Məhkəmə qərarları › İş №1(107)-104/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-104/2020

02.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-104/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, x2 iclas katibliyi, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi x3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə x8 Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: x8 Məhkəməsinin (hakimlər X.Səmədov (sədrlik edən), C.Ramazanov və R.Hüseynovdan ibarət tərkibdə) 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmü ilə xx.xx.1958-ci ildə il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Balakən şəhəri R.Əhmədzadə küçəsi, 60 saylı evdə qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmündən apelyasiya protesti və apelyasiya şikayəti verilmədiyindən 20 dekabr 2017-ci il tarixdən etibarən qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinə vəsatət verərək, x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmündən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, xəstəliyi ilə əlaqədar, habelə cəza çəkdiyi dövrdə anasının rəhmətə getməsi ilə bağlı olaraq stresə düşdüyündən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxmışdır. Həmin halların apelyasiya şikayətinin verilmə müddətinin buraxılması ilə bağlı üzrlü səbəb kımı nəzərə alınaraq apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. x8 Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Bundan sonra məhkum Təqsirləndirilən şəxs x8 Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarından apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində 62 yaşı olduğunu, xəstəliklərinin nəzərə alınaraq onun apelyasiya məhkəməsinə müraciət etmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən məhkumTəqsirləndirilən şəxs bildirdi ki, x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmü ilə CM-in 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)- 189/2017 nömrəli hökmünü 29 noyabr 2017-ci il tarixdə şəxsən imza edərək almışdır. Vərəm xəstəliyindən əziyyət çəkir. Xəstəlikdən əziyyət çəkdiyi üçün onu x1 Bakı şəhəri 3 saylı Müalicə müəssisəsinə köçürmüşlər. O, Bakı şəhəri 3 saylı Müalicə müəssisəsində olan zaman x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü ilə yeddi il azadlıqdan məhrum edilib. Müalicə müəssisəsində cəza çəkdiyi zaman anası vəfat etmiş və o, stresə düşmüşdür. Ona görə də x8 Məhkəməsinin hökmündən apelyasiya şikayəti vermə müddətini ötürmüşdür. Bundan sonra barəsində olan hökmdən apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi xahişi ilə x8 Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə 06 may 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti verilməsi üçün prosessual müddəti bərpa etməmişdir. Bu vaxta kimi apelyasiya şikayəti verməməyinin səbəbi səhhətilə bağlı olmuş, mütəmadi olaraq müalicə almış, psixoloji gərginlik və stres keçirmişdir. Ona görə də, x8 Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarının ləğv edilməsini, apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi x4 apelyasiya şikayətinin təmin edilməsini, x8 Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarının ləğv edilməsini, x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)- 189/2017 nömrəli hökmündən müdafiə etdiyi şəxsin apelyasiya şikayəti verilməsi üçün buraxılmlış prosessual müddətin bərpa olunmasına dair vəsatətinin təmin edilərək apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, x8 Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkumun ifadəsindən və cinayət işinin İİ cildinin 79-cu vərəqində olan qəbzdən gorünür ki, Təqsirləndirilən şəxs x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmünü 29 noyabr 2017-ci il tarixdə şəxsən imza edərək almışdır. Onun həmin hökmdən apelyasiya şikayəti verməsi üçün cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş 20 gün müddəti 18 dekabr 2017-ci ildə bitmişdir. Eyni zamanda, məhkum Təqsirləndirilən şəxs cinayət işinə əlavə edilmiş prosessual müddətin bərpa olunması barədə vəsatətindən görünür ki, o, səhhətilə bağlı mütəmadi müalicələr aldığı üçün indiyə kimi apelyasiya şikayəti verə bilmədiyini bildirir. Lakin vəsatətində göstərdiklərini təsdiq edən hər hansı sübutu vəsatətə əlavə etməmişdir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi düzgün olaraq vəsatəti təmin etməyərək ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Belə ki, cinayət işinin materiallarından və məhkum Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmü elan olunduğu və həmin həmin hökmü aldığı vaxtdan bir neçə il keçdikdən sonra apelyasiya şikayəti vermişdir. Bu müddət ərzində məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı və imkanı olmuş və ona apelyasiya şikayəti verməsi üçün heç bir maneçilik törədilməmişdir. Lakin Təqsirləndirilən şəxs qanunvericiliyin ona verdiyi həmin hüquqdan vaxtında istifadə etməmişdir. Məhkum Təqsirləndirilən şəxs vəsatətində qeyd etdiyi dəlillər həmin vəsatətin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, isə apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmünün surətini 29 noyabr 2017-ci il tarixdə almasını, onun hökmün surətini aldıqdan bir neçə il keçdikdən sonra məhkəməyə müraciət etməsini, vəsatətdə və apelyasiya şikayətində apelyasiya şikayəti verilməsi müddətinin ötürülməsini hər hansı bir üzrlü səbəblə əlaqələndirə bilməməsini nəzərə alaraq hesab edir ki, məhkum tərəfindən həmin hökmdən apelyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Ona görə də, iş üzrə apelyasiya şikayəti təmin olunmamalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə x8 Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Аzərbаycаn Respublikаsı CPM-in 391.3.3-cü maddəsinə əsasən, apelyasiya şikayətinə və ya apelyasiya protestinə ilkin baxılması zamanı apelyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqındaqərаr qəbul edə bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı CPM-in 391.3-cü mаddəsini rəhbər tutаrаq, QƏRАRА АLDİ: Məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair x8 Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə x8 Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərаrdаn çıxarıldığı vaxtdan bir аy müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin cinаyət kоllegiyаsınа kаssаsiyа şikаyəti və kаssаsiyа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar