Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-101/2023 15.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 1(016)-68/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Babək Qasımov) 24 noyabr 2022-ci il tarixli 1(016)-68/2023 nömrəli hökmü ilə, xx.xx.1971-ci ildə Ağsu rayonu, Ağalarbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərd əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Ağalarbəyli kəndində qeydiyyatda olmaqla Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 23-də yaşayan, barəsində başqa yerə getməmək haqqında ltizam qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və Ağsu RPŞ-nin MSY-də olduğu 11 iyul 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsində saxlanılan maddi sübut – 05 (beş) ədəd, hündürlükləri 100-170 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 429,90 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin 01 (bir) ədəd, hündürlüyü 22 sm, təmiz çəkisi 3,74 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi, həmçinin çətənə bitkilərinin aşkar olunduğu yerdən götürülmüş torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. müəyyən edilmişdir. İşin halları: İbtidai istintaq orqanın mövqeyinə görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz оlaraq tərkibində narkоtik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, 2022-ci ilin aprel ayında ünvan 1 ünvanda yerləşən yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkоtik maddələr olan 6 (altı) ədəd çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib onlara aqrotexniki qaydada qulluq edərək yetişdirmiş, 11 iyul 2022-ci il tarixdə Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkib yetişdirdiyi əkilib-becərilməsi qadağan olunmuş, 100-170 sm hündürlüyündə, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 430 qram olan, 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 22 sm hündürlüyündə yaş vəziyyətdə təmiz çəkisi 3,76 qram olan 01 (bir) ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi olmaqla ümumilikdə yaş vəziyyətdə təmiz çəkisi 433,76 qram olan xeyli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 1(016)-68/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 1(016)-68/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının ləğv edilərək barəsində cərimə növündə cəza təyin edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 1(016)-68/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli hökmündən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 1(016)-68/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. O, narkotik vasitə olan marixuananın istifadəçisidir. Narkotik vasitə olan marixuana istifadə edir. Aprel ayında yaşadığı ünvan 1 ünvanda yerləşən evinin bağ hissəsində, ağacların arasında 6 ədəd çətənə kolları əkmişdir. Həmin çətənə kollarına mütəmadi olaraq özü qulluq etmişdir. Belə ki, əkdikdən sonra sulamış, ətrafını təmizləmiş və gübrələmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən, polis əməkdaşları və Ağsu rayon X11 Mərkəzinin aqronomu yaşadığı evə gəlmiş, ondan yaşadığı evdə narkotik xassəli bitki əkib-əkmədiyini soruşmuşlar. O, polis əməkdaşlarına yaşadığı evin həyətində çətənə bitkiləri əkdiyini bildirmişdir. Bundan sonra ondan yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazı olub-olmadığını soruşmuşlar, o da polis şöbəsinə ərizə ilə müraciət edərək, evinin həyətinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona yaşadığı evin həyətində əkdiyi çətənə kollarını təqdim etməyi təklif etmişlər. O da yaşadığı evin bağ hissəsində əkdiyi 6 (altı) ədəd çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları və aqronom əkdiyi çətənə bitkilərinə baxış keçirtmişlər, Sonra köklərindən çıxarıb, metrə ilə ölçərək qablaşdıraraq götürmüşlər. Sonradan protokol tərtib olunmuş, protokol onlara oxunaraq, imzalarla təsdiq etmişlər. Daha sonra onu Ağsu RPŞ-nə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra vəkil dəvət etmişlər və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Heç bir yerdə narkotik vasitə saxlamır. 2022ci ilin aprel ayında özünün istifadəsi üçün yaşadığı evin həyətində 6 ədəd çətənə bitkiləri əkmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur, çətənə kollarını öz istifadəsi üçün əkmişdir. Yalnız yaşadığı evin həyətində çətənə kolları əkmişdir. Başqa heç bir yerdə çətənə kolları əkməmişdir. 2022-ci ilin aprel ayında Bakı şəhəri Şamaxinka adlanan ərazidə olarkən bir büküm marixuana tapmışdır. O, həmin narkotik vasitəni istifadə edərkən onun toxumlarının olduğunu görüb toxumları yaşadığı evin bağçasında əkmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi cinayəti törətməsini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində üç uşağın olmasını, ondan ikisinin yetkinlik yaşına çatmamasını, oğlu Şahid6 ikinci qarabağ müharibəsi iştirakçısı olmasını, müharibə zamanı “Sağ budun orta 1/3-nin kor qəlpə yarası” diaqnozu ilə xəsarət almasını, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü”, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli Sərəncamı ilə “Suqavuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini, ailənin yeganə qazanc gətirəni olmasını, həmin narkotik vasitəni əkməkdə səhf etməsini, etdiyi səhfi başa düşməsini nəzərə alaraq ona cərimə cəzası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi cinayəti törətməsini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində üç uşağın olmasını, ondan ikisinin yetkinlik yaşına çatmamasını, oğlu Şahid6 ikinci qarabağ müharibəsi iştirakçısı olmasını, müharibə zamanı “Sağ budun orta 1/3-nin kor qəlpə yarası” diaqnozu ilə xəsarət almasını, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü”, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli Sərəncamı ilə “Suqavuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini, ailənin yeganə qazanc gətirəni olmasını, həmin narkotik vasitəni əkməkdə səhf etməsini, etdiyi səhfi başa düşməsini nəzərə alaraq ona cərimə cəzası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində ibtidai istintaq verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2022-ci ilin aprel ayından Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağsu şəhəri N.Tağızadə küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli bitkiləri yaşadığı evin həyətində əkib-becərməsi barədə 11 iyul 2022-ci il tarixdə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədilə CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Ağsu rayon X11 Mərkəzinin aqronomu Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik xassəli bitkilər əkib-becərməsi barədə məlumat əldə etdikləri və yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs da yaşadığı evin həyətinə baxış keçirməyə razı olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evin həyətinə baxış keçirilən zaman, bağ sahəsində, ağacların arasında torpaqda əkilmiş 6 (altı) ədəd, yəni 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi aşkar edilmişdir. Əkdiyi çətənə kolları ilə bağlı Təqsirləndirilən şəxs sorğu sual edilərkən, Təqsirləndirilən şəxs bitkiləri öz istifadəçisi üçün bu ilin aprel ayında əkdiyini, bitkilərə mütəmadi olaraq qulluq etdiyini bildirmişdir. Bundan sonra aqronom Şahid4la birlikdə çətənə bitkilərinə baxış keçirtmiş, bitkilər sayılmış, sonra çətənə bitkiləri köklərindən çıxarılmış, metrə ilə ölçükdən sonra qablaşdıraraq, götürülmüşdür. Sonra protokol tərtib olunmuş, protokol onlara oxunmuş, imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs özünün deməsinə görə narkotik vasitələrin istifadəçisidir, alqı-satqısı ilə məşğul olmamışdır. Bu barədə də hazıradək hər hansı əməliiyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən başqa hər hansı yerdə narkotik tərkibli bitkilər əkməsi, həmçinin yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli çətənə bitkilərinin toxumlarını haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatları yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində ibtidai istintaq verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2020-ci ildən Ağsu rayon X11 Mərkəzində aqronom vəzifəsində işləyir. 11 iyul 2022-ci il tarixdə Ağsu rayon X14 şəhəri N.Tağızadə küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs evinin bağ sahəsində narkotik vasitəyə oxşar bitkilərin əkilməsi məlumatı daxil olduğundan onu həmin yerə aqronom (mütəxəssis) kimi dəvət etmişlər. O da rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Ağsu şəhəri N.Tağızadə küçəsi ev 23 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs da yaşadığı evin həyətinə baxış keçirməyə razı olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evin həyətinə baxış keçirilən zaman, bağ sahəsində, ağacların arasında torpaqda əkilmiş 6 (altı) ədəd, yəni 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi aşkar edilmişdir. Əkdiyi çətənə kolları ilə bağlı Təqsirləndirilən şəxs sorğu sual edilərkən, Təqsirləndirilən şəxs bitkiləri bu ilin aprel ayında əkdiyini, bitkilərə mütəmadi olaraq qulluq etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə çətənə bitkilərinə baxış keçirtmiş, bitkilər sayılmış, sonra çətənə bitkiləri köklərindən çıxarılmış, metrə ilə ölçükdən sonra qablaşdırılaraq, götürülmüşdür. Çətənə kollarına baxış keçirilərkəndə təqsirləndirilən şəxsin dedikləri təsdiq olunurdu, yəni onlara qulluq edilməsi, sulanması, dibinin mütəmadi təmizlənməsi aşkar görünürdü. Sonra protokol tərtib olunmuş, protokol onlara oxunmuş, imzalarla təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində ibtidai istintaq verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Həyat yoldaşı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində narkotik tərkibli bitkilər əkməsindən məlumatı olmamışdır. Ümumiyyətlə o və övladları yaşadığı evin bağçasına keçmirlər. Təqsirləndirilən şəxs bağçaya tez-tez keçib əkdiyi meyvə ağaclarını sulayır və onlara qulluq edir. 11 iyul 2022-ci il tarixdə polis əməkdaşları onların yaşadığı ünvana gəlib evin həyətində yerləşən bağçaya baxış keçirəcəklərini bildirmişlər. Tağı da heç bir narazılığının olmadığını demişdir. Bundan sonra polis əməkdaşları mütəxəssilə birlikdə evin həyətində yerləşən bağçaya baxış keçirmişlər. Baxış zamanı bağçadan ağacların arasında torpaqda əkilmiş 6 (altı) ədəd, yəni 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi aşkar edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs evin bağçasında narkotik tərkibli bitkilər əkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6, Şahid7 və Şahid8, Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: Cinayət işi başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 12 iyul 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 237.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. Baxış keçirilməsi haqqında 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən bağ sahəsində, ağacların arasında torpaqda əkilmiş 5 (beş) ədəd, hündürlükləri 100-170 sm-dək olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 1 (bir) ədəd, hündürlüyü 22 sm olan narkotik tərkibli çətənə (kannabis) bitkisi hissəsi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağsu X11 Mərkəzi tərəfindən verilmiş 11 iyul 2022-ci il tarixli rəyindən görünür ki, baxış zamanı aşkar olunmuş 6 ədəd bitkilər narkotik xassəli çətənə bitkilər olmaqla, onlara aqrotexniki qaydada qulluq göstərilmiş və kultivasiya edilmişdir. Şübhəli şəxs qismində tutma haqqında 11 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2022-ci il tarixli 17/562 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş...” sözləri yazılmış sintetik kisənin içərisindəki, nəm vəziyyətdə ümumi çəkiləri - 430,0 qram olan 05 (beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təmiz çəkisi - 3,76 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəsidir. Aqronom (mütəxəssis) Şahid4 11 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbanın içərisindəki torpaq nümunəsində çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Qeyd: a) çətənə bitkilərini ümumi çəkisi – 430,0 qr., tədqiqata sərf edildi – 0,10 qr, (hər bitkidən 0,02 qr.), qalıq – 429,90. b) çətənə bitkisinin hissəsinin təmiz çəkisi – 3,76 qr, tədqiqata sərf edildi – 0,02 qr., qalıq – 3,74 qr. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin (məhkəmə-narkoloji ekspertizasının) 14 iyul 2022ciil tarixli, 993 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlunda narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixli qərarla CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmiş, Şahid5 və övladları Şahid6, Şahid7 və Şahid8 əməllərində cinayət tərkibi olmadığından həmin şəxslərin barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/562 saylı, məhkəmə-narkoloji xx.xx.2022-ci il tarixli 993 saylı rəyləri və bir ədəd CD-disk sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən bağ sahəsində, ağacların arasında torpaqda əkilmiş və aşkar olunaraq götürülmüş 5 (beş) ədəd, hündürlükləri 100-170 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri-430 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin 1 (bir) ədəd, hündürlüyü 22 sm, təmiz çəkisi 3,76 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi, həmçinin çətənə bitkilərinin aşkar olunduğu yerdən götürülmüş torpaq nümunəsi iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutlar saxlanma otağına təhvil verilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna göndərilmişdir. Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, xx xxxx 1971-ci ildə Ağsu rayonu, Ağalarbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmuş, Ağsu rayonu, Ağalarbəyli kəndində qeydiyyatda olmaqla, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:15-də CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş şəxsin saxlanıldığı MSYdən azad edilməsi barədə 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmişdir. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 13 iyul 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 3199 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 evdə yaşamaqla aşağıdakı tərkibdə ailə üzvü var, 1972-ci il təvəllüdlü Şahid5 - arvadı, 1998-ci il təvəllüdlü Şahid6 – oğlu, 2005-ci il təvəllüdlü Şahid7 – qızı, 2007-ci il təvəllüdlü Şahid8 – qızı. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizam-intizamlı olmuşdur. O, ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarır. Təqsirləndirilən şəxs barəsində Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı, nə də şifahi cinayət xarakterli material və məlumat daxil olmamışdır. Ağsu rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli nikah haqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 nikahı xx.xx.2006-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2006-ci il tarixdə 161 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2353 nömrəli Sərəncamı ilə Şahid6 “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli Sərəncamı ilə Şahid6 “Suqavuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 3347 nömrəli travma haqqında arayışının surətiandən görünür ki, xx xxxx 1998-ci il təvəllüdlü hərbi vəzifəli əsgər Şahid6 “Sağ budun orta 1/3-nin kor qəlpə yarası” diaqnozu ilə xəsarət almışdır. Azərbaycan Respublikasının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Şahid7 xx.xx.2005-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikasının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Şahid8 xx.xx.2007-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ş.T.Quliyev adına Ağsu Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 705 saylı məktubundan görünür ki, Ağsu rayonu, Ağalarbəyli kənd sakini 1971-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞnə müraciət etməmiş dispanser qeydiyyata götürülməmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıtərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 19-cu bəndində qeyd edilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 237.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Ağsu Rayon Məhkəməsinin 1(016)-68/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli hökmü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının yüngülləşdirilməsini, barəsində cərimə növündə cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, fərdi əməklə məşğul olmaqla ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, oğlu Şahid6 ikinci qarabağ müharibəsi iştirakçısı olmasını, müharibə zamanı “Sağ budun orta 1/3-nin kor qəlpə yarası” diaqnozu ilə xəsarət almasını, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü”, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli Sərəncamı ilə “Suqavuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin onun əməlində onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində qeyd edilən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı saymır. Belə ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1995-cü il tarixli hökmü ilə CM-nin 143.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.1996-cı ildə cəzasının sonu ilə azad olunmuşdur, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu əməlin ictimai təhlükəliliyini, məhkəmə iclasları zamanı davranışını, məhkəmə kollegiyası iclasında verilən suallara cavab olaraq əvvəlki məhkəmə iclasına maddi imkanı olmadığı üçün gələ bilməməsini, ona təyin ediləcək cərimə cəzasının 1 dəfəyə ödəməyə maddi imkanının olmamasını bildirməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəzanın məqsədlərinin təmin olunması baxımından təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha sərt cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlığın məhdudlaşdırılması növündə) cəza təyin edilməsinə haqq qazandırır. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 1(016)-68/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 1(016)-68/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-101/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-101/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver