Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-107/2020 22.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(051)-49/2020 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işəаçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən hakim H.S.Mirzəliyev) xx xxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1993-cü ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri H.Əliyev küçəsi, ev 88, mənzil 10-A ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməsi və hökmün icrasına nəzarətin Mingəçevir şəhər İ̇cra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 82/84 ünvanının yan tərəfində tanışı Zərərçəkmiş şəxs oğluna söhbət zamanı sonuncunun avtomobilini yolda düzgün saxlamadığını irad bildirəndə, Zərərçəkmiş şəxs ona qarşı kobud və nalayiq ifadələr işlətdiyini əsas gətirərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs oğlunun sifət nahiyəsinə bir dəfə vurub, ona sol sifətində şişkinlik və burun sümüyünün sınığı ilə nəticələnən və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəllənin 128ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(051)-49/2020 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Zərərçəkmiş şəxs verdiyi apelyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti, eləcə də verilmiş apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apelyasiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında çıxış edən dövlət ittihamçısı X5 apelyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxsna daha ağır cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(051)-49/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona qarşı Аzərbаycаn Respublikаsı CM-in 128-ci mаddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs oğlu onların binasının yanındakı qonşu binada yaşayır. Eyni zamanda onlar bir yerdə, yəni şəhərin Ş.İ̇.Xətai küçəsində taksi fəaliyyəti ilə də məşğul olurlar. xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində Mingəçevir şəhəri Ş.İ̇.Xətai küçəsində idarə etdiyi “VAZ-21099” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə daim dayandığı yerə gələndə digər taksilərin bir istiqamətdə dayandıqlarını, lakin Pərvizin qaydanı pozaraq avtomobilini yolun əks istiqamətində saxladığını görmüşdür. Buna görə də Zərərçəkmiş şəxs iradını bildirib avtomobilini düzgün saxlamasını xahiş etmişdir. Lakin, bu zamanZərərçəkmiş şəxs ona kobud cavab vermiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbi olduğu üçün başı ilə Pərvizin sifət nahiyəsinə bir dəfə vurmuş, eyni zamanda əli ilə onun burun nahiyəsinə xəsarət yetirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəyib onunla barışıq əldə etməsi üçün dəfələrlə cəhd etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə şəhərin Ş.İ̇.Xətai küçəsində taksi fəaliyyəti ilə də məşğul olurlar. xx xxxx 2020-ci il tarixdə idarə etdiyi “VAZ-21099” markalı avtomobili ilə həmin yerdə dayanıb taksi fəaliyyəti ilə məşğul olub müştəri gözləyən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21099” markalı avtomobil ilə gələrək, ona məxsus yerdə nəüçün dayandığını soruşub ona iradını bildirmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs bir dəfə yumruqla və bir dəfə də baş nahiyəsi ilə onun sifətinə vurmuşdur. Təqsirləndirilən şəxs ondan üzr istəsə də, onunla barışmamış və onun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 Alxas oğlu və Şahid2 oğlu da oxşar məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrindəki xüsusatları təsdiq etmişlər. İ̇şdə olan baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş protokoldan görünür ki, baxış keçirilən yer Mingəçevir şəhəri H.Əliyev prospekti, 82/84 ünvanının yan tərəfidir. Baxış zamanı Zərərçəkmiş şəxs oğlu xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə başı ilə vurub xəsarət yetirdiyini bildirmiş və həmin yeri göstərmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs baxış zamanı xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə vurub xəsarət yetirdiyini bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İ̇şdə olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Mingəçevir şəhər şöbəsinin xx xxxx 2020-ci il tarixli, 186 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs oğlunun bədənində - sol sifətində şişkinlik və burun sümüyünün sınığı küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Yetirilmə müddəti qərarda göstərilən xx xxxx 2020-ci il tarixə uyğundur. Ağırlıq dərcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, iş üzrə tədqiq edilən sübutların məcmusu ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs oğlu xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti, 82/84 ünvanının yan tərəfində tanışı Zərərçəkmiş şəxs oğluna söhbət zamanı sonuncunun avtomobilini yolda düzgün saxlamadığını irad bildirəndə, Zərərçəkmiş şəxs ona qarşı kobud və nalayiq ifadələr işlətdiyini əsas gətirərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs oğlunun sifət nahiyəsinə bir dəfə vurub, ona sol sifətində şişkinlik və burun sümüyünün sınığı ilə nəticələnən və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirib hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı CM-in 128-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 128-ci mаddəsi ilə təqsirli bilib cəzaya məhkum etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən əməlindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyib onunla barışmağa cəhd etməsini, əməlində cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Zərərçəkmiş şəxs apelyasiya şikayətində göstərmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən hadisə nəticəsində ona ziyan dəyməsini, təqsirləndirilən şəxsin həmin ziyanı qarşılamamasını və onunla barışıq əldə etməməsini nəzərə almamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə yüngül cəza təyin etmişdir. Buna görə də ona təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş edir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, Təqsirləndirilən şəxs bir neçə dəfə zərərçəkmiş şəxslə barışmağa cəhd göstərsə də, lakin zərərçəkmiş şəxs onunla barışmaq istəməmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı burun sümüyünün sındığını və burnunda cərrahi əməliyyat aparılmasına zərurət olduğunu, Təqsirləndirilən şəxs isə əməliyyat xərcini çəkməkdən boyun qaçırdığını, ona görə də Təqsirləndirilən şəxs ağır cəza verilməsini tələb etdiyini bildirmişdir. Lakin zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı hər hansı məbləğdə ziyan tələbinə dair mülki iddia irəli sürməmişdir. Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsə ağlabatan məbləğdə ziyan əvəzi ödəməkdən boyun qaçırmadığını, lakin Zərərçəkmiş şəxs ondan bir avtomobilin pulunu tələb etdiyini bildirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağırlaşdırılmasını tələb etməsi subyektiv amillərlə bağlıdır. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin ilk dəfə cinayət hadisəsi törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsinii və ailəli olmasını nəzərə alır. Ona görə də məhkəmə kollegiyаsının qənаətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 58-ci mаddəsinin tələblərinə riаyət etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə cəzasını ağırlaşdıran halın olmamasını düzgün nəzərə almış, ona bu halların məcmusuna uyğun, növünə və həddinə görə qanuni və əsaslı olan cəza təyin etmişdir. Apelyasiya baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırmağa əsas verən hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(051)-49/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(051)-49/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-107/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-107/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver