Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-105/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlunun və onun müdafiəçisi X13 iştirakı ilə, Gökalemin Aziz Hüsnü oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmündən barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs Gökalemin Aziz Hüsnü oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən hakim Tural Həsənov) xx xxxxxx 2020ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Gökaləmin Aziz Hüsnü oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, CM-in 147.1-ci maddəsi ilə 1000 (bir min) manat miqdarında cərimə cəzasına, CM-in 148-ci maddəsi ilə 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla Gökaləmin Aziz Hüsnü oğlunun üzərində qəti cəza olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasının saxlanılması, təqsirləndirilən şəxs Gökaləmin Aziz Hüsnü oğlu ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəməsi, təqsirləndirilən şəxs Gökaləmin Aziz Hüsnü oğluna təyin edilmiş cəzanın icrası onun yaşadığı yer üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin Gökaləmin Aziz Hüsnü oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Xüsusi ittiham qaydasında şikayətə əsasən Gökaləmin Aziz Hüsnü oğlu təqsirləndirilir оndаn ötrü ki, о, Aziz Gökalemin “Facebook” sosial şəbəkəsində “Azo Gök” adı ilə qeydiyyatdan keçdiyi şəxsi səhifəsində müxtəlif tarixlərdə X10 da daxil olmaqla “xxxx” MMC-nin yeganə iştirakçısı olan “X17 Məhsulları” MMC və “X17 Məhsulları” MMCnin işçisi olan Yaşar Savadov barəsində heç bir həqiqətə uyğun olmayan, təhqir və böhtan xarakterli məlumatlar paylaşmışdır. xx.xx.2020-ci il tarixdə, saat 16:28-də AZƏRSUN FİRMASİNDA OYNANİLAN OYUN-lar adı altında “Daim ziyanla işləyən zavodun 8 illik tarixində heç qazanc olmaması və ilin zərərlə yekunlaşmasının səbəbinə gəlincə, bu izahı məlumdur. Mən israrla məhsulu bu qiymətə verdiyimiz halda, 4 milyona yaxın qazancımız olacağını dedim. Qiymətlərin düşəcəyini və bu xəbəri mənbədən aldığımı deməyimə baxmayaraq, 3 dollar baha qiymətdə israrla dayananda, alıcı imtina etdi...Çox keçmədən qiymətlər get-gedə düşdü...Ziyan 2,5 milyon oldu. Nə baş verdi ki, qəfildən, istehsal mərhələsi başa çatmadan 10 gün əvvəl agentim, briqadir, işçim, baş ustam birdən-birə qeyri-etik təkliflə işdən çıxartdırılır? "Buna səbəb də guya ki, mən olmuşam", nağılına inandırılır... Bir qədər vaxt keçir, 9 ay sonra yenidən gizli bir əl işə düşür, yeni iftira ilə mənim adımı hallandırırlar. Oğurluq edənləri, rüşvət yeyənləri tam, faktlarla aşkara çıxaracağım vaxt bu oyun oynanılır.”məzmunda yazı, xx.xx.2020-ci il tarixdə, saat 18:17də: “AZƏRSUN”DA XƏYANƏTİN MİQYASİ adı altında “Fəhləsinə xəyanət edən. İki xaraktersiz və iki biabırçı müdir. Yaşar Savadov və Qəhrəman Musayev. Alçaq, alçağın alçaqları. Onlara qarşı səsini çıxarmayanlar da şəxsiyyətdən məhrumdurlar... Eyni sözlərə layiqdirlər. "Azərsun" firması hələ də seçimə cavab vermirsə, deməli cinayətdə əlbirdir. Kökündə qurd varsa, parazitlərin gec-tez ona qarşı hücum edəcəklərini bilmirsə.... Bu ortaq, pis əməli birlikdə nəyə görə işlədiniz? Səbəbi nədir? Səbəbini izah edin. Əgər səbəbini izah etməsəniz, Mənim silahım daha ağır dağıntı yaradacaq. Həqiqəti görməməzliyə vurmaq. Həqiqətin öz gücünü dəyişdirmir. Elə həqiqətlər var ki, fitnədən betərdir. Elə deyilmi, Qəhrəman Musayev? Xəbərin olsun, Yaşar Savadov. Əvəzi canla ödənilə bilər. Səbrim və zərərimin son həddindəyəm. Heyfslənmə olacaq. Oyun oynamaq xarakter məsələsidir. Sənin kimi rəhbər vəzifəli şəxsi cəhənnəmə göndərirmiş kimi işindən etmək mənim xarakterimə xasdır. Lazım gələrsə, özümlə birlikdə səni yox edərəm. Xəbərin olsun. Faydalı bədənin başı yorulmadıqca, o beynin bədənin üstündə dayanması mənasızdır. Təmiz vicdanın hesabı bəzən ağır olur. Düşünüldüyü kimi bəzilərini satın alıb düşüncələri dondurmaq mümkün deyil. Bəzi hakimlər mane olsa da, Güllə ünvan soruşmur. Beynimin qazancı kifayət qədərdir. Haqqhesab soruşmadan keçib getmir və qurtarmır. Hüquqlarımı, öz hüquqlarımı verin. Artıqlaması ilə hüququm çatır. Əsla səhv etməyin. Bəzi iftiraları daşımaq mümkün olmur. Yük olur bədənlərə. Üstəlik əzab-əziyyət verir. Sizdən ən qısa vaxtda xəbər gözləyirəm...Qısa və konkret.” məzmunda yazı, xx.xx.2020-ci il tarixdə, saat 00:41-də "AZERSUN" FİRMASİNDA ÇAŞQİNLİQMİ VAR? XƏYANƏTİN AÇİQ ÜZÜ adı altında “Fındıqla əlaqəsi olmayan rəhbər işçilər "Azərsun"da söz sahibi oldu. Lakin nəyi axtardığını bilməyənlər, tapdıqlarını başa düşməyənlər, idarə etdikcə, həmişə zərər etdilər. Tam 8 il, daim ziyan. İşə başlamağımla 3 il dalbadal. Ziyan zəncirini qıraraq 7 milyon qazanc əldə etdik. O, vaxt dollar 80 qəpik idi. İl ərzində, 2016-cı ildə fındığın qiyməti düşdü, "Geri gedir, deyə dərhal əlimizdə olan fındığı istəyən alıcıya verək", dedik. 10 dollara müqavilə bağlamaq istəyən alıcı firmaya "ən azı 13 dollardan aşağı olmaz" cavabını verdilər. "Ən azı 3 milyon qazancımız olacaq, yoxsa, ziyan edəcəyik", deməyimə baxmayaraq, bilik və təcrübəmə etibar etmədilər. Nəhayət gözlənilən ziyan. 3 milyon qazanacağımız halda 2,5 milyon ziyan oldu. Uçub getdi 5,5 milyon. O vaxtlar dollar 190 qəpik idi. Sonra 1.70-ə düşdü və o gün bu gün hələ də elədir. 2017-ci ildə mürəkkəb dinamiklikdən sonra 850.000 qazancla mövsümü yekunlaşdırmağımıza baxmayaraq, gözlədiyim (səhv etməyim mümkün deyil), 2,5 milyon olduğu üçün artıq qollarımı çirmələyib bəzi faktları dəqiqləşdirmək üçün vəzifəmlə əlaqəsi olmadığı halda, üstünə getdim. İtən, oğurlanan 1 700 min manatın taleyi ilə maraqlandım. Sızmalar aşkara çıxanda hədəf lövhəsinə çevrildiyimdən xəbərim olmayıb. Bəzi şəxs və şəxslərin narahatlığına səbəb oldum. Sirrləri açıq olacaq şəxslər panikaya düşdü. Ələ keçirmək istədiyim şəxslər qısa müddətdə ələ keçdilər, həm də cinayət işlərkən. 600 ton fındıq içinin olduğunu fərz etsək, hər kq-da ən azı 2,5 manat qazanc olsa, kassada təmiz 1 500 000 manat qazanc olardı. Əgər gələn mövsümə saxlasaq, ən azı 50% qazanc da üstünə gələcəkdi. "Oldu, Aziz, onsuz da bu il 300 ton fındıq alacağıq şokolad zavodumuz üçün. Bundan çox almaq niyyətimiz yoxdur", dedi. Yenə də dedim və sözümü tamamladım: "1500 ton alın və saxlayın", dedim. Biləni yox etməyi peşə kimi görən, yəni vəzifə hesab edən rəhbər işçini gəmirən qeyri-ciddi parazitlər olduqca, "Azərsun çaşmış ördək kimi daha çox soyulur. Oynanılan oyunları hər zaman qələmə aldım, yadıma düşdükcə, dilim döndükcə yenə də qələmə alacağam. Yaxşını pisdən, gözəli çirkindən ayırd edə bilməyən, zahirən əxlaqlı olub əslində əxlaqsız olan şərəfsizləri görməmək aldanmaqdır. "Azərsun"u gəmirən parazitlərdir. Kimi nəzərdə tuturam? Yaşar Savadov və Qəhrəman Musayevi.” məzmunda yazı, xx.xx.2020-ci il tarixdə, saat 23:38-də "AZƏRSUN"UN EŞİTMƏMƏZLİYİ KİMƏ XİDMƏT EDİR? adı altında “Fahişədən qətiyyən qorxmadım, Kişinin fahişə olanından qorxdum. 2 və ya 4 çaqqalı təmizləmədən, özümlə aparmadan bu dünyadan getməyəcəyəm. Kişi fahişəsi Yaşar Savadov və arxasına butulka soxulacaq şərəfsiz erməni toxumu Qəhrəman Musayevin oynadığı oyuna şərik olan varsa, eyni sözlər onlara da aiddir. İşimə son verən və səbəbini izah edə bilmədikləri əxlaqsız ifadədən istifadə edərək əsli, kökü olmayan iddia ilə ortaya çıxıb mənim kimi təcrübəli kadrı xərcləməyə çalışmaq şərəfsizliyin ən bariz nümunəsidir. Təkcə şərəfsiz deyil, Alçağın ən alçaqlarıdır. Günahımı, yazdıqları ittihamı sübut etməyən fahişə balaları ilədir mənim davam... Bəli, deyə bilərsən ki, qardaşım, ixtisar edirik. Əcəli gələn it kimi yola çıxmağın mənası yoxdur. Haqqlarımı verərək, ödəyərək. Ancaq sən tut "ÖZ İSTƏYİNLƏ İSTEFA ET. TƏZMİNATİ AL" demək, təhrik etməkdir. Əxlaqsızlıqdır. Şərəfsizlikdir. Hə, alçaq, bicbala Yaşar Savadov, əxlaqsız Qəhrəman Musayev. Bu şərəfsizliyi sizə ölümlə dadızdırmasam, insan olmaram. Həmişə səbr etdim. Səbrim daşır, ey "Azərsun" rəhbərliyi. Hakimi elə satın almaqla iş qurtarmır. Sensasiya xarakterli hərəkət etməyimi gözləyirsiniz, yaxın vaxtlarda sizi qucaqlayıb öpəcəyəm. Bunu bilin. İtirəcəyimi itirmişəm, qazanacaq başqa şeyim yoxdur. Bir neçə çaqqalı təmizləmədən bu dünya ilə vidalaşmayacağam. Unudulmayacaq ağrı və hadisəni hər kəs eşidəcək. İş işdən keçəndə bu körpünün altından çox sular axacaq. Və əsla axan suyun geri gəlmədiyini başa düşəcəksiniz. Əvəzə əvəz.” məzmunda yazı, xx.xx.2020-ci il tarixdə, saat 22:24-də "AZƏRSUN" QABİLİYYƏTSİZ İNSANA QİYMƏT VERİRSƏ, DEMƏLİ SƏHV YOLDADİR. “Eşşək at ilə yarışarmı? Özünü ağıllı hesab edən bəzi eşşəklər. At ilə deyil, müəyyən səviyyəyə çatmaq üçün cəhdlər göstərir. Ancaq məkrli baxışlarla, əxlaqsız yanaşmalarla. Məsələn, Qəhrəman Musayev. Əxlaqsızlıqdan bəslənərək öz işçisinin gələcəyini qaranlığa qərq etməkdən çəkinmirsə, ondan rəhbər olarmı? Prosesə nəzarət müdiri vəzifəsində necə olur qalır? Ona çatan adi məlumatları, yəni dedi-qodunu reallıq kimi montaj etməsi şərəfsizlikdir. Alçaqlıqdır. Oğruları və rüşvətxorları sübutlarla ifşa etmək istədiyim vaxt bu cəhdimin qarşısının alınması təsadüfi ola bilərmi? Qəhrəman Musayev ilə əlaqəli ola bilərmi? Fındıqdan zərrə qədər başı çıxmayan Qəhrəman Musayev 2018, 2019-cu il müvsümünün axırında məhsul alışını həyata keçirdiyim vaxt əldə edilən qazancı "eyni qayda ilə alsanız, prosesə nəzarət müdiri Şahin və Fuada 2 və ya 3 milyon arası qazanc olacaq", dedim. Elə oldu da. Qəhrəman Musayev adlı iftiraçı əxlaqsız, bu qazancı qələbə hesab edərək bundan faydalanmaq həvəsində düşdü. Bundan əvvəl oynadığı oyundan nəticə çıxarmaq lazımdır. Və xüsusilə də bu şeytan adam haqqında zavod direktoru Nazim Abbasova "bu adam vəzifə dalınca qaçır, bəslənmək dərdindədir", dedim. Bəs bu il nəyə görə gücü çatmadı, alış və proqnoz vermə cəsarətini nəyə görə göstərə bilmədi? İşdən çıxarılmağıma səbəb olan bu çirkli üzlü şəxsiyyətsizə görə. Belə ki, işdən azad edilməyimə baxmayaraq, fikrimi Gözel bəyə izah etdim. Onu nəzərdə tutub dedim ki, "Eşşək at ilə yarışa bilərmi? Yarışa bilməz". məzmunda yazı xx.xx.2020-ci il tarixdə, saat 00:11-də "AZƏRSUN" ŞİRKƏTİNİN FƏLSƏFƏSİNDƏ SAXTAKARLAR VAR adı altında “"Azərsun"un qanadlarının altında Yatan şarlatanların olduğundan çox yazdım. Təbii ki, hələ davam edəcək. Həqiqətləri yazmaq mənim borcumdur. Qorxmuram şərəfsiz olan hər kəsdən. Mənim varlığımdan narahat olan yarasalar var. Və o yarasalar günəş kimi sözlərimdən narahat olsalar da, susmayacağam. Alçaqlığın da həddi var. Lakin bəzi alçaqlıqlar əsla yaddan çıxmır. Özlərinə sipər etdikləri yeganə fakt "Azərsun"un fəlsəfəsi imiş. Hələlik adını açıqlamıram, terror təşkilatının havadarının tör-töküntüləridir əslində. Bünövrəsində Ermənistanın marionetkalığı var. Baxın, öz 13 illik işçilərini əxlaqsızlıqda ittiham edərək və sonra da sırf "kompensasiya almasın", deyə aldadaraq "öz istəyinlə işdən çıx, kitaba düşmə", deyərək, (yəni "kitaba düşmək" demək, "məhkəmə keçmişin olarsa, bir daha heç bir yerdə işləyə bilməzsən" fikri) təhdid yoluyla, saxtakarlıqla örtbasdır edərək bu fikri əsas göstərib və bundan istifadə edərək işdən çıxmasına səbəb olurlar. Şəxsi həyatıma xələl gətirdiklərinin fərqində deyil alçaq. Kimsə özünü ya ağıllı hesab edir, ya da istiqmətləndirən və araşdırıb sorğulamayan "Azərsun" fəlsəfəsindən irəli gələn saxtakarlıqdır. Qadının 13 illik kompensasiyası ödənilmədiyi kimi, alacağı 6 və ya 7 aylıq 70%-lə qanuna əsasən haqqı olan maaşının yolu kəsildi. Bilərəkdən kəsdilər. Nəyə görə? Bu saxtakarlığı aşkara çıxarmayana qədər dayanmayacağam. Haydı, istinad etdiyiniz ittihamı sübut edin. Etməyən şərəfsizdir. Alçaqdır. Dəyərsizdir...Qadını işdən çıxarıb, "öz istəyi ilə işdən çıxmağa" razı saldıqdan sonra "yeni mövsümdə səni işə qəbul edəcəyik, söz veririrk" deyib təsəlli verdilər. Alçaq və namussuz ermənisifət Qəhrəman Musayev deyilən alçaq 450 km uzaqdan gəlib düzüb qoşduğu bu tələni öz gələcəyinə və artacaq maaşına görə yer ayırtdığı, yaxında 450 km uzaqdan gələrək İNDİ Müəyyən vəzifəyə təyin olunacağı xəbərini aldım. Onsuz da bu xəbərdən əvvəl, lap başlanğıcdan 25 ay əvvəl zavodun direktoru Nazim Abbasova "Bax. bu alçaq Qəhrəman Musayev sənin yerinə addım - addım gələcək", dedim. "Diqqətli ol!", deyə xəbərdarlıq etdim, yəni gedişat bunu göstərirdi. Guya bu alçaq mən mövsümə başlayarkən, başladığım alışlar davam edərkən nəzarət edir kimi görünürdü. Halbuki fındıqla bağlı zərrə qədər də məlumatı yoxdur, şərəfdən məhrum olan şərəfsizin... Bu qazancın olacağını xx/xx/2018- ci il tarixdə proses nəzarətçisi Şahin Hacıyev və yerimə yeni təyin olunmuş Maşallah adlı yoldaşa: "Eyni qayda ilə alışı davam etdirin, qazancımız 2 milyon ilə 3 milyon arasında olacaq", dedim. Sonra əlavə kimi gələn və alış başa çatan kimi iş yerindən gedən X26 Vəliyevin yerinə gəlir. Onda da eyni sözləri dedim. Maşallah da onun yanında idi. Qazanc 2,5 milyon olacaq. 2017-ci ildə 850 000 qazanc ilə 2,5 milyon arasındakı fərq edilən oğurluq idi. Edilən oğurluq ən azı 1,5 milyon manat idi. Mən bunu axtarırdım. Tapdım da. Yəni "Azərsun" şarlatanlarını soymaq savab imiş, bunu yeni başa düşdüm. “ məzmununda yazı, xx.xx.2020-ci il tarixdə, saat 22:43-də "AZƏRSUN" ŞİRKƏTİNİN FƏLSƏFƏSİNDƏ SAXTAKARLİQ DAVAM EDİR. adı altında "Aziz, çörəyini yediyin şirkətə qarşı nəyə görə sərt mövqe nümayiş etdirirsən.Yaraşmır?", deyənlərə əlbəttə ki, sözüm var. İşlədiyi yeri "Vətən" hesab edən igidlər nəslindənəm. Mayam belə yoğrulub. "Aslan yatağından, Bozqurd otağından bəlli olur". İşçim zavodun 13 illik işçisidir. Heç bir araşdırma aparmadan hansı əxlaqsızlıqla ittiham etdiklərini izah etməmələri əsl əxlaqsızlığı "Azərsun"un nümayiş etdirdiyini izah etməyə çalışıram. Sonra da kənd təsərrüfat işçisinə baş qoşmaqla "Azərsun"u yerin dibinə soxduqlarının fərqində deyillər. Hələ onu demirəm ki, mənim kimi bir insanı bu əxlaqsızlıqla, heç bir dəlil - sübut olmadığı halda məni əlaqələndirib kənarlaşdırmaları isə xəyanətdir. Nə etmişəm? Hər zaman ziyanla işləyən bu qurumu zirvəyə yüksəltmişəm. Bilmədiklərini öyrətdim. Yerə düşdükləri nöqtədən yuxarılara qaldırdım. Yol verdikləri vergidən yayınma hallarını qətiyyən bilmirəm. Ancaq var. Adam Baş direktordur. Və utanmadan yalan danışır. Əslində elə saxtakarlığın kökündə yalan durur. Əxlaqsızlıq yoluyla varlanan kim olursa-olsun, özü əxlaqsızdır. xx.xx.2018-ci il tarixdə haqqımda mənə yazılan yazıya görə bu və ya başqa səbəb göstərmədən işimə ümumi səbəblərlə son verildiyi haqqındakı yazı 450 km uzaqda olan əsas mərkəzdən gəlir. Katibəmiz vəziyyəti mənə izah edir. Həmin gün axşam iş yerində kartımı tanıtdıqdan sonra Baş direktor Muhammed Gözelə zəng edib görüş istədim. HTS qeydlərim var. Səhər görüşə biləcəyimi dedi. Səhəri gün getdim. Katibənin dediyi kimi öz istəyinlə çıx ki, ərizə yazıb kompensasiyanı ala biləsən. Bu ərizəni hazırladan isə alçaq Yaşar Savadov bicbala olmuşdur. Əlimdən alınan hüquqlarla mənə kiçik həcmdə kompensasiya ödəyirlər. Bütün işçilərinə bu cür oyunlar oynandığını qeyd etmək istəyirəm. Lənətə gəlsin. Lənətə səbəb olan şey əgər onların yazdığı yazıya görə işdən azad edilmə olsaydı. Alacağım 6 aylıq maaşım varmış, 70%. Bu ödənişdən qaçdılar. saxtakarcasına. Bu kifayət etmədi. xx xxxxxx 2013-cü il tarixdə işə başladığım halda, mənim işə başlama tariximi 2016-cı kimi göstərmişlər. Arada itən 2,5 ilim harada qaldı? Kompensasiyamı əksik ödəməkləri bir tərəfə, Əxlaqsız davranışları saxtakarlıqdır. Məhkəməyə müraciət etdim. Hakimi də satın aldılar. Hakim iş açmadı.” məzmununda xx.xx.2020-ci il tarixdə, saat 23:22-də EY "AZƏRSUN", ALLAH BƏLANİ VERSİN! adı altında “Mənim kimi bir insanın oğurluğu olmadığı və rüşvət kimi məsələlərə qarşı çıxdığı halda, bu işlərlə əlaqəli olduqlarını aşkar etdiklərim insanların üstünə gedərkən, məni tamamilə başqa hadisə ilə ittiham edib kənarlaşdırmaları şərəfsizlikdir. Alçaqlıqdır. İttiham etdikləri hadisənin heç bir izahı olmadığı halda, öz keflərinə görə tamam fərqli hisslərlə məni aldadıb işimə son vermələri tamamilə şərəfsizlikdir. Qarşımda fahişə oğlu Yaşar Savadov dururdu. "Sənin nə işin var burada?", dedi. Məni görən kimi qıpqırmızı olan bu şəxsə "Muhammed Gözel bəylə görüşməyə gəldim", cavabını verdim. Görüşə bilməzsən. Nəyə görə? Qonaqları var, İrandan gəlmişlər. Mən də uzaq Zaqataladan gəldim. Nə edək? Olmayacaq. Danışıb nə edəcəksən? Yazını yazdıq, səni işdən azad etmək yazısını. Çaşıb qalmışdım. Səbəbini soruşma, məsələ elə də qaldı. Məcburən çarəsiz geri qayıtdım. Birdən məni düşüncələrimdən ayıran telefona zəngi gəldi. Muhammed Gözel bəy mənə zəng edirdi. Geri qayıtmağımı istəyirdi. Avtobusdan düşdüm. Kürdəmir şəhərindən geri qayıtdım. Yenə də şirkətin qapısında adımı yazdırdım. Bu dəfə gözlətmədən keçə biləcəyimi dedilər. Yenə də Muhammed bəyin ofisinin olduğu mərtəbədəyəm. Yenə də şərəfsiz Yaşar Savadov, mənimlə gələn, yanımdakı heyət həqiqətən də bu dəfə iranlılardan ibarət idi. Sonra da "Nə istəyirsən? "Azərsun"da qəbul edilən qərar geri götürülmür. Bunu bilmirsən? "Necə yəni, insanın günahı olmasa da? Olmasaydı, bu da olmazdı. Necə? Sübut, sənəd varmı ortada? Məni nə ilə ittiham etməyinizin fərqindəsiniz? Fərqindəyik, Aziz bəy. Sən "Muhammed Gözelin adamıyam", deyibsən. Kim deyir bunu, mən demişəm? Bəli. Heç kim "Muhammed Gözelin adamıyam", deyə bilməz. Hamımız "Azərsun"un işçiləriyik. Unutma. Yaşar bəy, mənim ağzımdan heç bir halda belə söz çıxmamışdır. Saxla bu fırıldaqları. Sənin xanımın şirkətə neçə dəfə zəng edib, bilirsən? Nəyə görə zəng etsin ki? Zəng etməsi üçün nə səbəb ola bilər? Sən bilərsən. Nə mən bilərəm? Həyat yoldaşım qətiyyən zəng etməz. Nə isə, əhəmiyyət vermə. Sənin bizim banka borcun da var. Var. 4.500 Manat. Tək oraya borcum yoxdur ki? Ev tikdiyim üçün təxminən cəmi 14.000 Manat borcum var. Nə yaxşı. Sən kompensasiya almaq üçün öz xahişində işdən çıx. O halda kompensasiyanı ala bilərsən. Yoxsa, ala bilməzsən. Səni düşündüyüm üçün borclarını bağlaya bilərsən. Oldu? Çarəsizlik içində soruşdum: Öz istəyimlə çıxmasam, ala bilmərəm? Yox ala bilməzsən. Biz səni işdən azad etdik, lakin sən işdən özün çıxmaq istədiyini desən, nə lazımdırsa, edərik. Qanunu bilmədiyim üçün bu alçaq dedi, mən də yazdım. İmzaladım. Bu imzam, artıqlaması ilə hüquqlarımın, alacaqlarımın qəsb edilməsinə səbəb oldu. Çıxdım. Pəri xanım dedi, "Bildiyiniz kimi şirkət etik qaydaları pozduğuna görə keçən ilin dekabr ayında S.A.-nın işinə son verilmişdir. Səbəbi isə bəzi prosesə nəzarət faktları olmuşdur. Təfsilatlı şəkildə demək istəməsəm də, səbəbi qeyrietik və şirkətin etika kodekslərinə zidd davranışlardır. Yazışmanın digər tərəfi isə müəssisənin işçisi Aziz G. olmuşdur. O deməkdir ki, mərkəz UG rəhbərliyi səhv qərar qəbul edərək məsələyə birtərəfli yanaşmış, S.A.-nın işinə son verilmiş, Aziz bəy haqqında heç bir tədbir görməmişlər. Məsələyə yenidən baxılmış və Aziz G.-nın vəzifəsinə son verilməsi qərara alınmışdır. İşləri yekunlaşdırın, zəhmət olmasa ". xx.xx.2018. Bu yazan, sui-qəsdi hazırlayan kimdirsə, fahişə balasıdır. Cinayətin faktını nəyə görə açıqlamırsınız? Ey fahişə balaları. Prosesə nəzarətin rəyini açıqlayın də, papa rozalar. "Aziz özü elektron şəraitdə yazmışdır", deyəcək qədər alçaqdırlar. Çıxarmaq istədikləri işçilərə daim bu taktikanı tətbiq edirlər şərəfzislər. Cılızdırlar. Yoxsa, "məhkəməlik olacaqsan, ey S A", deyə aldadılıb imzalatdırılacaqdı. Qəribə təklifdə. "Səni yeni mövsümdə işə götürəcəyik" demişlər. Hüququnu tələb etmək isə təəssüf ki, cinayət olmuşdur. Allah bəlanı versin, ey "Azərsun"! Bu yaxınlarda gəbərəcəksiniz, inanın...” məzmununda, xx.xx.2020-ci il tarixdə, saat 23:47-də "AZƏRSUN"DA ALÇAQLARİ QƏHRƏMANLAŞDİRMAQ YARİŞİ VAR. Adı altına “Və işdən çıxdığım gün, satın almalara baxan yoldaş Maşallaha və Şahin Hacıyevə "Eyni qaydada satın almağa davam edin, gördüyüm işə mənim qaldığım yerdən davam etsəniz, qazancınız 2 və ya 3 milyon olacaq", demişdim. Qazanc 2,5 milyon oldu. Bəs indi nə oldu? Guya ki, bu uğurun səbəbkarı Qəhrəman Musayevdir, deyə düşünüldü. Musayev qətiyyən fındıqla əlaqəsi olmayan axmağın biridir. Sadəcə yüksək post və vəzifə həvəsində olduğunun lap əvvəldən fərqinə varmışdım. İndi, yaxın vaxtlarda zavoda gəlib bir vəzifəyə keçərsə, həqiqət ortaya çıxacaq. İstəyim budur ki, gəlsin və nəyə layiq olduğunu görsün. Alçaqlar qəhrəman ola bilməz. "Azərsun"da yüksək post və vəzifə üçün heç bir cəhd etməyən və sadəcə zavodun maraqlarını düşünən məni, gizli qəhrəman olduğu halda alçaq kimi qələmə vermək sadəcə alçaqlara məxsus hərəkətdir.” məzmununda, xx.xx.2020-ci il tarixdə, saat 21:19-da "AZƏRSUN" DEFEKTLİ QƏHRAMANİ MÜDİR VƏZİFƏSİNƏ GƏTİRDİ. adı altında “Bu gün mənə çatan xəbər maraqlıdır. Bu xəbər həqiqətdirsə, Mən bunu 21 ay əvvəl xüsusilə özünün yanında dedim. "Bax, bu şəxs və oynadığı oyun sənin yerinə keçmə oyunudur, X29", dedim. İnandı, inanmadı, öz işidir. Və bu gün eşitdiyim bu oldu. X14 direktoru. Dediyim kimi yerdəyişmə oldu. Qəhrəman Musayev adlı şərəfsiz müdir oldu. İnanın, fındıqla zərrə qədər əlaqəsi yoxdur. "Bicbala" desəm, ən düzünü demiş olaram. Qətiyyən anlayışı yoxdur. Dərdi yüksək post və maaşdır. Və ya qadınla münasibət...Elə də oldu. İlk mərhələdə 13 il olan və çox təcrübəsi briqadiri işdən çıxarmaq üçün əclaflıqlar nümayiş etdirdi. Alçaqlıqda sərhəd tanımayan ermənisifət bu alçaq etdiklərindən utanmayacaq qədər biabırçı bir nəfərdir. "Taksiyə minmiş bir işçisinin əlaqələri varmış" kimi iftira ilə 3 uşağı və 4 nəvəsi olan insana ləkə yaxır. Guya ki, araşdırmada dəqiq hərəkət edib müəyyən şeyləri üzə çıxarmaq üçün çalışdı hiyləgər alçaq. Təbii ki, bəzilərinin xətrinə. İstehsal sahəsində mənə ən yaxın olan işçimin olmasını həzm edə bilməyən dəyyuzun biridir. İşin komanda işi və həmrəylik olduğunu bilməyəcək qədər cahildir. Necə prosesə nəzarət müdiri vəzifəsinə təyin olundu, başa düşmürəm. Vallah, it kimi qapının ağzına bağlamaram... Lakin məsəl var "İt nəcis yeməkdən imtina etməz". O da edilməyək, inandırıcı olmaqdan çox uzaq suiqəsdlər hazırlayır. Əfsuslar olsun ki, "Azərsun"un əzəmətinə yaraşmayacaq mühakiməni sənədlərlə sübuta yetirmədən bu şəxsə etibar etmişdir. İnsanların günahını fürsət bilib vəzifəyə keçmək qədər cılız davranış ola bilməz. X20 nəhayət muradına çatdı. Bəlkə də əcəlinə susamışdır, kim bilir? Özünü müdir təyin etdirdi. Alçaqsan. Şorgözsən. Qadın düşkünüsən. Bu 3 mesaj əsas götürülür. İnanın, zərrə qədər də fındıqçılıqla əlaqəsi yoxdur. Ağılsız və ağılsız oğlu ağılsızdır. Necə və hansı məqsədə xidmət etmək üçün gəlmiş, Alacağı maaşdan başqa məqsədi yoxdur. Alçaqlar necə qəhrəman olur? QƏHRƏMAN MUSAYEV kimi.” məzmunda yazı yazmaqla, xx.xx.2020-ci il tarixdə "AZƏRSUN"DA İFTİRA ATMAQLA MÜDİR OLMAQ. Adı altında “Öz əraziləri tarix boyu bir-birindən qoparılan Azərbaycan. Əfsuslar olsun ki, qoparıldığı istilaya və işğal edildiyi əzəli əraziləri ilə həmsərhəd olan yeganə dövlətdir. Kədərli haldır. Kədərli odur ki, Öz fəhləsinə tələ quran yeganə şirkət isə "Azərsun"un tərkibindədir. Səs çıxarmayan, səssiz qalan şirkətin fəlsəfəsi olmaz. Əgər olarsa, bu kədərlərin kədəri olar. Qəhrəman Musayev oynadığı mükəmməl oyunu ilə addım-addım. Arzuladığı mövqeyə çatdı. Nə qədər alçaq oyundur ki, xarakterizə etmək belə məntiqdən uzaqdır. Zərrə qədər fındıqçılıqla əlaqəsi olmayan, Təcrübəsi və biliyi olmayan, Cahil. Məntiq qaydalarına zidd şəxs kimi bu yüksək posta gəlməsi axmaqlıq əlamətidir. Fındıq alqı-satqısının kağız üzərində aparıldığını fikirləşmək, Eynilə keçmişdə olduğu kimi 8 il boyunca daim zərərlə işləmək siyasəti bilik və təcrübənin qüsurlu olmasının nəticəsi idi. 8 il ərzində uğur qazana bilməyənlər. İşimlə xx.xx.2018-ci ildə vidalaşarkən "Elə belə davam etsəniz, qazancınız minimum 2 milyon və ya 3 milyon arası olacaq", Dedim. Bundan başqa sonradan gələn Fuad Vəliyev və yenə də Maşallah bəyə həmin sözləri dedim. Və nəticədə 2.5. milyon qazanc oldu. Məhz bu uğuru öz adına çıxan Qəhrəman Musayev özünü müdir vəzifəsinə gətirtdi. X18. İntriqanı başa düşmək üçün bütün yazdıqlarım təhlil edilməlidir. Sətir aralarında xəyanət aydın şəkildə görünür. Necə təyin olunması ilə mənim işim yoxdur. Lakin erməni xəyanət dəstəsi kimi işləyərək 13 illik müvəffəqiyyət qazanan qabiliyyətli işçi üzərindən oyun oynayaraq və sonra da mənə qarşı arxa çevirərək alçaqlıq medalını qazandı. Bu medalı verərkən səbəb və nəticə əlaqəsini tamaşaçı kimi izləyən "Azərsun"dur. Çox uğurlu olan 13 illik işçimin hərəkətlərindən şübhə etdiyi, sənədli sübutlu fotoşəkillə müəyyən etdiyi oğurluqlarından narahat olan, məni bu yerdə bəhanə edib işdən çıxaran və çıxmasına tələ quran ermənisifət Qəhrəman Musayevdir. 9 ay sonra da məni bu əxlaqsız hərəkətlə işdən çıxarma əsaslarını düzüb qoşdu. İstinad edilən günah sözlə var, sübut yoxdur. Nə, necə? Məlum deyil. Dedim və bu "düzgündür" ilə olmaz. İddia var, əsas yox. Sübut et. Sübut edə bilməsən, sübut edilə bilməz təhqirə layiq olarsan. "Azərsun" kənardan tamaşa edir. Yaraşmır, nədənsə...Necə də fürsət axtarışıdır. İşdən çıxarılmağa qarşı deyiləm. Çıxarırsan? Çıxar, qardaş. Hüquqlarımı necə varsa, elə də tanı. 61 ay işlədiyim yerdə əmək kitabçamda 24 ayım görünmür. Sən demə hər işdən çıxardıqlarına qarşı tətbiq etdikləri qayda "öz razılığınla qol çək və işdən çıx" şəklindədir "AZƏRSUN"da. Mən bu hallara "Bəsdir!" demək üçün məhkəmədə iddia qaldırdım. Amma ayıbdır. Əxlaqsızlıqdır. Ləyaqətlə daim ayaq üstə durmağa öyrəşmiş insanam. Qancıqlarla qətiyyən işim yoxdur. Ola bilməz də...” məzmunda yazı yazmaqla. Aziz Gökalemin “Facebook” sosial şəbəkəsində (internet səhifəsində) həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət böhtan xarakterli uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan yazıları dərc edərək yalan məlumatları kütləvi informasiya vasitəsində yaymışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmündən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona iftira atıldığı üçün belə bir məlumatı paylaşmışdır. Ona qarşı haqsızlıq edilmiş və işdən çıxarılmışdır. Onun işdən çıxması səbəbindən ailəsi də çətin vəziyyətə düşmüşdür. Ona görə də hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmü ləğv edilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlunun müdafiəçisi X22 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin X16 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmünün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlu tərəfindən apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında tərcüməçi X8 iştirakı ilə ifadə verən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlu bildirdi ki, həqiqətən facebookda açdığı profildə bu sözləri deyib. Lakin, məqsədi onları təhqir etmək olmamışdır. Bu məlumatları onların ona qarşı etdikləri haqsızlıqlara cavab olaraq yazmışdır. Hal-hazırdada işsizdir. İmkanı yoxdur ki, həm cəriməni ödəsin, eləcədə öz ölkəsinə gedə bilsin. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(033)-33/2020 hökmünün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlu birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o 2013-cü il tarixdən “X19 Məhsulları” MMC Zaqatala Fındıq zavodu Laborotoriya sahəsinə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. O uzun illər “X19 Məhsulları” MMC-nin Zaqatala fındıq zavodunda işləmişdir. “X19 Məhsulları” MMC Zaqatala fındıq zavodunda işlədiyi dövrdə bir neçə dəfə oğurluq hadisələrinə şahid olmuş və bunun qarşısını almağa çalışmıdır. Fındıq zavodunda baş verən oğurluq və yeyintilər barədə o “X19 Məhsulları” MMC-nin rəhbərliyini bir neçə dəfə məlumatlandırmışdır. 2016-cı ildə Zaqatala fındıq zavodunda baş verən oğurluq hadisəsini həmin zavodda çeşidləmə operatoru vəzifəsində işləyən X4 telefon vasitəsi ilə video görüntüyə almış və bu barədə ona məlumat vermişdir. Həmin hadisə barədə o “X19 Məhsulları” MMC-nin rəhbərliyinə məlumat vermişdir. Bu hadisədən bir müddət keçdikdən sonda 2016-cı ilin 20 iyun tarixində X4 öz ərizəsi əsasında işdən çıxmışdır. X1 işdən çıxma səbəbini soruşduqda X14 baş mühasibi Pəri Əlicanova onu dəvət edərək Aziz ilə səmimi münasibətlərinin olduğunu bildirmiş və bunun “X19 Məhsulları” MMC-nin əxlaq qaydalarına uyğun olmadığını bildirmiş və öz ərizəsi əsasında işdən ayrılacağı təqdirdə təzminat ala biləcəyini demişdir. O da, ərizəsini yazaraq aralarında olan əmək münasibətlərinə xitam verilməini xahiş etmişdir. 2018-ci ilin sentyabr ayında Pəri Əlicanova onu yanına çağıraraq X4 ilə aralarında münasibət olduğunu iddia edərək, həmin münasibətlərin “X19 Məhsulları” MMC-nin prinsiplərinə və əxlaq qaydalarına uyğun olmadığını bildirərək onun işdən çıxarılacağını, işdən çıxarkən təzminat almaq istəyirsə onda öz ərizəsi əsasında işdən çıxmalı olduğunu bildirmişdir. xx xxxxxxxx 2018-ci ildə o öz ərizəsi əsasında “X19 Məhsulları” MMC-nin Zaqatala fındıq zavodunda tutduğu vəzifəsindən azad edilmişdir. X24 ilə əxlaqdan kənar hər hansı bir münasibəti olmamışdır. X4 ilə özü “X19 Məhsulları” MMC-nin Zaqatala fındıq zavodunda gedən oyunların üstünü açdığı üçün və yeyinti və oğurluğun olduğunu dedikləri üçün Sürəyya Abakarova ilə aralarında münasibət olduğunu deyərək onlara böhtan atmış və bunun əsasında onları işdən azad etmişdirlər. Bu olan hadisələr barədə o müxtəlif vaxtlarda “Facebook” sosial şəbəkəsində özünə məxsus olan “Azo Gök” adı altında qeydiyyatdan keçmiş hesabından xx.xx.2020-ci il tarixdə - Azərsun firmasında oynanılan oyun, xx.xx.2020-ciil tarixdə “Azərsun”da xəyanətin miqyası, xx.xx.2020-ci il tarixdə “Azərsun” firmasınd çaşqınlıqmı var? Xəyanətin açıq üzü, xx.xx.2020-ci il tarixdə “Azərsunun” eşitməzliyi kimə xidmət edir?, xx.xx.2020-ci il tarixdə "Azərsun" qabiliyyətsiz insana qiymət verirsə, deməli səhv yoldadır. xx.xx.2020-ci il tarixdə "Azərsun" şirkətinin fəlsəfəsində saxtakarlar var, xx.xx.2020-ci il tarixdə "Azərsun" şirkətinin fəlsəfəsində saxtakarlıq davam edir. xx.xx.2020-ci il tarixdə ey "Azərsun", allah bəlanı versin, xx.xx.2020-ci il tarixdə "Azərsun"da alçaqları qəhrəmanlaşdırmaq yarışı var. xx.xx.2020-ci il tarixdə "Azərsun" defektli Qəhramanı müdir vəzifəsinə gətirdi. xx.xx.2020-ci il tarixdə "Azərsun"da iftira atmaqla müdir olmaq adları altında yazılar yazmışdır. “Azərsun”da xəyanətin miqyası” başlıqlı yazıda işlədilən “xaraktersiz”, “biabırçı”, “alçaq”, “Azərsun” firmasında çaşqınlıqmı var? Xəyanətin açıq üzü” başlıqlı yazıda işlədilən “parazit”, “Azərsun”un eşitməməzliyi kimə xidmət edir?” başlıqlı yazıda işlədilən “...arxasına butulka soxulacaq şərəfsiz erməni toxumu”, “şərəfsiz”, “alçaq”, “fahişə balaları”, “əxlaqsız”, “Azərsun” qabiliyyətsiz insana qiymət verirsə, deməli səhv yoldadır” başlıqlı yazıda işlədilən “eşşək”, “əxlaqsız”, “vicdansız”, “şərəfsiz”, “alçaq”, “şeytan”, “şəxsiyyətsiz”, “Azərsun” şirkətinin fəlsəfəsində saxtakarlıq var” başlıqlı yazıda işlədilən “alçaq”, “namussuz”, “şərəfsiz”, “ermənisifət”, “Azərsun”da alçaqları qəhrəmanlaşdırmaq yarışı var” başlıqlı yazıda istifadə edilən “axmaq”, “alçaq”, “Azərsun” defektli qəhrəmanı, müdir vəzifəsinə gətirdi” başlıqlı yazıda işlədilən “şərəfsiz”, “bicbala”, “biabırçı”, “alçaq”, ’’dəyyus”, “ağılsız”, “it kimi qapımın ağzına bağlamaram”, “Azərsun”da iftira atmaqla müdir olmaq” başlıqlı yazıda işlədilən “ermənisifət” “cahil” və “biliksiz” “təcrübəsiz” ifadələri X11 barəsində yazmışdır. Bu yazıları “X19 Məhsulları” MMC-də oğurluq və yeyinti işlərinə rahat davam etmələri üçün ona böhtan ataraq işdən azad etdikləri üçün yazmışdır. O, özünü CM-in 148-ci maddəsilə təqsirli bilir, yəni həqiqətən də Qəhrəman Musayevi təhqir etmişdir. Lakin, özünü CM-in 147.1-ci maddəsi ilə təqsirli bilmir, çünki o, Qəhrəman Musayevə böhtan atmamışdır. Ona layiq söz və ifadələri yazıb paylaşmışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş xüsusi ittihamçı X5 nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdikləri Gökaləmin Aziz Hüsnü oğlu hazırda xüsusi ittihamçının rəhbərlik etdiyi “X19 Məhsulları” MMC-nin Zaqatala fındıq zavodunda işləmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə onunla Cəmiyyət arasında olan əmək müqaviləsinə xitam verilmiş və o işdən azad edilmişdir. O işdən azad edildikdə “Razılıq və Təsdiqləmə Vərəqəsi”ni şəxsən oxuyaraq imzalamışdır. Həmin vərəqəyə əsasən Aziz Gökalemin xx.xx.2018-ci il tarixə qədər işlədiyi və istifadə etdiyi (öz xahişim ilə işdən azad edildiyi) Müəssisədə, bu Şirkətə daxil olan iş yerlərində istifadə etmədiyi illər üçün məzuniyyət, müavinət pulunu tam və kəsirsiz olaraq aldığını təsdiq etmişdir. Bu sahədə işlədiyi dövrlər üçün işəgötürəndən heç bir alacağının qalmadığını və işləmiş olduğu şirkətə qarşı nə indi, nə də gələcəkdə heç bir narazılıq, iddia və şikayətinin olmadığını bəyan etmişdir. İşdən azad edildikdən sonra Aziz Gökalemin cavabdehlər X9, İsa Ağayevə, Müjdəddin Bozqurda, Muhammed Gözala, Yaşar Savadova və “Azersun” firmasına qarşı “şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsinə və vurulmuş mənəvi zərər tələbinə dair” iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsində iddia qaldırmış və Zaqatala rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(003)-204/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə ilə onun iddiası təmin edilməmişdir. Bundan hiddətlənən Aziz Gökaləmin müxtəlif vaxlarda Qəhrəman Musayevin və adları qeyd edilən şəxslər barəsində “Facebook” sosial şəbəkəsində özünə məxsus olan “Azo Gök” adı altında qeydiyyatdan keçmiş hesabından yalan olan və həqiqəti əks etdirməyən ləyaqətini və işgüzar nüfuzunu zədələyən, onu təhqir edən yazılar yazmışdır. O, xx.xx.2020-ci il tarixdə "Azərsun" qabiliyyətsiz insana qiymət verirsə, deməli səhv yoldadır. xx.xx.2020-ci il tarixdə "Azərsun" şirkətinin fəlsəfəsində saxtakarlar var, xx.xx.2020-ci il tarixdə "Azərsun" şirkətinin fəlsəfəsində saxtakarlıq davam edir. xx.xx.2020-ci il tarixdə ey "Azərsun", allah bəlanı versin, xx.xx.2020-ci il tarixdə "Azərsun"da alçaqları qəhrəmanlaşdırmaq yarışı var. xx.xx.2020-ci il tarixdə "Azərsun" defektli Qəhramanı müdir vəzifəsinə gətirdi. xx.xx.2020-ci il tarixdə "Azərsun"da iftira atmaqla müdir olmaq adları altında yazılar yazmışdır. “Azərsun”da xəyanətin miqyası” başlıqlı yazıda işlədilən “xaraktersiz”, “biabırçı”, “alçaq”, “Azərsun” firmasında çaşqınlıqmı var? Xəyanətin açıq üzü” başlıqlı yazıda işlədilən “parazit”, “Azərsun”un eşitməməzliyi kimə xidmət edir?” başlıqlı yazıda işlədilən “...arxasına butulka soxulacaq şərəfsiz erməni toxumu”, “şərəfsiz”, “alçaq”, “fahişə balaları”, “əxlaqsız”, “Azərsun” qabiliyyətsiz insana qiymət verirsə, deməli səhv yoldadır” başlıqlı yazıda işlədilən “eşşək”, “əxlaqsız”, “vicdansız”, “şərəfsiz”, “alçaq”, “şeytan”, “şəxsiyyətsiz”, “Azərsun” şirkətinin fəlsəfəsində saxtakarlıq var” başlıqlı yazıda işlədilən “alçaq”, “namussuz”, “şərəfsiz”, “ermənisifət”, “Azərsun”da alçaqları qəhrəmanlaşdırmaq yarışı var” başlıqlı yazıda istifadə edilən “axmaq”, “alçaq”, “Azərsun” defektli qəhrəmanı, müdir vəzifəsinə gətirdi” başlıqlı yazıda işlədilən “şərəfsiz”, “bicbala”, “biabırçı”, “alçaq”, ’’dəyyus”, “ağılsız”, “it kimi qapımın ağzına bağlamaram”, “Azərsun”da iftira atmaqla müdir olmaq” başlıqlı yazıda işlədilən “ermənisifət” “cahil” və “biliksiz” “təcrübəsiz” ifadələrini onun haqqında işlətmişdir. Beləliklə də, barəsində şikayət verilən şəxs Gökaləmin Aziz Hüsnü oğlu onun barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli yalan məlumatları sosial şəbəkədə yaymaqla barəsində cəmiyyət və iş kollektivi arasında mənfi rəyi yaratdığı üçün, onun nüfuzdan salan hərəkətlərə yol verdiyindən, şərəf və ləyaqətini, nüfuzunu ləkələdiyindən, internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etdiyi üçün CM-in 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalanmalıdır. Göstərilənlərə əsasən Gökaləmin Aziz Hüsnü oğlunu CM-in 147.1-ci və 148-ci maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişlər. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 19 aprel saat 16:28- də paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, Azərsun firmasında oynanılan oyun adı altında “Daim ziyanla işləyən zavodun 8 illik tarixində heç qazanc olmaması və ilin zərərlə yekunlaşmasının səbəbinə gəlincə, bu izahı məlumdur. Mən israrla məhsulu bu qiymətə verdiyimiz halda, 4 milyona yaxın qazancımız olacağını dedim. Qiymətlərin düşəcəyini və bu xəbəri mənbədən aldığımı deməyimə baxmayaraq, 3 dollar baha qiymətdə israrla dayananda, alıcı imtina etdi...Çox keçmədən qiymətlər get-gedə düşdü...Ziyan 2,5 milyon oldu. Nə baş verdi ki, qəfildən, istehsal mərhələsi başa çatmadan 10 gün əvvəl agentim, briqadir, işçim, baş ustam birdən-birə qeyri-etik təkliflə işdən çıxartdırılır? "Buna səbəb də guya ki, mən olmuşam", nağılına inandırılır... Bir qədər vaxt keçir, 9 ay sonra yenidən gizli bir əl işə düşür, yeni iftira ilə mənim adımı hallandırırlar. Oğurluq edənləri, rüşvət yeyənləri tam, faktlarla aşkara çıxaracağım vaxt bu oyun oynanılır.”məzmununda yazı paylaşılmışdır. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 23 aprel saat 18:17-də paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, ““Azərsun”da xəyanətin miqyası” adı altında “Fəhləsinə xəyanət edən. İki xaraktersiz və iki biabırçı müdir. Yaşar Savadov və Qəhrəman Musayev. Alçaq, alçağın alçaqları. Onlara qarşı səsini çıxarmayanlar da şəxsiyyətdən məhrumdurlar... Eyni sözlərə layiqdirlər. "Azərsun" firması hələ də seçimə cavab vermirsə, deməli cinayətdə əlbirdir. Kökündə qurd varsa, parazitlərin gec-tez ona qarşı hücum edəcəklərini bilmirsə.... Bu ortaq, pis əməli birlikdə nəyə görə işlədiniz? Səbəbi nədir? Səbəbini izah edin. Əgər səbəbini izah etməsəniz, Mənim silahım daha ağır dağıntı yaradacaq. Həqiqəti görməməzliyə vurmaq. Həqiqətin öz gücünü dəyişdirmir. Elə həqiqətlər var ki, fitnədən betərdir. Elə deyilmi, Qəhrəman Musayev? Xəbərin olsun, Yaşar Savadov. Əvəzi canla ödənilə bilər. Səbrim və zərərimin son həddindəyəm. Heyfslənmə olacaq. Oyun oynamaq xarakter məsələsidir. Sənin kimi rəhbər vəzifəli şəxsi cəhənnəmə göndərirmiş kimi işindən etmək mənim xarakterimə xasdır. Lazım gələrsə, özümlə birlikdə səni yox edərəm. Xəbərin olsun. Faydalı bədənin başı yorulmadıqca, o beynin bədənin üstündə dayanması mənasızdır. Təmiz vicdanın hesabı bəzən ağır olur. Düşünüldüyü kimi bəzilərini satın alıb düşüncələri dondurmaq mümkün deyil. Bəzi hakimlər mane olsa da, Güllə ünvan soruşmur. Beynimin qazancı kifayət qədərdir. Haqq-hesab soruşmadan keçib getmir və qurtarmır. Hüquqlarımı, öz hüquqlarımı verin. Artıqlaması ilə hüququm çatır. Əsla səhv etməyin. Bəzi iftiraları daşımaq mümkün olmur. Yük olur bədənlərə. Üstəlik əzab-əziyyət verir. Sizdən ən qısa vaxtda xəbər gözləyirəm...Qısa və konkret.” məzmununda yazı paylaşılmışdır. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 29 aprel saat 0:41-də paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, “"Azersun" firmasında çaşqınlıqmı var? xəyanətin açıq üzü.” adı altında Fındıqla əlaqəsi olmayan rəhbər işçilər "Azərsun"da söz sahibi oldu. Lakin nəyi axtardığını bilməyənlər, tapdıqlarını başa düşməyənlər, idarə etdikcə, həmişə zərər etdilər. Tam 8 il, daim ziyan. İşə başlamağımla 3 il dalbadal. Ziyan zəncirini qıraraq 7 milyon qazanc əldə etdik. O, vaxt dollar 80 qəpik idi. İl ərzində, 2016-cı ildə fındığın qiyməti düşdü, "Geri gedir, deyə dərhal əlimizdə olan fındığı istəyən alıcıya verək", dedik. 10 dollara müqavilə bağlamaq istəyən alıcı firmaya "ən azı 13 dollardan aşağı olmaz" cavabını verdilər. "Ən azı 3 milyon qazancımız olacaq, yoxsa, ziyan edəcəyik", deməyimə baxmayaraq, bilik və təcrübəmə etibar etmədilər. Nəhayət gözlənilən ziyan. 3 milyon qazanacağımız halda 2,5 milyon ziyan oldu. Uçub getdi 5,5 milyon. O vaxtlar dollar 190 qəpik idi. Sonra 1.70-ə düşdü və o gün bu gün hələ də elədir. 2017-ci ildə mürəkkəb dinamiklikdən sonra 850.000 qazancla mövsümü yekunlaşdırmağımıza baxmayaraq, gözlədiyim (səhv etməyim mümkün deyil), 2,5 milyon olduğu üçün artıq qollarımı çirmələyib bəzi faktları dəqiqləşdirmək üçün vəzifəmlə əlaqəsi olmadığı halda, üstünə getdim. İtən, oğurlanan 1 700 min manatın taleyi ilə maraqlandım. Sızmalar aşkara çıxanda hədəf lövhəsinə çevrildiyimdən xəbərim olmayıb. Bəzi şəxs və şəxslərin narahatlığına səbəb oldum. Sirrləri açıq olacaq şəxslər panikaya düşdü. Ələ keçirmək istədiyim şəxslər qısa müddətdə ələ keçdilər, həm də cinayət işlərkən. 600 ton fındıq içinin olduğunu fərz etsək, hər kq-da ən azı 2,5 manat qazanc olsa, kassada təmiz 1 500 000 manat qazanc olardı. Əgər gələn mövsümə saxlasaq, ən azı 50% qazanc da üstünə gələcəkdi. "Oldu, Aziz, onsuz da bu il 300 ton fındıq alacağıq şokolad zavodumuz üçün. Bundan çox almaq niyyətimiz yoxdur", dedi. Yenə də dedim və sözümü tamamladım: "1500 ton alın və saxlayın", dedim. Biləni yox etməyi peşə kimi görən, yəni vəzifə hesab edən rəhbər işçini gəmirən qeyri-ciddi parazitlər olduqca, "Azərsun çaşmış ördək kimi daha çox soyulur. Oynanılan oyunları hər zaman qələmə aldım, yadıma düşdükcə, dilim döndükcə yenə də qələmə alacağam. Yaxşını pisdən, gözəli çirkindən ayrıd edə bilməyən, zahirən əxlaqlı olub əslində əxlaqsız olan şərəfsizləri görməmək aldanmaqdır. "Azərsun"u gəmirən parazitlərdir. Kimi nəzərdə tuturam? Yaşar Savadov və Qəhrəman Musayevi.” məzmunda yazı paylaşılmışdır. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 01 may saat 23:38-də paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, "Azərsun"un eşitməməzliyi kimə xidmət edir?” adı altında “Fahişədən qətiyyən qorxmadım, Kişinin fahişə olanından qorxdum. 2 və ya 4 çaqqalı təmizləmədən, özümlə aparmadan bu dünyadan getməyəcəyəm. Kişi fahişəsi Yaşar Savadov və arxasına butulka soxulacaq şərəfsiz erməni toxumu Qəhrəman Musayevin oynadığı oyuna şərik olan varsa, eyni sözlər onlara da aiddir. İşimə son verən və səbəbini izah edə bilmədikləri əxlaqsız ifadədən istifadə edərək əsli, kökü olmayan iddia ilə ortaya çıxıb mənim kimi təcrübəli kadrı xərcləməyə çalışmaq şərəfsizliyin ən bariz nümunəsidir. Təkcə şərəfsiz deyil, Alçağın ən alçaqlarıdır. Günahımı, yazdıqları ittihamı sübut etməyən fahişə balaları ilədir mənim davam... Bəli, deyə bilərsən ki, qardaşım, ixtisar edirik. Əcəli gələn it kimi yola çıxmağın mənası yoxdur. Haqqlarımı verərək, ödəyərək. Ancaq sən tut "Öz istəyinlə istefa et. təzminatı al" demək, təhrik etməkdir. Əxlaqsızlıqdır. Şərəfsizlikdir. Hə, alçaq, bicbala Yaşar Savadov, əxlaqsız Qəhrəman Musayev. Bu şərəfsizliyi sizə ölümlə dadızdırmasam, insan olmaram. Həmişə səbr etdim. Səbrim daşır, ey "Azərsun" rəhbərliyi. Hakimi elə satın almaqla iş qurtarmır. Sensasiya xarakterli hərəkət etməyimi gözləyirsiniz, yaxın vaxtlarda sizi qucaqlayıb öpəcəyəm. Bunu bilin. İtirəcəyimi itirmişəm, qazanacaq başqa şeyim yoxdur. Bir neçə çaqqalı təmizləmədən bu dünya ilə vidalaşmayacağam. Unudulmayacaq ağrı və hadisəni hər kəs eşidəcək. İş işdən keçəndə bu körpünün altından çox sular axacaq. Və əsla axan suyun geri gəlmədiyini başa düşəcəksiniz. Əvəzə əvəz.” məzmunda yazı paylaşılmışdır. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 06 may saat 22:24-də paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, “ “ Azərsun" qabiliyyətsiz insana qiymət verirsə, deməli səhv yoldadır.” adı altında “Eşşək at ilə yarışarmı? Özünü ağıllı hesab edən bəzi eşşəklər. At ilə deyil, müəyyən səviyyəyə çatmaq üçün cəhdlər göstərir. Ancaq məkrli baxışlarla, əxlaqsız yanaşmalarla. Məsələn, Qəhrəman Musayev. Əxlaqsızlıqdan bəslənərək öz işçisinin gələcəyini qaranlığa qərq etməkdən çəkinmirsə, ondan rəhbər olarmı? Prosesə nəzarət müdiri vəzifəsində necə olur qalır? Ona çatan adi məlumatları, yəni dedi-qodunu reallıq kimi montaj etməsi şərəfsizlikdir. Alçaqlıqdır. Oğruları və rüşvətxorları sübutlarla ifşa etmək istədiyim vaxt bu cəhdimin qarşısının alınması təsadüfi ola bilərmi? Qəhrəman Musayev ilə əlaqəli ola bilərmi? Fındıqdan zərrə qədər başı çıxmayan Qəhrəman Musayev 2018, 2019-cu il müvsümünün axırında məhsul alışını həyata keçirdiyim vaxt əldə edilən qazancı "eyni qayda ilə alsanız, prosesə nəzarət müdiri Şahin və Fuada 2 və ya 3 milyon arası qazanc olacaq", dedim. Elə oldu da. Qəhrəman Musayev adlı iftiraçı əxlaqsız, bu qazancı qələbə hesab edərək bundan faydalanmaq həvəsində düşdü. Bundan əvvəl oynadığı oyundan nəticə çıxarmaq lazımdır. Və xüsusilə də bu şeytan adam haqqında zavod direktoru Nazim Abbasova "bu adam vəzifə dalınca qaçır, bəslənmək dərdindədir", dedim. Bəs bu il nəyə görə gücü çatmadı, alış və proqnoz vermə cəsarətini nəyə görə göstərə bilmədi? İşdən çıxarılmağıma səbəb olan bu çirkli üzlü şəxsiyyətsizə görə, Belə ki, işdən azad edilməyimə baxmayaraq, fikrimi Gözel bəyə izah etdim. Onu nəzərdə tutub dedim ki, "Eşşək at ilə yarışa bilərmi? Yarışa bilməz".” məzmununda yazı paylaşılmışdır. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 09 may saat 00:11-də paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, "Azərsun" şirkətinin fəlsəfəsində saxtakarlar var.” adı altında “"Azərsun"un qanadlarının altında .Yatan şarlatanların olduğundan çox yazdım. Təbii ki, hələ davam edəcək. Həqiqətləri yazmaq mənim borcumdur. Qorxmuram şərəfsiz olan hər kəsdən. Mənim varlığımdan narahat olan yarasalar var. Və o yarasalar günəş kimi sözlərimdən narahat olsalar da, susmayacağam. Alçaqlığın da həddi var. Lakin bəzi alçaqlıqlar əsla yaddan çıxmır. Özlərinə sipər etdikləri yeganə fakt "Azərsun"un fəlsəfəsi imiş. Hələlik adını açıqlamıram, terror təşkilatının havadarının tör-töküntüləridir əslində. Bünövrəsində Ermənistanın marionetkalığı var. Baxın, öz 13 illik işçilərini əxlaqsızlıqda ittiham edərək və sonra da sırf "kompensasiya almasın", deyə aldadaraq "öz istəyinlə işdən çıx, kitaba düşmə", deyərək, (yəni "kitaba düşmək" demək, "məhkəmə keçmişin olarsa, bir daha heç bir yerdə işləyə bilməzsən" fikri) təhdid yoluyla, saxtakarlıqla ört-basdır edərək bu fikri əsas göstərib və bundan istifadə edərək işdən çıxmasına səbəb olurlar. Şəxsi həyatıma xələl gətirdiklərinin fərqində deyil alçaq. Kimsə özünü ya ağıllı hesab edir, ya da istiqmətləndirən və araşdırıb sorğulamayan "Azərsun" fəlsəfəsindən irəli gələn saxtakarlıqdır. Qadının 13 illik kompensasiyası ödənilmədiyi kimi, alacağı 6 və ya 7 aylıq 70%-lə qanuna əsasən haqqı olan maaşının yolu kəsildi. Bilərəkdən kəsdilər. Nəyə görə? Bu saxtakarlığı aşkara çıxarmayana qədər dayanmayacağam. Haydı, istinad etdiyiniz ittihamı sübut edin. Etməyən şərəfsizdir. Alçaqdır. Dəyərsizdir...Qadını işdən çıxarıb, "öz istəyi ilə işdən çıxmağa" razı saldıqdan sonra "yeni mövsümdə səni işə qəbul edəcəyik, söz veririrk" deyib təsəlli verdilər. Alçaq və namussuz ermənisifət Qəhrəman Musayev deyilən alçaq 450 km uzaqdan gəlib düzüb qoşduğu bu tələni öz gələcəyinə və artacaq maaşına görə yer ayırtdığı, yaxında 450 km uzaqdan gələrək İNDİ müəyyən vəzifəyə təyin olunacağı xəbərini aldım. Onsuz da bu xəbərdən əvvəl, lap başlanğıcdan 25 ay əvvəl zavodun direktoru Nazim Abbasova "Bax. bu alçaq Qəhrəman Musayev sənin yerinə addım - addım gələcək", dedim. "Diqqətli ol!", deyə xəbərdarlıq etdim, yəni gedişat bunu göstərirdi. Guya bu alçaq mən mövsümə başlayarkən, başladığım alışlar davam edərkən nəzarət edir kimi görünürdü. Halbuki fındıqla bağlı zərrə qədər də məlumatı yoxdur, şərəfdən məhrum olan şərəfsizin... Bu qazancın olacağını xx/xx/2018-ci il tarixdə proses nəzarətçisi Şahin Hacıyev və yerimə yeni təyin olunmuş Maşallah adlı yoldaşa: "Eyni qayda ilə alışı davam etdirin, qazancımız 2 milyon ilə 3 milyon arasında olacaq", dedim. Sonra əlavə kimi gələn və alış başa çatan kimi iş yerindən gedən X26 Vəliyevin yerinə gəlir. Onda da eyni sözləri dedim. Maşallah da onun yanında idi. Qazanc 2,5 milyon olacaq. 2017-ci ildə 850 000 qazanc ilə 2,5 milyon arasındakı fərq edilən oğurluq idi. Edilən oğurluq ən azı 1,5 milyon manat idi. Mən bunu axtarırdım. Tapdım da. Yəni "Azərsun" şarlatanlarını soymaq savab imiş, bunu yeni başa düşdüm.” məzmununda yazı paylaşılmışdır. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 09 may saat 22:43-də paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, "Azərsun" şirkətinin fəlsəfəsində saxtakarlıq davam edir.” adı altında "Aziz, çörəyini yediyin şirkətə qarşı nəyə görə sərt mövqe nümayiş etdirirsən. Yaraşmır?", deyənlərə əlbəttə ki, sözüm var. İşlədiyi yeri "Vətən" hesab edən igidlər nəslindənəm. Mayam belə yoğrulub. "Aslan yatağından, Bozqurd otağından bəlli olur". İşçim zavodun 13 illik işçisidir. Heç bir araşdırma aparmadan hansı əxlaqsızlıqla ittiham etdiklərini izah etməmələri əsl əxlaqsızlığı "Azərsun"un nümayiş etdirdiyini izah etməyə çalışıram. Sonra da kənd təsərrüfat işçisinə baş qoşmaqla "Azərsun"u yerin dibinə soxduqlarının fərqində deyillər. Hələ onu demirəm ki, mənim kimi bir insanı bu əxlaqsızlıqla, heç bir dəlil - sübut olmadığı halda məni əlaqələndirib kənarlaşdırmaları isə xəyanətdir. Nə etmişəm? Hər zaman ziyanla işləyən bu qurumu zirvəyə yüksəltmişəm. Bilmədiklərini öyrətdim. Yerə düşdükləri nöqtədən yuxarılara qaldırdım. Yol verdikləri vergidən yayınma hallarını qətiyyən bilmirəm. Ancaq var. Adam Baş direktordur. Və utanmadan yalan danışır. Əslində elə saxtakarlığın kökündə yalan durur. Əxlaqsızlıq yoluyla varlanan kim olursa-olsun, özü əxlaqsızdır. xx.xx.2018-ci il tarixdə haqqımda mənə yazılan yazıya görə bu və ya başqa səbəb göstərmədən işimə ümumi səbəblərlə son verildiyi haqqındakı yazı 450 km uzaqda olan əsas mərkəzdən gəlir. Katibəmiz vəziyyəti mənə izah edir. Həmin gün axşam iş yerində kartımı tanıtdıqdan sonra Baş direktor Muhammed Gözelə zəng edib görüş istədim. HTS qeydlərim var. Səhər görüşə biləcəyimi dedi. Səhəri gün getdim. Katibənin dediyi kimi öz istəyinlə çıx ki, ərizə yazıb kompensasiyanı ala biləsən. Bu ərizəni hazırladan isə alçaq Yaşar Savadov bicbala olmuşdur. Əlimdən alınan hüquqlarla mənə kiçik həcmdə kompensasiya ödəyirlər. Bütün işçilərinə bu cür oyunlar oynandığını qeyd etmək istəyirəm. Lənətə gəlsin. Lənətə səbəb olan şey əgər onların yazdığı yazıya görə işdən azad edilmə olsaydı. Alacağım 6 aylıq maaşım varmış, 70%. Bu ödənişdən qaçdılar saxtakarcasına. Bu kifayət etmədi. xx xxxxxx 2013-cü il tarixdə işə başladığım halda, mənim işə başlama tariximi 2016-cı kimi göstərmişlər. Arada itən 2,5 ilim harada qaldı? Kompensasiyamı əksik ödəməkləri bir tərəfə, Əxlaqsız davranışları saxtakarlıqdır. Məhkəməyə müraciət etdim. Hakimi də satın aldılar. Hakim iş açmadı.” məzmununda yazı paylaşılmışdır. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 11 may saat 23:22-də paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, EY "Azərsun", allah bəlanı versin !” adı altında “Mənim kimi bir insanın oğurluğu olmadığı və rüşvət kimi məsələlərə qarşı çıxdığı halda, bu işlərlə əlaqəli olduqlarını aşkar etdiklərim insanların üstünə gedərkən, məni tamamilə başqa hadisə ilə ittiham edib kənarlaşdırmaları şərəfsizlikdir. Alçaqlıqdır. İttiham etdikləri hadisənin heç biri izahı olmadığı halda, öz keflərinə görə tamam fərqli hisslərlə məni aldadıb işimə son vermələri tamamilə şərəfsizlikdir. Qarşımda fahişə oğlu Yaşar Savadov dururdu. "Sənin nə işin var burada?", dedi. Məni görən kimi qıpqırmızı olan bu şəxsə "Muhammed Gözel bəylə görüşməyə gəldim", cavabını verdim. Görüşə bilməzsən. Nəyə görə? Qonaqları var, İrandan gəlmişlər. Mən də uzaq Zaqataladan gəldim. Nə edək? Olmayacaq. Danışıb nə edəcəksən? Yazını yazdıq, səni işdən azad etmək yazısını. Çaşıb qalmışdım. Səbəbini soruşma, məsələ elə də qaldı. Məcburən çarəsiz geri qayıtdım. Birdən məni düşüncələrimdən ayıran telefona zəng gəldi. Muhammed Gözel bəy mənə zəng edirdi. Geri qayıtmağımı istəyirdi. Avtobusdan düşdüm. Kürdəmir şəhərindən geri qayıtdım. Yenə də şirkətin qapısında adımı yazdırdım. Bu dəfə gözlətmədən keçə biləcəyimi dedilər. Yenə də Muhammed bəyin ofisinin olduğu mərtəbədəyəm. Yenə də şərəfsiz Yaşar Savadov, mənimlə gələn, yanımdakı heyət həqiqətən də bu dəfə iranlılardan ibarət idi. Sonra da "Nə istəyirsən? "Azərsun"da qəbul edilən qərar geri götürülmür. Bunu bilmirsən? "Necə yəni, insanın günahı olmasa da? Olmasaydı, bu da olmazdı. Necə? Sübut, sənəd varmı ortada? Məni nə ilə ittiham etməyinizin fərqindəsiniz? Fərqindəyik, Aziz bəy. Sən "Muhammed Gözelin adamıyam", deyibsən. Kim deyir bunu, mən demişəm? Bəli. Heç kim "Muhammed Gözelin adamıyam", deyə bilməz. Hamımız "Azərsun"un işçiləriyik. Unutma. Yaşar bəy, mənim ağzımdan heç bir halda belə söz çıxmamışdır. Saxla bu fırıldaqları. Sənin xanımın şirkətə neçə dəfə zəng edib, bilirsən? Nəyə görə zəng etsin ki? Zəng etməsi üçün nə səbəb ola bilər? Sən bilərsən. Nə mən bilərəm? Həyat yoldaşım qətiyyən zəng etməz. Nə isə, əhəmiyyət vermə. Sənin bizim banka borcun da var. Var. 4.500 Manat. Tək oraya borcum yoxdur ki? Ev tikdiyim üçün təxminən cəmi 14.000 Manat borcum var. Nə yaxşı. Sən kompensasiya almaq üçün öz xahişində işdən çıx. O halda kompensasiyanı ala bilərsən. Yoxsa, ala bilməzsən. Səni düşündüyüm üçün borclarını bağlaya bilərsən. Oldu? Çarəsizlik içində soruşdum: Öz istəyimlə çıxmasam, ala bilmərəm? Yox ala bilməzsən. Biz səni işdən azad etdik, lakin sən işdən özün çıxmaq istədiyini desən, nə lazımdırsa, edərik. Qanunu bilmədiyim üçün bu alçaq dedi, mən də yazdım. İmzaladım. Bu imzam, artıqlaması ilə hüquqlarımın, alacaqlarımın qəsb edilməsinə səbəb oldu. Çıxdım. Pəri xanım dedi, "Bildiyiniz kimi şirkət etik qaydaları pozduğuna görə keçən ilin dekabr ayında S.A.-nın işinə son verilmişdir. Səbəbi isə bəzi prosesə nəzarət faktları olmuşdur. Təfsilatlı şəkildə demək istəməsəm də, səbəbi qeyrietik və şirkətin etika kodekslərinə zidd davranışlardır. Yazışmanın digər tərəfi isə müəssisənin işçisi Aziz G. olmuşdur. O deməkdir ki, mərkəz UG rəhbərliyi səhv qərar qəbul edərək məsələyə birtərəfli yanaşmış, S A-nın işinə son verilmiş, Aziz bəy haqqında heç bir tədbir görməmişlər. Məsələyə yenidən baxılmış və Aziz G.-nın vəzifəsinə son verilməsi qərara alınmışdır. İşləri yekunlaşdırın, zəhmət olmasa ". xx.xx.2018. Bu yazan, sui-qəsdi hazırlayan kimdirsə, fahişə balasıdır. Cinayətin faktını nəyə görə açıqlamırsınız? Ey fahişə balaları. Prosesə nəzarətin rəyini açıqlayın də, papa rozalar. "Aziz özü elektron şəraitdə yazmışdır", deyəcək qədər alçaqdırlar. Çıxarmaq istədikləri işçilərə daim bu taktikanı tətbiq edirlər şərəfzislər. Cılızdırlar. Yoxsa, "məhkəməlik olacaqsan, ey S A", deyə aldadılıb imzalatdırılacaqdı. Qəribə təklifdə. "Səni yeni mövsümdə işə götürəcəyik" demişlər. Hüququnu tələb etmək isə təəssüf ki, cinayət olmuşdur. Allah bəlanı versin, ey "Azərsun"! Bu yaxınlarda gəbərəcəksiniz, inanın...” məzmununda yazı paylaşılmışdır. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 12 may saat 23:47-də paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, "Azərsun"da alçaqları qəhrəmanlaşdırmaq yarışı var.” adı altında “Və işdən çıxdığım gün, satın almalara baxan yoldaş Maşallaha və Şahin Hacıyevə "Eyni qaydada satın almağa davam edin, gördüyüm işə mənim qaldığım yerdən davam etsəniz, qazancınız 2 və ya 3 milyon olacaq", demişdim. Qazanc 2,5 milyon oldu. Bəs indi nə oldu? Guya ki, bu uğurun səbəbkarı Qəhrəman Musayevdir, deyə düşünüldü. Musayev qətiyyən fındıqla əlaqəsi olmayan axmağın biridir. Sadəcə yüksək post və vəzifə həvəsində olduğunun lap əvvəldən fərqinə varmışdım. İndi, yaxın vaxtlarda zavoda gəlib bir vəzifəyə keçərsə, həqiqət ortaya çıxacaq. İstəyim budur ki, gəlsin və nəyə layiq olduğunu görsün. Alçaqlar qəhrəman ola bilməz. "Azərsun"da yüksək post və vəzifə üçün heç bir cəhd etməyən və sadəcə zavodun maraqlarını düşünən məni, gizli qəhrəman olduğu halda alçaq kimi qələmə vermək sadəcə alçaqlara məxsus hərəkətdir.” məzmununda yazı paylaşılmışdır. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 13 may saat 21:19-da paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, "Azərsun" defektli qəhramanı müdir vəzifəsinə gətirdi.” Adı altında” Bu gün mənə çatan xəbər maraqlıdır. Bu xəbər həqiqətdirsə, Mən bunu 21 ay əvvəl xüsusilə özünün yanında dedim. "Bax, bu şəxs və oynadığı oyun sənin yerinə keçmə oyunudur, X29", dedim. İnandı, inanmadı, öz işidir. Və bu gün eşitdiyim bu oldu. X14 direktoru. Dediyim kimi yerdəyişmə oldu. Qəhrəman Musayev adlı şərəfsiz müdir oldu. İnanın, fındıqla zərrə qədər əlaqəsi yoxdur. "Bicbala" desəm, ən düzünü demiş olaram. Qətiyyən anlayışı yoxdur. Dərdi yüksək post və maaşdır. Və ya qadınla münasibət...Elə də oldu. İlk mərhələdə 13 il olan və çox təcrübəsi briqadiri işdən çıxarmaq üçün əclaflıqlar nümayiş etdirdi. Alçaqlıqda sərhəd tanımayan ermənisifət bu alçaq etdiklərindən utanmayacaq qədər biabırçı bir nəfərdir. "Taksiyə minmiş bir işçisinin əlaqələri varmış" kimi iftira ilə 3 uşağı və 4 nəvəsi olan insana ləkə yaxır. Guya ki, araşdırmada dəqiq hərəkət edib müəyyən şeyləri üzə çıxarmaq üçün çalışdı hiyləgər alçaq. Təbii ki, bəzilərinin xətrinə. İstehsal sahəsində mənə ən yaxın olan işçimin olmasını həzm edə bilməyən dəyyuzun biridir. İşin komanda işi və həmrəylik olduğunu bilməyəcək qədər cahildir. Necə prosesə nəzarət müdiri vəzifəsinə təyin olundu, başa düşmürəm. Vallah, it kimi qapının ağzına bağlamaram... Lakin məsəl var "İt nəcis yeməkdən imtina etməz". O da edilməyək, inandırıcı olmaqdan çox uzaq sui-qəsdlər hazırlayır. Əfsuslar olsun ki, "Azərsun"un əzəmətinə yaraşmayacaq mühakiməni sənədlərlə sübuta yetirmədən bu şəxsə etibar etmişdir. İnsanların günahını fürsət bilib vəzifəyə keçmək qədər cılız davranış ola bilməz. X20 nəhayət muradına çatdı. Bəlkə də əcəlinə susamışdır, kim bilir? Özünü müdir təyin etdirdi. Alçaqsan. Şorgözsən. Qadın düşkünüsən. Bu 3 mesaj əsas götürülür. İnanın, zərrə qədər də fındıqçılıqla əlaqəsi yoxdur. Ağılsız və ağılsız oğlu ağılsızdır. Necə və hansı məqsədə xidmət etmək üçün gəlmiş, Alacağı maaşdan başqa məqsədi yoxdur. Alçaqlar necə qəhrəman olur? QƏHRƏMAN MUSAYEV kimi.” məzmununda yazı paylaşılmışdır. Şikayətə əlavə edilmiş Gökaləmin Aziz Hüsnü oğlunun istifadə etdiyi Azo Gök adı ilə qeydiyyata alınmış “Facebook” sosial şəbəkə hesabından 15 mayda paylaşılmış status bölməsindən şəkillər vasitəsilə çıxarılmış sənədlərdən görünür ki, "Azərsun"da iftira atmaqla müdir olmaq.” Adı altında “Öz əraziləri tarix boyu bir-birindən qoparılan Azərbaycan. Əfsuslar olsun ki, qoparıldığı istilaya və işğal edildiyi əzəli əraziləri ilə həmsərhəd olan yeganə dövlətdir. Kədərli haldır. Kədərli odur ki, Öz fəhləsinə tələ quran yeganə şirkət isə "Azərsun"un tərkibindədir. Səs çıxarmayan, səssiz qalan şirkətin fəlsəfəsi olmaz. Əgər olarsa, bu kədərlərin kədəri olar. Qəhrəman Musayev oynadığı mükəmməl oyunu ilə addım-addım. Arzuladığı mövqeyə çatdı. Nə qədər alçaq oyundur ki, xarakterizə etmək belə məntiqdən uzaqdır. Zərrə qədər fındıqçılıqla əlaqəsi olmayan, Təcrübəsi və biliyi olmayan, Cahil. Məntiq qaydalarına zidd şəxs kimi bu yüksək posta gəlməsi axmaqlıq əlamətidir. Fındıq alqı-satqısının kağız üzərində aparıldığını fikirləşmək, Eynilə keçmişdə olduğu kimi 8 il boyunca daim zərərlə işləmək siyasəti bilik və təcrübənin qüsurlu olmasının nəticəsi idi. 8 il ərzində uğur qazana bilməyənlər. İşimlə xx.xx.2018-ci ildə vidalaşarkən "Elə belə davam etsəniz, qazancınız minimum 2 milyon və ya 3 milyon arası olacaq", Dedim. Bundan başqa sonradan gələn Fuad Vəliyev və yenə də Maşallah bəyə həmin sözləri dedim. Və nəticədə 2.5. milyon qazanc oldu. Məhz bu uğuru öz adına çıxan Qəhrəman Musayev özünü müdir vəzifəsinə gətirtdi. X18. İntriqanı başa düşmək üçün bütün yazdıqlarım təhlil edilməlidir. Sətir aralarında xəyanət aydın şəkildə görünür. Necə təyin olunması ilə mənim işim yoxdur. Lakin erməni xəyanət dəstəsi kimi işləyərək 13 illik müvəffəqiyyət qazanan qabiliyyətli işçi üzərindən oyun oynayaraq və sonra da mənə qarşı arxa çevirərək alçaqlıq medalını qazandı. Bu medalı verərkən səbəb və nəticə əlaqəsini tamaşaçı kimi izləyən "Azərsun"dur. Çox uğurlu olan 13 illik işçimin hərəkətlərindən şübhə etdiyi, sənədli sübutlu fotoşəkillə müəyyən etdiyi oğurluqlarından narahat olan, məni bu yerdə bəhanə edib işdən çıxaran və çıxmasına tələ quran ermənisifət Qəhrəman Musayevdir. 9 ay sonra da məni bu əxlaqsız hərəkətlə işdən çıxarma əsaslarını düzüb qoşdu. İstinad edilən günah sözlə var, sübut yoxdur. Nə, necə? Məlum deyil. Dedim və bu "düzgündür" ilə olmaz. İddia var, əsas yox. Sübut et. Sübut edə bilməsən, sübut edilə bilməz təhqirə layiq olarsan. "Azərsun" kənardan tamaşa edir. Yaraşmır, nədənsə...Necə də fürsət axtarışıdır. İşdən çıxarılmağa qarşı deyiləm. Çıxarırsan? Çıxar, qardaş. Hüquqlarımı necə varsa, elə də tanı. 61 ay işlədiyim yerdə əmək kitabçamda 24 ayım görünmür. Sən demə hər işdən çıxardıqlarına qarşı tətbiq etdikləri qayda "öz razılığınla qol çək və işdən çıx" şəklindədir "AZƏRSUN"da. Mən bu hallara "Bəsdir!" demək üçün məhkəmədə iddia qaldırdım. Amma ayıbdır. Əxlaqsızlıqdır. Ləyaqətlə daim ayaq üstə durmağa öyrəşmiş insanam. Qancıqlarla qətiyyən işim yoxdur. Ola bilməz də...” məzmununda yazı paylaşılmışdır. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə CM-in 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs Gökaləmin Aziz Hüsnü oğlu barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və məhkəmə-linqvistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 4/549 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “Facebook” sosial şəbəkəsindəki “Azo Gök” adlı hesabdan paylaşılan və cinayət işi materiallarının 31-32-ci vərəqlərində olan “ “Azərsun”da xəyanətin miqyası” başlıqlı yazıda işlədilən “xaraktersiz”, “biabırçı”, “alçaq”, 40-42-ci vərəqlərdəki “Azərsun” firmasında çaşqınlıqmı var? Xəyanətin açıq üzü” başlıqlı yazıda işlədilən “parazit”, 50-51ci vərəqlərdəki “Azərsun”un eşitməməzliyi kimə xidmət edir?” başlıqlı yazıda işlədilən “...arxasına butulka soxulacaq şərəfsiz erməni toxumu”, “şərəfsiz”, “alçaq”, “fahişə balaları”, “əxlaqsız”, 60-62-ci vərəqlərdəki “ “Azərsun” qabiliyyətsiz insana qiymət verirsə, deməli səhv yoldadır” başlıqlı yazıda işlədilən “eşşək”, “əxlaqsız”, “vicdansız”, “şərəfsiz”, “alçaq”, “şeytan”, “şəxsiyyətsiz”, 83-85-ci vərəqlərdəki “ “Azərsun” şirkətinin fəlsəfəsində saxtakarlıq var” başlıqlı yazıda işlədilən “alçaq”, “namussuz”, “şərəfsiz”, ermənisifət”, 111- 113-cü vərəqlərdəki “ “Azərsun”da alçaqları qəhrəmanlaşdırmaq yarışı var” başlıqlı yazıda istifadə edilən “axmaq”, “alçaq”, 125-128- ci vərəqlərdəki “ “Azərsun” defektli qəhrəmanı, müdir vəzifəsinə gətirdi” başlıqlı yazıda işlədilən “şərəfsiz”, “bicbala”, “biabırçı”, “alçaq”, ’’dəyyus”, “ağılsız”, “it kimi qapımın ağzına bağlamaram”, 141-143- cü vərəqlərdəki “ “Azərsun”da iftira atmaqla müdir olmaq” başlıqlı yazıda işlədilən “ermənisifət” ifadələri X7 qarşı təhqir olub onun şəxsiyyətini, mənəviyyatını, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl yetirən ifadələrdir. Ekspertizaya təqdim edilmiş, “Facebook” sosial şəbəkəsindəki “Azo Gök” adlı hesabdan paylaşılan və cinayət işi materiallarının 141-143cü vərəqlərindəki “ “Azərsun”da iftira atmaqla müdir olmaq” başlıqlı yazıda işlədilən “cahil” və “biliksiz” ifadələri birbaşa, “təcrübəsiz” ifadəsi isə həqiqəti əks etdirmədiyi təqdirdə X5 işgüzar nüfuzunu alçaldan ifadələrdir. Qeyd edilən ifadənin həqiqəti əks etdiribetdirməməsi ekspert-linqvistin səlahiyyətlərinə aid olmayıb hüquqi araşdırma tələb edən məsələlərdir. Ekspertizaya təqdim edilmiş, “Facebook” sosial şəbəkəsindəki “Azo Gök” adlı hesabdan paylaşılan və cinayət işi materiallarının 23-26-cı vərəqlərindəki “ “Azərsun” firmasında oynanılan oyun”, cinayət işi materiallarının 71-73-cü vərəqlərindəki “ “Azərsun” şirkətinin fəlsəfəsində saxtakarlıq davam edir”, cinayət işi materiallarının 99-102-ci vərəqəsindəki “Ey “Azərsun” Allah bəlanı versin” başlıqlı yazılarda X5 şəxsiyyətini, mənəviyyatını, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuza xələl yetirən və şəxsə qarşı təhqir olan hər hansı söz və ifdədən istifadə edilməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona iftira atıldığı üçün belə bir məlumatı paylaşmışdır. Ona qarşı haqsızlıq edilmiş və işdən çıxarılmışdır. Onun işdən çıxması səbəbindən ailəsi də çətin vəziyyətə düşmüşdür. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlunun bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə onun bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində özü də etiraf edir ki, həmin məlumatları paylaşmışdır. Eyni zamanda məhkəmə-linqvistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 4/549 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “Facebook” sosial şəbəkəsindəki “Azo Gök” adlı hesabdan paylaşılan və cinayət işi materiallarının 31-32-ci vərəqlərində olan “ “Azərsun”da xəyanətin miqyası” başlıqlı yazıda işlədilən “xaraktersiz”, “biabırçı”, “alçaq”, 40-42-ci vərəqlərdəki “Azərsun” firmasında çaşqınlıqmı var? Xəyanətin açıq üzü” başlıqlı yazıda işlədilən “parazit”, 50- 51-ci vərəqlərdəki “Azərsun”un eşitməməzliyi kimə xidmət edir?” başlıqlı yazıda işlədilən “...arxasına butulka soxulacaq şərəfsiz erməni toxumu”, “şərəfsiz”, “alçaq”, “fahişə balaları”, “əxlaqsız”, 60-62-ci vərəqlərdəki “ “Azərsun” qabiliyyətsiz insana qiymət verirsə, deməli səhv yoldadır” başlıqlı yazıda işlədilən “eşşək”, “əxlaqsız”, “vicdansız”, “şərəfsiz”, “alçaq”, “şeytan”, “şəxsiyyətsiz”, 83-85-ci vərəqlərdəki “ “Azərsun” şirkətinin fəlsəfəsində saxtakarlıq var” başlıqlı yazıda işlədilən “alçaq”, “namussuz”, “şərəfsiz”, ermənisifət”, 111-113-cü vərəqlərdəki “ “Azərsun”da alçaqları qəhrəmanlaşdırmaq yarışı var” başlıqlı yazıda istifadə edilən “axmaq”, “alçaq”, 125-128- ci vərəqlərdəki “ “Azərsun” defektli qəhrəmanı, müdir vəzifəsinə gətirdi” başlıqlı yazıda işlədilən “şərəfsiz”, “bicbala”, “biabırçı”, “alçaq”, ’’dəyyus”, “ağılsız”, “it kimi qapımın ağzına bağlamaram”, 141-143- cü vərəqlərdəki “ “Azərsun”da iftira atmaqla müdir olmaq” başlıqlı yazıda işlədilən “ermənisifət” ifadələri X7 qarşı təhqir olub onun şəxsiyyətini, mənəviyyatını, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl yetirən ifadələrdir. Ekspertizaya təqdim edilmiş, “Facebook” sosial şəbəkəsindəki “Azo Gök” adlı hesabdan paylaşılan və cinayət işi materiallarının 141-143-cü vərəqlərindəki “ “Azərsun”da iftira atmaqla müdir olmaq” başlıqlı yazıda işlədilən “cahil” və “biliksiz” ifadələri birbaşa, “təcrübəsiz” ifadəsi isə həqiqəti əks etdirmədiyi təqdirdə X5 işgüzar nüfuzunu alçaldan ifadələrdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcədə oxşar mövqeni paylaşan X3 xx xxxxxx 1948-ci il tarixli X15 Bəyannaməsində və xx xxxxxx 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən mühavizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İqtibas edilmiş Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin Qərarın 7-ci bəndində Məhkəmələrə tövsiyə edilb ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Öyrənilən işdən aydın olur ki, Aziz Gökalemin “Facebook” sosial şəbəkəsində (internet səhifəsində) həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət böhtan xarakterli uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan yazıları dərc edərək yalan məlumatları kütləvi informasiya vasitəsində yaymışdır. Bu baxımdan da, məhkəmə kollegiyası “Facebook” sosial şəbəkəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış ifadələri bilavasitə xüsusi ittihamçının şəxsi və ictimai həyatına müdaxilə kimi dəyərləndirir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin CM-in 147.1 və 148-ci maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Bununla da, məhkəmə kollegiyası barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin cinayət əməlinin CM-in CM-in 147.1 və 148-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, uyğun olaraq apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş biri-digərini tamamlayan sübutlarla barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zəruriət görmür. Bu səbəbdən də, məhkəmə kollegiyası Gökaləmin Aziz Hüsnü oğlunun CM-in 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmünün ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair apellyasiya şikayətinin dəlillərini inandırıcı qəbul etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmündən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 42.1.3, 42.1.4, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gökaləmin Aziz Hüsnü oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-105/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-105/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver