Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-103/2020 09.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, x3 iclas katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin Şəki Apelyasiya Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas x4, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Oğuz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 1(054)- 6/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) 19 may 2020-ci il tarixli 1(054)-6/2020 nömrəli hökmü ilə xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının İcevan rayonunda anadan olmuş, Oğuz rayonu Calut kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 306.1-ci mаddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs axtarışda olan şəxs qismində tutularaq 14.01.2020-ci il tarixdə saat 19:30-dan 15.01.2020-ci il tarixdə saat 17:30-dək həbsdə saxlanıldığı müddət 1 (bir) gün kimi, 18.02.2020-ci il tarixdə saat 15:30-dan 20.02.2020-ci il tarixdə saat 10:20-dək həbsdə saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının həbsə alındığı andan - 19.05.2020-ci il tarixdən hesablanması, iş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığının nəzərə alınması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 iyul 2001-ci il tarixdə anadan olmuş x1 və 25 avqust 2003-cü il tarixdə anadan olmuş x2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 09 iyul 2010-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 30 manat olmaqla, cəmi 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Oğuz Rayon Məhkəməsinin 30 iyul 2010-cu il tarixli 2(054)-238/2010 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı cavabdeh kimi icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Oğuz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 06 aprel 2017-ci il, 01 fevral 2018-ci il və 03 iyun 2019-cu il tarixlərdə hər dəfə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, habelə məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 avqust 2019-cu il tarixədək cəmi 5880 (beş min səkkiz yüz səksən) manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmuş, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Oğuz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 1(054)-6/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hökmdən apelyasiya protesti, zərər çəkmiş şəxs tərəfindən apelyasiya şikayəti və apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda Təqsirləndirilən şəxs qohumları və yaxınları iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Oğuz Rayon Məhkəməsinin 30 iyul 2010-cu il tarixli 2(054)-238/2010 saylı qətnaməsinin icrası ilə bağlı cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 avqust 2019-cu il tarixədək yaranmış cəmi 5880 (beş min səkkiz yüz səksən) manat aliment borcunun ödənilməsi ilə bağlı razılıq əldə etmişlər və həmin məbləği iş üzrə zərər çəkmiş şəxsə tam şəkildə ödəyirlər. Zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən qeyd edilən aliment borcu məbləği üzrə hər hansı məbləğdə tələbi, ondan heç bir şikayəti yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində Oğuz Rayon Məhkəməsinin 19 may 2020-ci tarixli, 1(054)6/2020 nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməlidir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxsona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli hesab edərək bildirmişdir ki, apelyasiya şikayətini müdafiə edir. Bu onun ilk məhkumluğudur. İmkanı olmadığı üçün alimenti ödəyə bilməmişdir. Alimenti ödəməkdən boyun qaçırmır. Onun qohumları zərər çəkmiş şəxsə olan aliment borcunun ödənilməsi üçün tədbirlər görürlər. Yaranmış cari borcu işləyib ödəmək üçün azadlığa buraxılmağını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, apelyasiya şikayətini verməkdə məqsədi ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs qohumları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməli olan 5880 manat pulu nağd şəkildə və ya Oğuz rayonu Calut kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsini zərər çəkmiş şəxsə verərək pul ilə əvəzləşdirəcəklərini ona bildirmişlər. Lakin indi Təqsirləndirilən şəxs qohumlarının zərər çəkmiş şəxslə razılığa gəlmədikləri, zərər çəkmiş şəxsə nə pul, nə də torpaq sahəsi təklif edilmədiyi məlum olmuşdur. Odur ki, apelyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihаmçısı x7 bildirmişdir ki, apelyasiya şikayətinə etiraz edir. Birinci instansiya məhkəməsi verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsin əməlləri düzgün tövsif olunmuş, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin etmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 1(054)-6/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin 30 iyul 2010-cu il tarixli 2(054)-238/2010 saylı qətnaməsi çıxarıldıqdan sonra övladlarının saxlanılması üçün azda olsa, pul və ya digər formada ona yardım etməmiş, nəinki aliment ödəmək, hətta övladlarını görüb ünsiyyət saxlamaq üçün belə təşəbbüs etməmişdir. Təqsirləndirilən şəxs hazırkı iş ilə bağlı həbs olunduqdan sonra qohumları onunla əlaqə yaradaraq aliment borcunun ödəniləcəyini bildirsələr də, heç bir ödəniş etməmişlər. İttihamda göstərililən 5880 manat məbləğində aliment borcundan ona indiyə kimi heç bir ödəniş olmamışdır. Ona görə də həmin pulun tam olaraq ödənilməsini tələb edir. Bütün bunların nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs daha ağır cəza ilə cəzalanmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlilləriniqismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apelyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 1(054)-6/2020 nömrəli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (sübutların toplanması), 144 (sübutların yoxlanılması), 145 (sübutların qiymətləndirilməsi) və 146-cı (sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 306.1-cimaddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 306.1-ci maddəsi ilədüzgün tövsif olunmuş, təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (humanizm prinsipi) maddəsində göstərilmişdir ki, cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin diferensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb, onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə iləəlaqədar olan cinayət əməli törətmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs 05 iyul 2001-ci il tarixdə anadan olmuş x1 və 25 avqust 2003-cü il tarixdə anadan olmuş x2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 09 iyul 2010-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 30 manat olmaqla, cəmi 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Oğuz Rayon Məhkəməsinin 30 iyul 2010-cu il tarixli 2(054)-238/2010 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı cavabdeh kimi icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Oğuz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 06 aprel 2017-ci il, 01 fevral 2018-ci il və 03 iyun 2019-cu il tarixlərdə hər dəfə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, məhkəmə qərarının icrası ilə bağlı məsuliyyət daşıması barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 avqust 2019-cu il tarixədək cəmi 5880 (beş min səkikiz yüz səksən) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə kollegiyasının iclasında isə Təqsirləndirilən şəxs bildirmişdir ki, onun qohumları zərər çəkmiş şəxsə olan aliment borcunun ödənilməsi üçün tədbirlər görürlər. Lakin məhkəmə kollegiyasının iclasında aliment borcundan bu vaxta kimi heç bir ödəniş edilmədiyi, hətta həmin borcdan hər hansısa məbləğdə ödəniş edilməsi üçün cəhd belə edilmədiyi məlum olmuş, təqsirləndirilən şəxsin müdafiəçisi qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, zərər çəkmiş şəxs isə təqsirləndirilən şəxsin nəinki aliment ödəmək, hətta ayrıldıqları vaxtdan sonra azyaşlı uşaqları ilə görüşmək üçün belə cəhd etmədiyini göstərərək daha ağır cəza ilə cəzalandırılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin ifadəsindən bütün alimenti vaxtında ödəmək əzmində olması hiss olunmur. Belə vəziyyətdə onun əməlinə CM-in qeyd olunan prinsipi baxımından yanaşıb istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, yuxarıda göstərilən əməlinə görə ona 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətsiz hesab oluna bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın əsaslı olması qənaətinə gəlir. Belə ki, CM-in 41.2-ci (cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. İstinad olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərər çəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, o cümlədən hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərər çəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi CM-in 58.3cümaddəsinəuyğunolaraq,cinayətin xarakteri və ictimai təhlükəlilikdərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini, eləcə də cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Ona görə də təqsirləndirilən şəxsə təyin olunmuş cəza cəzanın islah təsiri baxımından qanuni və əsaslıdır. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Oğuz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 1(054)-6/2020 nömrəli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Oğuz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 1(054)-6/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Oğuz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 1(054)- 6/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-103/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-103/2020
09.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver