Məhkəmə qərarları › İş №1(107)-105/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-105/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-105/2022 23.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Cavadova Günay İsmayıl qızı və Şükürov İmanverdi Həşimxan oğlundan ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri X9 və X4 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 18 fevral 2021-ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmü ilə xx.xx.1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmalqa yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin başlanğıcının Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması; xx.xx.1998-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Kür mehmanxanasında məskunlaşmış, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin başlanğıcının Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, iş üzrə maddi sübut kimi Mingəçevir ŞPŞ-də saxlanılan 01 (bir) ədəd köynəyin Zərərçəkmiş şəxs qaytarılması, iş üzrə mülki iddianın olmaması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinə görə, Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 06 iyul 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri S.Vurğun küçəsi 22 saylı binanın blokunda təsadüfən rastlaşdığı qonşusu Zərərçəkmiş şəxs ailələri arasında yaranmış mübahisə ilə bağlı söhbət etmək istədiyini dedikdə, sonuncu onunla söhbət etməyin mənasız olduğunu, ailə üzvlərinin heç bir səbəb olmadan anasını döydüklərini bildirib yoluna davam edərkən, qapılarının onun tərəfindən yandırılmasını deyib, Zərərçəkmiş şəxs izah etməsinə məhəl qoymayaraq heç bir əsaslı səbəb olmadan ictimai yer sayılan Mingəçevir şəhəri S.Vurğun küçəsi 22 saylı binanın blokunda ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib Zərərçəkmiş şəxs zor tətbiq edərək kəllə ilə sifətindən vurub ona burun sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs köynəyini başına keçirmiş, yaranmış səs-küyə onun yanına gəlmiş dostu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurub ona sağ dizin sıyrığı ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, ictimai qaydanı kobud sürətdə pozmağa davam edən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək onu çiynindən tutub yerə yıxmış, yerdə sürüyərək binanın qarşısına gətirib binada yaşayan sakinlərin səs-küyə balkona çıxmasına və ətrafa toplaşmasına məhəl qoymayaraq orada Zərərçəkmiş şəxs boğazından tutub sıxaraq boynunda qançır, sağ kürək və böyrək nahiyələrinin sıyrığı xəsarəti ilə nəticələnən, sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında xeyli sayda insanların toplaşmasına məhəl qoymadan nalayiq ifadələr işlətməklə özünü onların və hadisə yerinə gələn bina sakinlərinin fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinə görə, Təqsirləndirilən şəxs2 оğlu CMin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 06 iyul 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri S.Vurğun küçəsi 22 saylı binanın qarşısında tanışı Təqsirləndirilən şəxs1 gözləyərkən sonuncunun həmin binanın blokunda Zərərçəkmiş şəxs ilə mübahisə edərək ucadan danışdıqlarını eşidərək bloka girib Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq edərək kəllə ilə sifətindən vurub ona burun sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, sonuncunun köynəyini başına keçirməsini görərək tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib özlərinin şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək Zərərçəkmiş şəxs zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq ona sağ dizin sıyrığı ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs çiynindən tutub yerə yıxmış, yerdə sürüyərək binanın qarşısına gətirib binada yaşayan sakinlərin səs-küyə balkona çıxmasına və ətrafa toplaşmasına məhəl qoymayaraq orada sonuncunun boğazından tutub sıxaraq boynunda qançır, sağ kürək və böyrək nahiyələrinin sıyrığı xəsarəti ilə nəticələnən, sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında ictimai qaydanın kobud surətdə pozub, hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında xeyli sayda insanların toplaşmasına məhəl qoymadan nalayiq ifadələr işlətməklə özünü onların və hadisə yerinə gələn bina sakinlərinin fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən təqsirləndirilən şəxslər tərəfindən apellyasiya şikayətləri, eləcə də zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı yazılı etirazlar verilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli 1(107)-150/2021 nömrəli hökmü ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, onun CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəza çəkmə müddətinin başlanğıcının Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm icraya yönəldilənədək üzərində saxlanılması, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli 1(107)-150/2021 nömrəli hökmündən Dövlət ittihamçısı2 kassasiya protesti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021ci il tarixli 1(102)-1656/2021 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 haqqında Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2022-ci il tarixli 1(107)- 105/2022 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş və onun apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı1 verdiyi apellyasiya protestini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü onlara həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxslər, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmünün təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasının iclasında özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, Elvinlə aralarında mübahisə olmamışdan təxminən bir həftə əvvəl onların mənzilinin qapısı yandırılmışdır. O da mənzilinin qapısını yandıranın Elvin olmasından şübhələnib Elvin barəsində Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Elvinin ailəsi ilə onun öz ailəsinin arasında bir neçə dəfə mübahisəsi olduğu üçün mənzilinin qapısının Elvin tərəfindən yandırıldığından şübhələnmişdir. Ailələləri arasında münaqişə binanın saxlanc yerinin üstündə olmuşdur. Elvinin atası saxlanc yerinin açarını onlara verməmişdir. Halbuki, onlar bu binaya Elvingildən öncə köçmüşlər. Elvinin anası evlərinin qabağını süpürüb suyu onların qapısına atırdı. Növbəti gün anası və bacısı mənzilin qapısının qarşısında olarkən Elvinin anası ilə sonradan Elvinin dostu olduğunu bildiyi bir nəfər şəxsin blokda dayandığını, Elvinin dostunun anası və bacısını videoya çəkdiyini görmüşdür. Həmin vaxt onların arasında mübahisə yaranmışdır. Elvinin dostu onun anası və bacısına əl qaldırıb. 06 iyul 2020-ci il tarixdə saat 19:00 radələrində dostları Arif və İlqarla görüşmək üçün aşağı düşərkən blokda birinci mərtəbədə Elvinlə rastlaşmışdır. Elvindən ailələri arasında mübahisənin nədən baş verdiyini, anasının yanında olan şəxsin kim olduğunu soruşmuşdur. Elvin ona heç nədən xəbəri olmadığını, anasının yanında olan şəxsi tanımadığını demişdir. Elvinə anasının yanında olan şəxsin nömrəsini ona verməyini xahiş etmişdir. Dostunun onun anasına və bacısına əl qaldırdığını ona demişdir. Lakin Elvin ona ailəsinin düzgün etmədiyini demiş və başını bulamışdır. Elvinin bu hərəkətindən əsəbləşmiş, Elvinin də əsəbləşdiyini görmüş və Elvinin onu vuracağından ehtiyat edərək Elvinə əl atmışdır. Elvin onu, o da Elvini vurmuşdur. Bu vaxt İlqar və Arif səs-küyə bloka girmişlər. Arif onu, İlqar isə Elvini tutaraq onları aralamışlar. Arif bundan sonra Elvini blokdan çölə çıxartmışdır. Blokdan çıxanda səs-küyə qonşuların çoxunun balkona çıxdığını, blokun qarşısında çoxlu adamlar olduğunu görmüşdür. Həmin vaxt ailələri onların arasında dava olduğunu eşitmişlər. Onunla Elvin yuxarıya qalxmışlar. Elvinə ailə üzvlərini sakitləşdirəcəyini demişdir. Elvin aşağı düşmüş, o isə ailəsini sakitləşdirib evə salmışdır. Bir qədər sonra oraya polis əməkdaşları gəlmişlər. Onları və ailələrini polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona qapısını yandıranın tapıldığını, həmin şəxs Elvin olmadığı deyilmişdir. İki gün sonra onlara məktub gəlmişdir ki, “Sizin qapını yandıran tapılmayıb, siz qapını özünüz yandırmısınız.” Bu məsələ də belə bağlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, Elvinlə aralarında olan dava-dalaş təqribən 5 dəqiqə çəkmişdir. Elvinlə blokun içində dalaşmışlar, amma çölə çıxanda aralanmışlar. Elvin çölə çıxanda qışqırırdı ki, “sizin qapını mən yandırmamışam.” Blokdan kənarda, çöldə dalaşmamışlar və o, Elvinin qarın nahiyəsinə təpiklə vurmamışdır. Həmin vaxt kiminsə ürəyi getmək, narahat olmaq kimi bir şey olmamışdır. Elvinlə blokda dalaşanda İlqargilin xəbəri olmayıb, həmin vaxt İlqar və Arif çöldə onu gözləmişlər. Onları İlqar və Arif aralamışdır. Elvinlə dalaşanda onu vurmasın deyə Elvinin köynəyini başına keçirtmişdir. Bundan sonra nə olubsa çöldə hamının gözü qarşısında olub. Elvinin anası polis əməkdaşlarını çağırmışdır. Yaşadıqları bina 9 mərtəbəlidir, onlar isə 4-cü mərtəbədə yaşayırlar. Dava-dalaş blokda olub, bayırda heç nə olmamışdır. İlqar həyətdə oturmuşdur. İlqar həmin binada yaşamır, onların binası onun binasına yaxındır. İlqar ona zəng vuraraq harada olduğunu soruşmuş, o isə evdə olduğunu, 10-15 dəqiqəyə düşücəyini demişdir. İlqarla Arif səs-küy olanda bloka tərəf gəlmişlər. Onlar Elvinlə dalaşaraq çölə çıxmamışlar. İlqarla Arif onları blokda aralamışlar. Hazırda Elvingil onların qonşuluğundan köçmüşlər və Elvinlə əlaqəsi yoxdur. Ailələri də barışmayıb. Hadisədən iki gün sonra Elvingilə üzr istəməyə getmişdir. Atası razı olmayıb demişdir ki, “sən tutulmalısan”. Elvinə barışmağı təklif etsə də, o atasını və anasını razı olmadığını demişdir. Hal-hazırda Bakı şəhərində yaşayır və barmen işləyir. Ədalətli qərarın qəbul edilməsini və barəsində amnistiyanın tətbiq edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, onun niyyəti Elvinlə Məhəmmədi ayırmaq olub. Ariflə şəhərə getmək üçün Məhəmmədi gözlədikləri zaman onların dalaşdığını eşidib Ariflə onları ayırmağa getmişlər. O Elvini, Arif isə Məhəmmədi aralamışlar. Onun Elvinlə heç bir ədavəti yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, Elvini çölə çıxardıqdan sonra, “səni öldürəcəm” sözünü deməmişdir. Ariflə bloka girib onları aralamışlar. Arif Məhəmmədi, o isə Elvini aralamışdır. Elvinlə heç bir ədavəti yoxdur. Elvini əvvəllər tanımamış, onu həmin gün tanımışdır. Ona ittiham öz ifadəsinə görə verilib. O, ancaq onları aralamaq istəmişdir. Hadisənin günün hansı vaxtında baş verməsi dəqiq yadında deyil. Məhəmmədlə telefon vasitəsi ilə əlaqə saxlamışlar, onlar birlikdə şəhərə gəzməyə çıxası idilər. Həmin vaxt həyətdə çox adam olmayıb, orada neçə nəfər olduğunu dəqiq deyə bilmir. Elvini tutub, qaldırıb çölə çıxarmışdır. Elvinə yaxınlaşmır. Onun böyükləri bir dəfə Elvingilə gediblər, amma onlar qapını açmayıblar. Onun niyyəti ancaq onları aralamaq olub. Ədalətli qərarın qəbul edilməsini və barəsində amnistiyanın tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının 09 iyun 2022-ci il tarixli iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzr istədilər və onları bağışlamasını ondan xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X9 apellyasiya protestinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 apellyasiya protestinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X2 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək protestin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmünün təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında ifadə verən Zərərçəkmiş şəxs apellyasiya şikayətindən imtina etməsi haqqında yazılı ərizəsini təqdim edərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evin blokuna girən zaman Məhəmmədlə blokun girişində rastlaşmışlar. Məhəmməd ona aqressiv şəkildə səslənərək onunla söhbət etmək istədiyini bildirmişdir. O da cavab olaraq bir dəfə normal söhbət etdiklərini, nəticə çıxartmadıqlarını, anasının və bacısının anasına hücum edərək döydüklərini və söhbət etmək istəmədiyini bildirmişdir. Məhəmməd ona əsəbi ilə oynamamasını demiş, o isə Məhəmmədə əhəmiyyət verməyərək danışmaq istəmədiyini bildirib yoluna davam edərkən qəfildən Məhəmməd kəllə ilə onun üz nahiyəsinə zərbə vurmuşdur. Daha sonra onun üstünə hücum edərək əynində olan koftanı başına keçirmişdir. Məhəmməd bundan sonra onu yumruq və təpik zərbələri ilə vurmağa başlamışdır. Məhəmmədin əlindən tutmağa çalışmışdır. Həmin vaxt kimlərinsə müdaxilə etdiyini hiss etmişdir. Bir nəfər əl-qolunu tutmuş, Məhəmməd isə ona zərbələr endirməyə davam etmişdir. Məhəmməd onun qarın nahiyəsinə və ayağına zərbələr vurmuşdur. Sonradan onun əl-qolunu tutanın İlqar olduğunu bilmişdir. İlqar onu arxadan vuraraq çiynindən çəkib yerə yıxmış və sürüyərək blokdan çölə çıxarmışdır. Daha sonra İlqar onun boğazından tutub boğaraq onu öldürəcəyini bildirmişdir. O, ayağa qalxdıqdan sonra İlqar yenidən onun boğazına yapışaraq onu öldürəcəyini bildirmişdir. Həmin vaxt Məhəmməd də ona təpik və yumruq zərbələri vurmuşdur. Bundan sonra oraya tanımadığı, lakin yaxın binalarda yaşayan şəxslər olduğunu bildiyi çoxlu sayda insanlar toplaşmış və Məhəmmədlə İlqar ondan aralaşmışlar. Onlar blokdan dalaşa-dalaşa çıxdıqları üçün səsküy yaranmış və səs-küyə qonşular balkona çıxmışlar. Daha sonra oraya polis əməkdaşları gəlmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Hazırda indiki məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxslər ondan üzr istədiklərinə görə təqsirləndirilən şəxslərin hər ikisini bağışlayır, onlara qarşı daha şikayəti və tələbi yoxdur və verdiyi apellyasiya şikayətindən imtina edir. Bundan sonra Zərərçəkmiş şəxs ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, Məhəmmədlə onun arasında mübahisə blokda başlamış və blokdan kənarda, yəni çoldə yekunlaşmışdır. Blokdan çöldə olduqları vaxt ətrafa adamlar yığılmışdır. Ancaq onları ayıran olmamışdır. Söyüş söyülməmiş, ancaq onu ölümlə hədələmişlər. Təqsirləndirilən şəxslərin qohumları barışmağa gəlmişlər. Səhv etmirsə, Məhəmmədin atası gəlmiş, İlqarın isə qohumu telefonla zəng etmişdir. O da bildirmişdir ki, “apellyasiya şikayəti vermişəm, məhkəmədə baxarıq.” Həmin dövrdə İlqar zəng edərək onu söyüb hədələmişdir. Bunun üçün də fikrindən daşınmışdır. Hədələnməsi ilə bağlı polis şöbəsinə şikayət də etmişdir. İlqar ona zəng edəndə İlqara “qardaş” deyə müraciət etmiş, o isə “səndən mənə qardaş olmaz” demişdir. Onlar onu söyüb-hədələməsə idilər, çoxdan barışardı. Özləri də bilirlər ki, Məhəmmədgilin qapısını yandırmamışdır. Ətrafda olan şəxslərin kimliyi yadında deyil. Onların dalaşması, orada olan səs-küy qonşuların istirahətinin pozulması deməkdir. Məhkəmədə ifadə verən şəxslər həmin vaxt balkonlardan baxan şəxslər olub. Ətrafdakıların onları ayırmamaqlarının səbəbini deyə bilmir, şəxsən o, özü dava-dalaş olan yerə heç vaxt yaxınlaşmır. Barışmamasının əsas səbəbi təqsirləndirilən şəxslərin telefonla onu söymələri və hədələmələri olub. Məhəmmədlə blokda mübahisə etdikləri vaxt həyətdə heç kim olmayıb. Gələn adamlar səs-küyə yığılmışdılar. Adamların yığışmasını əl-üzünü yuyanda bilmişdir. Yaşadıqları bina doqquz mərtəbəlidir, binanın pəncərəsindən baxanlar olub. Çünki həyətdə səs-küy olanda insan istər-istəməz pəncərədən baxmağa çıxır. İlk zərbəni ona Məhəmməd vurmuş, o da özünü müdafiə etmək üçün vurmuşdur. Onu blokdan sürüyərək həyətə çıxaranda o, yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Həmin vaxt kimlərin onu vurduğunu görməmişdir. Görməməsinin səbəbi yerdə yıxılı vəziyyətdə olanda İlqarın onu tutmasıdır. Həmin vaxt Məhəmmədin harada olduğunu bilməmişdir. Çöldə yıxılı vəziyyətdə olanda onu əllə vurmuşlar. İndi təqsirləndirilən şəxslərlə barışmışdır və onların hər ikisini bağışlayır. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparılmadan araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs1 isə onların qonşusudur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində o, qardaşı İbrahimə məxsus evdə olan zaman həyat yoldaşı ona zəng edərək Məhəmməd və Məhəmmədin yanında olan iki nəfər şəxsin Elvini döydüklərini, tez binanın qarşısına gəlməyini demişdir. O, bundan sonra dərhal taksi ilə yaşadığı binanın qarşısına gəlmişdir. O, binanın qarşısına çatanda binanın qarşısında xeyli sayda şəxslər olduğunu, oğlu Elvinin burnundan qan axdığını, Elvinin paltarının və üzərinin qan içərisində olduğunu görmüşdür. Həmin vaxt hadisə yerinə polis əməkdaşları da çatmışlar. O və Elvin daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Yolda Elvin ona Məhəmməd və İlqar adlı şəxslərin Elvini döydüklərini, Məhəmmədin Elvinə kəllə ilə burnundan xəsarət yetirdiyini, İlqarın isə Elvini yerə yıxdığını, boğazından tutaraq boğmağa çalışdığını demişdir. Elvin polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs1 isə onların qonşusudur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə olarkən çöldən səs-küy gəldiyini eşitmişdir. O, dərhal balkona çıxmış və Məhəmmədin oğlu Elvini təpik və yumruq zərbələri ilə vurduğunu, habelə tanımadığı, üzünü dəqiq görmədiyi bir nəfər şəxsin Elvinin boğazından tutduğunu görmüşdür. Bundan sonra o dərhal evə qayıdıb əri Xəqaniyə zəng vurmuş və olanlar barədə Xəqaniyə demişdir. Bir qədər sonra əri Xəqani yaşadığı binanın qarşısına gəlmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, oğlu Elvinli və əri Xəqanini polis şöbəsinə aparmışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun Elvinlə heç bir ədavət və düşmənçiliyi olmayıb. Təqsirləndirilən şəxs1 isə o, uşaq yaşlarından tanıyır və onunla dostluq münasibətləri vardır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində o, dostu İlqarla birlikdə Məhəmmədin yaşadığı binanın qarşısında oturacaqda əyləşib Məhəmmədi gözləyirmişlər. Həmin vaxt onlar binanın blokundan səs-küy gəldiyini eşitmişlər. O, İlqarla bloka yaxınlaşmış və Məhəmmədlə Elvinin dalaşdığını, Elvinin paltarının başına keçirili olduğunu, cırıldığını, Məhəmmədin də koftasının cırıq olduğunu, hər ikisinin bir-birinə zərbələr vurduğunu görmüşdür. Həmin vaxt o, Məhəmmədi tutub aralaşdırmışdır. O, Məhəmmədi yaxınlıqda yerləşən köşkə aparmış, Məhəmmədə siqaret vermiş və daha sonra İlqarla Elvinin yanına qayıtmışdır. O, Elvinin üzündən qan axdığını görmüş və Elvinə qanı yumasını təklif etmişdir. Elvin ondan alışqan istəmiş və o, Elvinə alışqan vermişdir. Mübahisə zamanı səs-küy yarandığı üçün qonşular da səs-küyə balkona çıxmışlar. Bu zaman yuxarıdan səs-küy gəlmişdir. Elvin və Məhəmməd ailələrinin də mübahisə edəcəyindən ehtiyatlanıb yuxarıya qalxmışlar. Daha sonra oraya polis əməkdaşları gəlmişlər. O da İlqarla birlikdə oradan uzaqlaşıb getmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 onun qonşularıdır. Onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə təmir işləri ilə məşğul olmuşdur. Bu vaxt o, binanın qarşısında səs-küy gəldiyini eşitmişdir. O bundan sonra balkona çıxmış və Məhəmmədin Elvinlə dalaşdığını, Məhəmmədin Elvinin üzərinə gələrək Elvinə yumruq zərbələri atdığını, Elvinin sifətinin qan içində olduğunu görmüşdür. Həmin vaxt onların ətrafında xeyli sayda insanlar toplaşmışlar. Bundan başqa o, Məhəmmədin yanında olan tanımadığı və üzünü dəqiq görmədiyi şəxsin Elvinin boğazından tutduğunu görmüşdür. Elvin Məhəmməd və Məhəmmədin yanındakı şəxslə təxminən 5-6 dəqiqə əlbəyaxa dalaşdıqdan sonra ətrafa toplaşmış şəxslər onları aralaşdırmışlar. Həmin vaxt qonşuların əksəriyyəti səs-küyə balkona çıxmışlar. O, daha sonra təmir işlərini davam etdirmək üçün mənzilə girmişdir. Lakin binanın qarşısında yenə səs-küy olduğunu eşitmişdir. O, arada balkona çıxıb çölə baxmışdır. Bir qədər sonra binanın qarşısına polis əməkdaşları gəlmişlər. Bundan sonra binanın qarşısına toplaşmış şəxslər aralaşıb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 onun qonşularıdır. Onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə olarkən binanın qarşısında səs-küy gəldiyini eşitmişdir. O, bundan sonra balkona çıxmış və Məhəmmədin Elvinlə dalaşdığını, Məhəmmədin Elvinin üzərinə gələrək Elvinə yumruq zərbələri atdığını, Elvinin sifətinin qan içində olduğunu görmüşdür. Həmin vaxt onların ətrafında xeyli sayda insanlar toplaşmışlar. Bundan başqa o, Məhəmmədin yanında olan tanımadığı və üzünü dəqiq görmədiyi şəxsin Elvinin boğazından tutduğunu görmüşdür. Elvin Məhəmməd və Məhəmmədin yanındakı şəxslə təxminən 5-6 dəqiqə əlbəyaxa dalaşdıqdan sonra ətrafa toplaşmış şəxslər onları aralaşdırmışlar. Həmin vaxt qonşuların əksəriyyəti səs-küyə balkona çıxmışlar. O, daha sonra təmir işlərini davam etdirmək üçün mənzilə girmişdir. Lakin binanın qarşısında yenə səs-küy olduğunu eşitmişdir. O, arada balkona çıxıb çölə baxmışdır. Bir qədər sonra binanın qarşısına polis əməkdaşları gəlmişlər. Bundan sonra binanın qarşısına toplaşmış şəxslər aralaşıb getmişlər. Cinayət işinin materiallarında olan: xx.xx.2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd qısaqol köynək ondan götürülərək köynəyə baxış keçirilmiş, baxış zamanı köynəyin ön və arxa tərəflərində qan izlərinin, həmçinin köynəyin arxa tərəfində iki ədəd 4 sm uzunluğunda cırıqların olduğu müəyyən edilmişdi Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 447 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarətlər – burun sümüyünün qapalı sınığı, sağ kürək nahiyəsində, sağ dizində sıyrıqlar və boynunda qançır – küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri xx.xx.2020-ci il tarixə uyğundurlar; ağırlıq dərəcələrinə görə burun sümüyünün sınığı sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; sağ kürək nahiyəsində, sağ dizində sıyrıqlar və boynunda qançır sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxslərdir. Mingəçevir Şəhər İcra və X8 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ünvanlanan 07 aprel 2022-ci il tarixli 107/3-12 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CMin 128-ci maddəsi ilə təqsirli bilinirərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Mingəçevir İcra və Probasiya Şöbəsində qeydiyyata alınaraq cəzasının icrası müddəti hesablanmağa başlanmışdır. Cəzasının 7 ay 21 günü icra olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli 7(051)-10/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan olunması haqqında" Milli Məclisin xx.xx.2021 -ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş və üzərindən məhkumluq götürülmüşdür. Həmin qərardan apellyasiya şikayəti və ya protesti verilməmiş, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegeyasının 13 iyun 2022-ci il tarixli 7(107)-37/2022 nömrəli qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 7(051)-10/2022 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 7(051)-10/2022 nömrəli qərarı ləğv edilmiş, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən məhkum Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin tətbiq edilməsinə dair verilmiş təqdimat təmin edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri qeyd olunan cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxslərin əməli CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, onlara təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onların şəxsiyyətinə uyğun olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət verilməsi və cinayət məsuliyyətindən azad edilmələri üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxslər, zərərçəkmiş və şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Apellyasiya protestinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, apellyasiya protestindən və dövlət ittihamçısının çıxışından görünür ki, o, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanı yüngül hesab edir və həmin cəzanın ağırlaşdırılmasını istəyir. Apellyasiya protesti cəza məsələsi ilə bağlı olduğundan, məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Habelə, həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir İşin halları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsinə əsasən bir qrup şəxs halında xuliqanlıq hərəkətlərinə görə ittiham olunurlar. Bu əməlinə görə onlar həmin maddənin sanksiyasına uyğun olaraq iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Göründüyü kimi, qanunverici CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə azadlıqdan məhrum etmə ilə yanaşı islah işləri və azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutmuşdur. Cinayət işində olan (i. v. 141-142) 3 saylı Mənzil İstismar Sahəsi və Kəlbəcər RİH nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterli şəxslər kimi səciyyələndirilərək göstərilmişdir ki, onların haqqında heç bir şikayət daxil olmamışdır. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir məhkumluğu olmayan şəxslərdir (i. v. 56-57). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışdığını, onları bağışladığını, onlara qarşı şikayət və tələbi qalmadığını, verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə təqsirləndirilən şəxslərin məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsdən üzr istəyərək bağışlanılmalarını xahiş etmələrini və zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını və onları bağışlamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, gəncliyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını CM-in 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirməyə imkan verən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların heç biri iş üzrə mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül və ədalətsiz olması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşa bilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanın onların islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri baxımından da mütənasib hesab edir. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun istinad edilən qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. İşdən görünür ki, təqsirləndirilən şəxslər törətdikləri əməli qismən etiraf etmiş və ondan peşmаn olduqlarını bildirmişlər. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmələri onu göstərir ki, onlar törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışlar. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri üzrə hüquqi qiymətləndirmə apararkən birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanın qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlmiş və bunun əsaslarını təhlil etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgündür. Apellyasiya protestinin dəlilləri formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Ona görə də apellyasiya protestinin təmin edilib Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmünün dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Bundan baqşa, işin gerçək hallarından müəyyən edilir ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 27 aprel 2022-ci il tarixli 107/3-12 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs1 llfan oğlu hazırkı cinayət işi üzrə 7 ay 21 gün müddətdə azadlığın məhdudlaşdırılması növündə cəzanı real olaraq çəkmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegeyasının 13 iyun 2022-ci il tarixli 7(107)-37/2022 nömrəli qərarı ilə onun barəsində tətbiq edilmiş amnistiya ləğv edilmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, onlara təyin edilmiş cəzanın azaldılmasını mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarına əsasən məhkəmələr: Həmin qərarın 5-ci bəndinə əsasən, bu Qərarın 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.2.3-cü bəndinə əsasən, bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 9.3-cü bəndinə əsasən, icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 30-cu bəndinə əsasən, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 5, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməli və Təqsirləndirilən şəxs1 Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsından çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 9 (doqquz) gün müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsı azaldılaraq üzərində qəti olaraq 4 (dörd) ay 9 (doqquz) gün müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 5, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməli və Təqsirləndirilən şəxs2 Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)- 37/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il аzаdlığın məhdudlаşdırılmаsı cəzаsı 1 (bir) il azaldılaraq üzərində qəti olaraq 1 (bir) il müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzası saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 5, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilsin və Təqsirləndirilən şəxs1 Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsından çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 9 (doqquz) gün müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsı azaldılaraq üzərində qəti olaraq 4 (dörd) ay 9 (doqquz) gün müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 5, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilsin və Təqsirləndirilən şəxs2 Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(051)-37/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il аzаdlığın məhdudlаşdırılmаsı cəzаsı 1 (bir) il azaldılaraq üzərində qəti olaraq 1 (bir) il müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzası saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar