Məhkəmə qərarları › İş №1(107)-1/2024

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-1/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-1/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, təqsirləndirilən şəxs Khutsishvili Zazanın müdafiəçisi X10 iştirakı ilə, Khutsishvili Zazaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə bəraət verilməsinə dair Balakən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Z Tahirov) 13 oktyabr 2020-ci il tarixli hökmü ilə xx.xx.1979-cu ildə Gürcüstanın Laqodexi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gürcüstanın Laqodexi şəhəri, Tsereteli küçəsi, ev 1 ünvanında qeydiyyatda olan Khutsishvili Zazaya CM-in 206.2-ci maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınması göstərilən 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,70 qramı məhv edilməsi, ona məxsus «Mersedes-Benz» markalı, FE899EF qeydiyyat nişanlı avtomaşın, bir ədəd «Samsung SM-J710» markalı mobil telefon, 1 ədəd 11AB59021 seriyalı pasport, FE899EF qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinə məxsus RV0841320 seriyalı texniki pasport və bir ədəd portmanenin Təqsirləndirilən şəxs qaytarılması, iş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərcinin Azərbaycan Respublikasının dövlət büdcəsinə aid edilməsi, məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 120 manat ödənilməsi, məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manatın dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi X22 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X5 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank: SVVİFT kod) müxbir hesabına köçürülməsi, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X2 100 manat ödənilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Khutsishvili Zazaya ittiham verilmişdir ona görə ki, o, 2020-ci ilin yanvar ayında Gürcüstanın Laqodexi şəhərində istintaqa məlum olmayan mənbədən şəxsi istifadə məqsədilə əldə etdiyi 0,72 qram qurudulmuş marixuana narkotik vasitəsini 1 kağız bükümdə qablaşdırıb, özünə məxsus portmanenin içərisinə yerləşdirmiş və idarə etdiyi «Mersedes-Benz» markalı, «FE899EF» dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən 25 fevral 2020-ci il tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1(019)-46/2020 nömrəli nömrəli hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti vermişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Balakən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsi, Khutsishvili Zazaya CM-in 206.2-ci maddəsində nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmçinin əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş edilmişdir. Hökmdən verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 392.2-ci maddəsinə görə apellyasiya şikayətində və ya apellyasiya protestində məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda, yaxud məhkəmə istintaqının aparılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş və ya bəraət almış şəxs, onların qanuni nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılmalıdırlar. Belə hallarda dövlət ittihamçısı və cinayət prosesində iştirakı məcburi olan müdafiəçilər də çağırılırlar. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxsin, habelə apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılan digər şəxslərin məhkəmə baxışında iştirakı və onların gəlməməsinin nəticələri bu Məcəllənin 311 - 316cı maddələrinin tələblərinə müvafiq olaraq müəyyən olunur Bəraət almış şəxs X6 Laqodexi şəhəri, Tsereteli küçəsi, ev 1 ünvanında qeydiyyatda olduğuna və Balakən şəhərində müvəqqəti yaşadığına görə 08 dekabr 2020-ci il tarixə, saat 14:15-ə, 09 fevral 2021-ci il tarixə, saat 17:00-a və 02 mart 2021-ci il tarixə, saat 14:00-a təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə məktublar bəraət almış şəxsin birinci instansiya məhkəməsində iştirak etmiş müdafiəçisi Müdafiəçi göndərilmiş və məhkəmə iclası barədə məktubların bəraət almış şəxsə təqdim edilməsi xahiş edilmişdir. Müdafiəçi məhkəmə kollegiyasına teleqram göndərərək Khutsishvili Zazanın barədə olan bəraət hökmündən verilmiş protestə baxılması ilə əlaqədar Khutsishvili Zazaya təqdim edilməsi üçün göndərilmiş məhkəmə bildirişlərini qəbul etdiyini, lakin xx.xx.2020-ci il tarixdən onun barəsində məlumatı olmadığına görə bildirişləri ona təqdim edə bilmədiyini bildirmişdir. Ona görə də Khutsishvili Zazanın iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsi mümkün olmamışdır. Şəki Apellyasiya Məhkəməsinin məcburi gətirmə haqqında 02 mart 2021 il tarixli qərarı ilə bəraət almış şəxs Khutsishvili Zazanın 30 mart 2021-ci il tarixə, saat 14:00-a Şəki Apellyasiya Məhkəməsinə gətirilməsi Balakən Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Ancaq yenə də Khutsishvili Zazanın olduğu yer müəyyən olmadığından onun məhkəmə iclsında iştirakını təmin etmək mümkün olmamış və bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2021-ci il tarixli qərarı ilə Khutsishvili Zaza barədə həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilməsi, o tutulduqda X7 etap edilməsi, bəraət almış şəxs Khutsishvili Zaza həbs edilib məhkəməyə təqdim olunanadək işin icraatının dayandırılması, qərarın dərhal icraya yönəldilməsi, qərarın icrasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Lakin DİN-in Baş Cinayət Axtarışı İdarəsindən Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş xx.xx.2021-ci il tarixli 0xx/xx-3530-1221 nömrəli məktubda göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikası Prezidentinin «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında» xx.xx.2001ci il tarixli Fərmanına əsasən, əməliyyat-axtarış fəaliyyətinin subyekti olması, eləcə də CMin 206-cı maddəsi ilə başlanmış cinayət işinin həmin qurumun hesabında olması nəzərə alınaraq, təqsirləndirilən Zaza Khutsishvilinin axtarışı Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilməlidir. Qeyd olunanlara əsasən, qərar icra olunmadan geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(107)-35/2021 nömrəli qərarı ilə xx.xx.1979-cu ildə Gürcüstanın Laqodexi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gürcüstanın Laqodexi şəhəri, Tsereteli küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və Balakən şəhərində müvəqqəti yaşayan Khutsishvili Zaza barədə həbs qətimkan tədbirinin seçilməsi və barəsində axtarış elan edilməsi, tutulduqda X8 etap edilməsi, Khutsishvili Zaza həbs edilib məhkəməyə təqdim olunanadək işin icraatının dayandırılması, Qərarın dərhal icraya yönəldilməsi, Qərarın icrasının Azərbaycan Respublikası Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə həvalə edilməsi, Qərarın surətinin onun icrasına nəzarət edilməsi üçün iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalova göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 10 noyabr 2022-ci il tarixli, 021-11429-1222 nömrəli məktubundan görünür ki, Tbilisidə İNTERPOL-un Milli Mərkəzi Bürosundan daxil olmuş məktubda qeyd edilmişdir ki, CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilərək beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı xx.xx.1979-cu il təvəllüdlü X16 rayonu, Ak.Tsereteli xiyabanı N-1 ünvanında qeydiyyatdadır və xx.xx.2022-ci il tarixdə 20AD59815 nömrəli passportla Gürcüstan Respublikasını Polşa Respublikası istiqamətində tərk etmişdir. Eyni zamanda Varşavada İNTERPOL-un Milli Mərkəzi Bürosunun məlumatına əsasən Khutsishvili Zaza xx.xx.2022ci il tarixdə Polşa ərazisinə daxil olmuş, hazırki yeri məlum deyil və o, ölkənin əhali və cinayət qeydiyyatlarından keçmir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun məktubundan görünür ki, beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı xx.xx.1979-cu il təvəllüdlü Khutsishvili Zaza xx.xx.2023-cü il tarixində Polşa Respublikası ərazisində saxlanılmış və barəsində ekstradisiya sənədləri İNTERPOL və diplomatik kanallar vasitəsilə bu ölkənin səlahiyyətli orqanlarına göndərilmişdir. Lakin Polşa Respublikasının ədliyyə nazirinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, sözügedən şəxsin Azərbaycan Respublikasına ekstradisiyasına razılıq verilməmişdir. Zaza Khutsishvilinin İNTERPOL kanalları ilə yerinin müəyyən olunaraq həbs edilməsi istiqamətində tədbirlər davam etdirilir və müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq məlumat veriləcəkdir. CPM-in 299.9.3 və 311.2-ci maddələrinə əsasən bu Məcəllənin 467-13.1-ci maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yol verilir. CPM-in 467-13.1-ci maddəsinə görə. CM-in 100–119, 137, 144–145, 178, 179, 182, 193-1, 204, 205, 206, 206-1, 208, 214–219-1, 228, 274–283-1, 308–314-3, 318, 318-1, 319 və 324-cü maddələri, eləcə də həmin maddələrlə yanaşı eyni bir cinayət işi çərçivəsində cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər. CPM-in 311.3-cü maddəsinə əsasən Məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. CPM-in 311.4-cü maddəsinə əsasən bu Məcəllənin 51-2-ci və 311.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Qeyd edilən halları nəzərə alan məhkəmə kollegiyası məhkəmə iclasının təqsirləndirilən şəxs Zaza Khutsishvilinin iştirakı olmadan qiyabi icraat qaydasında keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X14 apellyasiya protestinin təmin edilməsini xahiş etdi. (çıxışın tam mətni məhkəmə iclas protokoluna əlavə edilmişdir). Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Khutsishvili Zazanın müdafiəçisi X17 apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1 və 399.1.1, həmçinin 399.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İstinad olunan sənədlər: İş materiallarında olan xx.xx.2020-ci il tarixli "şəxsi yoxlama aparılması haqqında» protokoldan qeyd olunan tarixdə saat 12.40-dan saat 13.00-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlamanın Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunda şəxsi yoxlama otağında aparılması, eyni zamanda yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs ilə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılaraq, üzərində gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsinin izah edilməsi, üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olmadığını bildirməsi, bundan sonra Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkçənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxarıb stolun üzərinə qoyması, portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülünün aşkar olunması, aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğunun müəyyən olunması, Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərsində marixuanaya oxşar bitki olan kağız bükülünün «Qosmetr BT 3000» markalı tərəzidə çəkilməsi və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğunun müəyyən olunması, aşkar olunmuş marixuanaya oxşar bir ədəd bükülünün protokol əsasında götürülməsi və aşkar olunmuş predmetin 207580 saylı paketdə qablaşdırılaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülməsi göstərilmiş, protokolda onu tərtib edən şəxsin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun instruktor kinoloqu Şahid1 olması, həmin prosessual hərəkətdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun baş müfəttişi Şahid2 iştirak etməsi, şəxsi yoxlamada iştirak edən hal şahidlərinin Şahid3 və Şahid4 olması (hazırki iş üzrə şahidlər) qeyd olunmuşdur. Həmçinin onlara Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.6-cı maddəsinə əsasən hüquq və vəzifələrinin izah edilməsilə yanaşı, Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə (maddə göstərilməmişdir) nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edilməsi, yoxlama başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılacağı barədə məlumat verilməklə hüquq və vəzifələri və məsuliyyətinin izah edilməsi qeyd edilmişdir. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokolda həmin tarixdə saat 11:50-dən 12:20-dək Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz» markalı, 9FE899EF qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinin üzərinə baxışın keçirilməsi və avtomobildən qanunla qadağan olunmuş heç bir predmetin aşkar olunmaması göstərilmiş, protokolda onu tərtib edən şəxsin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun instruktor kinoloqu Şahid1 olması, həmin prosessual hərəkətdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun baş müfəttişi Şahid2 iştirak etməsi, baxışda iştirak edən hal şahidlərinin Şahid3 və Şahid4 olması qeyd edilmişdir. İş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinin rəisi X20 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyevə yazdığı 25.02. 2020-ci il tarixli raportda Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olmuş məlumatı əsasında xx.xx.2020-ci il tarixdə, saat 11:23 radələrində Gürcüstan Respublikası istiqamətindən Azərbaycan Respublikasına gələn Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz» markalı, FE899EF qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinə instruktor-kinoloq Şahid1 və «Mazımçay» gömrük postunun əməkdaşı Mübariiz Məhərrəmov tərəfindlən gömrük baxışının keçirilməsi və avtomobildən qanunla qadağan olunmayan heç bir predmetin aşkar edilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, 25 fevral 2020-ci il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26 fevral 2020-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (iş vərəqi 75-76) görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2020-ci il tarixdə saat 10:00-saat 10:30-da şübhəli şəxs kimi dindirilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 25 fevral 2020-ci il tarixli, 134 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş, üzərində "…AR DGK Qərb Ərazi Baş Gömrük İdarəsi” sözləri yazılmış 01 (bir) ədəd polietilen paketin içərisindəki 01 (bir) ədəd ağ rəngli salfet kağızı bükümündə, təmiz çəkisi-0,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-0,72 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,70 qram. İş materiallarından həmçinin görünür ki, həmin 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığı-0,70 qram maddi sübut kimi tanınmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 870 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(004)-154/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvəli onun saxlandığı xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4 (004)-313/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 25 iyul 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1 (019)-46/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə hazırlıq iclasının müddəti 30 iyun 2020ci il tarixədək uzadılmış, həmin cinayət işi üzrə hazırlıq iclası 30 iyun 2020-ci il tarixə, saat 12.00-a Balakən Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 1 (019)-46/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə hazırlıq iclasının müddəti 01 iyul 2020-ci il tarixədək uzadılmış, həmin cinayət işi üzrə hazırlıq iclası 01 iyul 2020-ci il tarixə, saat 12.00-a Balakən Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 1 (019)-46/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə məhkəməyə verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparılmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək hesab edir ki, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Balakən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1(019)-46/2020 nömrəli nömrəli hökmü ləğv edilməlidir. Qeyd edildiyi kimi hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Balakən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsi, Khutsishvili Zazaya CM-in 206.2-ci maddəsində nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmçinin əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş edilmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsinin cinayət kollegiyası protestin dəlilləri ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi qənaəti belə əsaslandırmışdır ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə halda məhkəmədə Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur (Konstitusiyanın 63-cü maddəsi, CPM-in 21.2-ci maddəsi). Məhkəmə hesab etmişdir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CMin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Lakin, işə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi yekun qənaətlə razılaşmır, çünki tədqiq edilən sübutlardan bəlli olur ki, Zaza Khutsıshvili daha ağır cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən ifadələr vermiş və birinci instansiya məhkəməsi Zaza Khutsıshvılinin ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünü müdafiə xarakterli olmasını nəzərə almadan, qeyd olunan ifadələrə tənqidi yanaşmadan həmin ifadəyə əsaslanaraq sonuncuya irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübut olunmadığına görə bəraət verməkdə yalnış nəticəyə gəlmişdir. Oxşar münasibətləri tənzimləyən CPM-in 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icratı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər mühakimə icraatının həyata keçrilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair matreallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2016, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2016, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv“ anlayışının təhlili zamanı məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən süi-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. CPM-in 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. X23 23-cü bəndində göstərilir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Hazırda məhkəmə kollegiyasının iclasında tədqiq olunan iş materiallarından aydın olur ki, 25 fevral 2020-ci il tarixdə Khutsishvili Zazanın üzərində gömrük qanunverciliyinə uyğun aparılmış baxış zamanı əşyalarında, daha dəqiq portmanesində qadağan olunmuş narkotik vasitələrə bənzər maddənin olduğuna dair şübhə yarandığı üçün o öz əşyaları ilə birlikdə şəxsi yoxlama aparılması üçün nəzərdə tutulmuş otağa dəvət olunmuş, 2 nəfər hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparılan zaman Khutsishvili Zazanın özünün təqdim etdiyi portmanenin içərisində 2 qram narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin vaxt gürcü dilini bilən hal şahidi Şahid3 yoxlamanın aparılmasına və sorğu-sualın tam aydın olmasına kömək etmişdir. Bu yoxlamadan sonra materiallar Qərb Ərazi Baş İdarəsinin təhqiqatçısına təqdim edilmiş, artıq təhqiqat zamanı onun nədən şübhəli bilindiyi izah edilmiş müdafiəçi və tərcüməçi ilə təmin olunmuşdur, (İ cild vərəq 05-11) Bundan sonra təhqiqatda ilkin izahat verən Khutsishvili Zaza həmin marixuananın ona dostlarından birininin verdiyini, onu portmanenin cibinə qoyduğunu, sonra yadından çıxaraq orada qaldığını bildirmişdir, (İ cild vərəq 32-34) Həmçinin tədqiq edilən iş materialları ilə təsdiq olunur ki, gömrük postunda Khutsishvili Zaza hər hansı bir kənar təsirə, o cümlədən psixi və fiziki təsirə məruz qalmamış, bütün əşyalarına özü nəzarət etmiş, birbaşa onun iştirakı ilə şəxsi yoxlama aparılmış, portmaneni özü yoxlamaya təqdim etmişdir. Daha sonra toplanan materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinə göndərilmiş, 26 fevral 2020-ci il tarixdə barəsində CM-in 206.2-ci maddəsi ilə cinayət işi başlanılmış və dərhal müdafiəçi və tərcüməçi ilə təmin olunmuşdur. Belə ki, Khutsishvili Zaza barəsində ilkin təhqiqat aparılarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin təhqiqatçısı Natiq Əmirov tərəfindən dövlət hesabına müdafiəçi qismində xx.xx.2020-ci il tarixdə Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Məlahət Emçiyeva dəvət edilmiş və vəkil müvafiq qaydada cinayət prosesinə qoşulmuşdur. Həmin cinayət işi Dövlət Gömrük Komitəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinə verildikdən sonra isə, təqsirləndirilən şəxs Khutsishvili Zaza istintaqı aparan müstəntiq Anar Hacıyevə ərizə ilə müraciət edərək müdafiəçi Məlahət Emçiyevanın hüquqi yardımından imtina etməsini göstərmiş, onun imtinası qəbul edilərək 26 fevral 2020-cu il tarixli qərarla X13 müdafiəçi qismində cinayət prosesinə buraxılmışdır. Müstəntiqin 26 fevral 2020-ci il tarixli qərarı ilə CPM-in 92.16.2-ci maddəsinə əsasən vəkil Məlahət Emçiyevanın şübhəli şəxsin müdafiəçisi qismində iştirakına xitam verilmişdir. Bundan başqa, ilkin təhqiqat aparılarkən və ibtidai istintaq zamanı Khutsishvili Zaza tərcüməçi ilə də təmin olunmuşdur. Belə ki, ilkin təhqiqat zamanı tərçüməçi qismində X18, istintaq zamanı isə X15 tərcüməçi kimi iştirak etmiş, bütün prosessual sənədlər gürcü dilinə tərcümə edilmiş və Khutsishvili Zazaya təqdim edilmişdir. Göründüyü kimi, Khutsishvili Zaza barəsində prosessual hərəkətlər yerinə yetirilən andan tərcüməçi və müdafiəçi ilə təmin olunmuşdur. Bununla da, Khutsishvili Zazanın bir mənalı olaraq narkotik vasitənin-marixuananın Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçilməsi tamamilə təsdiq olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsinin Khutsishvili Zazanın müdafiəçi və tərcüməçi ilə təmin olunmaması, bununla da onun prosesual hüququqlarının pozulması nəticəsində toplanan bütün sübutların mötəbər hesab edilməməsi ilə bağlı gəldiyi qənaət əsaslı sayıla bilməz. Çünki, birinci instansiya məhkəməsinin iclasında sədrlik edən tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış zamanı ona məxsus portmanenin içərisindən narkotik vasitə olan marixuananın həqiqətən tapılıb-tapılmaması barədə dəfələrlə suallar versə də o, həqiqətən narkotik vasitə olan marixuananın onun portmanenin içərisindən tapıldığını etiraf etmiş, lakin bu narkotik vasitənin onun içərisinə özü və ya dostları tərəfindən qoyulduğunu xatırlamadığını bildirmişdir. Bunun əksinə olaraq Təqsirləndirilən şəxs istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 25 fevral 2020-ci il tarixdə gömrük yoxlaması zamanı ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkçənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxarıb stolun üstünə qoymuşdur. Portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində narkotik vasitə olan marixuana olduğu müəyyən olunmuşdur. Kağız bükülü “Qosmetr ВТ 3000” markalı tərəzidə çəkilərək və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitəni təxminən 2020-ci ilin yanvar ayında Gürcüstan Respublikasının Laqodexi rayonunda dostları ilə yeyib-içərkən dostlarından biri ona vermişdir (İ cild iş vər.75-76,90-91). Təqsirləndirilən şəxsin həmin ifadəsi isə iş üzrə şahidlər Şahid2, Şahid1 və Şahid3 məhkəmə istintaqında verdiyi ifadələr, onların ibtidai istintaqda verdiyi ifadələri ilə uyğunluq təşkil etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şahid2 həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsindən görünür ki, o, 25 fevral 2020-ci il tarixdə xidmətdə olduğu zaman giriş minik nəqliyyat vasitələrinə baxış keçirilməsi ona həvalə olunmuşdur. 25 fevral 2020-ci il tarixdə saat 11:23 radələrində Gürcüstan istiqamətindən “Mazımçay” gömrük postuna daxil olan “Mercedes- Benz” markalı, FE899EF dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, Gürcüstan vətəndaşı KhuTSishvılı Zaza ilə üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə rus dilində şifahi sorğu-sual aparılmışdır. Khutsishvılı Zaza isə əl hərəkətləri ilə üzərində və avtomobilində qanunla qadağan olunmuş hər hansı bir predmetin olmadığını və Azərbaycan Respublikasına yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra avtomaşına instruktorkinoloq Şahid1 ilə birlikdə baxış keçirilmiş və avtomobildən qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar olunmamışdır. Daha sonra Gürcüstan vətəndaşı KhuTSishvılı Zaza üzərində şəxsi yoxlama aparılması məqsədi ilə şəxsi yoxlama otağına dəvət olunmuş və iki nəfər hal şahidinin iştirakı ilə onun üzərində şəxsi yoxlama aparmışlar. Şəxsi yoxlama başlamazdan əvvəl KhuTSishvılı Zaza ilə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılmış və o, üzərində gizlədilmiş və ya bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkcənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxararaq, stolun üstünə qoymuşdur. Onlar tərəfindən portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülü aşkar olunmuşdur. Onlar aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində marixuanaya oxşar bitki olan kağız bükülü “Qosmetr ВТ 3000” markalı tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş marixuanaya oxşar bir ədəd bükülü protokol əsasında götürülmüşdür, (İ cild iş vər. 131-133). İş üzrə şahidlər Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun məzmunlu ifadələr vermişlər.(İ cild İş vər. 134-136,125-127, İİ cild vər. 90-96) Bundan əlavə, Məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2020-ci il tarixli 870 saylı rəyinin tədqiqi-əsaslandırıcı hissəsindəki məlumatlardan görünür ki, ekspert komissiyası Təqsirləndirilən şəxs ilə sorğu-sual apararkən sonuncu təxminən iki il olar ki, zərərli vərdişlərdən siqaret çəkdiyini, spirtli içkilərdən istifadə etdiyini, təxminən bir ay olar ki, narkotik vasitə olan marixuananı siqaretə doldurub çəkdiyini, aşkar olunmuş narkotik vasitə olan marixuananı özü istifadə etdmək məqsədilə əldə edib saxladığını etiraf etmişdir (İ cild iş vər. 139-140). İşə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bəraət hökmündə əsaslandığı dəlillərdən biri olan “Mazımçay” gömrük postunda hansı miqdarda narkotik vasitənin saxlanması, daşınması və keçirilməsinin Azərbaycan Respublikasında hansı maddə ilə cinayət məsuliyyəti yaratması və buna görə hansı cəzanın nəzərdə tutulduğu barədə, həmçinin hansı malların Azərbaycana gətirilməsinin qadağan edilməsi haqqında gürcü dilində və ya başqa başa düşdüyü dildə gözlə görünən lövhədə və ya başqa yerdə informasiya olmamışdır” kimi dəlilinə münasibətdə isə xatırlatmağı zəruri bilir ki, öyrənilən iş materiallarına görə Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikasına gömrük postundan keçməklə gəlib-getmişdir. Onun gömrük postunda rəsmi prosedur zamanı nabələd şəxs olması, sərhədkeçmə qaydalarını, daxil olduğu dövlətin qanunlarını bilməməsi barədə məhkəmənin gəldiyi nəticə konkret sübutlara deyil, subyektiv fərziyyələrə əsaslanır. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi təkzib edilməz sübutlarla təsdiq olunur. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təhlil olunan işdən bəlli olur ki, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutların qiymətləndirilməsinə birtərəfli yanaşmış, ittihamı təsdiq edən sübutları və işin obyektiv hallarını nəzərə almamış, Təqsirləndirilən şəxs bəraət verərkən iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələrini, şahid ifadələrini, ekspertiza rəylərini və digər sübutların heç birini faktiki olaraq nəzərə almamışdır. Halbuki, CPM-in 28.4.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə bəraət verən hallarla yanaşı onu ifşa edən halları da nəzərə almalıdır. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunmalı, bir-biri ilə müqayisə edilməli və əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. CPM-in 353.2.2-ci maddəsinin tələblərinə görə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri və bunun əsasları məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. CPM-in 401.1.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda, eləcə də CPM-in 401.2.2 və 401.2.3-cü maddələrinə görə isə birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda və öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə məhkəmənin gəldiyi həmin nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması hesab edilir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya da öz münasibətini bildirmək istəyir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X9 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan daha yüngül azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Nəticəvi hissə Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1(019)-46/2020 nömrəli nömrəli hökmü ləğv edilməklə, yeni ittihamedici hökm çıxarılmalı, təqsirləndirilən şəxs Zaza Khutsıshvili CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun 25 fevral 2020-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək həbsdə saxlandığı 04 (dörd) ay 06 (altı) gün müddət bir günə bir gün hesablanmaqla həmin cəzadan çıxılmalı və Zaza Khutsıshvilinin üzərində qəti olaraq 03 il 07 ay 24 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, təqsirləndirilən şəxs Zaza Khutsıshvili cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli saxlanıldığı (tutulduğu) tarixdən hesablanmalı, CM-in 52.1-ci maddısinə əsasən təqsirləndirilən şəxs Zaza Khutsıshvili əsas cəza növünü cəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Hökm etdi: Dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1(019)-46/2020 nömrəli nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Zaza Khutsıshvili Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 25 fevral 2020-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək həbsdə saxlandığı 04 (dörd) ay 06 (altı) gün müddət bir günə bir gün hesablanmaqla həmin cəzadan çıxılsın və Zaza Khutsıshvilinin üzərində qəti olaraq 03 il 07 ay 24 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Zaza Khutsıshvili cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli saxlanıldığı (tutulduğu) tarixdən hesablansın.. Hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınması göstərilən 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,70 qramı məhv edilsin; Təqsirləndirilən şəxs məxsus «Mersedes-Benz» markalı, FE899EF qeydiyyat nişanlı avtomaşın, bir ədəd «Samsung SM-J710» markalı mobil telefon, 1 ədəd 11AB59021 seriyalı pasport, FE899EF qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinə məxsus RV0841320 seriyalı texniki pasport və bir ədəd portmane Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Zaza Khutsishvilidən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Zaza Khutsıshvili əsas cəza növünü cəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmün icrası məlumat və icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar