Məhkəmə qərarları › İş №1(107)-106/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-106/2020

25.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-106/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimi Abbasov Gündüz Qasım oğlunun sədrliyi, x4 iclas katibliyi ilə, x2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 148-ci maddəsi ilə x6 tərəfindən xüsusi ittiham qaydasında şikayət edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x3 nümayəndəsi Nümayəndə tərəfindən Ucar Rayon Məhkəməsinin hakimi x7 verilmiş etirаz məsələsinə bаxaraq, MÜƏYYƏN ETDİM: x2 Azərbaycan Respublikasının CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair x3 xüsusi ittiham qaydasında şikayəti üzrə işə baxılarkən barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x3 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə verərək işə Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov tərəfindən baxılmasına etiraz etmişdir. Ucar Rayon Məhkəməsinin 03 iyun 2020-ci ildə keçirilən məhkəmə hazırlıq iclasının protokoluna daxil edilməklə çıxarılmış qərara əsasən, Аzərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 109-cu maddəsinin tələbinə görə, məhkəmə hakimi Hilal Xəlilova edilmiş etiraz məsələsi apelyasiya instansiya məhkəməsinin hakimi tərəfindən həll edilməli olduğundan, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x3 nümayəndəsi Nümayəndə Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilova etdiyi etirazı baxılması üçün iş materialları Şəki Apelyasiya Məhkəməsinə göndərmişdir. Ərizədə göstərilən dəlilləri iş materialları üzrə аrаşdırıb hesаb edirəm ki, etiraz əsaslı deyil. Belə ki, CPM-in 109.1-ci maddəsinə görə, hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun: 109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə; 109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda; 109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə; 109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; 109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. CPM-in 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apelyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x3 nümayəndəsi Nümayəndə Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilovun işə baxmasına etirazını onunla əsaslandırmışdır ki, barəsində şikayət verilən şəxs x1 rayon sakinidir. Məhkəmənin bu işi ədalətli həll edəcəyinə inanmır, əsaslı şübhələri vardır. Ona görə də məhkəmə aidiyyəti ilə razılaşmır və işin başqa rayon məhkəməsinə göndərilməsini xahiş edir. Hesab edirəm ki, iş üzrə Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilova etiraz edilməsi üçün CPM-in 109.1-ci maddəsində sadalanan əsaslardan heç biri iş üzrə mövcud deyil. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x3 Ucar Rayon Məhkəməsi tərəfindən onun işinə obyektiv, ədalətli və qanuni qərar qəbul ediləcəyinə inamının olmaması hakimə etirazın təmin edilməsi üçün qanuni əsas ola bilməz. Onun bu barədə dəlilləri əsası olmayan, heç bir sübuta əsaslanmayan ehtimal və mülahizələrə əsaslanır. Ona görə də etiraz əsassız olduğundan təmin edilməməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh оlunаnlаrı və Аzərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 109, 321.2.3 və 384-cü mаddələrini rəhbər tutаrаq, qərara aldim: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x3 nümayəndəsi Nümayəndə tərəfindən Ucar Rayon Məhkəməsinin hakimi x7 verilmiş etirаz təmin edilməsin və iş Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya şikаyəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar