Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-109/2021 25.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(019)-35/2019 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (sədrlik edən H.Səlimov) xx xxxx 2019-cu il tarixli, 1(019)-35/2019 nömrəli hökmü ilə, xx xxxxxx 1999-cu ildə Balakən rayonu Katex kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Balakən rayonu Katex kəndində pasport qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 09 oktyabr 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 297.95 (iki yüz doxsan yeddi manat doxsan beş qəpik ) manat Təqsirləndirilən şəxs oğlundan tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus Katex kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin yanmış hissələrindən 05 ədəd polietilen torbada qablaşdırılmış qalıq nümunələrinin məhv edilməsi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaşayan dayısı X6 ona borclu olduğunu hesab etdiyi 7000 manat pulu istəmiş, sonuncu pulu verməkdən imtina etdikdə o, qisas almaq məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 01 radələrində Balakən rayonu Katex kəndində yaşayan nənəsi Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən ikimərtəbəli fərdi yaşayış evini yandırma üsulu ilə hər birinin qiyməti 17 manat olan 3230 manat dəyərində 190 ədəd 1x2m ölçüdə dam örtüyü üçün sinklənmiş metal vərəqəni, hər m3-nin qiyməti 295 manat olan 5723 manat dəyərində 19.4m3 dam örtüyü üçün ağac konstruksiyasını-mərtəbəarası ağac atmalarını, hər m2-nin qiyməti 29.3 manat olan 5040 manat dəyərində 172 m2 4 sm qalınlıqda cilalanmış taxta döşəməni, hər m3-nin qiyməti 255 manat olan 1825 manat dəyərində 7.16m3 4sm qalınlıqda çardaqdakı qara döşəməni, hər m2-nin qiyməti 6.5 manat olan 1209 manat dəyərində 186m2 5sm qalınlıqda penoplastı-mərtəbə arası örtükdə olan istilik qatını, hər m2-nin qiyməti 13 manat olan 3125 manat dəyərində 240.4m2 1.2sm qalınlıqda cilalanmış tavan taxtasını, hər m2-nin qiyməti 98 manat olan 7242 manat dəyərində 73.9m2 paket-şüşəli metal-plastik pəncərələri, hər m2-nin qiyməti 184 manat olan 5354 manat dəyərində 29.1m2 taxta qapıları, hər birinin qiyməti 86 manat olan 1634 manat dəyərində 19 ədəd eni 1.5 metr qalınlığı 5 sm olan cilalanmış taxta pillələri, hər bir tonun qiyməti 1690.3 manat olan 2789 manat dəyərində 1.65 ton D-200 mm-lik metal boru-dayaq-24 №-li iki tavr-12 №-li şveller bucaq metalı armatur, hər birinin qiyməti 0.6 manat olan 1860 manat dəyərində 3100 ədəd bişmiş qırmızı-şamot kərpici, hər birinin qiyməti 0.80 manat olan 256 manat dəyərində 320 ədəd mişarlanmış əhəng daşını, hər m2-nin qiyməti 14 manat olan 588 manat dəyərində 42m2 kafeli, hər metrinin qiyməti 34 manat olan 289 manat dəyərində 8.5m aqlay məhəccər-dayaqları, hər birinin qiyməti 90 manat olan 1890 manat dəyərində 21 ədəd 90 sm uzunluqda istilik sisteminin radiatorlarını, hər metrinin qiyməti 1.8 manat olan 205 manat dəyərində 114m firat boruları-D-20-mm-40-mm, hər birinin qiyməti 6 manat olan 492 manat dəyərində 82 ədəd radiatorlar üçün aksesuar-kranı, hər m2-nin qiyməti 130 manat olan 858 manat dəyərində 6.6m2 metal seyf qapıları, hər metrinin qiyməti 1.1 manat olan 277 manat dəyərində 252m elektrik məftilləri-suvaqaltı, hər birinin qiyməti 4 manat olan 176 manat dəyərində 44 ədəd elektrik açar-rozetka-suvaqdaxili qutuları, hər bir tonun qiyməti 152 manat olan 3648 manat dəyərində 24 ton sementi, hər m3-nin qiyməti 18.5 manat olan 48 manat dəyərində 2.6m3 beton üçün qumu, hər m3-nin qiyməti 24.5 manat olan 588 manat dəyərində 24m3 suvaq üçün narın qumu, hər bir tonun qiyməti 240.0 manat olan 336 manat dəyərində 1.4 ton şpaklyovkanı, hər bir kq-nın qiyməti 3.6 manat olan 115 manat dəyərində 32 kq yağlı boyanı, hər bir kq-nın qiyməti 4 manat olan 172 manat dəyərində 43 kq taxta üçün lakı, hər bir kq-nın qiyməti 2.1 manat olan 307 manat dəyərində 146 kq emusiyanı, hər bir kq-nın qiyməti 2 manat olan 148 manat dəyərində 74 kq mismarı, bir ədəd 1500 manat dəyərində cakkuzini, bir ədəd 300 manat dəyərində əl-üz yuyani, bir ədəd 250 manat dəyərində unitazi, bir ədəd 600 manat dəyərində samsung markalı paltaryuyan maşını, bir ədəd 600 manat dəyərində qızdırıcı, bir dəst 3000 manat dəyərində ağacdan hazırlanmış stol-stulları, 1000 manat dəyərində bir ədəd pilitə, 1550 manat dəyərində bir ədəd “Bosh” markalı soyuducu, 80 manat dəyərində bir ədəd “Bosh” markalı ətçəkən, 1000 manat dəyərində qazan dəsti, 1500 manat dəyərində qab-qacaq, bir ədəd 500 manat dəyərində yemək servisi, hər birinin qiyməti 75 manat olmaqla ümumilikdə 150 manat dəyərində 02 ədəd samovarı, bir ədəd 300 manat dəyərində qorka mebeli, 120 manat dəyərində bir ədəd uşaq kanatı, 1500 manat dəyərində bir ədəd stol, 320 manat dəyərində bir ədəd əl-üz yuyan, hər birinin qiyməti 650 manat olan 1300 manat dəyərində 02 ədəd “Bosh” markalı kondisionerləri, 800 manat dəyərində bir ədəd künclük divanı, 1200 manat dəyərində bir ədəd “LG” markalı plazma televizoru, 290 manat dəyərində bir ədəd əl-üz yuyanı, 700 manat dəyərində yataq ləvazimatları, 2200 manat dəyərində qarnitur dəstləri, 1500 manat dəyərində iki ədəd çarpayı və şkafı, 500 manat dəyərində gödəkcə, şalvar, ayaqqabıları, 200 manat dəyərində bir ədəd yataq örtüyünü, 500 manat dəyərində bir ədəd tikiş maşınını, 600 manat dəyərində bir ədəd matorlu mişarı, 110 manat dəyərində bir ədəd ev telefonunu, 500 manat dəyərində bir ədəd şkafı, 950 manat dəyərində bir ədəd böyük lüsturu, 750 manat dəyərində çıl-çıraqları, 130 manat dəyərində bir ədəd “Bosh” markalı tozsoranı, 2300 manat dəyərində pərdələri, 50 manat dəyərində bir ədəd “Bosh” markalı mixseri, 250 manat dəyərində əlüzsilən dəsmalları, 200 manat dəyərində bir ədəd qızdırıcı sobanı və 150 manat dəyərində bir ədəd “Bosh” markalı blenderi, ümumlikdə 79.088 (yetmiş doqquz min səksən səkkiz) manat dəyərində özgənin əmlakını qəsdən yandırmaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(019)-35/2019 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, ona verilən cəza ağırdır və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixində qüvvəyə minmiş qanun ona tətbiq edilməldir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X5 apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs bildirdi ki, ona 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. O artıq ona verilmiş cəzanın 02 il 05 ayını çəkmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(019)- 35/2019 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(019)-35/2019 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Bundan başqa işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cavadxan oğlu Balakən Rayon Məhkəməsinin 22 dekabr 2014-cü il tarixli hökmü ilə CM-in 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdlan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, Balakən Rayon Məhkəməsininin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsininin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 22 dekabr 2014-cü il tarixli hökmü ilə təqsirli bilindiyi CM-in 186.2.2-ci maddəsi ilə ona təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasından və cinayət məsuliyyətindən azad edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmündən CM-in 67.1-ci maddəsi və residivlə bağlı müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsininin xx xxxxxx 2015-ci il tarixli hökmü üzrə CM-in 234.1-ci maddəsi ilə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından X3 dərhal azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Həmçinin, təqsirləndirilən şəxs apellyasiya şikayətində xx xxx 2020-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanuna istinad etməklə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etsədə, kollegiya bunu məqbul hesab etmir. Çünki, sözügedən Qanunla CM-in 186.2-ci maddəsinin saksiyasında hər-hansı bir dəyişiklik edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası X14 Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(019)-35/2019 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(019)-35/2019 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-109/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-109/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver