Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-108/2020 07.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 1(046)-2/2020 saylı hökmündən apelyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsindən imtina barədə Göyçay Rayon Məhkəməsinin 15 may 2020ci il tarixli, 1(046)-2/2020 saylı qərarından təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 1(046)-2/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Göyçay Rayon Məhkəməsinin sözügedən hökmündən apelyasiya protesti və apelyasiya şikayəti verilmədiyindən 10 mart 2020-ci il tarixdən etibarən qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinə vəsatət verərək, Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 1(046)-2/2020 saylı hökmündən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hökmdən üzürlü səbəblərə görə qanunvericiliyin tələblərində nəzərdə tutulan müddətdə apelyasiya şikayəti verə bilməmişdir. Apelyasiya şikayəti vermə müddətini üzürlü səbəbdən ötürmüşdür. Belə ki, 20.10.2018-ci il təvəllüdlü azyaşlı qızı x1 qan azlığı xəstəliyindən əzab çəkir. Azyaşlı uşağının mütəmadi olaraq Bakı şəhərinə müalicə olunacağı tibb mərkəzlərinə apararaq müayinə etdirmişdir. Məhkəmədən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 1(046)-2/2020 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 1(046)-2/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, yetərincə sübutlar təqdim etməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən vəsatət üzrə tam, hərtərəfli və obyektiv araşdırmalar aparılmamışdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 1(046)-2/2020 saylı qərarının ləğv edilməsini, Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 1(046)-2/2020 saylı hökmündən apelyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxıldığını nəzərə alaraq müddətin bərpa edilməsini və apelyasiya şikayətinin baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayətinin məzununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 1(046)-2/2020 saylı qərarının ləğv edilməsini, apelyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxıldığını nəzərə alaraq müddətin bərpa edilməsini və işin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 1(046)-2/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya protesti apellyasiya şikayəti və ya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən isə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, həmin Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətinbərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkum Təqsirləndirilən şəxs həbsdə olmadığından, cinayət-prosessual qanunvericiliyə əsasən ona münasibətdə Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 1(046)-2/2020 saylı hökmündən apelyasiya şikayəti vermək üçün müəyyən edilmiş 20 gün müddət 10 mart 2020-ci il tarixdə bitmişdir. Eyni zamanda, məhkum Təqsirləndirilən şəxs cinayət işinə əlavə edilmiş prosessual müddətin bərpa olunması barədə vəsatətinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarından, “Medical Center”-in Rentgen, Biokimyəvi analizlər və qanın ümumi analizinə dair sənədlərdən görünür ki, 20.10.2018-ci il təvəllüdlü x1 “Medical Center”-də müayinədən keçmiş və müalicə yazılmışdır. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli 1(046)-2/2020 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş edərkən vaxtında şikayət verə bilməməsinin səbəbi kimi azyaşlı uşağının müalicəsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar qeyd edilən hökmdən apelyasiya şikayəti vermə müddətinin bərpası üçün əsas ola bilməz. İş materiallarında olan hökmün göndərilməsi barədə 18.02.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli, 1(046)-2/2020 saylı hökmünü 27 fevral 2020-ci il tarixdə imza etməklə almış, həmin hökmdən 3 aya yaxın müddət keçdikdən sonra, yəni 12 may 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq vəsatəti təmin etməyərək ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Belə ki, keçən 3 aya yaxın müddət ərzində məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı və imkanı olmuş və ona apelyasiya şikayəti verməsi üçün heç bir maneçilik törədilməmişdir. Lakin Təqsirləndirilən şəxs qanunvericiliyin ona verdiyi həmin hüquqdan vaxtında istifadə etməmişdir. Məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayətində qeyd etdiyi dəlillər həmin şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 1(046)-2/2020 saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə əsasən, apelyasiya şikayətinə və ya apelyasiya protestinə ilkin baxılması zamanı apelyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərаr qəbul edə bilər. Şərh olunаnlаrа əsаsən və Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 391.3-cü mаddəsini rəhbər tutаrаq, Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 1(046)-2/2020 saylı hökmündən apelyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsindən imtina barədə Göyçay Rayon Məhkəməsinin 15 may 2020ci il tarixli, 1(046)-2/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərаrdаn, elan olunduğu vaxtdan bir аy müddətində Azərbаycаn Respublikаsı Ali Məhkəməsini kаssаsiyа şikаyəti və kаssаsiyа protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-108/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-108/2020
07.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver