar dələduzluq etmiş, bu əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə Şahid1 təkrar təhrik etmişdir. Bundan əlavə o, təkrarən qeyd olunan vəzifədə işləyərkən Cəmiyyətin Şəki filialının problemli kreditlər üzrə mütəxəssisi vəzifəsində işləmiş Şahid2 barəsində Şəki rayon prokurorluğuna ünvanlanmış Cəmiyyətin Şəki filialının müştəriləri Şahid3 və Şahid4 şikayət ərizələrinin olduğunu, həmin ərizələri Qəbələ rayon prokurorluğuna təqdim etdiyini yalandan bildirib inandırmaqla araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə hərəkətlərin edilməsi, yəni qərar qəbul olunması üçün 500 manat maddi neməti rüşvət kimi verməklə həmin məsələni həll etdirəcəyini yalandan vəd verib 2017-ci ilin fevral ayındaondan 500 manat pulu Yevlax rayonunda “Xaldan dairəsi” adlanan yerdə almış, bu əməli iləxidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə Sədyar Musayevi təkrar təhrik etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən apelyasiya protesti və təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apelyasiya şikayəti verilmişdir. apellyasiya protestinin və apelyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü dəyişdirilərək ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lakin təqsirləndirilən şəxsə cəza təyin olunarkən bu tələblər nəzərə alınmamışdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə digər şəxsləri təkrarən təhrik cinayət əməlini törətmişdir. Göründüyü kimi, qeyd olunan cinayətlərin ictimai təhlükəliliyinin xarakteri dedikdə, qəsdin obyekti-mülkiyyət və dövlət hakimiyyət orqanları fəaliyyətinin normal həyata keçirilməsinə dair ictimai münasibətlər, təqsirin forması-cinayətlərin qəsdən törədilməsi, cinayətlərin-az ağır və ağır cinayətlər kateqoriyasına aid olması nəzərdə tutulur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyinin dərəcəsi isə törədilmiş cinayətin fərdi əlamətləri ilə (hadisələrin təsadüfi axarı zəminində baş verməməsi, hüquqmühafizə orqanının adından sui-istifadə edilməsi, cinayət törədilən zaman inam və etimad yaratmaq məqsədilə dövlət hakimiyyəti orqanının inzibati binasından istifadə edilərək hətta epizodların birində pulun birbaşa inzibati binanın içərisində alınması, cinayətin çox epizodlu olmaqla iki şəxsə qarşı törədilməsi, hər iki növ cinayətin tövsifedici əlamətlərlə törədilməsi, təqsirkarın cinayətin icraçısı və təhrikçisi olması, cinayətlərin başa çatması) ilə təqsirləndirilən şəxsin şəxsiyyəti, əmələ münasibəti və cinayətin törədilməsində rolununun (təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, törətdiyi əməldən səmimi peşmançılıq çəkməməsi) uzlaşdırılmasıdır. Bundan əlavə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il hökmü ilə Təqsirləndirilən şəxs cərimə növündə cəzanın təyin edilməsinin dəlillərindən biri kimi onun polis orqanlarında qüsursuz xidmət etməsi göstərilmişdir. Məhkəmə qeyd olunan xüsusatı təqsirləndirilən şəxsi səciyyələndirən müsbət əlamət kimi nəzərə alsa da, cinayətin hüquqmühafizə orqanının adından sui-istifadə etməklə törədilməsini, hətta cinayətin Qəbələ rayon prokurorluğunun inzibati binasında törədilməsi kimi spesifik halı nəzərə almamış, bu halı cinayətin ictimai təhlükəliliyini artıran xüsusat kimi qiymətləndirməyərək, polis orqalarında qüsursuz xidmət etmənin törətdiyi hazırki cinayətlər üzrə cəzanı yüngülləşdirən hal kimi nəzərə almasının moitivlərini göstərməmiş, əksinə qanunu bilən bir şəxsin belə cinayətlər törətməsinə lazımi hüquqi qiymət verməmişdir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran xüsusatlardan biri də cinayətin çox epizodlu olmaqla iki şəxsə qarşı törədilməsidir. Qeyd olunan hal təqsirkarda dələduzluq "bacarığı"nın formalaşmasını göstərməklə cinayətlərin hadisələrin təsadüfi axarı zəminində törədilməsini təkzib edir. Törədilmiş cinayətin faktiki hallarından o da müəyyən edilir ki, törədilmiş hər iki növ cinayət müvafiq maddənin tövsifedici əlamətləri ilə tövsif edilmiş, təqsirkar dələduzluq əməlində cinayətin icraçısı, rüşvət vermə əməlində isə cinayətin təhrikçisi olmuş və bütün cinayətlər başa çatmışdır. İştirakçılıqla törədilmiş cinayətlərdə cinayətin digər iştirakçılarına münasibətdə icraçının fəaliyyəti daha təhlükəli olmaqla cinayətin ictimai təhlükəlilik dərəcəsini daha da artırır. Təqsirləndirilən şəxs dələduzluq əməlində icraçı, rüşvət vermə əməlində isə təhrikçi olsa da, hər iki əmələ görə ən yüngül növdə cəzanın təyin edilməsi məhkəmənin CM-in 64.1-ci maddəsinin tələbini pozaraq iştirakçının cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini nəzərə almadığının ən bariz nümunəsidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin başa çatmasına baxmayaraq məhkəmə onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül növlü cəzanı aşağı həddə təyin etməsi də CM-in cəza təyin etməyə dair normaları ilə uyğunsuzluq yaradır. Təqsirləndirilən şəxs münasibətdə cəza təyin olunarkən cinayət işinin materialları ilə müəyyən edilmiş, təqsirləndirilən şəxsi səciyyələndirən və onun maddi məsul və rəhbər vəzifələr tutması ilə bir araya sığışmayan xüsusatlar da nəzərə alınmamışdır. Belə ki, hökmdə Təqsirləndirilən şəxs cərimə cəzasının təyin edilməsinin dəlili kimi onun tutduğu vəzifədən azad edilməsi göstərilsə də, hökmlə ona əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan məhrum etmə tətbiq edilməmişdir. Məhkəmə cinayətin ictimai təhlükəlilik dərəcəsinin azalması kimi təqsirkarın tutduğu vəzifədən azad edilməsini qəbul etsə də, cinayət törədilən zaman həmin ictimai təhlükəli hala (cinayətin qulluq mövqeyindən istifadə etməklə törədilməsi) münasibətdə əlavə cəza təyin etməmişdir. Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə çox epizodlu dələduzluq və rüşvət verməyə təhrik cinayətlərini törətməsi onun barəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini zəruri edir. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyəti, cinayətin xarakter və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmayaraq, ona daha yüngül növdə cəzanın təyin edilməsi CM-in 58.3 və 41.2-ci maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs barədə əsassız olaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül növlü cərimə cəzası təyin edilməsi ona törətmiş olduğu cinayət əməlinin ağırlığına və onun şəxsiyyətinə uyğun olmayan cəzanın tətbiq edilməsi ilə nəticələnmişdir. Odur ki, protestin təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)-84/2018 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barədə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzaları onun təqsirləndirildiyi maddələrin sanksiyalarına uyğun daha ədalətli cəza hesab olunsa da, Həsənovun təqsirliliyi barədə istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında toplanmış sübutlar qərəzli olduğundan və Təqsirləndirilən şəxs özü tərəfindən ciddi dəlillərlə şübhələrə əsas yaratdığından və eyni zamanda CPM-in tələblərinə əsasən, həmin şübhələrin onun xeyirinə həll edilməsi tələb olunduğundan, həmin hökm qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də həmin hökm ləğv edilərək, Təqsirləndirilən şəxs barədə bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 apelyasiya protestinin təmin edilməsini, apelyasiya şikayətinin təmin edilməməsini Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)-84/2018 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barədə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətini etiraf edərək özünü təqsirli bildiyini, etdiyi əməldən peşman olduğunu göstərərək apellyasiya protestinin təmin edilməməsi və Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)-84/2018 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi X3 Həsənovun törətmiş olduğu cinayəti etiraf etdiyinə və səmimi peşmançılığını bildirdiyinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)- 84/2018 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını, apelyasiya protestinin təmin edilməməsini xahiş etdi. hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apellyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpelyаsiyа protestinin və apelyasiya şikayətinin dəlillərini müzаkirə edərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apelyasiya şikayəti təmin edilməməli, apelyasiya protesti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(091)-84/2018 saylı hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, аpelyasiya protestinə etiraz edir. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin avqust ayınadək BOKT “xxxx” MMC-də müxtəlif vəzifələrdə, 2016-cı ilin fevral ayından 2017-ci ilin avqust ayına kimi isə həmin cəmiyyətdə problemli kreditlər üzrə departament rəhbəri vəzifəsində işləmişdir. Departament rəhbəri kimi vəzifəsi problemli müştərilərlə iş aparmaq, filiallarda fəaliyyət göstərən problemli kreditlər üzrə mütəxəssislərin fəaliyyətinə nəzarət etməkdən ibarət idi. O, heç bir zaman Şahid1 aldadaraq Qəbələ və Şəki rayon prokurorluqları adından pul almamışdır. O, onu Şəki filialında kredit mütəxəssislərinə nəzarətçi işlədiyi zaman işdən kənarlaşdırdığı üçün Vəkil ona qarşı qərəzli mövqe tutur. Şahid2, Şahid3 və Şahid4 cəmiyyətin Şəki filialına dollar və manat bazasında borcları var idi. Bununla bağlı onlarla görüşərək kredit borclarını ödəmələrini bildirmişdir. Söhbət əsnasında Əflatun və Etibar əmək haqqı və pensiya kartlarını Sədiyara verdiklərini, aylıq ödənişlərin Sədiyar tərəfindən ödəniləcəyini bildirdilər. O, da Əflatun və Etibara Sədiyarın onların adından heç bir ödəniş etməməsini bildirmişdir. Bu səbəbdən Əflatun və Etibar nə edəcəkləri barədə soruşduqda, onlara şikayət etmələrini izah etmişdir. Sonradan bu barədə Sədiyardan soruşmuşdur. Sədiyar da kartların onda olmasını etiraf edərək pulu olmadığını, pulu olanda krediti ödəyəcəyini, torpağını satışa qoyduğunu bildirmişdir. Əflatun və Etibarın adından yazılmış ərizələri həmin şəxslərə yazdırmamışdır. O, sadəcə olaraq onlara şikayət yazmalarını izah etmişdir. Təqdim edilmiş Şahid2 adından yazılmış izahatı da ona yazdırmamışdır. Bu məsələləri cəmiyyətin sədri Şahid6 onu ləkələmək üçün quraşdırmışdır. Qəbələ rayon prokurorluğu adı ilə heç bir zaman Sədiyardan pul almamışdır. Sədiyarın Cəmiyyətə satdığı torpaq sahəsinin sənədləri qaydasında olmadığı üçün cəmiyyət tərəfindən sənədləşmə zamanı əlavə rüsum ödənilib. Sonradan Sədiyar cəmiyyətə çatdırmaq üçün ona 600 manat pul verib, o da həmin pulu cəmiyyətə qaytarmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2005ci il tarixdən hal-hazıradək BOKT “xxxx” MMC-nin Şəki filialında müxtəlif vəzifələrdə işlədiyini, 04 aprel 2014-cü il tarixdən 04 oktyabr 2015-ci il tarixədək həmin cəmiyyətin Şəki filialının müdiri, 04 oktyabr 2015-ci il tarixdən 01.02.2016-cı il tarixə kimi kredit nəzarətçisi, 01.02.2016-cı il tarixdən hal-hazıra kimi isə həmin filialda problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işlədiyini, vəzifəsinin kredit ödənişlərini gecikdirən müştərilərlə profilaktiki söhbətlər apararaq gecikmiş kreditlərin yığımını təşkil etməkdən ibarət olduğunu, “xxxx” MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs 2015-ci ilin dekabr ayından tanıdığını, onunla münasibətlərinin normal olduğunu, Təqsirləndirilən şəxs 2016-cı ilin fevral ayından etibarən “xxxx” MMC-də Problemli Kreditlər Departamentinin rəhbəri vəzifəsinə təyin edildikdən sonra işi ilə əlaqədar Şəki və Qəbələ şəhərlərinə ezamiyyətə gələrək problemli krediti olan müştərilərlə görüşüb onlarla kreditlərin vaxtında ödənilməsi barədə profilaktiki söhbətlər apardığını, 2016-cı ilin axırlarında Namiqin növbəti dəfə Şəki şəhərinə gəldikdə onunla birlikdə Qəbələ rayonuna gedib müştərilərlə görüşdüklərini, Namiqin heç kəsdən hər hansı izahat almadığını, sadəcə gecikmiş kreditlərin ödənilməsi ilə bağlı profilaktiki söhbətlər apardığını göstərmişdir. Bundan bir həftə sonra Təqsirləndirilən şəxsonunla görüşərək adını xatırlamadığı müştəridən alınan izahatın "xxxx” MMC-nin Baş İdarəsinə göndərildiyini, müştərininizahatında kreditin alınıb başqa şəxsə verməsindən onun məlumatının olmasını bildirdiyini, Baş İdarənin isə həmin izahatı Qəbələ rayon prokurorluğuna göndərdiyini, lakin Namiqin hansısa müştəridən izahat almasını görmədiyini, işini itirəcəyindən qorxduğu üçün rəhbərliklə əlaqə saxlamaq istəsə də, Namiqin buna imkan vermədiyinivə ona “rəhbərlik səni dinləyəsi deyil, əgər istəsən bu işləri qaydasına qoyaram” dediyini, 27.12.2016-cı il tarixdə Namiqlə Şəki şəhərində yerləşən “İSSAM” adlanan otelin restoranında görüşərkən Namiqinona “1000 ABŞ dolları hazırla, sabah Qəbələ şəhərinə gedib pulu Qəbələ rayon prokurorluğunda olan tanışıma verib məsələyə birdəfəlik son qoyacam” dediyini, lakin pulu kimə verməsi barədə ad çəkmədiyini, işini itirəcəyindən qorxduğu üçün Namiqlə razılaşdığını, növbəti gün, yəni 28.12.2016-cı il tarixdə 1000 ABŞ dolları məbləğində pulu götürüb Namiqlə birlikdə Qəbələ şəhərinə getdiyinivə Qəbələ şəhərində həmin pulu Namiqə verdiyini, həmin günü saat 11-12 radələrində Namiqin Qəbələ rayon prokurorluğuna daxil olduğunu, təqribən 1015 dəqiqə sonra geri qayıdıb ona narahat olmamasını, hər şeyin düzələcəyini bildirdiyini, növbəti dəfə 18.01.2017-ci il tarixdə Təqsirləndirilən şəxs Şəki şəhərinə gəlib ona üç nəfərin, müştərilər Etibar, Əflatun və Sədiyarın izahatlarını göstərərək qeyd olunan şəxslərin əleyhinə Şəki rayon prokurorluğuna şikayət etdiyini, Əflatun və Etibar adlı müştərilərin maaş kartlarını Sədiyara verməyini, müştərilərin vermiş olduğu pulların kassaya ödənilmədiyini bildirdiyini, sonra Etibar, Əflatun və Sədiyarın adından əleyhinə yazılmış 18.01.2017-ci il tarixli ərizələrlə tanış olduğunu, maaş kartlarından məlumatının olmadığını, ona verilən pulların kassaya ödənildiyini bildirdiyini, növbəti gün, yəni 19.01.2017-ci il tarixdə Namiqin zəng edərək ona “xxxx" MMCnin Baş İdarəsinin rəhbərliyinin də ondan Şəki rayon prokurorluğuna şikayət etməsini, Şəki rayon prokurorluğunun inzibati binasının yanında olduğunu və təcili yanına gəlməyini bildirdiyini, onunda Şəki rayon prokurorluğunun inzibati binasına getdiyini, Namiqin dəhlizdə gözlədiyini, yanında "xxxx” MMC-nin Şəki filialının hüquqşünası Şahid8 olduğunu, Namiqin ona Baş İdarənin və üç nəfər qeyd olunan müştərilərin izahatlarının Şəki rayon prokurorluğuna təqdim etmələrini bildirdiyini, həmin vaxt Namiqin hər hansı prokurorluq əməkdaşı ilə görüşməsini və ya danışmasını görmədiyini, Namiqin və ya Anarın birlikdə orada kimi gözləməsini bilmədiyini, 20 yanvar 2017-ci il tarixdə zəng edib Namiqdən “niyə olmayan işlər barədə prokurorluğa məlumat vermisən, müştərilərin ərizələrini prokurorluğa vermisən?” deyə soruşduğunu, Namiq isə ona idarə heyətinin sədri Aynur xanımın şikayət etdiyini, onluq bir iş olmadığını, bu barədə Aynur xanıma müraciət etmək istədiyini bildirdikdə Namiqinona “ehtiyac yoxdur, Aynur xanım onsuz da səni eşitməyəcək, fikirləşim görüm sənə nə cür köməklik göstərə bilərəm” dediyini,Namiqin rəhbərlik qarşısında nüfuzu olduğunu bildiyi üçün onunla razılaşaraq köməklik etməsini xahiş etdiyini, həmin günü axşam saatlarında Namiqin zəng edərək ona “səhər gəl Qəbələyə, mən də Qəbələyə gələcəm, Əflatun və Etibarın izahatlarını dəyişdirəcəm, Qəbələ rayon prokurorluğu ilə danışacam, sənədləri Şəki rayon prokurorluğundan götürüb Qəbələ rayon prokurorluğuna verəcəm, Qəbələ rayon prokurorluğunda işi daha rahat həll edəcəm” dediyini, sabahısı günü, yəni 21.01.2017-ci il tarixdə saat 10 radələrində Namiqin zəng edərək Qəbələ şəhərində olduğunu bildirdiyini, Qəbələ şəhərinin girəcəyində yolun kənarında Namiqlə görüşdüyünü, Namiqin Əflatun və Etibarın izahatlarını göstərib ona “onlardan izahat almışam ki, burada sənlik iş yoxdur, onlar kartları sənə verməyib, Sədiyara verib” dediyini, sonradan Namiq həmin izahatları yoxa çıxartdığını, həmin izahatları daha sonra görmədiyini,Namiqlə söhbətindən sonra hərənin öz maşınında Qəbələ rayon prokurorluğuna getdiyini, Qəbələ rayon prokurorluğunun inzibati binasının qarşısında Namiqlə görüşüb içəri daxil olduğunu, dəhlizdə Namiqə məktubun içərisində 500 manat pul verdiyini, pulu verdikdən sonra çölə çıxdığını, prokurorluğun inzibati binasının yaxınlığında dayanıb Namiqi gözlədiyini, təqribən 10 dəqiqə sonra Namiqin də prokurorluqdan çıxıb hər şeyin qaydasında olacağını dediyini, bir az sonra Şəki rayon prokurorluğuna getdiklərini, Namiqin Şəki rayon prokurorluğuna daxil olub təqribən 5 dəqiqə sonra çölə çıxıb əleyhinə olan izahatların geri götürülməsinə görə prokurorluqdan 800 manat pul tələb edildiyini bildirdiyini, Namiqə imkanı olmadığını, üzərində yalnız 500 manat pul olduğunu bildirdiyini, bundan sonra Namiq guya kiminləsə danışaraq qiymətin endirilməsini xahiş etdiyini, danışıqdan sonra Namiq ona yekun olaraq 600 manat pul tələb edildiyini bildirdiyini, daha sonra Namiq öz maşınının ön sərnişin hissəsində oturan Mənsurdan 100 manat borc alıb guya ondan aldığı 500 manatın üzərinə qoyub Şəki rayon prokurorluğuna verəcəyini bildirib prokurorluğun inzibati binasına daxil olduğunu, təqribən 5 dəqiqə sonra əlində iki-üç vərəq izahatla çölə çıxdığını, “Kapital bank”ın Şəki filialından təqribən 30-40 metr aralıda izahatlardan ikisini yanında cırdığını, digərini isə cırmaq istəyərkən Namiqin əlindən alıb özünün cıracağını bildirdiyini və digər cırılmış izahatın kağız parçalarını da Namiqdən istədiyini, Namiq cırılmış ərizələri də atmağı üçün ona verdiyini, həmin vaxt Namiqdən Baş İdarənin məktubunu hansı səbəbdən prokurorluqdan götürmədiyini soruşduğunu, Namiq isə həmin məktubu sonrakı günlərdə “xxxx” MMC-nin Şəki filialının müdiri və ya Baş İdarənin hüquqşünası tərəfindən götürülərək Qəbələ rayon prokurorluğuna göndəriləcəyini, orada isə özünün bu məsələni həll edəcəyini bildirdiyini, 24-25 yanvar 2017-ci il tarixlərdə Namiq yenidən zəng edib ona 31 yanvar-01 fevral 2017ci il tarixlərdə Şəki şəhərinə gələcəyini, sənədlərin Qəbələ rayon prokurorluğunda olmasını, Qəbələ rayon prokurorluğunda kiminsə söz verdiyini deyib işin tam həll olunması üçün pul hazırlamağını dediyini, 01 fevral 2017- ci il tarixdə, axşam saatlarında Namiqlə yenidən Şəki şəhərində “İSSAM" adlanan otelin restoranında görüşdüyünü, həmin vaxt Namiqinona “xxxx" MMC-nin İdarə Heyətinin guya Qəbələ rayon prokurorluğuna göndərdiyi məktubunun bağlanması üçün daha 1500 manat pul verməli olduğunu dediyini, ona bunun mümkün olmadığını deyib, 1200 manat verə biləcəyini bildirdiyini, növbəti gün, yəni 02.02.2017-ci il tarixdə saat 09:15 radələrində MMC-nin Şəki filialındakı xidməti otağında Namiqə 1200 manat verdiyini, həmin vaxt otaqda başqa heç kəsinolmadığını, aralarındakı danışıq zamanı Namiqinona 1200 manatın üzərinə özünün də 300 manat qoyub Qəbələ rayon prokurorluğuna verəcəyini, qalan 300 manatı da 2017ci ilin fevral ayının sonlarınadək qaytarmağını bildirdiyini, onun da Namiqlə razılaşdığını, Namiq pulu aldıqdan bir müddət sonra ona məsələni həll etdiyini bildirdiyini, həmin ayın axırlarında Namiqə tez-tez Şəki şəhərinə ezamiyyəyə gəldiyi üçün 100 manat olmaqla 200 manat pulu şəxsən verdiyini, 2017-ci ilin mart ayının əvvələrində isə MMC-nin Şəki filialının müdiri Şahid5 onu yanına çağırıb “Namiqə pul lazımdır, Namiqin özü deyib ki, ona olan borcundan 100 manatı mənə verəsən” dediyini, onunda Namiqə çatdırmaq üçün Nailə 100 manat pul verdiyini, Nail bu barədə ondan soruşsa da heç nə demədiyini, sadəcə olaraq Namiqə borcu olmasını bildirdiyini, Namiqin MMC-nin İdarə Heyətinin üzvləri arasında yüksək nüfuza malik olmasını nəzərə alıb asanlıqla rəhbərlik qarşısında barəsində mənfi rəy formalaşdıra biləcəyini düşündüyü, işdən çıxarılacağından qorxduğu üçün bu barədə yalnız Təqsirləndirilən şəxs vəzifədən kənarlaşdırıldıqdan sonra rəhbərliyə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə ilə müraciət etdiyini,Namiqinonu aldadaraq prokurorluqdakı işlərini həll edəcəyini bildirdiyini, sonradan da “xxxx” MMC-nin İdarə Heyətinin rəhbərliyinin barəsində şikayət etmədiyini öyrəndiyini, Namiqinqorxudaraq prokurorluğa vermək adı ilə ondan pul aldığını, işdən çıxarılacağından qorxduğu üçün məsələnin bağlamasına görə Namiqə pul verdiyini göstərmişdir.O, ifadəsində həmçinin Şahid2 tanıdığını, SədiyarınCəmiyyətin Şəki filialında problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işlədiyini, müqavilə müddəti bitdiyi üçün işdən çıxdığını, Sədiyarı işə Namiqinqəbul etdirdiyini, filial müdiri işlədiyi dövrdə Sədiyarınondan kredit götürdüyünü, sonradan Sədiyarın qohumlarınında kredit götürdüyünü, lakin kreditin Sədiyara çatdığını, Sədiyara məxsus torpaq sahələrinin Təqsirləndirilən şəxs satılması proseslərində iştirak etmədiyini vəbu barədə heç bir məlumatının olmadığını,Şahid3Şahid2 vasitəsi ilə arvadı Nailə və qardaşı Habilin adına kredit götürməsi xüsusatı ilə bağlı ona Şəki filialının müdiri işlədiyi zaman sənədlərin hazırlanıb gətirildiyini, onunda müştərinin və zəmanətçisinin iştirakı ilə müqaviləni imzalamasının məlum olduğunu, həmin vaxt Əflatunun arvadı Nailə və qardaşı Habilin adına kredit götürməsini bilmədiyini, müqaviləni imzalayan müştərilərin kredit götürməsini zənn etdiyini,Şahid4 Şahid2 vasitəsi ilə özünün və tanışı Taleh adlı şəxsin adına kredit götürməsi xüsusatı ilə bağlı müştərinin və zəmanətçisinin iştirakı ilə filial müdiri kimi müqaviləni imzaladığını, həmin vaxt Etibarın qohumu Talehin adına kredit götürməsini bilmədiyini, müqaviləni imzalayan müştərilərinkredit götürməsini zənn etdiyini, lakin kredit ödənişləri gecikdirilən zaman Taleh Həsənovunkrediti alıb qohumu Etibara verdiyini öyrəndiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs arasında ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq edib Qəbələ və Şəki rayon prokurorluğunda guya barəsində araşdırılan materialın onun xeyrinə həll edilməsi və rayon prokurorluqlarına verəcəyi adı ilə Təqsirləndirilən şəxs ondan 1000 ABŞ dolları və 2500 manat məbləğində pul aldığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində 2016cı ilin noyabr ayından BOKT “xxxx” MMC-nin Şəki filialının müdiri vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxsCəmiyyətin problemli kreditlər departamentinin rəhbəri vəzifəsində işlədiyini, onunla düşmənçiliyi və ya ədavətininolmadığını, Namiqinişi ilə bağlı tez-tez Şəki filialına gəldiyini, problemli kreditlərin ödənilməsini təşkil etməyinonun vəzifəsi olduğunu,Şahid4 və Şahid3 müştəri kimi tanıdığını, həmin şəxslərinfilial müdiri işləməmişdən əvvəl Şəki filialından kredit götürdüklərini, uzun müddət kreditlərini ödəmədiklərini, onlarla görüşüb kreditin ödənilməsini tələb etdikdə həmin şəxslərinmaaş kartlarını Sədiyar adlı şəxsə verdiklərini, krediti Sədiyarın ödəyəcəyini bildirdiklərini,sonradan SədiyarınEtibar Musayev və Əflatunla razılığa gəlib onların adından filiala ödəniş etdiyini, Etibar və Əflatununkredit götürdüyü zaman Sədiyarın həmin şəxslərdən pul alması barədə heç bir məlumatınınolmadığını, Sədiyarın həmin şəxslərin pullarını tam olaraq filiala ödədiyini göstərmişdir. O, həmçinin ifadəsindəNamiq işdən çıxarıldıqdan sonra, yəni 2017-ci ilin yay aylarında Vəkil prokurorluq adı ilə Təqsirləndirilən şəxs ondan 4300 manat pul almasını bildirsə də,Namiqlə Vəkilin arasında olan söhbətlərdə iştirak etmədiyini,Namiq işdən çıxdıqdan sonra Vəkil Namiqin ondan pul almasını təsdiqləyən Etibar və Əflatunun adından yazılmış, eləcə də, birləşdirilmiş formada olan ərizələri də ona təqdim etdiyini, onun həmin ərizələri Cəmiyyətin baş ofisinə göndərdiyini, hətta həmin ərəfədə Sədiyarında Təqsirləndirilən şəxs prokurorluq adı ilə ondan 500 manat pul aldığını bildirdiyini, bundan başqa, 2017-ci ilin əvvəllərində Namiq Balakən şəhərində olarkən zəng edib ondan 250 manat borca pul istədiyini, onunda üstündə sadəcə 150 manat pul olduğunu, Namiqin isə ona “Vəkildə 100 manat alacağım var, elə 100 manatı Vəkildən istə versin” dediyini, onun da Vəkili yanına çağırıb ondan Namiqə 100 manat verəcəyinin olubolmamasını soruşduğunu, Vəkilində Namiqə “verəcəyi”nin olduğunu bildirib 100 manatı çıxarıb ona verdiyini, həmin günü axşam Namiq gəlib 250 manat pulu ondan götürüb getdiyini, bir həftə sonra da 150 manat pulunu qaytarıb geri verdiyini, pulu Vəkildən alan zaman ondan nəyə görə Namiqə 100 manat verəcəyinin olduğunu soruşduğunu, Vəkilində həmin pulu Namiqdən borc aldığınıbildirdiyini, lakin Namiq işdən çıxdıqdan sonra Vəkilinhəmin 100 manat pulu da prokurorluq adı ilə Namiqin ondan aldığını dediyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2013cü il tarixdən BOKT “xxxx” MMC-nin Şəki filialına taksi sürücüsü kimi müştəri aparıbgətirərək həmin filial ilə əməkdaşlıq etdiyini, 2016-cı ilin mart ayından MMC-nin Problemli Kreditlər üzrə departamentinin mütəxəssisi vəzifəsində işlədiyini, 2017-ci ilin fevral ayında isə işdən çıxdığını, 2015-ci ilin yanvar ayından avqust ayına kimi səhhətində problemlər yarandığından pul lazım olduğu üçün BOKT “xxxx” MMC-nin Şəki filialında kredit müqaviləsi bağlamaqla 13.01.2015-ci il tarixdə oğlu Sərxan Musayevin adına 3850 dollar, 10.06.2015-ci il tarixdə qardaşı Bəxtiyar Musayevin adına 4000 dollar, 28.08.2015-ci il tarixdə isə öz adına 4900 manat kredit götürdüyünü, götürülmüş kreditlərin qardaşı Bəxtiyar və oğlu Sərxanın adına olduğunu, belə ki, Bəxtiyar və Sərxanın kredit sənədlərinə özləri imza etsə də, sonradan pulu ona verdiklərini, hər üç krediti ayda vaxtı-vaxtında ödədiyini, lakin 2015-ci ilin dekabr ayında dolların məzənnəsi qalxdıqdan sonra maddi vəziyyəti çətinləşdiyindən həmin kreditləri ödəyə bilmədiyini, Təqsirləndirilən şəxs tanıdığını, belə ki, Namiqin BOKT “xxxx” MMC-də Problemli Kreditlər üzrə departament müdiri vəzifəsində işlədiyini, götürdüyü kredit borclarını dolların məzənnəsi qalxdığından ödəyə bilmədiyinə görə faizi ilə birlikdə ümumilikdə təxminən 1416 min manata kimi borcu yarandığını, Təqsirləndirilən şəxstez-tez ondan borclarını ödəyib qurtarmasını tələb etdiyini, 2017-ci ilin yanvar ayında Namiqə birdəfəlik həmin borcu ödəməyə imkanı olmadığını, Mirzəbəyli kəndində olan torpağı satıb borcunu bağlaya biləcəyini dediyini, Namiqlə əvvəlcə torpaq sahələrinin şirkətin adına rəsmiləşdirilməsini, torpaq sahələrinin dəyərinə uyğun olaraq borcunun silinməsi barədə razılaşdığını, sonra 2017-ci ilin yanvar ayında Namiqlə birlikdə Qəbələ rayonunda “Asan Xidmət”əgetdiyini, lakin Namiqinona torpağın şirkətin adına rəsmiləşdirilməsinin mümkün olmadığını bildirdiyini, ertəsigün yenə Namiqlə Qəbələ rayonunda “Asan Xidmət”əgetdiyini, orada Namiq torpağı özünün adına rəsmiləşdiriləcəyini və ona həmin torpağın dəyəri miqdarında pul verəcəyini bildirdiyi üçün 0.17 ha və 0.10 ha olmaqla iki həyətyanı torpaq sahəsini Təqsirləndirilən şəxs satdığını, bunun müqabilində müvafiq olaraq 15000 manat və 7000 manat olmaqla cəmi 22000 manat bank vasitəsi ilə ondan pul aldığını, həmin gün BOKT “xxxx” MMC-nin Şəki filialına gedərək qardaşının və özünün adına olan kredit borclarını tam ödədiyini, 2013-cü ildən etibarən rayonlardan BOKT “xxxx” MMC-nin Şəki filialına müştərilər aparıb-gətirdiyi üçün orada olan sakinlərinonu tanıdığını, bu səbəbdən 2015-ci lin yanvar-fevral aylarında məcburi köçkün kimi Qəbələ rayonunda məskunlaşmış Şahid3 ona kredit ayrılmasına köməklik etməyini xahiş etdiyini, o da həmin vaxt filialın müdiri Şahid1 bu barədə bildirdiyi üçün sonuncu kreditin verilməsinə razılıq verdiyini, ancaq Vəkil ona həmin şəxsin adına olan sosial, çörək pulu və uşaq pulu kartlarını özündə saxlayıb hər ay pulu oradan çıxardıb ödəməsini tapşırdığını, eyni qayda ilə məcburi köçkün olan Şahid4 də ondan kredit ayrılmasına köməklik göstərilməsini xahiş etdiyini və ona da kredit ayrıldığını, həm Etibarın, həm də Əflatunun Şəki şəhərinə hər ay krediti ödəməyə getmələri üçün müəyyən xərc lazım olduğundan xərclərinin çıxmaması üçün pul kartlarını hər ay kartdan çıxarıb ödəməsi üçün ona verdiklərini, lakin onların kartları özündə olduğu müddətdə cəmi iki-üç ay kartdan çıxardığı pulları kreditə görə ödədiyini, sonradan unutduğu üçün onların kartlarından çıxartdığı pulları ödəmədiyini, Təqsirləndirilən şəxs 22000 manata satdığı torpaq sahələrinin pullarındanəvvəlcə Cəmiyyətə olan borcunu, eyni zamanda Şahid3 və Şahid4 kartlarından çıxardığı və xərclədiyi pullara görə həmin şəxslərin kredit borclarını ödədiyini, Əflatun və Etibarın pullarını ödəməmişdən əvvəl Namiqin onlardan ərizə aldığını, torpağı satdıqdan və borclarını bağladıqdan sonra, yəni 2017-ci ilin fevral ayında Namiqin ona “Əflatun və Etibardan aldığım ərizələri Qəbələ rayon prokurorluğuna vermişəm” dediyini, ona görə də Təqsirləndirilən şəxs Etibar və Əflatunun Qəbələ rayon prokurorluğuna etdikləri şikayət ilə əlaqədar ona köməklik etməsi üçün 2017-ci ilin fevral ayında Yevlax rayonu Xaldan dairəsi adlanan yerdə 500 manat pul tələb edərək aldığını, o da qorxduğu və barəsində olan şikayətin bağlanması üçün həmin pulu Namiqə verdiyini, Şəki rayon prokurorluğuna ünvanlanmış Əflatun və Etibarın kredit borclarını ödəyə bilmədiyi zaman adından yazılmış 18.01.2017-ci il tarixli izahatı Namiqin göstərişi əsasında yazdığını, o da həmin izahatı yazıb Namiqə verdiyini, Namiq ona izahatı yazdırarkən Şəki rayon prokurorluğuna ünvanlamağını bildirdiyini, lakin sonradan NamiqinQəbələ rayon prokurorluğuna vermək adı ilə ondan 500 manat pul aldığını, qorxduğu üçün Namiqə 500 manat pul verdiyini, Namiqin sonradan həmin izahatı prokurorluğa təqdim edib-etməməsini bilmədiyini,Təqsirləndirilən şəxs adından yazılmış izahatı Cəmiyyətin Şəki filialının əməkdaşı Şahid1 göstərib Şəki rayon prokurorluğunda araşdırma aparılması adı ilə ondan pul almasını görmədiyini, lakin sonradan Namiqin Vəkildən də pul almasını eşitdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2015ci yanvar ayında ona pul lazım olduğu üçün yaxın ətrafından Qəbələ şəhər sakini Şahid2 adlı şəxsin BOKT “xxxx” MMC-də işlədiyini, bir çox şəxslərin kredit almalarına köməklik etməsini eşitdiyini, ona görə də Sədiyarla görüşüb ona 5000 manata kimi kredit lazım olduğunu bildirdiyini, Sədiyarın da ona bir adamın adına birdəfəlik 5000 manat verilmir, sənin adına bir qism, yaxın bir qohumunun da adına bir qism təşkil edə bilərik dediyini, Sədiyarın ondan adına hər hansı bir pul kartının olub-olmadığını soruşduqda ona adına ünvanlı sosial yardım kartı, çörək pulu kartı olduğunu bildirdiyini, Sədiyar da ona həmin kartların özündə qalacağını, hər ay pulları kartdan çıxarıb adından ödənişləri edəcəyini bildirdiyini, onun da Sədiyarla razılaşdığını, bundan sonra, Sədiyar ona “ancaq krediti götürəndə hər 1000 manata 100 manat bankdan pul tutulacaq, sən pulu mənə verəcəksən, mən də banka verəcəm” dediyini, o bu məsələ ilə bağlı da Sədiyarla razılaşdığını, həmin ilin yanvar ayında arvadı X2 ilə BOKT “xxxx” MMC-nin Şəki filialına gedərək Naibənin adına 3800 ABŞ dolları kredit götürdüyünü, 200 manat Sədiyara pul verdiyini, bir neçə gün sonra yenə də eyni qayda ilə Sədiyar və qardaşı Habil ilə Şəki filialına gedərək qardaşının adına 1500 ABŞ dolları pul götürdüyünü, həmin puldan da 100 manatı Sədiyara verdiyini, cəmi 5300 dollar pulu arvadı Naibə və qardaşı Habilin adına anasını müalicə etdirmək üçün götürdüyünü, bütün kredit sənədlərinə Naibə və Habilin özünün imza etdiyini, təxminən bir ilə yaxın kreditlərin ödənişi ilə maraqlanmadığını, Sədiyarın kartlardan pulu çıxarıb ödəməyini zənn etdiyini, bir il sonra topladığı bir qədər pulla Şəki filialına gedib kreditini tam bağlamaq istədiyi zaman orada Habilin adından bir ay, arvadı Naibənin adından isə 5 aylıq kredit ödənilməsini, qalan ayların pullarının isə ödənilməməsini öyrəndiyini, bu barədə Sədiyardan soruşduqda ona kartları itirdiyini bildirib müxtəlif bəhanələr gətirdiyini, sonra Sədiyardan pulları ödəməsini tələb etdiyini, Sədiyar isə ona vaxt istədiyini, 2017-ci ilin yanvar ayında problemli kreditlər şöbəsinin müdiri Namiq adlı şəxsin yaşadığı evə gəlib nəyə görə krediti ödəmədiyini soruşduğunu, onun da pul kartlarını Sədiyara verdiyini bildirdiyini, sonra Namiqin Sədiyarı da özü ilə yanına gətirdiyini, Sədiyar da karta uyğun olaraq ödənilməyən pulları ödəyəcəyini bildirdiyini, bu hadisə ilə bağlı iki dəfə Etibarla birlikdə ərizə yazdığını, birini Aynur xanımın adına, birini isə Şəki rayon prokurorluğuna ünvanladığını, ərizələri onlara Namiqin yazdırıb bu işlə özünün məşğul olacağını bildirdiyini, bir müddət sonra isə Sədiyarın onu və Etibarı Cəmiyyətin Şəki filialına çağırdığını və kartlardan çıxardığı pulların hamısını filialda kassaya ödəyərək qəbzləri ona verdiyini, onun da qəbzlərə Sədiyarda alacağının qalmadığını yazdığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2014cü ilin oktyabr ayında şəxsi problemlərinə görə ona pul lazım olduğu üçün Qəbələ şəhər sakini BOKT “xxxx” MMC-də işləyən Sədiyarla görüşüb ona 5000 manata kimi kredit lazım olduğunu bildirdiyini, Sədiyarın da ona “bir adamın adına birdəfəlik 5000 manat kredit verilmir, sənin adına 2500 manat, yaxın bir qohumunun da adına 2500 manat təşkil edə bilərik” dediyini, Sədiyar adına hər hansı bir pul kartının olub-olmadığını soruşduqda ona adına ünvanlı sosial yardım, uşaq pulu və çörək pulu kartları olduğunu bildirdiyini, Sədiyarın ona həmin kartların özündə qalacağını, hər ay pulları kartdan çıxarıb adından ödənişləri edəcəyini bildirdiyini, Sədiyarın ona “ancaq krediti götürəndə hər 1000 manata 100 manat bankdan pul tutulacaq, sən pulu mənə verəcəksən, mən də banka verəcəm” dediyini, o bu məsələ ilə bağlı da Sədiyarla razılaşdığını, həmin ilin oktyabr ayında qohumu Taleh və Sədiyarla birlikdə BOKT “xxxx” MMC-nin Şəki filialına gedərək Talehin adına 2500 manat kredit götürüb 200 manat Sədiyara verdiyini, bir neçə gün sonra yenə də eyni qayda ilə Sədiyarla birlikdə Şəki filialına gedərək öz adına da 2500 manat pul götürüb həmin puldan da 200 manatı Sədiyara verdiyini, 3-4 ay sonra Vəkilin Sədiyarla birlikdə yaşadığı evə gələrək Sədiyara verdiyi çörək pulu kartının kodunun itdiyini və buna görə adına gecikmə olmasın deyə 300 manat verməyini bildirdiyini, o da 300 manat pulu Sədiyarın yanında Vəkilə verdiyini, lakin Vəkilə pulu verdiyi tarixdə Talehin və özünün adından kassaya 374 manat pulun ödənildiyini, təxminən 7-8 ay kreditlərinin ödənişi ilə maraqlanmadığını, sonra Şəki filialına gedib kreditini tam bağlamaq istədiyi zaman orada Talehin adından 4-5 ay, öz adından isə 3 aylıq kredit borcunun ödənilməsini, qalan ayların pullarının isə ödənilməməsini öyrəndiyini, Sədiyarın ona kartlarının itirdiyini bildirib müxtəlif bəhanələr gətirdiyini, Sədiyardan pulları ödəməsini tələb etdikdə ona pullarını ödəyəcəyini dediyini, bu səbəbdən Sədiyardan pul kartlarının hamısını aldığını, 2017-ci ilin yanvar ayında problemli kreditlər şöbəsinin müdiri Namiq adlı şəxsinonun yaşadığı evə gəlib nəyə görə krediti ödəmədiyini soruşduqda pul kartlarını ödəməsi üçün Sədiyara verdiyini bildirdiyini, sonra Namiq Sədiyarı da özü ilə gətirdiyini, Sədiyar da pulları ödəyəcəyini bildirdiyini, bu hadisə ilə bağlı iki dəfə Əflatunla birlikdə ərizə yazdığını, ərizənin birini Aynur xanımın adına, birini isə Şəki rayon prokurorluğuna ünvanladığını, ərizələri onlara Namiqin yazdırıb bu işlə özünün məşğul olacağını bildirdiyini, bir müddət sonra isə Sədiyarın onu və Əflatunu Cəmiyyətin Şəki filialına çağırdığını və kartlardan çıxardığı pulların hamısını filialda kassaya ödəyərək qəbzləri ona verdiyini, onun da qəbzlərə Sədiyarda alacağının qalmadığını yazdığını, təşkilatdan pul götürən zaman Sədiyara vermiş olduğu 400 manat pulu da sonuncu qaytarıb ona verdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ilə Təqsirləndirilən şəxs arasında ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq edib Cəmiyyətin Şəki filialından götürmüş olduğu kreditlərin ödənilməməsi ilə bağlı Təqsirləndirilən şəxs ona Şəki rayon prokurorluğu və Cəmiyyətin rəhbərliyinin ünvanına ərizə yazdırıb aldığını, bu işlə özünün məşğul olacağını bildirdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində 2004cü ilin fevral ayından hal-hazıra kimi BOKT “xxxx” MMC-də müxtəlif vəzifələrdə, 2015-ci ilin aprel ayından hal-hazıra kimi isə həmin Cəmiyyətdə idarə heyətinin sədri vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs 2015-ci il oktyabr ayından Cəmiyyətdə problemli kreditlər şöbəsində mütəxəssis, 2016-cı ilin fevral ayından isə həmin Departamentin rəhbəri vəzifəsində işlədiyini, 2017-ci ilin yay aylarında Təqsirləndirilən şəxs işinə laqeyd yanaşması barədə Cəmiyyətə məlumatlar daxil olduğundan onun üzərində nəzarəti gücləndirdiyini, 2017-ci ilin iyul ayında Namiqin məzuniyyətdə olduğu müddətdə şirkətə məxsus istifadəsində olan «Toyoto Corolla» markalı avtomobillə inzibati ərazidən icazəsiz uzaqlaşdığı üçün avtomobili şirkətə təhvil verməsini bildirdiyini və təhvil-təslim aktı ilə avtomobilin ondan geri götürüldüyünü, 26.07.2017-ci il tarixdə isə Namiqi müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırdığını, rəhbərlik etdiyi Departament yoxladıqdan sonra fəaliyyətində qüsurlara yol verdiyi üçün 15 avqust 2017-ci il tarixdə vəzifəsindən azad edildiyini, Namiq işindən kənarlaşdırıldıqdan sonra Cəmiyyətin Şəki filialının əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs barəsində şikayətinin daxil olduğunu, bununla bağlı Cəmiyyətdə iclas keçirildiyini və toplanmış materialı adiyyəti üzrə araşdırılması üçün hüquq mühafizə orqanına göndərdiyini, işdən çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs müxtəlif yerlərə onun barəsində böhtan xarakterli şikayətlər etməyə başladığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 ifadəsində 2006cı il tarixdən BOKT “xxxx” MMC-də müxtəlif vəzifələrdə, 01.05.2008-ci il tarixdən halhazıra kimi Cəmiyyətin daxili departamentinin müdiri vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs 2015-ci il oktyabr ayından problemli kreditlər şöbəsində mütəxəssis, 2016-cı ilin fevral ayından isə həmin departamentin rəhbəri vəzifəsində işlədiyini, 15 avqust 2017-ci il tarixdə isə vəzifəsindən azad edildiyini, Namiqin işindən kənarlaşdırıldıqdan sonra Cəmiyyətin Şəki filialının əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs barəsində Cəmiyyətə şikayətinin daxil olduğunu, bununla bağlı cəmiyyətdə iclas keçirildiyini, daxili əmrlə audit yoxlanılması keçirilməsinin qərarlaşdırıldığını, tərəfindən yoxlama keçirildiyini və yoxlama keçirildikdən sonra 30.07.2017-ci il tarixdə audit hesabatını tərtib etdiyini, toplanmış materialın aidiyyəti üzrə araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərildiyini, Sədiyarın torpağını borcunun əvəzinə Cəmiyyətə verməsindən məlumatının olmadığnı, lakin Sədiyarın ərizə yazaraq Namiqin onu aldadıb pulunu almasını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, 2016-cı ilin ortalarından 2017-ci ilin axırlarına kimi BOKT “xxxx” MMC-nin Şəki filialında hüquqşünas vəzifəsində işlədiyini, 2017-ci ilin dekabr ayında isə rəsmi qaydada işdən azad olunduğunu, Cəmiyyətin Problemli Kreditlər Departamentinin rəhbəri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 tanıdığını, onlarla münasibətinin normal olduğunu, 2016-cı ilin qış aylarında Təqsirləndirilən şəxs Şəki şəhərinə gələrək onu Şəki rayon prokurorluğuna aparmağını xahiş etdiyini, həmin vaxt Şəki rayon prokurorluğunda adını unutduğu Cəmiyyətin Şəki filialında qızıl girovu ilə krediti olmuş zərgərin cinayət işinin araşdırıldığını, bununla bağlı Namiqlə birlikdə Şəki rayon prokurorunun qəbulunda olduğunu, Şəki rayon prokurorluğunda olan zaman heç kimin onlardan pul tələb edib almadığını, həmin vaxt Namiqlə birlikdə Şəki rayon prokurorluğundan çıxanda Şahid1 prokurorluğun inzibati binasının yanında gördüyünü, Vəkillə Namiq orada söhbət etsə də, onların söhbətində iştirak etmədiyini, həmin vaxt Vəkilin Namiqə pul verməsini görmədiyini, bundan başqa, 2017-ci ilin əvvəllərində Namiq və Vəkillə Qəbələ rayonuna problemli kreditləri olan müştərilərlə görüşə getdiyini, Qəbələ şəhərindən Sədiyarı da götürdüklərini, sonra Namiqin Qəbələ şəhərində bir neçə müştərilərlə görüşdüyünü, onlardan hansı səbəbə görə pulu ödəməmələri barədə ərizə də aldığını, lakin kənarda dayanıb Namiqin işinə qarışmadığını, Namiq müştərilərlə danışdıqdan sonra onlara “gedək Qəbələ rayon prokurorluğuna, işim var” dediyini, yol üstü Namiqin Qəbələ rayon prokurorluğuna girdiyini, özünün isə Sədiyar və Vəkillə Namiqi bayırda gözlədiyini, 5-10 dəqiqə sonra Namiqin prokurorluğun inzibati binasından çıxdıqdan sonra oradan çıxıb getdiklərini, həmin vaxt Namiqin prokurorluğa nəyə görə getməsini bilmədiyini, Təqsirləndirilən şəxs müştərilərin adından yazılmış ərizələri Cəmiyyətin Şəki filialının əməkdaşı Şahid1 və Şahid2 göstərib prokurorluqda araşdırma aprılması adı ilə onlardan pul alması barədə heç bir məlumatınınolmadığını, Namiqin həmin şəxslərlə aralarında pul söhbətinin olmasını, onların Namiqə pul verməsini eşitmədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş 25.08.2015-ci il tarixli 9054/7 №-li kredit müqaviləsinin surətindən görünür ki, Şahid2 25.08.2015-ci il tarixdə BOKT “xxxx” MMC-nin Şəki filialından 4900 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 28.07.2017-ci il tarixli 1066 №-li arayışın surətindən görünür ki, Şahid2 25.08.2015-ci il tarixdə BOKT “xxxx” MMC-nin Şəki filialından 4900 manat məbləğində kredit götürmüş, həmin krediti güzəştli şərtlərlə 16.02.2017-ci il tarixdə tam ödəmişdir. İş materiallarına əlavə edilmiş 13.01.2015-ci il tarixli 10005/5 №-li kredit müqaviləsinin surətindən görünür ki, X9 13.01.2015-ci il tarixdə BOKT “xxxx” MMC-nin Şəki filialından 3850 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 28.07.2017-ci il tarixli 1065 №-li arayışın surətindən görünür ki, X9 13.01.2015-ci il tarixdə BOKT “xxxx” MMC-nin Şəki filialından 3850 ABŞ dolları məbləğində kredit götürmüş, həmin krediti güzəştli şərtlərlə 16.02.2017-ci il tarixdə tam ödəmişdir. İş materiallarına əlavə edilmiş 10.06.2015-ci il tarixli 9059/6 №-li kredit müqaviləsinin surətindən görünür ki, X7 10.06.2015-ci il tarixdə BOKT “xxxx” MMC-nin Şəki filialından 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 28.07.2017-ci il tarixli 1067 №-li arayışın surətindən görünür ki, X7 10.06.2015-ci il tarixdə BOKT “xxxx” MMC-nin Şəki filialından 4000 ABŞ dolları məbləğində kredit götürmüş, həmin krediti güzəştli şərtlərlə 16.02.2017-ci il tarixdə tam ödəmişdir. İş materiallarına əlavə edilmiş 16.01.2015-ci il tarixli 16354 №-li kredit müqaviləsinin və həmin tarixli ********** №-li məxaric orderinin surətindən görünür ki, X2 16.01.2015-ci il tarixdə BOKT “xxxx” MMC-nin Şəki filialından 3800 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 05.02.2015-ci il tarixli 17543 №-li kredit müqaviləsinin və həmin tarixli ********** №-li məxaric orderinin surətindən görünür ki, X1 05.02.2015-ci il tarixdə BOKT “xxxx” MMC-nin Şəki filialından 1550 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 27.10.2014-cü il tarixli 16125/2 №-li kredit müqaviləsinin və həmin tarixli ********** №-li məxaric orderinin surətindən görünür ki, Şahid4 27.10.2014-cü il tarixdə BOKT “xxxx” MMC-nin Şəki filialından 2500 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 22.10.2014-cü il tarixli 16116/2 №-li kredit müqaviləsinin və həmin tarixli ********** №-li məxaric orderinin surətindən görünür ki, X11 22.10.2014-cü il tarixdə BOKT “xxxx” MMC-nin Şəki filialından 2500 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 18.01.2017-ci il tarixli Şahid3 adından Şəki rayon prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, sonuncu BOKT “xxxx” MMC-nin Şəki filialından götürmüş olduğu kreditlərin ödənilməməsi ilə bağlı olaraq həmin tarixli şikayət ərizəsi ilə rayon prokurorluğuna müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 18.01.2017-ci il tarixli Şahid4 adından Şəki rayon prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, sonuncu BOKT “xxxx” MMC-nin Şəki filialından götürmüş olduğu kreditlərin ödənilməməsi ilə bağlı olaraq həmin tarixli şikayət ərizəsi ilə rayon prokurorluğuna müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 18.01.2017-ci il tarixli Şahid2 adından Şəki rayon prokurorluğuna ünvanlanmış izahatın surətindən görünür ki, sonuncu Şahid3 və Şahid4 BOKT “xxxx” MMC-nin Şəki filialından götürmüş olduğu kreditlərin ödənilməməsi ilə bağlı olaraq həmin tarixdə rayon prokurorluğuna izahat yazmışdır. İş materiallarına əlavə edilmiş 08.11.2017-ci il tarixi 194-xid-17 №-li cavab məktubundan görünür ki, Şahid3, Şahid4, Şahid1 və Şahid2 müraciətləri üzrə, yaxud onların barəsində Qəbələ rayon prokurorluğunda və rayon polis şöbəsində araşdırma aparılmamışdır. İş materiallarına əlavə edilmiş 10.04.2018-ci il tarixli 79-xid-18 №-li cavab məktubundan görünür ki, Şahid3, Şahid4, Şahid1 və Şahid2 müraciətləri üzrə, yaxud onların barəsində Şəki rayon prokurorluğunda və rayon polis şöbəsində araşdırma aparılmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 04 may 2018-ci il tarixli, 10693 №-li rəyində göstərilmişdir ki, Şəki rayon prokurorluğuna Şahid3 adından yazılmış olan 18 yanvar 2017-ci il tarixli ərizədəki yazılar, ərizənin aşağı tərəfindəki imza və arxa tərəfində «Allahverdiyev Əflatu» yazısı qarşısındakı imza Şahid3 tərəfindən icra edilmişdir. Təqdim edilmiş Şəki rayon prokurorluğuna Şahid4 adından yazılmış olan 18 yanvar 2017ci il tarixli ərizədəki yazılar, ərizənin aşağı tərəfindəki imza və arxa tərəfində «Şahid4» yazısı qarşısındakı imza Şahid4 tərəfindən icra edilmişdir. Təqdiim edilmiş Şəki rayon prokurorluğuna Şahid2 adından yazılmış olan 18 yanvar 2017-ci il tarixli izahatın kserosurətində əks olunmuş yazılar, ərizənin 1-ci vərəqəsinin aşağı tərəfində əks olunmuş imza və 2-ci vərəqəsində «Musayev S» yazısı qarşısındakı imza Şahid2 tərəfindən icra edilmişdir. İş materiallarına əlavə edilmiş 26.01.2016-cı il tarixli 59 №-li əmrin surətindən görünür ki, 26.01.2016-cı il tarixdə Təqsirləndirilən şəxs BOKT “xxxx” MMC-nin Problemli Kreditlər departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 15.08.2017-ci il tarixli 498 №-li əmrin surətindən görünür ki, BOKT “xxxx” MMC-nin Problemli Kreditlər departamentinin müdiri Təqsirləndirilən şəxs 15.08.2017-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İH Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 9 saylı sahə rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 08 may 2018-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08.05.2018-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 18.03.1996-cı il tarixdən (Əmr №7) 03.07.2015-ci il tarixədək (Əmr №13) Daxili İşlər Nazirliyinin daxili işlər orqanlarında xidmət etməklə imtiyazlı hesablama ilə 21 il 10 ay 29 gün hesab ilə tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİİ-nin şöbəsi tərəfindən verilmiş 030760 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Tapdıq oğluna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Şahid1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 4300 manat ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Şahid2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 600 manat ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləlilklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Şahid1 оğlu, Şahid2, Şahid3 оğlu, Şahid6, Şahid5, Şahid4, Şahid7 və Şahid8 ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə digər şəxsləri təkrarən təhrik etmə cinayət əməlini törətmişdir. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin bu işlərdə niyyəti CM-in 178.1-ci maddəsində nəzərdə tutulan kimi, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi daşımışdır. Başqa sözlə, təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmamış, əksinə onun özgə əmlakının talanmasına yönəlmiş niyyəti həmin əmlakı əldə edənədək artıq onda yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4,312-ci maddələri) kimi qiymətləndirilir (Həmin qərarın 26-cı bəndi). Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında törətdiyi əməllərini etiraf edib ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilib peşmançılığını bildirdiyi üçün məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırmağa lüzüm görmür. Apellyasiya protestinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə növündə olan cəza işin faktiki hallarına, onun şəxsiyyətinə uyğun olmamışdır. Apellyasiya məhkəməsi araşdırması zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis şöbəsi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, polis baş serjantı Təqsirləndirilən şəxs göstərilən vəzifədə özünü intizamlı, bacarıqlı, təşkilatçı, işgüzar aparmaq qabiliyyətinə malik bir əməkdaş kimi göstərmiş, döyüş və peşə hazırlığı səviyyəsinə diqqət yetirmiş, lakin PPXT-un xidməti sahəsini tənzimləyən DİN-in əmr, göstəriş və sair hüquqi normativ aktlarını yaxindan öyrənməmiş və nizam-intizam qaydalarına riayət etməmişdir. Şəhərin inzibati ərazisinə yaxından bələd olmuş, cinayətkarlığa və hüquq puzuntularına qarşı həyata keçirilən tədbirlərdə fəallıq göstərmişdir. Vətəndaşlarla və iş yoldaşları ilə qarşılıqlı münasibətdə nəzakətsiz və kobuddur. Fiziki cəhətdən sağlam olsada xasiyyətcə kobud və təkəbbürlüdür. Düşdüyü çətin və ekstremal vəziyyətdən sərbəst çıxış yolu tapa bilmir, müstəqil qərar qəbul etməyi bacarmır. Silahın hissələrini və onun tətbiqi qaydasını dərindən bilir. Rəhbərliyin irad və tənbehlərindən eləcədə elan olunmuş intizam tənbehindən düzgün nəticə çıxartmağı bacarmır, xidməti fəaliyyəti dövründə 2 dəfə intizam qaydasıda cəzalanmış, 7 dəfə mükafata layiq görülmüşdür, üzərində dövlət təltifi yoxdur. X14 03.07.2015-ci il tarixdə öz arzusu ilə DİO-dan xaric olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərkən təqsirləndirilən şəxsə cərimə cəzası təyin etməklə düzgün nəticəyə gəlməmiş, həmçinin ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin etməməkdə səhvə yol vermişdir. Ona görə də Təqsirləndirilən şəxs qeyd olunan əlavə cəza təyin edilməklə hökm dəyişdirilməlidir. Belə ki, CM-in 46.2 və 46.3-cü maddələrinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair" 14.11.2011-ci il tarixli qərarında göstərilir ki, CPM-in 346.1.14 və 353.2.8ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Digər tərəfdən, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq, hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı, müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası CM-nin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əsas cəza təyin edərkən cinayət işinin materialları ilə müəyyən edilməmiş, təqsirləndirilən şəxsi səciyyələndirən və onun maddi məsul və rəhbər vəzifələr tutması ilə bir araya sığışmayan xüsusatları nəzərə almamış, ona əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan məhrum etmə tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi cinayətin ictimai təhlükəlilik dərəcəsinin azalması kimi təqsirkarın tutduğu vəzifədən azad edilməsini qəbul etsə də, cinayət törədilən zaman həmin ictimai təhlükəli əməlin məhz təqsirləndirilən şəxsin tutduğu vəzifədən istifadə edərək törətməsinə lazımi diqqət yetirməmiş, cinayətin qulluq mövqeyindən istifadə etməklə törədilməsinə münasibətdə əlavə cəza təyin etməmişdir. Ona görə də təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 58.3-cü maddələrinə görə, cəza təyini zamanı əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi məhz cinayətin törədildiyi zamana münasibətdə nəzərə alınır. Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə çox epizodlu dələduzluq və rüşvət verməyə təhrik cinayətlərini törətməsi onun barəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini zəruri edir. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə razılaşaraq bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci və 3cü bəndlərində qeyd olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması barədə dövlət ittihamçısının mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2020-ci il tarixli, 1(102)-277/2020 saylı qərarında qeyd edilmişdir ki, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının əvvəlki 15 noyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: H.Q.Nəsibov (sədrlik edən və məruzəçi), Ə.S.Seyfəliyev və T.L.Kazımov) 17 aprel 2019-cu il tarixli qərarı ilə təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilmişdir. Ali Məhkəmənin həmin qərarında sadalanan məhkəmə səhvləri baxılan kassasiya protestinin dəlilləri ilə üst-üstə düşür. Lakin, Ali Məhkəmənin Cinayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarında şərh edilən pozuntular nəinki yeni apelyasiya baxışı zamanı araşdırılıb aradan qaldırılmamış, dövlət ittihamçısının kassasiya protestinin tam həcmdə təmin edilməsinə dair həmin qərarın mövcudluğu göstərilsə də, məzmununa və qərarda şərh edilən məhkəmə səhvlərinə Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 17 aprel 2019cu il tarixli qərarında istinad belə edilməmişdir. Nəzərə alınmamışdır ki, Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı, həmin məhkəmə kollegiyası tərəfindən yol verilmiş və Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarında şərh edilmiş məhkəmə səhvlərinin aradan qaldırılması üçün ləğv edilmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinə, Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinə istinadən göstərilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan hallardandır. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Baxılan işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4,312.2-ci maddələri ilə bu maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalardan ən yüngülünü – cərimə cəzasını təyin edərkən (apelyasiya instansiyası məhkəməsi əlavə cəzanın təyin edilməsi istisna olmaqla həmin cəzanı dəyişdirilmədən saxlayarkən) öz nəticələrini cəzanın təyini məsələsinə təsiri ola biləcək bütün halların məcmusundan, uyğun sübutlardan hasil etməmiş, cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, törədilmə hallarını kifayət qədər nəzərə almamış, təqsirkarın şəxsiyyətini düzgün qiymətləndirməmiş, o cümlədən məsələni lazımınca araşdırmadan Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasından çıxış etmiş, düzgün olmayaraq maddi zərərin ödənilməsini, pullarından məhrum olunmuş şəxslərin şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətlərin təsvirindən görünür ki, o, bir neçə nəfər şəxsə qarşı təkrar olaraq dələduzluq cinayətlərini törətməklə yanaşı həmin şəxsləri həm də rüşvət verməyə təhrik etmiş və bütün hallarda “xxxx” MMC-də tutduğu qulluq mövqeyindən istifadə etmişdir. O, yalan söyləməklə özündən asılı vəziyyətə saldığı şəxsləri rüşvət verməyə təhrik edərkən prokurorluq orqanlarının adından istifadə etməkdən, yəni məhkəmə hakimiyyətinin nüfuzuna təsir göstərən (onları gözdən salan) hərəkətlərdən belə çəkinməmişdir. Bu hallar Təqsirləndirilən şəxs şəxsiyyətinin daha dərindən (o cümlədən, cinayətin törədildiyi vaxt işlədiyi yerdən və əvvəlki iş yerlərindən xarakterizəedici məlumatlar almaqla) öyrənilməsini tələb etsə də, məhkəmələr Təqsirləndirilən şəxs barəsində yaşayış yerindən verilmiş xasiyyətnaməni nəzərdən keçirməklə kifayətlənmişlər. Təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi baxımından digər hallarla yanaşı onun cinayətin törədilməsindən sonrakı davranışının nə cür olması mühüm əhəmiyyət kəsb edir. Şəxsin öz əməlinə tənqidi münasibət bəsləməsi onun postkriminal davranışnın (islah olunma perspektivləri prizmasından) ümidverici olduğunu göstərir. Lakin, birinci instansiya məhkəməsinin hökmündən və apelyasiya instanasiyası məhkəməsinin qərarından Təqsirləndirilən şəxs postkriminal davranışının bu yöndə inkişaf etdiyi görünmür. Belə ki, Təqsirləndirilən şəxs ifadələrinə görə, o nəinki cinayətlərinə görə peşman olmamış, ümumiyyətlə cinayət törətməsini belə qəbul etməmişdir. Bundan başqa, hökmdən və apelyasiya məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cərimə cəzasını təyin edərkən onun ailədə yeganə qazanc gətirən şəxs olmasından, şahidlər Şahid1 və Şahid2 vurulmuş ziyanın tam ödənilməsindən, onların şikayət və tələblərinin olmamasından çıxış etməklə faktiki olaraq həmin halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, və bununla apelyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Lakin, nə hökmdən, nə də ki, apelyasiya məhkəməsinin qərarından görünmür ki, məhkəmələr Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxs olması barədə nəticələrini hər hansı bir sübutdan hasil etmişlər. Həmçinin məhkəmələr cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini, şahidlər Şahid1 və Şahid2 şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərkən onu nəzərlərindən qaçırmışlar ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi digər cinayətin- Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulmuş rüşvət verməyə təhrik etmə əməlinin obyekti dövlət hakimiyyətinin normal fəaliyyətinin təmin edilməsi üzrə ictimai-hüquq münsibətləridir. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən rüşvət verməyə təhrik edilmiş şəxslərin (Şahid1 və Şahid2) rüşvətin predmeti olduğunu güman etdikləri pul vəsaitlərini sonradan Təqsirləndirilən şəxs geri almaları (Təqsirləndirilən şəxs həmin məbləğlərin əvəzini onlara ödəməsi) CMin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin və onu törədən şəxsin ictimai təhlükəlilik dərəcəsinə (azalma yönündə) təsir göstərən, müvafiq olaraq da bu cinayət üzrə cəzanı yügülləşdirən hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmələr isə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini, Şahid1 və Şahid2 şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsi ilə təyin edilməli olan cəza üzrə qənaətlərini düzgün olmayaraq həmin şəxslərin mövqeyindən asılı etmişlər. Bu qaydada, yəni sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinin pozulması, CM-in 8, 58.3, maddələrində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə-Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Ali Məhkəmənin Cinayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarında şərh edilən məhkəmə səhvlərinin aradan qaldırılması bir sıra halların əlavə araşdırılmasını, bəzi halların isə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamasını nəzərdə tutduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yüngül cəza təyin edərkən, bir sıra halları əsassız olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətlərin təsvirindən görünür ki, o, bir neçə nəfər şəxsə qarşı təkrar olaraq dələduzluq cinayətlərini törətməklə yanaşı həmin şəxsləri həm də rüşvət verməyə təhrik etmiş və bütün hallarda “xxxx” MMC-də tutduğu qulluq mövqeyindən istifadə etmişdir. O, yalan söyləməklə özündən asılı vəziyyətə saldığı şəxsləri rüşvət verməyə təhrik edərkən prokurorluq orqanlarının adından istifadə etməkdən, yəni məhkəmə hakimiyyətinin nüfuzuna təsir göstərən (onları gözdən salan) hərəkətlərdən belə çəkinməmişdir. Şəxsin öz əməlinə tənqidi münasibət bəsləməsi onun postkriminal davranışnın (islah olunma perspektivləri prizmasından) ümidverici olduğunu göstərir. Lakin, birinci instansiya məhkəməsinin hökmündən və hazırki məhkəmə kollegiyasının iclasında vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs postkriminal davranışının bu yöndə inkişaf etdiyi görünmür. Bu onun məhkəmə kollegiyasının iclaslarından yayınması ilə tə bir daha öz təstiqini tapmışdır. Təqsirləndirilən şəxs özünü kollegiyanın iclasında özünü təqsirli bildiyini göstərsə də, ifadəsində, o nəinki cinayətlərinə görə peşman olmamış, ümumiyyətlə cinayət törətməsini belə qəbul etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cərimə cəzasını təyin edərkən onun ailədə yeganə qazanc gətirən şəxs olmasından, şahidlər Şahid1 və Şahid2 vurulmuş ziyanın tam ödənilməsindən, onların şikayət və tələblərinin olmamasından çıxış etməklə faktiki olaraq həmin halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsi bununla razılaşmayaraq qeyd edir ki, onun ailədə yeganə qazanc gətirən şəxs olması barədə iş materiallarında heç bir subut mövcud deyil ə bununla bağlı müdafiə tərəfi kollegiyanın iclasında heç bir subut təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini, şahidlər Şahid1 və Şahid2 şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərkən onu nəzərindən qaçırmışdır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi digər cinayətin-Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulmuş rüşvət verməyə təhrik etmə əməlinin obyekti dövlət hakimiyyətinin normal fəaliyyətinin təmin edilməsi üzrə ictimaihüquq münsibətləridir. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən rüşvət verməyə təhrik edilmiş şəxslərin rüşvətin predmeti olduğunu güman etdikləri pul vəsaitlərini sonradan Təqsirləndirilən şəxs geri almaları (Təqsirləndirilən şəxs həmin məbləğlərin əvəzini onlara ödəməsi) CM-in 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin və onu törədən şəxsin ictimai təhlükəlilik dərəcəsinə (azalma yönündə) təsir göstərən, müvafiq olaraq da bu cinayət üzrə cəzanı yügülləşdirən hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında özünü təqsirli bilsə də, törədiyi əməli etiraf etməməsini kollefiya cəza təyini zamanı nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyini zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis şöbəsi tərəfindən verilmiş xidməti xasiyyətnaməni də nəzərə almışdır. Belə ki, həmin xasiyyətnamədən görünür ki, o, PPXT-un xidməti sahəsini tənzimləyən DİN-in əmr, göstəriş və sair hüquqi normativ aktlarını yaxindan öyrənməmiş və nizam-intizam qaydalarına riayət etməmişdir. Vətəndaşlarla və iş yoldaşları ilə qarşılıqlı münasibətdə nəzakətsiz və kobuddur. Fiziki cəhətdən sağlam olsada xasiyyətcə kobud və təkəbbürlüdür. Düşdüyü çətin və ekstremal vəziyyətdən sərbəst çıxış yolu tapa bilmir, müstəqil qərar qəbul etməyi bacarmır. Rəhbərliyin irad və tənbehlərindən eləcədə elan olunmuş intizam tənbehindən düzgün nəticə çıxartmağı bacarmır, xidməti fəaliyyəti dövründə 2 dəfə intizam qaydasıda cəzalanmışdır. Qeyd olunanlarla yanaşı, Ali Məhkəmənin qoyduğu mövqeyidə nəzərə alanmaqla apelyasiya protestinin təqsirləndirilən şəxsin cinayətin çox epizodlu olması ilə əlaqədar ona daha sərt cəzanın təyin olunması zərurəti haqqda dəlilləri ilə bağlı razılaşan məhkəmə kollegiyası qeyd edir ki, onun təqsirləndirildiyi CM-in 312.2-ci maddəsində təkrarçılıq tövsifedici əlamət kimi çıxış etdiyindən, cinayətin təkrar törədilməsi ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunması zərurətini yaradır. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Eyni zamanda, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Məhkəmə kollegiyası şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsində həmçinin ona görə israrlıdır ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini qərara almışdır. İş üzrə məhkəmə iclaslarına çağırılmasına baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməmiş, nəticədə onun barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilərək məhkəmə iclasına gətirilməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələrinin sanksiyalarında azadlıqdan məhrum etmə növündə cəzanın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Belə ola halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzasının da təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 1 ay 19 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 17 aprel 2021ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssəsinə gətirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməməli, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri üzrə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilatı və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə isə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti cəza müəyyən olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri üzrə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilatı və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilatı və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 may 2018-ci il tarixdən, 27 iyun 2018-ci il tarixədək (1 ay 19 gün) həbsdə olması nəzərə alınaraq onun üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilatı və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il, 4 (dörd) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 15 aprel 2021-ci il tarixdən hesablansın. Hazırkı qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar