Məhkəmə qərarları › İş №1(107)-101/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-101/2020

09.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-101/2020 09.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, x3 iclas katibliyi, dövlət ittihаmçısı, İ dərəcəli hüquqşünas x5, Təqsirləndirilən şəxs və müdafiəçisi x6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair x10 Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: x10 Məhkəməsinin (B.M.Məmmədov (sədrlik edən), hakimlər N.N.Mirzəyev və R.İ.Hüseynovdan ibarət tərkibdə) 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmü ilə xx xxx 1995-ci ildə Ucar rayonu Bağman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ucar rayonu Bağman kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə x2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM)181.3.3-cü mаddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 09 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə 08 noyabr 2019-cu il tarixdə saat 06 radələrində Bakı-Qazax yolunun Ucar rayonu Müsüslü kəndi ərazisindən keçən hissəsində yerləşən yol qovşağında quraşdırılmış körpünün altında Ucar rayonu Məlikballı kənd sakini 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən zərbələr vuraraq sonuncuya sol əlin ovuc səthinin, İV və V barmaqlarının, dırnaq falanqasının ovuc səthinin, sol əlin kəsilmiş yaraları, sol kürəkaltı nahiyyənin daxilə keçməyən yaralarından ibarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, habelə sağ qabırğaaltı nahiyənin daxilə keçərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə sonuncuya məxsus 120 manat dəyərində "Samsung J2 Prime markalı" mobil telefonu tamah məqsədi ilə ələ keçirib quldurluq cinayətini törətmişdir. x10 Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verib, hökmün ləğv edilməsini, daha ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən apelyasiya protesti, zərər çəkmiş şəxs tərəfindən apelyasiya şikayəti və apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə heç də ittiham edildiyi kimi olmayıb. Bakı şəhərindən Ucar rayonuna getmək üçün mindiyi yol maşınının sürücüsünü bıçaqlamaq, soymaq istədiyi doğru deyil. Düzdür, hadisənin görünüşü belə düşünməyə əsas verir. Lakin bəzi məqamlar vardır ki, bunun əksini göstərir. Məsələn, hadisədə istifadə olunan bıçaq ona yox, sürücüyə məxsus olub. Bundan başqa onun zərər çəkmiş şəxsi soymaq niyyəti olmayıb. O, əvvəlcədən 5 manat pulunu verib maşına oturmuşdur. Əgər onun soymaq niyyəti olsa idi, zərər çəkənə adını və ünvanını başqa cür verərdi. Bundan əlavə zərər çəkmiş şəxsin telefonunu zəng etməsin deyə əlindən alımış və yandırmışdır. Satıb pula çevirməmişdir. Ucar Rayon Polis şöbəsinin müstəntiqi işi düzgün aparmamışdır. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxsona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli hesab edərək bildirmişdir ki, apelyasiya şikayətini müdafiə edir, daha ədalətli və qanuni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi x8 apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihаmçısı x7 bildirmişdir ki, apelyasiya şikayətinə etiraz edir. Birinci instansiya məhkəməsi verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuş, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin etmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apelyasiya şikayətinin təmin edilməməsini, x10 Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə teleqram göndərərək məhkəmə iclasına gələ bilmədiyini, istintaqda verdiyi ifadəsini tam təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və ya apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apelyasiya şikayəti təmin edilməməli, x10 Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)- 49/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 noyabr 2019-cu il tarixdə Bakı şəhərində işdə olmuş, 08 noyabr 2019-cu il tarixdə saat 01 radələrində işini yekunlaşdırdıqdan sonra yaşadığı Ucar rayonu Bağman kəndinə getmək məqsədilə iş yerindən çıxaraq yemək yedikdən sonra saat 02 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində "Lökbatan dairəsi" deyilən yerdə körpünün yanına gəlmişdir. Təxminən 1 saatdan bir qədər artıq müddətdə gözlədikdən sonra qara rəngli VAZ 21154 markalı **-SN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil oraya yaxınlaşaraq sürücü ondan haraya getdiyini soruşmuşdur. Sürücüyə Ucar rayonuna gedəcəyini dedikdən sonra sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi sürücü ona avtomobilə əyləşməyini demişdir. Elə həmin anda da təxminən 35-40 yaşlarında olan bir nəfər şəxs sürücüyə yaxınlaşıb Hacıqabul rayonuna gedəcəyini dedikdə Kamran həmin şəxsə də avtomobilə əyləşməsini demişdir. Lakin sürücü Kamranla aralarında gediş haqqı barədə heç bir söhbət olmamışdır. O, Kamranın idarə etdiyi avtomobilin arxa oturacağında, Hacıqabul rayonuna gedən şəxs isə avtomobilin qabaq oturacağına əyləşdikdən sonra yola çıxmışlar. Yorğun olduğundan həmin vaxt yatmış, ayıldıqda Hacıqabul rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqəsində olduqlarını görmüşdür. Kamran avtomobilə yanacaq vurduqdan sonra yenidən yoluna davam etmiş, təxminən yarım saat sonra digər adını bilmədiyi müştəri Hacıqabul rayonunun ərazisində yol kənarında düşərək Kamrana pul vermişdir. Bundan sonra o, avtomobilin arxa sərnişin oturacağından düşərək qabaq sərnişin oturacağında əyləşmişdir. Bir qədər yol getdikdən sonra Kürdəmir rayonu ərazisində Kamran ona çay içmələrini təklif etmiş, Kamrana etiraz etməyərək razılaşmışdır. Lakin münasib yer olmadığından Kamran avtomobili saxlamayıb yoluna davam etmişdir. Həmin anda Kamranın istifadəsində olan mobil telefonun enerji şarjı bitmiş, Kamran avtomobil idarə etdiyindən ondan avtomobilin şit yerində olan külqabıdan yaddaş kartını çıxarıb verməsini xahiş etmişdir. Həmin vaxt külqabını açdıqda orada açılıbqatlanan xırda cib bıçağı olduğunu görmüş, bıçağa dəyməyərək külqabını yenidən bağlamışdır. Kamranla birlikdə avtomobildə söhbət zamanı sonuncuya Ucar rayonu Bağman-Bərgüşad kəndinə gedəcəyini bildirmiş, işlədiyi yer barədə məlumat vermişdir. Kamran da ona Ucar rayonu Məlikballı kəndindən olduğunu demişdir. Kürdəmir postunu keçdikdən sonra "Çıraq" adlı restorana yaxınlaşdıqda Kamran yenə də ona çay içməyi təklif edərək avtomobili "Çıraq" restoranının qarşısında saxladıqdan sonra hər ikisi aşağı düşmüşlər. O, ayaqyoluna getmək istəmiş, restoranda müştərilərin oturduğu yerə yaxınlaşmaq istədikdə Kamran “yolçu yolunda gərək” deyərək gedib evilərində rahat çay içəcəklərini bildirmişdir. Bundan sonra da avtomobilə əyləşib yola davam etmişlər. Ucar rayonu Müsüslü kəndi ərazisində Ucar rayonu Bağman və Bərgüşad kəndlərinə gedən körpüyə yaxınlaşdıqda Kamrandan avtomobili saxlamasını və körpünün altında düşəcəyini demiş, cibindən 5 manat pul çıxarıb Kamrana vermişdir. Kamran avtomobili həmin körpünün altında saxlayıb ondan harada qaldığını soruşduqda yaşadığı kəndin istiqamətini əli ilə Kamrana göstərmişdir. Həmin vaxt hər ikisi avtomobildə oturaq vəziyyətdə olmuş, Kamran qəflətən sol, yəni avtomobilin sürücü tərəfdən qabaq qapısı istiqamətindən ümumi uzunluğu təxminən 22-25 sm olan bıçağı çıxarıb onun qarın nahiyəsinə dirəmişdir. Kamranın hərəkəti ani olduğundan nə baş verdiyini bilməmiş, Kamranın onun üzərinə bıçaq çıxarmaqda məqsədinin nə olduğunu bilməmişdir. Bu zaman qəflətən Kamranın sol əlini buraraq bıçağı sonuncunun əlindən almış və Kamranın qarın nahiyəsinə həmin bıçaqla bir dəfə zərbə vurmuşdur. Kamran ona müqavimət göstərib əyilərək onun ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman əsəbiləşib Kamranın bel nahiyəsindən yenidən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Kamran əlləri ilə bıçağı tutub onun əlindən almaq istədikdə bıçaq Kamranın sol əlini kəsmiş, artıq onun yenidən Kamranı vurmaq fikri olmamışdır. Kamran ona iki övladının olduğunu, onu vurmamasını demişdir. Bu zaman avtomobildə Kamrana məxsus olan qara rəngli "Samsung J 2 Prime" markalı mobil telefonunu və bıçağı da özü ilə götürmüşdür. Əvvəlcə Kamran qapını açıb aşağı düşmüş və o da qapını açıb aşağı düşərək avtomobilin arxa oturacağında çirkli paltarlarını yığdığı əl çantasını götürdükdən sonra körpüyə qalxaraq yaşadığı kənd istiqamətində getmişdir. Mobil telefonla qayınatasının istifadəsində olan mobil telefona zəng vuraraq Bərgüşad kənd ərazisində yerləşən stansiyanın yanından onu götürməsini xahiş etmiş və özü piyada həmin yerə getmişdir. Təxminən 30 dəqiqədən sonra qayınatası Ələkbər idarə etdiyi avtomobillə həmin yerə gəlib onu götürmüşdür. Qayınatası Ələkbər onun həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşduqda sonuncuya heç bir söz deməmişdir. Qayınatası Ələkbər onu evə düşürüb getmiş, həmin evdə olan və yatmış anası Nazxanım və arvadı Şəfanəni yuxudan qaldırmışdır. Anası onun həyəcanlı olduğunu görüb ondan nə baş verdiyini soruşduqda sonuncuya Lökbatandan gəldiyi taksidən düşən zaman körpünün yanında taksi sürücüsünün ona bıçaq dirədiyini və həmin bıçağı alıb sürücünü bıçaqla vurduğunu dedikdən sonra ürək xəstəsi olan atasına bu barədə heç bir söz deməməsini bildirmişdir. Daha sonra yerinə girib yatmış, bir qədər keçmiş anası onu yuxudan qaldıraraq mobil telefonla atası ilə danışıb baş vermiş hadisəni sonuncuya da bildirmişdir. Atası Məlikməmməd ona Bakı şəhərinə gəlməməsini, 1-2 günə kəndə gəlib özü onunla söhbət edəcəyini demişdir. Saat 12 radələrində yuxudan duraraq evlərinin arxa tərəfində Kamrana məxsus olan qara rəngli "Samsung J 2 Prime" markalı mobil telefonu üzərində olan sim kartı ilə birlikdə və bıçağı yandıraraq həmin əşyaları yanmış şəkildə sellofan torbaya qoyub evin arxa tərəfindən keçən kanala atmışdır. 09 noyabr 2019-cu il tarixdə saat 22 radələrində evdə olarkən polis əməkdaşları onlara gələrək onu Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər, polis əməkdaşlarına etiraz etməyərək şöbəyə gəlmişdir. Şöbədə sorğu-sual zamanı törətdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2008-ci ildən Bakı şəhərinin müxtəlif yerlərində fəhlə işləməklə ayda bir-iki dəfə yaşadığı Ucar rayonu Məlikballı kəndinə gələrək ailə üzvlərinə baş çəkmişdir. 08 noyabr 2019-cu ildə saat 02 radələrində Bakı şəhərində işlərini yekunlaşdırdıqdan sonra saat 0215-də Ucar rayonuna getmək üçün yola çıxmışdır. Qaradağ rayonu Lökbatan dairəsinə çatdıqda yuxusunun gəlməməsi üçün özünə yol yoldaşı götürmək məqsədilə dairədə idarə etdiyi VAZ 21154 markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayarkən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs avtomobilə yaxınlaşmış, avtomobilin şüşəsini aşağı salaraq həmin şəxsdən haraya getdiyini soruşduqda sonuncu ona Ucar rayonu Bağman kəndinə gedəcəyini, Ucar rayonu Müsüslü kəndi ərazisində Bərgüşad-Bağman kəndlərinə gedən körpünün altında düşəcəyini bildirmişdir. Gediş haqqına görə həmin şəxslə aralarında heç bir pul söhbəti olmamış, bir dəqiqə sonra təqribən 40 yaşlarında olan daha bir nəfər şəxs avtomobilə yaxınlaşıb ona Hacıqabul rayonu Padar kəndinə gedəcəyini demişdir. Təqribi 40 yaşlarında olan şəxs avtomobilin qabaq sərnişin yerində, Rəşad isə avtomobilin arxa sərnişin yerində əyləşdikdən sonra yola çıxmışdır. Magistral yolun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində avtomobili saxladıqda qabaq sərnişin yerinə oturan şəxs aşağı düşüb yol pulu olaraq 5 manat pul vermişdir. Həmin vaxt arxa sərnişin yerində oturan Rəşad adlı şəxs düşüb qabaq sərnişin yerində əyləşmişdir. Kürdəmir rayonu ərazisində Rəşadla çay içmək qərarına gəlmiş, Kürdəmir rayonu "Çıraq" restoranında idarə etdiyi avtomobili saxlamış, hər ikisi avtomobildən aşağı düşmüşlər. Restorana daxil olmaq istəyərkən artıq gec olduğundan Ucar rayonu ərazisinə az məsafə qaldığına görə çayı gedib evlərində içməyi fikirləşmişlər. Yenidən avtomobilə əyləşib yola düzəldikdən sonra saat 0555-də Ucar rayonu Müsüslü kəndi ərazisində yerləşən körpünün altına çatdıqda təxminən 1-2 metr keçib avtomobili saxlamışdır. Rəşad öz tərəfindən avtomobilin qapısını açmış, lakin yerə düşməyərək qəflətən yumruqla onun baş nahiyəsinə zərbə endirib pulu olmadığından yol haqqı olaraq pul verməyəcəyini bildirmişdir. Rəşada ondan pul istəmədiyini və düşüb getməsini demiş, bu zaman Rəşad gözlənilmədən şalvarından bıçaq çıxarıb oturacağın yan hissəsinə dirəyib ondan pul istəmişdir. Həmin vaxt bıçağı tutmaq istədikdə bıçaq onun sol əlini kəsmiş, avtomobilin təhlükəsizlik kəməri taxılı vəziyyətdə olmuş, Rəşada müqavimət göstərib sonuncudan yayınmaq istəmişdir. Həmin anda Rəşad onun kürək nahiyəsindən 01 dəfə bıçaqla vurmuşdur. Rəşada onu vurmamasını desə də, sonuncu ondan pul tələb etməkdə davam etmişdir. Bundan sonra Rəşad onun qarın nahiyəsindən yenidən 1 dəfə bıçaq zərbəsi vurmuşdur. O, təhlükəsizlik kəmərini birtəhər açıb avtomobildən aşağı düşmüşdür. Bu zaman Rəşad da avtomobildən aşağı düşüb avtomobilin arxa sərnişin yerində olan özünə məxsus əl çantasını götürüb ona yaxınlaşıb yenidən pul tələb etdikdə, əynində olan şalvarın cibində olan özünə məxsus qara rəngli "Samsung J2 Prime" markalı mobil telefonu Rəşada vermişdir. Rəşad mobil telefonu ondan alıb Bərgüşad-Bağman kəndlərinə gedən yol istiqamətində qaçmışdır. O da avtomobilinə əyləşib Ucar Rayon Mərkəzi Xəstəxanasına gəlib cərrahiyyə şöbəsinə qalxmış, həkimlər ona tibbi yardım göstərib əməliyyata götürmüşlər. Təqisləndirilən şəxsi vurmamış, sonuncu onun avtomaşınından bıçaq götürməmiş, həmin bıçaq Rəşadın üzərində olmuşdur. Onun avtomaşınında özünə məxsus bıçaq olmuş, həmin bıçağı istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qızının əridir. 08 noyabr 2019-cu il tarixdə saat 07 radələrində evdə olduğu zaman kürəkəni Rəşad onun mobil telefonuna zəng vuraraq Bakı şəhərindən rayona gələrək Müsüslü kəndində yerləşən körpüdə düşüb kənd istiqamətində gəldiyini və sonuncunu stansiyanın yanından götürməsini xahiş etmişdir. Bundan sonra özünə məxsus avtomaşınla Ucar rayonu Bərgüşad kəndinə gedərək stansiyanın yanından Rəşadı götürmüşdür. Rəşad avtomobilə əyləşdikdə sonuncunun həyəcanlı olduğunu hiss edib nə baş verdiyini, nə səbəbə həyəcanlı olduğunu soruşmuş, lakin Rəşad ona heç bir söz deməmişdir. Rəşadı gətirib yaşadığı evə düşürüb oradan öz evlərinə qayıtmışdır. 09 noyabr 2019-cu il tarixdə axşam saatlarında qızı Şəfanə ona zəng vuraraq əri Rəşadın polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdiyini bildirmişdir. Bundan sonra Ucar Rayon Polis Şöbəsinə getdikdən sonra Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixdə saat 06 radələrində Ucar rayonu Müsüslü kəndi ərazisində körpünün altında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirib sonuncuya məxsus mobil telefonu götürdüyü məlum olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğlu olmaqla təxminən iki ildir ki, Bakı şəhərində müxtəlif yerlərdə işləyərək fərdi əməklə məşğul olmuş, ayda təxminən 1-2 dəfə gələrək ailəsinə baş çəkmişdir. Əri Məlikməmməd isə Bakı şəhərində olan daş karxanalarında traktorçu kimi işləmişdir. 08 noyabr 2019-cu il tarixdə saat 07 radələrində Rəşad yaşadıqları Ucar rayonu Bağman kəndində yerləşən evlərinə gəlmiş, həmin vaxt oğlunun həyəcanlı olduğunu hiss edib nə baş verdiyini soruşduqda sonuncu ona gecə saatlarında Lökbatan dairəsindən tanımadığı avtomobilə əyləşdiyini, yaşadıqları kəndə gəlmək üçün Ucar rayonu Müsüslü kəndində Bərgüşad kəndinə gedən körpünün altında avtomobildən düşdükdə həmin avtomobilin sürücüsünə pul verdikdən sonra gözlənilmədən sürücü bıçaq çıxarıb ondan cibində olan digər pulları tələb etdiyini, özü isə həmin bıçağı sürücüdən alaraq bir dəfə həmin sürücünü bıçaqla vurub xəsarət yetirdiyini demişdir. Rəşad bu barədə ona bildirdikdən sonra həyəcanlanmış, Rəşad ona baş vermiş hadisə barədə ürək əməliyyatı keçirdiyinə görə atası Məlikməmmədə heç bir söz deməməsini bildirmişdir. Buna baxmayaraq Rəşad yatmağa getdikdən sonra həmin günü saat 10 radələrində əri Məlikməmmədə zəng vuraraq Rəşadın ona dediklərini bildirmiş, Məlikməmməd də ona Rəşadı Bakı şəhərinə getməyinə imkan verməməsini, özü 9-10 noyabr tarixlərdə rayona gəlib Rəşadla bu barədə söhbət edib hüquq-mühafizə orqanlarına xəbər verəcəyini bildirmişdir. Məlikməmmədin təkidi ilə Rəşadı oyadıb telefonu sonuncuya vermiş, həmin vaxt əri Rəşaddan kimi, nə üçün vurduğunu soruşduqda Rəşad yenə də əvvəlki qaydada baş vermiş hadisə barədə atasına məlumat vermişdir. Bundan sonra Rəşad heç bir yerə getməmiş, 09 noyabr 2019-cu il tarixdə polis əməkdaşları gəlib Rəşadı rayon polis şöbəsinə aparmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiyi xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu olmaqla Bakı şəhərində fərdi əməklə məşğul olmuş, ayda bir-iki dəfə yaşadıqları Ucar rayonu Məlikballı kəndinə gələrək ailəsinə baş çəkmişdir. 08 noyabr 2019-cu il tarixdə saat 07 radələrində bir nəfər şəxs mobil telefonla ona zəng vuraraq Ucar Rayon Mərkəzi Xəstəxanasının işçisi olduğunu deyib oğlu Zərərçəkmiş şəxs bıçaq xəsarəti ilə xəstəxanaya daxil olduğunu bildirmişdir. Buna görə də təcili olaraq yaşadığı evdən çıxaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına gəlmişdir. Həmin vaxt oğlu Kamran əməliyyatda olmuş, orada ona oğlu Kamranın idarə etdiyi avtomobil ilə Bakı şəhərindən yaşadıqları kəndə gələn zaman Ucar rayonu Müsüslü kəndi ərazisində avtomobildə sərnişin qismində əyləşən bir nəfər tərəfindən bıçaqlandığını və həmin şəxsin oğlunun istifadəsində olan "Samsung" markalı mobil telefonu apardığı məlum olmuşdur. Oğlu Kamran da əməliyyatdan sonra onunla söhbəti zamanı 07 noyabr 2019-cu il tarixdə gecə saatlarında Bakı şəhərindən çıxaraq Ucar rayonuna gələrkən Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində sərnişin kimi götürdüyü və Ucar rayonu Bağman kəndinə getdiyini bildirdiyi Rəşad adlı şəxsin Ucar rayonu Müsüslü kəndində yerləşən körpünün yanına çatdıqda oğlundan pul tələb etdiyini, Kamran pulunun olmadığını dedikdə Rəşad adlı şəxsin üzərindən bıçaq çıxararaq Kamrana həmin bıçaqla 3 dəfə zərbə vurduğunu, daha sonra Kamrana məxsus olan mobil telefonu götürərək oradan uzaqlaşdığını, Kamran da yaralı halda avtomobili idarə edərək özünü xəstəxanaya çatdırdığını demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsində baş əməliyyat müvəkkili işləyən Şahid6 ifadəsində göstərmişdir ki, 08 noyabr 2019-cu il tarixdə saat 07 radələrində Ucar rayon x4 Rayon Polis Şöbəsinin növbətçi hissəsinə Ucar rayonu Məlikballı kənd sakini Zərərçəkmiş şəxs qarın boşluğunun daxilə keçən və sol kürək nahiyəsinin bıçaq yaraları diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatdan sonra digər polis əməkdaşları ilə birlikdə xəstəxanaya gedərkən orada ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs həmin günü saat 06 radələrində Ucar rayonu Müsüslü kəndi ərazisində körpünün altında şəxsin özünün dediyinə görə Ucar rayonu Bağman kənd sakini Rəşad adlı şəxs tərəfindən bıçaqlanmış, Rəşad adlı şəxs Zərərçəkmiş şəxs məxsus olan olan "Samsung J2 Prime" markalı mobil telefonu götürmüşdür. Tərəflərindən keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə 1995-ci il təvəllüdlü Ucar rayonu Bağman kənd sakini Təqsirləndirilən şəxs şübhəli olduğu müəyyən edilmişdir. 08 noyabr 2019-cu il tarixdə saat 22 radələrində Ucar RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Oxan Umudovla birlikdə Ucar rayonu Bağman kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə gedib qapını döydükdə Təqsirləndirilən şəxs bayıra çıxmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə getməli olduqlarını bildirdikdə sonuncu etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxsla şifahi sorğu-sual edilən zaman törətdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Ucar RPŞ-nin istintaq bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ucar RPŞ-nin cinayətaxtarış bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Bunlardan başqa, cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının 21 noyabr 2019-cu il tarixli 354 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-sol əlin ovuc səthinin, İV və V barmaqlarının, dırnaq falanqasının ovuc səthinin, sol kürəkaltı nahiyənin daxilə keçməyən və sağ qabırğaaltı nahiyənin daxilə keçərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş, sol əlin kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir, törənmə müddəti 08.11.2019-cu il tarixə uyğun gəlir. Adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Sol əlin ovuc səthinin, İV və V barmaqlarının, dırnaq falanqasının ovuc səthinin, sol kürəkaltı nahiyənin daxilə keçməyən yaraları səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə adətən sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sağ qabırğaaltı nahiyənin daxilə keçərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 21 noyabr 2019-cu il tarixli, 586- MKTŞ/2019 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd və gödəkçənin arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə ülgücü, qabırğaları özünü kafi biruzə verən küpü və kafi itilikdə ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sağ yarısının aşağı hissəsində və arxa səthinin sol yarısının yuxarı hissəsində aşkar edilmiş iki ədəd deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş 1 №-li bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətli alətin tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol yan və sol qolun daxili tikişi, sağ yan və sağ qolun daxili tikişi və sağ yan cibinin tikişi üzərində küt yaranma mexanizminə malik, gödəkçənin müvafiq nahiyələrinin kəskin gərilib-dartılması nəticəsində əmələ gəlmiş cəmi üç ədəd sökülmə izləri vardır. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş 1 №-li bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş 2 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmə-tibbi bioloji ekspertizasının 25 noyabr 2019-cu il tarixli, 875/2019-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/ (şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins gödəkçə, cins şalvar, Təqsirləndirilən şəxs məxsus cins şalvar, oturacaq hissələri, N1,2 üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız antigeni alındı. Belə olan halda bu qan ləkələri Abeta (İİ) qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, qısaqol köynək, oturacaq hissələri № 3,4 üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 dekabr 2019-cu il tarixli 29875 nömrəli rəyindən görünür ki, 1 ədəd Samsung J2 Prime markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasınını və istifadə olunmasını nəzərə alaraq, nəzəri hesablama ilə 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müyyən olunur. Kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 21 dekabr 2019-cu il tarixli, 680/274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabliyyətindədir. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk edə bilərdi. O, öz hərəkətlərini idarə etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlər mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). 10 noyabr 2019-cu il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs Məlikməməd oğlunun (şübhəli şəxs qismində) ifadəsi yerində yoxlanılan zaman hadisə vaxtı zərərçəkmiş şəxsi vurduğu bıçağı və sonuncuya məxsus olan "Samsung J2 Prime" markalı mobil telefonu yanmış vəziyyətdə yaşadığı Ucar rayonu Bağman kəndinin ərazisində olan kanala atdığı yeri göstərmiş və dəstəyi yanmış vəziyyətdə olan bıçaq və ağ sellofan torbada yanmış vəziyyətdə olan "Samsung J2 Prime" markalı mobil telefon və onun batareyası həmin yerdən götürülmüş, həmçinin qeyd olunan maddi sübutlara Şöbənin inzibati binasında baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunduqdan sonra müvafiq qaydada qablaşdırılmışdır. Ucar rayon Mərkəzi Xəstəxanasının 27 noyabr 2019-cu il tarixli 1744 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın polikilinka şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BaşƏməliyyat x1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Ucar Rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli 453 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Ucar rayonu Bağman kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində müsbət səciyyələndirilmiş, himayəsində 2017-ci ildə anadan olmuş Məlik Oruclu və 2019-cu ildə anadan olmuş Sirac Oruclu adlı azyaşlı uşaqları vardır. Şübhəli şəxsin tutulması haqqında 09 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2240-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Ucar Rayon Məhkəməsinin 11 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 09 noyabr 2019-cu il tarixdən hesablanmaqla 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddənə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 181.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsin, şahidlərin ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143- 146-cı mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs cinаyət əməli CM-in 181.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs apelyasiya şikayətində qeyd etdiklərinin inandırıcı olmaması, habelə məhkəmə hökmünün ağır və qanunsuz olması barədə dəlillərinə tənqidi qiymət verən məhkəmə kollegiyası bu dəlillərin əsassız olması qənaətinə gəlir. İbtidai istintaq zamanı toplanmış, birinci nistansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 181.3.3-cü maddəsi ilə daha aşağı cəza verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmuyuna uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsivəhəm məhkumlar, həmdə başqaşəxslərtərəfindənyeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, Təqsirləndirilən şəxs CM-in 181.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair x10 Məhkəməsinin 18 may 2020-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: x10 Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair x10 Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)- 49/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar