Məhkəmə qərarları › İş №1(107)-105/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-105/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-105/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Dövlət ittihamçısı - Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6; Müdafiəçi - X4; Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirаkı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(037)-14/2020 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə və dövlət ittihamçısı X8 tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(037)-14/2020 saylı hökmü ilə (hakim Rəfayel Şirinov) xx xxxxx 1986-cı ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işsiz, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(025)-23/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, cəzasını çəkməmiş, İsmayıllı rayonunun Çəmənli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(025)-23/2018 nömrəli hökmü ilə ona təyin edilmiş 2 (iki) il sınaq müddəti ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etməyə şərti məhkum etmənin ləğv edilərək, həmin hökmlə təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı hökmlə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, bаrəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu Çəmənli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus dükanın qarşısından keçərkən saxlanc yeri hesab olunan dükana qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə dükanın yerləşdiyi həyətyanı sahəsinin hasarının üzərindən keçməklə həyətə, oradan isə dükana qanunsuz daxil olaraq oradan bir qutusunun dəyəri 1 manat 80 qəpik təşkil edən 11 qutu “Winchester” markalı siqareti, bir qutusunun dəyəri 2 manat 20 qəpik təşkil edən 7 qutu “Rothmans” markalı siqareti, 4 ədəd 2 manatlıq sim danışıq kartını, dəyəri 8 manat 50 qəpik olan bir ədəd “Qrafskaya Gold” markalı arağı, qırx ədəd 1 manatlıq və iki ədəd 10 manatlıq pul əskinaslarından ibarət 60 manat nəğd pulu götürməklə gizli yolla talayıb çıxmaq istədikdə Zərərçəkmiş şəxs oğlu Nahid Babayev tərəfindən aşkar edilmiş, buna baxmayaraq talama cinayətini aşkar formada davam etdirərək taladığı əmlakla birlikdə hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 111(yüz on bir) manat70 (yetmiş) qəpik məbləğində maddiziyanvurmaqla soyğunçuluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü qəbul edilmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti və dövlət ittihamçısı X8 tərəfindən apelyasiya protesti verilmişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayətinin və apelyasiya protestinin dəlilləri və proses iştirakçılarının izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istintaq orqanı tərəfindən ona qarşı düzgün istintaq aparılmamışdır. Belə ki, Zərərçəkmiş şəxs məxsus mağazaya 111 manat dəyərində ziyan vurmuş və təxminən üç gün ərzində vurduğu ziyanı ödəmişdir. Mağazadan oğurluq edən zaman zərərçəmiş şəxsin oğlu onu görmüş və o, əməlindən peşman olaraq 1-2 saat sonra Zərərçəkmiş şəxs yanına gələrək əməlindən peşman olduğunu, vurduğu ziyanı ödəyəcəyini bildirmişdir. Ona görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyini və işinə düzgün baxılmasını xahiş etmişdir. Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, o, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təqsirli bilinib məhkum edildiyi Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən ödənilməmiş və ya götürülməmişdir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Yəni Cinayət Məcəlləsinin 65.2ci maddəsinin tələbinə əsasən məhkəmə Təqsirləndirilən şəxs 3 il 6 ay müddətə azadlıqdan məhrum etmədən aşağı həddə cəza təyin edə bilməzdi. Lakin məhkəmə cəza təyin edərkən cinayət qanunvericiliyinin tələbini pozaraq Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmadığı qənaətinə gəlmiş və ona xx xxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Beləliklə də, məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(037)-14/2020 saylı hökmünün onun əməlində cinayətlərin residivinin cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq cinyətlərin residivinə görə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən edən təqsirləndirilən Təqsirləndirilən şəxs özünün vermiş olduğu apelyasiya şikayəti ilə bağlı bildirdi ki, o, ona istinad edilən cinayət əməlinin törədiilməsində özünün təqsirli bilir və törətmiş olduğu əməldən peşmandır. Birinci instansiya məhkəməsinin hökmünün cəzaya aid hissəsindən narazıdır və ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən edən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi X1 Eldarov tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, apelyasiya protestinə etiraz edərək, protestin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(091)-9/2019 saylı hökmünün dəyişdirilərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apelyasiya şikayətinin təmin edilməməsini və apelyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(037)-14/2020 saylı hökmünün onun əməlində cinayətlərin residivinin cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq cinyətlərin residivinə görə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən edən zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmiş, bu səbəbdən də İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(091)- 9/2019 saylı hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs həbsdən azad edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpellyаsiyа protestinin dəlillərini müzаkirə edərək, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apelyasiya şikаyətinin təmin edilməsi,apelyasiya protestinin təmin edilməməsi, dövlət ittihаmçısının apelyasiya protestinin təmin edilməsi,apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı X8 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(037)-14/2020 saylı hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək və birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində yaşadığı İsmayıllı rayonu Çəmənli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus dükanın yanından keçərkən oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinin hasarın üzərindən həyətə baxmışdır. Orada heç kimin olmadığına əmin olduqdan sonra hasarın üzərindən həyətə keçmiş və dükanın taxta qapısını açaraq ora daxil olmuşdur. Dükanın girişində taxta rəfin üzərində yığılmış 7 qutu “Rothmans” markalı siqareti və 11 qutu “Winchester” markalı siqareti, 4 ədəd 2 manatlıq danışıq kartlarını götürərək ciblərinə yığmışdır. Həmin rəfin qarşısında olan kordon qutunun içərisində nəğd pul görmüş və həmin pulları da götürərək cibinə qoymuşdur. Sonra rəfin üzərində araq butulkalarını görmüş və həmin araqlardan birini götürərək dükanın çıxışına tərəf getmişdir. Həmin vaxt Seymurun oğlu Nahid dükanın qapısını açaraq işığı yandırmış və onu görmüşdür. Nahid bir anlıq yerində dayanmış və qorxduğundan qışqıraraq qaçmışdır. O, Nahidə heç bir söz deməmiş və ona qarşı heç bir zorakılıq hərəkəti etməmişdir. Nahidin qaçdığını görüb o, dükandan çıxaraq hasarın üzərindən çölə atlanıb getmişdir. Taladığı əşyaları öz evlərinə yaxın hasarın yanında gizlədərək həmin dükana tərəf qayıtmışdır. Seymurun orada olduğunu görərək sonuncuya yaxınlaşmış və oğurluq etdiyi üçün Seymurdan üzr istəmişdir. Seymur onunla danışmaq istəmədiyindən yaşadığı evə getmişdir. xx xxxxxx 2020-ci tarixdə Seymurun dükanından taladığı əşyaları götürüb Bakı şəhərinə getmişdir. Siqaretlərin bir hissəsini çəkmiş, qalanlarını isə dostlarına paylamışdır. Oğurladığı danışıq kartlarını isə istifadəsində olan mobil nömrəyə yükləmiş, 60 manat məbləğində nəğd pulun 40 manatını xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Orada üzərində qalan 20 manat nəğd pulu və bir ədəd arağı polisə təqdim etmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Himayəsində bir azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxsin ondan tələb və şikayəti yoxdur. Vurduğu ziyanın hamısını ödəmişdir. Qeyd etdiyi halları nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasındazərərçəkmiş şəхs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, o, yaşadığı İsmayıllı rayon Çəmənli kəndində yerləşən evin həyətyanı sahəsində ərzaq dükanı vardır. Dükanın küçəyə və həyətyanı sahəyə açılan iki qapısı vardır. Küçəyə açılan qapı həmişə bağlı olur. Həyətyanı sahəyə açılan qapı isə həmişə açıq olur. xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində televizora baxdığı zaman oğlu Nahid dükana getmişdir. Təxminən biriki dəqiqədən sonra oğlunun “ata, ata” deyərək qışqırdığını eşitmiş və onun səsinə evdən həyətə düşmüşdür. Nahidin həyətdə olduğunu görüb nə baş verdiyini ondan soruşmuşdur. Nahid ona “Babəki dükanda görüb qorxdum, əlində araq butulkası hasardan atlanaraq küçəyə çıxdı” demişdir. O, Nahidi evə göndərərək küçəyə çıxmış və Babəkin uzaqda dayandığını görmüşdür. Babəki yanına çağırmış və nə səbəbə dükandan oğurluq etdiyini sonuncudan soruşmuşdur. Babək də ona “səhv etmişəm, bağışla” deyərək cavab vermişdir. O, Babəkə oğurladığı əşyaları qaytaracağı halda ondan şikayətçi olmayacağını demiş, Babək isə “mən heç nə götürməmişəm” deyərək cavab vermişdir. O, Babəkin oğurluq etdiyini boynuna almadığından sonuncunun qardaşı Xəyyam Eldarova zəng edərək baş verənlər haqda məlumat vermişdir. Bundan sonra o, dükana baxarkən oradan 60 manat məbləğində nəğd pulunun, on bir qutu “Winchester” markalı siqaret, yeddi qutu “Rothmans” markalı siqaret, bir ədəd 1 litrlik “Qrafinya” markalı araq və dörd ədəd 2 manatlıq sim konturların oğurlandığını müəyyən etmişdir. Ertəsi gün baş verən hadisə barəsində polisə şikayət etmişdir. Sonradan Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmiş və onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisənin baş verdiyi yer İsmayıllı rayonu Çəmənli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədə yerləşən dükandır. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3942 nömrəli rəyindən müəyyən olunur ki, 1 ədəd “Grafskaya Gold” markalanma yazısı olan arağın 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8 manat 50 qəpik, təqdim edilməmiş “Vinchester” markalı siqaretin 1 qutusunun 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1 manat 80 qəpik, ümümilikdə 11 qutu “Winchester” markalı siqaretin ümumi dəyəri nəzəri qaydada təxminən 19 manat 80 qəpik, təqdim edilməmiş “Rothmans” markalı siqaretin 1 qutusunun 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2 manat 20 qəpik, ümümilikdə 7 qutu “Rothmans” markalı siqaretin ümumi dəyəri nəzəri qaydada təxminən 15 manat 40 qəpik, təqdim edilməmiş 2 manatlıq sim konturun 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2 manat, ümümilikdə 4 ədəd 2 manatlıq sim konturun ümumi dəyəri nəzəri qaydada təxminən 8 manatdır. Ümümilikdə tədqiqata təqdim olunmuş və tədqim olunmamış məhsulların dəyəri 51 manat 70 qəpikdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Mərkəzi Poliklinikasının alınmış xx xxxxxx 2020-ci il tarixli 43 nömrəli arayışindan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən və Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(025)-23/2018 nömrəli hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(025)-23/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, cəzasını çəkməmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı rayonu X15 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 24 və 25 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Çəmıənli kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1962-ci il təvəllüdlü anası X7 və 2000ci il təvəllüdlü qardaşı X2 ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 227662 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs X11 ilə birgə nikahlarından xx xxxxxx 2013-cü il tarixdə Eldarova Zəhra anadan olmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısının cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2020ci il tarixli qərarından və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(037)-5/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 20:40-dan hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs qəsdən talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirmə cinayətini törətməyə görə əvvəllər məhkum olunması, cəzasını çəkmədən və məhkumluğu ödənilmədən yenidən qəsdən soyğunçuluq cinayətini törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmaması nəticəsinə gələrkən haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə görə əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Qeyd olunanlara əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs Cəza təyin edilərkənbirinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış cəzanı yüngülləşdirlən hallarla yanaşı, cinayətlərin residivi cəzanı aəırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.11 və 353.2.7-ci maddələrinə əsasən təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi nəzərə alınmaqla) təyin edilməli olması məsələsinin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 346.1.13 və 353.4.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olması məsələsi müşavirə otağında müzakirə edilməli və ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Qəbələ rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, o, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun Qəbələ Rayon Məhkəməsinin müvafiq hökmünə əsasən Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il sınaq müddəti ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmadığı, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmadığı nəticəsinə gəlmiş və təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmadığını göstərmişdir. Halbuki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs isə əvvəlki hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təqsirli bilinib məhkum edildiyi Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən ödənilməmiş və ya götürülməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 7-ci bəndinə əsasən cinayətlərin residivinin qanunla (CM-in 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Yəni Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən məhkəmə Təqsirləndirilən şəxs 3 il 6 ay müddətə azadlıqdan məhrum etmədən aşağı həddə cəza təyin edə bilməzdi. Lakin birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli Qərarının tələbini pozaraq Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmadığı qənaətinə gəlmiş və ona xx xxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və bununla da səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini əsaslı sayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində yüngülləşdirən halları, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin etməkdə haqlı olsa da, əksinə cinayətin residivini nəzərə almadan yüngül cəza təyin etmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan yuxarıda sadalanmış biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı X8 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(037)-14/2020 saylı hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 3 (üç) il 6 (altı) ay müəyyən edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(025)-23/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı qərarla təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı X8 tərəfindən verilmiş apelyasiya protesti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(037)-14/2020 saylı hökmü cəzaya aid hissədə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 3 (üç) il 6 (altı) ay müəyyən edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(025)-23/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı qərarla təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. X20 Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Şəki regional Vəkil Bürosunun vəkili X4 “xxxxxxx” ASC-də olan AZ81UBAZ**********0090AZN001 saylı (“xxxxxxx” ASC-nin Şəki filialının bank rekvizitləri: Bank müxbir hesabı AZ46NABZ********************; KOD 502531; VÖEN **********, SWİFT: UBAZAZ22) hesabına 30 manat köçürülsün. Qərarın icrası göstərdiyi hüquqi yardımla bağlı vəkilə əmək haqqının ödənilməsi hissəsində Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar