Məhkəmə qərarları › İş №1(107)-102/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-102/2020

18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-102/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu,X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Göyçay Rayon İcra Hakimiyyətinin başçısı X1 xüsusi ittiham qaydasında şikayəti üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Göyçay Rayon Məhkəməsinin hakimi X3 verdiyi etirаzın təmin olunması barədə Şəki Apelyasiya Məhkəməsi hakiminin qərarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Göyçay Rayon İcra Hakimiyyətinin başçısı X1 xüsusi ittiham qaydasında şikayəti üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəməyə ərizə verərək həmin şikayətə Göyçay Rayon Məhkəməsinin hakimi X4 tərəfindən baxılmasına etiraz etmiş və Göyçay Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli protokolu ilə etirаz məsələsinə baxılması üçün iş materialları Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin hakimi Abbasov Gündüz Qasım oğlunun xx xxxx 2020ci il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Göyçay Rayon Məhkəməsinin hakimi X3 verdiyi etirаz təmin edilmiş və həmin qərar ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə Şəki Apelyasiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Göyçay Rayon Məhkəməsinin hakiminə verdiyi etirаz təmin edildiyindən ərazi üzrə məhkəmə aidiyyəti dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM-in) 109.3.3cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apelyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrində isə göstərilir ki, cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən, aşağıdakı hallarda dəyişdirilə bilər: -bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özüözünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; -məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə. Eyni zamanda CPM-in 76.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apelyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən, belə qənaətə gəlirəm ki, etirazın təmin olunmasına dair Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan məhkəmənin ərazi aidiyyəti dəyişdirilməli, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Göyçay Rayon İcra Hakimiyyətinin başçısı X1 xüsusi ittiham qaydasında şikayətinin baxılması üçün ərazi baxımından Göyçay rayonuna daha yaxın olan Ucar Rayon Məhkəməsinə göndərilməsi məqsədə müvafiqdir. Şərh оlunаnlаrı və CPM-in 109 və 76-cı mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Göyçay Rayon İcra Hakimiyyətinin başçısı X1 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Şəki Apelyasiya Məhkəməsinin sədri: Mübariz Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar