Məhkəmə qərarları › İş №1(107)-104/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-104/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-104/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin Şəki Apellyasiya məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X14 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim İbrahim Fəttahov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1989-cu il tarixdə Qazaxıstan Respublikası, Quryevsk vilayəti, Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu Alpout kəndində qeydiyyatda olan, Göyçay rayonu Alıkənd kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib, ona 480 saat ictimai işlər cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi yerlərdə çəkməsi, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması, cəzasının əvvəli ictimai işlərə cəlb edildiyi vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs göstərilmiş 13 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 78 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülməsi müəyyən edilmişdir. işin halları: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində 3-4 il ərzində aralarında münasibətlər olmuş Göyçay rayonu Alpout kənd sakini X2 ilə xx.xx.2020-ci il tarixdə mobil telefonla danışarkən, sonuncu aralarında olan münasibəti son qoymaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ondan nə üçün ayrılmağının səbəbini öyrənmək adı ilə həmin gün gecə Turanə Mikayılovanın evinə gələcəyini demiş, sonuncu Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlməsinə icazə verməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Turanə Mikayılovanın ailəsi ilə birlikdə yaşadığı Göyçay rayonu, Alpout kəndində yerləşən evinə getmiş və qanuni əsaslar olmadan mənzildə yaşayanların iradəsi ziddinə Turanə Mikayılovanın yaşadığı mənzilə daxil olmaqla Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünü, sözügedən cinayət işi üzrə hazırlıq iclasının qərarının ləğv edilməsini və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs, onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X14 apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X7 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X8 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkilinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Turanə Mikayılovanı təxminən 7-8 ildir ki, tanımış, həmçinin 3-4 ildir ki, aralarında münasibət olmuşdur. Turanə ilə tanış olduğu zaman ilk əvvəl Turənin evli olmasını bilməmiş, onun evli olmasını sonradan öyrənmişdir. Turanə ilə telefon vasitəsilə danışmış, həmçinin bir neçə dəfə Turanənin yaşadığı evə gedərək həyətlərində görüşüb onunla söhbət etmişdir. Turanə Mikayılova son vaxtlar uşaqlarının böyüdüyünü, artıq münasibətlərini son qoymaq istədiyini bildirmişdir. Lakin, Turanə ilə münasibətlərinə son qoymaq istəməmiş, ona yalnız telefon vasitəsi ilə əlaqə saxlamağı təklif etmişdir. Turanə də onunla razılaşmışdır. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində istifadəsində olan “***-***-**-**” nömrəli mobil telefondan Turanənin istifadə etdiyi “***-***-**-**” nömrəli mobil telefona zəng edərək gecə telefon gətirəcəyini söyləmiş, lakin Turanə Mikayılova gəlməyini istəmədiyini söyləyib telefonu söndürmüşdür. xx xxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Alpoud kəndində olan çayxanada 2 bokal pivə içdikdən sonra Turanə Mikayılovanın evinə getmişdir. Saat 02 radələrində Turanə Mikayılovanın yaşadığı evin həyətinə bağ sahəsində olan çəpərdən keçmiş, həyətdə və evdə sakitlik olduğunu görüb, onların artıq yatdıqlarını düşünmüş, ayaqqabılarını çıxarıb, mətbəxin evin arxasına çıxan pəncərəsindən evin içinə daxil olmuşdur. Daxil olduqdan sonra, qonaq otağına keçdiyi zaman Turanə Mikayılovanın əri Raminlə rastlaşmışdır. Ramin onu görüb üzərinə gəlmiş, əlləri ilə boğazından yapışıb, qulağından dişləmişdir. Bundan sonra əlbəyaxa olmuş və evin digər otağına keçmişlər. Bu zaman Ramin onu otaqda olan çarpayının üzərinə yıxmışdır. Turanə səsə oyanmış və otağa gəldikdə Raminlə əlbəyaxa olduğunu görmüşdür. Bu zaman Raminin əlindən çıxıb, zala keçmiş və zalın qapısının açıq olduğunu görüb oradan qaçıb getmişdir. Qaçdığı zaman Turanə Mikayılovanın yaşadığı evin həyətyanı sahəsinin yanından keçən kanala girmiş və qaçarkən telefonlar da cibindən düşmüşdür. Saat 03-04 radələrində əsas yola çıxdıqdan yoldan keçən yük maşını ilə Alıkəndə evlərinə qayıtmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə göstərmidir ki, Zərərçəkmiş şəxs1 oğludur. Oğlu İİ dərəcəli əlildir, eşitməsində və nitqində qüsur vardır. Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətdindən istifadə edilib evə girilib. Həmin ev ona məxsus olsa da orada oğlu Nizami ailəsi ilə birlikdə yaşamışdır. Hadisədən sonra oğlunun ailəsi dağılıb, gəlni Turanənin şahid qismində dindirilməsi istintaq tərəfindən düzgün edilməyib, o zərərçəkmiş şəxs qismində tanınmalıydı. Həmçinin təqsirləndirilən şəxs tərəfindən oğluna edilmiş xəsarət ekspert tərəfindən yüngül qiymətləndirilərək rəy verilmişdir. Xəsarət nədən yaranması ekspert tərəfindən araşdırılmayıb. Hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 157.2-ci maddəsinin tərkibi vardır. Ona görə də birinci instansiya məhkəməsi hökmünün ləğv edilərək təqsirləndirilən şəxsə ciddi cəza təyin edilməsi üçün cinayət işinin ibtidai istinaq orqanına qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyası iclasında şahid qismində ifadə vermiş X2 birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək göstərdi ki, 2006-cı ildə Zərərçəkmiş şəxs1la ailə həyatı qurmuşdur və birgə nikahdan 3 övladları anadan olmuşdur. Göyçay rayonu Alıkənd kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, onunla telefonla danışmışlar. Lakin, son zamanlar Cəmillə əlaqələrini kəsmək istəmiş, Cəmil isə ondan əl çəkməmişdir. xx.xx.2020-ci il tarixdə Cəmil ona zəng edərək, niyə onunla danışmaq istəmədiyinidan soruşmuşdur. Cəmilə telefonla danışmaq istəmədiyini, münasibətlərindən kiminsə xəbər tuta biləcəyini demişdir. Həmin vaxt Cəmil axşam telefon gətirəcəyini bildirmiş, lakin ona etiraz edərək gəlməməsini demişdir. İyun ayının 16-dan 17-nə keçən gecə saat 03 radələrində yataq otağında yatan zaman səsküyə ayılmış, həyat yoldaşının yataq otağında olmadığını görmüş, bundan sonra, zala çıxdıqda səs-küyün digər otaqdan gəldiyini eşitmişdir. Digər otağa girdikdə isə, həyat yoldaşı Raminin Cəmillə əlbəyaxa olduğunu görmüşdür. Bundan sonra zala keçmiş və evin qapısını açıb eyvana çıxmışdır. Bu zaman Cəmil Raminin əlindən çıxaraq, evdən qaçıb getmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib, tanımadıqları bir nəfər şəxsin evlərinə daxil olması və həyat yoldaşını döydüyünü bildirmişdir. Həmçinin rayon polis şöbəsinə də bu barədə ərizə ilə müraciət etmişdir. Belə ki, ilk əvvəl Cəmillə aralarında olan münasibətin hamı tərəfindən bilinəcəyindən qorxduğu üçün, Cəmili tanımadığını bildirmiş, lakin, sonradan rayon polis şöbəsində izahat verərkən, həmin şəxsi tanıdığını demişdir. Birinci instansiya məhkəməsi iclası zamanı zərərçəkmiş şəxs qismində surdotərcüməçi X6 vasitəsi ilə ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2006-cı ildə Turanə Mikayılova ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları anadan olmuşdur. Göyçay rayonu Alpout kəndində atasına məxsus evdə yaşayırlar. Atası Nizami Göyçay şəhərində yaşasa da, çox vaxt Alpout kəndində onlarla birlikdə yaşayır. Yaşadıqları ev 2 yataq otağı, 2 aynabənd tipli zal və mətbəxdən ibarətdir. 2020-ci ilin iyun ayının 16-dan 17nə keçən gecə saat 02 radələrində Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşadığı evə mətbəxin pəncərəsindən daxil olmuş, evin otağında Cəmillə rastlaşmış, ona evinə nə üçün gəldiyini soruşmuş, Cəmillə əlbəyaxa olmuş, həmin vaxt səs-küyə arvadı Turanə yuxudan oyanmışdır. Cəmil onu itələyib yerə yıxmış, zalın qapısından çıxaraq evi tərk etmişdir. Hesab edir ki, Cəmil bir neçə dəfə onun xəbəri olmadan evinə gəlmiş, arvadı Turanə ilə görüşmüşdür. Buna görə də Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apelyаsiyа şikаyətindən göründüyü kimi zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünü, sözügedən cinayət işi üzrə hazırlıq iclasının qərarının ləğv edilməsini və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxsin əməlinin CM-nin 157.2-ci maddəsinə tövsif edilməsi üçün cinayət işinin ibtidai istintaq orqanına qaytarılmasını xahiş etmiş. Dəlillərini onunla əsaslandırmışdır ki, Oğlu İİ dərəcəli əlildir, eşitməsində və nitqində qüsur vardır. Oğlunun danışığını bir qədər o və hayat yoldaşı anlayır. Qalan kimsənin o başa düşməsi qeyri mümkündür. Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətdindən istifadə edilib evə girilib. Həmin ev ona məxsus olsa da orada oğlu Nizami ailəsi ilə birlikdə yaşamışdır. Hadisədən sonra oğlunun ailəsi dağılıb, gəlini Turanənin şahid qismində dindirilməsi istintaq tərəfindən düzgün edilməyib, o zərərçəkmiş şəxs qismində tanınmalıydı. Həmçinin təqsirləndirilən şəxs tərəfindən oğluna edilmiş xəsarət ekspert tərəfindən yüngül qiymətləndirilərək rəy verilmişdir. Xəsarət nədən yaranması ekspert tərəfindən araşdırılmayıb. Hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 157.2-ci maddəsinin tərkibi vardır. Ona görə də birinci instansiya məhkəməsi hökmünün ləğv edilərək təqsirləndirilən şəxsə ciddi cəza təyin edilməsi üçün cinayət işinin ibtidai istinaq orqanına qaytarılmasını xahiş edir. Apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə tənqidi yanaşaraq hesab edir ki, onlar əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 02 radələrində 3-4 il ərzində aralarında münasibətlər olmuş Göyçay rayonu Alpout kənd sakini X2 ilə xx.xx.2020-ci il tarixdə mobil telefonla danışarkən, sonuncu aralarında olan münasibəti son qoymaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ondan nə üçün ayrılmağının səbəbini öyrənmək adı ilə həmin gün gecə Turanə Mikayılovanın evinə gələcəyini demiş, sonuncu Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlməsinə icazə verməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Turanə Mikayılovanın ailəsi ilə birlikdə yaşadığı Göyçay rayonu, Alpout kəndində yerləşən evinə getmiş və qanuni əsaslar olmadan mənzildə yaşayanların iradəsi ziddinə Turanə Mikayılovanın yaşadığı mənzilə daxil olmaqla Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırıldırılır. Eyni əməllərinin həmin maddənin 2-ci bəndi ilə tövsif olunması üçün nəzərdə tutulan tərkib elementi həmin hərəkətlərin əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməsidir. Hazırkı cinayət işi üzrə işin faktiki halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətmiş olduğu Zərərçəkmiş şəxs1 yaşadığı Göyçay rayonu Alıkənd kəndində yerləşən mənzilə pəncərədən daxil olmuş, həmin zaman zərərçəkmiş şəxsə qarşı heç bir zor tətbiq və ya zor tətbiq etmə hədəsi etməmiş, mənzilə sərbəst və maneəsiz şəkildə daxil olduqdan sonra zərərçəkmiş şəxs ilə rastlaşmış, onu itələyərək yerə yıxıb evdən qaçıb uzaqlaşmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs etdiyi cinayət əməlində 157.2-ci maddəsinin tərkib elementləri mövcud deyildir. Onun əməli haqlı olaraq ibtidai istintaq orqanı tərəfindən CM-nin 157.1-ci maddəsinə tövsif edilmişdir. Həmçinin məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya məhkəməsi iclasında qeyd etdiyi digər dəlillər, yəni gəlini Turanənin şahid qismində dindirilməsi istintaq tərəfindən düzgün edilməməsi, zərərçəkmiş şəxs qismində tanınmalı olması, həmçinin təqsirləndirilən şəxs tərəfindən oğluna edilmiş xəsarət ekspert tərəfindən yüngül qiymətləndirilmədən rəy verilməsi, oğlunda olan xəsarətin nədən yaranmasının ekspert tərəfindən araşdırılmaması ilə bağlı qeyd edir ki, hazırkı cinayət işi üzrə Göyçay rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajor X5 tərəfindən qəbul edilən xx xxxxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda həmin dəlillərə hüquqi qiymət verilmişdir. Həmin qərar isə zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilən xx xxxxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarının 4,5, 6 və 7-ci bəndlərində qeyd edilmişdir ki, 4.Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmaması əsası ilə cinayət işirin başlanması rədd edilsin və bu barədə sənədlərin surəti çıxarılaraq saxlanması üçün rayon prokurorluğunun arxivinə verilsin. 5.X1 ifadəsində Təqsirləndirilən şəxs ondan özünə məxsus avtomobili satmasına görə pul istəməsi ilə bağlı xüsusatda Azərbaycan Respublikası CM-nin 182-ci maddəsi ilə cinayət işi başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmaması əsası ilə rədd edilsin və bu barədə sənədlərin surəti çıxarılaraq saxlanması üçün rayon prokurorluğunun arxivinə verilsin. 6.X1 ifadəsində Təqsirləndirilən şəxs onu və özünü öldürməklə hədələməsi ilə bağlı xüsusatda cinayət tərkibi olmadığından sonuncu barəsində Azərbaycan Respublikası CMnin 134-cü maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən cinayət tərkibi olmaması əsası ilə rədd edilsin və bu barədə sənədlərin surəti çıxarılaraq saxlanması üçün rayon prokurorluğunun arxivinə verilsin.

7. Nümayəndə Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanaldığı müraciətin də göstərdiyi Təqsirləndirilən şəxs gəlini Turanə Mikayılovam öldürmək məqsədi ilə onun evinə girməsi ilə bağlı qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığına görə Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə cinayət işi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsinə əsasən rədd edilsin və bu barədə sənədlərin surəti çıxarılaraq saxlanması üçün rayon prokurorluğunun arxivinə verilsin.. Göründüyü kimi həmin qərarda zərərçəkmiş şəxsin nümayəndəsinin göstərdiyi xüsusatlara qiymət verilmiş və həmin qərardan hazırki vaxtadək şikayət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsində qeyd edilir ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən həmin xüsusatlara xx xxxxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda hüquqi qiymət verildiyindən bir daha həmin xüsusatlara qiymət verilməsinə lüzum yoxdur. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətində zərərçəkmiş şəxsin nümayəndəsinin oğlu Zərərçəkmiş şəxs1 ünsiyyət işarələri ilə az da olsa o və həyat yoldaşı anladığını və başa düşdüyünü, eləcə də, çətinliklə də olsa onu müəyyən işarələrlə onlar başa salır. Belə olan halda, ibtidai istintaq zamanı müstəntiq onu zərər çəkmiş şəxsin nümayəndəsi kimi deyil, qanuni nümayəndəsi kimi tanımalı idi. Çünki, Zərərçəkmiş şəxs1 məhdud fəaliyyət qabliyyətlidir, özü sərbəst surətdə hərəkət edə və sərbəst qərar qəbul etmək imkanında deyil. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, zərər çəkmiş şəxs kimi Zərərçəkmiş şəxs1 ifadəsi alınmamış, surdo-tərçüməçinin, eləcə də onun iştirakı ilə hadisənin səbəbləri, xarakteri, mexanizmi sonuncu ilə aydınlaşdırılmamışdır. Kollegiya ilk öncə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, qanuni nümayəndə kimi deyil, nümayəndə kimi istintaq orqanı tərəfindən tanınması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 101.1-ci maddəsində göstərilir ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində isə göstərilir ki, cinayət prosesində aşağıdakılar fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar: 100.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs; 100.2.2.14 yaşına çatmamış zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs xx.xx.1982-ci il təvəllüdlü olmaqla tam yetkinlik yaşına çatmış şəxsdir və onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur və onun nümayəndəsi tərəfindən belə bir sübutun olması inkar edilmişdir. Bu baxımdan da kollegiya hesab edir ki, istintaq orqanı Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanımaqda haqlı olmuşdur. Şikayətdə həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin alınmaması, surdo-tərçüməçinin, eləcə də onun iştirakı ilə hadisənin səbəbləri, xarakteri, mexanizmi sonuncu ilə aydınlaşdırılmadığı qeyd edilmişdir ki, bununla bağlı kollegiya aşağdakıları göstərir;-iş materiallarında olan mütəxəssis loqopediya-müəllimi Nigar Hacıyevanın xx.xx.2020-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs1 laqopediya dilini bilmir, danışmaqda çətinlik çəkir, eşitməsi zəifdir, yazı yaza və azərbaycan əlifbasında oxuya bilmir. Belə olan halda, Zərərçəkmiş şəxs1 hansı qaydada hüquq və vəzifələri izah edilməsi, zərər çəkmiş şəxs qismində tanınma barədə qərarla necə tanış edildiyi, eləcə də zərər çəkmiş şəxsin hüquq və vəzifələri əks olunmuş bildirişi hansı qaydada oxuyub, hüquqlarını və vəzifələrini başa düşməsi anlaşılmır. Bu nümayəndənin özünün ifadəsi və apellyasiya şikayətində oğlu Zərərçəkmiş şəxs1 ünsiyyət işarələri ilə az da olsa o və həyat yoldaşı anladığını və başa düşdüyünü, eləcə də, çətinliklə də olsa onu müəyyən işarələrlə onlar başa sala bildiyi qeyd etməsi ilə də təstiq olunur. İstintaq orqanı da, bu xüsusatları nəzərə alaraq Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanımaqla zərərçəkmiş şəxsin hüquqlarını təmin etməyə çalışmışdır. Buna görə də kollegiya, apellyasiya şikayətinin bu dəlilinə də tənqidi yanaşır və zərərçəkmiş şəxsin hüqüqlarının pozulmadığı qənaətinə gəlir. Beləliklə, hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Apellyasiya Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətdə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza, yəni 480 saat ictimai işlər cəzasının təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar