Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-109/2020 31.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili Əliyev Emil Şahid4 oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli hökmündən və həmin hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə xx xxxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestlərinəаçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim İ.B.Fəttahov) xx xxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1993-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri R.İsayev küçəsi, ev 123-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Bundan sonra Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(046)- 38/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün nəticə hissəsindəki anlaşılmazlığın aradan qaldırılması və hökmün “hökm etdi” hissəsinin ikinci abzasında “01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün” rəqəm ifadəsinin “01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün” ifadəsi kimi oxunması müəyyən edilmişdir. İşin halları: Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 2.18 qram narkotik vasitə olan həşişi qanunsuz olaraq əldə edib üstündə saxlamış, xx.xx.2020ci il tarixdə, saat 19 radələrində Göyçay şəhəri R.İsayev küçəsində yerləşən “City club” adlı çay evində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən yaxalanaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol iç cibindən ağ rəngli salfetə bükülmüş, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün saxladığı, bir ədəd kəsik formalı kibrit qutusunda, şəxsi istehlak miqdarından artıq miqdarda 2.13 qram və həmin gödəkcənin sağ yan cibində saxladığı, açıq vəziyyətdə çəkisi 0.05 qram olmaqla, ümumi çəkisi 2.18 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmündən və həmin hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə xx xxxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apelyasiya protestləri verilmişdir. Apelyasiya protestlərinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı verdiyi apelyasiya protestlərində Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli hökmündəki anlaşılmazlığın aradan qaldırılması barədə xx xxxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli qərarın ləğv edilməsini və həmin hökmün Təqsirləndirilən şəxs barəsində cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestlərinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli hökmünün və həmin hökmdə anlaşılmazlığın aradan qaldırılması barədə xx xxxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Əliyev Emil Şahid4 oğluapelyasiya protestlərinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli hökmünün və həmin hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə xx xxxx 2020-ci il tarixli, 1(046)- 38/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya protestləri ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestləri əsaslı olmadığından təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli hökmü və həmin hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə xx xxxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(046)- 38/2020 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin edilmiş cazadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sonradan işə baxan hakim 01 (bir) il 06 (altı) aydan 4 (dörd) günü çıxarkən səhvə yol verdiyini və cavabı 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün əvəzinə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün kimi hesabladığını müəyyən etmiş, Məhkəmənin xx xxxx 2020-ci il tarixli 1(046)-38/2020 nömrəli qərarı ilə hökmdəki həmin yanlışlığı (anlaşılmazlığı) aradan qaldırmışdır. İş materiallarından görünür ki, hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə xx xxxx 2020-ci il tarixli qərar dövlət ittihamçısına xx xxxx 2020-ci il tarixdə təqdim olunmuş, hökmdən və qərardan apelyasiya protestləri isə Məhkəməyə xx xxxx 2020-ci il tarixdə daxil olmuşdur. Buradan da görünür ki, hakim çıxardığı hökmdəki yanlışlığı (anlaşılmazlığı) apelyasiya protestləri verilənədək özü aşkar edib aradan qaldırmışdır. Dövlət ittihamçısı hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə qərardan verdiyi protesti belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsiriəndirilməsinə dair cinayət işi üzrə hökmdə təqsirləndirilən şəxs tərəfindən çəkilməli olan cəzanın həddi müəyyən edilərkən ciddi səhvə yol verilsə də, məhkəmə həmin səhvi növbəti səhv olaraq anlaşılmazlıq hesab edib xx xxxx 2020-ci il tarixli qərarla “texniki səhv” kimi müəyyən edib aradan qaldırılmış hesab etmiş, bununla da məhkəmə “anlaşılmazlığın həll edilməsinə dair” xx xxxx 2020-cı il tarixli qərarla təqsirləndirilən şəxsə hökmlə müəyyən edilmiş həddən fərqli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi isə xx xxxx 2020-ci il tarixli qərarında hesab etmişdir ki, hökmdə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın həddi dəqiq göstərilsə də, cəzanın hesaba alınması zamanı, yəni təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə hesablanması zamanı texniki səhvə yol verilmişdir. Bu da cəzanın icrası zamanı anlaşılmazlığa səbəb olacağından məhkəmə öz təşəbbüsü ilə həmin anlaşılmazlığı aradan qaldıra bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 518-ci maddəsinə əsasən: 518.0. Hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: 518.0.1. hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək; 518.0.2. hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək; 518.0.3. hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək; 518.0.4. öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq. İstinad edilən normanın mənasına görə məhkəmə öz hökmünün və ya digər yekun qərarının hər hansı anlaşılmazlıqlarını aradan qaldırmağa, hətta hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini müəyyən etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə qərarla təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növünü və həddini dəyişdirməmiş, yalnız təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddətin təyin olunmuş cəza müddətinə hesablanması zamanı yol verdiyi texniki (riyazi) səhvi aradan qaldırmışdır. Bu isə birinci instansiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normasının pozuntusu kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli hökmü və həmin hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə xx xxxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410, 518 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli hökmü və həmin hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə xx xxxx 2020-ci il tarixli, 1(046)-38/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-109/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-109/2020
31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver