Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-100/2020 17.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı4, Təqsirləndirilən şəxs1 Cərullah oğlu və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair X15 Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(091)-30/2020 nömrəli hökmündən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X15 Məhkəməsinin (hakimlər X7 (sədrlik edən), X10 və X4 ibarət tərkibdə) xx xxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1987-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, orta təhsilli, ailəli, əvvəllər məhkum оlunmаmış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, himayəsində iki azyaşlı uşağı olan, Balakən rayonu Mahamalar kəndində qeydiyyаtdа оlаnvə xxxx olunanadək Balakən rayonu Qasbinə kəndində yaşamış, xx.xx.2019-cu il tarixdən ev dustaqlığında olmuş, barəsində “xxxx” qətimkan tədbiri seçilmiş, hal-hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs1 оğluna Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan həmin maddə ona verilmiş ümumi ittihamdan çıxarılmış, o, Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 188.1-ci mаddəsi ilə 6 (altı)ay müddətə аzаdlıqdаn məhrumetmə cəzаsı, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzаsı təyin edilmiş, onun şübhəli şəxs kimi tutulduğu, xxxxdə və ev dustaqlığında olduğu müddət həmin cəzaya hesablanmış, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “xxxx” qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından xxxx edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2019-ci il tarixdən hesablanması, barəsində seçilmiş “xxxx” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir; xx xxxxxx 1987-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, оrtа təhsilli, evli, kommersiya fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, himayəsində iki аzyаşlı uşаğı оlаn, Balakən rayonu Mahamalar kəndində qeydiyyаtdа оlаn və xxxx olunanadək Balakən rayonu Qasbinə kəndində yaşamış, xx.xx.2019-cu il tarixdən ev dustaqlığında olmuş, barəsində “xxxx” qətimkan tədbiri seçilmiş, hal-hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan həmin maddə ona verilmiş ümumi ittihamdan çıxarılmış, o, Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 188.1-ci mаddəsi ilə 6 (altı)ay müddətə аzаdlıqdаn məhrumetmə cəzаsı, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzаsı təyin edilmiş, onun şübhəli şəxs kimi tutulduğu, xxxxdə və ev dustaqlığında olduğu müddət həmin cəzaya hesablanmış, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “xxxx” qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından xxxx edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2019-ci il tarixdən hesablanması, barəsində seçilmiş “xxxx” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 məhkum edilmişlər ona görə ki, onlar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutub həmin torpaq sahəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanusuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda narkotik tərkibli bitkiləri əkib yetişdirməklə kultivasiya etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və X11 2019-cu ilin yazında qanunsuz olaraq torpaq sahəsini zəbt edərək çətənə bitkisi əkib yetişdirməklə bağlı əvvəlcədən razılaşaraq bir qrup şəxs halında, bu məqsədlə həmin ilin may ayında Zaqatala rayonu Lahıc bələdiyyəsinin mülkiyyətində olan, Zaqatala rayonu Lahıc kəndindəki “Gər yanı” adlanan ərazidə yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına zəbt etmişlər. Qabaqcadan əlbir olan bir qrup şəxs halında orada bir-birinə yaxın yerləşən üç ayrı-ayrı ərazini ağac və kollardan təmizləyib əkin üçün hazırladıqdan sonra, təxminən 5-6 il əvvəl Balakən rayonunun Qasbinə kəndi ərazisində yerləşən meşədən taparaq əldə etdikləri çətənə bitkisinin toxumlarını qanunsuz olaraq həmin ərazilərdə əkərək aqrotexniki qaydada qulluq göstərib alaq otlarından təmizləməklə, o cümlədən diblərini yumşaltmaqla və su verməklə külli miqdarda, yəni ümumilikdə 121 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya etmişlər. xx xxxxxx 2019-cu ildə, saat 09 radələrində qanunsuz olaraq kultivasiya etdikləri çətənə bitkilərinin yarpaqlarını sahəsi 10x5 metr olan ərazidən 1265 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana toplamaqla qara rəngli sellofan torbaya yığmışlar. Sonra sahəsi 9x7 metr olan əraziyə keçərək qurutmaq məqsədilə həmin sahədə olan çətənə bitkilərinin bir hissəsini kökündən çıxartmış, qalanını isə dibindən qopararaq torpağın üzərinə atmışlar. Saat 10 radələrində isə sahəsi 9x5 metr olan 3-cü əraziyə keçərkən polis əməkdaşları tərəfindən həmin ərazidə saxlanılmışlar və əraziyə baxış zamanı kollardan təmizlənərək əkinə yararlı hala salınmış, sahəsi 9x5 metr olan ərazidə yaş halda 63 ədəd köküstə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 21 ədəd isə kökündən çıxarılmış halda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök ilə birlikdə gövdə hissələri (budaq və saplaqları), 01 ədəd qara rəngli sellofan torbanın içərisində, yaş halda təmiz çəkisi 1265 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana, sahəsi 9x7 metr olan ərazidə yaş halda 16 ədəd, bir hissəsi kökündən çıxarılmış, bir hissəsi isə gövdəsindən qırılmış vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd isə kökündən çıxarılmış, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök ilə birlikdə gövdə hissələri (budaq və saplaqları), sahəsi 10x5 metr olan ərazidə isə yaş halda, 15 ədəd kökündən çıxarılmış, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs1 və X11 CM-in 188.1, 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. X15 Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 və X8 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan həmin maddə onlara verilmiş ümumi ittihamdan çıxarılmış, onlar CM-in 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəza təyin edilmişdir. X15 Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(091)-30/2020 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən apelyasiya protesti, həmçinin Təqsirləndirilən şəxs1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya protestinin, apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı3 verdiyi apelyasiya protestində X15 Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün (CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan həmin maddənin təqsirləndirilən şəxslərə verilmiş ümumi ittihamdan çıxarıldığı hissədə) qanunsuz, əsassız və ədalətsiz olduğundan, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apelyasiya şikayətində X15 Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünün ona münasibətdə ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. X15 Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən apelyasiya şikayətləri, eləcə də apelyasiya şikayəti və apelyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apelyasiya protesti və apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X2 dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsini, özləri tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X12 dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı4 apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla apelyasiya protesti və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onların müdafiəçilərnin, habelə dövlət ittihamçısının apelyasiya protesti və apelyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair X15 Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(091)-30/2020 nömrəli hökmü qismən – CM-in 188.1-ci maddəsinə aid hissədə ləğv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onların əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından hər birinə CM-in 188.1-ci maddəsi ilə bəraət verilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ona qarşı CM-in 188.1, 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən (CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilmir) təqsirli bilərək ifadəsində göstərdi ki, dostu Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin yaz aylarında Zaqatala rayonu Lahıc kəndində olan çayda balıq tutmağa gedərkən orada sıx meşəlik sahə olduğunu görərək özündə olan çətənə bitki toxumlarını həmin əraziyə səpərək narkotik bitki əkmək qərarına gəlmişlər. Toxumları da təxminən 5-6 il əvvəl Balakən rayonu Qəsbinə kəndində yerləşən meşədən tapmışdır. Pərvizə həmin toxumları səpib qulluq edərək yetişdirib çətənə bitkisi əldə etməyi təklif etmişdir. Razılaşmışlar. Narkotik vasitə əldə edərək özləri istifadə etmək qərarına gəlmişlər. Narkotik vasitəni kiməsə satacaqları barədə heç kim ilə razılıqları olmamışdır. 2019-cu ilin may ayında dəqiq tarixi yadında qalmayan gündə onlar çətənə bitkisinin toxumlarını elə balıq ovuna getdiyi Zaqatala rayonunun Lahıc kəndində, “Gər yanı” adlanan ərazidə, meşə sahəsində əkmək qərarına gəlmişlər. Onlar Balakən rayon Qasbinə kəndində yerləşən meşə sahəsində gizlətdiyi toxumları götürüb, Zaqatala rayon Lahıc kəndində yerləşən çayın kənarına getmişlər. Balta ilə bir qədər ağac və kolluqları kəsərək meşənin içərisinə yol açmışlar. Toxumları səpmək üçün bir-birinə yaxın, lakin yolları fərqli olan üç yerdə ərazini təmizləyib həmin yeri əkin üçün hazırlamışlar. Qeyd edilən üç yer bir-birinə yaxın olsa da, aralarında sıx ağac və kol olduğu üçün birbaşa keçmək mümkün olmamışdır. Hər üç sahəyə özləri ilə gətirdiyi toxumları bir günün içində həmin yerlərə səpib getmişlər. Bir müddət sonra həmin sahəyə özləri ilə su şlanqı və əllə işləyən mexaniki nasos götürmüşlər. Təxminən həmin sahəyə 10 dəfə getmişlər. Hər dəfəsində həmin sahəyə gedəndə çətənə bitkilərini alaqdan təmizləyir, diblərini yumşaldır və şlanqla sahəni suvarırdılar. xx xxxxxx 2019-cu ildə səhər saatlarında evdə qara rəngli kapron corabdan iki ədəd maska düzəltmiş və götürmüşdür ki, istifadə etsinlər ki, görənlər olsa onları tanınmasınlar. Çətənə bitkilərini əkdiyi sahəyə girəndə həmin corabları başlarına keçirtmişlər. Onlar sahələrin birinə girib orada bitən 15 ədəd çətənə bitkilərini kökündən qırıb yerə sərmişlər. Sonra da həmin bitkilərin yarpaqlarını özləri ilə gətirdikləri qara rəngli sellofan torbaya yığmışlar. İkinci sahəyə keçib orada olan 16 ədəd çətənə bitkilərini kökündən və gövdəsindən qırıb yerə sərmişlər. Bitkinin bəzilərinin kök hissəsi torpaqda qalmışdır. 3-cü sahəyə keçəndə 4 nəfər polis əməkdaşları onları saxlamışdır. Cəmi 121 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1265 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana, 01 (bir) ədəd torpaq qazan bel, milçək öldürən dərman, 01 (bir) ədəd 10 qramlıq şpris, üstündə “BMW” və “SAMURAY” yazısı olan polietilen torbalar, 01 (bir) ədəd ağımtıl rəngli polietilen torba, 11 (on bir) ədəd üstündə “QAX” yazısı olan bir litrlik göy rəngli butulka, 01 (bir) ədəd vedrə, üstündə “Final” yazısı olan 03 (üç) ədəd 5 litrlik boş qab, üstündə “Coca Cola” yazısı olan iki litrlik plastik qab və sapı ilə birlikdə dırmıq, 02 (iki) ədəd şpris, 01 (bir) ədəd şlanq qalıqları, 01 (bir) ədəd sarı rəngli su başlığı və şlanq başlığı, 01 (bir) ədəd üzərində “QAX” yazısı olan 1 (bir) litrlik plastik qab, 01(bir) ədəd qara saplı bıçaq və ağ rəngli sellofan torbada cığaralar aşkar edilmişdir. Daha sonra 5 metr kənara, yəni çay tərəfə düşmüşlər. Orada kol-kosun arasında 01 (bir) ədəd bir litrlik su vurmaq üçün əllə işləyən mexaniki nasos, 5 litrlik su qabı, 01 (bir) ədəd üstündə “QAX” sözü yazılmış bir litrlik plastik qab, qırmızı rəngli şlanq qalığı, başlıq və qayka ilə birlikdə çoxlu sayda şlanq qalıqları aşkarlanmışdır. Aşkar edilərək götürülmüş bitkilər və əşyalar açıq sahəyə yığılıb qablaşdırılmışdır. Sonda protokol tərtib edilmiş və o, digər iştirakçılarla birlikdə protokolla tanış olub həmin sənədi imzalamışdır. Tutduğu əməldən peşmandır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 ona qarşı CM-in 188.1, 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən (CM-in 234.4.1 maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilmir) təqsirli bilərək Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, tutduğu əməldən peşmandır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən “Gər yanı” deyilən ərazi Bələdiyyənin torpağıdır. Kənd təsərrüfatı təyinatlı deyildir. 2019-cu ilin avqust ayında onun məlumatı olmuşdur ki, Balakən rayon sakinləri Pərviz və Aydın tərəfindən qanunsuz olaraq həmin ərazi zəbt edilmiş, orada narkotik tərkibli çətənə bitkiləri əkilmişdir. Həmin ərazidə əkin aparıması barədə Aydın və Pərvizə har hansı bir formada icazə verilməmişdir. Təqsirləndirilən şəxslər ilə barışmışdır. Onlardan heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə Zaqatala rayonu Lahıc kəndi ərazisində “Gər yanı” adlanan əraziyə baxış keçirilən zaman birinci yerdə 63 ədəd çətənə koluna oxşar bitki, 21 ədəd çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələri (budaq və saplaqları), həmçinin qara rəngli polietilen torba aşkarlanmışdır. Torbanın içərisində yaş halda marixuana olmuşdur. Həmçinin həmin ərazidə vedrə, şlanq, dərmanvuran qab, plastik qutular, qayçı da aşkarlanmışdır. İkinci yerə baxış keçirilən zaman orada 16 ədəd gövdədən qırılmış çətənə kolu, 6 ədəd çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələri aşkarlanmıdır. Üçüncü yerdə isə 15 ədəd çətənə kolu və həmin yerin yaxınlığında bel, milçəköldürən dərman, şpris, polietilen torbalar, plastik qablar aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 və A.Pixriyev hər üç talada olan bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkilərə onlar tərəfindən qulluq edilərək yetişdirildiyini, aşkar edilən əşyalardan isə çətənə kollarına aqrotexniki qaydada qulluq göstərilməsində istifadə edildiyini bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmişŞahid3 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə Zaqatala rayonu Lahıc kəndi ərazisində çətənə kolları əkilmiş əraziyə baxış zamanı mütəxəssis kimi iştirak etmiş və həmin ərazilərdə aşkar edilən çətənə kollarına aqrotexniki qaydada qulluq edilməsini bildirmiş və bu barədə rəy yazaraq vermişdir. Baxış zamanı birinci yerdə 63 ədəd çətənə koluna oxşar bitki, 21 ədəd çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələri (budaq və saplaqları), həmçinin qara rəngli polietilen torba aşkarlanmışdır. Torbanın içərisində də yaş halda marixuana olmuşdur. İkinci yerdə 16 ədəd gövdədən qırılmış çətənə kolu, 6 ədəd çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələri aşkarlanmışdır. Üçüncü yerdə isə 15 ədəd çətənə kolu və həmin yerin yaxınlığında bel, milçək öldürən dərman, şpris, polietilen torbalar, plastik qablar aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə Zaqatala rayon Lahıc kəndindən keçən zaman qarşısına “VAZ-2106” markalı ** BB *** nömrəli avtomobil çıxmışdır. Zaqatala rayonu Lahıc kəndində yaşayan kənd camaatının demək olar ki, hamısını tanıdığından avtomobildə olan iki nəfər şəxslərin həmin kənddən olmadığını anlamışdır. Həmin maşının yanından keçən zaman maşındakı şəxslər ona çox şübhəli göründüyündən avtomobili yolun kənarında saxlamışdır. Bu zaman ** BB *** nömrəli maşının Lahıc kəndinin çöl ərazisi tərəfə dönməsini görmüşdür. Bu hal da onu şübhəyə salsa da, yoluna davam edib Zaqatala rayonu Əliabad qəsəbəsində onu gözləyən yoldaşı Şahid5 olduğu yerə getmişdir. Raminlə Zaqatala rayonu Lahıc kəndinə qayıdıb çöllük əraziyə çatanda ** BB *** nömrəli maşının həmin ərazidə yolun kənarında olduğunu görmüşlər. Maşın yolun kənarında olsa da, avtomobildə heç kim olmadığını görüb bu barədə telefonla post patrul xidmətinin manqa komandiri Şahid6 məlumat vermişdir. Sonra da maşından düşüb həmin ərazini gəzmişlər. Həmin müddətdə yanlarına manqa komandiri Nürəddin Atayev və Şahid6 də gəlmişlər. Dördü də həmin ərazini gəzib maşınla həmin yerə gələn şəxsləri axtararkən görmüşlər ki, iki nəfər şəxs kolluq ərazidədirlər və başlarında da maska var. Şəxslərin olduqları yerdə də çoxlu sayda çətənə bitkiləri vardır. Dərhal həmin şəxsləri saxlayıb bu barədə Zaqatala rayon polis şöbəsinə məlumat vermişlər. Şahid6 və Nürəddin Atayev həmin şəxsləri polis şöbəsinə aparmış, onlar isə hadisə yerində qalaraq hadisə yerini mühafizə etmişlər. Şahidlər Şahid5 və Şahid6 Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İşdə olan xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış potokolundan görünür ki, X11 və Təqsirləndirilən şəxs1 hər birinin şalvarının sağ yan cibindən üzdən tanınmaması üçün istifadə etdikləri bir ədəd qara rəngli maska aşkarlanaraq götürülmüşdür. İşdə olan xx xxxxxx 2019-cu ildə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zaqatala rayon Lahıc kəndinin "Gər yanı" adlanan hissəsində sahəsi 9x5 metr olan yerdə 63 (altmış üç) ədəd çətənə koluna oxşar bitki, qara rəngli polietilen torbada yaş halda olan marixuanaya oxşar yaşıl kütlə aşkarlanmışdır. Sahəsi 9x5 metr olan yerdə 01 (bir) ədəd vedrə, 20 (iyirmi) metr - üstündə qırmızı başlığı olan şlanq, başlığı ilə birlikdə dərmanvuran bir litrlik qab, üstündə “Fanta” yazısı olan iki litrlik 01 (bir) ədəd butulka və 2 (iki) ədəd qayçı aşkarlanmışdır. Sahəsi 7x9 metr olan sahəyə baxış keçirilən zaman 16 (on altı) ədəd gövdədən qırılmış çətənə koluna oxşar bitki və həmin bitkilərin 16 (on altı) ədəd kökü aşkarlanmışdır. Sahəsi 7x9 metr olan yerdə sapsız 01 (bir) ədəd bel, üstündə “OFF” yazısı olan milçəköldürən dərman, 01 (bir) ədəd 10 qramlıq şpris, üstündə “BMW” yazısı olan göy rəngli polietilen torba, üstündə “SAMURAY” yazısı olan yaşıl rəngli torba, 01 (bir) ədəd ağımtıl rəngli polietilen torba, 11 (on bir) ədəd üstündə “QAX” yazısı olan bir litrlik göy rəngli butulka aşkarlanmışdır. Sahəsi 10x5 metr olan yerə baxış keçirilən zaman 15 (on beş) ədəd çətənə koluna oxşar bitki aşkarlanmışdır. Həmin sahədə 01 (bir) ədəd vedrə, üstündə “final” yazısı olan 03 (üç) ədəd 5 litrlik boş qab, üstündə “Coca Cola” yazısı olan iki litrlik butulka və sapı ilə birlikdə dırmıq aşkarlanmışdır. Sonuncu yerdən 7 metr aralıda fındıq ağacının alt hissəsində üstündə “İnjekt” yazısı olan 02 (iki) ədəd şpris, 01 (bir) ədəd 2,5 metr şlanq qalığı, 01 (bir) ədəd 110 sm şlanq qalığı, 01 (bir) ədəd 15 sm şlanq qalığı, 01 (bir) ədəd sarı rəngli su başlığı və sarı rəngli şlanq başlığı, 01 (bir) ədəd “QAX” suyunun 1 (bir) litrlik butulkası, 01 (bir) ədəd qara rəngli tutacağı olan bıçaq və ağ rəngli sellofan torbada cığaralar aşkar edilmişdir. Daha sonra sonuncu yerdən 5 metr aralıda, çay tərəfdə kol-kosun arasında 01 (bir) ədəd kaçalka (suvuran vasitə), üstündə “Yurdum” yazısı olan 5 litrlik qab, 01 (bir) ədəd “QAX” suyunun bir litrlik butulkası, 15 sm qırmızı rəngli şlanq qalığı, başlıq və qayka ilə birlikdə şlanq qalığı, 01 (bir) ədəd 10 sm şlanq qalığı, 01 (bir) ədəd 15 sm yaşıl rəngli şlanq qalığı və 01 (bir) ədəd 5 sm yaşıl rəngli şlanq qalığı aşkarlanmışdır. Zaqatala Bölgə-Təcrübə Stansiyasının baş aqronomu Şahid3 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli aqronom rəyindən görünür ki, Zaqatala rayon Lahıc kəndi ərazisində yerləşən “Gər yanı” adlanan çöl sahəsində əkilib-becərilən uzunluğu 9 metr, eni isə 5 metr olan sahədəki 63 ədəd, uzunluğu 7 metr, eni isə 9 metr olan sahədəki 16 ədəd və uzunluğu 10 metr, eni isə 5 metr olan sahədəki 15 ədəd bitkilər çətənə bitkiləridir. Ərazi qabaqcadan seçilmiş, həmin çətənə bitkiləri əkilərək yetişdirilmiş və digər kollardan təmizlənmiş, kolların uzunluqları 2 metrdən 3 metrədəkdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 496 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırlmış vərəqədə “...”Gər yanı" adlanan çöl sahəsində uzunluğu 9 metr em 5 metr olan sahədən götürülmüş...çətənə kolu....”” sözləri yazılmış 08 (səkkız) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki ümumilikdə 63 (altmış üç) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi - 41 kiloqram 365 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırlmış vərəqədə “...”Gər yanı" adlanan çöl sahəsində uzunluğu 7 metr eni isə 9 metr olan sahədən götürülmüş...çətənə kolu....”” sözləri yazılmış 02 (iki) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki ümumilikdə 16 (on altı) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi - 7 kiloqram 610 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırlmış vərəqədə "...”Gər yanı” adlanan çöl sahəsində uzunluğu 10 metr eni isə 5 metr olan sahədən götürülmüş...çətənə kolu...”" sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki 15 (on beş) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi - 4 kiloqram 155 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırlmış vərəqədə “Gər yanı" adlanan çöl sahəsində uzunluğu 9 metr, eni isə 5 metr olan sahədən götürülmüş 2,300 kq ...kütlə...”” sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki, təmiz çəkisi - 2235 qram olan 21 (iyirmi bir) ədəd kök ilə birlikdə gövdə hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələridir, bitki budaq və saplaqları isə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin budaq və saplaqlarıdır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırlmış vərəqədə "...”Gər yanı” adlanan çöl sahəsində uzunluğu 7 metr eni isə 9 metr olan sahədən götürülmüş 600 qram ...kütlə..."” sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki, təmiz çəkisi - 545 qram olan 06 (altı) ədəd kök ilə birlikdə gövdə hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələridir, bitki budaq və saplaqları isə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin budaq və saplaqlarıdır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırlmış vərəqədə "...Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cərullah oğlunun əkib becərdikləri çətənə kollarının üzərindən yığılmış, yaş halda olan ...kütlə...” sözləri yazılmış 01 (bır) ədəd qara rəngli sellofan torbanm içərisindəki, yaş vəziyyətdə təmiz çəkisi - 1265 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Təqdim edilmiş 01 (bır) ədəd qara rəngli sellofan torbada olan qurudulmamış marixuana ilə 08 (səkkiz) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki ümumilikdə 63 (altmış üç) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom Şahid3 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 868 və 869 saylı rəylərdən görünür ki, X5 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkirlər. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacları var. Narkoloji kabinetdə qeydiyyata alınmaları məsləhət görülür. Yuxarıda qeyd edildiyi kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərX5 və Təqsirləndirilən şəxs2 qarşı CM-in 188.1, 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin ittihamdan CM-in 234.4.1-ci maddəsini çıxarmışdır. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxslərə CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunur, buna görə onlara CM-in 234.4.1-ci maddəsi ilə də ittiham verilməsi əsassızdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və R.Caniyevə CM-in 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə 1265 qram narkotik vasitə olan qurudulmamış marixuananı qanunsuz olaraq əldə etmişlər. İşin faktiki hallarından məlum olur ki, Təqsirləndirilən şəxs1 və R.Caniyev həmin 1265 qram narkotik vasitə olan qurudulmamış marixuananı qanunsuz olaraq əkib becərdikləri tərkibində narkotik maddələr olan çətənə bitkilərindən toplamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-cu il tarixli Qərarında qeyd olunur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasınagörə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin göstərilir ki, СM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə isə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. Konkret halda təqsirləndirilən şəxslər A.Pixriyev və Təqsirləndirilən şəxs2 əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-becərmiş və həmin bitkilərdən yaş halda təmiz çəkisi 1265 qram olan hissələrini (yarpaqlarını) toplamışlar ki, bununla da onlar bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişlər. Konstitusiya Məhkəməsinin Qərarında qeyd edildiyi kimi, əməlin CM-in 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Beləliklə, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması CM-in 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi hökmündə haqlı olaraq göstərmişdir ki, hətta, təqsirləndirilən şəxslər həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə əkib becərmələrini, onun hissələrini satış məqsədi ilə toplamalarını bildirsələr də, onların əməli yalnız CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın CM-in 237.2.1-ci və 237.2.3-cü maddələri ilə əhatə olunması, bu səbəbdən CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın onlara qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılması barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə razılaşmır və həmin protestin təmin edilməsinə əsas görmür. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərX5 və Təqsirləndirilən şəxs2 qarşı CM-in 188.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi də əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona görə CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər ki, onlar 2019-cu ilin yazında qanunsuz olaraq çətənə bitkisi əkib yetişdirmək məqsədi ilə həmin ilin may ayında Zaqatala rayonu Lahıc bələdiyyəsinin mülkiyyətində olan, Zaqatala rayonu Lahıc kəndindəki “Gər yanı” adlanan ərazidə yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına zəbt etmiş, həmin torpaq sahəsində çətənə bitkisinin toxumlarını əkmişlər. CM-in 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxslərin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxslər becərdikləri torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn, dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan, o cümlədən foto cədvəllərdən görünür ki, Zaqatala rayon Lahıc bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi, maddənin dispozsiyasında göstərildiyi kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, təqsirləndirilən şəxslərin həmin torpaq sahəsini əkinçilik məqsədilə istifadə etməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxslər gizli şəkildə Bələdiyyəyə məxsus torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişlər. Təqsirləndirilən şəxslərin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin məlumatı olmuşdur ki, ona məxsus torpaq sahəsindən təqsirləndirilən şəxslər ondan icazəsiz istifadə etmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxslərin niyyəti torpaq sahəsini zəbt etməyə deyil, çətənə bitkisinin toxumlarını əkmək üçün münasib yer seçməyə yönəlmişdir. CM-in 188.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilən cinayətlərə aid olduğundan təqsirləndirilən şəxslər A.Pixriyev və Təqsirləndirilən şəxs2 qarşı həmin maddə ilə ittiham irəli sürülməsi o zaman əsaslı olardı ki, onların məqsədi bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etmək olsun. Lakin A.Pixriyev və Təqsirləndirilən şəxs2 torpaq sahəsini zəbt etmək məqsədləri olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, şəxs “daxil olmaq” (yaşayış sahəsinə) əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi (mənzil toxunulmazlığını pozma) ilə də tövsif etməyə ehtiyac yoxdur. Eyni məntiqlə belə nəticəyə gəlmək olar ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri özgəyə məxsus zəbt etdiyi torpaq sahəsində əkib becərmiş şəxsin də əməlini CM-in 237-ci maddəsindən əlavə olaraq CM-in 188-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər A.Pixriyev və Təqsirləndirilən şəxs2 əsassız olaraq CM-in 188.1-ci maddəsi ilə ittiham verilmişdir. CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Habelə, CPM-in 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 188.1-ci maddəsi ilə ittiham verilərkən onun əməli CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində onlara istinad edilən CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi yoxdur. Birinci instansiya məhkəməsi onları CM-in 188.1-ci maddəsi il təqsirli bilib cəza təyin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu da hökmün həmin hissədə ləğv edilməsi üçün əsasdır. CPM-in 397.5-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apelyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Həmin normaya müvafiq olaraq CM-in 188.1-ci maddəsi ilə bağlı bəraət verilməsi məsələsi apelyasiya şikayəti verməyən Təqsirləndirilən şəxs2 də şamil edilməlidir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 qarşı CM-in 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməllərində cinayət tərkibi olmadığından onlara həmin maddə ilə bəraət verilməlidir. CPM-in 398.1.2-ci maddəsinə əsasən apelyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. CPM-in 399-cu maddəsinə müvafiq olaraq, (399.1.2) məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; (399.1.4) cinayət qanunu normasının düzgün tətbiq edilməməsi – apelyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. CPM-in 401.1 və 401.1.1-ci maddələrinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. CPM-in 403.0 və 403.0.3-cü maddələrinə əsasən, cinayət qanunu normasının düzgün şərh (təfsir) edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. İstinad edilən normalara müvafiq olaraq, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hökmü qismən, yəni Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinib cəzaya məhkum edilmələri hissəsində ləğv ediiməli və onların əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından hər birinə CM-in 188.1-ci maddəsi ilə bəraət verilməlidir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 qarşı CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamı əsaslı sayır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CM-in 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 Cərullah oğluna cəza təyin edərkən himayəsində xx.xx.2015-ci il təvəllüdlü Rəvan və xx.xx.2017-ci il təvəllüdlü Rəşad adlı 2 azyaşlı uşağının olmasını, eyni zamanda digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən himayəsində xx.xx.2009-cu il təvəllüdlü Bilal və xx.xx.2013-cü il təvəllüdlü Şamil adlı 2 azyaşlı uşağının olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah məqsədi ilə törədilməsini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 Cərullah oğluna CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, özünün şəxsiyyətinə, cəzasına təsir edən digər hallara, habelə cəmiyyətin mənafelərinə, eləcə də cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyası çərçivəsində kifayət qədər güzəştli cəza təyin etmişdir və ona daha artıq güzəşt edilməsi cəza təyini, o cümlədən ədalət prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görmür və həmin cəzanın dəyişdirilmədən saxlanılmasını məqsədəuyğun hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs1 Cərullah oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair X15 Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(091)-30/2020 nömrəli hökmü qismən – CM-in 188.1-ci maddəsinə aid hissədə ləğv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onların əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından hər birinə CM-in 188.1-ci maddəsi ilə bəraət verilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair X15 Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(091)-30/2020 nömrəli hökmü onların CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinmələri və bu maddə ilə cəza təyin edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onların əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından hər birinə CM-in 188.1-ci maddəsi ilə bəraət verilsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin üzərində onlara təqsirli bilindikləri CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X15 Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(091)-30/2020 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-100/2020
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-100/2020
17.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver